On bir ayın sultanı
MÜBARƏK RAMAZAN
ayının əməlləri
Peyğəmbәr ƏKRӘM (səllallahu əleyhi və alihi və səlləm)-dən nəql olunub «Ramazan ayında bәdbәxt o adamdır ki, bu әzәmәtli ayda bağışlanmaqdan məhrum olsun. Siz bu ayın acılığı vә susuzluğu ilə Qiyamәti yada salan, fәqirlərə sədəqə verib, qocalara təzim, uşaqlara tərəhhüm, yetimlərә nәvaziş edib dillәrinizi demәmәli olduğunuz şeylәrdәn, gözlərinizi baxmamalı olduğunuz şeylərdәn, qulaqlarınızı eşitmәmәli olduğunuz sözlәrdәn saxlayın, günahlarınızdan tövbә edib Allaha tərəf qayıdın. Namaz vaxtlarında əllərinizi dua üçün göyә qaldırın, çünki, bu vaxt (duaların qәbul olunması üçün) әn yaxşı vaxtdır.» Şeyx Səduq İmam Riza (əleyhissalam)-dan rəvayət edib ki, Həzrәti Rəsuli Әkrәm (səllallahu əleyhi BӘ alihi və səlləm) Bir xütbәdə buyurmuşdur: “Ey camaat! həqiqәtәn bәrәkәtli, rəhmәt dolu bağışlanmaq ayı sizin qarşınızdadır. Bu ay Allah yanında әn yaxşı aydır. Allah-Taala bu ayda sizi ziyafәtә dәvәt etmişdir. Belә isә, Öz Allahınızdan istәyin ki, o bu ayda sizi oruc tutmağa, Quran tilavәt etmәyә müvәffәq etsin. Bu ayda Hәqq Taala Öz bәndәlәrinә rәhmәt nәzәri ilә baxır, nә vaxt Onu çağırsalar. Cavab verir. Hәr kәs bu ayda bir möminә iftar versә, sanki bir qul azad etmişdir.” İlahi, Sənin əmrini yerinə yetirmək üçün oruc tutdum, Sən verən ruzilərlə iftar edirəm, yalnız Sənə təvəkkül edirəm!
ORUCU BATİL EDƏN ƏMƏLLƏR 1-2 Yemək və içmək. 3-Cima. (Cinsi əlaqə) 4-İstimna. (Onanizm) 5-Qatı tozu boğaza çatdırmaq. 6-Başı suya salmaq. 7-Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq. 8-İmalə. 9-Qəsdən qusmaq
İftar duası
İlahi, Sənin əmrini yerinə yetirmək üçün oruc tutdum, Sən verən ruzilərlə iftar edirəm, yalnız Sənə təvəkkül edirəm!
NAMAZLARDAN SONRA OXUNAN
Dualar
Ey ƏLİYY, ey ƏZİM, ey Fәfur (bağışlanması çox olan), ey Rəhim (rəhmәti sabit olan). SӘN Əzim (əzəmətli). Pәrvәrdigarsan. Sәnin mislin, tayın-bәrabәrin yoxdur. Sәmi (eşidәn) vә Bәsirsәn (hәr şeydәn agah). Bu ay elə bir aydır ki, Sən Onu əzəmətli, kәramәtli, şәrafәtli edib bütün aylardan fəzilətli etdin; və bu ay elə bir aydır ki, Sən onun orucunu mənə vacib etmisən. Bu, Ramazan ayıdır ki, onda Quranı camaat üçün hidayətçi, hidayət dolu aşkar nişanələrlə, haqqı-batildən ayıran bir kitab kimi nazil edib, onda “Qədr” gecəsi qərar verdin və onu min aydan (fəzilətli və üctün ) etdin. Bəs, ey nemət və minnət Sahibi-Sənə heç vaxt minnət qoyulmaz və qoyula da bilməz-mənə, oddan azad etməklə minnət qoy; elə bir şəxsə ki, Sən ona minnət qoyursan. Məni cənnətə daxil et, Səni and verirəm Öz rəhmətinə, ey rəhm edənlərin ən rəhm edəni!
