MӘİŞӘTİMİZӘ DAİR
1
Karvan rәfto to dәr xabo biyaban dәr
piş
Key rәvi, rәh ze ke porsi, çe koni, çun
başi? [1]
[1]
Tərcüməsi:
Karvan
getdi, sən yatmısan, qarşıda biyaban var.
Nə
vaxt gedəcəksən, kimdən yolu
öyrənəcəksən, nə edəcəksən,
necə olacaqsan?
Xacә Hafiz Şirazinin bu beyti
övqati-әzizәsini qәflәt vә bәtalәtdә keçirmiş bir nәfsi-vahidin fәna halını bәyan etdiyi kimi, bütün bir
qövm vә
tayfanın vә
hәtta bir millәtin qәflәtdәn bidarı vә tәnbihәsi üçün hikmәt üzü ilә yazılmışdır, --
desәk, xәta olmaz. Bәhәrtәqdir zamani-hazırda bu beytin mәalı bizim hal vә şanımıza vә övzayi-әhvalımıza әn münasib, әn müvafiq gәlir.
Milәli-müxtәlifә tәrәqqi vә tәmәddün yolunda sәy vә tәlaşı, rәnc vә zәhmәti istirahәt vә qәflәtә tәrcih verib, elm vә bilik sayәsindә irәli gediblәr. Övzayi-mәişәtlәri elә bir münsiq vә münәzzәm qaydaya düşübdür ki,
gün-gündәn
qabağa getmәyә şәkk qalmır. Biz müsәlmanlara gәldikdә, biz bәşәriyyәt karvanının qatarından
üzülmüş yorunuq dәvә kimi bir yerdә qalıb, uzun dәhrlәri xabi-qәflәtdә keçirmişik. Bu halda әtrafımızda vüquә gәlәn hadisat, әlamat, gurultu, nәrilti vә hürriyyәt yolunda olan vuruşma vә çırpışma bizi
dә bir növ
yuxudan oyadıbdır, gözümüzü açıb
görürük ki, karvan çoxdan gәlib kedibdir. Qabaqda vәsi bir biyaban, yolu getmәyә nә dizdә taqәt vә nә dә ürәkdә hünәr, nә qәlbdә mәtanәt vә nә dә mәnzurda bir rәhbәr vә dәlil! Odur ki, Xacә Hafiz bizim kimi qәflәt yuxusunda vaxtını
keçirmiş bir millәtә xitabәn deyir: "Key rәvi, rәh ze ke porsi, çe koni, çun
başi?". Yəni yolu nə vaxt gedəcəksən?
Səni xabda qoyub kecən karvanən sorağın? kimdən
soracaqsan? Nə eləyəcəksən? Basına nə
carə qılacaqsan?....
Filhәqiqә heç bir millәt mәdәniyyәt alәmindәn, elm, mәrifәt nurundan bizim kimi uzaq düşmәyibdir. Heç bir millәtin, heç bir qövm vә tayfanın üstündә o qәdәr ağır tәkliflәr vә çәtin mәsәlәlәr yığılıb
qalmayıbdır, nә qәdәr ki, biz müsәlmanların üstündә qalıbdır. Qonşularımız
öz dolanacaqlarına, mәişәti-ümumiyyәlәrinә aid hәr qisim mәsәlәlәr törәtdikcә vaxtın tәqazasına müvafiq ittifaqla tәhqiq vә tәdqiq etdikdәn sonra әmәl ediblәr. Sonra qeyri mәsәlәlәrin halına vә qeyri ehtiyacların rәfinә sәrfi-hümmәt ediblәr. Hәr bir mәsәlәni öz vaxtında, hәr bir ehtiyacı zühuru әsnasında tәhlil vә tәshil qılıblar.
Biz isә.... Biz indiyә kimi ümumi işlәrimizә dair bir mәsәlәni layiqincә hәll etmәmişik, milli ehtiyaclarımızdan
birisini dә rәf qılmamışıq,
ümumi qüsurlarımızdan birisini dә tәshih elәmәmişik, köhnә ehtiyaclarımız tәzәsinә vә tәzәlәri köhnәsinә qarışıb cümlәsi tәzә hökmündәdir.
İyirmi-otuz
sәnә bundan müqәddәm mәrhum Hәsәnbәy Zәrdabi "Әkinçi" qәzetәsindә atәşli dil ilә yazdığı
ehtiyaclarımız, on sәnә bundan
irәli
müdiri-möhtәrәmimiz Әhmәdbәy Ağayev "Kaspi" ruznamәsindә mәhәlli-müzakirәyә qoyduğu mühüm mәsәlәlәrimiz, ümum qüsur vә nöqsanlarımız indi dә irәliki sayaqda vә qәdimki halında qalıbdır. Heç
bir işimiz rövnәq tapmayıbdır, layiqincә nizam vә qaydaya düşmәyibdir. Nәbati demişkәn: "Hәlә lәng, lәng, lәngdir".
Bu
süstlüyә,
bu acizliyә, bu
bir nöqtә
üzrә donub
qalmağa ümdә sәbәb, necә ki, irәliki mәqalәlәrimizdә dәxi zikr etmişdik,
camaatımızı tәşkil edәn hәr bir
sinfin öz darca vә qaranlıq dairәsindә
güzәran etmәyi olubdur, hәr bir firqәnin öz mәxsusi kar-barının, nәf vә sәlahının vә dolanacağının
dalınca tәlaş
etmәsi olubdur. Rәyasәt vә hörmәt iddiasında olan ruhani ataların vә alicәmab ağaların hirsi, qәrәzi, tamahı vә kütahbeyinliyi olubdur.
Millәt qeydinә qalan, camaat nәf vә sәlahını mülahizә edәn, onun dәrd vә mәrәzlәrinә çarә axtaran olmayıbdır. Atalardan qalma
ittihad vә
ittifaqa mәxsus
gözәl mәsәllәr unudulub, nifaq vә ixtilafa mәnsub olanları: "El
üçün ağlayan gözsüz qalar", ya "Mәndәn ötdü yoldaşıma dәydi -- guya ki, saman
çuvalına dәydi" kimilәri dәrguş
olubdur vә
müsәlman
qardaşlar onların mәzmununca yek-digәri ilә rәftar etmәkdәdirlәr.
Bu minval
üzrә bizlәr öz dairәmizdәn kәnara çıxmayıb, bir-birimizә tәlә qurub, şәxsi mәnfәәtimiz üçün bir-birimizin
ayağını çәkmәkdә, bir-birimizә quyu qazmaqda ikәn qeyri millәtlәr gәlib bizi tapdalayıb keçib gediblәr.
Qәzetәmizdә "Ordan-burdan" yazan "Filankәs"in zarafatyana
yazdığı sözlәri hәr halda qәribliyә salmaq olmaz.
