HACI SEYİD ӘZİM ŞİRVANİ

 

 

 

 

Hacı Seyid Әzim Şirvani nәinki yalqız Şirvan vilayәtinin, bәlkә tamami Azәrbaycan türklәrinin әazim şüәrasından biri olub. Onun namü şöhrәti vә şәnü rütbәsi hal-hazırda әbnayi-vәtәnimiz mabeynindә kamalınca iştihar olmayıbsa da, gәlәcәkdә olmasına şübhә yoxdur. Hacı Seyid Әzim Şirvaninin vә Qasım bәy Zakir Qarabağinin bu hala kimi nә tәrcümeyi-halları vә nә әşarü asarı kәmalınca öyrәnilmәyibdir vә bu qәflәt vә kәmetinalıq bizim hala cәhalәt vә kәsalәt içrә yaşayıb qalmağımıza böyük dәlildir[1].

   

[1] İndiyә kimi Qasım bәy Zakirin әsәrlәrindәn Adolf Berjenin Leypsiqdә tәb olunmuş mәcmuәsinә daxil olan nәviştәcat vә bәzi qәzәliyyatdan başqa birisi dә çap olunmayıbdır. Hacı Seyid Әzimin әsәrlәrindәn bir parası çap olunubsa da, bir çoxu dәxi tәb vә nәşr olunmayıbdır. Çap olunanları dәxi xeyli biqayda vә bisәliqә tәrtib olunubdur. Lüzumiyyәti olmayan, tәqazayi-zәmanәyә müvafiq gәlmәyәn әsәrlәr mәcmuәyә daxil olduqda, ziyadә әhәmiyyәtli vә lazimәlilәri unudulub kitaba salınmayıbdır. Nәstәliq xәtti ilә Kamal әfәndi Ünsizadәnin mәtbәәsindә çap olunan kitabda hәddәn ziyadә sәhv vә qәlәtlәr vardır vә kitabın kağızı qalın vә cod vә bәzi yerlәri bir sayaq qarışıq vә dolaşıq xәtt ilә çapdan çıxıbdır ki, düz oxumaq savad әhlinә dәxi müyәssәr deyil.

 

Budur bizim әvvәlinci şairimizin, milli әdibimizin vә mayeyi-fәxrimiz olan Seyidin әsәrlәrinә vә yadigarlarına olan hörmәt vә ehtiram!...

 

Әgәr Hacı Seyid Әzim kimi şair, Avropa әhlini kәnarda qoyaq, bizim qonşularımız ermәni vә Gürcüstanın içindә vücuda gәlmiş olsaydı, onların әsәrlәri kәrrat ilә çapdan çıxıb millәtlәri arasında bir dәrәcәdә intişar tapmışdı ki, uşaqdan böyüyә kimi cümlәsi onları oxuyub әksәrini әzbәrdәn bilәrdilәr.

 

1907-ci sәnәdә sentyabrın 30-da gürcülәrin şairi vә әdibi İlya Çavçavadzenin tәşyii-cәnazәsindә olub, gürcülәrin öz әdiblәrinә göstәrdiklәri ehtiramı gördük. Bu qisim ehtiramı, bu sayaq tәziyәdarlığı, belә ittihadü ittifaqı bir kәsin haqqında görmәmişdik. Cәmi Gürcüstan, demәk olardı ki, bir nәfsi-vahid kimi böyük bir hüznü qәmә, böyük bir yasa düçar olub öz şairlәrinin cәsәdi ilә belә ruhani zindәganlıqlarının mayasını hazırlaşırdılar qara torpaq altında dәfn etsinlәr. Gürcüstanın hәr yerindәn -- uzaq dağlarından, qalın meşәlәrindәn vә dәrin dәrәlәrindәn deputatlar Tiflisә cәm olub hәr biri bir növ ilә izhari-tәәssüf edib zarü tәzәrrö edirdilәr.

 

Әkinçidәn tutmuş әrbabi-qәlәmә kimi, rәiyyәtdәn knyazlaracan, fәqir-füqәralardan sәrvәt, dövlәt әhlinәdәk, hәr qisim sәnәtkar vә әsnaflardan, şagirdlәrdәn, müәllimlәrdәn, ruhanilәrdәn vә qara camaatdan, müәllimә vә mütәәllimәlәrdәn, hәr bir firqә vә partiyalardan, sahib-mәnsәblәrdәn vә mütәәddid dәftәrxana çinovniklәrindәn iki yüzdәn ziyadә venoklar mühәyya olunub, hәr firqә öz venokunu mәhzun vә qәmgin bir halda tәşyii-cәnazәdә aparmaqda idilәr.

 

Gürcü qәzetә vә jurnalları sәrapa hüznavәr vә әnduhsirişt mәqalәlәrlә dolmuşdu. Hәr yazıçı bir dil ilә, hәr şair bir növhә ilә yetmiş sinnindә mәqtul olunmuş әdiblәrini oxşayırdı.

 

Amma bizim şairlәrә gәldikdә, onların әn mötәbәrlәrindәn bir әsәr vә bir nişanә qalmayıbdır. On sәnә tamamına az qalıbdır ki, mәn fәqir bizim şairlәrin tәrcümeyi-hallarına dair әhval yığmağa çalışıramsa da, yenә kifayәtincә mәlumat cәmlәşdirmәk bizә müyәssәr olmadı.

--------------------

 

Hacı Seyid Әzimin, Asinin vә mәrhum Mirzә Fәtәlinin vәfatlarına gәldikdә, bunların haqqında izhar olunan bietinalıq vә biәdәbliyi dilә gәtirmәsәk yaxşıdır. Ancaq mayeyi-tәsәllimiz bu ola bilәr ki, bizim әdiblәrin qәdrü qiymәti öz vaxtlarında bilinmәyibsә dә vә bu halda dәxi bilinmәyirsә dә, şayәd gәlәcәkdә qәflәt yuxusundan ayılmış millәtimizin zirәk vә qәdirşünas balaları onların namü şöhrәtlәrini uca mәqama qalxızsınlar vә unudulmuş әsәrlәrini tәbü intişar etmәklә adlarını zindә qılsınlar. Çünki onlar cismәn ölüb fövt olublarsa da, ruhәn vә mәnәn hәlak olmayıblar.

  

Farsların Sәdisi vә Hafizi diri qalan kimi, bizlәrin dә Zakiri vә Seyidi, Nәbatisi, Saliki, Arifi, Kamisi gәrәkdir diri qalsınlar. Mәrhum Seyidin bu beyti ki, onun qәbir daşına yazılıbdır, bizim arzumuzun gәlәcәkdә nәticәbәxş olmasına şәhadәt verir:

 

Mövti-cismani ilә sanma mәnim ölmәyimi,

Seyyida, ölmәrәm, alәmdә sәsim var mәnim.

 

Bu beyt ilә Seyidin özü әbәdi fövt olmağını nәhy buyurub, alәmlәrdә onun sövtü sәdası baqi qalmağını xәbәr verir.

  

Mәrhum Hacı Seyid Әzim tәvәllüd edibdir Şamaxı şәhәrindә hicrәtin 1251-ci tarixindә rәbiülәvvәlin 14-cü günündә, tәsadüf edir tarixi-miladın 1835-ci sәnәsinә vә iyun ayının 27-ci gününә.

 

Mumaileyh yeddi yaşında ikәn atası Seyid Mәhәmmәd vәfat edibdir. O halda Dağıstanın Yaqsay kәndindә onun ana babası Molla Hüseyn dövlәt tәrәfindәn hakimlik edәrmiş. Mәrhum Molla Hüseyn öz qızını vә nәvәsini yanına apardıb vә özünün oğlu olmadığından nәvәsinә artıq dәrәcәdә mәhәbbәt göstәrmiş vә Seyid Әzim uşaqlıqdan çox zirәk vә qabil bir tifl olduğundan dәxi dә artıcıq babasının meylü mәhәbbәtini kәsb etmişdi.

  

Burada Seyid öz babasının vә anasının tәhti-tәrbiyәsindә nәşvü nüma tapıb, türk, fars dillәrindә tәlim almağa vә bir әfәndidәn әrәb dilini öyrәnmәyә başlayıbdır. Bu qәrar ilә on bir sәnәyә kimi Dağıstanda iqamәt ediblәr vә lakin Seyidin anası bundan artıq qürbәtә tab gәtirә bilmәyib yenә oğlu ilә Şamaxıya müraciәt ediblәr.

  

Mәrhumun tәhsili-üluma şövqü hәvәsi çox olmaqdan Dağıstanda kәsb qıldığı elmә kifayәt etmәyib iyirmi sinnlәrindә Nәcәf-әşrәfә tәkmili-ülum üçün azim olubdur. Bir neçә ildәn sonra Nәcәf-әşrәfdәn Bağdad şәhәrinә vә oradan da Şami-şәrifә getmişdir.

  

Әlbәttә, qürbәtdә fәqir Seyidin övqatü güzәranı çәndan rahәtü rifahәtlә keçmirdi vә hәr qisim zәhmәtü mәşәqqәtlәrә düçar olurdu. Vәli Seyid tәhsili-ülum kimi böyük nemәtin uğrunda belә cismani әziyyәtlәri özünә qәbul edirdi. Xüsusәn onun günlәri Şam vilayәtindә ağır keçirmiş vә bu babda dediyi bir neçә şerlәrindәn hәqiqәti-hal bәyan olunur:

 

Diyari-Şamә ol gün kim, mәni hökmi-qәza çәkdi,

Nә möhnәtlәr gör ol viranәdәn bu binәva çәkdi.

 

Şamdan dostlarına yazdığı qeyri bir kәlamında ki, bu sayaq başlanır:

 

Ey dustlәr, ol sәrvi-xuraman sizin olsun,

                Canan sizin olsun.

Seyri-gülü gülzarü gülüstan sizin olsun,

               Reyhan sizin olsun.

      

Seyid fәraqdan şikayәt edib tәqdiri-qәzayә riza vermәkdәn savayı bir çarә görmür:

 

Düşdük belә möhnәtlә biz avarә vәtәndәn,

                Ol qönçәdәhәndәn,

Tәqdirә nә çarә dәxi Şirvan sizin olsun,

                Hәr yan sizin olsun.