1-ci günün duası:
İlahi, mənim bu günkü orucumu həqiqi oruc tutanların oruclarından, namazlarımı həqiqi namaz qılanların namazlarından qərar ver. Məni, qəflətdə olanların qəflət yuxusundan oyat, təqsirlərimdən keç, günahlarımı bağışla! Ey aləmlərin Allahı və məni əfv et. Ey günahkarların günahından, təqsirindən keçən!
2-ci günün duası:
İlahi, mənim bu gündə məni Öz razılığına yaxınladıb, qəzəbindən, cəzandan uzaq et. Sənin kitabını qiraət etməyə müvəffəq et. Səni and verirəm Öz rəhmətinə, ey rəhm edənlərin ən rəhm edəni!
3-cü günün duası:
İlahi, bu gündə mənə zehn (huşyarlıq, zəkalı olmaq) və ayıqlıq əta et, səfehlikdən (cəhalət və ağlıkəmlikdən). Boş, batil danışıqlardan hifz et. Bu gündə nazil etdiyin hər xeyirdən mənə də nəsib et. Səni and verirəm Öz bəxşiş və ehsanına. Ey ehsan edənlərin ən yaxşısı!
4-cü günün duası
İlahi, bu gündə Sənin əmr və fərmanlarını yerinə yetirmək üçün mənə qüvvət ver, mənə Öz zikrinin şirinliyini dadızdır. Sənin şükrünü əda etməyi mənə ilham et. Səni and verirəm Öz kərəminə və məni bu gündə eyblərimi örtməklə hifz et, ey nəzər edənlərin ən bəsirətlisi!
5-ci günün duası:
İlahi, bu gündə məni məğfirət, bağışlanmaq istəyənlərdən, saleh və dərgahına yaxın olan müqərrəb övliyalarından qərar ver. Səni and verirəm Öz rəfətinə. Ey rəhm edənlərin ən rəhm edəni!
6-cı günün duası:
İlahi, bu gündə məni, Sənə qarşı məsiyyət etməyimə görə rüsvay etmə, intiqam, cəza taziyanələri ilə məni vurma, məni qəzəbinə səbəb olan şeylərdən uzaq et. Səni and verirəm Öz nemət və minnətinə, ey rəğbət edənlərin rəğbətinin son nöqtəsi!
7-ci günün duası:
İlahi, bu günun orucunu tutub, ibadət-itaətlərimi yerinə yetməkdə mənə komək et, məni (gunah) uçurumlardan, sapmalardan uzaq et, sənin davamli zikrini mənə ruzi nəsib et.Səni and verirəm öz tovfiqinə, ey zəlalətə çəkənləri hidayət edən.
8-ci günün duası:
İlahi, bu gündə yetimlərə rəhm etməyi, təam ehsan etməyi, salam verməyi, yaxşi insanlarla yoldaş olmaği nəsib et. Səni and verirəm oz fəzl və vusətinə, ey(səni) arzu edənlərin pənahi!
9-cu günün duası:
İlahi, bu gündə mənə , öz geniş rəhmətindən bir pay nəsib et, öz parlaq və aşkar burhanlarinla məni hidayət et.Məni, özunun came (umumi və hərtərəfli) raziliğina doğru çək. Səni and verirəm öz məhəbbətinə, ey muştaqlarin arzusu!
10-cu günün duası:
İlahi, bu gündə məni (sənə) təvəkul edənlərdən və sənin yaninda feyzə çatanlardan,dərgahina muqərrəb olanlardan et. Səni and verirəm öz ehsanina, ey (səni) tələb edənlərin son məqsədi!
11-ci günün duası:
İlahi, bu gündə ehsan etməyi mənə məhbub, fisq və usyankarliği ikrahli et, öz qəzəbini və cəhənnəm odunu mənə haram et. Səni and verirəm öz köməyinə,ey fəryada çağiranlarin fəryadina yetən!