Bizlәr uzun-uzadı xabi-istirahәtә
mәşğul ikәn qonşularımız hünәr
vә mәrifәt kәsb edib "fil" yaradıblar.
İndi biz nәinki fil, hәtta siçan qayırmaqda
dәxi aciz vә bacarıqsızıq. Bacarıqsız
olduğumuz hәr mәqamda vә hәr
qәdәmdә büruzә çıxır.
"Filankәs"in sözünün haqq
olmasına "Novosti Zaqafqaziya" qәzetәsinin
Naxçıvan müxbiri yazdığı
fәqәrә şәhadәt verir.
Әhvalat bu üzrәdir ki, Naxçıvan
nücәba vә rәislәri Naxçıvanda
progimnaziya açmaq xәyalına düşürlәr.
Çox gözәl niyyәt!
Naxçıvan İrәvan
şәhәrindәn yüz әlli verst
kәnardadır. Onun yaxınlığında Ordubad, Culfa,
Şahtaxtı, Әylis kimi әhalisi çox
mәrkәzlәr olduğuna binaәn bu yerlәrin
xalqı, әlbәttә, uşaqlarını
Naxçıvan progimnaziyasına tәlim almağa qoyarlar,
bir dә İrәvana göndәrmәzlәr vә
gәlәcәkdә progimnaziya gimnaziyaya dәxi
tәbdil ola bilәr. Qәrәz, sözümüz burada
deyil. Bu mәsәlәni hәll etmәk
üçün şәhәrin böyüklәri
vә başbilәnlәri kәrrat ilә
biçarә әhalini mәslәhәt vә
mәşvәrәtә toplayırlar, hәr
dәfә dә mәclisә cәm olanlar danışıb-danışıb
öz işlәrinin dalınca gedir, bu xeyir işin
xatirәsi üçün Naxçıvanda sabiqdә
uyezdni naçalnik olanlardan birisini şәhәrdә
qiraәtxana açmaq üçün
yığdığı beş min manatı da kargüzarlar
yәditәsәrrüflәrinә alır ki,
mәnzurәdә olan progimnaziyanın ehtiyacatına
sәrf etsinlәr.
Әfsus ki, o vaxtdan indiyәdәk hәr
yerdә çox işlәr olubdur, çox sular
axıbdır; amma Naxçıvanda bu hala kimi nә
progimnaziyadan bir xәbәr vә nә puldan bir әsәr
var....
İş bu hal üzrә ikәn progimnaziya
açmaq xәyalına düşәn cәnablar
şәhәrdә çoxdan bәri
açılmış iki sinifli rus-müsәlman
şkolasının bir klasının pulsuzluqdan
bağlanmağını, mübtәdilәr
üçün güşad olunmuş pansionun yenә
pulsuzluqdan qapanmağını vә şәhәr
mәktәbindәn (qorodskoy şkoladan)
müәllimlәrin pulsuzluqdan qaçmağını
görmәk istәmirlәr.
Burada doğrudan da demәk olur ki,
naxçıvanlıların hәzar zәhmәti ilә
qayırdıqları "siçanı"
bimürüvvәt pişik qәflәtәn
sıçrayıb yeyir. Bizim, camaat, işlәrimiz hәr
yerdә bu sayaq ilә getmәkdәdir.
Bәs nә elәmәk, nә
çarә qılmaq? Bu suala gәlәcәk
mәqalәmizdә cavab verәrik.
2
İrәliki mәqalәnin axırında
qoyduğumuz suala cavab verib bunu demәk istәyirik ki, biz
müsәlmanlar ki, yenicә qәflәtdәn
ayılmağa, tәrpәnib hәrәkәt
etmәyә meyl vә rәğbәt göstәririk,
yenicә mәnәvi hәyata övdәt etmәk
asarı bizlәrdә müşahidә olunur.
Әn әvvәl lazım olan budur ki, öz
ehtiyacatımızı dürüst bilib, tәdriclә
bunların rәfinә çalışaq.
Mәrәzi-millimizi diqqәti-tam ilә tәhqiq edib
üsuli-tәdavisinә mәşğul olaq,
tәrәqqi vә tәmәddünümüzә
bais olan alat vә әsbabın cәm vә
tәdarükünә sәrfi-hümmәt edib, hәmәvaxt
aramsız sәy vә tәlaşda, iztirab vә
tәşvişdә olaq, ta ki, bizi qәflәt yuxusunda
qoyub, tәyy-mәnazil edәn karvana vasil olaq.
Әlbәttә, birdәn-birә quş
olub havada uçmaq olmaz!
İndiyә kimi vaxtını kәsalәt
vә bәtalәtdә keçirmiş heç bir
şeyi özündәn ixtira etmәmiş, heç bir
şeyi vücuda gәtirmәmiş bir tayfaya nәinki
havada uçmaq, bәlkә quruda da rast vә
möhkәm yerimәk әvvәl
dәfәlәrdә çәtin olacaqdır.
Bu halımızda nәinki "fil" yaratmaq
vә xariqüladә bir şey әmәlә
gәtirmәk, bәlkә siçan misilli balaca
şeylәr dә törәtmәk bizә
müşkül olacaqdır. Lakin hәr şeyi--ağla
vә zәhmәtә, hümmәt vә
qeyrәtә tabe olduğu üçün--bir
tәrәfdәn hümmәt vә qeyrәtlә,
digәr tәrәfdәn dә, ağıl, elm vә
nuri-mәrifәt ilә az vaxtın zәrfindә
çox hünәrlәr meydana gәtirmәk olar,
çox şeylәrә müvәffәq olmaq
mümkündür. Bunun imsalı, yәni adı-sanı,
hörmәti vә qüvvәti olmayan bir qövm vә
tayfanın, müddәti-mütәmadi ömrünü
zillәt vә qәflәtdә keçirmiş bir
millәtin ayılıb, az vaxtda tәrәqqi etmәsi,
şan vә hörmәt, mal vә dövlәt kәsb
etmәsi tarixdә görünmüşdür. Uzağa
getmәyib vә Yaponiya kimi bizdәn bәid olan bir
dövlәtin azacıq vaxtda sürәtlә
tәrәqqi tapmasını kәnarda qoyub, öz
qonşumuz ermәni tayfasının bu axır vaxtlardan
bәri, iyirmi-otuz ilin müddәtindә vüquә
gәlәn ittihad vә ittifaqlarına, tәrәqqi
vә tәmәddünlәrinә diqqәt
yetirsәk, yәqin edәrik ki, hәr bir şey
hümmәt vә qeyrәtә, elm vә biliyә
bağlıdır. Dünyada elә bir şey yoxdur ki,
mükәrrәm vә müәzzәz yaranmış,
әqli-sәlim ilә müәyyid olmuş insanın
qüdrәt vә bacarırından xaric olsun....
