HӘQİQİ GÖZӘLLİK VӘ
HӘRӘKӘTSİZ NİSFİMİZ
1
"Molla Nәsrәddin" jurnalının
14-cü nömrәsindә qurşaqdan yuxarı iki adam
surәti çәkilmişdir. Bunlardan birisi mәhz
ağzı ilә, o birisi başı ilә iş
görәn adamların şәkillәridir ki, onlara
diqqәt yetirmәmәk olmaz. Bu şәkillәrin
altında yazılıbdır: "Bәdәnin hansı
üzvü işlәsә böyüyәr vә
qüvvәt tapar". Bu sözlәrin doğruluğu
şәkillәrdәn görünür.
Hәr iki şәkil çirkin,
yöndәmsiz, bәdtәrkib vә hәtta nifrәt
gәtirici şәkillәrdir. Әgәrçi bu
surәtlәri çәkmәkdәn "Molla Nәsrәddin"in
muradı başı ilә işlәyәni ağzı
ilә zәhmәt çәkәnә tәrcih
vermәkdir, vәli bizim nәzәrimizdә hәr ikisi
çirkindir.
Ağzı ilә işlәyәnin
ağzı vә çәnәlәri, başı
ilә işlәyәnin başı bәdәnin sair
üzvlәrinә nisbәtәn hәddәn ziyadә
böyük vә zorba çıxıbdır.
Әvvәlki xırdaca başlı vә
yekәqarın bir qisim balıq var, ona oxşayır, ikincisi
Hindistan aclarına bәnzәyir.
Bu cür adamların vücudu hәr
mәkanda vә zamanda olubdur vә vardır. Bizim
içimizdә başı ilә iş
görәnlәrin әdәdi az isә dә,
ağzı vә dişlәri ilә şöhrәt
kәsb edәnlәrin hәddi, hesabı yoxdur.
Hәr halda bәdәnin bir
üzvünün böyüyüb әndazәdәn
çıxması vә sairlәrinii kiçilib balaca
vә zәif olması bәdәni yaraşıqdan
salır, onu çirkin, görkәmsiz vә nahәmvar
elәyir. Bәdәnin gözәl, göyçәk
vә xoşayәnd olması münhәsirdir onun
üzvlәrinin mötәdil, mütәnәssiq vә
yek-digәrinә uyğun vә müvafiq olmağına.
Nәinki bir bәşәr qisminin,
hәtta sair heyvanat vә nәbatatın, bәlkә
hәr qisim mәxluqatın gözәlliyi vә
qәşәngliyi onların vücudunu tәrkib edәn
әza vә hissәlәrin biri-birinә müvafiq,
yaraşıqlı vә mütәnasib olmalarından
ibarәtdir. Hәddәn ziyadә yekәağız,
yekәbaş, yekәqarın adama xoş
gәlmәyәn kimi, hәddәn ziyada balaca baş,
xırdaça gözlәr, nazik vә zәif
әllәr vә ayaqlar da adamın nifrәtinә
sәbәb olur. Heyvanat qismindә dәxi bu eyblәr
müşahidә olunduqda insan onlardan nifrәt edir,
düyünlü, әyri vә bәdtәrkib
ağacları da adәm övladı xoşlamayıb,
hәr şeyin gözәlinә, xoştәrkib,
xoşәndam vә xoş şәklinә meyl vә
rәğbәt göstәrir....
Mәdhi-dilbәr yazmaqda misli vә
bәrabәri olmayan Molla Pәnah Vaqif gözәlliyin bir
nişanәsi olan zülfә hәr bir şeyini
bağışlayır:
Bağlamışam din-imanı
zülfünә,
Mәnim kimi heyran hanı zülfünә,
Tapşırıb gedirәm canı
zülfünә,
Yaxşı saxla, sәndә
әmanәtimdir.
