SOLTAN MӘCİD QӘNİZADӘ
İyirmi beş il maarifi nәşr stmәk
kimi çәtin bir әmri yerinә yetirmәkdә
sabitqәdәm durmaq böyük hünәrdir. Bizim maarif
qәdri bilmәyәn avam camaat arasında bu әmri
әmәlә gәtirmәk daha böyük
hünәrdir.
Çox müәllimlәrimizin
müәllimlik sәnәtindәn qaçmasına, bir
tәrәfdәn, bu sәnәtin
ağırlığı vә qiymәtsizliyi, o biri
tәrәfdәn dә camaatımızın bu
müqәddәs sәnәtә alçaq bir
nәzәrlә baxması sәbәb olur.
Çox qabil vә müәllimlik
işlәrindә mahir vücudlar bu sәnәtin ağırlığına
tab gәtirmәyib, öz şәxsi
mәnfәәtlәrini nәzәrә
almışlar, bunlar mәktәbin qapısını
bağlı vә mәsum balaları gözü
yaşlı vә ürәyi dağlı qoyub, başqa
xeyirli, yüngül vә avam nәzәrindә
hörmәtli sayılan qulluqlar dalınca getmişlәr.
Polis dәftәrxanasını mәktәb kimi pakizә
mәkana, vali qamçılı, beli şaşqalı
qaradovoyları vә qazaqları şirin dilli, xoş
әda, sadә dil, sevimli mәktәb şagirdlәrinә
tәrcih vermişlәr.
Müәllimliyin ağır işlәrini,
müqәddәs vәzifә vә tәkliflәrini
әmәlә gәtirmәkdә sabitqәdәm
durub, hünәr göstәrәn
müәllimlәrimizdәn biri dә
möhtәrәm bәradәrimiz Soltan Mәcid
Qәnizadә cәnablarıdır ki, iyirmi beş il
sәrasәr maarif yolunda dili, fikri vә qәlәmi
ilә sәy etmәkdәdir. Gәlәcәkdә
dәxi belә sәdaqәtlә millәtimizin
tәrәqqi vә tәalasına xidmәtlәr
göstәrmәsinә ümidvarıq.
Soltan Mәcid Şamaxı
şәhәrindә 1866-cı ilin aprel ayında anadan
olmuşdur ki, hicrәtin 1283-cü ilinә vә
zilhiccәnin ibtidasına mütabiqdir. Atası Şamaxının
möhtәrәm tacirlәrindәn Hacı Molla
Mürtuza Әlidir vә anası Fatma Hacı
Mәhәmmәd qızıdır; babaları
Dәdә günәş[1] silsilәsindәndir.
[1] Soltan Dәdә günәş
Şamaxı mahalında olan Dәdә günәş
kәndindә dәfn olunmuş. Bir rәvayәtә
görә, hәzrәt Әli әlәmdarlarından
bir zat imiş, bu halda qәbri müsәlman vә
ermәni arasında ziyarәtgahdır.
Soltan Mәcid Qәnizadәnin
üçüncü vә ya dördüncü babası
mәşhur Azәrbaycan şairlәrindәn Ağa
Mәsih Şirvanidir. Çox gözәl tәbi varmış
vә әsәrlәrindәn bizdә bir neçә
şerlәri vardır. Bizә göndәrdiyi bir
mәktubunda Soltan Mәcidbәy yazır ki, öz
atasından oxuyub-yazmaq öyrәndiyi vaxt
aşağıdakı şerin әzbәr bilinmәsi
tövsiyә olunmuşdur:
Ey oğul, ittihadi-millәt elә!
Sәy elә, qeyrәt elә, hümmәt elә!
Pәdәrin ismi Mürtuza Әlidir,
Fatimә madәrindir, ismәt elә!
Çün
Hüseyn hәq
yolunda qurbandır,
Sәn dә tut hәq yolun, mürüvvәt elә!
Bu
şerlәrdәn mәrhum Hacı Molla Mürtuza Әlinin dә әksәr әhli-Şamaxı kimi tәbiәti-şeriyyәsi olduğu anlaşılır.