İndi mәqalәnin baş
mәtlәbinә rücu edib deyә bilәrik ki,
mәrәzlәrimiz çox isә dә, onların
ümdәsi vә mühliki cәhalәt vә
nadanlıqdır. Onun doğru vә hәqiqi
müalicәsi elm vә tәrbiyәdir. Ona binaәn hal-hazırda
hәr şeydәn artıq ehtiyacımız elm vә
әdәbәdir, mәrifәt vә kәmaladır
ki, bunları tәhsil etmәmiş mәişәtimizi
qayda vә nizama salmayacağıq.
Bu mәrәz, yәni cәhalәt
tәzә mәrәzlәrdәn deyil, çox zamandan
bәridir ki, bәdәnimizә sirişt vә ruhumuza
qalib olubdur. Bu o mәrәzdir ki, Seyid Şirvani onun
әlindәn fәryad edib, rüәsayi-millәtә
hali-dilini söylәmişdir:
Dadü fәryad, ey güruhi-üzam,
Oldu zaye bu millәti-islam.
Günü gündәn zәlilü xar
oluruq,
Möhnәtü qüssәyә
düçar oluruq.
Bu qәdәr dәrd kim, olur hadis,
Ona bielmlik olur bais,
Bir bәladır bu dәrdi-nadani
Ki, onun elm olubdu dәrmani.
Mәrhum Seyid dәxi bu mәrәzin
illәtini elmsizlikdә vә çarәsini elm
tәhsil etmәkdә görüb
izhari-tәәccüb edir ki, nә üçün bu
mәrәzin, yәni biçarә vә sahibsiz
millәtin sәhhәtinә çalışan vә
can yandıran yoxdur.
Bu tәәccübdür, ey
güruhi-bәşәr,
Bir kişi yatsa, naxoş olsa әgәr,
Axtarır bir tәbibi-danadil,
Ta ki, söhbәt ona ola hasil.
İndi naxoşdu millәti-islam,
Ona lazımdır eylәmәk әncam.
Dәrdimizdir bu dәrdi-nadanlıq
Ki, tutubdur bizi pәrişanlıq.
Qeyrilәr istәyir tәrәqqiyi-tam,
Qaldı zillәtdә firqeyi-islam....
Aya, kimlәr vә nә
vәsilәlәr ilә millәtimizin bu
naxoşluğuna gәrәk müalicә
elәsinlәr vә onları cәhalәt
qaranlığından elm vә mәrifәt
işığına çıxartsınlar? Bu xüsusda
gәlәcәk mәqalәmizdә
danışarıq.
3
MÜӘLLİMLӘRİMİZ VӘ
ONLARIN HALI
Ruhani atalardan sonra cәhalәti-millәt
ilә müttәsil cәngә müsәmmәm olan,
elm vә maarif qapılarını millәt
üzünә açan ikinci firqә hәr millәtin içindә
müәllimlәr firqәsi olubdur.
Müәllimlәrin sәyi vә qeyrәti
sayәsindә çox qövm vә tayfalar xoşbәxt
olub ağ günә çıxıblar, şan vә hörmәt
qazanıblar, dövlәt vә qüvvәt kәsb
ediblәr. Keçәn on doqquzuncu әsrin 70-ci
sәnәsindә almanların firәnglәrә qalib
gәlmәyi onların müәllimlәrinә isnad
olduğunu tәsdiq edib, qәti surәtdә deyә
bilәrik ki, milәli-müxtәlifә arasında
hәr zaman vә mәkanda vüquә gәlәn
hәr qisim dava vә müharibәlәrdә xah siyasi
olsun, xah iqtisadi vә xah qeyri, qalib gәlәn
tәrәf müәllimlәri sayәsindә nüsrәt
tapmışlar vә qalib gәlmişlәr. Bu bir vazeh
әmr olduğu üçün bu barәdә artıq
danışmağı lazım görmürük. Vәli
biz Rusiya müsәlmanları müddәti-mәdid
müәllimsiz vә mürәbbisiz qalıb,
tәrәqqi yoluna salik olan mütәmәddin
millәtlәrin qatarından üzülüb geridә qalmışıq.
Uzun müddәtlәr әbnayi-millәtә
qaydasınca tәlim vә tәrbiyә verәn
müәllimlәrimiz olmadığına görә
belә pәrişan hala düşmüşük.
İyirmi beş-otuz sәnә bundan
müqәddәm övladımızın tәrbiyә
vә tәlimi bilkülliyyә üsuli-tәlimdәn
bixәbәr vә adabi-tәrbiyәdәn bihissә
olan mәktәbdarların әlindә idi.
Әtfali-müslimin gözәl ömrlәrini qaranlıq
vә nizamsız mәktәblәr güncündә,
quru hәsirlәr üstündә keçirib,
neçә sәnәlәr әrzindә çox az
vә heç şeyә yaramayan biliklәr kәsb
etmәyә qadir olurdular. Tәlim vә tәdris üçün
ana dilimizdә kitablarımız olmadığına
görә müәllim әfәndilәr fars vә
әrәbdәn hansı kitabı xoşlasa idilәr,
şagirdlәrinә ondan dәrs verәrdilәr.
Milli mәktәblәrimizin pәrişan
halını vә üsuli-tәdrisin biüsul vә
binizam olduğunu, tәlim kitablarımızın tәrifini
o vaxtın şairi-binәziri Hacı Seyid Әzim Şirvani
әdibanә nәzmә çәkmişdir ki, onlar
ilә oxucularımızı münasib mәqal olduğu
üçün aşina etmәyi lazım gördük.
Şair mәrhum Hәsәnbәy Mәlikova xitabәn
yazmışdır:
Mәhsina! Ey fәda olum sәnә
mәn.
Etdiyin fikri-bikrә sәd әhsәn!
Bilmәyәn yoxdu kim, bu mәnanı--
Tәrbiyәt kamil eylәr insanı.
Tutalım, gәldik әmrә
mәrdanә,
Baxmadıq tәnü lәni-nadanә.
Tutalım, eylәdik bu әmrә tifaq,
Tәrbiyәt biz gәrәk ki, kimdәn
alaq?
Hansı mәktәbdә
fövci-әtfali
Hansı bir elmdәn edәk hali?
Mәktәbi-tibb, ya ki, hikmәtdәn,
Ya ki, hәrbiyyә, ya ki, hirfәtdәn?
Necә kim, ol "Vәkili-namәlum"
Eylәmişdi bu nüktәni mәrqum.
Әvvәla, bizdә yox o
mәktәblәr
Ki, verә kәsbi-elmi xalqa sәmәr.
Nә o gunә kitablәr әlan
Ki, ola öz lisanımızda bәyan.
Bizә hasil nә şey olur yoxdan
Ki, itibdir kitabımız çoxdan.
Hanı bizdә "Xülasә"nin
sәmәri?
Hanı "Cәbrül-müqabil"in
xәbәri?
Sәhl dillәrdә elmi-heyәt yox,
Cәmü tәfriqü zәrbü
qismәt yox.