Biz cәm ikәn ol silsilәdәn tәfriqә düşdük,

                Bir damә ilişdük,

Sәrhәlqeyi-gisuyi-pәrişan sizin olsun,

                Saman sizin olsun.

      

Sonra bu namәni Şamda yazmağın bu sayaq bәyan edir:

 

Zülfi hәvәsindәn bizә Şam oldu nişimәn,

               Etdik onu mәskәn,

Ol arizi-xurşid ilә Şirvan sizin olsun,

               Dövran sizin olsun.

  

Mәrhum Hacı Seyid Әzim Şamda tәhsili-ülum etdikdәn sonra öz vәtәninә müraciәt edib, bir müddәtdәn sonra Kәbәni ziyarәt qәsdilә Mәkkәyә getmişdir vә bu ziyarәtә azim olduqda Mәdinәdәn gedib cәddi Mәhәmmәdәl-Mustafanın rövzәsindә bәdahәtәn bir qәsidә oxumuşdur. Qәsidәnin eyni-mәtlәi budur:

 

Fәda bu astananın xakinә can, ya rәsulüllah--       

Ki, әhli-dәrdәdir bu dәrdә dәrman, ya rәsulüllah!

  

Peyğәmbәrin mәrqәdi-şәrifini ziyarәt edib, oradan canibi-Mәkkәyә rәvan olmuşdur vә Mәkkeyi-mükәrrәmәdә hәrәmi-şәrifin qara örtüyünü gördükdә yenә bәdahәtәn bir qәsideyi-qәrra söylәmişdir ki, onun da mәtlәi budur:

 

Nәdәndir bilmirәm, yaran, edib rәxtin qәra Kәbә,

Tutubdur hansı şahi-dәhrpәrvәr çün әza, Kәbә?

 

Hәcc ziyarәtindәn fariq olduqdan sonra Misrә gәlib vә Әlqahirә şәhәrindә sakin olan ülәma, füzәla vә şüәra ilә xeyli vaxt ülfәt vә mülaqat etmişdir. Belә ki, hәqiqәt alәmindәn vә mәrifәt sәrçeşmәsindәn mәlumat cәm etmәk üçün dünyanı gәştü güzar edib hәr tәrәfi gәzibdir. Necә ki, bu xüsusda mәrhum Abdulla bәy Asi cığatay dilindә ona yazdığı namәsinә xitabәn deyibdir:

 

Әlin öp Seyyidin, ondan son әrz et--       

Ki, Hәcc әzmilә tüşgandin cahanә,

 

Künişti[2]-Rumdә ya kim, hәrәmdә

Bulubmu mәtlәbindәn bir nişanә?

 

[2] Künişt -- yәni kilsә.

 

Vә ya mәn dәk o da mәhrum qalmış,

Arayıb gәr cahanı xanә-xanә?

 

İrişdirmiş әgәr mәlum üçün elm,

Xoşa, hali şәrikdir cavidanә.

 

Meyi-vәhdәt mәsәllün qәmzida yox,

Fәna mülkiğә böylә rәhnüma yox.

  

Biz şәhadәt verә bilirik ki, mәrhum Seyid hәqiqәt alәmindәn nuri-mәrifәt kәsb etmişdir vә xoşa onun halına ki, mәlum üçün elm irişdirib cavidana şәrik olmuşdur.

  

Axirül-әmr Hacı Seyid Әzim öz vәtәni Şamaxı şәhәrinә müraciәt edib burada bir mәktәb binası qoymuşdur ki, onda türk, fars vә rus dillәri tәlim olunurdu. Vә lakin o vaxtlarda tәlim-tәrbiyә mәsәlәsi çox çәtin әmrlәrdәn birisi hesab olunurdu. Çünki üsuli-cәdid üzrә uşaqlara oxumaq vә yazmaq öyrәtmәk layiqincә müntәşir olmamışdı vә tәlim işlәrinә mübaşir olan әşxasın üsuli-cәdid nәdәn ibarәt olduğundan xәbәri yoxdu vә köhnә qaydadan bir müәllim dışqarı çıxsaydı vә tәlim üçün tәzә vә yüngül bir cığır açsaydı, camaat ona rәğbәt göstәrmәyib, nifrәtlәrini çox namәrbut vә kobud әda vә hәrәkәtlәr ilә izhar qılardılar.

  

Bundan әlavә tәlimü tәdris üçün vә әtfalın tәhzibi-әxlaqına sәbәb olan kitablar türk lisanında bilmәrrә yox idi. Bu qüsuru rәf etmәk üçün mәrhum Seyid nәzmәn vә nәsrәn türkcә xoşmәzmun vә ibrәtamiz nәqlü hekayәlәr ana dilindә tәrtib edib öz şagirdlәrinә oxudardı.

  

Mәrhumun tәrtib etdiyi kitabçadan bir nüsxәsi ki, öz dәst-xәtti ilә yazılmışdır, sabiqdә müsәlman şöbәsinin inspektoru olan mütәvәffa Çernyayevskiyә göndәrmişdi. Haman hekayәlәrdәn bir neçәsini Çernyayevski öz "Vәtәn dili" nam kitablarına salmışdır.

  

Mәrhumun Çernyayevskiyә göndәrdiyi mәcmuә әlan bizdәdir. Әgәr onu çap etdirmәk üçün bir xeyirxahi-millәt xahişmәnd olsa, kamali-mәmnuniyyәtlә haman mәcmuәni ona tәqdim edәrik. Mәcmuә isә üç dәftәrdәn ibarәtdir.

 

Әvvәlinci dәftәrdә yazılıbdır: Şeyx Sәdinin "Gülüstan" vә "Bustan" kitablarından vә bәzi hükәmanın әsәrlәrindәn sadә vә açıq türk dilinә tәrcümә olunmuş nәsihәtamiz hekayәlәr.

  

İkinci dәftәr hәmçinin bu qisim hekayәlәrdәn vә 51 öyüd vә nәsihәtlәrdәn әmәlә gәlmişdir.

  

Üçüncü dәftәrin mündәricatı nәzm ilә yazılmış әxlaqü әtvara dair timsallardan ibarәtdir.

  

Bunlardan әlavә bir para xırdaca mәzhәkәlәr vә gülmәli hekayә[lәr] haman dәftәrdә yazılıbdır ki, onların hissәsi vә nәticeyi-kәlamı dürüst vә sәhih isә dә, özlәri tәlim üçün yaramaz. Haman nәzmәn yazılmış hekayәlәrin bir parası Ünsizadәnin mәtbәәsindә çap olunmuş kitabda vardır.

  

Bu mәzhәkәlәrdәn vә gülünc hekayәlәrdәn başqa üçüncü dәftәrdә mәrhum şairin öz әli ilә bir neçә gözәl qәzәllәr vә aşura günü baş çapmaq barәsindә Qudyal sakini kapitan "Hadi" tәxәllüsә nәzm etdiyi cavab vә bir para qitәlәr vә rübaiyyat yazılmışdır.

 

Mәrhum Hacı Seyid Әzim bir müddәt özü tәsis vә bina etdiyi mәktәbdә dәrs deyib, sonradan Şamaxının şәhәr mәktәbindә (qorodskoy işkullada) müәllimlik mәnsәbi alıb orada şәriәt dәrsi vә lisani-türki ilә mәşgul olardı.

 

Seyidin әhibbalarından Asi Qarabagi onun şәhәr mәktәbinә müәllim tәyin oldugunu eşidib zarafatyana bir kagızında bu şeri dә yazmışdır:

 

Şenideәm ke, bepiri keşişe-deyr şodi,

Xoşa behale-şoma, aqebәt bexeyr şodi[3].

 

[3] Tərcüməsi:

Eşitmişәm ki, qocalıqda kilsә keşişi olmusan,

Xoş halınıza, aqibәtiniz xeyir olsa.

 

Bu mәmuriyyәtindә mәrhum ömrünün axırına kimi (on beş il) davam etmişdir. Amma bu arada bir vaxt sәbәb nә olubsa da, Seyidi şәhәr mәktәbinin müәllimliyindәn ixrac edirlәr vә mәrhum Tiflisә popeçitel hüzuruna şikayәtә gedib, bitәqsir mәzul olmagını sübuta yetirir vә yenә öz mәnsәbini geri alır. Tiflisә getdiyi vaxt Gәncә şәhәrindәn keçәrkәn Şeyx Nizaminin türbәtini ziyarәt edib bu rübaini demişdir:

 

Ey Şeyx Nizami, ey nizami dagılan,

Ey Gәncәdә izzü ehtişami dagılan,

Olmubdu sәninlә mәn kimi alәmdә

Beyti, evi, mәktәbi, kәlami dagılan!

 

Seyidin bu rübaidә "mәktәb" demәsi fransız şairlәrindәn vә müstәşriqlәrindәn Y.Mohel cәnablarının "ekol dö Nizami" adı ilә zikr etdiyi mәktәbi xatirә gәtirir ki, Xaqani vә Seyid Zülfüqar vә Hatifi vә Xosrov Dәhlәvi vә qeyrilәrin Nizaminin mәktәb şagirdlәrindәn hesab edir.

 

Biçarә şairin qәdrü qiymәti hәyatında saxlanmadıgı bizim üçün böyük bir töhmәt vә baisi-xiclәtdir. Onun vaxtsız vәfatı qәlbimizi hüzn ilә doldurur.

 

Hicrәtin 1305-ci ilindә ramazanül-mübarәkin 20-ci yövmündә әhya günündә mәnәvi hәyatımızın xoşәlhan bülbülü yaz mövsümündә mәmata irişmişdir ki, tarixi mәsihiyyәnin 1888-ci sәnәsinә vә may ayının 19-cu yövmünә mütabiqdir.

 

Millәt mücahidlәrindәn birisi dә bu binәva Seyid olubdur ki, haqq yolunda fanatizm vә cәhalәtlә mәrdanә, xövfü ricasız dava etmәkdәn çәkinmәyib canını haqqa fәda etmişdir.