12-ci günün duası:
İlahi, bu gündə gunahlarimi pərdələyib,əfv etməklə məni zinətləndir, mənə qənaət, verlənlərə raziliq və ehtiyacsiliq libasi geyindir.bu gundə məni ədalət və insafa vadar et və qorxduğum hər şeydən əmin-amnliqla saxla. Səni and verirəm öz ismətinə ,bəndələrini guhahdan saxlamağina, ey (səndən) qorxanların isməti!
13-cü günün duası:
İlahi, bu gündə məni zahiri və batini çirkinlikdən pak et.baş verən hadisə və musibətlərdə məni səbirli et. Bu gundə məni təqva kəsb etməyə, yaxşi insanlarla yoldaş olmağa muvəffəq et.səni and verirəm öz köməyinə, ey miskinlərin gözlərinə sevinç bəxş edən!
14-cü günün duası:
İlahi, bu gündə gunah və xətalarim səbəbi ilə məni cəzalandirma, xəta və gunahlarimdan keç, bəla və aftlərə həlf etmə. Sən and verirəm öz izzətinə,ey musəlmanlara izzət bəxş edən!
15-ci günün duası:
İlahi, bu gündə mənə xaşelərin (sənin əzəmətin qarşisinda zəlil olanlarin) itaətini nəsib et, qəlbimi qəlbləri aram olanlarin tövbəsi və qasidişi ilə genişləndir. Səni and verirəm öz aman verməyinə, ey qorxanlara aman verən!
16-cı günün duası:
İlahi, bu gündə məni yaxi insanlarla yoldaş olmağa muvəffəq, şər insanlarla bir yerdə olmaqdan uzaq et və məni öz rəhmətinlə pənahinda saxlayib,darul-qərara,cənnətə yetir. Səni and verirəm oz Allahliğin xatirinə, ey aləmlərin İlahisi!
17-ci günün duası:
İlahi, bu gündə məni saleh (layiqli) əməllərə doğru hidayət et, ehtiyaclarimi təmin et, arzularimi yerinə yetir. Ey təfsir və bəyana, suala ehtiyaci olmayan, ey aləmlərin qəlbindəkilərə alim olan! Muhəmməd və Əli-Muhəməd (Əhli-beytə) sala- vat göndər!
18-ci günün duası:
İlahi, məni bu gündə, səhərlərin bərəkəti üçün oyat, qəlbimi onun nurlu işıqları ilə hurlandır. Bütün əzalarımı onun əsərlərinə tabe olmağa vadar et. Səni and verirəm Öz nuruna, ey ariflərin qəlblərini nurlandıran!
19-cu günün duası:
İlahi, məni bu günün bərəkətlərindən mənim nəsibimi çoxalt və onun həsənatının qəbul olmasından məni, məhrum etmə, ey həqqi-mübini bəyan edən (haqqa doğru hidayət edən)!
20-ci günün duası:
İlahi, məni bu gündə cənnət qapılarını mənim üzümə açıb, cəhənnəm qapılarını bağla, məni Quran tilavət etməyə müvəffəq et. Ey möminlərin qəlblərinə xatircəmlik (aramlıq) nazil edən!
21-ci günün duası:
İlahi, bu gündə məniim üçün Sənin razılığına aparan yerlərə bir dəlil (yol) qərar ver, şeytanın mənə hakim olmasına bir yol qoyma. Cənnəti mənim üçün mənzil qərar ver. Ey (Səndən) tələb edənlərin ehtiyaclarını təmin edən!
22-ci günün duası:
İlahi, Öz fəzl qapılarını mənim üçün açıb, Öz bərəkətini mənə nazil et və məni Sənin razılığına səbəb olan işlərə müvəffəq et. Məni öz cənnətlərinin ortasında sakin et. Ey müztər Çarəsizlərin duasını qəbul edən!
23-ci günün dyası:
İlahi, bu gündə məni günahlardan yuyub təmizlə, eyblərdən pak et, qəlbimi qəlblərin təqvası ilə ixlaslı et. Ey günahkarların günahlarının əsər-əlamətlərini aradan aparan!
