ANA DİLİ

Xeyli vaxtdır ki, dil mәsәlәsi mәhәlli-müzakirәyә qoyulub, onun üstündә mәclislәrdә, qәzet sütunlarında vә jurnallarda bәhs olunur. Kimi İstambulda işlәnәn әdәbi dili tәrif edib, onu sair yerlәrdә işlәnәn türk dillәrinә tәrcih verir, kimi Azәrbaycan türklәrinin şivәyi-lisanını bәyәnib, onun tәrәfini saxlayır. Bir paraları da İbn-Yafәs kimi türklәr üçün ümumi bir dil tәsis etmәk fikrindәdirlәr ki, hәr yerdә o dildә danışılıb yazılsın.

Hәr kәs öz iddiasında möhkәm durubdur. Bәzi dәlillәr gәtirmәk ilә öz qövl vә rәylәrini haqq bilir, qeyrilәrinin qövl vә rәylәrinә iltifat, etina etmәk istәmir. Bu hal ona sәbәb olubdur ki, nә qәzetlәrimizin müәyyәn dili var, nә yazıçılarımızın ki, oxuyanlar da onu anlayıb başa düşsünlәr, o dili sevsinlәr vә öz malı hesab etsinlәr, övladına o dildә tәlim vә tәrbiyә versinlәr. Bizim әqidәmizcә bu mәsәlәdә uzaq getmәk lazım deyil.

Hәr millәtin özünә mәxsus ana dili var ki, onun mәxsusi malıdır. Ana dili millәtin mәnәvi diriliyidir, hәyatının mayәsi mәnzilәsindәdir. Ananın südü bәdәnin mayәsi olduğu kimi, ananın dili dә ruhun qidasıdır, hәr kәs öz anasını vә vәtәnini sevdiyi kimi, ana dilini dә sevir.

Bu allah-taalanın gözәl nemәtlәrindәn birisidir, onu әziz vә möhtәrәm tutmaq hәr kәsә borcdur.

Rusların mәşhur pedaqoq vә әdibi Uşinski deyir: "Bir millәtin malını, dövlәtini vә hәtta vәtәnini әlindәn alsan ölüb itmәz, amma dilini alsan fot olar vә ondan bir nişan qalmaz". Bu doğrunu sayir millәtlәrin hәqiqi әdiblәri vә yazıçıları yaxşı anlayıblar vә әsәrlәrini ana dilindә yazmaqla belә millәtin әxlaqını düzәldib, ağlına vә ruhuna tәrbiyә veriblәr vә vermәkdәdirlәr vә bir tәrәfdәn dә ana dilinә seyqәl verib, onda olan rәkakәti götürüb, gözәllәşdirib, müәyyәn bir qanun vә әsas üzrә onu möhkәmlәşdiriblәr.

Rus dilini belә müntәzәm qanun vә qaydaya salan vә bu dәrәcәdә onu geniş vә zәngin edәn onun әdiblәri olubdur. Hansı rus әdibi olursa-olsun, onun yazdığı әsәrlәri rus әkinçisi, rus dehqanı oxuyub asanlıqla başa düşür, habelә dә nemsә, firәng, ingilis vә bizim Qafqazda gürcü, ermәni әdiblәrinin dillәri. Amma İstambulda nәinki әdiblәrin, hәtta balaca bir qәzetdә xәbәr yazan hәrifin dilini İstambuldan başqa sayir yerin türklәri anlamaz. Bundan mәlum olur ki, osmanlı әdiblәri ana dilinin qәdrini bilmәyib, onu unudublar vә özlәri üçün başqa "volapuk"[1] ittixaz ediblәr.

[1] 1879-cu ildə Şleyer tərəfindən düzəldilmiş süni beynəlxalq dildir. Həmin söz anlaşılmaz, qarmaqarişiq dil mənasında da işlədilir.

Bizim Azәrbaycan türklәrinin dәxi özlәrinә mәxsus dili vardır.

Uzun müddәt İran dövlәtinin nüfuzu altında yaşamaqla belә bizim dilimizә bir növ fars dilinin qanun vә qaydası sirişt edibdir. Amma bununla belә dilimizi o qәdәr qәliz vә dolaşıq etmәyibdir ki, onu anlamaq olmasın. Bәlkә dili bir dәrәcәdә dövlәtlәndiribdir. Doğrudur, bizim qabil vә mahir әdiblәrimiz az olubdur, amma olanları ana dilini can-dildәn seviblәr vә yazılarını açıq vә aydın yazıblar. Abbasqulu ağa Bakıxanovun "Nәsihәtnamәsi", Mirzә Fәtәli Axundovun komediyaları, Qasımbәy Zakirin mәktubatı, Hacı Heybәtbәy Fәdanın "Mәkkә sәfәrnamәsi", Hacı Seyid Әzimin mövzun әşar vә kәlamı, Hәsәnbәy Mәlikzadәnin ülum vә fünunә dair yazdığı kitablar vә siyasi mәqalәlәr -- cümlәsi açıq vә aydın dildә yazılmış әsәrlәrdir.

Amma bu axır vaxtlarda bizim açıq vә sadә dilimizә İstambulda yarımçıq elm tәhsil edib gәlәnlәr xәlәl yetirmәkdәdirlәr. Bu cәnablar nә elmdәn elm vә nә mәrifәtdәn mәrifәt öyrәnmәyib vә adlarına әlqab olaraq bir quyruq yapışdırıb, qәliz ibarәlәr atına minib, әdәbiyyat meydanında cövlan etmәkdәdirlәr.

