ABDULLA
BӘY "ASİ"
Abdulla
bәy Qarabağın nücәbalarından әn
zәrif, xoşxülqü xoşsima vә nazәnin bir
cavan idi ki, bütün Qarabağ ürәfavü
üdәbası onun vücudu ilә iftixar edәrdi.
Abdulla bәy mәrhum Qasım bәy Zakirin
nәvәsidir. Atasının adı Әli bәydir.
Әsli Qarabağ mahalından isә dә, Şuşa
qalasında tәvәllüd tapıbdır 1256-cı[1]
tarixdә. Tәlimü tәrbiyәsi dәxi haman
mәkanda olubdur. Filhәqiqә keçmişdәki
şüәra, zürәfa vә ürәfa beşiyi
mәnzәlәsindә olubdur.
[1]-1840.
Abdulla
bәyin yaxşı savadı olub, fars vә әrәb
lisanlarını kamil bilirdi vә cığatayi
türklәrinin müәzzәm şairi Әlişir
Nәvainin әşarü kәlamına o qәdәr
şövqü hәvәsi vardı ki, onlardan çoxunu
әzbәr bilirdi vә cığatay lisanını bir
dәrәcәdә öyrәnmişdi ki, o dildә
gözәl qәzәllәr yazıbdır ki, onlardan
bәzi Nәvainin kәlamına bәrabәr ola bilir.
Tәbi-şeriyyәsinә
gәldikdә, demәk olur ki,
cәddi-büzürgvarı Qasım bәy Zakirin
tәbinә bәrabәr onun tәbi vardı vә
lakin Asinin tәbi Zakirinkindәn xeyli sәri vә yeyin
idi. Qәlәmi әlinә aldıqda
bilatәәmmül vә tәfәkkür yazardı
vә yazdığı kәlamın vәznü
qafiyәsindә bir qüsur nәzәrә
gәlmәzdi, bәşәrti ki, şer yazdıqda
şәrabi-nabdan bir az dadıb, onun tәsirindәn
ayinәsi açıq vә zehni güşadә olmuş
olaydı.
Әksәri-şüәra
meyi-gülfamı naçәşidә öz asarü
әşarında tәrifü tәhsin ediblәrsә
dә vә saqiyi-sadәrudan nadidә imdadü himmәt
istәyiblәrsә dә vә rindi-xәrabatini
әsla ondan xәbәri olmayaraq yad edib onun ruhuna salam
göndәriblәrsә dә, bunu ümumi bir üslub
vә qayda üzәrindәn öz tәblәrinin
cuşü hәrәkәtә gәlib
güşadә vә rәvan olmaq arzu vә
tәmәnnasilә ediblәr.
Amma
Azәrbaycan şüәralarından Asi, mәrhum Hacı
Seyid Әzim Şirvani vә bir para qeyrilәri Xacә
Hafiz vә Şeyx Xәyyam kimi ustadi-kәlama peyrәvilik
edib vә dünya qeydindәn bilmәrrә xilas olmaq
üçün şәrabi-lәli-naba felәn meylü
rәğbәt göstәriblәr.
Asinin
tәbi-şeriyyәsinin sәdası hәr yerә
yayılıb, öz әsrindә kәlam әhlinin
sәrәfrazı, şerü qәzәl
demәkdә udәbalar mümtazı olub, onun namü
şöhrәti Şәki, Şirvan, Gәncә
vә Qazax mahalına yayılmışdı. Hәr
tәrәfdәn ona namәlәr yazılıb,
şerü mәnzumә göndәrib, rәyini
arardılar vә tәşviqatı ilә iftixar
edәrdilәr vә tәnqidati-fazilanәlәri
sayәsindә öz әşarü kәlamlarına
tәbdil verib hәkkü islah edәrdilәr.
Mәrhum
Asinin şöhrәti vә hörmәti xüsusәn
Şirvan şüәravü ürәfası
mabeynindә intişar bulmuşdu. Belә ki, Hacı Seyid
Әzim kimi müqtәdir bir şairi-dövran vә
әdibi-süxәndan Asini mәliki-şüәra
mәqamına tutub özünü ona nisbәt bir
kәmtәrin qulam hesab edir. Necә ki, deyibdir:
Nә
Asi, ol ki, dәri-izzәtindә Seyyidi-zar
Qulamı
olmaq ilә sahibixtiyar olacaq....
Asinin
vaxtında Qarabağ şüәravü
ürәfaları "Beyti-xamuşan"[2] ismindә bir
mәclis tәrtib edib, orada şerü qәzәl
inşad qılardılar vә üdәbayi-salifәnin
asari-cәlilәlәrini mütaliә etmәklә
vә hәkimanә söhbәtlәr ilә
övqatlarını keçirәrdilәr.
[2]-"Beyti-xamuşan"--tәxminәn
1872-ci ildә Mirmöhsün Nәvvab
tәrәfindәn yaradılmış әdәbi
mәclis. Fәal iştirakçıları Abdulla bәy
Asi, Hәsәnәli Xan Qaradaği, Mәşәdi Әyyub
Baki, Fatma xanım Kәminә vә başqaları
olmuşlar.
"Beyti-xamuşan"
mәclisinin ruhu, әlbәttә, Abdulla hesab olunurdu
vә mәclisә ziynәt vә rövnәq
verәn onun özü idi. Bir belә ürәfa
mәclisi dә Şamaxıda bina
"Beytüs-Sәfa" adı ilә mәşhur idi. Bu
iki mәclisin arasında hәr vaxt irsal-mәrsul var idi. O
namәlәrdәn birisini ki, "Beytüs-Sәfa"
"Beyti-xamuşan"a göndәrmişdir, burada
tәbәrrükәn zikr edirik:
"ŞAMAXI
ŞÜӘRALARINDAN ӘRİZEYİ-ӘCZÜ
İNKİSAR
Calisani-"Beyti-xamuşani"i-mәsәrrәtbünyan
hüzurlarına әshabi-"Beytüs-Sәfa"dan ol
xüsusda ki, bu günlәrdә biz
şüәrayi-Şirvan mabeynindә
qüvveyi-şerә mәtanәti-nәzm
barәsindә müşairә vaqe olmuşdu. Mövlana
Füzulidәn bir
qәzәli-fәsahәtmәşhun vә
bәlağәtmәzmunu intixab etdik ki,
mütabiqi-qafiyә onun müqabilin demәyә iqdam
edәk vә ol qәzәllәr bir-birindәn
mafövq olmağın imtiyaz etmәkdә biz
şüәrayi-Şirvan arasında mübahiseyi-külli
vә mücadileyi-әzim vaqe olmuşdur. Ona binaәn haman
qәzәllәri tamamәn yazıb, hüzuri-bahirün-nurlәrinizә
pişnәhad etdik. Ümid ki, әshabi-firdovsnişan,
xüsusәn ol sәramәdi-dövran vә
qibleyi-ürfan Mövlana Abdulla bәy Asi vә Novrәsi-әvvәl
vә tamami әhli-mәclis ol qәzәllәrin
biri-birindәn әla vә pabәst olmağın
tәrtibәn imtiyaz edib, elam buyuralar ki, ta bu
qәzәllәrin hansı hansından әla olduğu
mәlum vә müşәxxәs ola.
Mәsәlәn, bu qәzәl әvvәlincidir, bu,
ikincidir, bu, üçüncüdür ilaxır.
Müxlisi-şüma:
Hacı Seyid Әzim, Qafil, Rağib, Bixud, Salik, Sәfa,
Zövi vә Zühuri.
Füzulinin
divanından nәzirә üçün intixab olunan bu
qәzәldir:
Tәriqi-fәqr
tutsam, tәb tabe, nәfs ram olmaz,
Qina
qılsam tәlәb, әsbabi-cәmiyyәt tәmam
olmaz.
Dәhanından
әsәr görmәm, miyanından nişan, vәh kim,
Mәni-nakamә
ömrümdәn müyәssәr hiç kam olmaz.
