VAQİF VӘ VİDADİ VӘ BUNLARIN
DOSTLUĞU
Milli şüarımızdan mәşhur
Molla Vәli Vidadi tәxәllüsün vәfatından
bu il tamam yüz il, yәni bir әsr gәlib keçir. O
cәhәtә onun adını hörmәtli
jurnallarımızda -- "Dәbistan" vә
"Rәhbәr"dә zikr edib, oxuculara Vidadinin barәsindә
bir para mәlumat vermәyi lazım gördük.
Molla Vәli Vidadi vә Molla Pәnah Vaqif
hәr ikisi bir әsrin vә bir elin adamlarıdır. Qazax
mahalında bunlar öz әsrlәrinin
әhli-kәmalı vә sahibi-elm vә mәrifәti
olub, müasirlәri arasında özlәrinә şan
vә hörmәt qazanmışdılar vә hәr
ikisinin gözәl, rәvan vә sәlim tәblәri
var idi. Belә ki, Qazax şairlәrindәn mәşhur
Kazımağa Salik tәxәllüs bunların haqqında
deyibdir:
Qazax
içrә olub şairlәr, amma
Әsamı onların biintihadır.
Biri Vaqif
ki, mәşhuri-xәlayiq,
Gözәl mәdhindә
mәlumi-şumadır.
Biri
Xәstә Vidadi tәbi mövzun
Ki, bәhri-nәzmi-şeri cabәcadır.
İlahi,
ol iki mәğmum pirin
Günahı dәrdinә sәndәn
dәvadır.
Vaqif ilә Vidadinin arasında artıq dostluq
vә mәhәbbәt vә bәzi
rәvayәtә görә bir növ rәqabәt
dәxi varmış. Cavanlıq әyyamını bunlar bir
yerdә keçirib eyş vә sәfa
sürәrlәrmiş. Amma sonralardan tarixi-hicriyyәnin
1172 sәnәsindә ki, tarixi-mәsihiyyәnin
1766-cı ilinә mütabiqdir, Gürcüstan padşahı
İrakli şahın vaxtında ki, o vaxt Qazax vә
Şәmsәddinli dәxi Gürcüstana tabe imiş,
Qazax mahalının vәkili Pәnah Ağanın
zamanında bir para şuriş vә inqilabın
vüquinә görә Qazax mahalından bir neçә
elat keçib Qarabağ vilayәtinә, İbrahim xanın
tәhti-himayәtinә gediblәr. Belә ki, Molla
Pәnah dәxi öz elindәn hicrәt eylәyәn
firqә ilә ki, ibarәt ola Salahlıdan vә özgә
bir qövlә görә Ağstafanın
yaxınlığında olan Hәsәnsudan Qarabağa
sәfәr edib vә Cavanşir mahalında
Tәrtәrbasarda bir müddәt sakin olub. Orada
mәaşi tәng keçdiyinә görә
köçüb İbrahim xanın paytaxtı olan
Şuşa qalasına vә miruri-әyyam ilә
xani-mәrhumun әn müqәrriblәrindәn birisi
olubdur. Amma Molla Vәli öz vәtәnindә qalıb,
dusti-hәqiqisinin müfariqәtindә qәm vә
qüssә edәrmiş. Bәzi rәvayәtә
görә, Molla Vәli dәxi öz әql vә
kamalı sayәsindә nam vә şöhrәt
qazanıb, o da İrakli xana Qazax mahalına dair ümuratın
sәlahını göstәrmәk üçün
müdәbbir vә mәslәhәtçi olubdur. Amma
bu әhvalat tәvarixdә nәzәrimizә
çatmadı vә Gürcüstan tәvarixinә
bәlәd olan әhli-xibrәdәn bu barәdә
mәlumat istәyib Molla Vәli Vidadidәn bir
söz-sәda eşitmәdik.
Molla Vәli vaxtbavaxt dostu Vaqifә
gözәl mәktublar yazıb ondan әhval-pürsan
olarmış vә öz vilayәtlәrindә
vüquә gәlәn qәribә vә şayani-diqqәt
әhvalatı riştәyi-nәzmә çәkib ona
göndәrәrmiş. Vaqif dәxi Qarabağın
әhval vә övzaindәn vә başına
gәlәn qәzavü qәdәrdәn nәzm
qılıb ona yollayırmış. Mәsәlәn,
Ağa Mәhәmmәd şahın Şuşa
qәlәsindә qәtlә yetişmәyi
barәsindә bu şerlәri inşa edib, Molla
Vәliyә göndәrmişdi:
Ey Vidadi, gәrdişi-dövrani-kәc
rәftarә bax!
Ruzgarә qıl tamaşa, karә bax,
kirdarә bax!
