GÜRCÜ ŞAİRİ AKAKİ
SERETELİ YUBİLEYİNӘ DAİR
Necә ki, ötәn mәqalәmizdә
söz vermişdik, Akaki Sereteli cәnablarının
müxtәsәr tәrcümeyi-halını yazıb,
әsәrlәrindәn bәzi mәlumat
vermәyә iqdam edirik.
Akaki Sereteli mәşhur İmeret
knyazlarının nәslindәndir. Onun babaları
sabiqdә İmeret padşahlarına müqәrrib olub,
vәtәnlәrinә vә millәtlәrinә
böyük xidmәtlәr göstәrmişlәr.
Knyaz Akaki anadan olubdur Kutais quberniyasının
Şorapel uyezdindә özünә mütәәlliq Saçxeri
adlanan mәhәldә, miladın 1840-cı
sәnәsindә iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz
vә nücәbaları arasında qәdimdәn
işlәnәn adәtә görә öz
körpә balalarını tәrbiyә üçün
bir rәiyyәt evindә süd anasına
tapşırıblar.
Zahirdә bu adәt nәzәrә bir az tәәccüblü
gәlirsә dә, hәqiqәtdә bunun yaxşı
tәrәflәri vardır. Belә ki, xass ilә
amın, rәiyyәt ilә ağanın mabeynindә
hәr iki sinfi bir-birinә yaxınlaşdırmaq
üçün bir vәsilә әmәlә
gәlir, xüsusәn, o halda ki, tәrbiyәyә
verilәn ağazadәnin süd qardaşı vә
süd bacısı ola.
Burada balaca knyaz kәnd uşaqlarının
içindә böyüyüb, onların adab vә
әxlaqını, dünyaya nә göz ilә
baxmağını, hәrәkat vә sәkanatını,
danışıqlarını, adәtlәrini, bilaixtiyar
iqtibas edib, onlar kimi sadә dolanmağa, soyuğa vә
istiyә, aclığa vә susuzluğa
körpәlikdәn adәtkәrdә olmuşdur. Knyaz
Sereteli indi dә haman gözәl vaxtını
hәsrәtlә yad edir vә kәnd uşaqları
ilә bir yerdә oynadıqlarını, bağda vә
çәmәndә gәzmәklәrini,
çiçәklәrdәn dәstә
bağlamaqlarını, dünyanın qayğısından әsla
bixәbәr olmaqlarını yada gәtirmәklә
könlünü şad elәyir. Şair kәnd
әhlindәn vә balaca yoldaşlarından eşitdiyi
qisim-qisim nağılları sonradan başqa libasa geyindirib, gözәl
әsәrlәr meydana gәtirmişdir.
Uşaq mövsümünün ikinci
hissәsini şair valideyninin
tәhti-nәzarәtindә keçirir. Fәqir
әkinçinin hisli vә boş daxmasından
dövlәtmәnd vә sahib-hökumәt knyazın
müzәyyәn vә bәzәkli otağına
müraciәt edib vә burada olan calalı vә otuz
nәfәrdәn ziyadә pişxidmәtlәrin
qabağında әlibağlı durmağını
görüb şair heyrәtә düşür,
oradakı yoxsulluq, ehtiyac vә sadәlik, buradakı
dövlәt, tәntәnә, büsat, bolluq, izaf?
x?rcl?r.... N? boyuk t?favut, n? ziyad? f?rq!....
Seretelinin әvvәlinci
müәllimәsi mehriban anası olubdur, hansı ki, öz
әsrindә artıq bilikli vә elmli arvadlardan birisi hesab
olunurdu. Amma atasının çәndan elm vә savadı
yox imiş. Sәkkiz yaşı tamam olduqda balaca Akakini
atası Kutaisdә gürcü dvoryan gimnaziyasına qoyur.
