İNӘK, ÖKÜZ VӘ CAMIŞ

 

 

 

 

İnәk deyәr mәn doğanda mәlәrәm,

Ahım ilә dağı-daşı dәlәrәm.

Qurudumu gündәn-günә sәrәrәm,

Yaxşı-yaxşı kәrәlәrim var mәnim,

Maral-maral balalarım var mәnim!

 

Öküz deyәr mәn ağama nökәrәm,

Üç ay qışı tövlәsindә bikaram.

Yaz olanda çayır-çәmәn sökәrәm,

Ağlı-qırmızılı buğda әkәrәm,

Ağır-ağır xırmanlarım var mәnim,

Uca-uca tayalarım var mәnim!

 

Camış deyәr payız olcaq samanlığımı

doldurun,

Yaz olanda boyunduruğumu yondurun.

Cütә getmәsәm vurun mәni öldürün

Dolu-dolu samanlıqlarım var mәnim.

Dәrin-dәrin dәryalarım var mәnim.

 

 

M ә s ә l l ә r:

Pulunu ver inәyә--bağla dirәyә. Ahıl öküz cütә getmәsә uşaqlar acından qırılar. Ev danasından öküz olmaz. Öküzün cütә getmәyәni әtlik adına satılar. Camış ilә gәzәn dananı qurd yeyәr.

 

Şorakәt yerdә bostan әkәrsәn,

Adı bostan olar, tağı tağ olmaz.

Tәnbәl arvada yüz inәk versәn

Ayranı bol olar, yağı yağ olmaz.

 

 

T a p m a c a:

 

O yanı çәpәr, bu yanı çәpәr--içindә atlı çapar.