 

Vәfatı Şamaxıda ittifaq düşübdür vә şәhәrin kәnarında olan "Şahxәndan" qәbristanında dәfn olunmuşdur. Mәrhumun vәfatı barәsindә Naseh Şirvani bir qәzәl inşa edib vә bu qәzәlin axır misrasında şairin tarixi-vәfatını әbcәd hesabilә bәyan etmişdir. Haman qәzәl budur:

 

Qan agla, gözüm, sәrvәri-dövran getdi,

Sәrdәftәri-әhli-fәzlü ürfan getdi.

 

Әfsus o şairü әdibü kamil

Әhbabın edib zarü pәrişan, getdi.

 

Ayineyi-övqat idi ol zati-şәrif,

Sәngi-әcәl ilә sındı әlan, getdi.

 

Heyrәtdәyәm, ey xak, necә sıgdırdın

Aguşuna, ta o bәhri-Ümman getdi.

 

Cövfündә çox idi gәrçi-kani-zәrü lәl,

Dәfn olmaga sәndә başqa bir kan getdi.

 

Etmişdi qәza gәr sәni әmvatә mәqam,

Fәxr et ki, bu dәm cismin üçün can getdi.

 

Naseh dedi tarixi-vәfatın qәm ilә,

Sәd heyf ola Seyyidi-Şirvan getdi.

 

Mәrhum Seyid әgәrçi tüfuliyyәtdәn köhnә vә qәdimi qayda üzrә tәlim alıb, Avropa mәdәniyyәtindәn bir növ bәhrәmәnd olmamışdı, akademiya vә universitet görmәmişdi vә lakin istedadi-cibilli vә şüuri-fitri sayәsindә, necә ki, yuxarıda zikr olundu, әnvai-ülumü fünuna dara olub, öz әsrindә müasirlәri arasında әn mәşhur әdiblәrdәn, әn zәrif ürәfalardan vә әn mötәbәr vә müqtәdir şüәradan birisi hesab olunurdu.

 

O mәrhumun adabü әxlaqı dәxi әla dәrәcәdә müstәhsәn oldugundan füzәlavü ürәfa mәclisindә hәmә vәqt sәdrnişin olub, fünuni-şerdә binәzir oldugundan maәda bәdihәguluqda türk şairlәri arasında mislü bәrabәri yox idi. Bu barәdә Hacı Seyid Әzim rusların Puşkininә, ingilislәrin Bayronuna vә polyakların Mitskeviçinә bәrabәr imiş. Bәzi vaxt mәclisin qızgın halında şair zövqü şövqә gәlib vә onun tәbi-gövhәrrizinin çeşmәsi açılıb peydәrpey, bilafasilә gözәl, müsәlsәl vә mövzun şer deyәrmiş ki, tamami mәclis әhlini heyrәtә gәtirәrmiş.

 

Azәrbaycan şairlәrindәn heç birisi mәrhum Hacı Seyid Әzim yazdıgı qәdәrdә әsәrlәr vücuda gәtirmәyibdir. Onun hәr qisim kәlamı vardır vә biri-birindәn gözәl vә dilpәzirdir. Әsәrlәrindәn mәşhuru bunlardır: "Külliyyati-türki vә farsi", "Divani-qәzәliyyat", "Divani-qәsaid vә nәvahi", "Hekayati-mәnzumә", "Xilafәti-hәzrәt Әbubәkr", "Qәzәvati-hәzrәt Әli", nәzmәn vә nәsrәn "Qisәsül-әnbiya", "Tәzmini-Xacә Hafiz vә Şeyx Sәdi" vә qeyrilәri. Bu әsәrlәrdәn mәtbu olanı "Qәzәliyyat" vә "Hekayati-mәnzumә"-dir. Yerdә qalanları çap olunmayıbdır.

 

Seyid Şirvaninin fövqdә zikr olunan asari-qәlәmiyyәsinin cümlәsinә, әlbәttә, bu mәcmuәdә yer tapılmaz vә lakin qareini-giramı onların bir neçәsi ilә aşina etmәyi vә onların vasitәsilә milli şairimizin qәdrü qiymәtini vә şәnü izzәtini göstәrmәyi vacib bilirik.

 

Hacı Seyid Әzim öz әsrinin ayineyi-hәqiqәtnüması olub, bizim şüәranın möhtәrәmlәrindәn Qasım bәy Zakir, Mirzә Әbülqasım Nәbati, İskәndәr aga Şair kimi millәtin cәhalәt vә zәlalәtdә qalmaqlarına bais olan ülәma vә fanatik ruhani sinfi ilә hәmә vәqt cәngdә olubdur. Bu sinif onun әn ziyadә xoşuna gәlmәyәn bir firqә olubdur ki, ömrünün çoxunu onların paxırının üstünü açmaga, riyayi ibadәt vә taәtlәrini vә min cürә hiylәvü tәzvirlәrini xalqa göstәrmәyә sәrf edibdir. "Hekayati-mәnzumә"dә "Vәqeyi-tüllab", "Müctәhidin tәhsildәn vәtәnә gәlmәyi", "Hekayәti-abidi-riyai", "Vәqeyi-Bagdad", "Vәqeyi-alimi-biәmәl", "Vәqeyi-molla vә çoban", "Vәqeyi-hacı vә molla" vә bunlardan әlavә bir xeyli hekayәtlәrin tamamisi ülәma qisminin cürbәcür hiylәvü tәzvirlәrini zәrifanә bәyan edir.

 

Müctәhidin tәhsildәn vәtәnә müraciәt etmәyini Seyid Şirvani elә bir mәharәt vә ustalıqla, elә bir açıq vә rәvan şerlәr vasitәsilә tәhrir qılıbdır ki, hәr kәs onu mütaliә qılsa, elә bilsin ki, özü müctәhidin istiqbalına çıxıb cәlal vә tәntәnә ilә onu şәhәrә varid edibdir vә müdam onun mәclisindә әylәşibdir:

 

Pişvazә çıxır sәğirü kәbir,

Ucalır әrşә naleyi-tәkbir--   

Ki, bu gün nayibi-imam gәlir,

Eylәyib elmini tamam gәlir.

Yerbәyerdәn o qövmi-niksifat

Üzünü görcәyin çәkir sәlәvat.

Tökülür xәlq solü sagından,

Öpәlәr ta ki, әl-әyagından.

Ehtiram ilә şәhrә varid olur,

Yeddi gün mәclisi dolur, boşalur.

Kәsilir hәr tәrәfdә qurbanlar,

Açılır babi-lutfü ehsanlar,

Neçә әyyam olur ziyafәtlәr,

Elәyir әhli-şәhәr dәvәtlәr.

Fikr edir ki, o qövmi-fәrzanә,

Müctәhidçün gәrәkdi bir xanә.

Bir dә gördün ki, eylәyib tәdbir,

Bir gözәl xanә etdilәr tәmir.

Yenә söylәr o qövmi-danişvәr,

Müctәhidçün gәrәkdi bir hәmsәr.

Bir gözәl qız nikah edib anə

Mәlәki әqd edirlә şeytanә.

 

Müctәhidin mәscidә tәşrifi:

 

Ta ki, mәqsuduna yetişdi imam,

Mәscidә naz ilә edәr iqdam.

Özünә әvvәl eylәyәr zivәr,

Bir gәlin tәk ki, axtarır şövhәr.

Gözünü sürmәdәn edәr mәkhul,

Bir zaman zinәtә olur mәşgul.

Üzünә eylәyir gülab әfşan,

Barmagında nigini-lәlnişan.

Başına durdu qoydu әmmamә,

Geydi nәleynini o әllamә.

Var bogazında sәxt tәhtülhәnәk,

O qәdәr bәrk çәkib olub döyәnәk.

Çiyninә saldı bir lәtif әba,

Әlinә aldı bir zәrif әsa.

Başda әmmamә, saqqalında hәna,

Barmagında üzük, әlindә әsa.

Var ayagında cüft nәleyni,

Bil ki, peygәmbәrin budur qeyni.

Sag-solunda qalıbdı çeşmi müdam--

Ki, görәk kim verir imamә sәlam.

Bu gün evdәn çıxıb namazә gәlir,

Sufiyi-saf pişvazә gәlir.

Mәscidә naz ilә olur daxil,

Girdi mehrabә alimü fazil.

Uydular xәlq, imam qıldı namaz,

Etdi min gunә hәqqә razü niyaz.

Edibәn ta namazını itmam,

Minbәrә vәz üçün edәr iqdam.

 

Müctәhidin vәzi:

 

Minbәr üstündә ol fәlәkrifәt

Oxur ahәstә bir uzun xütbәt.

Xütbәdәn sonra bir gözәl ayә

Olur ol xoşzәbanә sәrmayә.

Keyyühәnnas, sirrdir bu dәqiq,

Hikmәti şәrә etmişәm tәtbiq.

Sәdrim olmuş vәsi dәryadәn,

Fәzlim artıqdı Molla Sәdradәn.

Bәhri-elmimdә, ey güruhi-bәşәr,

Pak olan gövhәri muradә yetәr.

Yazmışam sәrbәsәr füruati,

Açmışam ğamizati-ayati.

Köhnә tәfsirә vermişәm tәgyir,

Tazәdәn yazmışam özüm tәfsir.

Bir neçә sәhv edibdi Beyzavi,

Olmuşam cümlә onlara havi.

Fәxri-Razi qәrini-raz deyil,

Yazdıgı rәmzlәr tәraz deyil.

Eylәyib sәhv sahibi-"Tibyan",

Ruhdәn bixәbәrdü "Ruhi-bәyan".

Etmәyib fәth Molla Fәtullah,

Sәhvi-vazeh yazıbdır ol gümrah.

Gah fәlәk, gah әrşdәn danışır,

Bu sifәt yüz çәrәn-pәrәn danışır.

Tәmtәraqın görüb o qövmi-әvam,

Söylәyirlәr ki, etmiş elmi tәmam,

Bu filan müctәhiddәn әkmәldir,

Şeyxülislamdәn bu әfzәldir.