Vә lakin insanın gözәlliyi, zahiri
mәlahәt vә hüsnü lәtafәtdәn
ibarәt olmayıb, onda ağıl vә fәrasәtin
mövcud olmağı dәxi әvvәlinci
şәrtlәrdәndir. Zahiri gözәlliyi vә
hüsn-camalı kamala yetirәn ağlın nuru vә
mәrifәtin ziyasıdır. Ağılsız vә
mәrifәtsiz gözәl mәqbul vә
müstәhsәn deyildir. Bir surәt zahirdә nә
qәdәr düzgün, eybsiz vә qüsursuz olsa da, onda
ağlın nuru tәcәlli etmәsә, kamal vә mәrifәt
asarı görsәnmәsә, o surәt
dilpәsәnd, könülalıcı vә
fәrәhgәtirici ola bilmәz. Habelә ağlın
mәnbәyi, fikir vә fәrasәtin mәzhәri
hesab olunan gözlәr zahirdә nә qәdәr
göyçәk vә eybsiz olsa da, insanın qәlbini
tәrpәdib diqqәtini cәlb edә bilmәz, vaxta
ki, onlarda ağıl vә şüur әlamәti
görünmәyә. Maral, әlik, ceyran qismi çox
heyvanlar var ki, onların gözlәrinin tәrifi şairlәr
kәlamına düşübdür. Vәli
hәqiqәt halda ahu qisim heyvanların gözlәri
nә qәdәr zahirdә göyçәk olsa da,
insana çәndan tәsir edә bilmir, әzbәs ki,
onlarda şuxluq yoxdur, ağıl, fitrәt vә cibilli
asarı görünmәyir vә Vaqifin yazdığı
әlamәtlәr--"fitnәlәr", "fellәr"
onlarda müşahidә olunmayır. Necә ki, şair
deyibdir:
Qaynar gözlәrindәn, şux
baxışından
Әcayib fitnәlәr, fellәr
görünür.
Bәs mәlum olur ki, şairin sevdiyi qaynar
gözlәr o gözlәrdir ki, ağıl vә
fәhmin әlamәti onda zahir olur vә onların şux
baxışından fitnәlәr vә fellәr
görünür. Şairin sevdiyi şux baxışlı
gözlәrdir, ahunun zahirdә göyçәk, amma
hәqiqәtdә qәlbi-insanı hәrәkәtә
gәtirmәkdә aciz olan qara gözlәri deyil.
Hükәma nöqteyi-nәzәrincә hәr bir
camaat, hәr bir qövm vә millәt tәklikdә
böyük bir cisim mәnzilәsindәdir vә bu
cismi-әzimi tәşkil vә tәsis edәn
әfradi-bәşәr onun üzvlәri
mәqamındadırlar.
Belә olan surәtdә hәr bir
camaatın, hәr bir tayfa vә millәtin şan vә
şәrafәti, qüvvәt vә miknәti,
dövlәt vә sәrvәti filcümlә maddi
vә mәnәvi salamatlığı, gözәlliyi
vә vәqü heysiyyәti münhәsirdir onları
tәrtib vә tәşkil edәn üzv vә
ünsürlәrin yek-digәrinә mütәnasiq
vә mütәnasib olmasına vә bunların sülh
vә ittifaq ilә sәy vә tәlaş edib. Hәr
birinә müxtәss olan әmalı icra
etmәsinә. Necә ki, baş işlәyib
bәdәnin sair üzvlәri hәrәkәtdәn
düşәndә vә ya sair üzvlәr
işdә olub, baş işsiz vә fikirsiz qalanda
şәxsin bәdәni çirkin olub işi
düzgün getmәz, habelә dә bir millәtin
ünsürlәrindәn bir hissәsi müttәsil
işdә vә tәlaşda olub qeyri bir hissәsi
fәaliyyәtdәn düşsә, işsiz vә
hәrәkәtsiz qalsa, o millәt nәinki zahirәn
çirkin, bәdtәrkib görünәcәkdir,
bәlkә müruri-әyyam ilә mәnәn
dәxi zәif, aciz vә qüvvәtsiz olub
taqәtdәn vә hörmәtdәn
düşәcәkdir, şan vә şәrafәtini
bilmәrrә itirәcәkdir.
Rübi-mәskunun müxtәlif
mәrkәzlәrindә sükunәt edәn
müsәlman millәtlәrinin mәdәniyyәt
vә fәzilәt cәhәtincә dalda
qalmaqlarına, tәrәqqi vә tәalada icz
göstәrmәklәrinә bais olan ümdә
sәbәblәrdәn birisi dә onların hәr
birisinin tәklikdә yarı hissәsi işdә vә
zәhmәtdә olub, o biri hissәsi, tamam yarısı
işsiz vә şüğlsüz, dünyadan
bilkülliyyә bixәbәr halda yaşayıb
qalmağıdır. Bu bәdbәxt hissә
alәmi-islamda ünas әhlindәn ibarәtdir.