Burada әvvәl dәfә azadәliyә adәt
etmiş knyaza gimnaziyanın köhnә vә sәrt
qaydaları çox ağır gәlir. O vaxt acıqlı,
qaş-qabaqlı vә mütәkәbbir
müәllimlәr ilә saziş elәmәk
doğrudan da әn çәtin
mәsәlәlәrdәn birisi idi. Heç zadın
üstündә şagirdi döymәk, qaranlıq
otağa salmaq, yemәk vә içmәkdәn
mәhrum etmәk bizim köhnә
mәktәblәrdә işlәnәn kimi
gürcülәrin gimnaziyalarında dәxi
mötәbәr qaydalardan sayılırdı. Kutais
gimnaziyasında Sereteli çox zәhmәt vә
mәşәqqәtlә rus dilini öyrәnir, amma
gimnaziyanın kursunu tamam etmәyә üç-dörd ay
qalmış müәllimlәrin cövrü
sitәminә artıq tәhәmmül edә
bilmәyib, şair ata vә ananın izni ilә oradan
çıxır vә Rusiyanın paytaxtı Peterburqa azim
olur. Burada әlsinәyi-şәrqiyyә
mәdrәsәsinә daxil olursa da, ona iktifa etmәyib,
o vaxtda mәşhur professorların leksiyalarına qulaq asmaqla
xeyli mәlumat kәsb elәyir. Rus studentlәri ilә
dostlaşıb keçәn әsrin
altmışıncı sәnәsindә mәşhur
әdiblәrin әsәrlәrini artıq
hәvәslә oxuyub, rusların mәişәti
ilә aşna olur.
Bu vaxtlarda knyaz Akaki özü dәxi
başlayır qәlәmini imtahan etmәyә. Onun
әvvәlki yazıları vaxtın tәqazasına
görә imperator Aleksandr saninin verdiyi reformalara dair
mәqalәlәr idi.
Bu mәqalәlәrdә ki, "İsti
xәbәrlәr" sәrlövhәsi ilә
"Droeba" qәzetindә çap olunurdu, Akaki
reformanın tәrәfdarı olmağını bildirib,
rәiyyәt tayfasının knyazların vә
mülkәdarların tәhti-hökumәtindәn
vә zülm-sitәmindәn xilas olmasını suzişli
dil ilә bәyan edәrdi. Onun mәqalәlәri
artıq şövq ilә oxunurdu.
Bundan bir zaman keçmiş şair
başlayır nәzmlә yazmağı vә bizim
Azәrbaycan şairlәri kimi gülü,
bülbülü, bahar vә şәrabı vәsf edib, mәdhi-dilbәr
barәsindә gözәl şerlәr yazır ki, indi
dә oxuyanları valeh edir.
Nәzmin әqsamindәn savayı onun
nәsr ilә yazılmış hәr növ
әsәrlәri: romanı, draması, komediyası,
tәlimi-әtfala dair nağıl vә hekayәlәri
vә mәzhәkәlәri vardır.
Seretelinin tәbi ziyadә mövzun vә
rәvan olmağa görә yazdığı
әsәrlәrin dәxi hәddi-hesabı yoxdur. Bir
şerindә şair tәbi-şeriyyәsini bәyan edib
deyir: "Mәnim mürәkkәbim zәhәr vә
bal ilә, sirkә vә göz yaşı ilә mәmzucdur.
Mәn istәyirәm ki, şerlәrimi fәqir oxuduqda
fәqirliyini unutsun, bәdbәxt oxuyanda tәsәlli
bulsun vә haqq-savabı hәr kәs nәzmimdә hiss
edib xoşhal olsun, amma şerlәrimin vasit?si il? dusm?nl?rin d?
ur?yin? z?h?r dam?zd?rmaq ist?yir?m....".
Bununla belә, Akaki Seretelinin ümdә arzusu
vә baş fikri mәhәbbәt vә
qardaşlıqdır. Gәlәcәk zamanda hamı
millәtlәrin birlәşib ittihad vә ittifaqı
vә qardaş kimi mehriban dolanmaq arzusu şairin tәbini
güşadә edib, onun xәyalatını uca
mәqamlarda gәzdirir vә bu ümumi ittifaqın
ziddinә gedәn tәәssübkeşlәri, nifaq
vә ziddiyyәt toxumunu sәpәnlәri vә
ürәklәrdә kin vә әdavәt
bәslәyәnlәri vә filcümlә haqq
üzünә pәrdә çәkәnlәri
nifrәt ilә yad edib, lәnәt damğasını
onların alnına basır. Sereteli yektәrәf vә
mütәәssib
millәtpәrәstlәrdәn deyil ki,
öz millәtinin eyb vә qüsurunu görmәyib, ancaq
onu layiqi-mәhәbbәt vә tәhsin bilsin. Sereteli
üçün hamı millәtlәr müsavidir vә
bir-birinә qardaşdır. Şairin ibadәt eylәdiyi
mәbәdgahda bütün insaniyyәt
sığışa bilir. Onun üçün kilsә,
mәscid vә yәhudilәrin sinaqoqu yeksandır.
