VӘFATİ-ŞAİR
Bu günlәrdә "Mәlumat"
ruznamәsinin axırıncı nömrәlәri
yetişdi. Bәradәrim Sәhhәtin verdiyi "Qara
xәbәri" oxudum. Bir neçә dәqiqә
gözlәrimә qaranlıq çökdü, bilaixtiyar
qәzetә әlimdәn yerә düşdü. Bu
xәbәr milli şairimiz Mirzә Әlәkbәr
Tahirzadә Sabirin vәfatı xәbәri idi.
"İnnalillahi vә innaileyhi raciun". Bәli,
ölüm allah әmridir. Hәr yaranan
ölәcәkdir. Hәr kәs ki, bu dünyaya qәdәm
qoyubdur, gәrәkdir getsin! Bizim әziz vә istәkli
şairimiz Sabir dәxi çox zәhmәtdәn, cismani
vә ruhani әziyyәtlәrdәn vә
küdurәtlәrdәn sonra gözәl canını
can yaradana tәslim elәdi. Mәrhum ölüb getdi. Amma
çox hәsrәt ilә getdi vә özü ilә
bahәm axirәt evinә böyük arzularını
vә gözәl fikirlәrini apardı.
Sabir getdi, -- bizi dәxi sinәsi dağlı
vә ürәyi qәmli, hәsrәtdә qoydu.
Mәrhumdan bizim böyük tәmәnnalarımız var
idi. Onun lisanından tәzә sözlәr, tәzә
fikirlәr eşitmәk istәyirdik. Vәli, çox
әfsus ki, әcәldәn macal olmadı vә Sabir
hәsrәt ilә gedib, bizi dә hәsrәtdә
qoydu.
Mәrhumun tәrcümeyi-halı vә
asarı haqqında gәlәcәkdә әhәmiyyәtli
mәlumat yazmağı möhtәrәm
oxucularımıza vәdә veririk. Onun mәndә bir
çox nәzmәn vә nәsrәn
yazılmış mәktubatı var ki, cümlәsi
mәnim mәhәlli-iqamәtim olan Qori
şәhәrindә qalıbdır. Allahdan Borjom
seyfiyyәsinin basәfa bir küncündәn Sabirin ruhi-pakinә
salamımı yetirib, әhl-әyalına vә
xiş-әqrәbasına sәrsәlamәti
verirәm.
1911.