DÜNYADA BӘLA NӘDӘN
TÖRӘYİR?
Qraf L.Tolstoyun tәlimi-әtfal
üçün tәrtib etdiyi әlifba kitabçasında
sadә dil ilә yazılmış bir xeyli pürmәzmun
hekayәlәr vardır. Onlardan bәzi şeyx Sәdinin
"Gülüstan"ında nağıl olunan
hekayәlәrә bәnzәyir. Cümlәsi
hikmәt vә tәcrübә üzüylә
yazılmış әsәrlәrdir. Mәzkur
hekayәlәrdәn birisindә bәlanın yer
üzündә nәdәn törәyib
nәşәt etmәsindәn rәvayәt olunur.
Qissәnin müxtәsәrәn mәzmunu budur:
Bir abidi-xoşsirәt
tәrki-dünya qılıb, vaxtını adamlardan
kәnar bir meşәdә ibadәtlә
keçirirmiş. Meşәnin heyvanları ondan qorxmayıb,
başına cәm olarlarmış. Abid onların dilini,
onlar da abidin dilini anlarmış. Bir kәrә abid bir
ağacın dibindә uzanıbmış. Qәzadan haman
ağacın altında axşamlamağa qarğa,
göyәrçin, ilan vә maral cәm olur vә öz
aralarında başlayırlar söhbәt etmәyә ki,
aya, yer üzündә bәla vә günah haradan
törәyir?
Qarğa bәla vә
fәsadın törәnmәsini aclıqdan,
göyәrçin mәhәbbәtdәn, ilan
qәzәb vә şәrarәtdәn, maral qorxu
vә vahimәdәn görüb, hәr birisi öz
qövl vә rәylәrinin haqq vә savab
olmağına dәlil vә dәlail
gәtirirlәr. Abid bunların güftgularını
eşidib deyir: Dünyada bәlanın zühura
gәlmәyinә sәbәb bәdәndir.
Qәzәb vә aclığın da, mәhәbbәtin
dә vә qorxunun da mәnbәyi vә
törәnәcәk yeri bәdәndir. Bәdәn
olmasa nә aclıq olar, nә mәhәbbәt olar,
nә dә qorxu.
Bu hekayәdә L.Tolstoyun
maralın dilindәn söylәdiyi sözlәri oxuyanda
bizim biçarә müsәlmanların halı yadıma
düşdü. Maral deyir: "Әgәr
ürәkdә qorxu olmasa hәr şey yaxşı olar,
hәr iş öz yolu vә qaydası ilә gedәr.
Hәrgah böyük yırtıcı heyvanlardan bizim
üzәrimizә hücum edәni olsa, bacararıq
qaçıb ondan xilas olaq, çünki allah bizә tez
qaçan ayaqlar veribdir. Xırda heyvanlar da bizә
zәrәr yetirә bilmәz. Onların dәfi
üçün allah bizә buynuzlar mәrhәmәt
edibdir. Amma nә eylәmәk ki, canımız doludur qorxu
ilә vә bu qorxu bizә macal vermir ki, allah verdiyi alat
vә әsbәb ilә dәfi-mәzәrrәt
edәk vә nәfsimizi xof-xәtәrdәn qurtaraq.
Balaca bir sәs eşidәndә bütün bәdәnimizә
lәrzә düşür, yarpaq kimi tir-tir әsirik,
ürәyimiz döyünüb az qalır yerindәn
çıxsın, qәribә bir hala
düşürük".
Hәrgah maral bilsә ki, bu sәs vә
şıqqıltı yel әsib kolu
tәrpәtmәkdәn, yarpaqları biri-birinә
toxundurmaqdan әmәlә gәlir, o vaxt o qorxmaz vә
qorxudan özünü dağa-daşa çırpmaz,
әbәs yerә canını fövtә vermәz.
Hәmçinin hәrgah bizim
müsәlmanlar qorxub vahimә etdiklәri şeylәrin
әsil vә künhünü bilsәlәr,
bilaşübhә onlardan qorxmazlar vә bu qәdәr
bәlalara vә fәlakәtlәrә düçar
olmazlar. Bunca әksiklik vә ürәk
sıxıntısı çәkmәzlәr.
Qorxuya ümdә sәbәb
bilmәmәzlik, elmsizlik vә avamlıqdır!
Bu elmsizlikdәn vә avamlıqdan
müsәlmanların ürәyinә qorxu bәrk
sirişt edibdir. Cәhl vә nadanlıq onları
cürәtsiz, hünәrsiz vә bir növ
üftadә, xar vә zәlil edibdir.
Avamlığımızın ucundan
vәtәnimizdә özümüzü qәriblәr,
evimizdә yadlar kimi saxlayırıq.
Әcnәbi tayfalardan vә
xarici millәt vә qövmlәrdәn bizim
içimizdә olanları elm vә mәrifәtlәri
sayәsindә bizdәn cürәtli, rәşid,
dilavәr vә zirәk olurlar. Öz mülkümüzdә,
öz yerimizdә vә öz mәskәnimizdә
bizә ağalıq edirlәr, bizim mal vә dövlәtimizә
sahiblik edirlәr.
İngilis, firәng, alman vә yәhudi
vә qeyrilәri haraya getsәlәr, hansı mәkan
düşsә oranı özlәrinә
mütәәlliq yer hesab edib heç bir şeydәn
çәkinmirlәr, heç kәsdәn xof vә
ehtiyat etmirlәr. Elm vә bilik bir yandan, ev vә
mәktәb tәrbiyәsi başqa bir yandan onları
cürәtli, zirәk, hünәrli vә hәtta bir az
hәyasız vә insafsız elәyir desәk, sәhv
etmiş olmarıq.
