DӘVӘ TİKAN

 

 

 

Bir dәvә çöldә otlayırdı. Yarpaqlanmış tikan koluna yaxınlaşıb, istәdi onun yarpaqlarını yesin. Ağzını kola tәrәf uzadanda gördü ki, onun içindә bir ilan qıvrılıb yatıb. Dәvә tamah dişini ondan çәkib geri qayıtdı.

 

Kol belә xәyal elәdi ki, dәvә onun tikanından qorxub çәkildi.

 

Dәvә kolun fikrini duyub dedi:

 

Mәnim qorxum sәndәn deyil, o gizlәnmiş qonaqdandır.

 

 

M ә s ә l l ә r:

 

Köpәk qaya kölgәsindә yatar, elә bilәr öz kölgәsidir.

 

Dәvәçi ilә dost olanın darvazası gen gәrәk.

 

Dәvә gördünmü? Qığını da görmәdim.