Müqimi-kuyi-dәrd
eylәr mәni ahi-cigәrsuzim,
Bu
ahәngi-mәlalәfzayә bundan xoş mәqam olmaz.
Müridi-saqiyәm
kim, lütfü әhli-eşqә daimdir,
Nә
hasil әhli-zöhdün şәfqәtindәn kim,
müdam olmaz.
Dedim:--Üşşaqә
cövr etmә, dedi ol xublәr şahi:
Siyasәt
olmayınca eşq mülkündә nizam olmaz.
Lәbindәn
qәtrә-qәtrә qan içәr könlüm
kәrahәtsiz,
Şәkәrdәn
olıcaq mey qәtrәsi guya hәram olmaz.
Füzulini
mәlamәt eylәyәn bidәrd bilmәzmi--
Ki,
bazari-cünun rüsvalarında nәngü nam olmaz".
Qarabağ
şüәraları kamali-diqqәtlә
"Beytüs-Sәfa" әshabının
göndәrdiklәri qәzәllәrә baxıb,
onlardan әvvәlinci dәrәcәdә Bixud
hәzrәtlәrinin, ikinci dәrәcәdә
Hacı Seyid Әzimin, üçüncü
dәrәcәdә Zövinin, dördüncüdә
Sәfa ilә Salikin, beşincidә Qafilin, altıncıda
Zühurinin, yeddincidә Rağibin qәzәllәrini
qoyublar. Bu qәzәllәr hәr biri öz
mәqamında, yәni onları inşad edәn
şüәranın tәrcümeyi-halından bәhs
olunduqda eynilә dәrc qılınacaqdır.
Şirvan
şüәralarının
rәqәmi-bәlağәtsәnclәrindәn
vüqua gәlәn qәzәllәrin dәrәceyi-әhәmiyyәt
vә şәnlәrini göstәrib, Qarabağ
şairlәri dәxi şerü qәzәl
demәkdә öz qüvvәlәrini bildirmәk
üçün onlara cavab olaraq haman bәhrü
qafiyәdә hәr birisi bir qәzәl tәnzim edib
Şirvana göndәriblәr vә bu
qәzәllәr dәxi öz mövqeyindә yazılacaqdır.
Asi
әleyhirrәhmanin qәzәli budur:
Fәna
mülkünә aşiq girmәyincә nәfsi ram olmaz,
Mәqami-"limәәllah"
sirri anınçun tәmam olmaz.
Könül,
piri-müğanın feyzü lütfi gәr ola şamil,
Meyi-vәhdәt
әyağın al әlә, bu mey hәram olmaz.
Әzәl
şәmsinә ol talib hәqiqi hüsn ondandır,
Mәcazi
dilrübalәr hüsni alәmdә müdam olmaz.
Hәrimi-Kәbә,
sәhni-deyr yeksandır, könül, billah,
Әgәr
mәlumә talibsәn sәnә fәrqi-mәqam
olmaz.
Mәqami-qürbi-yarә
vasil ola aşiqi-sadiq,
Rizayi-dustdәn
özgә ona alәmdә kam olmaz.
Necә
vasil olum ol şahә kim, gәr olmasa nәzmi,
Mәhü
mehrü büruci-nәcm seyrindә nizam olmaz.
Tәriqi-eşqә,
Asi, laübali qoy qәdәm bir dәm--
Ki,
әhli-eşqdә pәrvayi-canü nәngü nam olmaz.
Abdulla
bәyin bu kәlami-xoşmәalı hәm
mәnәn vә hәm fәsahәtcә
cәmii-müasirinin әsәrlәrindәn mümtaz
olub, bәlkә Füzuli әleyhirrәhmәnin
qәzәlindәn dәxi bir az artıq ola.
"Mәqami-limәәllah" sirrini anlamaq
istәyәn vә nәfsi-әmmarәni
özünә tabe etmәk fikrinә düşәn
şәxs gәrәkdir özünü fәna
dәryasına atıb, dünyadan imani-nәzәr etsin.
Hәqiqi
hüsnә vә mәrifәtüllahә vasil olmaq
istәyәn adam әzәl şәmsini gәrәk
axtarıb bulsun, çünki mәcazi dilrüba vә
mәhvәşlәrin hüsnü lәtafәti daimi
deyil, müvәqqәti, boş bir şeydir. Ona
mübtәla olmaq layiq vә şayәstә deyil vә
insan üçün kәsri-şәndir. Әsil hәqiqәtә
vә mәnәviyyәtә talib olan kәs
gәrәkdir hәrimi-Kәbә ilә
sәhni-deyrdә bir tәfavüt gör[mә]sin vә
bu müqәddәs mәqamlara da bir nәzәr ilә
baxsın.
Şair
әsl hürriyyәtpәrәst olub, azadeyi-әfkar
vә hürriyyәti-dinü etiqad onun baş arzularından
birisi idi. Şair üçün mәscid, kәlisa,
künişt vә deyr arasında әsla tәfavüt
yoxdur. Bunların cümlәsi allahın evi
mәnzәlәsindә müqәddәs vә pak
mәqamlardır ki, ibadәt vә mәrifәtüllah
üçün bina olunubdur. Bu ali fikri Asi özgә
kәlamlarında dәxi izhar qılıbdır.
Qarabağın
münafiqlәri vә riyai zöhdü tәqvaları
ilә mәşhur olan zahiri dindarları mәrhum Abdulla
bәyә şürbi-xәmrdәn tövbә,
cәbrәn tövbә vermәk xәbәrini
Şirvan şairlәri eşidib vә onun bilaixtiyar
tәrki-şәrab etdiyini bilib, bu barәdә
şairә tәrcibәnd sәbkindә gözәl
bir namә yazıb göndәriblәr ki, onu burada
tamamәn yazıb, qarelәrin nәzәrlәrinә
tәqdim edirik.
Tәrcibәnd
ki, Hacı Seyid Әzim vә sair Şirvan
şüәrası Asiyә onun şәrab
içmәkdәn tövbә etmәyi babında
yazıbdırlar:
İlahi,
mәscidә meyxanә dönsün!
Tökülsün
bәdәsi peymanә dönsün!
Ola
meyxanә bayquşlar yataği,
Uçub
bir mәnzili-viranә dönsün!
Nә
güldәn ötrü bülbül nalә etsin,
Nә
dövri-şәmә bir pәrvanә dönsün!
Çәmәn
sәhnindә olsun dağ lalә,
Yanıb,
bir atәşi-suzanә dönsün!
Pozulsun
rövnәqi-ordibehişti,
Gülüstani-cәhan
neyranә dönsün!
Sәfayi-kainat
bulsun küdurәt,
Bu
alәm xәlq üçün zindanә dönsün!
Sәnin
minbәd, ey piri-xәrabat,
Şәrabi-lәli-nabın
qanә dönsün!
Neçün
kim, Asiyi-zarü fitadә
Edibdir
Şişә içrә tәrki-badә.
Edib
tәsir ona zahid kәlami,
Salıb
gözdәn şәrabi-lәlfami,
Çәkib
ol xublәr zülfü ruxindәn,
İbadәtlә
keçibdir sübhü şami.
Dili-aşiq
tәk ol sәngindil etmiş
Şikәstә
sağәrü minavü cami.
Tәhi-xümdә
Fәlatun kimi badә
Qalıb
zillәtdә, yoxdur ehtirami.
Pozuldu
Kәbeyi-әrbabi-hacәt.
Sәfadәn
düşdü meykeşlәr mәqami.
Ola xak
ilә yeksan, barilaha,
Nә
kim, meyxanә var, sәqf ilә bami.
Neçün
kim, Asiyi-zarü fitadә
Edibdir
Şişә içrә tәrki-badә.
Әgәr
mey olsa kövsәrdәn ibarәt,
Dәxi
Seyyiddә yoxdur hiç rәğbәt.
Meyi-külfamdәn
әstәğfürullah,
Meyü
sәccadәvü künci-ibadәt.
