İDARӘYӘ MӘKTUB
Müdiri-möhtәrәm fәzilәtli
cәnab İsabәy Aşurbәyov. Әvvәla
cәnab haqdan zat-alilәrinizin sәhhәt vә
afiyәt üzrә payidar olmağını arzu edirәm,
digәr [tәrәfdәn] cәnabınıza
izhari-mәmnuniyyәt edib, millәt yolunda
göstәrdiyiniz hümmәt vә qeyrәtinizә
tәhsin vә afәrin oxuyuram vә qәlbәn
şad oluram ki, sizin kimi qeyrәtmәnd şәxslәr
dәxi bizim müsәlmanların içindә
görsәnirlәr. Xüsusәn, müsәlman vә
ermәni arasında sülh vә
barışığın bina tutmasına
çalışmağınız hәr bir şeydәn
artıq bizi şad elәyir. Әgәrçi
ermәni-müsәlman iğtişaşında Şuşa
qәlәsindә hәqirin evi içinin әcnası
ilә yanıb tәlәf olubdur, dayım vә onun iki
nәfәr cavan uşaqları qәtlә yetibdir, bununla
belә mәn ürәyimdә büğz vә
әdavәt bilmәyib, bunu ancaq arzu edirәm ki, bu iki
qonşunun arasında şeytanın iğva vә
vәsvәsәsi ilә bәhәmә
gәlәn fitnә vә fәsad
götürülsün vә yenә irәliki
mehribançılıq vә dostluq onların yerini tutsun.
Vaxta ki, biz yәqin etdik, hәr iki tәrәfi bir-biri
ilә vuruşduran vә yek-digәrinin üstә
qalxızan üçüncü bir düşmәndir, onda
bizә vacib olan budur ki, haman düşmәnin
vәsvәsәsinә bir dә aldanmayaq vә
müttәhid olub, onun dәfinә vә bizdәn
kәnar olmasına çarәlәr tapaq. Ancaq bu yolla biz
özümüzü düzәldib, sahili-nicata yetirә
bilәrik, ancaq büğz vә әdavәti
bilmәrrә unudub dostluq әlini bir-birimizә uzatmaqla
qüvvәt vә mütmәinnlik hasil edә
bilәrik. Hәrgah bundan sonra biz bir-birimizә inanıb
etimad vә etibar etsәk, onda bizi barışdırmağa
vә aralıqdan niza vә fәsadı
götürmәyә nә Qalaşapov lazım gәlir,
nә Levitski vә qeyrisi. Ermәni vә müsәlman
onlara ariz olan bu qәdәr fәlakәt vә
müsibәtdәn sonra gәrәkdir dürüst fikir
edib, öz işlәrindәn vә öz etdiklәri
insafsız vә әqilsiz әmәllәrindәn
peşiman olalar, barışmağı özlәri lazım
vә vacib bilәlәr. Ancaq o barışıq
möhkәmdir, vaxta ki, o tәrәflәrin rizası
vә xahişi ilә әmәlә gәlir. Zorla
vә tәkid ilә bәhәmә gәlәn
barışıq möhkәm ola bilmәz vә hansı
tәrәf bu işdә artıq danalıq,
mürüvvәt vә sәdaqәt
göstәrsә, özünә yetәn zәrәri
nәzәrә almayıb, әvvәlcә sülh
әlini dosta uzatsa o tәrәfә sәd
afәrinlәr olsun. Ümidvaram ki, tezlikcә hәr iki
tәrәf bir-birinә sülh әlini uzada vә
aralıqdan әdavәti bilmәrrә
götürә....
1906.