REDAKSİYAYA MӘKTUB
C. Redaktor! Xahiş
edirәm qәzetinizin
yaxın nömrәlәrindәn
birindә mәnim bu mәktubuma yer verәsiniz.
Martın 10-da mәn mәrhum Qabriel Sundukyansdan aşağıdakı mәzmunda
bir mәktub almışam: "Hörmәtli
cәnab Firidunbәy!
İcazә verin sizi bir xahişimlә
narahat edim: Zәhmәt çәkib
mәnә xәbәr
verin görüm, şair Mirzә Şәfi haqqında sizә bir şey mәlumdurmu? Onun poeziyasından
çap olunmuş kitablar varmı? Varsa o kitabları haradan tapmaq olar? Bu mәlumatı Parisdәn
professor Makler tәkidlә istәyir. Ümidvaram ki, mәnim
bu xahişim yerinә yetirilәcәkdir vә mәn
dә
Sizә
dәrindәn
minnәtdar
olacağam. Sizә hәqiqi hörmәt
bәslәyәn
vә
minnәtdar
olan bәndeyi-hәqiriniz
Qabriel Sundukyans".
Mәn ermәni dramaturqunun
istedadının böyük pәrәstişkarı kimi onun
xahişini yerinә yetirmәyi özüm
üçün müqәddәs vәzifә hesab edirәm vә
ona görә dә Şәrq filosofu vә
şair Mirzә Şәfi haqqında onun istәdiyi
mәlumatı dәrhal toplamağa başladım. Mәn bu fikirdә
idim ki, topladığım materialı şәxsәn mәrhum
Sundukyansa tәqdim edim vә bu yol ilә dә onunla
Mәrhum Sundukyans bizim cәmiyyәtin
müxtәlif tәrәflәrini vә hadisәlәrini düzgün vә
bacarıqla müşahidә edәn bir müәllif
kimi bir çox cәhәtdәn müsәlmanlarda dramaturgiya sәnәtinin
banisi Mirzә Fәtәli Axundovu xatırladır. Onların
istedadları arasında ümumi cәhәtlәr çoxdur.
Bu da bizi bir-birimizә
yaxınlaşdırır vә bir-birimizi ümumi mәhәbbәtlә
isindirir. Onun "Axşam sәbri xeyir olar" әsәri
müsәlman
hәyatından
düzgün seçilmiş bir әhvalatdır vә
S.M.Qәniyev
onu Azәrbaycan
dilinә
bacarıqla tәrcümә
etmişdir. Bu böyük dramaturqun vә
humanist vәtәndaşın
ölümü yalnız ermәnilәr
üçün deyil, habelә Qafqazda yaşayan digәr
millәtlәr
üçün dә әvәzolunmaz bir itkidir.
Allah ona rәhmәt elәsin. Bu böyük dәrddә
onun ailәsinә, dostlarına vә
xalqına sәbr versin.
1912.