Şikәst
et, Bixuda, cami-şәrabi,
Dürüst
et, Zöviya, әsbabi-taәt!
Oyan,
Qafil, götür әl cami-meydәn,
Sәni
mәst etmәsin bu xabi-qәflәt!
Gözün
yum, Didә, ruyi-dilsitandan,
Şәrabi-nabә,
Rağib, etmә rәğbәt!
Sәfa,
düşsün sәfadәn tәbi-pakın,
Zühur
etsin Zühuridәn küdurәt!
Pozun, ey
dustan, divani-şeri,
Meyü
mәhbubdәn etmәk rәvayәt!
Neçün
kim, Asiyi-zarü fitadә
Edibdir
Şişә içrә tәrki-badә.
Filhәqiqә,
bu kәlami-dürfişan elә bir naleyi-cigәrsuz
ilә nәzmә çәkilibdir, elә bir hәqiqi
vә tәbii hissiyyatdan doğubdur ki, nә qәdәr
bihiss vә bicövhәr bir vücud olsa dәxi, onun
tәsirindәn eymәn vә salamat qala bilmәz.
Bu
kәlam nәinki bir şüәraya vә sair
әrbabi-zövqü sәfaya hüznü mәlal
gәtirir, hәtta zövqü sәfadan bilmәrrә
xәbәri olmayan vә quru zöhd vә
bimәrifәt taat ilә gününü keçirәn
ridapuşlara da tәsir edә bilir.
Burada
bizim mәtlәbimiz bu deyil şәrabxarları safa
çıxardıb, bir növ onun eybinә pәrdә
çәkmәk vә çaxır içmәklә
övqatını keçirәn bir şairin
şәrabdan tövbә istәmәsini
tәәssüflә bәyan etmәk ola, haşa
vә kәlla!
Asi
әleyhirrәhmә özü dәxi öz
әmәlindәn razı deyildi. O, hәmişә
әhibbaları arasında özünün günahkar, xar
vә zәlil olmağını kәmali-nәdamәt
vә peşmançılıq ilә bәyan edirdi
vә tövbә, inabә yoluna üz
çöndәrmәyә amadә idi vә
mәsiyәt dәryasına qәrq olmağından
naşi "Asi" tәxәllüsünü halü
şәninә әn münasib bilib, onu intixab etmişdi.
Bizim
yuxarıda zikr olunan tәrcibәndi tәrif
etmәkdәn [mәqsәdimiz] ancaq o kәlamın
mövzun, rәvan vә sadә olmağını
göstәrmәkdir. Vә nә qәdәr bir
kәlam açıq, mövzun vә hәqiqi hissiyyatdan vüqua
gәlmiş olsa, bir o qәdәr onun tәsiri dәxi
qeyrilәrә artıq olur, saxta hissiyyatdan naşi
kәlamın oxuyanlara tәsiri olmaz vә bәlkә
xiffәt vә kәsalәt gәtirәr.
Bu
tәәssüfnamә Abdulla bәyә artıq
dәrәcәdә tәsir elәdi. Şirvan
şairlәrinin belә iltifatü xülusiyyәti, bu
qәdәr mәhәbbәtü mәvәddәti
onu atidә zikr olunan cavaba vadar etdi ki, cığatay vә
türk dilindә artıq mәharәt vә
fәsahәtlә rişteyi-nәzmә
çәkilibdir.
Abdulla
bәy Asinin Hacı Seyid Әzimә vә sair
şüәrayi-Şirvana göndәrdiyi cavab:
Әla,
ey saqiyi-mәqbuli-sadә,
Yerüt
meyxarlәrğә cami-badә.
Peyapey son
şәrabi-kәhrübayın,
Olubmin
gahi yüz birlә fitadә.
Bәla
tufanı tuş-tuşdan qopubdur,
Qalıbmin
zarü sәrgәrdan aradә.
Fәlatun
minmasa xum kәştisiğә,
Onu ox
qәrq edәrdi işbu adә.
Mәni
siyrab etmәk mümkün irmas,
Әgәr
dur eylәsәn mәndәn ziyadә.
Mәnә
әhbab itar tәnә neçün min,
İtaydır
Şişә içrә tәrki-badә.
Bu
zәmmin dәfinә bir cami-mey dut,
Ki, ta seyr
eylәyüm kuyi-fәnadә.
Salay bu
dövri-çәrxә bir әlala,
Ki, bolsun
Zöhrә xiynagәr sәmadә.
Mәqami-limәәllah
әzmin edib,
Bu
fәrdi eylәyüm hәr dәm iadә:
Meyi-vәhdәt
mәsәllün ğәmzida yox,
Fәna
mülkiğә böylә rәhnüma yox.
O
meydәn son, koni işgac Mәsiha,
Quyaş
hәmxanәligni etdi mәva.
Olubdin
aşina әrni onunla
Ölüklәr
durquzurdu eylab әhya.
Xәlil
etgac onun bir cürәsin nuş,
Ona
gülşәn bulub odlar sәrapa.
Onun
tәsiri Yusif surәtida
Olubdur
hadiyi-qürbi-Zәlixa.
Rәvanbәxş
eylәgac, saqi, kәrәm qıl,
Til eylab
rәbbikul-әlayә quya,
Әlimğa
Cam uzat fәxric yәduk deb--
Ki,
әlimdәn toğa әnvari-beyza.
……………………………………
Fәna
deyrin itam bir lәhzei ca.
Әlayiqnin
cünudi quzğalaşmış,
Etür
bu tilbә dil şәhrini yәrma.
Yerit bir
tamcı mey kim, sәhl bulsun,
Vücudim
tamcısiyә vәsl dәrya.
Meyi-vәhdәt
mәsәllün ğәmzida yox,
Fәna
mülkiğә böylә rәhnüma yox.
Mәni
derlәr ki, tövbә kar imiştüm,
Muğan
piriğә bәdkirdar imiştüm,
Mәnә
pir altida mәnlik bulub mәhv,
Mәgәr
min xod aradә bar imiştüm.
Ki,
tövbә eylәgay, ya eylәmaymin,
Bu
işdә guyiya muxtar imiştüm.
Әzәl
ustadidin alsam ni tәlim,
Edib
әzbәr anı aytar imiştüm.
Nidәr
bu zәrreyi-әhqәrğә cürәt--
Ki, mehr
altida ziәnvar imiştüm.
Mәniyyәtdәn
neçün mәnlik uray kim,
Düşüb
tәhtüşşüaә xar imiştüm.
Bulub qafil
hәqiqәt mәnzilidәn,
Dәriğa,
maili-zünnar imiştüm.
Küniştü
Kәbә yeksandır әgәrçi,
Çü
min xod talibi-didar imiştüm.
Degil
çün zöhdü üsyan bimәşiyyәt,
Neçün
bilmәm mәn üsyankar imiştüm.
Meyi-vәhdәt
mәsәllün qәmzida yox,
Fәna
mülkiğә böylә rәhnüma yox.
Müjәnnin
yadidin olmam kәnarә,
Edibdür,
saqiya, köksümi parә
Çıxar
hәr sağbәdәn min novi әfğan,
Bu
dәrdә istәsәn gәr bir dә çarә.
Töküb
ol cami-zәrğә badeyi-nab,
Sölә
ta mütrib olsun zәxmә tarә.
Nola
gәr olsa nabi ney tililә,
Dәmi
mәşğul hәmidi-giridigarә.
Mәni
qafil deyәn rәğmiğә saqi.
Kim
özni әhli-hal idәr şümarә.
O odluq
abdan bir cam tut kim,
Ura ol
xәrmәni-canğә şәrarә.
Meyi-vәhdәt
mәsәllun qәmzida yox,
Fәna
mülkiğә böylә rәhnüma yox.
Dәxi
tәrk eylәgil, Asi, fәsanә,
Sәlamәt
eylә Şirvanә rәvanә.
Sәvadi-didәdәn
yaz bir rәqәm kim,
Görәrma
Didәni bulsun bәhanә.
