SOLTAN DAĞI

 

 

 

 

Sәnә derlәr Soltan dağı,

Nә dumandır başın sәnin?

Qocalardan sual etdim,

Kimsә bilmәz yaşın sәnin.

 

Әskik olmaz qarın yağar,

Buludlar bir-birin qovar,

Hәr gün günәş sәnә doğar,

Cavahirdir daşın sәnin.

 

Alt yanın bağ ilә bostan,

Dörd yanın gülügülüstan,

Ayırdılar mәni dostdan,

Ötәr qәrib quşun sәnin.