QARANLIQDA QALANLARIMIZ
Rusların mәşhur әdibi vә
timsalnәvisi Krılov "Ağacın yarpaqları vә
köklәri" adlanan bir timsalında yazır:
"Baharın gözәl bir günündә
ağacın yarpaqları sәhraya kölgә salıb,
sabah yeli ilә şirin söhbәt edirdilәr vә
özlәrini tәrif edib zәban-hal ilә sәbadan sorurdular:
Mәgәr bu sәhranı ziynәtlәndirәn
vә ağacın özünә hüsn vә
lәtafәt verәn biz yarpaqlar deyilik? Әgәr biz
olmasaq, ağac nәyә bәnzәr vә
özümüzü tәrif etmәkdә mәgәr
bizim haqqımız yoxdur? Biz deyilikmi çobanı
sürüsü ilә günün istisindәn saxlayan
vә onlara rahatlıq bәxş edәn? Biz deyilikmi
qızları vә gәlinlәri öz sayәmizin
altına rәqsә gәtirәn, biz deyilikmi
sübhlәr vә axşamlar bülbülü
şövqә vә hәvәsә gәtirib, ona
gözәl nәğmәlәr oxutduran vә sәn
özün, ey sәba, müttәsil bizimlә olurdun, bir
dәqiqә bizdәn ayrı qala bilәrsәnmi?
Bu sözlәri eşidib, yerin altından
ağacın köklәri hәzin sәslә dedi: Bizi
dә bir yada salıb razılıq etsәniz nә olur?
Yarpaqlar qeyz ilә cavab verdilәr ki, siz kimsiniz, sizin nә
cürәtiniz var ki, bizimlә belә küstaxanә
mükalimә edәsiniz? Ağacın köklәri dedi:
Biz onlarıq ki, burada yerin altında qaranlıqda dolanıb
sizi bәslәyirik vә ağaca qüvvәt vә
dirilik veririk. Biz onun rişәlәriyik. Sizinlә bizim
tәfavütümüz bundadır ki, sizin ömrünüz
bir sәnәlikdir. Hәr yazdan yaza siz
tәzәlәnәrsiniz. Amma biz hәmişә
qaranlıqda işlәyib sizә hәyat veririk!
Әgәr biz olmasaq nә ağac sәlamәt qalar
vә nә dә sizdә bu lәtafәt vә tәravәt
olar".
Bu timsalı burada zikr etmәkdәn
muradımız budur ki, bizim müsәlmanların
nücәba vә әhli-kәmalı öz
köklәri vә rişәlәri
mәnzilәsindә olan rәiyyәt tayfasını,
әkinçi vә cütçü qardaşlarını
unudub, bilmәrrә onların qeydinә qalmazlar. Vә
hәtta biz onlara bir növ nifrәt vә hәqarәt
gözü ilә baxıb, onları xar vә zәlil
tuturuq. Mayeyi-hәyatımız vә
sәbәbi-eyşü zindәganımız olan ziraәt
әhlinә "qara rәiyyәt" adı qoyub,
onlardan özümüzü kәnar tuturuq vә onlar
ilә ülfәt vә mülaqat etmәyi
kәsri-şanü şәrafәt hesab edirik. Ancaq öz
zahiri kamal vә tәrbiyәmizlә,
nәcabәtimizlә, tәzә modada tikilmiş
libasımızla vә müzәyyәn vә
münәqqәş otaqlarımızla iftixar vә
sәrkәşlik edib, qaranlıqda qalan cәhl vә
nadanlıq cәngindә zar vә zәbun olan
qardaşlarımızın dad vә harayına yetişmirik.
Bu sayaq onları özbaşına vә öz halına
qoyduğumuza görә onlar da gün-gündәn
cәhalәt dәryasına qәrq olmaqdadırlar, icz
vә zәlalәtlәri şiddәtlә artıb
çoxalır, dәmbәdәm, saatbasaat
tәnәzzül etmәklәri müşahidә
olunur. Yüz sәnә bundan әqdәm nә halәt
vә nә dәrәcә istitaәtdә
vardısalar, indi dә o halda müstәhkәm durublar.
Müddәti-mütәmadi bir halda qalmaqlıq dәlili-tәnәzzüldür.
Çünki bu müddәtin әrzindә sair әqvam
vә milәl kәmali-sürәtlә irәli gedib,
bizi geridә qoyublar. Bizim müsәlmanlar isә bir
nöqtә üstündә sabitqәdәmdirlәr.
Elm vә maarif kәsb edәnlәrimizin
ümdә arzusu özlәrini şәhәrә
salıb, isticә vә mәnfәәtli qulluq tapmaqdır.
