İT VӘ PİŞİK

 

 

 

 

İt dedi:

  

“Mәn heç qocalmazdım, amma mәni pişiyin dәrdi qocaltdı.”

 

Dedilәr:

 

“Niyә bәs?”

 

Dedi:

 

“Çöllәrdә qalıb, dalını ayaza verәn mәn oluram, gecәlәr sabaha kimi yatmayan, evi-eşiyi qoruyan mәn oluram, amma elә ki, istәyirәm başımı qapıdan içәri uzadam, bu pişikciyәz әlini uzadıb üzümü-gözümü cırmaqlayır.”

 

 

M ә s ә l l ә r:

 

İt it ilә dalaşdı, yolçunun işi avanda düşdü.

İtin axmağı qaysabadan[1] pay umar.

 

[1] Q a y s a b a -- xörәk növü.

 

İtin ayağını köçdәn kim әsirgәr.

İt hürәr, karvan keçәr.

 

 

T a p m a c a l a r:

 

Atdan uca, itdәn alçaq.

 

Bizdә bir kişi var,

Xor-xor yatışı var.