Tәlim vә tәrbiyәdәn
mәyus, hörmәt vә ixtiyardan mәhrum
qalmış müsәlman övrәtlәri qәdim
әsrlәrdәn bәridir ki, ciddi fel vә hәrәkәtdәn
düşmüş, izzәt vә şәrafәtini
itirmiş, hәrәkәtsiz vә ölmüş bir
üzv mәqamındadır....
2
Neçә vaxt bundan müqәddәm
"Hәrәkәtsiz hissәmiz"
sәrlövhәsi ilә "Tәrәqqi"dә
yazdığımız bir mәqalәdә mәzkur
hissәnin alәmi-islamda ünas әhlindәn ibarәt
olduğunu şәrh vә bәyan etmişdik.
Mәqalәnin axırında bu mәtlәbә daha da
bәst vermәyi vәdә etmişdiksә dә,
vaxtında vәdәyә әmәl edә
bilmәdik. Möhtәrәm oxucularımız әfv
buyursunlar.
Necә ki, falic azarına mübtәla olan
bir bәdәnin mәriz vә illәtli hissәsi
salamat olan hissәsinә kömәk әvәzinә
ağırlıq vә әziyyәt yetirir, habelә
alәmi-islamda da müsәlmanların bir nisfi ki, ibarәt
ola ixtiyarsız, elm vә tәrbiyәsiz biçarә
arvadlardan, nisfi-digәrinә böyük hәml olub,
onların tәrәqqi etmәyinә, elm vә
mәrifәt kәsb qılmağına mane olur. Hәm
әqlәn vә hәm şәrәn arvadlar
kişilәrin bir şaqqası vә dilimi olmağı
mühәqqәqdir. Buna "innәmәn nisau
şәqaiqür ricali" hәdisi-şәrifi
şahiddir.
Bu hәdisdәn anlaşılan budur ki, arvad
kişinin misli vә nәziri vә yaxud nisfi-digәridir.
Belә ki, kişi tәklikdә naqis vә
yarımçıq bir vücuddur. Onun hәddi-kamala
yetişmәyi bağlıdır nisfi-digәri
mәqamında olan arvadın vücuduna. Bunların hәr
ikisindәn övlad törәyir vә nәsil
әmәlә gәlir. "Bәqayi-insan,
nizami-bәşәr vә nәzmi-dövran"--bu iki
şaqqaların birlәşib bir cildi-vahidә
girmәyinә bağlıdır. Burası dürüst
tәhqiq vә tәfhim olunandan sonra arvadların
viqayeyi-hüquqları әmrindә ehtimami-küllü
göstәrmәlidir. Xüsusәn, bizim әsrimizdә
ki, hәtta Avropa arvadları arasında dәxi böyük
cünbüş vә hәrәkәt var. Hәr yerdә
cәmiyyәtlәr tәşkil edib, azadә arvadlar
öz azadlıqlarına qane olmayıb, daha da artıq
hüquq vә ixtiyar kәsb etmәyә
çalışırlar. "Molla Nәsrәddin"in
29-cu nömrәsindә "Bihәyalar"
ünvanında yazılmış nazik işarәyә
diqqәt yetirilmәlidir.
Rus şairlәrindәn mәşhur Nekrasov
bir kәlamında rus arvadlarının ixtiyarsız vә
fәna bir halda yaşamalarından bәhs edib, onların
üç qisim bәd iqbalda vә nәhs taledә
yaranmaqlarını zikr qılır. Әvvәlinci bәd
tale onların anadan kәniz vә ixtiyarsız
doğulmağıdır. İkinci bәd tale qul
kişiyә arvad olmağıdır. Üçüncü
bәd tale vә qarabәxtlik qul anası
olmağıdır vә qul övlada pәrәstarlıq
etmәyidir.
Burada Nekrasov rus arvadlarının fәna
halını, icz vә inkisar üzrә zindәganlıq
etmәklәrini göstәrmәk ilә belә tamam
rus millәtinin ixtiyarsız qul olmalarını dәxi
gizlәmәyibdir. Bәlkә kişilәrin daha da
artıcaq yaman halda dolanmaqlarını bәyan edibdir.
Filhәqiqә "Qul kişiyә arvad olmaq, qul adama analıq
etmәk" ağır vә mәşәqqәtli
peşә isә dә, hәr iki surәtdә
hәqiqәti-әmrdә qul olan kişi olur, arvad olmur.