Zühuri
birlә Bixud hәzrәtiğә
Yetür
ixlasi-әrzin bixodanә.
Mәn
aşru rağibәm Rağib yüziğә,
Sәfadәn
Raib olmam raibanә.
Sәba,
etgil mәnә sәn hәr bir imdad--
Ki,
imdadın kәsib mәndәn zәmanә.
Әlin
öp Seyyidin ondan son әrz et--
Ki,
hәcc әzmilә tüşgandin cәhanә,
Künişti-Rumdә,
ya kim hәrәmdә,
Bulubmu
mәtlәbindәn bir nişanә?!
Vә ya
mәn dәk o da mәhrum qalmış,
Arayıb
gәrçi düşmüş xanә-xanә.
İrişdirmiş
әgәr mәlum üçün elm,
Xoşa
hali şәrikdir cavidanә.
Meyi-vәhdәt
mәsәllün qәmzida yox,
Fәna
mülkiğә böylә rәhnüma yox.
Әcnәbi
lisanında belә fәsahәt vә
bәlağәtlә şer demәk hәr adamın
hünәri deyil. Meydani-süxәndә, әlhәqq,
Asi dәxi türk şüәrası beynindә
binәzir, alitәb vә zәrif bir vücuddur ki, onunla
fәxr etmәyә haqqımız var.
Tәrki-mey
barәsindә Abdulla bәyә olunan tәnü zәmmin
müqabilindә ol cәnab dәrdisәr vә xumar
gәtirәn vә xanәlәr xәrab edәn
badәdәn meyi-vәhdәtә meylü
rәğbәt göstәrmәyini vә haqqa
irişmәk üçün onun kimi başqa bir
rәhnüma olmadığını
zәbani-fәsahәtlә şәrhü bәyan
edib, saqiyi-mәqbuli-sadәyә xitab edib deyir:
Bu
zәmmin dәfinә bir cami-mey dut--
Ki, ta seyr
eylәyüm kuyi-fәnadә.
Salay bu
dövri-çәrxә bir әlala--
Ki, bolsun
Zöhrә xiynagәr sәmadә.
Mәqami-limәәllah
әzmin edib,
Bu
fәrdi eylәyüm daim iadә.
Meyi-vәhdәt
mәsәllün qәmzida yox,
Fәna mülkiğә
böylә rәhnüma yox.
Vәhdәt
meyinin hәyatbәxş nәşәvü
tәsirindәn şairin qәlbi
mәhәbbәti-ilahilә lәbalәb olub, ali
fikirlәr, müqәddәs hisslәr onu uca
mәqamlarda gәzdirir. Saqiyi-sadәdәn Asinin
tәmәnna etdiyi haman bu meydir ki, onu Mәryәm oğlu
İsa içgәc quyaş hәmxanәliyini
özünә mәva etdi vә hәzrәti-Musa ondan
daddıqda haqqla dostluq binası qoyub "rәbbi
әrni" demәyә cürәt elәdi vә
İbrahim Xәlilullah onun bir cürәsini nuş etkәc
atәşlәr sәrapa ona bir gülşәn olubdur
vә onun tәsiri hәzrәt Yusif camalında hadiyi-qürbi-Züleyxa
olubdur vә sair әnbiyalar vә övliyalar o meyin
bәrәkәtindәn ülüvvi-mәqama
yetişib, mәsiyәt vә zәlalәtdәn xilas
olublar. O meydәn şair dәxi bir damcı da olsa
saqidәn ilhah vә iltica edib, istәyir ki, onu
içmәklә zәrreyi-vücudu vәsl dәryasına
irişmәyә yol tapsın.
Tövbә
mәsәlәsinә gәldikdә, şair
piri-müğana bәdkirdar olmağını bәyan edib
deyir ki, mәn öz felü kirdarımda muxtar olmayıb,
әzәl ustadımdan nә tәlim almışamsa, ona
mütabeәt göstәrirәm.
Özünü
bir zәrreyi-әhqәr yerindә tutub deyir ki,
mәndә nә qüdrәt vә ixtiyar var ki,
cürәt edib söylәyә bilәm ki, onu
edәcәyәm, ya etmәyәcәyәm:
Ki,
tövbә eylәgay, ya eylәmaymin,
Bu
işdә guyiya muxtar imiştüm.
Әzәl
ustadidin alsam ni tәlim,
Edib
әzbәr anı aytar imiştüm.
Çün
bu dünyada heç bir şey vә heç bir
әmәl mәşiyyәti-ilahisiz deyil, belә olan
surәtdә meyә meyl etmәkdә vә ya onu
tәrk qılmaqda şairdә nә tәqsir var vә
onun özü bilmir ki, o, günah әhlidir yoxsa
әhli-savabdır. Necә ki, deyir:
Degil
çün zöhdü üsyan bimәşiyyәt,
Neçün
bilmәm mәn üsyankar imiştüm.
Ol
sәbәbdәndir ki, әzәldә meyә vә
eyş-işrәtә mәşğul olduğu
ibtidayi-şәbabında zahidi-bizövqә xitabәn
deyibdir:
Zahida,
guşeyi-mәsciddә nәyim var mәnim,
Bәrbәtü
çәngü dәfü nay, neyim var mәnim.
Kövsәri
vәdә edirsәn mәnә gәrçi nisyә,
Nәqd
dәstimdә bu gün cami-meyim var mәnim.
Hurü
qılmanını çox vәsf elәmә
minbәrdә,
Gör
necә saqiyi-fәrxündәpeyim var mәnim.
Yığılıb
müğbәçәlәr piri-müğan
dövrinә,
Düxtәri-nәş
arasında Cüdeyim var mәnim.
Asiya,
meykәdә küncün özünә mәskәn
edib,
Nüsrәti-mülki-Kәyavusi-Keyim
var mәnim.
Kәlami-Asi,
vәfalı aşiq barәsindә:
Nәsibim
gәrçi eşqindә bәladır,
Bәla
üşşaqә eyni-müddәadır.
Xoşam
hәr cövr ilә qılsa nәvaziş,
Cәfasın
çәkmәmәk, billah, cәfadır.
Cәfa
gәlmәz pәrivәş mahlәrdәn,
Sanır
qafil cәfa, lakin vәfadır.
Lәbi-şirinin
әr düşnamә açsa,
Cavabi-aşiqi-sadiq
duadır.
Neçün
lafi-"әlәst" urmazsan, ey mәh,
Bilirsәn
ki, cavabında "bәla"dır.
Şәrabi-lәli-nabın
firqәtindә
Könül
rәnci-xumarә mübtәladır.
Neçün
hicrandan Asi şikvә qılsın,
Rizayi-dust
isә, ol hәm sәfadır.
Tәcnisi-Asi:
Rәhm
qıl, dәymә, sәba, zülfi-kәci-dildarә,
Nә
rәva kim, düşә vüsәtdә ikәn dil
darә.
Eşq
ruyindә urub lafi-"әnәlhәq" guya,
Çәkilib
zülfdә Mәnsur kimi dil darә.
Qoyma kim,
şanә dәyә zülfә, özün
mәhrәmsәn,
Şәrhә-şәrhә
ol onun tәk, onu, ey dil, darә.
Hәr
xәdәngin sәfi-müjgandan әgәr kәm
bolsa,
Kimsәyә
etmә güman zülfü ara dildarә.
Asiya,
çini-sәri-zülfdә kim, oldu könül,
Zülmәti-şәb
tanımaq qüdrәti yox dildarә.
Qәzәli-türki,
zülf barәsindә:
Ey
gәnci-hüsn üstә yatan şahmar zülf!
Bir
lәhzә, tarı xatirinә, ol kәnar, zülf!
Aşüftәhaldır
sitәmindәn Xitavü Şam,
Maçinü
Çin, Hindü Hәbәş, Zәngbar, zülf!
Ey
şanә, mubәmu gәzibәn eylә cüstücu,
Gör
handa eylәyib dili-miskini zar zülf.
