DARI VӘ BUĞDA

 

 

 

 

D a r ı

 

Mәnә darıcan deyәrlәr

Yağ, bal ilә yeyәrlәr

Ehtiyatla götürüb;

Güclә saca yetirәrlәr.

 

 

B u ğ d a

 

Yastı-yastı yatarsan,

Kol dibindә bitәrsәn.

Mәndәn sәnә qarışmasa

Palıddan da betәrsәn!

 

 

T a x ı l: buğda, arpa, darı, qarğıdalı, çәltik, pәrnic, küncüt, şahdana.

 

 

M ә s ә l l ә r:

Arpadan, buğdadan әlim üzüldü, ümidim sәnә qaldı, darı xirmәni.

 

Bildirçinin bәyliyi darı solanacandır.

 

Darıya girәn donuz payanı özünә qәbul eylәr.

 

Kiş-kiş ilә donuz darıdan çıxmaz.

 

T a p m a c a l a r:

 

Ağac başında darı quyusu.

 

Ağac başında sarı yumaq.

 

Havalar, ha havalar,

Çöldә dovşan balalar

Dırnağından su içәr,

Dimdiyindәn balalar.

 

Sarı saqqal, uzun hoqqar,

Onu tampayan olsun çaqqal.

 

Bir bölük atlar,

Çәmәndә otlar.

Vәdәsi gәlәndә

Dimdiyi çatlar.