Amma müsәlmanlıqda müsәlmanlar
arasında hәr üç surәtdә qul vә
kәniz halında gün keçirәn vә
ömrünü zay edәn arvad tayfası olur. Anadan
kәniz doğulur, әrә getdikdә әrinә
kәnizlik edir vә hәmişә әrinә vә
yoldaşına "әr" vә "yoldaş"
demәyib, "sahibim" deyir. Axırda tәrbiyәsiz
övladına ana olmayıb, kәniz olur.
Qәdim zamandan bәridir ki, Azәrbaycan
türklәrinin arasında arvadların halına mәxsus
onların öz dillәrindәn belә sözlәr
deyilir:
Qız idim, sultan idim,
Nişanlandım xan oldum.
Gәlin oldum, qul oldum,
Ayaqlara
çul oldum!
Bu
sözlәrdәn mәlum olur ki, müsәlman arvadı ömründә beş-on il xoşbәxtlik vә ağ gün görürsә, o da qızlıq әyyamındadır. Ona
nişan taxılanda bir az vaxtda hörmәti zahirәn bir azacıq da artır. Elә ki, gәlin olur, qul olur vә get-gedә hörmәt vә izzәtini bilmәrrә itirib, ayaq altına düşәn çul vә palas mәrtәbәsinә tәnәzzül edir. Başqa bir misalda
arvadın dilindәn bu sözlәri eşidirik:
Qız
idim, geydirdilәr
ibrü vәfa
köynәyini,
Nişanlandım,
geydirdilәr
zövqü sәfa
köynәyini,
Gәlin oldum, geydirdilәr cәbrü cәfa göynәyini.
Bu
sözlәr dәxi ona şәhadәt verir ki, müsәlman arvadının
ömründә
bir neçә
ağ gün varsa, o da qızlıq vә nişanlılıq
halındadır.
Bu ağ
gün dә
müsәlman
qızlarının çox tez әrә verilmәyi nәzәrә alınsa, on dörd-on beş ildәn ziyadә çәkmir. Ondan sonra biçarә arvad analıq halına
yetişib, ölәnә kimi әynindәn "cәbrü cәfa" köynәyini çıxartmır vә sahibinin sәrtvücud rәftarından vaxtsız
qocalır, qönçә ikәn
açılmamış solur, tәlәf olur....
Әgәr mәtlәbin künhünә diqqәt yetirib dürüst fikir etsәk, onda görәrik ki, arvadların tәlim vә tәrbiyәsiz qalmaqlarının, çox
işlәrdә ixtiyarsız
olmaqlarının, övzai-zәmanәdәn vә dünya işlәrindәn bilkülliyә bixәbәr qalmaqlarının zәrәri özlәrindәn artıq kişilәrә yetişir, ağılsız, elm vә mәrifәtsiz arvadın yaraşıqsız
işi vә
uyğunsuz hәrәkәt vә söhbәti hamıdan artıq öz kişisinә tәsir edir. Kişi tәcrübә, elm vә bilik cәhәtincә hәr zaman vә mәkanda arvaddan artıq olubdur vә özünün
şaqqası mәqamında olan arvadın ağılsız, fәhmsiz vә sadәdil olduğunu müşahidә etdikcә ürәkdәn ağrıyıb içәridәn yanır.
O sәbәbdәndir ki, bir kişi elm vә mәrifәt sarıdan nә qәdәr artıq tәrәqqi etmiş olsa, bir o qәdәr o özü üçün
münasib yar vә
yoldaş aramaqda ehtiyatlı olur vә evlәnmәk üçün әn çәtin mәsәlәlәrdәn birisi hesab olunur.
Bu çәtin mәsәlә cümlәdәn artıq müsәlman әhli-mәrifәtinin (intelligensiyasının)
qabağını kәsibdir. Әksәr ittifaqlarda onlar öz millәtlәri vә hәmmәzhәblәri arasında müvafiq hәmsәr vә yoldaş tapa bilmәyirlәr....
