DURNALARA XİTAB

 

 

 

 

Göy üzundә bölük-bölük durnalar,

Nәdir sizin әhvalınız, halınız.

Bir әrz-hal yazdım yarә söylәyin,

Dost kuyuna düşәr isә yolunuz.

 

Mәnim yarım, siz görüb şaşarsız,

Ol uca dağları necә aşarsız,

Ovçu görәn kimi siz çaşarsız,

Qışdı, qar-amandı sizin eliniz.

 

Baxın şahin pәncәsinә düşәrsiz,

Çeşmәli dağları onda keçәrsiz,

Yaz olcağın yaylaqlara köçәrsiz,

Qırarsınız qanadınız, qolunuz.

 

Dәrdli Kәrәm deyәr uğradım dәrdә,

Canım qurban olsun mәrd oğlu mәrdә,

Sәfil durna nә gәzirsiz bu yerdә,

Yoxmu sizin vәtәniniz, eliniz.

 

Qәribәm yoxdur arxam,

Qanadım yoxdur qalxam,

Çıxam qәlbi dağlara,

Vәtәnә doğru baxam!

 

 

M e y v ә c a t: Alma, armud, nar, heyva, üzüm, şaftalı, әrik, albuxara, әncir, albalı, gavalı, gilas, alça, tut, cәviz (qoz), şabalıd, fındıq.

 

 

M ә s ә l l ә r:

  

Bağda әrik var idi, salam-әleyk var idi, bağdan әrik qurtardı, salam-әleyk qurtardı.

 

Ağzında yaxşı yer eylәmisәn, әgәr baqqal armud versә.

 

Armud ağzıma -- sapı savalana.

 

Bağçalar barı -- heyvalar narı, hamı dinsә dә -- sәn dinmә barı.

 

 

T a p m a c a l a r:

 

Әtindәn kabab olmaz, qanından kasa dolar.

 

Hacılar hәccә gedәr, cәhd eylәr gecә gedәr, bir yumurta içindә yüz әlli cücә gedәr.

 

Ağac başında önlü dağarcıq.