AĞAӘLİ
BӘY ӘFӘNDİZADӘ "NASEH"
Ağaәli
bәy Naseh tәvәllüd edibdir Şamaxıda
1273-cü ildә mәhәrrәm ayının onuncu
günündә--yövmi-aşura[1].
[1] 10
sentyabr 1856.
Tәhsili
Şamaxı mәktәblәrindә üsuli-qәdim
üzrә olubdur. Atasının ondan başqa
kömәkçisi olmadığı cәhәtinә,
mәktәbdә oxuyan zaman ticarәt işlәrilә
dәxi mәşğul olarmış. 16 sinnә
çatdıqda mәhz türk vә fars dillәrinin
tәhsilinә kifayәtlәnmәyib, rusca oxumağa
şövqü hәvәs göstәribdir vә lakin bu
vaxtlarda müşarileyhin atası hәmişә
sәfәrdә olmaq cәhәtilә ev vә bazar
işlәri dәxi ona mühәvvәl olubdur. Belә
ki, oxumağa vә elm tәhsil etmәyә
çәndan vaxtı olmayıbdır. Bununla belә rusca
oxumağı hәr şeydәn әlzәm bilib, onun
tәhsilinә canü dil ilә müdavimәt
etmişdir. Әlәlxüsus, o vaxtlarda rusca oxumaq xalq
arasında bidәt, bәlkә daha ziyadә bir
әmri-şәni kimi sayıldığı halda vә
valideyninin mümaniәti ilә bәrabәr bir az
vaxtın müddәtindә şәhәr
mәktәbinin üç klass dәrslәrini ikmal
etmişdir.
Naseh
cәnabları ziyadә xoşxülq, bavüqarü
tәmkin vә әzmindә sabit bir zat olduğu
üçün öz hәmşәhәrlәrinin
vә sair onu tanıyanların hörmәt vә
mәhәbbәtini kәsb etmişdir. Xüsusәn
Ağaәli bәyin haqqı bizim boynumuzda artıq
dәrәcәdәdir ki, Şamaxı şüәrasının
tәrcümeyi-hallarına dair bir çox mәlumat
bizә cәm edib göndәrmişdi. Bu barәdә ol
cәnaba sәmim-qәlbdәn razılıq izhar edib, cәnab
hәqqdәn ona xoşbәxtlik vә tuli-ömr
mәrhәmәt olunmasını tәmәnna edirik.
Naseh
Şirvan şairlәrindәn Bahari-mәrhumun xidmәtini
dәrk etmişdir vә Seyid, Zövi, Bixud vә Qafil kimi
ürәfa vә şüәra ilә әnisü
hәmcәlis olmuşdur.
Cәnab
Ağaәli bәy hal-hazırda Şamaxının
müslih divanxanasında (mirovoy sudda) sәrkatiblik
(sekretarlıq) mәnsәbindә qulluq edir. Әrәb
lisanından dәxi bibәhrә deyil.
Sәrf-nәhvü mәntiq vә qeyrilәrinә
lazım olan dәrәcәdә bәlәdiyyәti
vardır. Qulluqdan asudә vaxt tapanda әdәbiyyata dair
әsәrlәrin mütaliәsinә mәşğul
olur. Tәbi-şeriyyәsi olmağına görә, xeyli
mәrrub şer vә qәzәllәri vardır ki,
onlardan nümunә üçün bir neçәsi burada
yazılır.
Qәzәli-Naseh:
Görüm,
ey zülfi-girehgir, pәrişan olasan,
Mәn
tәk aşüftәlәnib bisәrü saman olasan!
Әridib
könlümü gözdәn tökәn, ey
çәşmi-ğәzal,
Müttәsil
dideyi-aşiq kimi giryan olasan!
Ey
lәbi-lәl, dodağım kimi qanın qaçsın,
Qanә
dönmüş cigәrim tәk dönәsәn qan
olasan!
Düşәsәn
atәşә, ey xal, olasan xakistәr,
Mәcmәri-sinәdә
bağrım kimi büryan olasan!
Ey
sәri-kuy, görüm zövqü sәfasız qalasan,
Gülşәni-nüzhәt
ikәn külbeyi-ehzan olasan!
Mәnzil
oldu mәnә duzәx, görüm, ey
gülşәni-hüsn,
Sәrsәri-hadiseyi-dәhr
ilә viran olasan!
Ey
qәdü qamәti-mövzun, әyilib
incәlәsәn,
Atәşi-eşqdә
cismim kimi suzan olasan!
Ey
dili-sadә, bu sövdadә sәnindir tәqsir,
Yanasan,
odlanasan, xak ilә yeksan olasan!
Naseha,
sәn dә fәğan eylәmә, canın
çıxsın,
Kim dedi
aşiq olub, hicrdә nalan olasan!
Әyzәn
qәzәli-Naseh:
Nә
meylim bağә, nә camü sәbuyә ehtiyacım
var,
Cәmalın
gülşәnindәn rәngü buyә ehtiyacım
var.