Çünki hәqiqәtdә hәr bir millәtin
getdiyi yol әlavә isә dә, mәqsәdi birdir.
Cümlә haqq tәrәfinә, xudayi-lәmyәzal
canibinә sövq etmәkdәdir. Bu barәdә Sereteli
bizim şüәradan mәrhum Abdulla bәy Asini vә
Hacı Seyid Әzim Şirvanini dәrxatir edir ki, onların
da mәslәk vә әqidәsi vә baş
arzuları ümumi bәşәrin vә insaniyyәt
alәminin sәadәtidir, nәinki yalnız bir
qövmün nicatı. Vә mәbudi-hәqq birdir;
hәr kәs nә dil ilә vә nә qayda tәriqi
ilә ona ibadәt edәcәk etsin, necә ki, Asi
deyibdir:
Kiniştu Kәbә yeksandır, әzizim,
Çu min xud talibi-didar imiştum. [1]
[1] Tərcüməsi:
İlahi, məscidə meyxanə dönsün,
Tökülsün badəsi, peymanə
dönsün.
Vә Hacı Seyid Әzim buyurubdur:
Kimisi Kәbәdә hәqqi, kimi deyr
içrә görәr,
Hәrә bir növü gәzәr,
axtarar ol sübhani.
Vә insaniyyәt barәsindә
demişdir:
Demirәm rus, ya müsәlman ol,
Hәr nә olsan get әhli-ürfan ol.
Seretelinin
baş arzularından birisi dә tәzә nәsl ilә köhnә nәslin, yәni atalar ilә oğulların birlәşib yekdil vә yekcәhәt olub, vәtәnin vә millәtin xeyr vә sәlahı üçün sәrfi-hümmәt etmәklәridir. Bu xüsusda bir nәzmindә deyir: "Hәrdәm ki, gözәl bir xәndәni vә canalıcı bir baxışı
yada salıram, cürәt vә
qüvvәtim
artır. Haqq yolunda bütün alәm ilә cәng etmәyә müqtәdir oluram. O xәndә mehriban ananın vә sevgili yarın xәndәsi deyil, o xәndә yeni hasilә gәlәn cavan nәslin xәndәsidir ki, onu dünyanın malına dәyişmәrәm. O xәndәdir mәnim qәlbimә sәfa vә tәbimә tab vә qüvvәt verәn!".
Akaki
Seretelinin tәbi
romantizmdәn xali
deyil. Onun "Suliko" (Cancığazım) ünvanında
yazdığı bir nәğmә
başdan ayağa romantizmdir. Bu nәğmә rus vә firәng dillәrinә tәrcümә olunubdur vә tamam Gürcüstan onu sövt ilә oxuyur. Mәzmunu budur: "Sevgili
cananın qәbrini
axtarırdım vә heç yerdә onu tapmayıb ağlaya-ağlaya
çağırırdım: Haradasan mәnim canım, Suliko? Bu halda xar
vә tikan
içrә
gözüm yeni açılmış tәr vә tazә qızıl gülә sataşdı. Ondan sual elәdim: mәnim Sulikom sәnmisәn? Cavabında qızıl gül
qızarmış vә şәrmәndә başını aşağı
dikdi vә bir
damcı duru vә
müәttәr şeh göz yaşı tәk yerә saldı. Bu әsnada gülün içindәn bülbül
pırıldayıb nәğmәsini
kәsdi.
Müşfiqanә
ondan sordum: Gözәl quşcuğaz, mәnim Sulikom sәn deyilsәn
ki? Bunu eşitcәk biçarә bülbül dәrhal uçub gül şaxının üstünә qondu vә dimdiyi ilә gül yarpağına ahәstә toxunub başladı ah vә nalә elәmәyә, onun nәğmәsi mәni valeh etdi.