Bu halda
intelligentni şәxsin tәmәnnası artıbdır. O tәmәnnaları keçmiş zәmanәnin ayin vә adatı ilә tәrbiyә almış qızlar yerinә yetirmәkdә acizdirlәr. İndiki adamlar mәhәbbәt adlanan ali hissә başqa mәna verirlәr. O sәbәbdәndir ki, mәdәniyyәtli millәtlәr arasında tәәhhül vә tәzvic mәsәlәsinә artıq diqqәt yetirirlәr vә artıq ehtiyatlı olurlar. Burada bir
boşqab şirni vә bir kәllә qәnd vә üç manat pul ilә tez әldәn iş bitib әqdi-nikah cari olmur.
Doğrudan
da, әr ilә arvadın arasında mәrifәs cәhәtincә nә qәdәr tәfavüt çox vә mәnәvi qәrabәt az olsa, bir o qәdәr bunların bir yerdә olmağı kişi
üçün ağır vә çәtin olur. Bu surәtdә elmsiz vә mәrifәtsiz arvad kişisinin ruhani tәrәqqisinә vә mәnәvi şüğllәrinә mane olur. Biçarәnin qol vә qanadını
bağlayıb, ağıl vә ruhunun tәrәqqi vә tәcәllisini gah qisim-qisim iddialar ilә pozur vә gah hәmişә әllәrindә olan göz yaşı ilә qәrq edir. Ürәyi elm vә bilik şövqü ilә dolmuş vә qәlbindә mәrifәt çırağı yanmış
hәr bir
kişi, xüsusәn cavanlıq mövsümündә, mәrhum Abdullabәy Asinin kәlamı misdaqincә "Günәş hәmxanәliyini mәva etmәk arzusunda olub", tәrlan kimi uca mәqamlara uçub qalxmaq istәyir vә lakin bu halda dişi qaz misilli bir
arvada rast gәlib,
qüvvәyi-şәhviyyәsinә mәğlub olub, onunla hәmsәr olur vә tezlikcә özü dә tәrlan ikәn çevrilib qaz olur, çamurlu vә üfunәtli gölmәlәr içindә özünә vә balalarına üfunәtli tömә axtarmaqla ömrünü
zay edir.
Belә ki, "Mürği-Qaf ilә hәmzәban olub, dövrә qalxmağa balü pәr bağlamış"
arvadlar hәnuz
müsәlmanlar
arasında hasilә gәlmәyibdir.
3
Bilmәk gәrәkdir ki, ünas әhlinin elm vә mәrifәtsizliklәri ucundan bu qәdәr dalda qalmaqları, bu qәdәr biixtiyar, avam vә sadәdil olmaqları mәhz bir özlәrinә vә kişilәrinә zәrәr yetirmir. Bәlkә bunlardan da artıq onun ziyanı vә sәdәmәsi övlada vә körpә balalara toxunur.
Tәәccüb etmәli haldır, analıq vә ana olmaqlıq ziyadә çәtin vә bununla belә müqәddәs bir peşә sayıldığı halda, o
çәtin
peşәni vә müqәddәs vәzifәni layiqincә icra etmәyә analar hazırlaşdırmaq fikrinә düşmürlәr. Bu mәsәlәdә hamıdan artıq qәflәtdә olan müsәlmanlardır. Dünәnki uşağı, gәlin oynadan vә ağzından hәnuz süd iyi gәlәn körpә bir qız balasını bu gün
arvad edib, gәlin
oynatmaq әvәzindә balaya süd vә tәrbiyә vermәyә vadar vә mәcbur qılırlar. Nә böyük zülm vә әdalәtsizlik! Vә nә böyük cәhalәt vә divanәlik! Filhәqiqә, belә körpә, әti vә sümüyü bәrkimәmiş anadan vücuda gәlәn balalar cismәn vә әqlәn nә qәdәr zәif, nәhif vә mayasız gәrәk olsunlar. Övladın tәrbiyәsi vә tәlimi ancaq o vәdә qaydaya düşüb tәbii ola bilәr ki, onların vücuduna sәbәb olan ata vә ana hәddi-kamala yetişib, ağıl vә fәrasәtdә, elm vә bilikdә, ixtiyar vә hüquqda biri-birinә müvafiq olalar, biri-birinә hәqiqi mәrifәt vә mәhәbbәt ilә bağlanmış olalar vә hәr ikisi tәlim vә tәrbiyәnin yolunu kamalınca anlayalar. Bu surәtdә demәk olar ki, әr vә arvad bir cismin, bir bәdәnin iki müvafiq hissәlәri vә tәbii parçalarıdır. Ancaq belә әqlәn, әxlaqәn vә cismәn yek-digәrinә müvafiq vә müsavi olan әr vә arvadın әqdlәri mübarәk vә müqәddәsdir vә bunlardan törәyәn övlad hüsn-tәrbiyә almağa müvәffәq ola bilәr. Zira ki, ağıl vә kamalı dürüst vә canı salamat valideyn
çalışacaqlar ki, övladları hәr bir cәhәtdәn onların özündәn әfzәl vә ikmal olsun.