Leyk bir parә mәrdi-danişvәr

Anlayıbdır ki, kәnddә var nә xәbәr.

Boşbogaz oldugun bilib dәrhal,

Xövfdәn leyk nitqin etmiş lal.

Bir deyәn yoxdur, ey imami-şәrir,

Edәcәksәn nә vәqtadәk tәzvir?

Tutalım elmә olmusan vasil,

Bizә bu elmdәn nәdir hasil?

Hansı nadanı alim etdin sәn?

Hansı bimarı salim etdin sәn?

Hansı kuri sәn etmisәn bina?

Hansı әmvatı eylәdin әhya?

Hanı islam üçün sәrәncamın?

Yerә girsin o müctәhid namın!

Söylәdin telqramı elmi-bilis--   

Ki, onu ixtira edib iblis.

Kari-şeytan dedin dәmir yolunu,

Xәlqә etdin haram Dum pulunu.

Xaçpәrәstlәr tamam düşdü qabaq,

Tökülüb dalda qaldıq, ay sarsaq!

Aldı әhli-kitab dünyanı,

Şәrh edirsәn sәn indi Quranı.

Әhli-islam oldu xarü zәlil,

Baisi sәnsәn, ey imami-cәlil!

Sәn bizi nәfә etmәdin vasil,

Barı qoy özgә elm edәk hasil.

Bizi bәsdir bu qәdәr aldatdın,

Dini dinarә hәr zaman satdın.

Sәn bilәn elmi bilmәyәn yoxdur,

Sәndәn әlәm uşaqlar çoxdur....

 

Bu sayaq cürәtli, mәrdanә vә xövfsüz söz danışmaq, nüfuzu ziyadә bir firqәni tәnqid etmәk ancaq Seyid kimi danişmәnd vә süxәnvәr şairlәrin vә alitәb, haqqpәrәst vә millәtpәrvәr әdiblәrin şәninә gәlmişdir. Hansı millәtin içindә belә hünәrmәnd vә sahibi-rәyü mәrifәt peyrәvilәr olmasa, vay o millәtin halına!... Belә sahibsiz millәt tezlikcә zәlalәt vә rәzalәt quyusuna düşüb cәhalәt çәngindә bogulub mәhvü nabud olacaqdır.

 

İnsafü hәqiqәt mәqamına gәldikdә Seyidin sözlәrindә zәrrәcә iftira vә yalan yoxdur. Şairin cigәri atәşi-qәzәblә alışıb yanır. Biçarә millәtin pulu ilә әtәbatda vә sair mәşhәdi-müqәddәslәrdә uzun müddәtlәr yeyib-içib, bihudә vaxt keçirib, necә ki, Seyid deyir:

 

Oxuyur hәr biri beş-altı vәrәq,

Sonradan saqqala verir rövnәq--

 

-- vәtәnә müraciәt edәn ülәmadan millәtә maddi vә ya mәnәvi bir mәnfәәt yetişmir, çünki onların әksәri vәtәnә әliboş, üzüqara qayıdırlar. Zahirdә avam nәzәrindә әllamә libasına vә salus xirqәsinә bürünürlәrsә dә vә ibarәtpәrdazlıq edib boş vә mübhәm mәnalı sözlәr danışırlarsa da, batindә vә hәqiqәtdә әsil mәrifәt vә kamaldan sinәlәri xali olmagını hәqiqi mәrifәt әhlinә tezcә bildirirlәr.

 

Amma nә elәmәk ki, avam onların hiylәvü tәzvirlәrini anlaya bilmir. Avamın aglı gözündә olmaga görә, zahirә aldanıb, yaxşı ilә yamana, dogru ilә yalana tәrcih verә bilmir, dostu ilә düşmәnini tanımayıb bәdbәxt olur.

 

Әgәr hәqiqәtdә әtәbatda millәtin malı ilә elm tәhsil edәn "nayibi-imam"dan yazıq vә sadәdil millәtә bir nәfü fayda hasil olsaydı, onda şәksiz millәtimiz belә pozgun vә pәrişan halda mәyus vә sәrgәrdan qalmazdı.

 

Dogrudan da fәna halda qalmışıq; agıldan aglımız, әxlaqdan әxlaqımız yox, әsil dindarlıq nә oldugunu bilmirik, nә kamaldan kamalımız, nә hörmәtdәn hörmәtimiz vә nә dövlәtdәn dövlәtimiz var.... Hәr tәrәfә baxsaq, fәxr edәsi, könül şad qılası vә ürәk açası heç bir şeyimiz yoxdur. Vәtәn nәdir bilmәzik, millәt vә milliyyәt nә oldugunu hissü dәrk etmәzik, ittihadü ittifaq bizim üçün boş vә mәnasız sözlәrdir. Dildә onları tәlәffüz ediriksә dә, o minval danışmaq moda olubdur. Onların hәqiqi mәzmununu düşünmürük, düşünmәdikdә әmәl dә etmirik. Әllameyi-giram vә füzәlayi-zülehtiram bizim içimizә ancaq tәfriqә vә partiya salıblar. Buna da sәbәb öz şәxsi mәnfәәtlәrini vә nәfsi xeyirlәrini görmәk olubdur. Haqqa, dogruluga, әdalәt vә mürüvvәtә xalqı irşad qılmayıblar. Himmәt vә qeyrәt, birlik vә qardaşlıq, dostluq vә mehribanlıq bilmәrrә unudulubdur; ülum vә fünuna, sәnaye vә ticarәtә, tәrәqqi vә tәmәddünә xalqı tәrgib vә tәşviq etmәyi ülәma sinfi öz vәzifәlәrindәn bәid bir әmr bilib, bu qisim mәsәlәlәrә әsla etina etmәyiblәr.

 

Budur bizim tәhsildәn vәtәnә müraciәt edәn müctәhidlәrin millәtә hüsni-xidmәti, budur onların tәsiri, hidayәt vә irşadı!...

 

Mәrhum Seyid başqa bir kәlamında tamahkar vә şikәmpәrvәr ruhanilәri dәxi dә atәşli sözlәr ilә tәzmim qılıb, ogluna xitabәn deyir:

 

Ey ogul, alim olsa xoştinәt,

Mali-dünyayә eylәmәz rәgbәt.

Çün hәlali hesabdır malın,

Hәm hәrami әzabdır malın.

Nә gәrәkdir sәnә bu dövlәtü mal,

Yükünü yüngül eylә, ey hammal.

Ey ogul, var cahanda çox molla,

Güzәran üçün eylәyir qövga.

Qeyrәti-millәti bәhanә qılır,

Gündә xәlq içrә yüz fәsanә qılır.

Әhli-dünyayә eylәyir lәnәt,

Özü dünyadәn eylәmәz nifrәt.

Özgәni görsә eylәyir üsyan,

Lәn edәr ol fәqir üçün hәr an.

Özünün hәddәn ötdü üsyanı,

Mәhv edibdir füsuni-şeytanı.

Deyәsәn ol sәfihә, ey xәnnas,

Oxudunmu "әtәmürunәn-nas".

Eylәyirsәn mәzәmmәti-hәr kәs,

Niyә öz nәfsini unutdun bәs?

 

Biәmәl, mühil vә fasid mollaların haqqında deyibdir:

 

Alim öz elminә edәydi әmәl,

Düşmәz idi bu gunә dinә xәlәl.

Rәsmdir alim olsa әhli-fәsad,

Alәmi ol fәsad edәr bәrbad.

Uyma mollayә, olma çox da avam,

Sanma tәhtülhәnәk qurubdur dam.

Baxma tәsbihә, olma divanә,

Xam olan quşlara gәrәk danә.

Sanma alnında sәcdәdәndir әsәr,

Gecә qoymuş hәcamәt ol kafәr.

Xatәmindәn demә Süleymandır,

Divdir ol lәin, şeytandır.

 

Peygәmbәrә xitab:

 

Ah, ah, ey cәnabi-peygәmbәr,

Dinüvi zaye etdi bu kafәr.

Eylәyib şәrüvi vәsileyi-nan

Bu şәrirü lәini-biiman.

Vәqtdir, eylә çarә islamә,

Tazәdәn sal işi sәrәncamә.

 

Seyidliyi vә övladi-nәbiliyi әllәrindә mayeyi-nicat vә alәti-kәsbi-mәaş hesab edәn öz hәmnәsәblәrinә mәzәmmәt tәriqi ilә bu mәnzumәni yazmışdır:

 

Demә, Seyyid ki, mәn ali-rәsulәm,

Әli övladiyәm, sebti-bәtulәm.

Cahanda işlәrәm feli-qәbahәt,

Qiyamәtdә edәr cәddim şәfaәt.

Bu gün kim, xәlqdir bizar sәndәn,

Edәr mәhşәrdә cәddin ar sәndәn.

Nәsәblә fәxr olunmaz, ey mücahid,

Bu әmrә yövmi-laәnsab şahid:

Nәsәblә fәxr edәn kimsә şәqidir,

Kirami qul xudayә müttәqidir.

Kiramilikdә qıl Quranә taәt--      

Ki, "indәl-lahi әtqaküm"dür ayәt.

Çü Nuhun oglu Kәnan oldu kafәr,

Dedi izәd: "Deyil nәsli-peyәmbәr".

Var ikәn Nuhә eyni-intisabi,

Yetişdi "leysә min әhlik" xitabi.

 

Seyid Әzim nә qәdәr ki, mühil, riyakar, biәmәl vә müfәttin ruhanilәri sevmәzdi, bir o qәdәr dә hәqiqi ülәmalara, hamiyi-din vә hadiyi-millәt ruhanilәrә tәbәiyyәt vә ehtiram göstәrmәyi özünә borc bilirdi, necә ki, mәrhum Agaseyidәli Şirvaninin haqqında oglu Mircәfәrә xitabәn deyibdir:

 

Ey ogul, alim olsa rәbbani,

Sәn onun ol dәrindә dәrbani.

Mәn özüm ki, zәmanә sәrvәriyәm,

Ülәmanın kәminә çakәriyәm.

