DOST VӘ MÜӘLLİM
N.O.LOMOURİNİN XATİRӘSİ
Hansısa uğursuz bir tale bәdbәxt
Gürcüstanı tәqib edir. Onun gözәl vә
cavan qüvvәlәri, öz müqәddәs
torpaqlarından uzaqlarda, geniş Rusiyanın
sәrhәdlәrindә vәtәn uğrunda
canlarını qurban verdiklәri bir zamanda, o burada, öz
evindә dә taleyin ağır zәrbәlәrinin
acısını duyur. Elm, mәdәniyyәt vә
әdәbiyyat nümayәndәlәri bir-birinin
ardınca әbәdi olaraq dünyanı tәrk
edirlәr.
İndi dә Qori şәhәrindәki
Müәllimlәr seminariyasının müәllimi,
gürcü yazıçısı vә pedaqoqu N.O.Lomourinin
ölümü haqqında kәdәrli bir xәbәr
alınmışdır.
Hәlә bir az bundan әvvәl yerli
gürcü şairi Akaki Seretelinin cәnazәsini
Qoriyә yola salarkәn Nikolay Osifoviç gözlәri
yaşarmış halda aşağıdakı sözlәri
dedi: "Şvidobit[1], şvidobit, әziz vә unudulmaz dost!
Tezliklә başqa, gözәl bir dünyada
görüşәrik...".
[1] Şvidobit -- әlvida.
Onun peyğәmbәranә dediyi
sözlәr düz çıxdı. O öz dost vә
müәlliminin ayrılığına uzun müddәt
dözә bilmәdi vә ardınca ora,
gedәr-gәlmәzlәr dünyasına getdi.
Nikolay Osifoviç Xarkovda Ruhanilәr
akademiyasını qurtardıqdan sonra Tiflis dvoryan
gimnaziyasında işlәmәyә başladı, lakin
orada o uzun müddәt xidmәt etmәdi. 1884-cü
ildә o, Zaqafqaziya müәllimlәr seminariyasında
gürcü dili müәllimi vәzifәsinә
tәyin olundu vә ömrünün sonuna kimi bu
vәzifәdә işlәdi.
N.O.Lomouri gürcü dilinin gözәl bilicisi vә belletrist sayılırdı. O öz
povest vә romanları ilә gürcü әdәbiyyatını bәzәyib zәnginlәşdirmişdir. Heç kәs gürcü
qadınlarının kәdәrli taleyini,
kәndli
tәbәqәlәrinin qәm
vә әzablarını
N.O.Lomouri kimi sәnәtkarlıqla
tәsvir
etmir.
Nikolay Osifoviç bir tәrbiyәçi vә ustad kimi uşaq qәlbini gözәl bilәn tәcrübәli bir müәllim idi, şagirdlәrә ata mәhәbbәti bәslәyirdi. Onun gәnclәrin tәrbiyәsinә olan münasibәtinin әsasını, şüurlu tәlәbkarlıq vә ciddiliklә dolu insanpәrvәrlik tәşkil
edirdi. Razikaşvili qardaşları: Vaca Pşaveli,
Baçana vә
başqaları kimi gözәl xalq maarifpәrvәrlәri vә istedadlı yazıçı vә şairlәr N.O.Lomourinin tәlәbәlәridir. O, seminariya şagirdlәrinin hamısına eyni
münasibәt bәslәyir vә gürcülәrlә gürcü olmayanlar arasında fәrq qoymurdu. Belә bir münasibәtә görә, seminariyanın Azәrbaycan şöbәsinin şagirdlәri onu xristian pansionunun
şagirdlәrindәn az
sevmirdilәr. Bir
yoldaş kimi Nikolay Osifoviç sәmimi insan idi: diqqәtli, qayğıkeş vә xeyirxah bir insan kimi o,
yoldaşın vә dostun sәadәti üçün öz mәnafeyini qurban vermәyә hazır idi. Seminariya
müәllimlәri arasında ümumi
hörmәt vә mәhәbbәt
qazanmışdı. Heç kәs gәnc nәslә Nikolay Osifoviç
kimi tәsәlli vermәyi, yaxşı mәslәhәtlәr etmәyi bacarmırdı.
Әziz
dost vә unudulmaz
yoldaş, sәnә rәhmәt olsun. Rәhmdil allah
böyük kәdәr içәrisindә olan ailәnә vә saysız-hesabsız tәlәbәlәrinә sәbr versin.
1915.