TӘRANEYİ-QӘMPӘRVӘRANӘ
Cahanә gәlmәdәn mәqsәd
nәdir insanә, bilmәm ki?
Hәqiqәtmi bu xilqәt, yoxsa bir
әfsanә, bilmәm ki?
Mәn idrak etmәdim dünyayә
gәlmәkdәn nәdir hikmәt,
Yaratmaqdan nәdir hikmәt bizi
sübhanә, bilmәm ki?
Mücәssәm bir xәyalә
bәnzәyir timsalı imkanın,
Neçin dildadeyi-şövqüz
xәyalistanә, bilmәm ki?
Kitabi-kainatın sirri
heyrәtbәxşi-imandır,
Bu sirri kәşfә yoxdur yol neçin
imanә, bilmәm ki?
Bütün zәrrati-alәm
mәzhәri-әsrari-qüdrәtdir,
Bunun hәllindә acizdir neçin
fәrzanә, bilmәm ki?
Düşündükcә
fәcayegahi-dәhrin hali-dilsuzun,
Neçin aşiq olur dәrdü
әlәm vicdanә, bilmәm ki?
Bu zülmabadi-giytidә fәqәt bir
namı var әdlin,
Olurmu әdl ilә mәmur bu viranә,
bilmәm ki?
Sitәmpәrvәrlәrin çoxdur
müinü yari alәmdә,
Neçin rәhm eylәyәn yox
hali-mәzlumanә, bilmәm ki?
Neçin fәxr eylәsin әhrarә
zülm etmәklә istibdad?
İlahi, tabәkey bu
zülmi-qәddaranә, bilmәm ki?
Cünunpәrvәrlәrin fikri olub
alimpәsәndanә,
Neçin mәyubdur
rәyi-fәlatunanә, bilmәm ki?
Olubdur müstәbiddan
calisi-övrәngi-istiğna,
Neçin zillәt nәsib olmuşdur
әhraranә, bilmәm ki?
Ziyavü zülmәti tәmyizә yoxmu
dideyi-idrak,
Niyә nuri-hәqiqәt
çıxmayır meydanә, bilmәm ki?
Olub arayişi-baği-sәadәt
cәhlpәrvәrlәr,
Neçin arif yaşar dünyadә bәdbәxtanә,
bilmәm ki?
Hәzaran bülbülan
baği-fәnadә nalәpәrvәrdir,
Nә mәcbur eylәmişdir bunları
әfğanә, bilmәm ki?
Ürәk al qanә dönmüş, Hadiya,
hüzni-ümumidәn,
Bu hüznü bәxş edәn kimdir
dilü vicdanә, bilmәm ki?
Nәsibi xuni-dildir bu fәna
mülkündә әhrarın.
Әcayib bir müәmmamı bu tilsimxanә, bilmәm ki?