Kәndlәrimizdә әcәlsiz, dәrmansız
vә müalicәsiz ölәnlәrin hәddu
hesabı yoxdur, nә әczaxana, nә mәrizxana vә
nә elmli hәkim vә cәrrah gözә
dәymir.... Әtfali-müslimin tәrbiyәsiz vә
elmsiz qalıb ataları vә babaları kimi dünyadan
bixәbәr, vәhşәt vә zülmәt
içrә zindәganlıq edirlәr.
Ülәmalarımız vә vaizlәrimiz
şәhәr zindәganlığını
kәndlәrdә avam dehqanlarla müaşirәt etmәyә
tәrcih vә tәfәvvüq qılıb, öz
nәf vә xeyirlәrinә vә
әmn-asayişlәrinә xәlәl
yetirmәzlәr... Cavan müәllimlәrin
әksәri ki, darülmüәllimindә kәsbi-maarif
ediblәr, bir sәnәdәn artıq kәnddә
qalıb müәllimlik etmәzlәr vә qaranlıqda
qalan qardaşlarını ziyalandırıb, gözlәrini
açmağı özlәrinә borc bilmәyib, yüz
cürә vasitәlәrlә onların içindәn
çıxıb qaçmağı vә özlәrini
şәhәrә salmağı böyük
hünәr bilirlәr. Ali mәdrәsәlәrdә
ki, ibarәt ola universitetdәn, qisim-qisim institutlarda vә
akademiyalarda ikmali-tәhsil edәnlәrimizin heç birisi
özünә bu әskikliyi vә hәqarәti
qәbul etmәz ki, gedib kәndlәrdә cәhl
vә nadanlıq qaranlığında qalan din
qardaşlarını qәflәt yuxusundan oyatsın vә
öz elm vә mәrifәti ilә onları da
nurlandırsın. Universitetin axırıncı kursunda elm
tәhsil edәn dövlәtmәnd bir ağazadә
ilә millәtimizin geridә qalmağı
barәsindә söhbәt edirdim.
Әsnayi-göftüguda ondan soruşdum ki, universiteti qurtarandan
sonra niyyәtin harada qulluq etmәkdir? Cavab verdi ki, harada pulu
çox versәlәr, orada. Cavani-mәzbur әgәr
ki, ibtidai-kәlamda vәtәnә xidmәt
etmәkdәn vә millәtpәrәstlikdәn
dәm vururdu, amma burada öz ürәyinin әsil
niyyәtini bilaixtiyar izhar elәdi. Vә filhәqiqә
haman cavan әlan Bakı milyonçularının
birisinә xidmәt elәyir. Bәli,
qızıl-gümüşün qüvvәyi-cazibәsi
müqabilindә heç bir әfkari-aliyәmiz tab
gәtirә bilmir. Tәәccüb budur ki, hansı bir
ziyalı vә mәdәniyyәtli müsәlman
qardaşı dindirirsәn ahi-cigәrsuz ilә deyir:
"Millәt әldәn getdi, dinimiz puç oldu, sair
tayfalar bizi qoyub irәlilәdi. Gәrәkdir
çalışaq, gәrәkdir rahatlığı
özümüzә haram edәk, millәti oyadaq, onun
uğrunda can vә maldan keçәk, ona tәrbiyә
verәk, elm nuru ilә onu işıqlandıraq" vә
bu qisim laf-kәzafdan dәm vurub boşboğazlıq
edirlәr.
Amma hәqiqәtdә heç biri öz
şәxsi mәnfәәtlәrini millәt
xeyrinә fәda etmir. Axırda baxırsan ki, yenә
"qara rәiyyәt"i öz fәna vә
pürmәlal halları üzrә buraxıb,
özlәrini şәhәrә salırlar.
Qaranlıqda qalanlarımız dәxi kor-korana bir-birini
tapdalaya-tapdalaya zülmәt içrә heyran vә
sәrgәrdan qalırlar.
Mordәra mordә key konәd bidar?[1]
[1] Tərcüməsi: Ölünü
ölü necə oyadar?
Tiflisdә sülh mәclisinә daxil olan
әrbabi-kәmal vәkillәrimiz bu halı
nәzәr-diqqәtә alıb, ümumi Qafqaz
müsәlmanına mәccanәn tәlim vә
tәrbiyә vermәk mәsәlәsini
meydani-müzakirәyә qoymuşlar vә
әsnayi-müşavirәdә bu mәsәlә
cümlәnin diqqәtini cәlb edib.
Qonşularımız ermәni vәkillәri dәxi bu
barәdә bizim vәkillәr ilә müttәfiq
vә müttәhid olublar.... Ümidvaram ki, bundan sonra
qaranlıqda qalanlarımız üçün dәxi
işıq, nicat vә sәadәt yolu açıla
vә bәlkә bundan sonra ikmali-tәhsil
edәnlәrimizin qәlbinә dәxi bir hәqiqi
mәhәbbәt düşә ki, qaranlıqda
qalanlarımızın nicat vә sәadәti yolunda
can-dildәn sәrfi-hümmәt edәlәr.
1906.