ӘLİŞİR NӘVAİ ӘMİR NİZAMӘDDİN

 

 

 

 

Әlişir Nәvai hicrәtin doqquzuncu әsrinin axırlarında yetişәn cığatay (türk) vә әcәm şüәrasının әn mәşhurlarındandır. Bu şair әslәn cığatay türklәrindәn isә dә, Azәrbaycan şüәrası arasında artıq hörmәt vә şöhrәt kәsb etmişdir vә onlara Nәvainin tәsiri artıq dәrәcәdә olubdur. Buna da ümdә sәbәb onun tәbi-lәtifindәn törәyәn asari-nәfisә vә әşari-mәmduhәsi olubdur ki, çox şirin vә dadlı dil ilә rişteyi nәzmә çәkilmişdir. Әmir Әlişir fars lisanını dәxi әkmәl vәchdә bilirmiş vә fars dilindә onun ziyadә mövzun vә xoşmәzmun kәlamları vardır. Türk vә fars dillәrinә dara olduğu üçün "Züllisaneyn" lәqәbi ilә mülәqtәb olmuşdur.

 

Nәvainin atası sülaleyi-teymuriyyәdәn Sultan Әbu-sәidin vәziri olub oğlunun tәlim vә tәrbiyәsinә artıq sәy vә diqqәt yetirmişdir. Әmir Әlişir özü uşaqlıqda Sultan Hüseyn Bayqara ilә mәktәb yoldaşı olub, әyyami-tüfuliyyәtdә alinәsәb yoldaşından kәsbi-kәmal vә әxzi-әdәb etmişdir. Sultan Hüseyn Bayqara Teymurlәng övladından olub, 875-ci tarixdә Xorasan padşahı olmaqla Heratda tәxti-sәltәnәtdә әylәşmişdir. Әlişir әvvәlcә bir müddәt Xorasanda vә bәd Sәmәrqәnddә tәhsili-ülum vә fünunә mәşğul olub, hüsnxәtt, rәsm, musiqi vә nәqqaşlıq sәnәtlәrindә böyük mәharәt kәsb etmişdir. Amma bu fәnlәrin cümlәsindәn artıq onun meyl vә şövqü şer demәyә vә qәzәl yazmağa idi. Cavanlıq mövsümünün vә şәbablıq әyyamının müqtәzasında dimaği-lәtifi hәvayi-hüsni-xәttü xal ilә, könlü badeyi-eşq ilә dolmuş ikәn öz hisslәrini gözәl şerlәr vasitәsilә bәyan edәrdi. Necә ki, Әlişir özü әyyami-şәbabda hali-dilini bu qәrar üzrә tәhrir qılmışdır: "Bu pәrişan әczanın vәrәqnigarı vә bu aşüftә övraqın qissәgüzarı, möhnәt peymanәsinin cürәçeşi vә mәlamәt xümxanәsinin sәbukeşi, şeydalıq mәhәllәsinin rüsvası vә rüsvalıq küçәsinin şeydası:

 

Beyt

 

Vәfa bustanın dastansәrayi

Mәlәmәt bülbüli, yәni Nәvai

 

Qüfranüllah zünubühu andaq әrz qılır kim, şol caq kim, Xorasan tәxti gurganlıq dәvacı belә zinәtәfzay vә gurgan fәrqi cәhanbanlıq tacı bilә fәlәkfәrsay irdi, ömrüm şәbistanı şәbab şamları nuridin münәvvәr vә hәyatım gülüstanı yigitlik güllәri әtridin müәttәr irdi. Sinn müqtәzasidin tәbiәtğә hәva qalib, hәva qәlәbәsidin tәbiәt lәhvğә talib irdi. Köngülakim çakidin köksümdaki әski tuganlar bir-bir әyan vә kugragimdaki kisgan yanqi әlflaridin köngülagim xәt-xәt qan. Mudam mey rәğbәti köngülga mәhbub vә hәmişә mәhbub ülfәti xatirimğә mәrğub. Canım eşq badәsidin mәst vә köngülüm badeyi-eşqdin meypәrәst irdi:

 

Bulmasa alәmdә gülrux, saqi, әhvalım xәrab,

Yox isә saqidә gülgun cami-mey, bağrım kәbab.

