ARILAR BARӘSİNDӘ

 

 

 

 

Altı min lәşkәrim altı sarayda,

Hәr birisi gedәr onun Sәrkarә[1].

 

[1] S ә r k a r -- Şamaxıda yer adıdır.

 

Sirrini bilmәk olmaz elmi-qeybdir,

Hәr birisi gedәr onun Sәrkarә.

"Gün zәban" güllәri tutubdur dәstә,

Çәkibdir şanların bir-biri üstә.

Allahın heyvanı sәn şirә istә,

Hәr birisi gedәr onun Sәrkarә.

İxlas ilә qulluq edәrlәr xanә,

Yasavul düzülüb mәrd-mәrdanә,

Çәkibdir şanların tamam çar xanә,

Hәr birisi gedәr onun Sәrkarә.

 

* * * * *

 

Arı yenә qaşqabağın aldırıb,

Mövlam şirә verib çox damağlandırıb.

Sәndәn bilirәm yaxşı dolanıb,

Әfәndi arını mәn yaxşı gördüm.

Әrzә gedәn müdam tapar xanәni,

Mömin tapır әlbәttә sübhani.

Ağardıban yaxşı çәkir şanәni,

Әfәndi arını mәn yaxşı gördüm....

Bir çәn gәlib Әlpavutun dağına,

Dolanırdı hәm sağına-soluna,

Arı gedәr Yeddi künbәd dağına,

Әfәndi arını mәn yaxşı gördüm.

Yaxşı olur Mәdrәsәnin bağları,

Bar götürür çün onun budaqları,

Ayılıbәn qızğın çәkәr şanları,

Әfәndi arını mәn yaxşı gördüm.

Mәn babayam çağıraram ya tanrı,

Açılıbdır qızılgülün nubarı,

Nәqşkar otağı mötәbәr şanı,

Hәr birisi gedәr onun Sәrkarә.

 

 

M ә s ә l l ә r:

 

Bal tutan barmaq yalar, nә balın istәyirәm, nә bәlasın.

 

Bal yedin, bәlayә düşdün.