BİŞMİŞLӘR, ÇÖRӘKLӘR VӘ İÇKİLӘR

 

 

 

B i ş m i ş l ә r: aş, bozbaş, plov, çilov, dolma, küftә, qovurma, bozartma, kabab, lülәkabab, әriştә, umac, xәşil, halva, hәlimaşı, xingәl, firni, qaysaba, dovğa, sәmәni.

Ç ö r ә k l ә r: yuxa, sac çörәyi, tәndir çörәyi, lavaş, sәnkök, fәtir, şәkәrçörәyi, qatlama, fәsәli, әgirdәk, kәtә, qoğal.

 

İ ç k i l ә r: su, süd, çay, qәhvә, şәrbәt, ayran, körәmәz, gülmәs, bulama.

 

Lavaş dedi:

 

Heç kәs mәnim yeddi qatımdan keçә bilmәz.

 

Bu sözü bozbaş eşidib dedi:

 

Nә deyirsәn?!

 

Lavaş dedi:

 

Sәni dindirәn yoxdur, bozbaş bәy!

 

 

Mәsәllәr:

 

Harda aşdır, orda başdır.

 

Bişmiş aşın darğası.

 

Aşı bişirәn yağ olar, gәlinin üzü ağ olar.

 

Halva-halva demәklә ağız şirin olmaz.

 

Yağ yağ ilә qaynar, yarma quru qalar.