 

Az vәqtdә badә seylidin huşü әqlim evi yıkıldı vә eşq bәrqi sәlahü afiyәtim xәrmәnin kül qıldı".

  

Vәqta ki, Sultan Hüseyn Bayqara--Nәvainin mәktәb yoldaşı Heratda tәxti-sәltәnәtdә әylәşdi, Әlişirin sorağına düşüb vә hәr yerdә onu axtarıb Sәmәrqәnddә sorağını aldı. [Әlişir] sultanın dәvәtini qәbul edib, Sәmәrqәnddәn Herata gәldi. Şәhәrә daxil olan zamanı Sultan Hüseyn tәrәfindәn artıq cәlal vә tәntәnә ilә istiqbal olunub, onun lütfü ehsanına nail olmuşdur. Sultan әvvәlcә Әlişiri möhürdarlıq xidmәtinә tәyin edib, sonradan özünә vәziri-әzәm etmişdir. Bilmәk gәrәkdir ki, Sultan Hüseyn xan alim vә adil, rәiyyәtpәrvәr, ülәma, ürәfa sinfini dost tutan, xoşәhval vә hәmidәxisal bir padşah idi. Bu zati-şәrifin tәbi-şeriyyәsi dәxi var imiş. Amma bundan maәda ziyadә dәqiq, nazikanlayan vә fünuni-şer vә әdәbiyyatda qabil vә mahir bir vücud imiş. Belә ki, fünuni-şerdә sultanın bir dәrәcәdә ittilaatı var imiş ki, Nәvai kimi müqtәdir şairin әsәrlәrindә müşahidә olunan qüsuru tәshih qılarmış, necә ki, bu qövlә şair özü şәhadәt verib deyir: "Vәqta ki, mәcalisdә bәzi әbyatım mәzkur vә mәhafildә bәzi qәzәliyyatım mәstur bolur irdi, gahi ibarәtim qüsurdin, tәğyir bermak birlә nöqsandin müәrra qılur irdi. Bәzi beytimdin bir az namünasib lәfzni çıxarıb bir dәstә şibh içrә bir dürri-şahvar tartqandik bir az lәfz gitürür irdi vә bәzi qәzәlimdin bir az nәhәncar beytğә xәtt urub pozuq bir dәşt içrә bir qәsri-zәrringar yasağandik bir az beytğә dәxl büruz irdi. Bu aşüftә әbyatımda ol xәtt vә bu pәrişan qәzәliyyatımda ol beyt:

 

Xara arasında irdi gövhәr yanlıq,

Ya güllәr içindә irdi әxkәr yanlıq,

Yaxud tikәn içrә güli-әhmәr yanlıq,

Bәlkәm tәn ara ruhi-müsәvvәr yanlıq.

 

Çün bu beytlәr eyvanı ola, islahlar nәqşü nigaridin rәşki-nigarxanöyi-Çin vә bu qәzәllәr bustanı ol ehtimamlar bәharidin qeyrәti-xüldi-bәrin bola, başladı sahibnәzәrlәr göziga mәhbubraq vә әhli-dillәr könliga mәrğubraq bolub hörmәti qayәtdin ötdü vә şöhrәti nәhayәtdin keçdi".

 

Әlişir öhdәsinә götürdüyü ümuri-vәzarәti lәyaqәtincә icra edib, asudә vaxtlarını gah mütaliә ilә vә gah tәlimi-kitab vә tәnzimi-әşar ilә keçirirdi. Hәmә vәqt dairәsi mәcmәi-ülәma vә füzәla idi. Әdib vә şairlәrә vә cümlә әrbabi-elm vә sәnәtә әnam vә ehsan qapısı açıq idi. Bu halla maarif vә sәnayenin tәrәqqisinә çox xidmәtlәr etmişdir. Bu zati-alihimmәt bir müddәtdәn sonra mәnsәbi-vәzarәtdәn әl çәkib vә mәmuriyyәti-siyasiyyәdәn istefa edib, Heratda guşәnişinlik ixtiyar etmişdir. Bu hal üzrә bir neçә vaxt ömür edib, tarixi-hicriyyәnin 906-cı ilindә haman şәhәrdә vәfat etmişdir.

