HӘYATA DӘVӘT
"Dünya beş gündür, beşi
dә qara". Beş günlük ömürdәn
ötrü bu fәna dünyada sәy vә tәlaş
etmәyin, mal vә dövlәt şövqünә
düşmәyin, kәsb vә hörmәt qeydinә
qalmağın, ömrü bihudә
çürütmәyin lüzumu varmı? Hәr nә
etsәk axırımız fәnadır! Kişi
gәrәk axirәti üçün
çalışsın, onun üçün sәrmayә
qazansın, ölümünü yadından
çıxarmasın, gözünü axirәt
guşәsinә tiksin.
Ey әzizan! Bir baxın
dünyayә--ibrәtxanәdir,
Axırın fikr etmәyәn aqil deyil,
divanәdir....
Möhtәrәm ülәma,
vaizlәrimizin mәscidlәrdә vә
mәclislәrdә camaata xitabәn
söylәdiklәri sözlәr vә nitqlәr
әksәr övqat bu qisim vәz vә
nәsihәtlәrdәn ibarәt olduğu
cümlәyә mәlumdur. Bu mәzmunlu vәzlәr
ilә ruhani atalarımız,
"salikani-rahi-hәqiqәt" camaatın etiqadına
pәrxaştlik vә süstlük gәtirib, dünya
zindәganlığından onu soyudurlar, ümuri-mәişәtdә
lazım olan sәy vә tәlaşdan bir növ kәnar
edirlәr. Bu qisim vәz vә nәsihәtlәrin
bәrәkәtindәn müsәlman qardaşların
var qüvvәtlәri zәiflәşir, fikirdәn
hünәrlәri yatır, cürәt vә
hünәrlәri bir işdә büruz etmәyir,
qәzalarına razı olub, hәr bir cәfa vә
mәşәqqәti qәbul edirlәr, hәr növ
zәhmәt vә әziyyәtә qatlanıb
mәişәtin pozğun vә cәfalı
övzasına tab gәtirirlәr vә hәr
işdә "migüzәrәd" deyib rahәt
olurlar.
Dünya beş günlükdür, onsuz da
axırı ölümdür. Beş günlük
ömürdәn ötrü çalışmaq yararmı
vә çalışmaqdan nә hasil?
Sultani-cahan isә gedәr, canә inanma,
Çün
baqi deyil, mülki-Süleymanә inanma.
Bәs hәr kәs öz cәzasını o dünyada alacaqdır,
lazımdır ölümә hazırlaşmaq, hәyata vәfa yoxdur, baqi deyil.
Dünyagir
vә tamahkar vaizlәr üçün
camaatın belә
qәflәt vә cәhalәtdә yaşamağı, әlbәttә, çox xeyirdir. Hәr nә ki, az-çox onlar qazanıb tәhsil etsәlәr, gәtirib öz ağalarına tәslim edәcәklәr, özlәri isә aza qәnaәt edib, ancaq beş günlük
ömr üçün әldә bir
azacıq sәrmayә saxlayacaqlar. Çünki
ruhani ataları onlara vazeh dәlillәr ilә sübut ediblәr ki, dünya
Nә gәrәkdir sәnә bu dövlәtümal,
Yükünü
yüngül eylә, ey hәmmal!
Ülәmayi-kiram hәmәvaxt biçarә hammalların zәhmәtinin sәmәrәsini hiylә vә tәzvir ilә әllәrindәn alıb yüklәrini yüngül etmәyә çalışmışlar.
O sәbәbdәndir ki, müsәlman alәminә nәzәr yetirdikdә, onun fәna halı ilә avropalıların
dolanacağını tutuşdururkәn әqli-insan heyrәtdә qalır. Dövlәt, sәrvәt, mәrifәt, kamal, hünәr, bilik, bacarıq, rahәt güzәran avropalılarda; fәqr, zәlalәt, yoxsullüq, cәhalәt, avamlıq, hünәrsizlik, narahatlıq, icz, әsarәt vә kәsalәt alәmi-islamda. Bunlar gözün tikiblәr axirәtә, beş günlük ömrü bir
tövr keçirib, darü bәqaya vasil olmağa, onlar
çalışırlar dünya zindәganlıqlarını rahat etmәyә vә mürәffәhal ilә dolanmağa, özlәri üçün dövlәt vә hörmәt qazanmağa. Bunlar fәlakәt vә qәflәtdә, onlar ciddiyyət vә sәadәtdә; bunlar ölü, onlar diri! Avropalıların
bu fәaliyyәt, ciddiyyәt vә sәadәti onların müsәlmanlardan artıq dәrәcәdә qabil vә müstәid olmaqlarından deyil, mәhz ondan naşıdır ki,
onlar hәyatın
qәdrini bilib,
ondan müstәfid
olurlar. Müsәlmanlar
isә hәyata meyl etmәyib, mәmatın fikrindәdirlәr.