Qaranlıq
gecәdә ulduz zәif şәfәqini üzümә saldı. Ondan sual etdim: Ey gözәl ulduz, bәlkә mәnim Sulikom sәnsәn? Ulduz atәş kimi alışıb yanmağa
başladı vә şәfәqini daha da artırıb
üzümü vә gözümü münәvvәr etdi. Bu halda lәtif bir yel әsdi vә mәnim qulağıma
pıçıldadı: "Axtardığını
tapdın, şad ol, qәm vә
qüssәni
unut, vaxta ki, gün batar, dünyanı qaranlıq
bürür, göydә ulduz, yerdә bülbül vә gül sәnin
qәlbini şad
edәr. Sәnin sevgilin vәfat edibsә dә, sәndәn ayrılmayıbdır vә üç sifәtdә hәmişә sәninlә vardır". Odur ki, mәn hәr şeydәn artıq gülün әtrini, bülbülün nalәsini vә ulduzun şәfәqini sevirәm. Hәr üçündә mәnim Sulikom özünә mәkan tutmuşdur".
Akaki
Sereteli knyaz Çavçavadze kimi vәtәn uğrunda vә millәt yolunda kişilәrin mәrdanәliyindәn danışıb, gürcü
arvadlarını da unutmayıbdır. Onların vәtәn yolunda qeyrәt vә namuslarını şairanә nәzmә çәkibdir.
Bir nәzmindә belә bir әhval söylәyir: Gürcü xatınlarından
birisi üç nәfәr
oğlunu vәtәn mühafizәsi üçün davaya
göndәrib,
artıq iztirab ilә onlardan xәbәr gözlәyir. Bu әsnada xәbәrçi gәlir, qeyrәtkeş arvad mәtanәti-qәlb ilә ondan tәvәqqe edir ki, heç bir şeyi gizlәtmәyib, ona dürüst xәbәr versin.
Müxbir
ahi-cansuz ilә
cavab verir ki, sәnә qara xәbәr gәtirmişәm. Arvad artıq söylәmәyә macal vermәyib deyir: "Bu barәdә danışma, söylә görüm hansı tәrәf qalib oldu, vәtәnimiz salamatdırmı, yoxsa düşmәn әlinә düşübdür. Xәbәrçi ona tәsәlli verib deyir: "Qorxma xanım,
gürcülәrin
qılıncı kәskindir vә
hünәri
artıq. Biz düşmәnә qalib gәldik".
Bunu
eşitcәk
arvad allaha şükür edir vә oğlanlarından xәbәr tutur. Xәbәrçi onun böyük vә kiçik oğlunun vәtәn uğrunda qәtlә yetişmәyini xәbәr verdikdә gözlәrindәn iki damla yaş salıb deyir: "Mәn onları vәtәni mühafizә etmәk üçün bәslәmişdim. Bәs ortancıl oğlum
qardaşlarının intiqamını
aldımı?"--deyib sorduqda xәbәrçi deyir: "Xeyr, xanım, bu
barәdә sәnә tәsәlli vermәkdә acizәm. Ortancıl oğlun düşmәnin hücumundan qorxub
qaçdı, qardaşları qan tökәn zaman o meşәdә yarpaqlar altında gizlәnmişdi". Bәşirin bu xәbәri biçarәnin canına lәrzә salır, uca sәslә fәryad edib vә saçlarını qum-qum dibindәn qoparır, yaxasını
çak qılıb, әmcәklәrini әlinә alıb deyir: "Sәni yox olasan ki, belә qorxaq oğul bәslәdin vә mәni töhmәt altında qoydun". Bizim
xanımlar üçün şayani-ibrәt bir haldır! Arvadların fәdakarlığı vә vәtәn yolunda izhar etdiklәri hünәr vә sәdaqәt hәr әsr vә zamanda gürcülәr üçün mayeyi-fәxr olub, әdiblәri onların barәsindә gözәl nağıl vә hekayәlәr tәrtib etmişlәr. Onlardan birisi dә Akaki cәnablarının "Natela" ismindә nәzm etdiyi hekayәdir: Gözәl Natela ağ rәngdә bir çuxa tikibdir vә elam edibdir ki, o
