DÜZGÜ

 

 

 

 

Beşdi-beşdi ha beşdi,

Ağacdan alma düşdü.

Almanın yanı zәdә,

Zәdәni yemәz gәdә.

Çoban çöldә gәzirdi,

Davarların düzürdü.

Çoban qoyuna gedәr,

Köpәyi adam didәr.

Qabağında beş keçi,

Hanı bunun erkәci,

Erkәc qazanda qaynar,

Qәnbәr bucaqda oynar.

Bu iş genә nә işdi,

Beş barmağım gümüşdü.

Gümüşü verdim tata,

Tat mәnә darı sata.

Darını sәpdim yerә,

Yerdә bitib göyәrә.

Yerdәn darı göyәrdi,

Biçinçi gәldi dәrdi.

Biçinçi Hәzrәtqulu,

Cibindә vardır pulu.

Hәzrәtqulu bәnnadı,

Arvadını danladı.

Arvadı Cahan banı--

Bunun çarşabı hanı?

Çarşabı cırılıbdı.

Qolbağı qırılıbdı.

Cahan gedib hamama

Çarşabını yamama.

Hamamın suyu isti,

İsti su da nә pisdi!

Telpәri onun qızı,

Paltarı qıpqırmızı,

Oğlunun adı Xıdır,

Әlindәki dәhrәdir.

Xıdırbәyin dәhrәsi,

Telpәrinin çöhrәsi

Cәhrә demә, әsasdı,

Dәhrә demә almasdı,

Telpәri yunu darar,

Xıdırbәy odun yarar.