ANTON ÇEXOV

 

 

 

 

Rusiyanın әn mәşhur әdibi vә sevgili münşisi hesab olunan Anton Çexovun bu iyul ayının ikisindә vәfat etmәsi cәmi mәrifәt әhlinә bilümum vә rus üdәba vә şüәrasına, bilxüsus hüznavәr bir hadisә olduğu qәzetlәrdә dәrc olunan fәqәrәlәrdәn görünür. Çexov tәbii, mәtin, qәlәmi ötgün vә dili şirin bir әdibi-binәzir idi. Onun әsәrlәrinin çoxusu Avropa dillәrinә tәrcümә olunubdur. Onun kitabları artıq şövq vә hәvәs ilә oxunur. Çexov müxtәsәr vә qısaca hekayәlәrdә rus millәtinin hәr bir sinfinә dair әhvalat yazıb, hәr dairәnin eyib vә qüsurlarını istehza vә kinayә tәriqincә zәrifanә ima vә işarәlәr ilә göstәrir. O, cәnab kәlamın ustadı hesab olunub, azacıq vә lәtif sözlәr ilә dәrin vә böyük mәnalar yetirmәkdә bimisl bir vücud idi. Gödәk vә xırdaca rәvayәtlәrdә vә nağıllarda mәişәtin әnvayi-tәrzini vә qisim-qisim övzalarını tәhrir edib, demәk olar ki, eyni ilә onun şәklini oxuculara göstәrib, bir yandan onları dilşad vә bir yandan mәğmun, mәhzun edir. Çexov özündәn sonra 12 cild әsәr qoyubdur. Yazdıqlarının әksәri nağıl vә rәvayәtlәrdir. Gözәl komediyaları da çoxdur. Çexov ömrünün әn müqtәdir vә işә yarıyan çağında, yәni 44 sinnindә vәfat etdi; vәtәndәn kәnarda, nemsә diyarında.... Hörmәtli "Şәrqi-Rus"un oxucularına nümunә göstәrmәk üçün onun bamәzә hekayәlәrindәn birisini burada tәrcümә edirik[1].

 

[1] ”Şərqi-Rus” qəzetində çan etdirdiyi “At familiyası” hekayəsini nəzərdə tutur.

 

1904