Mәrdümlük
eylәyir yenә filcümlә gözlәrin,
Lakin
üzüqaralıq edibdir şüar zülf.
Üz
vermә, sal ayağına, al intiqamımı--
Kim,
könlümü bәlalәrә qılmış
düçar zülf.
Lәşgәr
çәkibdi xalü xәtü çeşm
qәmzәdәn,
Dil
kişvәrin yәqin edәcәk tarmar zülf.
Rüsva
nә növi olmasın Asi cahan ara,
Razi-nihanını
elәmiş aşikar zülf.
Qara
gözlәr barәsindә:
Edәr
sehr ilә daim bu xәta kani qara gözlәr,
Könül
şәhrini yәğma türki-türkani qara
gözlәr.
Yenә
sultani-hindu tәk sipahi-xәttә hökm etmiş--
Ki, tutsun
dövri-lәlindә Bәdәxşani qara
gözlәr.
Qәzali-Çinә
bәnzәtdim bu caduni, xәta etdim--
Ki, onda
kәcnigahın şivәsi hani qara gözlәr.
Könül
mәcmu ikәn zülfi-pәrişanda edәr
dәrhәm,
Nә
tәqsir eylәyib bilmәm bu zindani qara gözlәr.
Verib
baş-başә, Asi, qәtlinә daim
müsәmmәmdir,
Bu
yektalıqda yoxdur onlara sani qara gözlәr.
Әyzәn
qәzәli-türki:
Könül,
hәr dәm baxanda ol pәrinin lәli-nabinә,
Olur meyli
füzuntәr saqinin cami-şәrabinә.
Kәnari-cudә
bağ içrә vәtәn tut kim, görәn
kәslәr
Desin: tәhvil
edib xurşid çәrxin, bürci-abinә.
Sәnә
yüz gәz dedim ki, mayil olma zülfi-pürçinә,
Nәsihәt
tutmadın, sәbr eylә kaş, ey dil, әzabinә.
Sәba,
tәnha cәfayi-şanә bәsdir bu dili-zarә,
Tәrәhhüm
eylә sәn, hәm bais olma iztirabinә.
Üzün
tәfsiri-safidir, ona sübhan rәhmanın,
Nә
qәdri ayeyi-rәhmәt yazılmış dörd
kitabinә.
Xәyali-arizin
çıxarsa könlümdәn nola, ey gül,
Urar
şәh xiymәgәh tәmir üçün
mülki-xәrabinә.
Nә
qәdri kim, sorar Asi, lәbi-lәlindәn almaz söz,
Yapışmışdır
hәlavәtdәn,
açılmaz söz cavabinә.
*
* * *
*
Olmuş
mәqami zülfi-pәrişanı könlümün,
Bir
dәm kәsilmәz ah ilә әfğanı
könlümün.
Rәhm
eylә, sәxt dәymә, sәba, tari-muyinә,
Ol
piçü tabә tabı görüm hanı
könlümün.
Mötad
olub qara günә zülfündә xoş keçәr,
Min
zülm yetsә, şami-qәribanı könlümün.
Zünnar
zülfünә uyuban küfrә uğradı,
Salim
qalır nә növ bәs imani könlümün.
Kuyindә,
Asiya, bu qәdәr nalә eylәrәm,
Tәsir
edәrmi ol mәhә әfğani könlümün?
Qәzәli-cığatayi:
Sәbağә
itsam әhvalimni şәrh imdad qılğaymu?
Pәyamım
giltürüb biçarә dilni şad qılğaymu?
Sifariş
eylәsәm şahimğә viran mülk dil
şәrhin,
Sipahi-dәrdü
qәmni göndәrib abad qılğaymu?
Mәni
içgan rәqibi-rusiyәh birlә ol şol bimehr,
Fәrağındin
bәnüm qan yutmağımni yad qılğaymu?
Fәrağiğә
belә xugәr edibdür xәstә könlümni,
Vüsaliğә
genә bilmәm oni mötad qılğaymu?
İki
çeşmin neçin seyd eylәğay avarә
könlümnü,
Zәif
olğay keyik qәsdin iki sәyyad qılğaymu?
Oşol
kafirğә köp yalparma, ey dil, mürğini sәyyad
Tuzağdin
nalә qılmağlıq bilә azad qılğaymu?
Quyaş
rüxsarlardin zәrrәcә mehr ummağay Asi,
Әdalәt
görmağan kәs şahlәrğә dad
qılğaymu?
Müxәmmәsi-bәhri-tәvil:
Ey
zülmәti-zülf içrә yüzü
mehri-münәvvәr, vey baği-rәşadәtdә
qәdi sәrvü sәnubәr, mәqbul
yaratmış sәni ol xaliqi-әkbәr, vermiş
sәnә zinәt, mәşşateyi-qüdrәt, yox
sәn kimi löbәt, bu nazü nәzakәt, bu lütfü
lәtafәt, bu qәdd, bu qamәt, hәm hüsnü
mәlahәt, ey ayeyi-rәhmәt, yox kimsәdә
әsla, ey dilbәri-ziba, olmaz sәnә hәmta
Şirinü Züleyxa, layiqdi ki, Yusif ola sәn
sәrvәrә çakәr, ey qamәti
әr-әr, dodağı qәnd mükәrrәr.
Ruyin
çәmәni-hüsndә ta qaldıri beydәğ,
gül urdu müqabildә mәgәr
lafi-"әnәlhәq", gülbün qurubәn dar
özünü asdı müәllәq, kim, batma
vәbalә, düşmә bu xәyalә, olmaz
güli-lalә hәmta o camalә, xurşid misalә, ol
arizi-alә, bu çәşmi-qәzalә, bu
xәttü bu xalә, bilmәm bu nә gisu, nә
silsileyi-mu, nә nәrgisi-cadu kim, canım alıb bu,
әbru necә әbru kim, olub bir-birә mülhәq,
qan tökmәyә amadә olub tiği-düpeykәr.
Sәn
simbәdәn, zülfü rәsәn,
qönçәdәhәnsәn, aşubi-zaman,
sәrvi-çәmәn, babi-fitәnsәn, sәn
sibzәqәn, ruysәmәn,
vәchi-hәsәnsәn, ey ruhi-rәvanım,
qarәtgәri-canım, ey qönçәdәhanım,
әbrusi kәmanım, vey muymiyanım,
qılmani-cinanım, ey tutizәbanım,
Mәhmudi-zamanım, şәmsü qәmәr
üzlüm, şirin sözü duzlum, tuti kimi sözlüm,
süzgün alagözlüm, ahuyi-Xütәn,
sәrvi-çәmәn, dürri-Әdәnsәn,
çatmaz lәbinә abi-bәqa, çeşmeyi-kövsәr.
Qan
yaşım axar nәrgisi-caduni görәndә kim, tifl
tәki div edәr ahuni görәndә, divanә
könül silsileyi-muni görәndә dәrdim olu pabәnd,
yüz mәrdi-xirәdmәnd ta urmayalar
bәndi-müşәkkәl, eşidәr pәnd, ey
dilbәri-dilbәnd, hicran qәmi ta çәnd, verdim
sәnә sövgәnd, bir et mәni xürsәnd, ver
buseyi-pünhan, canım sәnә qurban kim,
möhnәtü hicran bağrım elәyib qan, kafir
dә yanar hali-digәrguni görәndә, sәn
hәm mәnә bir rәhm qıl, ey
şuxi-sitәmgәr!
Sәnsәn
güli-baği vә lәqәd kәrrәmül-insan,
"mazaqә bәsәr"[3]
çәşmi-xumarında nümayan,
vәşşәmsi-züha zülfü ruxin
vәsfinә tibyan, ey dilbәri-ziba,
süni-şәhi-yekta, ruyindә hüveyda gәr
etsә tәcәlla ol arizi-hәmra, mәdhuş olu
Musa, olmaz yәdi-beyza ol nur ilә hәmta, ey sevgili
yarım vey çәşmi-xumarım, gör
halәti-zarım, yox sәbrü qәrarım, zünnar sәri-zülfә
olub Asiyi-nalan, az qaldı rәhi-eşqdә, ey büt, ola
kafәr.