Xeyli
zamandır ki, Avropada vә sair yerlәrdә mәdәniyyәtli qövm vә tayfalar
arasında ünas tayfası öz hüquq vә ixtiyarlarını
axtarmaqdadır. Bәzi mәmlәkәtlәrdә bunlar bir növ mәramlarına nail vә mәtlәblәrinә vasil olmuş kimidirlәr. Bunları tәbrik etmәk olar. Bu axır vaxtlarda islam
alәminin bәzi niqat vә guşәlәrindә müsәlman arvadlarının içindә bir növ cünbüş
vә hәrәkәt müşahidә olunur. Onlar tәrәfdәn gahda bir nazikanә tәlәbi-hürriyyәt, hüquq vә ixtiyarat sәdası gәlir. Müsәlman xanımları da guya özlәrinin fәna halda
yaşamaqlarını düşünüb, qeydi-әsarәtdәn vә bәndi-zillәtdәn azad olmaqlarına çarә vә tәdbir aramaq fikrinә düşürlәr. Yavaş-yavaş özlәrini tanımaq, tәkliflәrini anlamaq, qәdr vә qiymәtlәrini bilmәk istәyirlәr.
Doğrudan
da, ana olmaq, körpә balaya döşdәn süd verib onu bәlәmәkdәn vә ona dayәlik etmәkdәn ibarәt deyil. Analığın, necә ki, yuxarıda zikr olundu,
başqa şәrt-şrutları
vardır ki, onları kamalınca dәrk edib yerinә yetirmәyә elm vә mәrifәt vә anlaq lazımdır.
Vә hәmçinin arvad olmaq yalnız bir bәdәn vә cisim ilә kişiyә qulluq edib, cismani xahişlәrini әmәlә gәtirmәk deyil. Hәqiqi arvad olmağın dәxi çox mühüm şәrtlәri vardır ki, onları bilmәmәkdәn bizim yazıq arvadlarımız
kişilәrinin
nәzәrindә belә xar, zәlil
olublar.
Elmsiz vә cahilә ananın öz
övladına nüfuzu o vaxta kimi ola bilәr ki, onlar nabaliğ tifl
halındadırlar. Necә ki, onların ağıl vә fәhmi yaxşı-yamana fәrq vermәkdә acizdir.
Amma
zamaniki övlad böyüyüb tәlim vә tәrbiyә alır vә elm nuru ilә ağıl vә zәkavәtini işıqlandırır, onda
anasının dünyadan bixәbәr vә sırf cahilә olduğunu bilib, bir yandan onun sadәliyinә tәәccüb edir vә bir yandan ona yazığı gәlir. Belә olan surәtdә mәnәviyyat sarıdan onların
yaxınlaşmağı mümkün olmur.
Ananın
sözünü övlad, övladın dediyini ana başa
düşmәyib,
xilqәtәn bu qәdәr yavuq ikәn biri-birinә yad olurlar. Bu halda biçarә ana övladından şikayәtçi olub, onların әmәk itirmәklәrindәn, haqq-naşünas olmaqlarından
başlayır qonum-qonşuya giley etmәyә. Bu hal hәqiqәtdә hәr iki tәrәf üçün ağır vә ürәk yandırıcı bir
haldır.
Bu
halı rus әdiblәrindәn mәşhur Turgenev "Atalar vә oğullar" sәrlövhәsi ilә yazdığı bir romanında
artıq mәharәtlә kәşf vә bәyan edibdir.
