MİLLİ
BAYRAM
Budur, beş-altı aydır ki, hörmәtli
qonşumuz gürcü millәti artıq ciddi-cәhd,
şövq vә hәvәslә böyük bir milli
bayramlarının icrasına hazırlaşmaqdadırlar. Bu
bayrama, demәk olur ki, tamam millәt hazırlaşır.
Böyük, kiçik, arvad, kişi, xәvass vә avam,
müәllim vә şagird, hәr bir sinif vә
firqә, hәtta mehmanxanalar vә traktirlәrdә qulluq
edәn lakeylәr dә milli bayramlarına
hazırlaşmaqdadırlar. Bu bayram gürcülәrin
mәşhur şairi Akaki Seretelinin әlli sәnәlik
yubileyidir ki, bu dekabrın 7-dә artıq cәlal vә
tәntәnә ilә Gürcüstanın hәr
yerindә icra olunacaqdır. O vaxt biz dә
"Tәrәqqi"nin möhtәrәm oxucularına
cәnab Seretelinin tәrcümeyi-halından vә asari-qәlәmiyyәsindәn
icmalәn mәlumat verәrik. Burada ancaq
gürcülәrin bu ittihad vә ittifaqı bizi bir yandan
şad edib, bir yandan mütәәllim etmәklә
vә dәrin fikirlәrә salmaqla qareini-girami aşna
etmәk istәyirik.
Әlli sәnә millәtә xidmәt
elәmәk, onun ürәyindә gözәl vә
pakizә hissiyyatın doğub nәşv-nüma
tapmasına sәbәb olmaq, millәtin
keçәcәk vә istiqbalını, nicat vә
sәadәtini şairanә vә әdibanә
nәzmә çәkmәk, әbnayi-millәtin
tәlim vә tәrbiyәsinә, ruhani
mәişәtinә qulluq elәmәk, әlbәttә,
böyük hünәrdir. Әlli sәnә millәt
balalarının beşiyini yırğalayıb onlara layla
çalmaq, gözәl nağıllar demәk, millәt
analarının qәlbindә mәhәbbәt toxumu
saçıb o mәhәbbәtlә
Gürcüstanın yaralarını sağaltmağı
mühәyya etmәk, millәt cavanlarının
ürәyindә qeyrәt vә fәdakarlıq
hissiyyatına pәrvәriş vermәk, millәt
әkinçilәrinin ağır zәhmәtini
gözәl mahnılar ilә
yüngüllәşdirmәk, әlbәttә,
böyük vә әvәzsiz qulluqlardır ki,
bunların müqabilindә nә qәdәr
hörmәt vә ehtiram olunsa yenә dә azdır. Bu
qәdәr vәsfә gәlmәyәn
xidmәtlәrin әvәzindә hәr bir maddi
müavinәt vә ehsanatdan, hәr qisim töhfә
vә hәdiyyәlәrdәn ziyadә şairi
xoşhal vә sәadәtmәnd edәn bir şey varsa
o da millәtin mәhәbbәtidir. Sereteli
cәnablarını bu bimisl sәmimi vә mәnәvi
töhfә ilә biz tәbrik edә bilәrik.
Doğrudan da gürcü camaatının ürәyi
şairә nisbәt mәhәbbәt hissi ilә
doludur necә ki, gürcü millәti sağ vә
salamatdır, onun adı dәxi xәyal ilә zindә vә
baqi qalacaqdır. Budur, qonşularımızın
hal-hәyatda olan şair vә әdiblәri haqqında
etdiyi ifayi-mәhәbbәt vә müvәddәt
vә izhari-sәdaqәt vә xlusiyyәt! İndi
keçәk ölmüş әdiblәrinin
üstә.
Keçәn sәnәdә sentyabrın
7-dә knyaz İlya Çavçavadzenin
tәşyiyi-cәnazәsindә olub,
gürcülәrin mütәvәffi
әdiblәrinә göstәrdiyi ehtiramı da
gördük. Bu qisim ehtiramı vә bu sayaq
tәziyәdarlığı, belә ittihad vә
ittifaqı bu vaxta kimi biz bir kәsin haqqında
görmәmişdik. Cәmi Gürcüstan, demәk
olardı ki, böyük bir hüzn vә qәmә,
intәhasız bir yasa düçar olub öz
şairlәrinin cәsәdi ilә belә ruhani
zindәganlıqlarının mayәsini
hazırlaşdırdılar ki, qara torpağın altında dәfn
etsinlәr. Gürcüstanın hәr yerindәn: uzaq
vә uca dağlarından, dәrin
dәrәlәrindәn vә qalın
meşәlәrindәn deputatlar Tiflis
şәhәrinә cәm olub, hәr biri bir
növlә izhari-tәәssüf vә
zar-tәzәrrö edirdilәr. Әkinçidәn
tutmuş әrbabi-qәlәmә kimi,
rәiyyәtdәn knyazlaracan, fәqir-füqәradan
sәrvәt vә dövlәt әhlinәdәk,
hәr qisim sәnәtkar vә әsnaflardan,
şagirdlәrdәn, müәllimlәrdәn, qara
camaatdan, ruhanilәrdәn, müәllimә vә
mütәәllimәlәrdәn, hәr bir firqә
vә partiyalardan, sahibi-mәnsәblәrdәn,
mütәәddid dәftәrxana
çinovniklәrindәn iki yüzәcәn venoklar
mühәyya olunub, hәr firqәnin vәkili öz
venokunu mәhzun vә qәmgin bir halәt üzrә
tәşyiyi-cәnazәdә apardılar. Gürcü
qәzetә vә jurnalları başdan ayağa
hüznavәr vә әnduhsirişt
mәqalәlәrlә dolmuş idi. Hәr yazıçı
bir dil ilә, hәr şair bir növhә vә
tәranә ilә yetmiş sinnindә mәqtul
olunmuş әdiblәrini oxşayırdı....