24-cü günün duası:
İlahi, bu gündə Səni razı edən şeyləri Səndən istəyir, Səni narazı edən əməllərdən Sənə pənah aparıram və Sənə itaət edib məsiyyədən çəkinməmək üçün tovfiq diləyirəm. Ey Ondan istəyənlərə əta edən!
25-ci günün duası:
İlahi, mənim bu gündə Sənin dostlarını sevən, düşmənlərinlə düşmən olan, peyğəmbərlərinin sonuncusunun sünnətinə tabe olanlardan qərar ver. Ey peyğəmbərlərin qəlblərini (eyb və nöqsandan, zahiri və batini çirkinliklərdən) qoruyub, ismət bəxş edən!
26-cı günün duası:
İlahi, mənim bu gündəki səyimi məşkur (əvəzi verilmiş), günahlarımı bağışlanmış, əməlimi məqbul (qəbul olunmuş), eyiblərimi pərdələnmiş et. Ey eşidənlərin (duaları icabət edənlərin)ən yaxşı eşidəni!
27-ci günün dyası:
İlahi, bu gündə “Qədr” gecəsinin fəzilətini mənə nəsib et, işlərimi çətinliklərdən asanlığa çevir, üzrlərimi qəbul et, ağır günah yüklərimi üstümdən götür. Ey Öz əməlisaleh bəndələrinə rəuf və mehriban olan!
28-ci günün duası:
İlahi, bu gündə mənim nafilələrdən (müstəhəblərdən, əta, bəxşiş və xeyirişlərdən) olan payımı artır, arzu və istəklərimi gerçəkləşdirməklə mənə ikram et, Öz dərgahına yaxınlaşmaq üçün vasitələri yaxın et, ey O Kəs ki, sual edənlərin sualının çoxluğu Səni məşğul etməz!
29-cu günün duası:
İlahi, bu gündə məni Öz rəhmətinə qərq et, mənə tövfiq və ismət nəsib et, qəlbimi töhmət, pərişanlıq zülmətlərindən pak et! Ey mömin bəndələrinə rəhim olan!
30-cu günün duası:
İlahi, bu gündə orucumu şükrlə Sənin və Rəsulunun razı olduğun əsasda, fürularımın üsullar ilə möhkəmlənmiş qərar ver. Səni and verirəm ağamız Mühəmməd və onun pak, məsum Əhli-beytinin həqqinə!
Həmd olsun aləmlərin Rəbbi olan Allaha.
Qədr gecələrinin məxsus əməlləri
19-cu gecәnin mәxsus әmәllәri aşağıdakılardan ibarәtdir:
1. 100 dәfә «әstәqfirullahә vә әtubu ilәyh» demәk (Allahdan bağışlanmaq istәyirәm vә Ona tәrәf qayıdıram). 2. 100 dәfә «Allahummәl'әn qәtәlәtә Әmiril-mö'minin» İlahi, Әmirәl-mö'mininin qatillәrinә lә'nәt et!) 3. Aşağıdakı duanı oxumaq: (Tәrcümәsi:) Ey hәr bir varlıqdan öncә mövcud olan, sonra hәr bir varlığı xәlq edәn. Sonra hәr bir varlıq fani olur vә yalnız O baqi qalır. Ey O Kәs ki, Onun misli, tayı-bәrabәri olacaq bir varlıq yoxdur, ey O Kәs ki, uca (tәbiәtli) asimanlarda, alçaq (tәbiәtli) yerlәrdә, onların üstlәrindә vә altlarında, onların arasında Sәndәn başqa ibadәtә layiq olacaq bir mәbud (ilahi) yoxdur. Hәmd, sәna vә tәrif olsun Sәnә! Elә bir hәmd ki, onu saymağa Sәndәn başqa bir kәsin qüvvәsi çatmaz. İlahi, Mühәmmәd vә Ali-Mühәmmәdә salavat göndәr, elә salavat ki, Sәndәn başqa bir kimsә onu saya bilmәz. 