[3]
Mazaqә bәsәr....--gözü meyl etmәdi.... Quran
ayәsindәn.
Bundan
sәva Asinin yenә xeyli mövzun vә rәvan
bәhri-tәvillәri vә müxәmmәslәri
vardır. Cümlәsini yazmağa ehtiyac yoxdur: Moşt
nomuneye-xәrvarәst.
Abdulla
bәy ilә Hacı Seyid Әzimin arasında hәr vaxt
irsal-mәrsul olub, hәr iki şair bir-birini artıq dost
vә әziz tutarlarmış. Heyfa ki, Abdulla bәyin
Şirvan şairinә yazdığı
namәlәrdәn әlә gәtirmәk mәqdur
olmadı. Ancaq Hacı Seyid Әzimin
әsәrlәrindәn Abdulla bәy Asinin mәdhü
şәnindә yazdığı gözәl bir
qәsidә әlә keçdi. Haman qәsidә
budur.
Bu
qәsideyi-dilfәribdә
şairi-rövşәnzәmir, yәni Hacı Seyid
Әzimi-әzimşәn hәzrәtlәri elә bir
mәharәt vә fәsahәtlә bahar fәslinin
yavuqlaşmağını vә o fәsildә nә
böyük büsatü әlamәtlәrin vüqua
gәlәcәyini bir-bir yad edib, әrbabi-zövqü
sәfanın qәlbini vә ruhunu
tәzәlәndirib, onlara yenidәn hәyat vә
sәfa bәxş edir. Dәmi-İsa tәk baharın
lәtif vә gözәl nәsimi ruzigarı әhya
edәcәk:
Şükufә
xәlәti-әşcarı nöqrәduz
edәcәk,
Behişt
әlamәti gülşәndә aşikar olacaq.
Dәhani-yar
tәkin qönçәlәr olur xәndan,
Sәhab
dideyi-aşiq tәk әşkbar olacaq.
Şükufәdәn
dönәcәk bağ ruyi-cananә,
Bәnәfşә
bağdә manәndi-zülfi-yar
olacaq.
Mәrhum
Seyid Әzim habelә nazikanә vә şivәli
tәdbirlәr ilә, ahәngdar ibarәlәr vә
canlı timsallar ilә bahar mövsümünü vәsf
edib, onda bir qüsur qoymur vә kәlamın
axırını Şirvan şüәrasına
çöndәrib, ah-zar vә tәәssüflә
[deyir ki,] onlar şairdәn üz döndәrib
kәmiltifatlıq göstәrәcәklәr vә
onun qәmli tәrәfinә qәmküsar olmayacaqlar. Vәli
şairin könlü bu fikir ilә açılıb şad
olur ki, Asiyi-dilxәstәnin nәzmü nәsri Sәfa
ilә Şirvana gәlib onu şadü xürrәm
edәcәkdir.
Tarixi-hicriyyәnin
1280-ci[4]illәrindә Abdulla bәy Qarabağ hakimi Mehdiqulu
xanın kәrimәsi Xurşidbanu hәzrәtlәrinin
şairә xoş gәlmәyәn bәzi
işlәrindәn, xüsusәn Seyid Hüseyn
ağanın o dәrgәhә müqәrrәb
olmağından rәncidәxatir olub, babası Qasım bәy
mәdhü tәrif etdiyi dürri-yektanı hәcvә
layiq bilib, onun şәnindә bir para föhşü
latayil[5] söylәmişdi.
[4] 1863.
[5]
latәvil.
Әgәrçi
şair öz әmәlindәn axırda nadim vә
peşman olmuş isә dә, lakin ağızlara
düşәn hәcvi geri alıb xalqın
ağzını qapamaq onun qüvvә vә ixtiyarından
xaric bir işdir vә hәcv nәinki tәk Qarabağ
mahalında, hәtta sair vilayәtlәrdә dәxi
artıq sürәtlә intişar tapıb, Asi kimi
mәşhur vә alitәb şairdәn belә
qәbih, naşayәstә әmәlin baş
vermәsi cümlәni heyrәt vә
tәәccübә saldı vә hәr yerdәn ona
cavab yazılıb, şairi bәdnam vә bihörmәt
etdilәr. Şairә cavab yazan Gәncәdәn
Mirzә Mehdi "Naci" tәxәllüs, Qazaxdan İskәndәr
ağa "Şair" tәxәllüs vә hәtta
Şirvandan Hacı Seyid Әzim ki, Asinin hәqiqi [dostu]
vә onun tәbi-şeriyyәsinә mәdhü
tәhsin oxuyanlardan birisiydi, bu hәcvin müqabilindә ona
cavab vermәyi özünә borc bildi.
Belә
rәvayәt olunur ki, mәzkur hәcv yazılandan sonra
xanlıq imarәtindә yuva tikmiş
göyәrçinlәrdәn birisinin ayağına
bağlanıb buraxılıbdır vә xanlıq
qapısında göyәrçinin ayağında bağlanmış
kağızı görüb vә onu tutub, kağızı
açıb Xurşidbanu hәzrәtlәrinin huzuruna
gәtiriblәr.
Әvvәlcә
haman hәcvi Qarabağın özgә
şairlәrinә isnad veriblәr, çünki Abdulla
bәydәn belә naqabil vә çirkin әmәl
gözlәnmәzdi, bir halda ki, şair özü dә o
qapıda müәzzәz vә möhtәrәm
şәxslәrdәn birisi hesab olunurdu. Amma Xurşidbanu
özü şerü mәrifәt sahibәsi olmağa
görә, üslubi-kәlamdan vә şiveyi-lisandan
anladı ki, belә mövzun vә abdar sözlәr,
hәcv dә olsa, ancaq Abdulla bәyin hünәrindәn
naşidir.
"Bu
nә tavus, nә bulvar, nә İsa bulağı"
misrasını oxuduqda onda şәkk qalmayıb deyibdir ki,
әlbәttә, bu, Asinin әsәridir vә bu şer
onun babası mәrhum Qasım bәyin babilәr
haqqında yazdığı hәcvdәki bir fәrdә
nәzirә misalındadır ki, deyibdir:
Bu nә
Şiraz, nә Zәngan fücurü fisqin--
Hәr
tәrәf kim, baxasan yoxdu hәdü payani....
Hәcvin
ibtidası ki, müqәddimә tәrzindәdir, yarı
farsi vә yarı türki dilindә artıq
fәsahәtlә nәzmә çәkilibdir. Burada
şair öz könlünә rücu edib deyir:
Beşno,
ey del, soxәnәm tohfeye-hәr әncomәnәst,
Uyma
dünyayә, bu dünyayi-dәni…………әst.
Çon
cәvanane-Siyavuşsefәte-Zale-fәlәk,
Xuneşan
rixte karәş hәme mәkrәsto fәnәst.
Sağәre-badeye-qolqun
bekәfe-meyxuran,
Kaseye-fәrqe-Fәramәrzo
lәbe-Tәhәmtәnәst.
Dad
әz dәste-qәzavo
qәdәre-bәdhәrәkat--
Ke, konun
qәdre-xәzәf beh ze әqiqe-Yәmәnәst.
Becәhan
nist kәs әz serre-zәmirәm vaqef,
Çarә
yox dәrdimә bu dәrd mәni
öldürәnәst.
Ruzo
şәb xune-cegәr mixorәm allah bilir,
Hasilim
şәhri-Qarabağda dәrdü mәhәnәst.
Şekveye-del
beke quyәm ke, betәng amәdeәm,
Çünki
bilmәz bu qәmi kimsә, әgәr kuhkәnәst.
Xofte
rubahmesalan bekoname-şiran,
Qafe-Simorğ
siyahәtgәhe-zağo zәğәnәst.
Xastәm
şәmmei zәnduhe-xodәm şәrh konәm,
Del
bemәn xәndezәnan qoft ke,……………әst.