Heyfa ki,
bizim әhli-qәlәmimiz belә mühüm mәtlәblәrdәn
qafildirlәr. Әr ilә
arvadın arasında olan әlaqәyә diqqәt yetirdikdә görürük ki, bunların
mabeynindә tәfavüti-әql, fәhm vә idrak daha da artıq dәrәcәdәdir. Bu tәfavütdәn nәşәt edәn fәnalıq vә nifaq mәişәtimizi pozğun edib,
dolanacağımızı nizam vә qaydadan salır vә bu yolda o qәdәr faciәlәr vә ürәk yandırıcı müsibәtlәr vüquә gәlir ki, onları dil ilә söylәmәk vә qәlәm ilә yazıb başa yetirmәk
olmaz. Әr
vә övrәt şәrәn vә әqlәn bir bәdәnin iki şaqqası vә
müvafiq hissәsi olduqlarına görә bunların arasında olan yekdillik,
ülfәt, mәhәbbәt vә mәnәvi qәrabәt gәrәkdir
heç bir kәsin
mabeynindә
mülahizә
olunmasın vә
lakin, mәtәәssüf, müsәlmanlar arasında hәr bir ailәnin xoşbәxtliyinә sәbәb olan bu iki hissә, yәni әr vә arvad әksәriyyәtәn bir-birinә müvafiq gәlmir. Hissәnin biri, yәni әr, yәni ağıl vә kamal vә bilmәk cәhәtindәn öz mәnәvi parçasından, yәni arvadından әla dәrәcәdә durduğuna görә onunla ülfәt vә saziş edә bilmir.
Bu mәnanı "Molla Nәsrәddin"in 30-cu nömrәsindә cәnab Lağlağı "hәlal" ünvanında
yazdığı mәqalәdә zarafatyana daha da
açıq söylәyibdir. Amma o şey ki, Lağlağı mәzәliliyә salıb açıq söylәyir, onu biz bir az pәrdәli danışmağa mәcburuq.
Necә ki, qәdim Yunanıstanda
hükәma vә filosoflar öz ailәlәrindәn
xәlvәt qaçıb, getera adlanan azad vә bir növ
әxlaqsız arvadlar mәclisindә ruhlarını
şad vә vaxtlarını xoş keçirirdilәr,
habelә bu halda bizim müsәlmanlar içindә,
xüsusәn elm vә kamal tәhsil edәnlәr
arasında, çoxları elm vә tәrbiyәsiz
müsәlman arvadlarına meyl vә rәğbәt
göstәrmәyib, özlәri üçün
namәşru yol ilә ruslardan, nemsәlәrdәn
vә yәhudilәrdәn yoldaş vә hәmsәr
axtarırlar. Bizim anladığımıza görә,
özgә sayaq da ola bilmәz. Çünki kişini arvad
özünә mәhz bir cismi vә zahir camalı ilә
bәnd edә bilmәz. Bunun üçün ağıl
vә kamal da lazımdır. Zahiri gözәllik kişini
ancaq әvvәl dәfәlәrdә özünә
mayil vә rağib edir. Necә ki, kişi bir
gözәlә malik vә sahib olmayıbdır, onun
tәlәbindәdir vә bu halda gözәllik
nüfuzu artıq vә hökmürәvandır. Amma
elә ki, kişi ona qalib gәldi vә ona sahiblәndi,
onda zahiri gözәllik mәnadan düşür vә bir
az vaxtdan sonra әzәlki qәdrü qiymәtini sahibinin
nәzәrindә itirir. Bundan sonar kişini
özünә bәnd edәn ağıl vә kamal
vә sirәtin gözәlliyidir. Vә
hәqiqәti-әmrdә insanı özünә
bağlayan vә hәmişәlik aşiq edәn
camali-zahiri deyil, camali-mәnәvidir. Әsil gözәllik
surәtdә deyil, ağıl vә kamalda, әxlaq
vә sirәtdәdir.
Bunu dürüst bilәndәn sonra
arvadlarımızın ağlının, әxlaqının
vә filcümlә mәnәvi kamalatının
tәrbiyәsinә mәşğul olmağı
әvvәlinci vәzifәlәrimizdәn
gәrәkdir hesab edәk. Tәrәqqi vә
tәalamızın hüsulu arvadlarımıza tәlim
vә tәrbiyә vermәyә vә onları
qaranlıq vә cәhalәt alәmindәn elm vә
mәrifәt dünyasına çıxartmağa
münhәsirdir.
Bu halda hәrәkәtsiz vә
taqәtsiz hissәmizi hәrәkәtә gәtirib,
bütün bәdәnә dirilik vә salamatlıq
vermiş kimi oluruq vә mәnәvi tәrәqqimizә
bir rast vә gen-şahrah açırıq.
1909.