QƏLƏMƏ
Әla, ey bülbüli-ürfan,
vәtәn bağında fәryad et,
Qon övraqi-fünunә,
nәğmeyi-milliyyә inşad et.
Cәhalәtlә vәtәn bir
leyli-zülmәtnak edir tәşkil,
Zәbani-nurpaşinlә
rәhi-ürfanә irşad et.
Qәlәm
şükrfәşani-mәrifәtdir, guşi-huş
istәr,
Dilәrsәn hәzzyab olmaq şu
nәshin dinlә, dәryad et:
Әgәr aqilsәn, olma hirslә
dildadeyi-sәrvәt,
Rizayi-hәqqi istәrsәn, ibadullahә
imdad et.
Hәmiyyәt düşkünü olma,
güşad et xani-ehsanın,
Dili-әrbabi-hacatı kәrәmkaranә
dilşad et.
Yapış acizlәrin dәstindәn, ey
sәrmәsti-istiğna!
Demә әhli-ğinayәm,
baziyi-dövrani dәryad et.
Әgәr istәrsәn adın
zibi-tarixi-cahan olsun,
Dirәxti-sayәdar ol, meyvә ver, әn
şanlı bir ad et.
Xәzanә üz qoyan
növrәstәgani-baği-islamә--
Nәzәr sal, tәrbiyәtbәxş
ol, әlindәn cәhlin azad et.
Әgәr amalın iqbali-vәtәndir,
urma boş lafi,
Hәzizi-mәskәnәtdәn
millәti balayә isad et.
Müavin olmaq ilә zalimә ağlatma
mәzlumu,
Sәzayi-rәhmәt olmaq istәr
isәn, tәrki-bidad et.
Xuda Quranda
«qövmüz-zalimin»ә
mәlәnәtxandır,
Dilәrsәn mәğfәrәt hәqdәn,
әdalәtpәrvәr ol, dad et.
Könül sındırma, ev yıxma,
әziyyәt vermә mәxluqә,
Yıxılmış xanәni mәmur,
sınmış könlü abad et.
Dilәrsәn müstәfid olmaq
hüquqi-adәmiyyәtdәn,
Ziyayi-elmi dәrdәst eylә, nәfsin
elmә mötad et.
Әgәr mәqsudin isә
kәsbi-hissiyyati-ruhani,
Bu pәndi-hissәbәxşi qәlblә tәzkar, övrad et.