Necә kim, vardı fazili-Şirvan,

Ol behinzadeyi-şәhi-mәrdan,

Mәnbәi-elmü helmü nuri-cәli,

Mәdәni-fәzlu bәzl Seyyidәli,

Әlәmü әfzәli-qәbaildir,

Mәhbәti-cümleyi-fәzaildir.

Yoxdu zatında buyi-rәngü riya,

Qeyrlәr lәfzdir, odur mәna.

 

Yenә özgә bir kәlami-xoşmәalında fәrzәndi Mircәfәrә hәqiqi ülәma vә füqәhanın haqqını, müәllim vә mürәbbilәrin ehtiramını müraat edib onlara xidmәt vә bәndәçilik göstәrmәyi nәsihәt tәriqi ilә deyibdir:

 

Cәfәr, ey nuri-dideyi-Seyyid,

Qönçeyi-novrәsideyi-Seyyid,

Ülәma hәqqini riayәt qıl,

Әhli-elmә hәmişә hörmәt qıl!

Demә bu kafir, ol müsәlmandır,

Hәr kimin elmi var, o, insandır.

Elmsiz adәmi xudayi-cәlil

Dedi: "Әnamü bәl әzәllü sәbil"[4].

Babamız Adәm, ol sәfiyüllah,

Elmi-әsmayә oldu çün agah,

Ona yeksәr mәlayik etdi sücud,

Sәcdәsin fәrz eylәdi mәbud.

Elmdәn oldu hәzrәti-Logman

Hikmәt ilә sәramәdi-dövran.

Elm bir nur, cәhl zülmәtdir,

Cәhl duzәxdir, elm cәnnәtdir.

Ülәma olmasa cahanda, yәqin

Olacaq paymal şәri-mübin.

Ülәma varisi-şәriәtdir,

Füqәha baisi-hidayәtdir.

Әhli-tәfsir açıbla Qurani,

Çıxarıblar vüzuha mәnani.

Kimdi gör, xaşei-cәnabi-xuda,

Dedi hәq: -- "Min ibadihil-ülәma"[5]

Alimә kim ki, eylәmәz hörmәt,

O deyildir peyәmbәrә ümmәt.

Sәnә hәr kimsә elm edәr tәlim,

Ona vacibdi eylәmәk tәzim.

Harda görsәn ona sәlam eylә,

Baş әyib qul tәk ehtiram eylә.

Qeyrini vәsf qılma yanında,

Sәn dur ol söylәyәn zamanında.

İznsiz etmә xidmәtindә cülus,

Olma zәcrindәn[6], ey ogul, mәyus.

Adәm ol, incimә qiraәtdәn,

Çubi-molla çıxıbdı cәnnәtdәn.

"Gülüstan" içrә bülbüli-Şiraz[7].

Farsilә edib bu nәgmәni saz:

"Padşahi pәsәr bemәktәb dad,

Lövhi-siminş bәr kәnar nәhad.

Bәr sәri-lövhi-u nәvişt bәzәr:

Cövri-ustad beh zimehri-pәdәr".

Bil ki, ustadın, ey rәşid pәsәr,

Sәnә ruhaniyәtdә oldu pәdәr.

Pәdәrin bir mәnәm, bir ustadın,

Cәhd qıl yaxşı çıxmaga adın.

Sәy qıl aqi-valideyn olma,

Ziştü mәrdudi-xafiqeyn[8] olma.

Eylә ustadına hәmişә dua,

Mәgfirәt qıl tәlәb xudadan ona.

 

[4] "Ülaikә kәl әnami bәlhüm әzәlü sәbilәn"

[5] "İnnәma yәxşәllahә min ibadihil-ülәma".

[6] Zәcr--mәn vә nәhy etmәk, qovmaq vә qorxutmaq.

[7] Bülbuli-Şiraz--Sәdi Şiraziyә işarәdir.

[8] Xafiqeyn--şәrq vә qәrb demәkdir. Mәrdudi-xafiqeyn--yәni şәrq vә qәrbin qovulmuşu.

 

Burada mәrhum Seyid ülәma vә füqәhanın, ustad vә müәlliminin hörmәt vә xidmәti hәr bir müsәlmana Quranın hökmü vә peygәmbәrin buyurugu ilә vacib oldugunu vә onların şәnü rütbәlәri nә dәrәcәdә ali oldugunu gözәl vә mövzun nәzmlәr ilә bәyan edir. Şair hәqiqi ülәma vә ustada tәzimü tәkrim etmәyi vә әmrlәrinә müti olmagı elә bir möhkәm tәrz ilә vә saf etiqad ilә tövsiyә qılır ki, bu heyndә, bu hürriyyәt әsrindә onlara әmәl etmәk hәtta bir az agır gәlir.

 

Hәqiqi ülәmaya Seyid әmr elәyir ki, baş әyib qul tәki qulluqlarında durub ehtiram edәsәn. Hüzurlarında artıq bir söz söylәmәyib diqqәti-tamam ilә sözlәrinә qulaq asasan, iznsiz xidmәtlәrindә cülus etmәyib, zәcrlәrindәn mәyus vә mükәddәr olmayasan, çünki "ustadın çubugu cәnnәtdәn çıxıbdır", ustadın cövrü sitәmindәn rәncidә olmaq nәinki dürüst deyil, bәlkә günahdır. Belә ki, bülbüli-Şiraz vә Sәdiyi-nәgmәsaz dәxi bu әmrin haqq olmasını tәsdiq edibdir: "Cövri-ustad beh zimehri-pәdәr". Әlbәttә, bu halda ülәma vә ustadın çubuq zoru ilә tәlim vә tәrbiyә vermәsi әsrin tәqazasına vә zamanın övzaına müvafiq gәlmir. Bu vaxtda onların nüfuz vә tәsiri elm vә bilik vasitәsilә gәrәk cari olsun. Bain hәmә onlara ixlasü sәdaqәt göstәrmәk vә әmri-nәhylәrinә әmәl etmәk hәr bir müsәlmana borc oldugu üçün şair dәxi öz cigәrguşәsinә onların ehtiramını saxlamagı tövsiyә edir.

 

Pәs, әşxasi ki, mәrhumun haqqında sui-zәnndә olub onu kәmetiqad vә süstrәy müsәlmanlardan hesab ediblәr, böyük sәhvü xәta etmiş olublar. Biәmәl alimlәrә vә tamahkar vaizlәrә açıq-açıgına acı söz deyib onlara lәnәt oxuyan kәs layiqi-tәhsin vә afәrindir, nәinki tәzmim.

 

Dogru söylәyәn vә haqqı sevәn kәs, әhli-insaf vә sahibi-vicdan yaxşıya yaxşı, yamana yaman demәkdәn әsla çәkinmәyәcәkdir. Yamana yaxşı deyәnlәr, әyrini düz görәnlәr vә yalana dogruluq libası geyindirәnlәr, әlbәttә, aşikarәn zәlalәtdәdirlәr vә hәmçinin aşkar zәlalәtdәdir o kәslәr ki, yaxşıya yaman deyib, haqqı batil qılmaga çalışırlar.

 

Mәrhum Seyid bu qisim kәcbin vә kәcәndiş adamlardan hәmişә nifrәt edib onların zәmmindә zәhralud şerlәr demәkdәn ehtiyat etmәzdi. Ogluna verdiyi bir nәsihәtdә yaxşıya yaxşı vә yamana yaman demәk xüsusunda böhtan vә iftiradan ictinab etmәk babında deyibdir:

 

Ey oğul, xәlqә söylәmә böhtan,

Yaxşıya yaxşı ol, yamana yaman.

Әsldә yaxşı olsa bir mәna,

Sәn "yamandır" demәk deyil ziba.

Tutalım sәn gülü dedin bәdbu,

Xәlq söylәr ki, әqlsizdir bu.

Sәnә bir yaxşı kimsә olsa yaman,

Xәlq onu söylәmәz yaman, ey can.

Yaxşıdır ol ki, әslü bünyani,

Sәn "yamandır" desәn nә nöqsani?

Sәn dedin ki, deyil xәlifә Ömәr,

Ömәrә bu kәlamdan nә zәrәr?

Sәn dedin ki, deyil imam Әli,

Olmadı zaye ehtirami-Әli.

Dedilәr Mustәfani sahirdir,

Var cünuni, sәfihü şairdir.

Tapmadı şәni-Mustәfa nöqsan,

Yaxşını eylәmәk olurmu yaman?!

 

Mәrhum Hacı Seyid Әzimin mәrifәtüllah babında olan etiqadi-safı vә hәqiqi müsәlmançılığı atidә mәrqum olunmuş qәzәllәrindәn görünür:

 

Ey nuri-sәmavatü zәmin, gәrçi nihansan,

Amma nәzәri-arifü danadә әyansan.

 

Batin gözünün yox sәni görmәkdә qüsuri,

Zahir gözü görmәz sәni, әlbәttә, nihansan.

 

Zatın elәyib cümleyi-әşyadә tәcәlla,

Musa gözünә Turi-hәqiqәtdә әyansan.

 

Bir Adәmü İsadә deyil nәfxeyi-ruhun,

Alәm hәmә qalibdi, sәn ol qalibә cansan.

 

Kәssәn nәzәri-feyzini bir lәhzә cahandan,

Nabud olur alәm, sәn ona ruhi-rәvansan.

 

Gәh badi-sәba tәk verisәn gülşәnә rövnәq,

Gәh soldurusan güllәri, sәn badi-xәzansan.

 

Sәn qaimi-bizzat[sәn], alәm hamı bilqeyr,

Xәllaqi-sәmavatü zәmin, kövnü mәkansan.

 

Min bir adıvun hәr biri bir aşiqә munis,

Tapmaz sәni bir kәs, yenә binamü nişansan.

 

Ey Seyyidi-pir, eylә meyi-vәhdәtә rәğbәt,

İstәrsәn әgәr olmağa hәmvarә cavan, sәn.

 

Nә gözәl әqidә vә nә xoşmәzmun kәlam!... Әhsәn bu etiqada, afәrin butәbә!...

