HÖRMӘTLİ
"ŞӘRQİ-RUS" RUZNAMӘSİNӘ BİR
NEÇӘ SÖZLӘR
İyirmi beş sәnә bundan
әqdәm Badkubә şәhәrindә
nәşr olunan "Әkinçi" qәzetәsi
müsәlman qardaşları tәhsili-ülum vә
fünuna tәrğib vә tәşviq edәn zaman
onlardan kәmetinalıq vә soyuqluqdan başqa bir
әsәr görmәdi. Hәtta bәzi әşxas
ki, o әsrin sahibi-kamal vә әhli-mәrifәti hesab
olunurdu, Hadiyül-Müzәllin Qarabaği kimilәri,
"Әkinçi"nin mәslәkini müzür
vә onda dәrc olunan gözәl mәtlәblәri
özlәrinin köhnә adәt vә
ayinlәrinә zidd bilib, biçarә mühәrriri
nalayiq sözlәr ilә hәcv edib, olmazın böhtan
vә iftiranı haqlarında söylәmişdilәr.
Belә naşayәstә әmәlin müqabilindә
cәnab mühәrrir özgә bir әlac tapmayıb,
mәzkur hәcvin bәzi namәqbul yerlәrini ki,
çirkin föhşlәrdәn ibarәt ola, atıb,
yerdә qalanını eyni ilә qәzetәsindә
çap etdirib, hәcvin axırında bunu qeyd etmişdi:
"Hadiyül-Müzәllinin hәcvini tәmamәn
çap etmәyә izn olunmadı. Amma o cәnabın
vә onun hәmrәylәrinin könlü şad olmaq
üçün fikrim budur ki, bir daş üstә onu
qazıdıb, Qarabağ ilә Zәrdab
sәrhәddindә qoyam, ta ki, gәlәcәkdә
bizim övladımız o yadigara baxıb bilsinlәr ki,
mәn millәti-islamı qәflәtdәn ayıltmaq
istәyәn vaxtda nә qisim adamlara rast gәlmişәm".
Filhәqiqә demәk olur ki, o vaxt
cәhalәt vә nadanlıq Zaqafqaz
müsәlmanlarını әhatә edib elm vә
mәrifәt nurundan onları bibәhrә qoymuşdu.
İki ildәn bir qәdәr ziyadә
"Әkinçi" artıq üsrәt vә
mәşәqqәt ilә zindәganlıq edib,
canını millәt uğrunda fәda etdi vә onun
gözәl sözlәri vә nәfli mәlumatı
cәhalәt pası ilә tutulmuş
qәlblәrә әsәr etmәdi. "Әkinçi"dәn
bir neçә il sonra әvvәlcә
"Ziyayi-Qafqaz" vә onun dalınca
"Kәşkül" ruznamәlәri Tiflisdә
tәb vә nәşr olunmağa başladı. Amma onlar
da çox yaşamayıb, ömrlәrini bizә
bağışladı. Bu iki qәzetәnin zavalını
әgәrçi çoxları
mühәrrirlәrindәn görüb onların bimәslәk
vә tamahkar olmaqlarından bәhs etdilәrsә dә,
bizim әqidәmizә görә, camaatımızın
da bihümmәt vә kәmetina vә süstrәy
olmaqları mәzkur qәzetәlәrin fövt
olmasına bais olubdur vә insafdan xaricdir ki, biz öz
qüsurumuzu bilkülliyyә özgәnin boynuna atıb
özümüzü safa çıxardaq. Axırıncı
qәzetәnin ki, "Kәşkül"dәn
ibarәt ola, zavalından on il gәlib keçdi vә bu
müddәtin әrzindә biz ruznamәsiz qaldıq. Amma
bu illәr bizim üçün boş keçmәdi.
Zәmanәnin tәqazası bir yandan, mәdәni
vә mәrifәtli
qonşularımızın tәsiri özgә bir
tәrәfdәn bizi hәrәkәt vә
cünbüşә gәtirdi vә demәk olar ki, bu
halda müsәlmanlar bir növ qәflәtdәn
ayılıb tәrәqqi yoluna üz qoyublar. Hәr
guşәdәn elm vә mәrifәt sәdası
vә hәr büqәdәn tәlim vә tәdris
icrası eşidilib müşahidә olunmaqdadır.
