QARABAĞDA CAVANŞİR MAHALININ ӘHVAL
VӘ ÖVZASINA DAİR
Әlli-altmış sәnә bundan
әqdәm Qarabağın şairi-binәziri
Qasımbәy Zakir tәxәllüs Qarabağın
çox yerlәrini gәştgüzar edib Tәrtәrbasara
ki, -- ibarәt ola Cavanşir mahalından, -- sәyahәt
qәsdi ilә gәlir. Bu ümidlә ki, orada onun
könlü açılsın vә bәlkә
Bәrdә şәhәrinin sabiqdә olan
rövnәq vә abadanlığından bir
nişani-әlamәt görә. Öz hiss vә
arzularını Zakir bu sayaq nәzmә çәkir:
O viladә bir mehriban görmәdim,
Gәlmişәm indi dә Mehriban
gәzәm.
Seyr eylәyim tamam Tәrtәrbasanı,
Varmı aşiqinә can qıyan,
gәzәm.
Tülәk tәrlan ovlağıydı bu
yerlәr,
Bәrdә torpağına eylәyim
güzәr,
Görüm qalıbdırmı
Şirindәn әsәr,
Baxam hәr tәrәfә, nigaran
gәzәm.
Xosrovi-Pәrvizin şanü
şövkәtin,
Fәrhadın әlәmu qәmu
möhnәtin,
Şapurun çәkdiyi nәqşü
surәtin,
Arayıb-axtarıb bir zaman gәzәm.
Dolanıb sәrasәr Çarsubazarı,
Gәtirәm nәzәrә
sәmti-minarı,
Görsәm, xәbәr allam
bülbüli-zarı,
Necә oldu ol gül, gülüstan,
gәzәm.
Deyim hanı bunda gәzәn
gözәllәr?
Teyhulu meşәlәr, sonalı
göllәr?
Çayın kәnarında tikilәn
ellәr?
Yoxdu heç birindәn bir nişan,
gәzәm.
Ol baş-başa verәn sәrvi rәnalar,
Hәr guşәdәn gәlәn sövtü sәdalar,
Zәrrin piyalәlәr, meyi-sәhbalar,
Gәrdişi-badeyi-әrğüvan gәzәm.
Bu minval
ilә şikәstә Zakir bülbüli-zardan әhval-pürsan olub deyir ki, bu
diyarın adәt
vә qanunun mәn tәvarixdә oxumuşam, onları xeyli müstәhsәn yazıblar. Bayram gecәlәri Bәrdә şәhәri sübhә kimi çıraqban olub, onları
eyş-işrәtdә keçirirlәrmiş, әmirzadә vә bәyzadәlәr boynu qiladәli sәgi-şikar ilә ceyran ovuna gedirlәrmiş. Böyüklәr astanasında pәhlәvanlar vә qızmış dәvәlәr kuşti tutarlarmış. Bir yandan
cavahirfüruşlar, bir tәrәfdәn zәrgәrlәr nazәnin gözәllәrә ziynәt vә yaraşıq әsbabı mühәyya edirlәrmiş. Karvansaralarda vә mehmanxanalarda sәyyahlar, tacirlәr, qәlәndәrlәr vә hәr qisim qәriblәr gecәlәr sübhәdәk nәql vә hekayәtlәr söylәrmiş. Aya, bunlardan indi dә bir әsәr varmı? Rücu edәk şairin öz kәlamına:
Gecә-gündüz daim bangi-cәrәsdәn
Qulaq
tutulurmu sәdadәn, sәsdәn?
Bakıdan,
Dәrbәnddәn, Krım, Çәrkәsdәn
Gәlirmi mәtai-bipayan, gәzәm.
Sayeyi-sәrvdә mәcmәi-xuban,
Yenә әylәşirmi xoşdilü xәndan?
Yoxsa ki,
onlara saqiyi-dövran
İçiribdir
mey yerinә qan, gәzәm.
Nazәninlәr ta tülui-afitab,
Oturub gecәlәr çәkәrmi gülab?
Çeşmi-aşiq
kimi fәvvarәdәn ab
Tökülürmü
hövzә
nümayan, gәzәm.