Nә tәqiyyә, budur sözün safi,
Küfrdür bizdә elmi-coğrafi.
Elm evi oldu ol zaman bәrbad
Ki, etdi rehlәt xәlfeyi-Bağdad.
Hәr vilayәtdә var beş-on
mәktәb,
Edirik kәsb onda elmü әdәb.
Mәktәbin fәrşi altı
köhnә hәsir.
Neçә әtfali-müztәr onda
әsir.
Dәrsimizdi kitabi--"Gürbәvü
muş",
"Nәqli-hәmdunә",
"Qisseyi-xәrguş".
Oxuruq çox tәrәqqi etsәk
әgәr,
Cümlә "Tarixi-Nadir"i
әzbәr.
Bixәbәr elmi-paki-hikmәtdәn,
Bisәmәr
cadeyi-şәriәtdәn....
Keyfiyyәti-hal bu qәrar üzrә olduqda,
tәlim vә tәdris işlәri belә
çәtin vә narәftә yollar ilә
getdikdә, әlbәttә, millәtin ruhani tәrәqqisi,
elm vә biliyi, mәrifәt vә kamalı artıq
dәrәcәdә ola bilmәzdi. Amma bununla belә bu
övzasi dağınıq olan mәktәblәrdә
zәif halda olmuş olsa da, mәrifәt
işığı görsәnirdi. Bu
mәktәblәrdәn Qasımbәy Zakir,
Abdullabәy Asi, Hacı Seyid Әzim Şirvani, Mirzә
Fәtәli Axundov, Kazım ağa Salik,
İsmayılbәy Nakam, Mirzә Mehdi Naci vә
qeyrilәri kimi xoş tәb şairlәr vә dәqiq
әdiblәr hasilә gәlmişdir. Bu hal bir
tәrәfdәn dә, söz yoxdur ki, millәtimizin
qabili-mәrifәt vә sahibi-istedadi-cibilli olmağına
şәhadәt verir.
1879-cu ildә, otuz sәnә bundan
әvvәl Qori şәhәrindә xristian
darülmüәlliminin cünbündә müsәlman
şöbәsi açıldı vә iki sәnә
bundan sonra 1881-ci ildәn bu darülmüәllimindәn
tәrbiyә almış müsәlman
müәllimlәri çıxmağa başlayır.
Mübtәdilәrә üsuli-sövti ilә ki, "üsuli-cәdid"
adı ilә mәşhurdur, tәlim vermәyin
binasını Zaqafqaziya müsәlmanlarının
içindә qoyan müsәlman şöbәsindә
müәllimlik elmini tamam edәn cavanlar olubdur.
1881-ci sәnәdә kurs tamam edәn
üç nәfәr şәxs üsuli-cәdidin
qaydasını şöbәnin әvvәlinci naziri
mütәvәffi Çernyayevskidәn әxz
etmişlәr. Şöbәnin cünbündә
tәrbiyә alan mübtәdilәrә
üsuli-sövti ilә әvvәlcә dәrs
verәn Çernyayevski özü olubdur. Çünki o vaxt
üsuli-cәdidә bәlәd olan müәllim bir
nәfәr isә dә müsәlmanlardan yox idi. Çernyayevski
mübtәdilәrә verdiyi dәrslәrdәn
mәşhur "Vәtәn dili"
kitabçasını tәcrübә üzü ilә
tәrtib qılmışdır.
Mәzkur üç nәfәr
müәllimlәrdәn biri mәrhum Mirzә Әli
Mәhәmmәd Xәlilov İrәvan quberniyasında,
Naxçıvan şәhәrindә vә Baş
Noraşen qәryәsindә, mәrhum
Sәfәrәlibәy Vәlibәyov Gәncә
quberniyasında, Şuşada vә cәnab Teymurbәy
Bayramәlibәyov Lәnkәranda üsuli-cәdid
ilә dәrs demәyin binasını qoymuşlar.
O vaxtlarda şkolalarda 1881-ci ildә namestnik
tәsdiq etdiyi "uçebni planın" proqramı
ilә dәrs deyilirdi; yәni әvvәlcә
tәlim ana dilindә, sonra rus dilindә icra olunurdu.
Amma bir vaxtdan
sonra bu "uçebni plan" tәdriclә
qüvvәtdәn düşüb bilmәrrә unuduldu
vә ana dilinin tәlimi şkolalardan götürüldü.
1881-ci ildәn indiyә kimi, yәni iyirmi
yeddi ilin әrzindә Qori darülmüәlliminindәn
150 nәfәrә kimi müәllim
çıxıbdır. Müsәlman şöbәsinin
güşadından iki-üç il sonra İrәvanda
dәxi bir darülmüәllimin açıldı.
Amma burada müsәlman şagirdlәrinin
әdәdi çox az olmağa görә buradan ancaq otuz,
artıq başı qırx nәfәrә kimi
müәllimlәr hasilә gәlibdir.
Bunlardan әlavә, keçәn әsrin
hәştadıncı sәnәlәrindә
Tiflisdә Aleksandrovski institutundan beş-altı
nәfәr şәhәr müәllimi tәhsili-elm
edib kurs qurtarmışdı.
Bu müәllimlәrdәn
möhtәrәm bәradәrlәrimiz Sultan
Mәcidbәy Qәnizadә vә Hәbibbәy
Mahmudbәyov Bakı şәhәrindә bir
mәktәb açıb, tәzә üsul vә qayda
ilә onda dәrs demәyin binasını qoymuşlar.
Demәk olar ki, bu müәllimlәrin
Bakıda tәsis etdiklәri mәktәb indiki
rus-müsәlman şkolalarının anası
mәnzilәsindәdir.
Lakin o vaxt da maarif naziri olan Delyanovun tәdbiri
vә binagüzarlığı ilә müsәlmanlardan
şәhәr mәktәblәrindә müәllim
olmaq ixtiyarı alındı.
Buna binaәn müsәlmanlardan instituta daxil
olmaq rәğbәti kәsildi. Belә ki, 1888-ci ildә
qızıl medal ilә institut kursunu tamam edәn
cavanlarımızdan cәnab Hacı Rәhimbәy Qayibova
şәhәrdә yer verilmәyib, İrәvan
uyezdindә Uluxanlı qәryәsinә müәllim
tәyin olundu. O da bir-iki sәnә kәnd
müәllimliyi edib, özü üçün bir
tәrәqqi yolu görmәyib, Okrujnoy sud
mәhkəmәsinә qulluğa girdi.
Belә ki, iyirmi yeddi sәnәnin
әrzindә dövlәt tәrәfindәn
açılmış darülmüәlliminlәrdәn
200-ә qәdәr müәllimlәr
çıxıbdır. Qafqazın üç milyona
çatan müsәlman әhalisinin tәlim vә
tәrbiyәsinә mübaşir olmaq üçün iki
yüz nәfәr müәllim--dәryaya nisbәt bir
qәtrә mәnzilәsindәndir desәk,
mübaliğә etmiş olmarıq.