Lillahülhәmd bu günlәrdә
intizarını çәkdiyimiz "Şәrqi-Rus"
ruznamәmiz mәrifәt meydanına qәdәm qoyub,
elm vә mәdәniyyәt bayrağını
qalxızdı. Әtraf vә әknafdan idarәyә
daxil olan tәbriknamәlәr, nәzm vә nәsr
ilә ruznamәnin tәrifi qәflәti-tövsifi
yuxusundan ayılmağımıza böyük bir dәlil
vә әlamətdir desәk, xәta etmiş olmarıq.
İyirmi beş il bundan irәli qәzetә haqqında
yazılan hәcv vә föhşlәrin indi mәdh
vә tәrifә tәbdil olması,
әlbәttә, bizim üçün böyük bir
mayeyi-iftixardır....
Bu halda "Şәrqi-Rus"dan, hansı ki,
ancaq bir aydan bir az ziyadәdir nәşr olunur, böyük
xidmәtlәr vә mühüm faydalar tәlәb
etmәk ağıl vә insafdan kәnardır.
Qәzetә işi ağır işdir, xüsusәn,
müsәlmanlar içindә, hansılarının ki,
mәtbәәsi yox, yaxşı hürufatı yox,
hürufat tәrtib edәn xidmәtçilәri yox, mahir
vә mәlumatlı kömәkçilәri vә
әxbarnәvislәri yox vә bunlardan әlavә
şövq vә hәvәslә qәzetәni oxuyub
bahasına pul verәn müştәrilәri yox.
Qәzetәdәn yetişәn nәf vә fayda bu
qüsuratın rәf vә tәshihi ilә vüqua
gәlir vә әgәr bizim xahişimiz
qәzetәmizi nәfili vә lәyaqәtli etmәk
isә, onda borcumuz budur ki, onun ehtiyacatını
düzәldәk, intişarına hümmәt vә
qeyrәt göstәrәk vә
әrbabi-qәlәmimizә borcdur onun
mündәrәcatını xeyirli vә zamananın
tәqazasına müvafiq mәlumat ilә doldursun, ta ki
qәzetәni oxuyanlar ondan istifadә edib, arzu vә
tәmәnnaları puç vә ümidlәri zay
olmasın.
Keçәn nüsxәdә zikr olundu ki,
bizim müsәlmanlar qәflәt yuxusundan
ayılmaqdadırlar. Bu doğrudur. Amma yuxunun müddәti
uzun vә özü ağır olmağa görә
birdәn-birә onun әsәrindәn xilas olmaq
çәtindir. Bәdәn zәiflәşib,
üzvlәr taqәt vә hәrәkәtdәn
düşüb, kәsalәt cismin әza vә
cәvarihlәrinin cümlәsinә sirişt edibdir.
Belә ki, ayılmış zәif bәdәni
birdәn qaldırıb ayaq üstә qoymaq
qeyri-mümkündür. Lazımdır ona müalicә
etmәk vә qüvvәt gәtirәn dәrman
vә qida yedirtmәk vә bir müddәt onun tәdavi
üsuluna mütәvәcceh olmaq. Bu isә
bağlıdır ağıllı vә kamallı
kәslәrin hümmәtinә vә
әhli-mәrifәtin vә әrbabi-qәlәmin
hünәr vә qeyrәtinə. Heç kәs
әlindәn gәlәni gәrәk bu yolda
müzayiqә eylәmәsin vә cümlә din
vә millәt tәәssübü
çәkәnlәr bacardığı qәdәr
kömәk vә müavinәti ya әqli vә
qәlәmi ilә vә ya malı vә canı ilә
ola gәrәk әsirgәmәsin. Millәti ayıldan
vә onun ruhani vә cismani qüvvәlәrini
hәrәkәtә gәtirәn, qәlbini
ziyalandırıb, ruhunu tazәlәndirәn gözәl
vә ali fikirlәr, hüsni-tәdbirlәr, doğru
vә salamat sözlәr vә sәmimi-qәlbdәn
çıxan avazlar olacaqdır. Hәr kәs
xeyrxahi-millәt isә vә bu yolda danışıb
yazmağa özünü müqtәdir bilirsә
hünәr vә sәdaqәtini göstәrsin.