Guş
qıl ta ki, yüzündәn birini şәrh
qılım,
Zin
soxәnhast mәra baese-әnduhe-mәnәst[6].
[6]
Tәrcümәsi:
Ey
ürәk, sözümә qulaq as, o, hәr mәclisin
töhfәsidir,
Uyma
dünyaya, bu alçaq dünya………………dir.
[Dünyanın]
işi Zal fәlәyin Siyavuş kimi
çavanlarının
Qanını
tökmәkdәn, mәkr vә hiylәdәn
ibarәtdir.
Şәrab
içәnlәrin әlindәki kül rәngli
şәrab qәdәhi
Fәramәrzin
kәllәsi vә Tәhәmtәnin
dodağıdır.
Dad pis
üzlü qәzavü qәdәrin әlindәn--
Ki indi
saxsının qiymәti Yәmәn әqiqindәn
artıqdır.
Ürәyimin
sirrlәrindәn dünyada heç kәsin xәbәri
yoxdur,
Dәrdimә
çarә yoxdur, bu dәrd mәni
öldürәcәkdir.
Allah bilir
ki, geçә-gündüz ciyәrimin qanını
içirәm,
Qarabağ
şәhәrindә hasilim dәrd-qәmdir.
Ürәyimin
şikayәtini kimә deyim, tәngә
gәlmişәm,
Çünki
bu qәmi Kuhkәndәn başqa kimsә bilmәz.
Tülküsifәtlәr
şirlәrin mağaralarında yatıblar,
Simürğün
Qaf dağı qarğa vә dolaşaların
seyrәngahına
çevrilib,
İstәdim
öz qәmimi bir az şәrh elәyim.
Ürәyim
külümsünüb dedi ki,…………
Guş
qıl ta ki, yüzündәn birini şәrh
qılım,
Mәnim
qәmginliyimә bais olan bu sözlәrdir....
Asinin
hәcvinә verilәn cavablardan şayani-diqqәt
olanı, әlbәttә, Hacı Seyid Әzimin
cavabıdır. Sairlәrinki başdan-ayağa nalayiq
föhşlәrdir, cavab deyil.
Hacı
Seyid Әzim isә Asinin tәbini, elmü kamalını,
nәzmü әşarını tәrif edib,
izhari-tәәccüb vә tәәssüf
qılır ki, o öz tәbi-şerini ki, dövrana
şöhrәt salıb, hәcvü әfsanә demәyә
sәrf elәyir vә halanki:
Şaira,
hәcv demәk izzәtә bir mayә deyil,
Şerdir,
yaxşı-yamanı olu, bu, ayә deyil.
Hәcvә
adәt elәmәk şairә bir payә deyil,
Kişilik
mayәsi ancaq ... deyil,
Var
elә zәn ki, biri әlli min oğlanә
dәyәr.
Sonra Seyid
bir növ töhmәt vә zәmm dilini açıb,
Asiyә irad edir ki, biz Qarabağ әhlini qәyur vә
tәәssübkeş eşitmişdik ki, bir-birinin
qeyrәt vә namusunu çәkir. Sәndә bunun
әksi görünmәk, öz әhlinizi, xüsusәn
xan qızı kimi vәliyyün-niәminizi hәcv
etmәk bir әmri-әcibdir ki, bizim cümlәmizi
heyrәtә salıbdır.
Biz
eşitmişdik olur әhli-Qarabağ qәyur,
Gözlәyir
bir-birini işdә bәqәdri-mәqdur,
Sәndә
bәrәksinә bu әmri-әcib etdi zühur,
Edib
öz әhlinizi hәcv, hәm etmәk mәşhur,
Arif ol
kim, bu rәviş mәşrәbi-ürfanә dәyәr.
Hacı
Seyid Әzimin yazdığı cavab ki, gözәl bir
müxәmmәsdir, bu sayaq başlanır:
Asiya,
sözlәrinin hәr biri min canә dәyәr,
Bir
sözün qәdrdә yüz min düri-qәltanә
dәyәr,
Nәzminin
hәr biri yüz lәli-Bәdәxşanә
dәyәr,
Bәhri-tәbin
ki, göhәr kanıdı, min kanә dәyәr,
Xatirin
gülşәni yüz rövzeyi-rizvanә dәyәr.
Gәrçi
tifli-süxәnә çoxlar olublar dayә,
Leyk
bihudә salıblar başını qövğayә,
Dәstrәs
olmadı bir kәs göhәri-mәnayә,
Gәrçi
çoxlar bu әrusi elәyir pirayә,
Sanma
xamәn kimi zülfi-süxәnә şanә
dәyәr.
Şişә
içrә sәni ol kimsә ki, etmiş icad,
Hәr
pәrizadә vüsalilә edibdir dilşad,
Xatirin
xoş meyi-gülgun ilә, tәbin mötad,
Fәrәhin
çox, kәdәrin yox, dәxi mülkün abad,
Bu
şәrәf qәdr ilә yüz
mәnsәbi-sultanә dәyәr.
Bu da bir
lütf ki, alәmdә xudavәndi-kәrim
Lütf
edibdir kәrәmindәn sәnә bir
tәbi-sәlim,
Olu
viranә bu mәmurәdә hәr mülki-qәdim,
Leyk
itmәz әsәrin, şer ilә, ey dürri-yetim,
Bu
fәrәh, hәqqi ki, yüz mülki-Süleymanә
dәyәr.
Tәbi-şerin
ki, sәnin şöhrәt edib dövranә,
Leyk
әfsanәyә sәrf eylәmәyin әfsanә,
Gәldi
bir hәcv bu günlәrdә yenә
Şirvanә--
Ki,
demişdüz onu bir
nәsli-әzimüş-şәnә--
Ki,
dәri-dövlәti yüz dәrgәhi-xaqanә
dәyәr.
Tapmısuz
eyb bunu ol göhәri-yektadә--
Ki, gedib
seyyidә, namusunu vermiş badә,
Bu deyil
eyb, tәfәrrüc elәsәn mәnadә,
Gәr
bu xanzadә isә, ol biridir şәhzadә,
Hәqqi
ki, alәmi-mәnadә bu iş canә dәyәr i.a.
Hacı
Seyid Әzimin cavabı iki-üç bәnddәn
başqa tamamәn Abdulla bәyә tәnbeh vә
tövsiyәdir vә onun tәbi-gövhәr-sәncinin
әfsanәvü hәdyana sәrf olunmasına
pürmәlalü әnduh bir tәәssüfdür. Ol
sәbәbdәndir ki, Qarabağ şüәrası
mәrhum Seyidin belә tәnbehamiz cavabının
müqabilindә bir söz dә demәyib, sair Asiyә
hәcv yazan şairlәrin hörmәt vә abrusunu
tökübdürlәr. Xüsusәn Mirzә Mehdiyә
onun cavabı sәrt olubdur. Vә cavab yazanlardan
mәşhuru Mirzә Әli Әsğәr Novrәs
vә Xarrat Qulu "Yusifi" tәxәllüs olublar.
1291-ci
tarixdә şәbanın qürrәsindә[7] Abdulla
bәy ömrünün hәnuz cavan sinnindә
Şuşa şәhәrindә allah
rәhmәtinә vasil olubdur vә müasiri olan
şüәravü üdәbavü zürәfaları
böyük bir yasa mübtәla edibdir. Vә bu
vaqeeyi-pür-mәlal cümlәdәn artıq Qarabağ şairlәrinә
tәsir edib. Onlar Şamaxı şairlәrinә Asinin
vәfatını belә xәbәr veriblәr:
[7] 13
sentyabr 1874.
Xәzan
olsun görüm fәsli-bәhari,
Dәmadәm
tirә bulsun ruzigari!
İlahi,
yetmәsin bülbül muradә,
Çәkә
gülşәndә daim rәnci-xari.
Dәxi
baş çәkmәyib düşsün hәvadәn
Cahan
bağında sәrvi-cuybari.