 

Әlişir Nәvai yalqız şair olmayıb, danişmәnd vә hәkimi-nadir bir vücud imiş. Ondan әvvәl cığatay türklәrinin şivәsindә kimsә o lәtafәt vә mәtanәtdә

әşar yazmadığı kimi, ondan sonra dәxi bu dildә elә lәtif, abdar vә xoşgüvar şer vә qәzәllәr yazılmamışdır. Filcümlә, asari-nәfisәlәri xeyli qiymәtdardır.

 

Әlişirin xeyir yadigarlığı vә ehsanatı dәxi çox olubdur; neçә-neçә mәdrәsәlәr vә әbniyeyi-xeyriyyә binasına müvәffәq olmuşdur. Böyük vә mükәmmәl bir kütübxanası var imiş ki, elm vә mәrifәtә şövqü hәvәsi olanlara hәmişә onun qapısını açıq tutarmış. Әlişir Nәvainin türk dilindә olan bәrgüzidә әsәrlәri bunlardır: "Mәcalisün-nәfayis", "Mühakimәtul-lüğәteyn", "Heyrәti-ibraz", "Mәhbubül-qülub", "Fәrhad vә Şirin", "Leyli vә Mәcnun," "Sәddi-İskәndәr", "Sәbeyi-sәyyarә", "Siracül-müslimin", "Lisanüt-teyr", "Halati-pәhlivani-Әbusәid", "Әruzi-türki", "Tәvarix vә qafiyә", "Müfrәdat dәr fәnni-müәmma", "Münşәati-türki", "Qisseyi-Şeyx Sәnan", "Xәmsәtül-mütәhәyyirin" vә qeyri. Bundan әlavә "Nәzmül-cәvahir" adlı bir kitab fars dilindә tәhrir etmişdir.

 

Әlişirin tәxәllüsü türkcә "Nәvai" vә farsca "Fani" olubdur. Mәrhumun әşarından nümunә olaraq izzәti-nәfs vә qәnaәtkarlıq barәsindә yazdığı beytdir:

 

Hәqdin әzizliq tilasin eldin üz tәmә

Kim, xәlqnin әzizi demiş: "İzzә min qәnәә".

 

Yәni ey Nәvai, әgәr hәqqdәn әzizlik tәmәnna edәrsәn, xalqdan tәmәini kәsgilәn. Necә kim, xalqın әzizi fәxri-kainat hәzrәtlәri hәdisi-şәrifindә buyurubdur: "İzәә min qәnәә, zillә min tәmәә"--yәni qәnaәtkar әziz vә tamahkar zәlildir.

  

Nәvainin musiqi elmindә artıq mәharәti olub. O fәnnә eşq vә zövqü nә rütbәdә olduğu bu beytindәn anlaşılır:

 

Kamança tari-zülfün vәsfini min til ilә söylәr,

Deyil qövlü zәif anın әgәrçi qil ilә söylәr.

 

Әlişir üç-dörd yüz il bundan әqdәm söylәdiyi bu aşağıdakı beytin mәzmunu әsrimizdә rәvac tapmış әdl vә müsafat әfkari-hürriyyәtkaranәsinә xeyli münasibdir:

 

Deyr içrә yox sifal ilә altun qәdәhdә fәrq,

Şahu gәdan bir oldu, әcәb karxanәdir.

 

Bu alәmdә cahü cәlal puç vә fani olub, ancaq yaxşılıq bati qalacağından bәhs etdikdә deyir:

 

İrür çün alәm içrә cah fani, yaxşı ad baqi,

Sin el kamin rәva eylә özüni kamran görkәc.