Ötәn mәqalәmizdә
dövlәt tәrәfindәn açılmış
darülmüәlliminlәrdәn iki yüz
nәfәrә kimi kurs qurtarmış
müәllimlәrin tamami Qafqaz
müsәlmanlarının tәlim vә tәrbiyәsi
üçün kifayәt etmәdiyini bәyan etmişdik.
Mәlum ola ki, bu iki yüz
müәllimlәrdәn bu anacan bir neçәsi dari-bәqayә
rihlәt edib, rәhmәti-hәqqә vasil olmuşlar.
Hali-hәyatda olanların da bir sülsi
müәllimlik kimi nә qәdәr müqәddәs
dә olsa ağır vә çәtin bir
peşәyә, qәdr vә qiymәti bilinmәyәn
vә nәzәrdә istiqbalı olunmayan bir
sәnәtә tab gәtirmәyib, iki-üç
sәnә müәllimlik etdikdәn sonra qeyri bir
mәdaxilli sәnәtlәrin vә avam
nәzәrindә hörmәtli sayılan başqa
qulluqların dalısınca gediblәr.
Müәllimlikdәn hәr qisim
mәnsәblәrә: polisiya qulluğuna,
mütәrcimliyә, sekretarlığa, müxtәlif
mәhkәmәlәrdә vә mütәәddid
dәftәrxanalarda cürbәcür
xidmәtlәrә girәni olubdur. Müәllimlikdәn
hәtta aksız qulluğuna da keçәni olubdur.
Әlbәttә, o kәslәr ki,
müәllimlik kimi möhtәrәm vә
müqәddәs xidmәti tәrk edib, qeyri peşә
dalısınca gediblәr, mәnәviyyat cәhәtincә
öz әhdü peymanlarını şikәst ediblәr,
ümumi xidmәti әda etmәkdәn, millәtә
qulluq elәmәkdәn boyun qaçırıblar.
Vәli maddi tәrәfdәn vә dolanacaq sarıdan
bunlar zirәk vә durbin olublar. Zira
müәllimlәrә nisbәtәn bunlar artıcaq
rahat vә mürәffә-hal güzәran
etmәkdәdirlәr.
Müәllimlik peşәsinә
müdavimәt edib, onun zәhmәtinә qatlanıb
qalanların halı vә güzәranı ziyadә
üsrәt vә mәşәqqәt ilә
keçibdir vә keçmәkdәdir. Bunlardan dәxi
artıq bacarıqlı vә zirәk olanları
dolanacaqlarını bir növ
yüngüllәşdirmәk üçün
kәndlәrdә qulluq etmәyә qane olmayıb
şәhәrә keçiblәr. Şәhәrlәrdә
müәllimlik mәvacibi kәnd müәlliminin
mәvacibindәn bir az artıqdır vә hәm dә
burada sair mәnbәlәr dә vardır ki, onlardan
tәhsili-mәaş etmәk mümkündür. Bunlardan
әlavә, şәhәrlәrdә
әsbabi-tәrәqqi vә maarif hәmә vaxt
müyәssәr olduğu üçün vә
ünsiyyәt etmәyә müvafiq yar-yoldaş
tapıldığı üçün
şәhәrdә tәlim almış cavanlara
şәhәrdә dә güzәran etmәk xoş
keçir. Bu sәbәblәrә görә müәllimlәrin
çoxu kәndlәrdәn qaçırlar.
Necә ki, bu barәdә üç
sәnә bundan әvvәl "İrşad"
ruznamәsinin sәhifәlәrindә
yazmışdıq, indi dәxi haman mәtlәbi tәkrar
edib deyirik ki, kәndlәrimiz müәllimsiz vә
mürәbbisiz qalıbdır.
Üç yüz, dörd yüz vә daha
ziyadә nüfuslu qәryәlәrimizdә
mәktәb vә mәsciddәn bir әsәr dә
yoxdur. Mayeyi-zindәganlığımız olan dәhat
әhllәrinin vә rәiyyәt tayfasının
balaları sırf avamlıqda yaşayıb, sahibsiz vә
pәrәstarsız qalırlar. Cәhalәt vә onunla
bahәm yoxsulluq vә qorxu get-gedә artıb
çoxalır, qeyri millәtlәr tәrәqqi etdiyi
halda biz tәnәzzül edirik. Zaqatala okruqunda iyirmidәn
ziyadә dörd-beş yüz nüfuslu böyük
kәndlәr vardır ki, heç birindә mәktәb
vә mәdrәsә yoxdur. Belә dövlәtli
vә mәhsuldar mahalın, bu sayaq barverici vә
meyvәyetirici torpağın әhalisi әgәr elmli
vә bilikli olsa idi, әlbәttә, ehtiyacdan
xәbәrlәri olmazdı vә
qızıl-gümüş içindә dolanardılar.
Vәhalonki avamlıqları ucundan öz torpaqlarından
mәnfәәtbәrdar ola bilmirlәr.
Qızıl vә gümüş axıb,
kәnardan gәlmәlәrin, xaricilәrin torbalarına
tökülür, amma yer vә mülk sahiblәri
ehtiyacın içindә zillәt ilә güzәran
edirlәr.
Habelә Nuxa uyezdindә, xüsusәn,
Qәbәlә mahalında, İrәvan uyezdindә
Zәngibasarda, Şırıldәrә, Lәgiz
uyezdindә, Şuşa vә Cavanşir uyezdindә,
xüsusәn Tәrtәrbasarda vә sair. Bunlar misilli
ziyadә mәhsulat yetirici vә meyvәcat yetirici
yerlәrdә әhali elmsizlik cәhәtindәn
fәqir vә zillәtdә dolanmaqdadırlar.
Tәrbiyә almış vә kamali-tәhsil etmiş
cavanlarımız qaranlıqda qalan qardaşlarına
işıq salmağı vә onları qaranlıqdan
işığa çıxartmağı özlәrinә
borc hesab etmәyib, hәr bir nәhvlә
çalışırlar ki, kәndlәrdәn
qaçıb uzaqlaşsınlar.
Kәndlәrdә öz qәzalarına
razı olub qalan müәllimlәrimizin әdәdi
altmış-yetmişdәn ziyadә deyil. Bunlardan ancaq bir
neçәsi öz vәzifәlәrini kamalınca
düşünüb, cani-dildәn intişari-maarif yolunda
çalışırlar vә millәtin ayılıb
tәrәqqi etmәsinә sәmimidildәn xidmәt
edirlәr.
Bunların zәhmәtlәrinin
sәmәri görünmәkdәdir. Amma
mәtәәssüf, müәllimlәrin çoxunda
bu rәviş, bu hәrәkәt vә bu
canfәşanlıq müşahidә olunmur.