Beş-on sәnә bundan
irәli "Kaspi" qәzetәsindә qәribә
bir әhval yazılmışdı. Bakı ilә
Sabunçunun arasında işlәyәn poyezdlәrin
birisindә bir kupedә üç nәfәr
şәxs Bakıyamı, Sabunçuyamı -- dürüst
xatirimdә deyil, -- gedirlәrmiş. Bunlardan birisi Qafqaz
adamı vә iki nәfәri: biri arvad vә biri
kişi, Avropa adamları imiş. Әsnayi-rahdә
qafqazlı papiros qutusundan papiros çıxarıb
istәyibdir çәksin, amma avropalı mane olub,
xanımın hüzurunda papiros çәkmәk
әdәbsiz bir fel olduğunu ona işarә edibdir!
Qafqazlı qızarmış, üzrxahlıq edib,
çıxıb papirosu çöldә çәkib,
sonra kupeyә daxil olanda görübdür ki, haman
şәxs özü siğar çәkir. Bunu
gördükdә tәәccübanә ondan
soruşubdur ki, siz mәnim papiros çәkmәyimә
mane olub, özünüz nә haqq ilә xanımın
hüzurunda siğar çәkirsiniz? Avropalı
hәqarәtlә ona bir nәzәr yetirib cavabında
deyibdir: "Mәnimlә sәn bәrabәrmi oldun?
Mәn nәcib ingilis, sәn dәni yerli". Bu cavabdan
qafqazlı mütәğәyyiri-hal olub,
"nәcib" ingilisә bir sillә vurmuşdu. Bu qәribә işin sonradan suda
düşmәyi qәzetәdә mәnim yәqinimdir
ki, nәcib ingilisә sillә vuran yerli hәr
millәtdәn imişsә dә müsәlman
deyilmiş. Çünki bizlәrdә o cürәt
vә tәәssüb yoxdur ki, haqqımızda icra olunan
nifrәt vә etinasızlığa, zülm vә
tәәddiyә mәrdanә cavab verib, onları
özümüzdәn dәf edәk, hüquq vә
ixtiyarımızı gözlәyәk, şәn vә
izzәtimizi, hörmәt vә lәyaqәtimizi
mühafizәt qılaq.
Zülm vә sitәmә, hәr qisim
әdalәtsizliyә bizim kimi sәbredici, tabgәtirici,
qәzasına razıolucu başqa bir tayfa tapılmaz.
Müsәlman mәrkәzlәrindә olan hansı bir
uyezd naçalnikinin dәftәrxanasına tәşrif
aparsanız, orada müsәlmanları, xüsusәn, qara
rәiyyәt camaatını ziyanlıq mal kimi zar vә
zәbun bir halda görәrsiniz. Bәdәsturi-sud
mәhkәmәlәrin sәhnindә,
silistçilәrin qapısında, pristavların
hәyәtindә müsәlmanlar qoyun sürüsü
kimi döşәniblәr. Bunlardan çoxu bilmir ki,
nә işdәn ötrü, nә tәqsirin vә
hansı әmәlin ucundan onları divanxana qabağına
toplayıblar. Birisinin cürәti yoxdur ki, divan
әmәlәsindәn öz tәqsirini xәbәr
alsın, nә işin xatirәsi üçün
dәvәt olunmasını bilsin. Hamı
üstündә ağalıq edir, hamıdan qorxub ehtiyat
elәyir.
Allah ona ağıl da verib, baş da veribdir.
Amma nә eylәmәk, maralın canına
çökәn qorxu onun da canına
çökübdür.
Şәhәrlәrdә dәxi
müsәlmanların qorxaqlığı vә
kәmcürәtliyi hәr qәdәmdә vә
hәr mәqamda müşahidә olunmaqdadır.
Poçtxanalarda, teleqrafxanalarda, banklarda,
xәzinәlәrdә,
mәhkәmәlәrdә, apteklәrdә
müsәlmanları cümlәdәn geridә mәyus
durub növbәt gözlәyәn görәrsiniz....
Gözәl vaxtın boş vә hәdәr
getmәyinә heyflәri gәlmir. Әzbәs ki, vaxt
onlara artıq lazım olası bir şey deyil. Onsuz da
bilmirlәr vaxtlarını nәyә sәrf
etsinlәr. Heç olmasa burada gәlib gedәnә
tamaşa edirlәr. Dәmir yollarda dәxi yazıq
müsәlmanların başına konduktorlar gәtirdiyi
bәlanı allah heç kәsin başına
gәtirmәsin.
Bu fәlakәtlәrin tamamisinә
sәbәb haman maralın canına sirişt edәn
qorxudur ki, biz müsәlmanların bәdәninә
dә analarımızın südü ilә giribdir.
Söz yoxdur ki, hәr şeydәn qorxan, hәmişә
qorxu altında ömrlәrini çürüdәn,
dilsiz-ağızsız, fәqir vә yazıq anaların
südünü әmәn balalardan qorxaq, aciz vә
bacarıqsız nәsl әmәlә
gәlәcәkdir. "Maya budlu arvad gәrәkdir ki,
onlardan da mәrbudlu oğlan doğsun". Hünәrli,
elmli vә bacarıqlı vә xüsusәn, hürriyyәt
kәsb etmiş analar gәrәkdir ki, onlar da
hünәrli, tәrbiyәli, cürәtli vә
bacarıqlı nәsl yetirsinlәr.
1909.