MӘKTӘB ŞӘRQİSİ
Mәktәb nә demәk?
Şәmsi-şәbistani-cәhalәt.
Mәktәb nә demәk?
Gülşəni-ürfan, kəmalət,
Mәktәb nә demәk?
Ümmәtә bir babi-inayət,
Eylәr qәlәmim sizlәrә
hәqqilә vәsayәt:
Darülәdәbin
bilmәliyiz qәdrini, millәt,
Göstәrmәli ikmalına olduqca
hәmiyyәt.
Mәktәb nә demәk?
Rәhbәri-övladi-vәtәndir.
İrşadına mәzhәr bulunan
әhli-fәtәndir,
Məktəb düri-adabü
kəmalətə әdәndir,
Atidәki söz bizlər üçün
zibi-dәhәndir:
Darülәdәbin
bilmәliyiz qәdrini, millәt,
Göstәrmәli ikmalına olduqca
hәmiyyәt.
Mәktәb nә demәk? Ruh, dilә
feyzrәsandır,
Gәhvareyi-canpәrvәri-rövşәnnәfәsandır,
Aşiqlәri darülәdәbin
növhәvәsandır.
Bu söz bizә hәr şamü
sәhәr zikri-lisandır:
Darülәdәbin
bilmәliyiz qәdrini, millәt,
Göstәrmәli ikmalına olduqca
hәmiyyәt.
Mәktәblә qılar
növi-bәşәr dәfi-bәlaya,
Mәktәblә çıxar zahirә
әsrari-xәfaya,
Mәktәblә yaşar rahәtü
mәsud rәaya,
Eylәr qәlәmim bu sözü
tәkrar vәsaya:
Darülәdәbin
bilmәliyiz qәdrini, millәt,
Göstәrmәli ikmalına olduqca
hәmiyyәt.
Azmışlar üçün elmü
әdәb nuri-sәhәrdir,
Cәhl ilә kor olmuşlar üçün
köhl bәsәrdir,
İnsana şәrәfbәxş
fәqәt elmü hünәrdir.
Bimәrfәt adәm canı yox xüşk
şәcәrdir.
Darülәdәbin
bilmәliyiz qәdrini, millәt,
Göstәrmәli ikmalına olduqca hәmiyyәt.