  

Yәni sәn kamran vә sahibi-iqtidar olduğun halda "el kamın", fәqirlәr ehtiyacın, üftadәlәr tәmәnnasın rәva elә vә bu yoxsullara himayәt qıl, çünki dünyada cümlә cah vә cәlal fani olub, yaxşı ad baqi qalacaqdır.

 

Nәvai ondan fünuni-şerdә vә xüsusәn qәzәlguluqda şüәradan hansının artıq ustad vә mahir olduğunu sual edәnlәrә bu әbyat ilә cavab vermişdi:

 

Qәzәldә üç kişi tövridir ol növ--  

Ki, ondan yaxşı yox nәzm ehtimali.

Biri möcüzbәyanlıq "Sahiri-hind"--  

Ki, eşq әhlini urtar suzi-hali.

Biri qüdsi әsәrliq "Arifi-cam"-- 

Ki, cami-Cәm dürәr sınğan sifali.

Biri İsa nәfәsliq "Rindi-Şiraz",

Fәna dәhriğә mәstü laübali.

Nәvai nәzmğә baxsan yәmasdır,

Bu üçnün haldin bir beyti xali.

Sanasin güzgüdür ki, әks salmış

Ona üç şuxü mәhvәşnin cәmali.

 

Yәni qәzәldә üç kişi elә mahirdirlәr ki, onlardan yaxşı daha nәzm-şer yazmaq ehtimal etmәk olmaz. Onlardan biri "Sahiri-hindi", yәni Nasir Xosrov Dәhlәvidir,  o birisi "Arifi-cam", yәni Molla Әbdürrәhman Camidir vә üçüncüsü "Rindi-Şiraz", yәni Xacә-Hafiz Şirazidir. Amma Nәvanini öz nәzminә baxsaq, bu üç şairnn halından Nәvainin bir beyti xali deyildir. Belә ki, Nәvainin beytlәri sanki bir güzgüdür vә ona bu üç şux mәhvәşin camalının әksi düşmüşdür. Burada Nәvai demәk istәyir ki, onun әşarına diqqәt olunsa, üç şairi züliqtidarın ruhlarını onun kәlamının içindә görmәk olur.

 

Nәvai özgә bir mәhәldә bu möhtәrәm kәlam ustadlarının ismi-şәriflәrini lisani-bәlağәtşüarı ilә belә yad edir: "Әmma әşar tәdvin qılğanlardin bәzi kim, bәqa mülkidә fanidurlar vә bәzi kim, hala fәna deyridә baqidurlar, әvvәlqi zümrәdin bavücud dәrd pişәsinin qәzәnfәri vә eşq atәşgahının sәmәndәri, mәdәni-cavahiri-mәnәvi Әmir Xosrov Dәhlәvi vә fәna meyxanәsinin rindi-xirqәçaki vә bәla peymanәsinin mәsti-bibaki vә eşqü mәhәbbәt әsrari әminlәrinin hәmrazi Xacә Hafizi-Şirazi vә sonku firqә din şәbistanının şәmi-әnvәri vә üns gülüstanının әndәlibi-süxәnvәri vә bәlağәt şәkkәristanının tutiyi-şirin-kәlami cәnabi-mәxdumi Mövlana Әbdürrәhman Cami mәddәllah tәala zülali-irşadә ila müfariqul-talibin divanları aradә bolğay...."

 

Nәvainin bu tәhriratından mәlum olur ki, Mövlana Әbdürrәhman Cami әleyhirrәhmә onun müasiri olubdur.