Rus әdiblәrindәn mәşhur Q.Petrov qraf Tolstoyun bir para fәlsәfәyә mәxsus әsәrlәrini mәqami-tәnqidә qoyub, mәzkur әsәrlәr rusların tәnәzzül, kәsalәt vә bәtalәtinә sәbәb olmasını sübuta yetirir. Tolstoyun
"mәzәrrәt vә şәrarәtә müqavimәt etmәmәlidir" rәy vә qövlünü Petrov batil vә müzürr әqidәlәrdәn hesab edib, rusları hәyata dәvәt edir vә nәsihәt üzü ilә onlara deyir: "Diriliyinizi qәnimәt bilib, zindәganlıq ediniz, zindәganlığın şәrtlәrini öyrәnib, rahat yaşayınız,
vaxtınızı qәflәtdә keçirmәyiniz, yatmayınız, donub
bir nöqtә
üzrә
qalmayınız, yaşayınız vә başqalarının hәyatına sәbәb olunuz. Ülum vә fünuna, sәnaye vә ticarәtә, fәlsәfәyә, alış-verişә, ziraәtә, mәktәb vә mәdrәsәlәrә hәrәkәt veriniz, hәyat bәxş ediniz, mәişәt üçün tәzә üsul vә qaydalar tәrtib ediniz, siyasi vә iqtisadi işlәrinizә tәğyir vә tәbdil verib, başqaları ilә rәftar vә әlaqәnizi düzәldiniz, hürriyyәt vә ülviyyәt kәsb ediniz". Bundan sonra cәnab Petrov yazır:
"Hürriyyәt, müsavat vә üxüvvәt mәsәlәsindә gәrәk bir qüsur olmasın. Cümlәyә qardaş gözü ilә baxılsın,
başqalarının hüquq vә ixtiyarlarına, mәmuriyyәt vә asayişә riayәt edilsin, bir nәfsә vә bir tayfaya bir zәrәr dәymәsin. Heç bir millәt vә tayfanın şan vә şәrәfinә xәlәl yetişmәsin, haqlarında cövr vә sitәm rәva görülmәsin. Hәr bir millәt, qövm vә tayfa gәrәk xәta vә bәladan mәsun qalıb, asudә yaşasın, öz әdәbiyyat vә lisanlarını, ayin vә adәtlәrini mühafizә edib, bacardıqları xidmәti bәşәriyyәt alәminә yetirsin".
Petrovun әqidәsincә, әcnәbi millәtlәrin haqqında icra olunan tәzyiqat, zülm vә cәfa, hәqiqәti-әmrdә qәtlә bәrabәrdir, hәqq-tәala yaratdığı
işığı söndürmәk mәnzilәsindәndir, günahsızların qәtlinә fәrman vermәk, acizlәri boğazlarından asmaq mәqamındadır. Bundan sonra
Petrov cәnabları
yazır: "Hәyatı unutmayınız, ona rәhminiz gәlsin, hәm vücudunuzda, hәm başqalarda onu mühafizә ediniz, seviniz vә әziz tutunuz, әski vә qәdim nişangahların uçub
dağılmasına razı olmayıb,
yazığınız gәlirkәn
qüvvәtli bir
millәtin
hücum vә
zülmü altında başqa bir zәif millәtin hüquq vә hürriyyәtinin әlindәn alınmasına, dilinin vә dininin mәhv vә nabud olmas?na r?hminiz g?lm?zmi?....".
Petrovun bu
sözlәri
qızıl suyu ilә yazılmalıdır!
