EŞŞӘK DӘVӘ

 

 

 

 

Eşşәk deyәr, mәn hamıdan fağıram,

Palçığa batanda uca dağdan ağıram.

Çöllәrdә qalanda mәn yiyәmi çağırram,

Kәrәnaydan yoğun sәsim var mәnim.

Atlar ilә böyük bәhsim var mәnim!

 

Dәvә deyәr, heç heyvan götürmәz mәnim yükümü,

İgid oğlan gәrәk çәkә ipimi,

Әrәbistan içәr mәnim südümü,

Uzaq-uzaq mәnzillәrim var mәnim,

Uca-uca dәyәlәrim var mәnim!

 

 

M ə s ә l l ә r:

 

Eşşәyi min, ata çatıncan.

 

Eşşәk eşşәyi borc qaşır.

 

Eşşәyә minmәk bir ayıb, düşmәk iki ayıb.

 

Boş eşşәk yorğa gedәr.

 

Dәvә oynayanda qar yağar.

 

Dәvә yaxını otlayıb uzağı gözlәr.

 

Dәvә ölsә, dәrisi bir yükdür, toyuq ölsә, dәrisi bir çәngә tükdür.

 

Dәvәyә dedilәr: boynun niyә әyridir?

 

Dedi: haram düzdür ki, boynum da düz ola.

 

Dәvәyә dedilәr: sәnәtin nәdir?

 

Dedi: xәyati[1] eşmәk.

 

[1] X ә y a t i -- ipәk sap.

 

Dedilәr: nazik dodaqlarından zәrif  әl-ayağından görünür.

 

T a p m a c a:

 

Bәngi-bәngi başını tut,

Döngü-döngü döşünü tut,

Qılman qoca, әl-ayaq ver,

Hüseyn qoca quyruğun tut.