Uşaqlıqda
Soltan Mәcid Qәnizadә quran, qiraәt vә yazı dәrslәrini mәhәllә mәktәbindә oxumuşdur; sonra mәrhum Hacı Seyid Әzim Şirvaninin öz әsrinә görә müntәzәm olan mәktәbindә üç ilә qәdәr türk, fars vә bir qәdәr rus dillәrini öyrәnmişdir, bundan sonra şәhәr mәktәbinә daxil olub, burada rus dili ilә bәrabәr Seyid Әzim Şirvaninin abdar şerlәrini öyrәnmәyә artıq meyl vә hәvәs
göstәrәrmiş. 1883-cü ildә Tiflisdәki Aleksandrovski institutuna
imtahan ilә
girib, dörd il tәhsildәn
sonra 1887-ci sәnәdә buranın da kursunu
qurtarmışdır. Haman sәnәdә öz hәmşәhәrlisi möhtәrәm Hәbibbәy Mahmudbәyov ilә bir yerdә Bakıda әvvәl dәfә olaraq "russko-tatarski" adlı xüsusi
bir mәktәb bina etmişlәr.
Tәlim işlәrinә mәşğul olmaqla bәrabәr Qәnizadә cәnabları bir tәrәfdәn dә tәzә qayda ilә dәrs vermәk üçün türk vә fars dillәrindә әlyazıları hazırlamağa
çalışmışdır. Tәzә mәktәb Bakı camaatının xoşuna gәlib, ona meyl vә hәvәs etmәyә başlayırlar.
Camaat rәislәri bu qisim mәktәbin qaydasınca başqa mәktәblәr dә açmağa hәvәs edirlәr vә bunlar üçün şәhәr xәzinәsindәn hәmişәlik para xәrc etmәyә qәrar qoyurlar.
Bu
vaxtlarda Qafqazda maarif müdiri olan Yanovski Qәnizadә ilә Mahmudbәyovun tәzә qayda ilә açılmış mәktәblәrini ziyarәt edib, hәm şagirdlәrin oxumasından vә hәm dә cavan müәllimlәrin sәy vә hümmәtindәn artıq dәrәcәdә razı qalmışdır vә bu mәktәbi hәr yerdә vәsf etmişdir.
1891-ci sәnәdә Soltan Mәcid Qәnizadә ilә Mahmudbәyovun açdığı xüsusi
mәktәb qapanıb, şәhәr xәrci ilә iki "russko-tatarski" mәktәb açılmışdır ki,
bunların birindә Soltan Mәcid
Qәnizadә cәnabları müdir tәyin edilmişdir. Yeddi-sәkkiz il burada tәlim vә tәdrislә mәşğul olub, öz mәktәbini böyük dәrәcәyә, yәni altı klaslı şәhәr mәktәbi dәrәcәsinә yetirmişdir vә burada 1905-ci ilә qәdәr nazirlik (inspektorluq) etmişdir.
Bu il
namestnik (canişini-Qafqaz) fәrmanı ilә Qoridә Zaqafqaz darülmüәlliminin müsәlman şöbәsinә inspektor tәyin olunmuşdur. Öhdәsinә götürdüyü vәzifәlәri öz layiqi ilә әmәlә gәtirib, şöbәnin vә müsәlman şagirdlәrinin haqlarını vә ixtiyarlarını
mühafizә etmәyә qeyrәt göstәrmişdir.
1908-ci ildә Bakı quberniyası vә Dağıstan oblastına
inspektor tәyin
olunmuşdur ki, bu halda haman qulluqda davam etmәkdәdir. İndi isә iyirmi beş il bundan irәli binasını qoyduğu
"russko-tatarski" mәktәblәrin daha da artıq tәrәqqi etmәsinә sәy vә qeyrәt göstәrmәkdәdir.