 

Әyzәn mәrifәtüllah babında demişdir:

 

Әgәrçi cümleyi-alәmdә yox nişanә sәnә,

Vәli salıbdı könül mehri-qayibanә sәnә.

 

Kimi hәrәm, kimi bütxanәdәn sәni istәr,

Qılır hәvәs hәrә bir növ aşiqanә sәnә.

 

Gәh әndәlibü gәhi saru, gah sәlsәldәn[9]

Çıxar mәdihin üçün gah bir tәranә sәnә.

 

[9] Saru; sәlsәl--quş adlarıdır.

 

Tәğәyyürati-zәminü zәmanә sәndәndir,

Vәli mәhal tәğәyyür verә zәmanә sәnә.

 

Behiştә kimsәnә getmәz ibadәt etmәk üçün,

Qәrәz bu әmri-ibadәtdi bir bәhanә sәnә.

 

Qәrini-mәqfirәtin ilә cümlә zahirdir,

Nә iş ki, tutmuşam, ey qadiri-yeganә, sәnә.

 

Nәsib Seyyidә tövhidi-zatın et, ya rәb,

Çıxıb bәdәndәn olan dәm rәvan, rәvanә sәnә.

 

Bu kamalü mәrifәtdә vә bu sәdaqәtü übudiyyәtdә olan şәxsi tәkfir edәn cühәla vә zahirpәrәst ülәma özlәri tәkfirә layiq deyillәrmi?!

 

Ey kaş Seyiddә olan kamalü mәrifәt, insafü mürüvvәt minbәrin yuxarı pillәsindә әylәşib riyai vәz edәn vaizlәrimizdә vә müqәddәs mәkanlarda tәhsil edәn axundlarımızda olaydı!...

 

Mәrhum Seyidin әrbabi-bәsirәt vә sahibi-mәrifәt olmağı onun әsәrlәrinin çoxundan görünür. Şairin insandan әn әvvәl tәlәb etdiyi mәhz adәmiyyәtdir, hәqiqi insan olmaqdır. Şәxsin әqayidi-diniyyәsi ilә işi yox idi:

 

Müsәlman ol, müsәlman ol,

Qәrәz oldur ki, insan ol!

 

Әsil müsәlmançılığı insaniyyәtdә vә әsil insaniyyәti hәqiqi müsәlmançılıqda görüb dә tәkrarәn deyir:

 

Müsәlman ol, müsәlman ol,

Qәrәz oldur ki, insan ol!

 

Vә lakin çoxumuz müsәlman isәk dә, insan deyilik, çoxumuz insanıqsa da, hәqiqi müsәlmanlıqdan çox uzaq vә kәnarıq.

 

Seyidin ümdә mәtlәbi vә baş arzusu insaniyyәt dәrәcәsinә vә bәşәriyyәt mәrtәbәsinә vasil olmaqdır. Bu xüsusda onun nәzәri vә mәrifәti o qәdәr vәsi vә genişdir ki, ona tәk Azәrbaycan şairi demәk dürüst deyil, bәlkә ol dürri-yeganә ümumi-insaniyyәt şairidir.

 

Oğlu Mircәfәrә yazdığı bir nәsihәtnamәsindә deyir:

 

Cәfәr, ey qönçeyi-gülüstanım!

Ey mәnim bülbüli-xoşәlhanım!

İki yüz yetmiş üçdә bәdi hәzar,

Mötәdil fәsl idi, zәmani-bahar,

Sәni hәq mәn fәqirә etdi ata,

Kәbeyi-qәlbimә yetişdi sәfa.

On beş ildir ki, ey әtayi-әzim,

Sәnә adab eylәrәm tәlim.

Yetibәn әqlә sәrfәraz oldun,

Dәxi mәndәn ki, biniyaz oldun,

Әql peyğәmbәrin qılıb rәhbәr,

Öyrәn adabi-mәzhәbi-Cәfәr!

Demirәm mәn gedәn tәriq ilә get,

Әqli tut, ol gözәl rәfiq ilә get.

Sәnә bürhan deyil tәriqi-pәdәr,

Gör nә yol getdi zadeyi-Azәr.

Demirәm rus, ya müsәlman ol,

Hәr nә olsan get, әhli-ürfan ol.

Demirәm sünni ol vә ya şiә,

Tәk hәdәf olma tiri-tәşniә.

Demirәm şeyxi ol vә ya babi,

Hәr nә olsan tәk olma qüllabi.

İstәr әclaf, istәr әşraf ol,

Hәr nә olsan ol, әhli-insaf ol.

 

Filhәqiqә, nә gözәl nәsihәtlәrdir!... Kaş әbnayi-millәtimizә tez-tez bu gunә nәsihәtlәr oluna idi. Kaş ülәmayi-millәt mәsacidü mәnabirdә füruati-diniyyәdәn adabi-qüslü tәyәmmüm tәlimindәn bir azacıq usanıb, boş vә bimәzmun mәsaildәn vә saxta hәdislәrdәn vaz keçib Seyid kimi insafü әdalәtdәn, insaniyyәt vә mürüvvәtdәn bәhs edә idilәr. Haqq-taalanın bimisil әtiyyәsi olan әqli-sәlimi qasirü naqis deyib, onun qabağına sәdd çәkmәyә idilәr.

 

Yәqindir ki, әgәr onlar da ağıl peyğәmbәrin millәti-islama rәhbәr edib ağıl göstәrdiyi tәriq ilә salik olmağına bais olsaydılar, müsәlmanlar bu qәdәr dalda qalmazdılar vә bu dәrәcәdә bәtalәtü fәlakәtә düşmәzdilәr.

 

Müxtәlif dillәrin öyrәnilmәyi vә xüsusәn rus dilinin bizim mәktәblәrdә tәlim olunmağı barәsindә vә rus dilini bilmәyә ehtiyacımız olduğu babında yazmışdır.

 

Şәrhi-hәdis:

 

Bir hәdisi-sәhihdir bu xәbәr,

Söylәyibdir cәnab peyğәmbәr--      

Ki, Süleyman nәbi әleyhi sәlam

Hәr güruhun dilin bilirdi tәmam.

Ey oğul, bil, bu rәmzdәn mәtlәb

Deyil ancaq lisan lisani-әrәb.

Hәqq özü hәr lisanә danadır,

Hәr lisan hәq yanında zibadır.

Var bizim dörd kitabımız, ari,

Hәr biri bir lisan ilә cari.

Biri "Tövrat" idi giranmayә,

Gәldi ibri dilindә Musayә.

Biri "İncil" idi, birisi "Zәbur",

Hәr biri bir lisan ilә mәşhur.

Çün Mәhәmmәd әrәbdәn etdi zühur,

Öz lisanında qıldı hәq mәmur.

Türkdәn göndәrәydi gәr ani,

Türk dilindә olurdi "Quran"i.

 

Xitab:

 

Ey oğul, mәzhәbi-imamiyyә,

Xah Bağdadü xah Şamiyyә,

Cümlә bu etiqada guyadır--  

Ki, nәbi hәr lisana danadır.

 

Xah rusi lisani, xah firәng,

Bilir anı imami-bafәrhәng.

Hәr lisani ki, bәs bilirmiş imam,

Sən dә bilsәn, nә eybi, ey bәdnam?

 

Fәrzәndi-dilbәndinә yenә başqa bir xitabında deyir:

 

Rәmzi-"hәl yәstәvi" müdәllәl imiş,

Bilmәyәndәn bilәn kәs әfzәl imiş.

Hәq buyurmuş ki, ixtilafi-lisan

Nemәtimdәndir, ey güruhi-cahan!

Kim ki, bәs bir dil eylәsә hasil,

Oldu bir nemәtә o kәs vasil.

Cәhd qıl nemәti-tamamә yetiş,

Elm tәhsil qıl, mәqamә yetiş.

Ey oğul, hәr lisanә ol rağib,

Xassә ol rus elminә talib.

Çün ona ehtiyacımız çoxdur,

Bilmәsәk dil, әlacımız yoxdur.

Çatmayıb şәrdәn bizә bu xәbәr--    

Ki, әrәbdәn sәva dil oldu hәdәr.

Nә әrәbdir xuda, nә rumü nә zәng.

Nә hәbәşdir, nә zәngbarü firәng,

Xah boq, xah tanrı, xah xuda,

Birdi mәnada, ey düri-yekta!

Lәfz edirsә ifadә mәnani,

Sәrf edәr әhli-mәrifәt ani.

 

Burada Seyid rus dilinin öyrәnilmәsi vә mәktәblәrdә tәlim olunması müsәlmanlar üçün әn lazım әmrlәrdәn birisi olduğunu israrәn tövsiyә qılmasına ümdә sәbәb budur ki, mәrhumun zamanında fanatik ruhanilәrin vәzinin bәrәkәtindәn çoxları bu etiqadda idilәr ki, rus dilini vә xarici lisanları bilmәk vә mәktәblәrdә tәlim etmәk günahdır vә islamın rövnәqinә müxillü müzirr әsbablardan birisidir.

 

O cәhәtdәndir ki, Seyid dini-islamın hökmünә tәkyә edib fasidü xasir ülәmaların qövlü felini tәkzib edir:

 

Rәmzi-"hәl yәstәvi" müdәllәl imiş,

Bilmәyәndәn bilәn kәs әfzәl imiş.

Hәq buyurmuş ki, ixtilafi-lisan

Nemәtimdәndir, ey güruhi-cahan!

Çatmayıb şәrdәn bizә bu xәbәr--      

Ki, әrәbdәn sәva dil oldu hәdәr.

 

Seyidin әqidәsincә hәr lisanın öyrәnilmәsi şәxsә lazımdır. Amma biz müsәlmanlara lamәhalә üç dilin tәlimü tәdrisi vacib әmrlәrdәndir. Onlardan birisi türk, birisi әrәb vә üçüncüsü rus dilidir. Bunların vacib olmasını Seyid bu sayaq müdәllәl etmişdir:

 

Bizimçün lamәhalә, üç dilin tәlimi lazımdır,

Biri elmi-әrәbdir kim, bilәk mәnayi-Qurani.

