AŞIQ ӘLİ  KӘLİBӘRİ QARACADAĞLI

  

 

 

 

Aşıq Әlinin bir neçә kәlamından--ki, Mirzә Yusif Qarabağinin tәrtib etdiyi mәcmuәdә dәrc olunmuşdur,--belә mәlum olur ki, onun çәndan elm vә savadı yox imiş vә ona şair deyilmәyib aşıq deyilmәyi bu qövlümüzә şahiddir. Aşıq Әli Molla Pәnah Vaqifin müasiri olduğu Vaqifin mәdhindә yazdığı kәlamdan anlaşıldı.

 

Mürәbbeatlarının bәzindә lәtafәt var isә dә, qüsur vә rәkakәtindәn xali deyil. Mәsәlәn, mürәbbeatından birisini bu sayaq başlayır:

 

Nә saәtdә gәldim dünya evinә,

Şum sitarә, bәxti bağlı olmuşam.

Taleim bәd, günüm qara, cәfakeş,

Hicran evli, dәrd otaqlı olmuşam.

  

Burada "şum sitarә", "bәxti bağlı", "hicran evli", "dәrd otaqlı" kimi qafiyәlәrin nә vәznindә vә nә üslubunda bir yaraşıqlıq vә sazişlik var vә nә dә sözlәrin mәnasında bir lәtafәt vә zәrafәt....

 

Bunlar әslәn şair sözlәrinә bәnzәmir, bәlkә Qurdoğlu sözlәrinә oxşayır. Bu kәlamın az-çox yenә axırkı bәndi xoşayәnddir:

 

Әliyәm, çox çәkdim dәrdü bәladәn,

Qәm әl götürmәdi mәn mübtәlәdәn,

Alәmi-әrvahdә qalü bәladәn

Xun cigәrli Qaradağlı olmuşam.

 

Aşıq Әlinin qәzәllәrindәn әn mәrğubu aşağıda yazılan qәzәli-müstәzaddır:

 

Ey sәrvi-sәhi, sәn gәlәli seyr ilә bağә,

Baş çәkmәdi әr-әr,

Çox alinәsәblәr özünü saldı ayağә,

Qul oldu sәnubәr.

Bir xalın üçün zülfünә çoxlar dolaşıbdır,

Ancaq mәni bilmә.

Bir danә üçün çox quş özün saldı duzağә,

Dam oldu müsәxxәr.

Sünbül özünü zülfünә bәnzәtdi, nigarım,

Gördü ki, xәtadır.

Dağlarda tapar yüzü qarabaşı aşağә,

Qayğılı, mükәddәr.

Sәn tәk pәrinin mәnzili viranә gәrәkdir

Ya çeşmәlәr üstü,

Könlüm kimi viranә, gözüm kimi bulağә

Gәl, ey pәripeykәr!

Dünyada әgәr Әli özü ağlıya getsә,

Zülfün hәvәsindәn,

Rәhmәt yağışı torpağının üstünә yağә,

Qәbri ola әnvәr.

 

Bundan әlavә Molla Pәnah Vaqifin mәdhindә yazdığı qafiyәlәrdir ki, bu sayaq başlanır:

 

Bu gövhәr sözlәrin, ey alicәnab,

Tamam aşiqlәrin sәminә gәlmiş.... i.a.

 

Molla Pәnah Vaqifin tәrcümeyi-halına müraciәt etmәli.