4. Bu duanı oxumaq lazımdır: (Tәrcümәsi:) İlahi, Qәdr gecәsindә hökm vә müqәddәr etdiyin qaçılmaz olan әmrindә, ayırdığın hikmәtli әmrindә, dәyişilmәyәn vә geri qaytarıla bilmәyәn qәzavәtindә (hökmündә) mәni Öz Evinin-Beytüllahül-hәramın hacılarından, hәm dә hәclәri gözәl, sәylәrinin әvәzi verilmiş, günahları bağışlanmış, pis әmәllәri pәrdәlәnmiş qәrar ver. Hökm vә müqәddәr etdiyin işlәrdә ömrümü uzun edib ruzimdә vüsәt bәxş edәsәn vә mәnim üçün bu işlәri edәsәn» «kәza» vә «kәza» kәlmәlәrinin yerinә öz hacәtlәrini deyib sonra Qәdr gecәlәrindә lazım olan әmәllәri görmәk lazımdır: 1-qüsl almaq, yaxşı olar ki, gün batan zamana yaxın bir vaxtda qüsl alıb, axşam namazını qüsl ilә qılasan. 2-iki rükәt namazdır ki, hәr rükәtdә «Hәmd»dәn sonra 7 dәfә «Tovhid» surәsi oxunmalı, namazı qurtarandan sonra 70 dәfә «әstәğfirullahә vә әtubu ilәyh» deyilmәlidir. Peyğәmbәr (sәllәllahu әleyhi vә alihi vә sәllәm)-dәn gәlib çatan rәvayәtdә buyurulur ki, yerindәn qalxmasın ta ki, Allah onun vә ana-atasının günahlarını bağışlasın. 3. Qurani Mәcidi açıq halda üzünün müqabilindә tutub de: (Tәrcümәsi:) «İlahi, hәqiqәtәn mәn Sәndәn istәyirәm vә Sәni and verirәm Sәnin nazil olunan kitabına vә onun içindәkilәrә-onun içindә Sәnin әn böyük adın vә әn gözәl adların, qorxudan vә ümüdverici şeylәr varki, mәni cәhәnnәm odundan azad olunmuşlardan qәrar verәsәn.» 4. Bütün cüzlәr olan Quranı başın üzәrinә qoyub deyәrsәn: (Tәrcümәsi:) İlahi, Sәni and verirәm bu Quranın hәqqinә vә and verirәm o kәsin hәqqinә ki, bu Quranı ona göndәrmisәn; vә and verirәm hәr mömin şәxsin hәqqinә ki, onları Quranda mәdh etmisәn; vә and verirәm Sәnin onlar üzәrindәki haqqına, Sәnin haqqına Sәndәn artıq agah olan bir kәs yoxdur. Sonra 10 dәfә deyirsәn: «Bikә ya Allah» (Sәni and verirәm özunә, ey Allah!);. 10 dәfә «bi Mühәmmәdin» (İlahi, Sәni and verirәm Mühәmmәd (sәllәllahu әleyhi vә alihi vә sәllәm)-in hәqqına); .10 dәfә «Bi Әliyyin» (İlahi, Sәni and verirәm Hәzrәti Әli (әleyhissalam)-ın hәqqinә); 10 dәfә «Bi Fatimәtә» (İlahi, Sәni and verirәm Hәzrәti Fatimә (әleyha salam)-ın hәqqinә); 10 dәfә «Bil-Hәsәni» (İlahi, Sәni and verirәm Hәzrәti İmam Hәsәn (әleyhissalam)-ın hәqqinә); 10 dәfә «Bil-Hüseyni» (İlahi, Sәni and verirәm Hәzrәti Hüseyn (әleyhissalam)-ın hәqqinә); 10 dәfә «Bi Әliyyibnil-Hüseyni» (İlahi, Sәni and verirәm Әliyyibnil-Hüseyn (әleyhissalam)-ın hәqqinә); 10 dәfә «Bi Mühәmmәd ibni Әliyyin» (İlahi, Sәni and verirәm Hәzrәti Mühәmmәd ibni Әli (әleyhissalam)-ın hәqqina; 10 dәfә «Bi Cәfәr ibni Mühәmmәdin» (İlahi, Sәni and verirәm Hәzrәti Cәfәr ibni Mühәmmәd (әleyhissalam)-ın hәqqinә); 10 dәfә «Bi Musәbni Cәfәrin» (İlahi, Sәni and verirәm Hәzrәti Musәbni Cәfәr (әleyhissalam)-ın hәqqinә); 