Müzәyyәn mәhәllәlәr vә münәqqәş evlәr irәliki halda dururmu vә onların içindә yenә xanәndә vә nәvazәndәlәr gözәl nәğmәlәr oxuyurmu? Töylәlәrdә köhlәn atlar
çığrışırmı? Hamamlarda sular fәvvarә edirmi vә onlar әzәlki kimi şirin işlәyirmi vә onlara külli
ağçalar sәrf olunurmu? Teyhulu meşәlәrdә, güllü vә sünbüllü
bağçalarda seyr edәnlәr,
qız-gәlinlәr
qaqqıldaşa-qaqqıldaşa gәzirlәrmi, yoxsa onların heç birindәn bir әsәr yoxdur? Bülbüli-şikәstәdil Zakir fәqiri bu xәbәr ilә mәyus vә peşiman elәyir.
Bülbüli-biçarә verdi xәbәri,
Dedi ki,
qalmayıb şәnlik әsәri,
Mәn Zakirәm, onu görәndәn bәri
Gәrәk cünun olub, biyaban gәzәm.
Hәr kәs Zakirin bu kәlamını başdan ayağa diqqәtlә oxusa vә o yazdığı yerlәri seyr edib, oranın әzәlki şükuhlu halı ilә indiki pәrişan halını nәzәrә gәtirsә bilaşübhә onun ürәyi qanla dolub, gözlәrindәn yaş tökülәr. Necә ki, bülbüli-zarın
verdiyi әhvali-pürmәlal Zakirin halını pәrişan edib, onu mәcnun-sifәt kuh-biyabana salır. Keçmişdәki tәrәddüd vә abadanlıqdan, cah-calaldan, mal-dövlәtdәn, sövt-sәdadan şair bir әsәr görmәyib, Qarabağın vә xüsusәn Cavanşirin
övzasını özgә bir pәrişan halda tapıb, әhvalatı, necә ki var, artıq mәharәtlә öz dusti-hәqiqisi olan Mirzә Fәtәli Axundova yazır vә öz vilayәtindәn vә müasirinin әxlaqü әtvarından vә rişti-kirdarından
söz açıb, onları birbәbir zikr elәyir vә deyir:
Xәbәr alsan bu vilanın әhvalın,
Bir
özgәdir
keyfiyyәti-Qarabağ.
Hәqdi, bundan әzәl görübsәn sәn dә,
Hanı o
qaidә, o qanun, sәyaq?
Qüttaüttәriqin vüfuru vardır,
Yaylaqda,
aranda qatar-qatardır,
Yenә tuthatutdur, apar-apardır,
Bizim
başımızda çattadı çanaq.
Hәddәn aşıb büxl, hәsәd, şәrarәt,
Yoldaş
yoldaşına eylәr xәyanәt,
Alimdә әmәl yox, bәydә әdalәt,
İşlәrimiz olub saf gәrdәn-bucaq.
ilaxir.