Bunlardan әksәri iki-üç
sәnә az-çox hәvәslә tәlim vә
tәrbiyә işlәrinә mәşğul olub,
sonralardan yavaş-yavaş öz peşәlәrinә
soyuyurlar, tәlim vә tәәllümә
rәğbәtlәri kәsilir, mütaliәyә
hәvәslәri olmayır, ruhlarının, әql
vә әxlaqlarının tәrbiyәsinә
bilmәrrә mәşğul olmayıb, bilaixtiyar
özlәrinin xәbәri olmaya-olmaya geri gedirlәr
vә avam halına düşürlәr.
Belә müәllimlәrdәn
neçәlәrini tanıyıram ki, bir dәfә
dә әlinә qәzet alıb oxumur,
övzai-zәmanәdәn fil-cümlә
xәbәrdar olmağa şövq vә hәvәs
göstәrmir, şkolanın adına göndәrilәn
kitablar başı bağlı qalıb kәsilmir vә
ruznamәlәr qurşaqdan çıxmır.
Bu cәnablar gündә iki saat
könülsüz dәrs demәyә iktifa edib, yerdә
qalan vaxtlarını öz mәxsusi işlәrinin,
kәsbkarlarının üstündә keçirirlәr.
Amma elәlәri dә var ki, heç bir
iş görmәyib, övqati-әzizәlәrini
mütlәq bikarçılıqda zaye edirlәr.
İldә ya iki ildә bir dәfә
inspektor tәftiş üçün şkolaya
tәşrif gәtirir, onu da bir sayaqla razı edib yola
salırlar vә yenә öz bekarçılıqlarına
mәşğul olurlar. Amma çox ittifaqlarda inspektor,
direktor müsәlman müәllimlәrindәn narazı
qalıb, onların tәnbәlliyindәn vә
karsızlığından şikayәt edirlәr.
Münsif vә haqqı inkar etmәyәn
müәllimlәrin bir neçәsindәn
eşitmişәm ki, öz dillәri ilә iqrar
ediblәr: "Bәli, doğrudur, biz iş
görmürük vә cani-dildәn müәllimlik
etmirik vә bizim şkolaların xali qalmağına
әksәr övqat sәbәb özümüz oluruq,
çünki müәllimlik dә bizә bir şey
vermir".
İşlәr bu minval üzrә
getdikdә, әlbәttә, müәllim camaatın
gözündә hörmәtdәn düşür
vә onun üçün qәlblәrdә bir
mәhәli-etina vә mәqami-mәhәbbәt
qalmır vә onun mәktәbinә uşaq verәn
olmur. Elә şkolalar var ki, onda bütün il
sәrasәr beş-on uşaqdan ziyadә şagird olmur.
Әlbәttә, kәndlәrdә
müәllimlik etmәk yüngül vә asan iş deyil.
Xüsusәn, müsәlman kәndlәrindә: bir
tәrәfdәn, divan әmәlәsi tutduğu
xilafi-zakon işlәrin bәrәkәtindәn,
digәr bir tәrәfdәn, şikәm güdәn
vә fanatik mollaların xilafi-şәriәt
işlәtdiyi әmәllәrin vә söylәdiyi
vәzlәrin tәsirindәn vә bunlar ilә bahәm
işıqdan qorxan vә millәtin ayılmağından
xof vә әndişә edәn
mülkәdar-bәylәrin vә ağaların
mәrhәmәtindәn bir növ әxlaqsız olublar,
elm vә әdәbә meyl vә rәğbәt
göstәrmәyirlәr; şkolaya ayrı gözlә
baxırlar vә müәllimlәrә çәndan
etina vә ehtiram olmayır. Çox kәndlәrdә
biçarә müәllimlәrin halı ziyadә
çәtinlik ilә keçir vә bu xüsusda
"Qafqaz" ruznamәsinin 25-ci nömrәsindә
"İbtidai mәktәblәrin qüsuru"
ünvanı ilә yazılmış mәqalәdә
haq sözlәr çoxdur. Vә lakin bizim
әqidәmizә görә, müәllimin
ürәyindә atәş olsa bu maneәlәrin
çoxuna qalib gәlә bilәr vә öz
dairәsindә әvvәlinci şәxs ola
bilәr....
Müәllim mәktәbin canı vә
içindә olduğu camaatın çırağı
mәqamındadır. Müәllim öz şüğlini
sevsә, öz şagirdlәrini övladı kimi
istәsә, onların tәlim vә
tәrbiyәsinә can yandırsa, әhalinin
gözünü açmağa vә xeyir yetirici biliklәr
ilә cәhalәt pәrdәsini yırtmağa
sәrfi-hümmәt etsә, bilaşübhә,
böyük kәramәtlәr göstәrәr vә
cümlәnin rәğbәt vә
mәhәbbәtinә mәzhәr olar.
Hәr bir şey mәhәbbәtә
bağlıdır. Hәr bir şeyә hәyat verәn,
hәr bir şeyi tәr vә tәzә qılan,
hәr bir şeyi gözәl, mәqbul vә nurani
edәn mәhәbbәtdir!
Heyfa ki, bu ali vә pakizә hiss, bu
yandırıcı atәş bizim qәlbimizdә yoxdur;
heyfa ki, nә ev tәrbiyәsindә, nә
mәktәblәrdә vә mәscidlәrdә
vә nә dә camaatımızın içindә
mәhәbbәt atәşini bizim ürәyimizdә
yandıran olmayıbdır.
Müәllim mәktәbin canı
olduğunu vә mәhәbbәt ilә çox
işlәr açdığını әcnәbi
qövm vә tayfaların içindә görürük.
Bizim müsәlmanlar dәxi belә hәqiqi millәt
xadimlәrindәn mәhrum deyillәr. Kәnd
müәllimlәrinin içindә İsabәy Abakarov,
Әhmәd ağa Mustafayev kimi bir neçә
möhtәrәm şәxslәr var ki,
hәqiqәtdә millәt xadimi olub, cani-dildәn
tәlim vә tәrbiyә işlәrinә
ömürlәrini sәrf ediblәr. Bunlardan hәr birisi
iyirmi ildәn ziyadәdir ki, müәllimlik
etmәkdәdir. Bunlar qulluq sarıdan artıq bir
tәrәqqi etmәyiblәrsә dә vә
tәrәqqi etmәk qeydinә dәxi
düşmәyiblәrsәlәr dә, camaatın
mәhәbbәtinә şayәstә olublar.
Hansı kәnddә müәllimlik ediblәrsә,
orada mәrifәt çırağını
yandırıb, әhalinin gözlәrini açıb,
mәnәvi tәrәqqilәrinә bais olublar.