Allah Әlibәy Hüseynzadәyә insaf versin. Kaş o alicәnab İstambulda rahat әylәşib, bizim şumbәxt Qafqaza tәşrif gәtirmәyә idi. O cәnabın elm vә kamalına sözümüz yoxdur. Sözümüz ondadır ki, elm vә kamalından bizә bir bәhrә vermәdi, ancaq dilimizә pozğunluq saldı, tәzә dil gәtirdi. Әtrafını bir dәstә meymunlar bürüdü vә ona tәqlid etmәkdә biri-birinә macal vermәyib, "böyük hünәrlәr" göstәrdilәr. Az vaxtın içindә Qafqaz türklәrinin dili osmanlı sözlәri vә istilahları ilә doldu: "işbu", "iştә", "şimdi", "şol", "әfәndim", "baqalım", "nasıl" sözlәri qәzet sütunlarını doldurdu.

Bu işin nәticәsi bu oldu ki, indi qәzetlәrimizin vә jurnallarımızın dilini oxuyub başa düşmәk olmur. Ana dili öyrәtmәk üçün yazılan tәlim kitablarımız elә bir çәtin dildә yazılır ki, onların vasitәsi ilә ana dilini ancaq unutmaq olar. Üç-dörd yüz sәhifәli tәlimi-qiraәt kitablarımızda "ata", "ana", "yaxşı" kimi çox işlәnәn vә әziz sözlәr dәrman üçün belә axtarılsa tapılmaz. Bizim әqidәmizcә, bu müqәllidlik vә rәftar millәtә xәyanәt etmәkdir. Biz bir tәrәfdәn ilminskilәrә, miroyevlәrә, levinskilәrә nifrin edib nalayiq sözlәr deyirik ki, dilimizi atıb, bizi ruslaşdırmaq istәyirlәr. Bir tәrәfdәn dә özümüz ana dilinin pozğun hala düşüb unudulmağına çalışırıq.

İndiyәdәk mәnәvi tәrәqqimizә mane olan illәt bir isә, indi iki olur. Bir tәrәfdәn hürufat qüsuru, digәr tәrәfdәn dil qüsuru әlimizi vә ayağımızı bağlayıb qoymur ki, irәli gedәk.

Doğrudan da, bir fikir etmәk lazımdır. Allah-taala dili insana veribdir ki, onunla insan fikirlәrini vә hisslәrini bәyan etsin. Bu barәdә Taleyranın sözü haqq deyil ki, guya dil insana fikrini gizlәtmәk üçün verilibdir. Bu bir batil qövldür ki, siyasi işlәrdә az-çox әhәmiyyәti vardır. Bizim yәqinimizdir ki, dili dolaşıq şәxsin fikri dә dolaşıqdır. İbarәpәrdazlıq fikrin boşluğuna vә bir dәrәcәdә yoxluğuna dәlalәt elәyir, doğru vә sәlamәt fikirli adamların kәlamı hәmişә aydın, açıq vә düzgün olur. Ancaq sәrsәrilәrin vә müxtәlliş-şüur kәslәrin sözlәri başsız vә binasız olur ki, onları anlamaq qeyri-mümkündür.әlalә"nin 22-ci nömrәsindә möhtәrәm müәllim M.M. doğru yazır ki, sәkkiz yüz ildәn bәri türk qövmü yapdığı sәltәnәtlәr pozulub xarab olubdur vә olmaqdadır. Onun üçün baqi qalan bircә dilidir ki, indi onu da türk yazıçıları vә türk әdiblәri әlindәn almaq istәyirlәr. Altun Qәlәmin ona yazdığı cavab bizә bir az gülünc gәldi. Hәr nә isә bu barәdә danışmağı artıq bilirik.

Ancaq tәәssüf etmәli vә bizә ağır gәlәni budur ki, möhtәrәm İsabәy Aşurbәyli külli xәrc töküb, "Şәlalә" jurnalının tәb vә intişarı yolunda әlindәn gәlәni әsirgәmir; vәli Sәbribәyzadә cәnabları haqqı olmaya-olmaya kişinin xәrcini zay edir vә arzularını puça çıxardır. Jurnalın dilini o qәdәr çәtin edibdir ki, bir kәs onu oxuyub başa düşә bilmir. Әgәr "Şәlalә" belә gözәl şәkildә ki, tәb olunur, dilini asan vә sadә etsә idi, Qafqaz türklәrinә böyük xidmәtlәr göstәrәrdi vә onları maarif kәsbinә rәğbәtlәndirәrdi. Vәli ... indiki halda rәğbәt әvәzinә nifrәt vә etinasızlıq kәsb etmәkdәdir.

Millәtini sevәn, onun mәnәvi diriliyinә çalışan, tәrәqqisi yolunda әmәk sәrf edәn yazıçılarımızdan, әdiblәrimizdәn vә şairlәrimizdәn çox-çox tәvәqqe edirik ki, dillәrini asanlaşdırsınlar, ana dilindәn uzaq düşmәsinlәr, meymunluqdan әl çәksinlәr, fikirlәrini açıq vә sadә dildә yazsınlar, ta ki, onların yazdıqlarını oxuyan anlasın, düşünsün vә ayılsın. Ancaq bu yolla yazan ilә oxuyanın arasında dostluq, ittifaq vә birlik әmәlә gәlә bilәr.

1913.