çuxanı geyәn xoşbәxt
o kәs
olacaqdır. Hansı ki, onu düşmәnin qanı ilә әlvan vә qırmızı boyayacaqdır vә sakin olduğu qәsrin әtrafında yüz iyirmi paya sancıbdır. Hansı
igid yüz iyirmi düşmәn kәllәsi gәtirib payaların başına sanca,
Natela canını vә cismini ona tәslim edәcәkdir. Minqrel knyazlarından rәşid vә nәcib Sotne Dadiani qaniçici nazәninә toy sövqatı üçün
yüz iyirmi düşmәn kәllәsi gәtirir. Amma toy başlananda Natela
nişanlısına tәklif edir ki, öz dost-aşnaları ilә gedib, Kartaliniyanı
(Gürcüstanın şәrq tәrәfini)
monqolların zülmündәn xilas elәsin vә illa toy olmayacaqdır. Bu tәklifi toya cәm olan cavanlar qәbul edib, şövq ilә monqollar üstә azim olurlar. Bunların qәsdini monqollar duyub,
çoxlarını tәlәf edir vә knyaz Dadiani yoldaşları
ilә әsir düşür. Monqol
padşahı Noinin fәrmanı ilә knyazları çıplaq soyundurub ağaclara
sarıyırlar vә bәdәnlәrinә bal sürtürlәr ki, günün
qabağında hәr qisim hәşәrat onların qanını
sorsun. Noin işrәtdә ikәn ona xәbәr verirlәr ki, bir arvad onu görmәk istәyir. Arvad hüzura gәldikdә dәfәtәn üzündәn rübәndini açıb yerә atır vә cümlәni gözәlliyi ilә heyran edir. Bu övrәt knyaginya Natela imiş. Noinin
işarәsi ilә hüzurda olanlar
dışarı çıxır vә özü taxtdan düşüb
Natelaya tәrәf hәrәkәt edir. Natela libasının altında
gizlәdiyi xәncәri çәkib hökm edir ki, yerindәn tәrpәnmәsin. Noin heyrәtdә qalıb başlayır ona
yalvarmağa vә
padşahlığının yarısını, mal vә dövlәtini ona vәdә edir, hәtta ona qul olmağı iqrar edir, ta ki,
xahişini әmәlә gәtirsin, ona arvad olsun. Natela cümlәsini rәdd elәyib deyir: Mәn özüm dә sәnin kimi padşaham, heç bir şeyә ehtiyacım yoxdur. Mәn sәndәn tәvәqqe edirәm ki, nişanlımı öz
adamları ilә
xilas edәsәn. Noin ünas әhlindәn әvvәlinci dәfә belә mәrdanәliyi, rәşadәt vә cәladәti vә ali hissiyyatı müşahidә etdikdә o, valeh vә mәbhut olur, bir az fikrә gedib onun dәruni alәmindә bir tәbәddülat vüquә gәlir. Dәrhal sui-qәsdindәn daşınıb, knyaz Dadiani ilә sağ qalmış
yoldaşlarını xilas edir vә rәşid Natela ilә Gürcüstan barәsindә sülh bağlayıb
Gürcüstandan çıxır.
Bu hekayәnin az-çox әsli olmağı
Gürcüstan tarixindәn görünür. Knyaz Seretelinin bundan әlavә hübbi-vәtәn babindә tarixdәn әxz olunmuş hәtta mütәәssir tragediyaları vardır
ki, onda Gürcüstan arvadlarının fәdakarlığı әdibanә yazılmışdır.
Onlardan mәşhur "İraqli
dövvüm" ("Patara qaxi"), "Tamara",
"Medeya" vә qeyrilәridir.