10 dәfә «Bi Әliyyibni Musa» (İlahi, Sәni and verirәm Hәzrәti Әliyyibni Musa (әleyhissalam)-ın hәqqinә); 10 dәfә «Bi Mühәmmәd ibni Әliyyin» (İlahi, Sәni and verirәm Hәzrәti Mühәmmәd ibni Әlinin hәqqinә); 10 dәfә «Bi Әliyyibni Mühәmmәdin» (İlahi, Sәni and verirәm Nәzrәti Әliyyibni Mühәmmәd (әleyhissalam)-ın hәqqinә); 10 dәfә «Bil-Hәsәn ibni Әliyyin» (İlahi, Sәni and verirәm (Hәzrәti Hәsәn ibni Әli (әleyhissalam)-ın hәqqinә); 10 dәfә «Bil-Höccәti» (İlahi, Sәni and verirәm hәzrәti Höccәt ibnil-Hәsәn (әleyhissalam)-ın hәqqinә); Sonra öz istәk vә hacәtlәrini Allahdan istә ki, inşallah Allah dәrgahında qәbul olunar. İmam Hüseyn (әleyhissalam)-ı ziyarәt etmәli. Bu gecәlәri ehya keçirmәli. Rәvayәtdә gәlib ki, Qәdr gecәsini ehya keçirәn şәxsin bütün günahları (bağışlanır, hәtta әgәr göyün ulduzlarının sayı, dağların ağırlığı, dәryaların suyu qәdәr günahı olsa da belә. 7. 100 rükәt namaz qılsın ki, çoxlu fәzilәti vardır.
Qədr gecələrindəki əməllər təkrar olunur.
FİTR NAMAZI
Fitr bayramının namazı İmam əleyhis-salamın qeybdə olmadığı vaxt vacibdir və camaatla qılınmalıdır.İmam(ə) qeybdə olduğu zamanda isə müstəhəbdir. Onu camaatla da, tək də qılmaq olar. Fitr bayramı namazının vaxtı gün çıxan vaxtdan zöhrə qədərdir. Müstəhəbdir ki, Fitr bayramının namazı gün qalxandan sonra iftar edib fitrə zəkatı verəndən sonra qılınsın Bu namaz iki rəkətdir. Birinci rəkətdə həmd-surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra qunut tutulmalıdır. Beşinci qunutdan sonra təkbir deyib rüku və iki səcdəni yerinə yetirib, ayağa qalxmalı, ikinci rəkətdə isə həmd-surədən sonra dörd təkbir deyilməli, hər təkbirdən sonra qunut tutub beşinci təkbirdən sonra rüku, səcdəni yerinə yetirib namazı tamamlamalıdır. Bu namazların qunutunda hər dua oxunsa, kifayətdir. Lakin daha yaxşı olar ki, aşağıdakı dua oxunsun:
Əllahummə əhləl kibriyai vəl-əzəməh, və əhləl cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməh, va əhlət-təqva vəl-məğfirəh. Əs'alukə bihəqqi hazəl-yəvm. Əlləzi cə'əlthu lilmusliminə iyda. Və liınuhəmmədin səlləllahu ələyhi və alih. Zuxrən şərəfan və kəramətən və məzida. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təcə'ləni fi kulli xəyrin ədxaltə fihi Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əs'alukə xəyrə ma sə'ələkə bihi ibadukəs-salihun, və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsıın.
Müstəhəbdir ki, Fitr namazında qiraət (həmd-surə) ucadan oxunsun.
Bayram namazının məxsus surəsi yoxdur, amma daha yaxşı olar ki, birinci rəkətdə Şəms, ikinci rəkətdə isə Ğaşiyə surələri oxunsun. Yaxud birinci rəkətdə Ə'la, ikinci rəkətdə isə Şəms surələri oxunsun.
|
||