 

"Qamusül-әlam" sahibi Sami bәyin yazmağına görә, mәrhum Әlişir Nәvaninin әsәrlәrindәn "Mühakimәtül-lüğәteyn" fars ilә türk lisanı arasında әdibanә vә adilanә bir mühakimәdәn ibarәt әsәrdir ki, bunda türk lisanının fars lisanından daha da zәngin vә daha da mükәmmәl olduğu isbat olunur. Belә olan surәtdә, әlbәttә, mәrhumun bu әsәri biz türklәr üçün әn lazımlı vә qiymәtli bir kitabdır. Amma heyfa ki, nüsxәsi nadir olduğundan çәtinlik ilә әlә gәlir. Әlişir Nәvainin, necә ki, yuxarıda zikr olundu, bizim Azәrbaycan şüәralarına artıq dәrәcәdә tәsiri olubdur vә hәtta onlardan bәzi Nәvainin әşarü kәlamına vә lisani-möcüzbәyanına o qәdәr meyl vә rәğbәt göstәriblәr ki, özlәri dә cığatay türklәrinin lisanında şer vә qәzәl demәyә vә Nәvaiyә nәzirә yazmağa mötad olublar. Onlardan mәşhuru Qarabağda Abdulla bәy Asi, Hәsәn Qara Hadi vә Mirzә Әliәәr Novrәs, Şamaxıda mәrhum Hacı Seyid Әzim, Qazaxda Kazım ağa Salik, Dәrbәnddә Mirzә Cәbrayıl Süpehri vә qeyrilәridir. Mәrhum Abdulla bәy Asinin cığatay dilindә elә dilpәzir qәzәllәri vardır ki, Nәvainin öz kәlamına bәnzәyir; ancaq bu dilin әrbabı onlara tәrhic verә bilir. Onun cığatay lisanında Şirvan şüәrasına yazdığı tәrcibәnd ki, öz mәqamında dәrc olunacaqdır, hәr bir әhli-zövq vә mәrifәti valeh edә bilir.

 

Nәvainin türk lisanında mütәәddid asari-lәtiflәri ilә dürst bәlәd olanlar yәqin edәrlәr ki, türk dili o qәdәr fәqir vә rәkik deyil, necә ki, bizim nәzәrimizә gәlir. Dilimizin kökünü vә әslini bu mәnbәdәn axtarıb tapmaq vә istemaldan düşәn әlfaz vә ibarәlәrә dübarә dirilik vә rövnәq vermәk möhtәrәm әdiblәrimizin baş vәzifәlәrindәn birisidir. Әlan bu yolda İstambulda nәşr olunan "Türk yurdu"nun mühәrrirlәri, xüsusәn Mәhәmmәd Emin bәy artıq şövq vә hәvәslә işlәmәkdәdirlәr. Nümunә üçün burada Nәvainin bu qәzәlini yazmağa iktifa edirik:

 

Könüllәr nalәsi zülfün kәmәndin nagәhan görgac

İrür andaq ki, quşlar qıçqırışğaylar yılan görgac.

 

Könül çakin gözümdә әşki-rәngin elgә faş etti,

Balıq zәxmini fәhm eylәrlәr el dәryadә qan görgac....

 

Boyalğan qan ara can pәrdәsi yetgac qәmi-hicrin

Könül bağida bәrgidür ki, al olmuş xәzan görgac....

 

İrür çün alәm içrә cah fani, yaxşı ad baqi,

Bәs, el kamın rәva eylә özünü kamran görgac....

 

Nәvai, xürdә nәzminni andaq eylәdin tәhrir

Ki, sacğay xürdә başın üzrә şahi-xürdәdan görgac.

 

Burada Azәrbaycan şüәrasının pişvaları vә ustadları mәqamında olan Füzuli Bağdadidәn, Yusif Nabi vә Әlişir Nәvaidәn mümkün olduğu qәdәrdә mәlumat verdikdәn sonra özümüzә borc hesab edirik ki, milli şairlәrimizә şüru etmәzdәn müqәddәm vәtәni-mәlufumuzun sabiqdә mühüm mәkәzlәri sayılan Gәncә, Şirvan, Şamaxı vilayәtlәrinin tarixinә mәxsus vә o yerlәrdә vücuda gәlib nәvşü nüma tapan әazimi-şüәradan ustadi-şüәra Әbülülanın, Şeyx Nizaminin, hәkim Xaqaninin  vә qeyrilәrin ismi-şәrәflәrini zikr edib, hәr birinin tәrcümeyi-hallarına vә әsәrlәrinә dair icmalәn mәlumat verәk.