NAZİKBӘNAZİK -- TAZİKBӘTAZİK

 

 

 

Biri var imiş, biri yox imiş, bircә birә varmış, adı Tazikbәtazik, bir dә bir bit var imiş, adı Nazikbәnazik.

Tazikbәtazik allahın әmrilә Nazikbәnaziyi özünә arvad almışdı.

 

Ay ötdü, il dolandı, qış gәldi, çoxlu qar yağdı.

 

Tazikbәtazik arvadına dedi:

Mәn çıxım damımızın qarını kürüyüm, sәn dә bir qazan umac bişir, yeyәk, qarnımız qızsın.

 

Nazikbәnazik dedi:

 

Yaxşı, olar.

 

Tazikbәtazik çıxdı damın qarını kürәmәyә, Nazikbәnazik dә ocaq qalayıb bir qazan umac asdı.

Tazikbәtazik az kürәmişdi, çox kürәmişdi, birdәn ayağı sürüşüb bacadan düşdü umac qazanının içinә vә o saat da öldü. Bunu görәndә Nazikbәnazik başına çırpdı, dizinә çırpdı. Haray hara çatar! Ölәn bir dә dirilmәz ki!

 

Nazikbәnaziyin başına döyüb ağlamağını sәrçә görüb ondan soruşdu:

 

Nazikbәnazik, bu nәdir niyә ağlayırsan?

Nazikbәnazik dedi ki, daha nә olacaqdır, Tazikbәtazik damın qarını kürәdiyi yerdә ayağı sürüşüb umac qazanının içinә düşüb ölübdür.

Bunu eşitcәk sәrçә dә başına-gözünә döyә-döyә uçdu getdi.

 

Ona bir qarğa rast gәldi vә soruşdu:

 

Sәrçeyi-cükcük, bu nәdir?

 

Sәrçeyi-cükcük cavab verdi ki:

 

Sәrçeyi-cükcük neylәsin, Nazikbәnazik deyir, Tazikbәtazik qar kürәdiyi yerdә bacadan umac aşına düşüb ölübdür.

Qarğa bu xәbәri eşidәndә çox bikef olub, uçdu, qondu çinar ağacına. Çinar onun bikef olduğunu görüb soruşdu:

 

Qarğeyi-qırqır, bu nәdir?

 

Qarğa dedi:

Qarğeyi-qırqır neylәsin. Sәrçeyi-cükcük deyir ki, Nazikbәnazik deyir ki, Tazikbәtazik qar kürәyәndә bacadan umac qazanına düşüb ölübdür.

 

Bu xәbәri eşidәndә çinar da çox bikef oldu. Yanından dәvә keçib gedәndә onun bikef olduğunu görüb soruşdu:

 

Çinarbәçinar, bu nәdir?

 

Çinar cavabında dedi ki:

Çinarbәçinar neylәsin. Qarğeyi-qırqır deyir ki, Sәrçeyi-cükcük deyir ki, Nazikbәnazik deyir ki, Tazikbәtazik ölübdür.

Bu pis xәbәri eşidәndә dәvә bikef olub başladı getmәyә. Onun qabağına suya gedәn bir qarı çıxdı. Qarı dәvәnin belә damaqsız olmağını görüb, ondan soruşdu:

 

Dәvәyi-löklök, bu nәdir?

 

Dәvә cavab verdi ki:

Dәvәyi-löklök neylәsin? Çinarbәçinar deyir ki, Qarğeyi-qırqır deyir ki, Sәrçeyi-cükcük deyir ki, Nazikbәnazik deyir ki, Tazikbәtazik ölübdür.

Bu yaman xәbәri eşidәn kimi qarı da vurub sәhәngini sındırdı. Elә ki, bulağın başına gәldi, bulaq qarının sınmış sәhәngini vә bikefliyini gördü, ondan soruşdu:

 

Vurub-sındıran, bu nәdir?

 

Qarı cavab verdi:

 

Vurub-sındıran neylәsin. Dәvәyi-löklök deyir ki, Çinarbәçinar deyir ki, Qarğeyi-qırqır deyir ki, Sәrçeyi-cükcük deyir ki, Nazikbәnazik deyir ki, Tazikbәtazik dama çıxıb qar kürәdiyi yerdә ayağı sürüşüb, bacadan umac qazanının içinә düşüb ölübdür.

 

Bulaq da bu xәbәri eşidәndә çox qüssә elә