Hәvayi-zülf
ilә dil mürği tәrki-aşiyan etmiş,
Sәbadәn
sormaq ilә cüstücuyә ehtiyacım var.
Hәdisi-lәblәrin
tәvizi-can etmәk dilәr könlüm,
O
zülfi-pürxәmindәn tari-muyә ehtiyacım var.
Nigarım
bivәfa oldu, fәnadәn qeyri yox çarәm,
Әlaci-dәrd
üçün ol tündxuyә ehtiyacım var.
Şәhidi-navәki-müjkanın
olmaqçun kәfәnlәndim,
Könül
qanilә tәğsilü vüzuyә ehtiyacım var.
Rәhi-eşqindә
pamal olmadım, bietibar oldum,
Qubari-mәqdәmindәn
abruyә ehtiyacım var.
Mәni
mәn etmә, Naseh, gәr qılam dilbәr
tamaşasın,
Nedim, hal
әhliyәm, ruyi-nikuyә ehtiyacım var.
Әyzәn
qәzәli-Naseh:
Varımdı
sinәdә dәrdü qәmi-nihan, ölürәm,
Bu sirri
eylәmәdim kimsәyә bәyan, ölürәm.
Bacardığımca
qәmi-eşqi gizlәdim, axır
Kәsildi
taqәtü sәbrü qәrari-can, ölürәm.
Sәfayi-vәsldir
alәmdә gәrçi mәqsudim
Bәlayi-hicrin
ilә bağrım oldu qan, ölürәm.
Açılmamış
gül idim gülşәni-nәzakәtdә,
Bahari-ömrümü
eşq eylәdi xәzan ölürәm.
Başım
bәnәfşә kimi qәm dizindә çox
qaldı,
Vüsalın
olmadı üstümdә sayәban, ölürәm.
Şikayәt
eylәmәdim möhnәti-fәraqından,
Zәlilü
xarü dilәfkarü bizәban ölürәm.
Ümid
idim çәkәrәm dәrdi-eşqi Naseh tәk,
Qırıldı
rişteyi-ümmid nagәhan, ölürәm.
Mürәbbe:
Gözüm
qurbani, ah etmә, qәmi-hicranә sәbr eylә!
Әgәr
könlün dönә hicran әlindәn qanә,
sәbr eylә!
Qәmi-eşq
eylәyibdir çoxları divanә, sәbr eylә!
Mәhәbbәt
әhlisәn, yan atәşi-suzanә, sәbr eylә!
Qәrar
et, gözlәrin yadi-vüsal ilә pürab etmә!
Mükәddәr
xatirinlә ağlama, qәlbim kәbab etmә!
Yetәrsәn
aqibәt mәqsudә, bunca iztirab etmә!
Olar
kamınca axır gәrdişi-dövranә sәbr
eylә!
Mәhәbbәt
alәmindә aşiqә daim vüsal olmaz,
Bu yolda
aşiqi-biçarә hәrgiz bimәlal olmaz,
Fәraqә
düşmәyincә vәsli-dildarә mәcal olmaz,
Sitәmlәr
çәkmәyә mötad olub mәrdanә sәbr
eylә!
Gözüm,
әhli-vәfalar yarın hicranından incinmәz,
Әgәr
min niş vursa, nuki-müjganından incinmәz,
Qәmi-firqәtlә
canın versә, cananından incinmәz,
Bәlayi-eşqi
çәk, bu dәrdi-bidәrmanә sәbr eylә!
Dağıtma
arizi-nәsrininә zülfi-mütәrrani!
Dürәfşan
eylәmә, ağlatma bunca
çәşmi-şәhlani!
O
şәhla çәşminә olsun fәda min
nәrgisi-cani!
Gәlir,
әlbәttә, bir gün dәrdü qәm
payanә, sәbr eylә!
Mәhәbbәt
әhli, Naseh, tәneyi-әğyardәn qaçmaz,
Cәfalәr
gәlsә güldәn bülbülә,
gülzardәn qaçmaz,
Yanar
hicran ilә, pәrvanәlәr tәk, nardәn
qaçmaz,
Vәfa
göstәr, nisar et canını cananә, sәbr
eylә!
Naseh cәnablarının
burada yazılan qәzәllәrindәn başqa hәr
qisim kәlamları vardır. Bir müxәmmәsindә
Naseh dünyanın işlәri öz qaydasınca getmәdiyindәn
söz açıb, haqqın yerini nahaq tutmağından,
әdalәt vә mürüvvәt әvәzinә
zülm vә şәrarәtin, sәdaqәt vә
dәyanәt yerinә hәsәd vә
büğzün, mәhәbbәt vә ülfәt
yerinә әdavәt, föhş vә qiybәtin
işlәnmәsini nәzmә çәkib deyir:
Basıb
alәmlәri bidadü әdalәt yoxdur,
Qövllәr
kizb, әmәl lәğv, sәdaqәt yoxdur,
Hәsәdü
büğzdәn özgә dәxi adәt yoxdur,
Hiç
bir kәsdә vәfa, sidqü dәyanәt yoxdur,
Nasәza
föhşü iza, qeybәtü böhtan
görürәm.