Әhli-zülmü necә bәrbad
eylәdi bir lәhzәdә,
Hökmi-adil padşahi-qadirü qәhharә
bax!
Sübh söndü şәb ki,
xәlqә qiblә idi bir çirağ,
Gecәki iqbalı gör,
gündüzdәki idbarә bax!
Taci-zәrdәn ta ki, ayrıldı
dimaği-pürqürur,
Paymal oldu tәpiklәrdә
sәri-sәrdarә bax!
Qeyrәt et Ağa Mәhәmmәd xandan,
ey kәmtәr gәda,
Ta hәyatın var ikәn nә
şahә, nә xunxarә bax!
Baş götür bu әhli-dünyadan ayaq
tutduqca qaç,
Nә qıza, nә oğula, nә aşina,
nә yarә bax!
Bir çirağ ki, tamam İrana qiblә idi
vә cümlә xәlayiq onun itaәtindә
böyük xof ilә kәmәrbәstә
durmuşdular hәnuz sübh olmamış qәflәtәn
söndü. Hamının qәlbindәn xof-xәtәr
getdi vә hamı onun qәtlindәn sonra asudә vә
arxayın nәfәs aldılar. Mәlum ola ki, haman
gecә bu kәlamın sahibi dәxi Şuşa
qәlәsindә zindanda mәhbus vә hәlakına
müntәzir durmuşdu.
Sübh açılanda şahi-zalim vә
birәhmin hökmünә görә gәrәk
adamlar kәllәsindәn minarә qurulaydı. Vaqifin
başı haman dәhşәtәngiz minarәnin
qüllәsini müzәyyәn edә idi. Çünki
şair ilә sәffak şahın qәdimi kin vә
әdavәti var idi. Ağa Mәhәmmәd
şahın bu niyyәtinә şair özü kәlamında
işarә elәyib deyir:
Mәn fәqirә әmr
qılmışdı siyasәt etmәyә,
Qurtaran mәzlumu zalımdan o dәm
qәffarә bax!
Vә lakin adilü qadirü qәhhar
hәqq-taala әhli-zülmü bir lәhzәdә
bәrbad elәdi vә taci-zәrdәn
dimaği-pür-qüruru ayırıb tәpiklәr altına
saldı.
Heyfa ki, Vidadi әleyhürrәhmәnin
Vaqifә göndәrdiyi mәktublarının
әksәri itib gedibdir vә nә qәdәr biz
sәy vә cüstcu etdiksә ki, onlardan bir
parasını әlә gәtirәk,
müyәssәr olmadı. Tәәccüb budur ki,
mәrhum Molla Vәli Vidadinin övladı ki, әlan hal
hәyatdadırlar vә onlardan bәzisi elm vә kamal
sahibi hesab olunurlar, öz babalarının asar vә
әşarından vә tәrcümeyi-halından bixәbәrdirlәr
vә onun adını diri etmәyә әsla
hümmәt vә qeyrәt göstәrmәyirlәr.
Vidadinin kağızları ziyadә әhәmiyyәtli vә
xoş mәzmun olmağına Vaqifin qәzәllәri
şәhadәt verir. Mәsәlәn, bir
qәzәlindә Molla Vәlidәn ona vüsul olan
kağızın barәsindә belә yazır:
QӘZӘL
Vidadidәn gәlәn kağız mәni
fәrxәndәhal etdi.
Bu halı gördü qәm, filhal
mәndәn intiqal etdi.
Uçub könlüm quşu pәrvaz
qılsa övci-әlayә,
Әcәb yox kim, bu mәktubu
özünә pәrü bal etdi.
Ziyayi-şәms tәk etdi, mәni bәdr
eylәdi, hala
Әgәrçi qәddimi dövrani-filmazi hilal
etdi.
Sәvadi-namәnin, ey dil, mәgәr zülmati-heyvandır
Ki, ruhum
Xızr tәk
ondan bәsa kәsbi-kamal etdi.
Xәyal etmişdi Vaqif kim, rәvan bir xoş qәzәl yazsın,
Rәvan olmuşdu qasid kim, bunu
ancaq xәyal etdi.