Şükür olsun allaha, intişari-fikir vә tәdbir
üçün "Şәrqi-Rus"un
sәhifәlәri açıq vә vüsәtli bir
meydandır. Cümlәnin gözәl vә
nәsihәtamiz sözlәri, hüsni-rәylәri
vә etiqadları cәnab mühәrrir
tәrәfindәn kamali-mәmnuniyyәtlә qәbul
olunur. Amma gәrәkdir şәxsi qәrәzlәr
vә tәmәnnalar, yekçeşmilik vә
tәrәfgirlik kәnara qoyulsun. Millәtimizin
ehtiyacı, qüsur vә nöqsanımızın
illәti, dalda qalmağımızın sәbәbi
nәdә isә gәrәkdir dürüst tәhqiq
vә tәdqiq oluna vә sonra çarә dalınca
gedilә, vә eyblәrimizi açıb
göstәrmәkdә qorxu vә ictinab olunmaya. Büxl,
hәsәd, mәniyyәt vә xudpәsәndlik ki,
müsәlmanların nifaq vә pәrişanlığına
böyük bir illәtdir, gәrәk aramızdan
götürülә vә
"İnnәmәl-mömininә
üxüvvәtün" ayeyi-şәrifәsi
misdaqınca ittifaq vә ittihad ki,
mәnbәyi-sәadәt vә tәrәqqidir,
gәrәkdir bir an vә dәqiqә unudulmayıb, onun
ziri-hökmündә olub, mәzmununca sәy vә
tәlaş oluna.... Bu saf etiqad üzrә
müstәhkәm var ikәn
"Tәrcüman"ın axırkı
nömrәlәri gәlib әlimizә keçdi
vә әhvalımızı pәrişan eylәdi.
Cәnab Qaspirinskinin bu vaxta kimi sükut edib, indi
"Şәrqi-Rus"u әvvәlcә tәbrik
vә tәhniyә edib dalınca irad tutması vә
qәzetәni oxuyanların nәzәrindә tәyib
vә tәxfif etmәsi bizi ziyadә heyrәt vә
tәәccübә gәtirdi. Bu gunә rәftardan
cәnab Qaspirinskinin muradı nә isә,
әlbәttә, özü yaxşı bilir. Amma bizim
anladığımıza [görә] bu qisim
hәrәkәtә hәr tәrәfdәn
baxılsa baxılsın, burada tәәssüfdәn
başqa söylәnәsi bir söz yoxdur. Әgәr o
cәnabın belә rәftarı, öz rәfiqinә
rәqabәt vә hüsudlikdәn naşı isә
çox heyf! Millәtin xadimlәri nә qәdәr
çox olsa bir o qәdәr yaxşıdır vә
Qaspirinski kimi maarifpәrvәr şәxsә bu sifәt
yaraşası sifәt deyil. Yox, әgәr o
cәnabın niyyәti öz hәmsinfinin vә
qәlәm yoldaşının qüsurunu göstәrib
tәshih olunmasını izhar etmәk isә onda daha
nә söylәyәlim. Burada o cәnab
kәmtәcrübәliyini büruzә vermişdir.
Mәgәr ona mәlum deyil ki, bu qisim kinayәli vә
acı mәzmunlu nәsihәt kimsәdәn qәbul
olunmaz! Bu vazeh әmri cәnab Qaspirinski gәrәk
anlayıb fәhm edәydi vә bunu yәqin bilәydi
ki, belә acı sözlәr tәzә qәzetәnin
müştәrilәrini azaldıb vә onu oxuyanları
şövq vә hәvәsdәn salmaqdan başqa
özgә bir sәmәr vermәz. Heyf, sәd heyf ki,
ittifaqı pozan vә ittihadın binövrәsinә
rәxnә yetirәn әvvәlcә o kәslәr
oldu ki, maarifpәrvәrlik ismini üstlәrinә
götürüb riyasәtlik iddiasındadırlar.
Çün qәrәz amәd honәr
puşide şod,
Sәd hicab әz
Çün
dәhәd qazi bedel rüşvet qәrar
Key şonasәd zalim әz mәzlumi-zar[1].
[1]Tərcüməsi:
Qərəz meydana çıxanda
hünərin üstü
örtülür.
Ürəkdən göxün
önünə yüz pərdə çəkilir.
Qazı
ürəyində rüşvət almaq qərarına
gəlsə,
Zalımı biçarə məzlumdan necə
ayıra bilər.
1903.