Әlhәqq, hәyatı sevmәk vә onun qәdrini bilmәk lazımdır. Bizlәr isә bu mәtlәbdәn qafil vә uzaq düşmüşük, hәyatın qәdrini bilmәyirik vә hәr kәs ki, bizlәrdәn bir azacıq onun qәdr vә qiymәtini dәrk edib, övzai-mәişәtini islah etmәyә çalışır, dәrhal cәnab vaiz ilә ağa dәrviş onun
qapısını kәsib uca sәslә yadavәrlik edәr ki, ey qafil, dünya ibrәtxanәdir, dünyaya uyma, axirәti әldәn qoyma, karvani-dәhr yola
düşübdür. Hәr kәs
yükünü tez yüklәsә mәrdanәdir. Bu dünyayi-dunә rәğbәt etmә. Axirәt üçün tәdarük gör, guşeyi-qәbirdәn gözünü çәkmә, naz ilә başını balişi-nazә qoyma, çünki min-min nәzakәt әhli xak ilә yeksan olublar.
Başını
naz ilә qoyma
nazbalış üstә, bax,
Gör nәzakәt әhli min-min xak ilә yeksanәdir!
Huşiyar
ol, qıl tәdarük,
bax gedәnlәr sәmtinә--
Guşeyi-qәbrә--qaranlıq, dar, nәmiş, viranәdir.
Vaizin vә ağa dәrvişin belә sәrsәri-xәzanә bәnzәr nәfәsi-sәrdi müsәlman qardaşları cünbüş
vә hәrәkәtdәn salıb, bütün cәsәdlәrinә bir süstlük vә pәrişanlıq ariz edir, belә ki, onların hәr bir şeydәn şövq vә hәvәsi kәsilib, mәmatdan sәva fikir vә xәyallarına başqa bir şey gәlmir. Bir kәsin cürәt vә hünәri olmur ki, vaizi-alicәnabdan sual etsin, әcәba, bu qaranlıq, dar vә nәmiş mәqama yazığı nә üçün dәvәt edirsәn, burada ki, hәyatdan bir әsәr yoxdur. Bu viranә mәnzil ancaq ölülәr üçündür. Mәn ki, hәlә ölmәmişәm, diriyәm. Mәnim zindәganlarıma, eyşü işrәtimә nә üçün zәhәr qatırsan, halımı pәrişan vә fikrimi didәrgun edirsәn?
Ey bizim ruhumuzun mürәttiblәri vә
başımızın sahiblәri ruhani atalarımız!
Bizә rәhminiz gәlsin, insaf vә mürüvvәt
ediniz, әtrafımızdakı milәlü әqvamın
cümlәsi tәrәqqi yoluna düşüb,
aramsız ciddü cәhd etmәkdәdirlәr, әsbabi-mәişәtlәrini
tәhiyyә qılmaqdadır. Cümlәnin әqli,
fikri, zehni işlәyir, övzai-mәişәtlәri
yaxşılığa vә asanlığa çevrilir.
Cümlә millәtlәrin әfradı arı
sәbәtlәrә bal daşıyar kimi
müttәsil işlәmәkdәdirlәr, amma biz
yatıb qalmışıq, nә әqlimiz işlәyir,
nә fikrimiz vә nә zehnimiz. Gözümüzü
ancaq axirәt guşәsin? tikib qalm?s?q. H?rd?n bir cunbus v?
h?r?k?t buruz etdikd? aga d?rvisin s?si
gusumuza yetisir: "Axirin fikr etm?y?n aqil deyil, divan?dir....".
Q.Petrov rusları hәyata dәvәt
edәn kimi biz dә müsәlman qardaşlara xitabәn
әrz edirik: "Ey qardaşlar, hәyatın qәdrini
biliniz, hәyat allah-taalanın әtiyyәsidir,
ayılınız, hәrәkәt ediniz,
qapı-bacalarınızı açınız, evinizә
işıq düşsün, üfunәtli vә
ağır havası dәyişilsin. Gözünüzün
tozunu silib, diqqәt ilә әtrafa baxınız, hәr
kәs işlәyir, çalışır, hәyatdan
nәfbәrdar olur. Haqq-taala "Leysә lil insanә illa
masәa" [1] әmr buyurmamışlarmıdır?
[1] Tərcüməsi: İnsan
üçün onun əməllərindən başqa bir
şey qalmayacaqdir.
1911.