MÜSӘLMAN
MÜӘLLİMLӘRİNİN HÜMMӘTİ
Hәr sәnә yay fәslindә
Şuşa şәhәrinә elm vә mәrifәt
tәhsil edәnlәrimizdәn, -- xah
müәllimlәr olsun, xah studentlәr vә xah
dövlәti qulluqlarda olan cavanlardan, -- böyük bir
cәmiyyәt yığışıb, millәt vә
vәtәnә xidmәt etmәk fikrinә
düşürlәr. Bunların mabeynlәrindә
ülfәt vә rәfaqәt vüquә gәlib
ittihad vә ittifaqın binası bir növ
möhkәmlәşir vә bacardıqları
qәdәr vәtәnlәrinә nәf vә fayda
yetirirlәr. Xüsusәn bu yolda artıq hümmәt
vә qeyrәt göstәrәn müsәlman
müәllimlәri olur. Doqquz ay qürbәt vilayәtlәrdә,
uzaq kәndlәrdә vә
şәhәrlәrdә tәlim vә
tәdrisә mәşğul olub artıq
mәşәqqәt çәkib üç ay yay
fәslini dәxi istirahәt vә asayiş ilә
keçirmәyi özlәrinә rәva
görmürlәr.
Belә ki, iyul ayının 24-cü
günü buradakı şәhәr
mәktәbindә tәlim alan fәqir
şagirdlәrin nәfi üçün müәllimlәrin
hümmәti ilә türk dilindә bir komediya
göstәrildi. Müsәlmanlardan xeyli camaat:
nücәbadan, tüccardan vә sair әsnafdan tamaşa
üçün teatroya toplaşdılar. Oynanan mәrhum
Mirzә Fәtәli Axundovun әsәrlәrindәn
mәşhur "Hacı Qara" vә yaxud
"Mәrdi-xәsis" komediyası idi.
Әgәrçi bu komediya kәrrat ilә Şuşa
şәhәrindә iraә olunubdur vә onun
mәzmunu şәhәr әhlinin çoxuna
mәlumdur, bainhәmә komediya әsla әksilmәyib
hamıya xoş gәlir. Әlbәttә, mәrhum
Axundov kimi kamil, dәqiq, baxәbәr vә ziyadә
tәcrübәli vücudun әsәri dәxi
hәmişә hәyat üzrә baqi qalacaqdır.
"Hacı Qara" bir sayaq doğru vә
düz yazılıbdır ki, bu mәrdi-xәsisin
әxlaqi-әtvari, xәsasәt vә lәimliyi,
cifәyi-dünya üçün dini vә imanı vә
hәtta әziz canı fәnayә vermәsi, dünya
malı üçün yalan söylәmәyi, and
içmәyi bir tövr tәhlil olunubdur ki, guya mәrhum
Mirzә bütün ömrünü mәzkur Hacı
ilә bir yerdә keçiribdir vә onun
ürәyindә olan fikirlәrini, hәr bir cüzi
hәrәkәt vә rәftarını, adab vә
әxlaqını layiqincә öyrәnibdir. Bu
mәharәt vә rümuzşünaslıq ancaq
Mirzә Fәtәli kimi kamil vә ustadi-qabil
kimsәlәrin qәlәmindәn vücuda
gәlә bilәr. Әgәr biz mәrhum Mirzә
Fәtәlini firәnglәrin Molyerinә vә
rusların Qoqoluna tәşbeh etsәk, sәhv
etmәmiş oluruz.
Komediyada oynayan cavanların cümlәsi
öz rollarını yaxşı yerinә yetirib tamaşaya cәm
olanları ziyadә fәrәhnak vә xoşhal
etdilәr. Artıq mәharәt vә hünәr
göstәrәnlәr bunlardır: Yusif bәy
Haqnәzәrov, Hәsәnәli bәy
Sarıcallı, Mirzәcamalov Mәhәmmәd
Hәsәn bәy, Fәrhad bәy
Köçәrlinski, Cavad bәy Bağırbәyov. Bu
cavanlar kәrrat ilә ssenaya çağırılıb,
tәhsin vә afәrin sәdasını istima etmәk
ilә xoşhal oldular. Bu işdә artıq zәhmәt
çәkәnlәrdәn birisi dә cәnab
Lütfәli bәy Behbudov idi ki, bilet satmağa vә
komediyanın mühüm işlәrinә mübaşir
olmuşdu. Teatrdan cәm olan mәblәğ mәxaric
vә mәsarifdәn başqa iki yüz manatdan
ziyadәdir. Belә ki, fәqir vә kasıb
şagirdlәrimizә böyük kömәk olundu.
Qeyrәtmәnd cavanlarımızın xahişi var ki,
iki-üç dәfә belә komediya tәrtib vә
tәşkil edib, möhtac vә
çarәsizlәrimizә müavәnәt
göstәrsinlәr. Allah onlardan razı olsun vә tofiq
әta elәsin.
1903.