Maarif
işlәrinә xidmәt etdiyi vaxtlarda qәlәmә aldığı dәrslәri mәcmuә surәtindә toplayıb, bu dәrslәrә dair bәzi yazılar, lüğәt, xәritә vә başqa dәrs alatının vücuda gәlmәsinә sәy etmişdir. Qulluğunun ikinci ili
"İstilahi-Azәrbaycan" vә üçüncü ili "Lüğәti-rus vә türki", sonra "Rus
dilinin dilmancı", beşinci ili "Lüğәti-türk vә rusi" adlı
kitablarını tәb etdirmişdir. Üsuli-sövti ilә dәrs vermәyi asanlaşdırmaq
üçün "Әlifbayi-mütәhәrrikә" icad etmişdir.
Müsәlmanların rus dilini öyrәnmәyә meyl vә rәğbәtini görüb, 1893-cü ildә müxtәsәr rus әlifbası tәrtib edib, çapa vermişdir. Fars
dilinin tәlimi
üçün möhtәrәm Әliskәndәr Cәfәrzadә cәnabları ilә bәrabәr "Kilidi-әdәbiyyat" adlı kitabça
yazmışdır. Tәlim vә tәdrisә lazım olan kitablarla bәrabәr türk dilindә bir çox hekayә vә romanlar yazmışdır ki, bunların
hәr birinin
başqa vәsf vә tәrifә ehtiyacı vardır. Uşaqlar
üçün nәzm ilә
yazdığı "Tülkü vә çaq-çaq bәy" nağılı Qәnizadәnin tәbi-sәlim sahibi olduğuna şәhadәt verir. "Mәktubati-Şeydabәy" sәrlövhәsi ilә yazdığı "Müәllimlәr iftixarı" vә "Gәlinlәr hәmayili" adlı kitabçalar Qәnizadәnin iqtidarlı bir әdib olduğunu bildirir. Bu әsәrlәrin hәr birisindә tәzә fikirlәr, vüsәtli xәyallar, dәrin mәnalar, nazik işarәlәr, gözәl әqidәlәr var ki, hәr kәsә onları oxumağı tövsiyә edirik. İnşaallah, Qәnizadәnin bu әsәrlәri barәsindә "Azәrbaycan şüәra vә üdәbası" adlı mәcmuәmizdә әtraflı
mәlumat verәrik.
Bu әsәrlәrdәn başqa,
Qәnizadә cәnabları bir neçә hekayә
vә komediyalar rus vә ermәni dillәrindәn
tәrcümә vә tәbdil edib, tәb etdirmişdir
ki, bunlar dәfәlәrlә teatrolarda oynanmışdır.
Qәnizadәnin "Axşam sәbri xeyir olar",
"Xor-xor", "Dursunәli, ballı-badı",
"Yadımdadır", "Allah divanı" vә "Әvvәlinci
şәrabçı" kitabçaları
mәşhurdur ki, bunlardan bәzilәri beş-altı
dәfә çapdan çıxmışdır.
Hal-hazırda Orucovların mәtbәәsindә
tәzә üç hekayә: "Yaman qonşu",
"Allah xofu" vә "Qurban bayramı" adlı
kitabları tәb olunmaqdadır. Soltan Mәcid
Qәnizadәnin әsәrlәrinin cümlәsi
әdәbi dil ilә yazılmışdır, dili
pür-ibarә isә dә, ibarәlәri qәliz
vә dolaşıq deyildir. Bunları hәr kәs oxursa
asan olaraq anlar. Tәzә yazıçılarımız
kimi osmanlı әdiblәrinә tәqlid etmәyib.
Azәrbaycan türklәrinin dilinә mәxsus olan
şivәdә yazmaqdadır.
Möhtәrәm bәradәrimiz
Qәnizadәnin iyirmi beş illik xidmәtlәrini
nәzәrә alıb, sәmimi-qәlb ilә onu
tәbrik edirik. Cәnab haqdan onun xoşbәxt vә
sәlamәt olmaqlarını arzu edirik ki, maarif
işlәrimizi islah edib, әdәbiyyat xәzinәmizi
daha da gözәl әsәrlәri ilә dövlәtlәndirsin.
1912.