Tәәccüb budur ki, necә ki, әlli sәnә bundan әqdәm Qasımbәy Qarabağ әhlinin övsaf vә әxlaqını nәzmә çәkibdir, demәk olur ki, haman halda qalıblar, irәliki adәt vә qaydaları üzrә zindәganlıq etmәkdәdirlәr. Zahirdә guya ki, bir azacıq tәrәqqi ediblәr, amma hәqiqi vә mәnәvi tәrәqqidәn çox uzaqdadırlar. Buradan Zakirin
yazdığını qoyub, öz hisslәrimi vә gördüklәrimi söylәmәk istәyirәm. Xeyli vaxtdan bәri Qarabağa ayağım
düşmәmişdi
vә onun
övzayi-әhvalından
xәbәrim yox idi. Gürcüstanın
ortasında zindәganlıq edib vә onun ab-havasına vә gürcülәrin ayin vә
adabına vә tәriqü sülukuna adәtkәrdә olub, vәtәni-mәlufu bir növ xatırımdan kәnar etmişdim. Nә qәdәr ki, Gürcüstan ab-havası
xoşdur, bir o qәdәr dә gürcülәrin özü gözәl tayfadır. Qәribnәvaz, sadәdil, eyş-işrәt sevәn, açıqüzlü, şirin
sözlü, halal, kin vә kәdәrsiz nәcib bir millәtdir. Bu axır vaxtlarda
gürcülәr
tәrәqqi yolunu tapıblar vә aşkara irәli getmәkdәdirlәr. Oktyabrın 17-sindә elan olunan hürriyyәt vә azadәlik Qafqaziyada, demәk olar ki, hamıdan artıq
gürcülәrә tәsir edib, hamıdan ziyadә onları cünbüş vә hәrәkәtә gәtirdi vә hәtta onları cürbәcür iddialara saldı. O
gündәn bәri "Sağ olsun hürriyyәt, sağ olsun ittihad, ittifaq,
qardaşlıq vә azadәlik"
sәdası kәndlәrdә vә şәhәrlәrdә böyükdәn tutmuş xırda
uşaqlara kimi hәr bir sinfi-xәlqin dillәrindә cari olmaqdadır. Azadәlik sevәn, qardaşlıq axtaran, ittihad vә ittifaq arzusunda olan millәti kim istәmәz, kim belә millәtә afәrin oxumaz?
Gürcülәrin bu bәşaşәtini, bu ali hisslәrini vә bu gözәl tәmәnnalarını görüb vә hәr gün kәndlәrdәn dәstә-dәstә gәlәn rәiyyәtlәrin şәhәr meydanında vә Çarsoybazarda
toplaşıb ruznamәyә diqqәtlә qulaq asmaqlarını müayinә edib, qәlbim şad olurdu vә öz-özümә deyirdim: Görәsәn, aya, bizim müsәlmanlar da öz
qonşuları gürcülәr kimi bu fәrәhәfza vә hәyatbәxş azadәlik xәbәrini eşidib şadlıq edirlәrmi vә az-çox tәrәqqi yoluna düşüblәrmi? Onların da milliyyәt hissi vә qeyrәt damarı ayılıbdırmı?
Dövlәti-әliyyәmizə düşmәn şuriş vә inqilabdan, övzai-alәmdәn vә gәrdişi-zәmanәdәn xәbәrlәri varmı? Nә haldadırlar vә necә dolanırlar? Bu fikirdә ikәn iş belә gәtirdi ki, inqilab, iğtişaş mәn olduğum şәhәri dәxi әhatә elәdi vә qulluq etdiyim darülmüәllimin vә onun cünbündә olan müsәlman şöbәsi bağlandı. Şagirdlәr dәrsdәn azad olub buraxıldı. Fürsәti qәnimәt bilib, mәn dәxi Cavanşirә azim oldum, vәtәni-mәlufu ziyarәt edib, qohum-qardaş, dost-aşna ilә görüşüb,
şad vә
xürrәm
oldum. Vә lakin
çox çәkmәdi ki,
biz dә Zakir kimi
arzularımıza nail olmayıb mәyus qaldıq. Fәrәh vә şadlığımız qüssәyә
mübәddәl oldu. Vәtәndaşlarımın dünyadan bixәbәr olmaqlarını, cәhalәt vә zәlalәt dәryasında zar vә zәbun qalmaqlarını müşahidә edib pәrişanhal oldum. Onlarda nә hürriyyәtdәn bir xәbәr, nә ittihad vә ittifaqdan bir әsәr görmәdim. Hal-hazırda vüquә gәlәn iğtişaşdan vә mühüm mәsәlәlәrdәn onların әsla xәbәri yoxdur. Bir sayaq qәflәt yuxusuna qәrq olublar ki, bәlkә suri-İsrafil dәxi onları haman qәflәt yuxusundan bidar etmәkdә aciz qala. Burada mәn bilәks ittihad әvәzindә ixtilaf, ittifaq yerindә nifaq, qardaşlıq yerinә düşmәnçilik, büğz vә әdavәt, hürriyyәt әvәzindә übudiyyәt vә dәnaәt görüb, ürәyim qәm vә qüssә ilә doldu. Vәtәndaşlarımın bu tәrәqqi zamanında, bu telefon vә elektrik әsrindә ki, -- sair milәl vә әqvam
artıq sürәtlә irәli gedib özlәri üçün ixtiyarlar
vә
imtiyazlar axtarmaqdadırlar, --
geridә
qalmaqları vә
bir-birinin malına vә canına düşmәn olmaqları mәni heyrәtә saldı. O Cavanşir ki, keçmişdә onun tәrif vә tövsifi vә әhalisinin qeyrәt vә hünәri dillәrdә söylәnirdi, indi Qarabağın pәrişan mahallarından birisi
hesab olunur. O Cavanşir ki, onun qışı ilә yazında tәfavüt yoxdur, havası
mötәdil,
torpağı ziyadә bәrәkәtli vә hәr qisim mәhsulat yetirәndir, turacın vә qırqovul vәtәnidir, meşәli, bağlı Qarabağın әn dövlәtli vә әn sәfalı bir mәrkәzidir, heyfa ki, o Cavanşir elm vә mәrifәtdәn xali qalıbdır. Onun yetirdiyi mәhsulat tamamәn әcnәbilәrin xeyir vә mәnfәәti üçündür.