Tәravәt
tapmasın gül, qönçә qalsın,
Ola
sünbüllәrin aşüftә, tari!
Solub
düşsün görüm mәrdüm
gözündәn
Dәmadәm
nәrgisi-mәsti-xumari!
Axar sular
görüm al qanә dönsün,
Qurusun
nәhr içindә abi-cari.
Tәәyyüş
mәhv ola sәhni-çәmәndә,
Tuta
xaşak tәrfi-kәştizari.
Bahar olcaq
әzәl çәksin xәcalәt,
Bәnәfşә,
qasidi-fәsli-bahari.
Neçün
kim, Asiyi-zarü fitadә
Әcәl
peymanәsindәn içdi badә.
Ola
eşq әhlinin eşqi mәcazi,
Hәqiqәt
birlә yoxdur imtiyazi.
Neçün
ağaz qılsın dildәn aşiq
Nәvadi-dilkәşü
suzü güdazi.
Olub sakit,
demәz Mәcnun üçün el
Dәxi
әfsaneyi-tulü dirazi.
Bәli,
Mahmud şahın var hәqqi,
Fәramuş
eylәsә mehri-Әyazi.
Sanır
Fәrhadi-mәhzun tәlx kamın,
Edә
Şirin ona gәr işvә, nazi.
Züleyxa
vәslini tәrk etdi, bolmuş
Mәhi-Kәnanә
töhmәt eşqbazi.
Dәxi
bundan sora әhli-mәhәbbәt
Edәrmi
şövq ilә razü niyazi?!
Neçün
kim, Asiyi-zarü fitadә
Әcәl
peymanәsindәn içdi badә.
Şәhid
olsun şәhidi-kuyi-canan,
Tapa
bәlkә tәriqi-kamrani.
Bu
şәhr içrә hәsari-ümdә Salar
Bülәnd
etsin gәrәk suzi-nihani.
Qaranın
ruzigari tirә bolsun,
Pәrişan
könlü olsun zülfi-sani.
Qılıb
Mәxfi fәğanın aşikara,
Yanıb
bu qüssәdәn cism ilә cani.
Qaradari bu
dağ içrә yanıbdır,
Ola
bәrhәm bu dövri-asimani.
Fәna
seyr eylәsin rahi-fәnani,
Odur
vaqedә ömri-cavdani.
Qutarmaz
Yusifi çahi-bәladәn
Görә
gәr vәslәti-Yusifliqani.
Olub bu
qüssәdәn Agәh xәbәrdar,
Dәmadәm
künci-qәmdir aşiyani.
İlahi,
Novrәsi-mәğmumü mәhzun
Görәrmi
bir dә ruyi-şadimani?
Neçün
kim, Asiyi-zarü fitadә
Әcәl
peymanәsindәn içdi badә.
Bәzi
nüsxәdә tәrci olunan bәndin ikinci misrası
"Әcәl saqisindәn nuş etdi badә"
yazılıbdır.
Abdulla
bәyin tәxminәn min beş yüzә qәdәr
әfradı vardır ki, ibarәtdir müxәmmәsat,
müstәzad, tәrcibәnd, qәzәliyyat,
tәcnis vә növhәcatdan. Heyfa ki, bu
әsәrlәrdәn çoxusunu әlә
gәtirmәkdә aciz qaldıq.
Növhәlәrindәn nümunә üçün
birisini ki, İmam Hüseyn әleyhissәlamın
rәşid vә gözәl oğlu Әli
Әkbәrin qәtli barәsindә tәnzim olunubdur,
burada dәrc olunur:
Yıxdılar
atdan çü Әli Әkbәri,
Sәslәdi
Abbasi-әlәmpәrvәri:
Nadә
Әliyyәn, Әliyәn, ya Әli!
Gül
bәdәnin Xuliyü Şimrü Sәnan
Etdilәr
amaci-xәdәngü sinan.
Zәrrәcә
rәhm eylәmәyib kufiyan,
Qәtlinә
mәcmuisi oldu cәri,
Nadә
Әliyyәn, Әliyәn, ya Әli!
Xiymәgәhә
üz tutub ol mәhliqa,
Әrz
elәdi key şәhi-Kәrbübәla,
Gәl,
başımı al dizinә, ya әba,
Payinә
isar elәyim bu sәri,
Nadә
Әliyyәn, Әliyәn, ya Әli!
Almamışam
mәn bu cahan içrә kam,
Etmәmişәm
toy otağında mәqam,
Xeymәdә
yol gözlәr o bikәs anam,
Yox bu
qәrib ölkәdә bir yavәri,
Nadә
Әliyyәn, Әliyәn, ya Әli!
Qoyma,
baba, bikәsü biyavәrәm,
Hüsndә
mәn saniyi-peyğәmbәrәm,
Bir
nәzәr et, axır Әli Әkbәrәm,
Qoyma
dәxi kim, uralar xәncәri,
Nadә
Әliyyәn, Әliyәn, ya Әli!
Gәl,
özünü Әkbәri-zarә yetür,
İstidi
qum, başımı yerdәn götür,
Leyk
gәlәndә anamı hәm gәtür,
Sağ
görә bәlkә Әliyi-Әkbәri,
Nadә
Әliyyәn, Әliyәn, ya Әli!
Çünki
eşitdi bu sәdanı Hüseyn,
Qoydu
belinә әlin ol şahi-din,
Günbәdi-çәrxә
yetirib şurişin,
Eylәdi
piçidә o dәm lәşgәri,
Nadә
Әliyyәn, Әliyәn, ya Әli!
Ta ki,
başı üstә yetirdi özin,
Eylәdi
balış başı altda dizin,
Pak
elәdi qandan o şәhla gözin,
Aldı
qucağına o mәhpeykәri,
Nadә
Әliyyәn, Әliyәn, ya Әli!
Әrz
elәdi Әkbәri-gülgünkәfәn,
Ya
әbәta, hәqqi-imami-Hәsәn,
Mәn
gedirәm, lütf elә Leylayә sәn,
Zeynәbә
tapşırgilәn ol müztәri,
Nadә
Әliyyәn, Әliyәn, ya Әli!
Hansı
cәfalar ki, o qövmi-dәğa,
Görmәdilәr
şahi-şәhidә rәva?!
Qoydular ol
Qasimә qandan hәna,
Tirә
hәdәf eylәdilәr Әsğəri,
Nadә
Әliyyәn, Әliyәn, ya Әli!
Lәşkәri-küffar
çü sәf qurdular,
Ol
şәhin әnsarini öldürdülәr,
Xiymeyi-peyğәmbәrә
od vurdular,
Etmәdilәr
yad şәhi-kövsәri,
Nadә
Әliyyәn, Әliyәn, ya Әli!
Ziynәti-әhli-hәrәmi
hәr nә var
Qarәt
edib lәşkәri-kin aldılar,
Etdilәr
üryan dәvә üstә sәvar
Zeynәbi-biçarәvü
qәmpәrvәri,
Nadә
Әliyyәn, Әliyәn, ya Әli!
Fatimә,
ol düxtәri-sibti-rәsul
Gәrçi
murad almayıban qaldı dul,
Qeyrәti-Qasim
necә eylәr qәbul,
Şamә
gedә, olmaya bir mәcәri,
Nadә
Әliyyәn, Әliyәn, ya Әli!
Qıl
nәzәr, ey padşәhi-mәşriqeyn,
Yekkә
qalıb Kәrbübәladә Hüseyn,
Hanı o
әl eylәdi fәthi-Hüneyn,
Götürdü
şirvar dәri-Xeybәri,
Nadә
Әliyyәn, Әliyәn, ya Әli!
Lütf
elә, ey novgüli-baği-Xәlil,
Asiyi-miskin
sәnә olmuş dәxil,
Qoyma ki,
mәhşәr günü olsun zәlil,
Rövzeyi-rizvanә
sәn ol rәhbәri,
Nadә
Әliyyәn, Әliyәn, ya Әli!