Dramdan savayı Akaki cәnabları bir çox komediya dәxi yazmışdır ki, cümlәsindә gürcülәrin mәişәtini artıq mәharәtlә göstәribdir vә mәrhum Mirzә Fәtәli Axundovun komediyalarından mәşhur "Xan sәrabi"ni türkdәn gürcü dilinә tәrcümә etmişdir vә bir çox romanlar, povestlәr, hekayә vә nağıllar vasitәsi ilә Gürcüstanın keçmişdәki vә indiki halı ilә öz millәtini xәbәrdar etmişdir. Onların tәmamisi ilә oxucuları aşna etmәk qeyri-mümkündür.
Onlardan nümunә üçün abxazların dolanacağından
"Mürәbbi"
ünvanı ilә yazdığı bir hekayәnin mәzmununu burada zikr etmәyi münasib gördük. Bir
halda ki, bu hekayәnin
tәlim vә tәrbiyә mәsәlәsindә artıq әhәmiyyәti vardır.
Abxaziyada
olan uca dağların birisinin başında cavan bir
abxazlının evi qaralırdı. Burada cavan abxazlı
gözәl vә istәkli Nazibrola adlı yarı ilә dünyanın
qayğısını unudub işrәt edirdilәr. Soyuq vә boranlı bir gecәdә mәzkur abxazlının süd
qardaşı qabardalı Sәfәr bәy ona qonaq olur. Yorulmuş müsafir
qardaşının yanına bir işdәn ötrü gәlibdir. Onun ürәyi eşq odu ilә alışıb yanır,
çoxdandır gözәl Ziya xanıma aşiq olubdur, amma mәzurә Ziya xanım ona tәklif edir ki, Әlmәqsudun kәhәr atını oğurlasın vә illa ona getmәyәcәkdir. Әlmәqsudun kәhәr atı isә cәmi Abxaziyada adı ilә söylәnir vә hamı ona aşiqdir. Sahibi-xanә qardaşının sözlәrini eşidib, onu bu xәtalı sәfәrdәn mәn edir, amma qardaşının xatirәsi üçün bu çәtin әmri öz öhdәsinә götürür.
Mәğrib sәmtindә hәlә ulduzlar göy üzündә sayrışırdı ki,
rәşid
abxazlı yedәyindә kәhәr at dar vә qorxulu cığır ilә dağ başına, öz
xanәsinә tәrәf dırmaşırdı. Süd
qardaşı yapıncı altında xabda idi. Amma onun istәkli yarı Nazibrola
üzü-gözü qanlı, yaxası
parçalanmış, zülflәri pәrişan halda gözlәrindәn yaş tökürdü, rәxtxab isә dağınıq vә pәrişan halda idi.
Nә iş vaqe olduğunu
abxazlı dәfәtәn anladı, ürәyi sıxıldı,
başı ağırlaşıb bilaixtiyar yerә yıxıldı. Arvadın
hәzin sәs ilә ağlamağı, qәm vә qüssәsi bir dәqiqә onun ixtiyarını aldısa da, yenә abxazlı özünü
toxdadıb, arvadının әlindәn tutub dedi: "Mәnim әzizim, ağlama, o bir yuxu idi, onu
yadından çıxart. Sәn günahdan paksan. Yenә bizim pakizә vә müqәddәs mәhәbbәtimiz ulduz kimi saf vә baqi qalacaqdır". Bu
sözlәrdәn sonra onun üzündәn öpüb, ürәyini sakit elәdi.
Sonradan
namusuna toxunan Sәfәri mülatifәtlә yuxudan oyadır. Sәfәr süd qardaşını adәti halında görüb xof
vә әndişәdәn çıxır vә belә güman elәyir ki, arvad vaqiәni әrindәn mәxfi saxlayıbdır.
Abxazlı qardaşına gülәş
üzlә deyir: "Xahişini әmәlә
gәtirdim. İstәdiyin kәhәr at sәni gözlәyir,
tez ol yola rәvan ol, daha da artıq sәni yanımda
saxlardım, amma bilirәm ki, әziz yarının
vüsalına tәlәsirsәn".
Sonradan qonağa әl-üzünü
yumağa su, yemәyә xörәk verib ... onunla
bahәm dağın әtәyinә enir. Burada qonağa
vida etdikdә ütab ilә ona deyir: "Sәfәr
bәy! Sәnin bәd әmәlin vә
alçaqlığın mәnә mәlumdur. Sәn
mәnim irzimә vә namusuma toxundun. Bu
fәnalığı söylәmәyә dilim qadir
deyil. Bu fәna yaddan çıxmaz vә әfv olunmaz.