Cavanşirin ağazadә vә bәyzadәlәri çox isә dә, aralarında ittifaq, sülh vә mehribanlıq yoxdur. İttifaq
vә
mehribanlıq olmayan yerdә, әlbәttә, sәlah vә tәrәqqi dә olmaz. Vә buna biz özümüz şahid
olduq. Neçә
dәfәlәr bәzi mühüm vә lazımlı mәslәhәtlәr üçün bәyzadә vә xanzadәlәr vә rәiyyәt tayfasının ağsaqqalları
bir yerә cәm olub, müşavirә vә müzakirә etdilәrsә dә, axırda
mәniyyәti-qәrәzi-nәfsi vә mәnfәәti-şәxsi ucundan aralığa ixtilaf
saldılar. Birlәşib, yekdil vә yekcәhәt olub, ümumi mәsәlәlәr irәli yeritmәk әvәzinә neçә-neçә firqәyә bölünüb bir-biri ilә büğz vә әdavәt başladılar. İş
yatdı, mәslәhәt pozuldu, millәt vә islamiyyәt unuduldu. Fitnә vә fәsad qalxdı, oğrular vә yol kәsәnlәr ölkәni çapıb talan elәdilәr. Yenә Zakir әleyhirrәhmәnin әlli sәnә bundan әvvәl yazdıqları yadıma
düşdü. Öz dostu Mirzә Mehdiyә belә yazmışdı:
Canә yetdim dәrdü qәmi möhnәtdәn,
Qurtarmadım
әndişәdәn, xiffәtdәn,
Başımı
götürüb, bu vilayәtdәn
Getmәliyәm bir diyara, әzizim!
Bizlәr kimi bir-birinin bәdxahı
Tapılmaz, gәzәsәn alәmi
dahı,
Onun üçün qәzәb edib
ilahı,
Xayinik aşnaya, yara, әzizim!
Yenә tәzә oğurlanıb bir
yabım,
Dәxi ziyanlığa qalmayıb tabım,
Budur sizә әvvәl-axır cavabım.
Bu işә eylәyin çara, әzizim!
Fәqir-füqәranın qoyunu, malı
Yarım saat deyil xәtadan xalı,
Sakit, etmişdiniz bu qiyl-qalı,
Yenә qarışıbdır ara, әzizim!
Filhәqiqә, Cavanşirdә oğurluq
ziyadә şiddәt edibdir vә bu halda
fәqir-füqәranın malı bir dәqiqә
xәtadan xali deyil. Nә divanda bir hökumәt var ki,
oğrulara tәnbih edә vә nә camaatın
özündә bir tәdbir vә sәlah var ki, öz
içlәrindә olan bәd vә bihesab
işlәrә çarә qıla. Cavanşiri biz bu
pәrişan halda qoyub, yenә gürcülәrin
içinә qayıtdıq. Cavanşir bәlkә keçmişdә
hәqiqәtәn "Cavan şir" imiş, amma indi o
"Cavan şir" "Qoca şir" olubdur....
1906.