 

Biri vacib bizә bilmәk vәtәndә söylәnәn dildir,

Gәrәkdir mәtlәbә biz eylәyәk türkiylә ünvani.

 

Biri hәm rusidir kim, bilmәyi bizlәrә lazımdır,

Ticarәtçün bilәk, hәm dәrk edәk qanuni-divani.

 

Zәbani-rusi bilmәk ya danışmaq qeyri dillәrdә

Şәriәtdә bizә nәhy olmayıbdır, yoxdu bürhani.

 

Süleyman ol, zәbani-hikmәti aç hüdhüdü murә--   

Ki, ta divü pәrilәr olsun әmrin bәndәfәrmani.

 

Mәgәr Sәlman deyildi İsfәhan atәşpәrәstindәn?

Zәbani-fürs olsun kim, gәrәkdir kamil imani.

 

Zәbani-fürs ilә tәlimә getdi hәmdü ixlasi,

Şahәnşahi-Әrәb bir qövm üçün göndәrdi Sәlmani.

 

Lisanın ixtilafın nemәtindәn әdd edib xaliq,

Bilir bu sirri ol kәs kim, bilir ayati-Qurani.

 

Nә dildә olsa, olsun, elm olsun xәlq alәmdә,

Deyildir bir dilә mәxsus, var hәr dildә imkani.

 

Qalıbdır firqeyi-islam dalda cümlә millәtdәn,

Әhatә eylәyiblәr başqalar elm ilә dünyani.

 

Deyirlәr ki, üfunәt eylәyibdir beyzeyi-islam,

Gәrәk rәfi-üfunәtçün edәk bu dәrdә dәrmani.

 

Gәrәk tazә üsul üzrә açılsın cümlә mәktәblәr,

Gәtirmәk tazә üslubә gәrәkdir köhnә bünyani.

 

Vapurlar atәşindir xah yolda, xah dәryadә,

Gәrәk әldәn qoyaq әrradәni, kәştiyi-yelkani.

 

Nolur idrak qılsan hәr güruhun dillәrin, canım,

Yerindә hәr birin sәrf eylәsәn vardırmı nöqsani?

 

Әfәndi ya axund rusi danışsa, bir günah olmaz,

Xudaya, sәn özün islah qıl bu qövmi-nadani!

 

Hәqiqәt söylә, Seyyid, qoy sәni kafәr desin mәrdüm,

Uyub nәfs әhlinә, tutma tәriqi-küfrü xizlani[10].

 

[10] Xizlan--kömәksiz vә müinsiz, zar vә zәbun qalmaq.

 

Nә vәsi etiqad, rövşәn fikir vә nә pakizә vә sәlamәt rәy!... Afәrin bu istiqamәt vә sәdaqәtә! Nәinki yalqız Azәrbaycan şüәrasından, bәlkә ümumi müsәlman әdibü şairlәrindәn heç birisi millәti-islamı o dәrәcәdә tәhsili-ülumu fünuna, himmәtü qeyrәtә, ittihadü ittifaqa, tәrәqqiyü tәmәddünә dәvәt qılmayıbdır, nә qәdәr ki, bu yolda Hacı Seyid Әzim sәrfi-himmәt edibdir.

 

Heç bir islam şairi Hacı Seyid Әzim kimi millәtin qeyrәtü tәәssübün çәkmәyibdir, onun oduna öz canını yaxmayıbdır. Şairin oğlu Mircәfәrә yazdığı pәndü nәsihәtlәr tәk bir oğlu üçün yazılmayıbdır, cümlә vәtәn övladının xeyir vә sәlahı üçün inşad olunubdur.

 

Seyid oğluna xitab etmәklә bizim hamımızı mәnzur qılıbdır. Türk mәsәlinin misdaqınca: "Qızım, sәnә deyirәm, gәlinim, sәn eşit!" Mircәfәrә verilәn öyüd vә nәsihәtlәr bizim üçündür. Onları biz gәrәk dәrguş edib, bir an unutmayaydıq vә şair göstәrdiyi yol ilә gedib nicatü sәadәt bulaydıq. Çifayda.... Әqlü şüursuz, fәhmü dәrrakәsiz olduğumuzdan işarәni anlamayıb, irәliki halımızda -- cәhlü nadanlıq qaranlığında qaldıq.

 

Otuz sәnә bundan müqәddәm mәrhum Hәsәn bәy Mәlikov cәnabları Bakıda nәşr qıldığı "Әkinçi" ruznamәsindә Hacı Seyid Әzim sırf avamlıqda yaşayan vә xabi-qәflәtdә qeydsiz vә rahat yatan millәtimizi bu sayaq hәyata, elmü mәrifәt tәhsilinә dәvәt elәyirdi:

 

 

HӘSӘN BӘYDӘN İLTİMAS

 

Ey Hәsәn bәy, müәllimi-dana!

Ey edәn әhli-alәmi әhya!

Ey çatan alәmә sәfa sәndәn,

Eylәyir Seyyid iltica sәndәn--      

Kim, bu mәktub kim, xәyalımdır,

Әhli-Qafqazә әrzi-halımdır,

Edәsәn çap, ey gözüm nuri,

Ta ola ruzigar mәşhuri.

 

 

QAFQAZ MÜSӘLMANLARINA XİTAB

 

Әssәlam, ey әhaliyi-Qafqaz,

Ey rәisani-vacibül-ezaz!

Әssәlam, ey güruhi-xeyrәsәr,

Millәtin qeyrәtin çәkәn kәslәr!

Kişidә olmasa әgәr qeyrәt,

Ondan, әlbәttә, yaxşıdır övrәt.

Dadü fәryad, ey güruhi-izam,

Oldu zaye bu millәti-islam.

Günü gündәn zәlilü xar oluruq,

Möhnәtü qüssәyә düçar oluruq.

Bu qәdәr dәrd kim, olur hadis,

Ona bielmlik olur bais.

Bir bәladır bu dәrdi-nadani--   

Ki, onun elm olubdu dәrmani.

Bu, tәәccübdür, ey güruhi-bәşәr,

Bir kişi yatsa, naxoş olsa әgәr,

Axtarır bir tәbibi-danadil,

Ta ki, sәhhәt ona ola hasil.

İndi naxoşdu millәti-islam,

Ona lazımdır eylәmәk әncam.

Dәrdimizdir bu dәrdi-nadanlıq--     

Ki, tutubdur bizi pәrişanlıq.

Qeyrilәr etdilәr tәrәqqiyi-tam,

Qaldı zillәtdә firqeyi-islam.

Kişinin olmadısa dünyası,

Barı lazımdır olsun üqbası.

Bizdә nә axirәt, nә dünya var,

Olmuşuq bir yaman bәlaya düçar.

Hәr vilayәtdә var beş-on kәsәbә,

Әlli min seyyidü, axund, tәlәbә,

Әlli dәrviş, әlli mәrsiyәxan,

Hamının sözlәri tamam yalan.

Әlli min suxtә, yeddi min sail,

Әlli min Hoqqabazi-naqabil,

Hamının fikri xәlqi soymaqdır,

Quru yerdә bu xәlqi qoymaqdır.

Xәlqә bunlar hamı qurublar dam,

Bir bunu anlamır bu qövmi-avam.

Şiәmiz sünniyә edәr töhmәt,

Sünnimiz şiәdәn edәr qeybәt.

Bizi puç etdi şiә, sünni sözü,

Әhli-islamın oldu gur gözü.

Bizә qeyrilәr eylәyir töhmәt,

Çün tәrәqqi edibdir hәr millәt.

Gәrçi var iş qanan kişi tәk-tәk,

Әksәri-xәlq avamdır, eşşәk.

Neylәsin iş qananlar, ay qardaş,

Qurunun oduna yanır hәm yaş.

Babi-elm olmayıb bizә mәsdud,

Kәsb edәn yoxdur anı, leyk nә sud!

Bundan әqdәm әgәrçi kәsbi-ülum

Müşkül idi vә leyk, ey mәxdum,

İndi işlәr çıxıbdır asanә,

Rәsmi-dünya düşübdü samanә.

Tapub övzai-masәva tәğyir,

Göyә çıxmağa xәlq edәr tәdbir.

Paraxod oldu kәştiyi-yelkan,

Özgә samana düşdü xәlqi-cahan.

Leyk biz bilmәrik göz açmaği,

Köhnә işlәrdә qalmışıq baqi.

Babamızdan nә görmüşük әvvәl,

Dәxi ondan sәvayә olmaz әmәl.

Mәsәlәn, bir müәllimi-әlәm,

Deyә xurşidi mәrkәzi-alәm,

Deyә sabit günü yeri sәyyar,

Zәlzәlә baisin bilirsә buxar,

Deyә kim var әraziyi-tisin,

Yerin altında yoxdu gavi-zәmin,

Şәrh edә gün tutulmağın sözünü,

Deyә kim, ay tutur günün üzünü,

Tutulan vәqtdә mәhi-taban,

Deyә kim, zilli-әrzәdir pünhan,

Edә әrşin xürusunu inkar,

Etmәyә bu kәlamә istiğfar,

Deyәcәklәr ki, cümlә kafərdir,

Bu şәqi münkiri-peyğәmbәrdir.

Bu nәdәndir? Savadımız yoxdur,

Elmdә ictihadımız yoxdur.

Bilmirik biz hәdis mәnasın,

Qanmırıq әhli-şәr fitvasın.

Bixәbәr olmuşuq şәriәtdәn,

Başımız çıxmır elmi-hikmәtdәn.

Bağlanıbdır rәhi-mәişәtimiz,

Gәrçi var kәsbә istitaәtimiz.

Olmuşuq misli-tәnbәli-Bağdad,

Edirik cümlә bәxt әlindәn dad.

Kәsb üçün hәzrәti-rәsulüllah-- 

Dedi:--"Әlkasibü hәbibüllah".

Zinәti-şәxs elmi-әdyandır,

Elmsiz şәxs misli-heyvandır.

 

       *       *       *       *       *

 

Әyyühәnnas, kimyadır elm,

Mәzhәri-zati-kibriyadır elm.