Bu qәzәldәn mәlum olur ki, Vaqif onu ömrünün
musinn çağında yazıbdır ki, o candan әziz olan dostunun fәrağında xeyli cәfalar çәkib vә dövrani-filmazi onun qәddini hilal edibdir. Vidadidәn gәlәn kağız şairin könül
quşuna pәr vә bal olub, onu uca mәqamlarda seyr vә gәrdiş etmәyә qalxızır. Vә әgәrçi zәmanәnin şuriş, iğtişaş vә inqilabı şairin qәddini әyib iki qat edib, hilalә döndәribdir vә lakin dusti-әzizin mәktubu ziyayi-şәms tәk onu misali-bәdri-münәvvәr qılır vә sәvadi-namә zülmati-heyvan kimi onun ruhuna sәfa vә әbәdi hәyat vә kamal bәxş elәyir.... Afәrin bu dostluğa vә mәrhәba belә sәdaqәtә! Bu qәzәl Şeyx Sәdinin dostluq barәsindә yazdığı kәlama bәrabәrdir. Tәfavüt ancaq burasındadır ki,
Şeyx Sәdi hәqiqi dostluq nәdәn ibarәt olmasını vә onun vәzifә vә tәkliflәrini bәyan edib, ümum nasә xitabәn öz kәlamını inşa
qılıbdır. Amma Vaqif ancaq öz dostundan yetişәn kağızdan xoşhal vә dilşad olub, qәdr vә mәnzәlәtini göstәribdir. Sәdi әleyhürrәhmә dostluq barәsindә buyurubdur vә hәqiqәtdә çәmәni-mәnayә dürr vә cavahirat sәpibdir.
Yaran
bövәd ke, sәbr konәd bәr cәfayi-yar,
Tәrki-rizayi-xiş konәd bәr rizayi-yar.
Gәr bәr vücudi-aşiqi-sadeq nәhәnd tiğ
Binәd xәtaye-xiş, nә binәd cәfayi-yar.
Yar әr bәrayi-nәfs giriftәn tәriq nist,
Ma nәfse-xiştәn bekoşim әz bәrayi-yar.
Mәn rәh nәmibәrәm mәgәr onca ke kuyi-dust,
Mәn sәr nәminәhәm mәgәr onca ke payi-yar[1].
[1]
Tərcüməsi:
Yar odur
ki, yarın cəfasına dözsün;
Yarın
məmnuniyyəti xatirinə öz məmnunluğundan əl
çəksin.
Əgər
həqiqi aşiqin vücuduna qılınc çalsalar
O öz
xətasını görüb, yara cəfanı xəta
görməz.
Yar ancaq
zövq almaq üçün deyil.
Biz öz
nəfsimizi yardan ötrü öldürdük.
Mən
dostun astanasından başqa bir yol tanımıram,
Mən
yarın ayağının qoyduğu yerdən başqa
yerə başımı qoya bilmərəm.
Dusti-hәqiqi vә yari-cani hәqiqәtdә o dostdur ki, öz xeyir vә rizasını vә sәlahi-ümurunu dostun yolunda onun xatirәsi vә rizası üçün tәrk edib ondan canını vә malını әsirgәmәyә vә dostun adı çәkilәn yerdә maldan vә candan keçә. Heyfa ki, bizim bu vәsvәsәyi-şeytan vә dәğdәğәyi insan ilә malamal olan zamanımızda belә dostların vücudu kimyaya
dönübdür. Zәnnimcә, hәqiqi dost çox az tapılar
ki, onun sәdaqәt vә dәyanәtinә etibar edib, dar günündә ona ümid bağlayasan vә şikәstә xatirini onun yadilә şad vә xürrәm edәsәn. Nakәslәr vә naәhllәr ilә dәxi dostluq etmәk rәva deyil. Belә dostluq hәqiqi olmayıb, riyayi vә saxta olmasına şübhә yoxdur vә belә saxta vә yalançı dostluqdan uzaq olmaq
eyni-sәlahdır.
Çünki onun axırı yoxdur, onda mәhәbbәt paydar olmaz, necә ki, Vidadi deyibdir:
Könül
sәbrü qәrar etmәz,
Gedәr yar olmayan yerdә.
Mәhәbbәt paydar olmaz,
Vәfadar olmayan yerdә.
Vәfa qıl bir vәfadarә,
Ulaşma hәr biiqrarә,
Mәtain atma bazarә,
Xridar olmayan yerdә.
Yәni hәr naәhl vә nakәsә bel bağlama, sözünә bavәr vә әhdinә etibar etmә, dar gündә, zәrurәt mәqamında baxırsan ki, sәndәn üz çevirir vә ehtiyacı olmadıqda sәni tanımaz. Ona görә mәrd әtәyindәn yapış, necә ki, Vidadi vәsiyyәt edir:
Söhbәti-nakәsü namәrd hәmin söhbәt imiş,
Tut ki, bir
mәrd әtәyin dövlәti-xaqanә dәyәr.
Yәni nakәs vә namәrdlәrin söhbәti laf-kәzafdır vә mәhәbbәtdәn, sәdaqәtdәn danışdıqları kәlam -- boş vә quru sözlәrdir. Hәrgiz onlara
inanma.
1907.