İsabәyin tәhti-tәrbiyәsindә
yüzlәrcә rәiyyәt balaları
çıxıb, kamali-tәhsil edib, çörәk
sahibi olubdur. İsabәy çox fәqir şәxslәrin
övladına atalıq edib, azacıq mәvacibindәn
onlara xörәk vә puşak verib oxudubdur. İmtahan
mövsümündә onları öz xәrci ilә
Tiflisә, Gәncәyә, Qoriyә göndәrib
vә çox vaxtı özü aparıb bәzisini
sәnәt mәktәbinә, kimisini feldşer
şkolasına, kimisini seminariyaya vә hәtta bir
neçәsini gimnaziyaya qoyubdur.
İsabәyin haqqı bizim
üstümüzdә çoxdur. İsabәy bizim
Pestalotsimiz mәqamındadır. Vә lakin belәlәri
çox azdır, beş-on nәfәr ancaq tapılar.
Yerdә qalanları öz şüğllәrinә
soyuyubdur, ürәklәrindә olan atәş
sönübdür vә hәr şeyә hәyat verәn
mәhәbbәt çeşmәsi quruyubdur.
Bәzilәri bizim müәllimlәrin
öz şüğl vә sәnәtlәrinә
nisbәtәn izhar qıldıqları soyuqluq vә
kәmetinalığı onların tәlim alıb kursu
tamam etdiklәri mәktәblәrin qüsuruna hәml
edirlәr. Çoxları bu әqidәdәdirlәr ki,
darülmüәlliminlәr elmli, lәyaqәtli vә
öz işini yaxşı bilәn müәllimlәr
hazırlaşdırmır.
Bu rәy vә әqidәlәrdә,
әlbәttә, doğruluq asarı çoxdur, öz
tәrәfimizdәn biz deyә bilәrik: nәinki bir
kәnd müәllimlәri hazırlaşdıran,
hәtta şәhәr mәktәblәri vә
gimnaziyalar üçün qabil vә mahir
müәllimlәr yetirәn
darülmәdrәsәlәr vә ali
mәktәblәr yoxdur.
Buna baş vә ümdә
sәbәblәrdәn birisi dә budur ki,
mәişәt ilә mәktәbin mabeynindә
әsla ittifaq vә saziş yoxdur, mәmlәkәtimizdә
qәdim zamandan bәridir ki, mәişәt öz yolu
ilә, mәktәb dәxi öz çığırı
ilә gedib, bir-birindәn xәbәri olmayıbdır,
bir-birinin qeydinә, dәrdinә vә ehtiyacına
mültәfit olmayıblar; mәktәb öz başına
qalıb, yaxşı-yaman öz işinә
mәşğul olubdur.
Mәişәt dәxi mәktәbin
varlığından vә yoxluğundan xәbәrdar
olmayıb, onun nәdәn ötrü, nә işin
xatirәsi üçün vә hansı ehtiyacın
rәfi üçün bina olduğunu әsla
nәzәrә almayıb, öz yolu ilә gedibdir.
Rusiya dövlәti әksәr ittifaqlarda
Avropa mәdәni millәtlәri arasında filan növ
mәdrәsәlәr vә filan qisim
mәktәblәr var, bizdә dә olsun deyib, öz millәtinin
dәrәcәyi-kamalını, tәbiәt vә
xasiyyәtini vә zәruri ehtiyaclarını
nәzәrә almayıb, mәhz bir "moda"
üçün mәişәtә uymayan vә yaramayan
mәktәblәr açıbdır. Amma lazım
olanların qeydinә vә fikrinә qalmayıbdır.
Belә ki, qәdim zamandan bәridir ki,
mәktәb mәişәtin rәfi-ehtiyacı vә
tәrәqqisi üçün olmayıb, ziynәt vә
bәzәyi üçün xәlq olunubdur. Bu
illәtdәn naşidir ki, mәktәb elmli, bilikli,
mәişәtin ehtiyacatını rәf edici vә
millәtin tәrәqqi vә sәadәtinә
sәbәb olucu adamlar yetirә bilmәyir.
Belә olan surәtdә şәk yoxdur
ki, darülmüәlliminlәrimiz vә
darülmәdrәsәlәrimiz dәxi bu zikr olunan
tәsәvvürdәn ari vә bәri deyil.
Bununla belә, bizim әqidәmizә
görә, tamam müәllimlәrin bilümum vә
kәnd müәllimlәrinin bilxüsus öz
peşәlәrinә bu qәdәr süst,
kәmmәhәl vә kәmetina olmaqlarına
ümdә sәbәb onların hәddәn ziyadә
az mәvacib almaqlarıdır.
Bir peşә ki, öz әrbabını
hәmişә fәqir vә zillәtdә saxlaya, onun
ehtiyaclarını necә ki, lazımdır
ödәmәyә, aclıqdan vә susuzluqdan,
istidәn vә soyuqdan özünü vә
әyalını mühafizәt etmәyә, o
peşәyә dәxi әrbabı
tәrәfindәn artıq meyl vә rәğbәt
olunmaz. O peşәnin sahibi çalışar ki,
özgә bir xeyirli işin vә mәnfәәtli
kәsbin dalısınca getsin.
Mәnim әhibbalarımdan institut
qurtarmış bir nәfәri-qabil vә
qeyrәtmәnd şәhәr mәktәblәrinin
birisindә on il sәrasәr qulluq edib, ildә 4 yüz
manat mәvacib almaqla bir növ güzәran edirdi. Bu
şәxs nә qәdәr cani-dil ilә ibtidada qulluq
әmrlәrini yerinә yetirdisә dә, bir o
qәdәr dә axırlarda soyuyub, tәlim vә
tәdris işlәrinә hәvәsdәn
düşmüşdü. On ilin әrzindә buna
müәllimlik yeri vermәdilәr, ancaq
müәllimә müavin olub, dörd yüz manatdan
ziyadә mәvacib ala bilmәdi. Axırda özü
qulluğundan şikayәt edib, mәnә hali-dilini
söylәdi ki, "filankәs, bu qәdәr
zәhmәt vә әziyyәtin müqabilindә bir
tәrәqqi yolu görmәmәk, әliboş,
üzü qara qalmaq hәr kәsi rәğbәtdәn
salar vә incidәr.
Bir yandan әhli-әyalın fikri, bir yandan
övladın tәrbiyә әndişәsi şu ismi bu
növ pәrişan edibdir ki, müәllimlik fikri vә
tәlim-tәdris işlәri mәnim üçün
axırkı mәsәlәlәrdәn birisi olubdur.
Hәrgah doğrusunu bilmәk istәyirsәn, әrz
edәyim: başımın әn bala
mәrtәbәsindә bu hindә un vә buğda
fikridir. Ondan aşağıdakı mәrtәbәdә
yar vә düyü әndişәsidir. Ondan da
aşağıda odun vә kömür
dәğdәğәsidir; lap axırıncı
mәrtәbәdә olanı şagirdlәrin hesab
vә yazı dәftәrlәridir ki, sabaha gәrәk
onları düzәldәm. Hәqiqәti-әmrdәn
bizimki müәllimlik deyil, çәrçilikdir. Şeyx
Sәdi әbәs demәyibdir:
Qәme-fәrzәndo nano camәvo qut
Baz darәd ziseyr dәr mәlәkut.