Aya, biz Azәrbaycan türklәrinin seretelilәri
vә çavçavadzelәri olmayıbdırmı? Bizim
milli şairlәrimiz әrseyi-dünyaya
gәlmәyibdirmi? Aya, bizlәr belә
möhtәrәm şәxslәrin vücudundan
mәhrummu qalmışıq? Bu suallara cavab verib deyә
bilәrik ki, bizim dә çox böyük,
müqtәdir vә xoştәb milli şairlәrimiz
olubdur vә lakin mәtәәssüf onların
qәdir vә qiymәti nә öz vaxtlarında vә
nә bu halda bilinmәyibdir. Bu vaxtadәk nә
Qasımbәy Zakirin vә nә Hacı Seyid Әzim
Şirvaninin tәrcümeyi-halları vә
әşari-asarı kamalınca öyrәnilmәyibdir. Bu
qәflәt vә kәmetinalıq bizim hala
cәhalәt vә kәsalәt içrә
yaşayıb qalmağımıza böyük bir sübutdur.
İndiyә kimi Qasımbәy Zakirin
әsәrlәrindәn Adolf Berjenin Leypsiqdә tәb
olunmuş mәcmuәsinә daxil olan
nәviştәcat vә bәzi qәzәliyyatdan
başqa birisi dә çap olunmayıbdır. Hacı Seyid
Әzimin әsәrlәrindәn bir parası çap
olunubsa da, bir çoxu dәxi tәb vә nәşr
olunmayıbdır. Çap olunanları dәxi xeyli biqayda
vә bisәliqә tәrtib olunubdur.
Әsla lüzumiyyәti olmayan vә
tәqazayi-zәmanayә müvafiq gәlmәyәn
әsәrlәr mәcmuәyә daxil olduğu [halda],
ziyadә әhәmiyyәtli vә lazımlıları
unudulub kitaba salınmayıbdır. Nәstәliq xәtti
ilә Ünsizadәnin mәtbәәsindә çap
olunmuş kitabda hәddәn ziyadә sәhv vә
qәlәtlәr vardır, kitabın kağızı
alçaq vә cod olmağa görә bәzi yerlәri
bir sayaq qarışıq vә bulaşıq xәtlә
çap olubdur ki, düz oxunması savad әhlinә
dәxi müyәssәr deyil. Budur bizim әvvәlinci
şairimizin, milli әdibimizin vә mayeyi-fәxrimiz olan
Seyidin әsәrlәrinә vә ya
digәrlәrinә olan hörmәt vә ehtiram. Bizim
yәqinimizdir ki, әgәr Hacı Seyid Әzim kimi
şair, Avropa әhlini hәlә kәnarda qoyaq, bizim
qonşularımız ermәni vә gürcü
tayfalarının içindә vücuda gәlmiş olsa
idi, onun әsәrlәri kәrrat ilә çapdan
çıxıb, oxucular arasında bir
dәrәcәdә intişar bulmuşdu ki, uşaqdan
böyüyә kimi cümlәsi onları oxuyub
әksәriyyәti әzbәrdәn
bilәrdilәr.
Budur, beş ildәn ziyadәdir ki, biz
fәqir milli şairlәrimizin tәrcümeyi-hallarına
dair әhvalat yığmağa çalışırıq,
kifayәtincә mәlumat cәm etmәk bacarmadıq.
Hacı Seyid Әzimin, Abdulla bәy Asinin vә mәrhum
Mirzә Fәtәli Axundovun vәfatlarına gәldikdә
bunların haqqında izhar olunan bietinalığı vә
bir dәrәcәdә biәdәbliyi dilә
gәtirmәsәk yaxşıdır.... Ancaq
mayeyi-tәsәllimiz bu ola bilәr ki, әdiblәrimizin
qәdr vә qiymәti öz vaxtlarında vә bu halda
bilinmәsә dә gәlәcәkdә
qәflәt yuxusundan ayılmış millәtimizin
zirәk vә qәdrşünas balaları
bilәrlәr vә onların nam vә
şöhrәtini uca mәqama qalxızarlar vә bu
unudulmuş әsәrlәrini intişar etmәklә
adlarını zindә qılarlar. Çünki bizim
şüәra cismәn ölüb fövt olublarsa da,
ruhәn vә mәnәn hәlak olmayıblar.
Farsların Sәdi vә Hafizi diri qalan kimi
bizlәrin dә Zakiri, Seyidi, Nәbatisi, Saliki, Arifi,
Fәqiri, Kamisi gәrәk diri qalsınlar.
Mәrhum Hacı Seyid Әzimin bu beyti ki, onun
qәbr daşına yazılıbdır, bizim arzunun
gәlәcәkdә nәticә-bәxş
olunmasına şәhadәt verir:
Mövti-cismani ilә sanma mәnim
ölmәyimi,
Seyyida, ölmәrәm, alәmdә
sәsim var mәnim!
Әlbәttә, bizim dә milli
bayramımız olacaqdır!
1908.