Şәri-nәbinin
mәnsux olmasından vә ülәma zümrәsinin
hörmәtdәn düşmәsindәn bәhs edib
deyir:
MÜXӘMMӘS
Oldu
mәnsux әcәb şәri-nәbi, fiqhi-üsul,
Ülәma
zümrәsinә mәnzil olub künci-xәmul,
Olub
avarә hәr işdәn, oturub zarü mәlul,
Bunların
yoxdu bahasına verәn bir qara pul,
Çәkilib
hәr biri bir guşәyә pünhan görürәm.
Rәvişi-әqlü
hünәr dәhrdә mәfqud olmuş,
Zöhdü
tәqvavü әmәl mәslәki-nabud olmuş,
Sәdә
nәhs ad qoyub, nәhsdә mәsud olmuş,
Dindәn
söz danışan kimsәnә mәrdud olmuş,
Әhli-dinin
işini bisәrü saman görürәm.
Nücәbanın
vә әrbabi-kәmalü mәrifәtin dәxi
hörmәtdәn düşmәsindәn
danışıb deyir:
MÜXӘMMӘS
Çәkilib
hәr biri bir guşәyә әrbabi-әdәb,
Matü
heyran dayanıb, qönçә kimi açmaz lәb,
İtib
ortadә nәcabәt, yox olub әslü nәsәb,
Kim ki, bir
şapka geyib, gördü dә üç gün
mәktәb,
İddiasında
onu saniyi-Loğman görürәm.
Tәzәyetmә
şairlәrin haqqında deyibdir:
MÜXӘMMӘS
Tәzә
şairlәr ilә oldu cahan malamal,
Sözlәri
hәrzәvü hәdyan, danışırlar naqqal,
Şair
olmaq dilәsәn bir neçә gün get qazet al,
Ağzına
hәr nә gәlirsә yazılan qazetә sal,
Qazet
övraqların hәrzәvü hәdyan
görürәm.
Ağaәli
bәy cәnablarının sәlimün-nәfs vә
dini-islamda sabitqәdәm bir vücud olması
aşağıda yazılan münacatından görünür:
Xudavәnda,
yazarkәn nәzmü nәsrü dәftәri-inşa,
Zәbanü
fikrü tәbü nitqim öz hәmdinlә qıl guya.
Dәhan
içrә zәbani, dildә tәbi, başda övhami,
Hürufi-lәfzü
mәnani edibdir qüdrәtin peyda.
Zәban
gәr hәmd söylәrsә, olur Mәhmuddәn
tövfiq,
Kәlamı
tәb tövlid etsә tәbin xaliqi mövla.
Әgәr
olmazsa feyzin rәhnüma, daniş cәhalәtdir,
Vücudi-elmü
fәhmü әql vermәz mәnfәәt әsla,
İnayәtlәr
edib qıldın әdәmdәn zatımı icad,
Gәtirdin
alәmi-nasutә batәşrif
"kәrrәmna".
Tәcәlla
etdi nurin mәtlәi-qeybi-hüviyyәtdәn,
Bu nurin
mәzhәri olmaqla etdin cismimi әhya.
Cәhalәtdәn
çıxıb kәsbi-kәmal etmәkdә
imdadım,
İlahi,
sәndәn oldu, eylәdin sәn vaqifi-mәna.
Bәşәr
növündәn etdin, әhli-islam oldu әcdadım,
Lisanü
qәlbimә nuri-hidayәt eylәdin ilqa.
Edib
tәftiş әdyanı, götürdüm dini-islamı,
Qәbuli-hökmi-Quran
ilә tapdım nemәti-üzma.
Şüur
ilә müsәlmanәm, nә tәqlidәn
әbü ümmә,
Dәlili-әqlü
nәql ilә tutub qәlbimdә iman ca.
Könüldә
şәkkü şübhәm yox, yәqinәn
әhli-tövhidәm,
Hәmişә
söylәrәm sidq ilә "amәnna"vü
"sәddәqna".
Übudiyyәtdә,
qәffara, әgәrçi çox qüsurum var,
Vәli
göz yaşım ilә eylәrәm qüfranın
istida.
Kәrima,
rusiyahәm, acizәm, asi, günәhkarәm,
Mәni
rәdd etmә dәrgahindәn, eylә
mәğfirәt әta.
Mәnә
qәlbi-sәlim әnam edib taәtdә sai qıl,
Sirati-müstәqim
üzrә edim ehkami-din icra.
Kәlami-lәğvdәn
hifz et zәbanü tәbimi, ya rәb,
Mәni
әtbai-ğavun etmә, çәşmi-qәlbimi
әma.
Bu,
rövşәndir ki, tәbi-şair, әlbәttә,
fәsad eylәr,
Mәni
bu zümrәdәn öz lütfün ilә eylә
istisna.
Muradım
çün nәsihәtdir, kәlamım dilpәzir
eylә,
Süluki-şerdә
Nasehliyimdir mәqsәdi-әqsa.