Hәme ruz ittifaq misazәm
Ke, beşәb baxuday pәrdazәm.
Şәb ki, әqde-nәmaz mi
bәndәm,
Çe xurәd bamdad fәrzәndәm.
[2]
[2] Tərcüməsi:
Övlad, çörək, paltar və
azuqə dərdi.
Sənin aləmi-mələkutda seyr
etməyinin qarşısını alar.
Bütün günü
çalışıram ki, gecələr allaha ibadət edim.
Gecə ki, namazla məşğulam, bəs
səhər çağı uşaqlarım nə yesin?
"Qarnı ac abidin ibadәti dürüst
olmayan kimi, ac müәllimin müәllimliyi dәxi
dürüst deyil vә ondan fayda gözlәmәk
әqli-sәlimdәn bәiddir".
Mәzkur müәllim on ildәn
ziyadәdir ki, müәllimlik peşәsini tәrk
qılıb, ticarәt әmrinә mәşğuldur
vә bu halda güzәranı xoş vә rahat
keçir, müәllim olduğu vaxtda çәkdiyi
darlığı vә ürәk
sıxıntısını indi çәkmir vә
mәqamı düşdükcә millәtә dәxi
qövlәn vә felәn xidmәtini müzayiqә
etmәyir. Bu minval müәllimlikdәn bizar vә dilgir
olub qaçanların vә әli çörәyә
çatanların әdәdi az deyil.
Tamam Rusiyada müәllimlәrin haqqında
görsәnilәn hәqarәt vә
әdalәtsizlik "Novoye vremya" kimi bir
darmәslәk vә mühafizәkar qәzeti dәxi
dilә gәtirmişdir.
"Novoye vremya" edadiyyә
mәktәblәrindә, gimnaziyalarda qulluq edәn
müәllimlәrin halına yanıb tәkid edir ki,
onların zәhmәti azalıb, mәvaciblәri
çoxalsın. Qәzetә gimnaziyalarda qabil vә mahir
müәllimlәrin olmadığını bu
illәtdәn görüb deyir: "Bu mәtlәb
barәsindә dәfәat ilә yazılıbsa da,
heyfәn ki, yazıçıların nalә vә
fәryadı sahibi-ixtiyarların vә dadrәslәrin
qulaqlarına yetişmәyibdir vә cәrәs
sәdası kimi biyabanda mәhv vә nabud olubdur".
Gimnaziyalarda mahir vә öz
işlәrinә bәlәd olan müәllimlәrin
yoxluğuna ümdә sәbәb, necә ki, yuxarıda
işarә etmişdik, bunları hazırlaşdıran
vә kamil müәllim yetirәn
darülmüәlliminlәrin yoxluğudur, o institutlar
vә darülülumlar ki, ondan müәllimlәr
hasilә gәlir, qayda üzrә tәsis
olunmamışdır. Onlarda pedaqogiya elminә dair vә tәlimat
işlәrinә mәnsub mәlumat verilmәyib.
Gimnaziya müәllimlәrindәn çoxlarını
tanıyıram ki, pedaqogiya fәnn vә elminin babası
sayılan Amos Komenskinin vә Pestalotsinin adların da
eşitmiş olsunlar.
Bu qüsurun illәtini "Novoye vremya"
açıq yazır. O illәt budur: Sabiqdәki maarif
nazirlәrinin ümdә fikri yaxşı
müәllimlәr vә qabil müdәrrislәr
yetirmәk olmayıb. Onların fikir vә xәyalı
saldatlar kimi naçalniklәrin, rәislәrin
hökmünә tabe vә әmrinә müti
çinovniklәr hasilә gәtirmәk olubdur. Onlardan
mәşhuru qraf Tolstoy
müәllimlәr yetirmәk üçün cavan
tәlәbәlәrә saldat kimi tәlim verdirib,
onların bәdәnlәrindәn müәllimlik ruhunu
çıxardıb, çinovniklik ruhu daxil etmәyә
müvәffәq oldu. Delyanov bu yolda özündәn
tәzә bir şey ixtira edә bilmәdisә dә,
Tolstoy qoyduğu pürmәşәqqәt, sәrt
vә müәllimlik vәzifәsinә müğayir
qaydaları mühafizәt etmәyә cani-dildәn
çalışdı.
Tolstoy vә Delyanov kimi pedaqogiya elmindәn
bisәmәr vә insaniyyәt alәmindәn
bixәbәr şәxslәr maarif vәziri olduğu
halda, Piraqov kimi rәhmdil vә mәşhur pedaqoq kәnarda
qalıb unuduldu.
Qәzetә nәticәyi-kәlamda bunu
yazır ki, hәrgah gimnaziyalarda qulluq edәn
müәllimlәrin zәruri ehtiyacları rәf olunsa,
mәvaciblәri artsa vә zәhmәtlәri azalsa,
onda hәr bir müәllim bilaşübhә
çalışıb sәy edәcәkdir ki, öz
vәzifәsini layiqincә әda etsin, mәnsәbi
xatirәsi üçün qulluğunda bir qüsur
qoymasın.
Söz yoxdur ki, gimnaziya müәllimlәri
az mәvacib alır vә әmri-maaşda qeyri
çinovniklәrә görә bir növ üsrәt
çәkirlәr vә lakin onlardan da artıq
üsrәt vә zillәt çәkәn
kәndlәrdә vә qorodskoy şkolalarda qulluq
edәn müәllimlәrdir. Bu biçarәlәr
ağır vә pürmәşәqqәt
zәhmәtlәri әvәzindә bu bahalıq
әsrindә o qәdәr az mәvacib alırlar ki,
çoxusu tәngә gәlib müәllimlikdәn
qaçır vә qaça bilmәyәnlәri dә
dilәnçilik halında ömürlәrini zaye edir.
Bәs hәr şeydәn әvvәl vә
cümlәdәn müqәddәm gәrәkdir bu
binәvaların dәrdinә çarә etmәk
vә halına yanmaq. Yәqindir ki, maaş sarıdan
bunların da ehtiyacı rәf olunsa vә
zәhmәtlәrinә görә bunlara da mәvacib
tәyin olunsa, bunlar da çalışacaqlar ki, öz
öhdәlәrinә götürdüklәri tәlim
vә tәrbiyәyi-әtfal kimi mühüm әmri
layiqincә ifa elәsinlәr. O vaxt cavanlarımız
nәinki müәllimlikdәn qaçarlar, bәlkә çoxları
sair qulluqdan müәllimliyә keçmәyә meyl
vә rәğbәt göstәrәrlәr vә
camaat nәzәrindә dәxi müәllimlәrin şan
vә hörmәti artar.
1908-1909.