Öz yolunla get, bir dә mәnim gözümә
sataşma, bu lәkәni ancaq qan ilә yumaq olar".
Bu sözlәri eşitdikdә Sәfәr
bәy titrәdi vә rәngi ağardı,
ahәstә qardaşına dedi: "Doğru deyirsәn,
müqәssirәm, demәyә bir sözüm yoxdur.
Şeytan mәni günah әmәlә saldı, mәn
sәnin kәmtәrin qulunam, rәhm elә,
başımı cәsәdimdәn ayır".
"--Yox, sәnә mәnim әlim
dәymәz, sәn mәnim anamın
döşünü әmmisәn, çәkil
kәnara, babalarımızın müqәddәs
adәtini pozmaqda mütәssir sәn deyilsәn.
Vәtәninә müraciәt etdikdә öz
müәllim vә mürәbbilәrinin hüzuruna
gedib, mәrdanәliyini ona söylәmәyi
sәndәn iltica edirәm. Hәr qisim tәnbeh o
sәnә qәrar etsә, ona tabe ol!".
Sәfәr bәy pәrişanhal vә
qәmgin vәtәninә varid oldu vә öz
mürәbbisi alim vә möhtәrәm Hacı Yusifin
hüzuruna gәlib, tamam әhvalatı ona söylәdi. Bu
söylәdikcә Hacı Yusifin üzü bulud kimi
qaralıb tutqun olurdu. Axırda güclә nәfәs
alıb soruşdu: "Bәs sonra nә oldu,
sәninlә necә rәftar elәdi, sәnә
nә dedi?".
Sәfәr bәy cavab verdi ki: "O
mәni әfv elәdi süd qardaşlığı
cәhәtinә, amma mәndәn söz aldı ki,
sәnin hüzuruna gәlib tәqsirimi әrz elәyim
vә hәr әmr sәndәn sadir olsa, ona әmәl
edәm". "Aha! Düşünürәm, belә
bir böyük günahın cәzası qandır, bunu ancaq
qan ilә tәmizlәmәk olar, başqa bir
çarә yoxdur!" Belә deyib tapancanın
çaxmağını qalxızdı. Sәfәr bәy
döşünü qabağa tutub qәzasına razı
oldu. Hacı Yusif onu rәdd edib dedi: "Yox, ölümә
layiq sәn deyilsәn. Sәnin mürәbbindir ki,
sәnә tәrbiyә vermәkdә böyük
qüsur göstәribdir". Bu halda tapanca
açılır vә Hacı Yusifin ruhsuz qәlbi
yerә sәrilir vә alnından nazik qan
çeşmәsi açılır....
Müәllim vә
mürәbbilәrә nә gözәl ibrәtdir!
Bu misallı tәlim vә
tәrbiyәyә vә yeniyetmә cavan nәslin
tәhzibi-әxlaqına dair Sereteli cәnablarının
daha çox bәrgüzidә әsәrlәri
vardır ki, tәmamisini qәzetә sütunlarında zikr
etmәyә yer yoxdur. Bu axır vaxtlarda knyaz Akaki
"Müsәlman qardaşlarıma"
sәrlövhәsindә yazdığı bir
şerindә müsәlmanların qәflәtdәn
ayılmağını müşahidә edib, onları
tәbrik, ülum vә fәnnin tәhsilinә
tәşviq, ittihad vә ittifaqa tәrğib edib deyir:
"Çox çәkmәz ki, sizi zәif,
bacarıqsız vә elmsiz bilәnlәrdәn siz
qüvvәtli, bacarıqlı vә elmli olarsınız...."
Heyfa ki, Akakinin bu tәbriknamәsini әlә
gәtirә bilmәdik ki, tәrcümәsini eyni
ilә burada yaza idik. Sereteli cәnablarını
cümlә müsәlman әdiblәri vә
şairlәri tәrәfindәn tәbrik edib,
Gürcüstanın fәxri üçün daha da çox
yaşamaqlarını sәmimi qәlbdәn arzu vә tәmәnna
edirik.
1908.