Çün ki, var idi bizdә nadanlıq,

Bizә üz verdi çox pәrişanlıq.

İndi Şirvanda açmışıq mәktәb,

Dәrsimiz rusü türkü farsü әrәb.

Zәhmәtim çoxdu, hiç nәfim yox,

Leyk hәqqә ümidvarәm çox.--        

Kim, bu zәhmәtlәr olmaya zaye,

Bәlkә bu macәra ola şaye.

Şeyxül-islamü müftiyi-islam

İkisi bir olub, edә әncam.

Çünki bunlar rәisi-millәtdir,

Mәdәni-lütfü kani-qeyrәtdir.

Seyyida, bәsdi, nәzmi qıl kütah,

Xatirin cәm qıl ki, inşaallah,

Şeyxül-islamü müftiyi-xoşnam

Mәktәbin әmrinә edәr әncam!

 

Mәrhum Seyidin cigәr qanı ilә yazılmış bu mövzun kәlamı hәr millәt qeydi çәkәn şәxsin lövhi-zәmirindә, әlbәttә, nәqş bağlayacaqdır.

 

Otuz beş il bundan irәli Seyid nalәvü fәryad edib, müsәlmanların gün-gündәn tәnәzzül tapmasını, xarü zәlil olmasını, fәlakәtә düşmәsini, milәli-müxtәlifәnin ayaqları altında payimal olmasını rüәsayi-millәtә göstәrib onlardan tәdbirü әlac istәyir:

 

Dadü fәryad, ey güruhi-izam,

Oldu zaye bu millәti-islam.

Günü gündәn zәlilü xar oluruq,

Möhnәtü qüssәyә düçar oluruq.

 

Bu pәrişanlığın, bu fәlakәtin, bu әnduhü qüssәnin, bu mәrәzi-möhlikin sәbәbü illәtini Seyid elmsizlikdә vә nadanlıqda görüb, onun çarә vә müalicәsini ancaq elmü bilikdә tapıb deyir:

 

Bu qәdәr dәrd kim, olur hadis,

Ona bielmlik olur bais.

Bir bәladır bu dәrdi-nadani--       

Kim, onun elm olubdu dәrmani.

 

Otuz-qırx sәnә Seyid mәrhumun bu dadü fәryadı zamanından gәlib keçdi. Biz yenә haman qәflәtdә, haman elmsizlikdә qalmışıq vә gün-gündәn başı aşağı tәnәzzül etmәkdә varıq....

 

Mәrhum Hacı Seyid Әzim dәxi bu mәnalardan vә bu illәtlәrdәn uzaq getmәyib müsәlmanların dalda qalmağını vә gün-gündәn tәrәqqi mәkusda olmağını elmsizlikdәn vә adәmi-ittifaqi ittihaddan görür.

 

Söz yoxdur ki, әgәr müsәlmanlar arasında ülfәt vә mәhәbbәt olsaydı, yek-digәrinin xeyir vә sәlahını müraat etsәydilәr, biri-birlәrinin tәrәqqi vә sәadәtinә büklü hәsәd etmәyib şad olsaydılar, vәtәnin uğrunda abadü rövnәq bulmasında ittifaqla sәyü kuşiş etsәydilәr, bu fәlakәtә vә bu rәzalәtә düçar olmazdılar vә şair dәxi belә atәşi-cigәrsuz ilә әbnayi-millәti müttәhim etmәzdi:

 

Hamının fikri xәlqi soymaqdır,

Quru yerdә bu xәlqi qoymaqdır.

Şiәmiz sünniyә edәr töhmәt,

Sünnimiz şiәdәn edәr qeybәt.

Bizi puç etdi şiә-sünni sözü,

Әhli-islamın oldu gur gözü.

 

Hacı Seyid Әzim Şirvaninin böyük xidmәtlәrindәn birisi dә sünni-şiә mәsәlәsindә hәr iki firqәnin mabeynindә vüqua gәlәn büğzü әdavәtin, kinü küdurәtin әbәs vә bibina olmağını gözәl vә abdar şerlәr vasitәsilә müdәllәl etmәyidir. "İnnәmәl-möminunә ixvәtün, fәәslihü beynә әxәveyküm"[11]ayә misdağınca müsәlmanlara biri-birilә qardaş kimi müamilә vә müaşirәt etmәk borc olduqda onlar bilәks biri-birinin xeyir vә sәlahını mülahizә etmәyib әdavәt başlamışlar vә Quranın hökmünü pozmaqla belә fәlakәt vә zәlalәtә düşmüşlәr.

 

[11] Möminlәr bir-birinә qardaşdırlar.... Quranda "Hücәrat" surәsindәn ayә.

 

Hacı Seyid Әzim hәr iki tәrәfin әbәs vә bihudә biri-birilә müddәi olmaqlarını görüb, canü dildәn ağrıyıb nalәvü fәryad edirdi ki, biz bir millәt olduğumuz halda, biri-birimiz ilә qardaş kimi dolanmağa allahın hökmü ilә borclu ikәn nә sәbәbә iki firqәyә bölünüb әdavәt başlayaq? Biri-birimizin puç vә münhәzim olmasına özümüz sәbәb olaq?

 

Bizi puç etdi şiә-sünni sözü,

Әhli-islamın oldu gur gözü.

 

Mәlum olsun ki şairin zamanında ki, camaat bizim bu tәrәqqi әsrinә vә hürriyyәt zamanına nisbәt sırf avamlıqda idi vә onların külli-ixtiyarı müfәttin vә tamahkar ruhanilәrin әllәrindә idi vә sünni ilә şiә mәzhәb arasında böyük ziddiyyәt vә düşmәnçilik var idi, bu sayaq açıq vә xövfsüz danışmaq vә hәr iki tәrәfin eybü qüsurunu, yek-çeşmü kәcbin olmaqlarını göstәrmәk, hәr iki tәrәfә zәhralud niştәr vurmaq, hәr iki tәrәfi mәhәlli-istehzaya qoyub üzlәrinә gülmәk ancaq Seyid kimi qәyur vә hünәrmәnd şәxslәrin şәninә gәlmişdir.

 

Seyidin "Pәrişannamә" adlı kitabında sünni ilә şiә arasında vüqua gәlәn bir neçә gülmәli mәzhәkәlәr vardır ki, şair artıq mәharәt ilә hәr iki tәrәfin sadәlövh vә avam olmağını nәzmә çәkib, boş vә çürük şeyin üstündә mübahisә etmәklәrini göstәrir. Nümunә üçün o mәzhәkәlәrdәn birisini burada zikr etmәyi lazım gördük:

 

Bir nәfәr şiә ilә bir sünni

Bir-birindәn acıqlı, hәm kinni,

Bir yol ilә gedirdilәr, o zaman

Nәrdiban qoydular[12] yola xәndan.

Göftguyә çün etdilәr rәğbәt.

Çәkdi nazik yerә o gün söhbәt.

Dedi sünni ki, bәs Ömәr hәqdir,

Ona töhmәt qılan kәs әhmәqdir.

Odu sәrxeylü әfzәli-әshab,

Adili-әsrü zadeyi-Xәttab.

Dedi şiә ki, bәdi-peyğәmbәr

Hamının әfzәli olub Heydәr.

Elm şәhri rәsuli-Bәthadır,

Babı ol şәhrin ol sәfaradır.

Xülәfa tutmayıbdır hörmәtini,

Qәsb ediblәr onun xilafәtini.

Dedi sünni ki, olmasaydı Ömәr,

Aça bilmәzdi dini peyğәmbәr.

Çün Ömәr dini-hәqqә yar oldu,

Dini-islam aşikar oldu.

Fatehi-din Ömәrdü nuri-cәli,

Ola bilmәz o şaha misl Әli.

Hәqq Ömәrlәndü, hәm Ömәr hәqdir,

Alәm içrә bu söz mühәqqәqdir.

Gәrm idi bәhsdә bular amma

Nagәhan bir nәfәr olub peyda,

Dedilәr, gәl tutaq hәkәm bu kәsi,

Ta görәk kimdi din dadrәsi.

Dedilәr:--Ey rәşidi-danişvәr,

Әli әfzәldi, söylә, yoxsa Ömәr?

Çәkdi bir ah ol bülәnd cәnab

Onlara verdi ta bu növ cәvab--        

Ki, müqәssir Әlidir, ol mövla,

O yәdüllahi-xaliqül-әşya.

Neyçün axır yaratdı kim, Ömәri,

Özünә dәydi aqibәt zәrәri.

Oldu onlara teyyibü tahir,

Әliallahi olduğu zahir.

 

[12] Yola nәrdiban qoymaq--yәni әsnayi-rahda söhbәt elәmәk.

 

Şair özü şieyi-isna-әşәri olduğu halda xülәfayi-güzinә artıq meylü mәhәbbәti vardı vә bu mәhәbbәtdәn naşi öz övladına onların adlarını qoymuşdur.

 

Mәrhumun әkdiyi gözәl töxmün sәmәridir ki, lillәhil-hәmd, bu halda bizlәrә nәsib olmaqdadır vә sünni-şiәlik sözü aralıqdan götürülmәkdәdir.

 

Seyid Şirvaninin "Әkinçi" qәzetindә dәrc olunan mәnzumәlәrindәn bir neçәsi onun "Mәcmuә"sinә daxil olmayıbdır. Bizim anladığımıza görә, Seyidin haman mәnzumәlәri bu halda dәxi mәnadan düşmәyibdir vә onların tamamisi hissiyyati-tәbiidәn nәşәt etmәyә görә, hәr vaxtda oxucuları şurü qeyrәtә gәtirәcәkdir. Mәsәlәn, qәzetin nәfini inkar edib, onda tәb olunan әhvalatın cümlәsini sırf hәdyan sayanlar, onu pul tәlәsi hesab edәnlәr indi dә bizim içimizdә qәzetin nәfini vә lazım olmağını bilәnlәrdәn az deyil. Әgәr belә olmasaydı, onda bizim dә neçә-neçә qәzet vә jurnallarımız olardı vә qәzet verәnlәr bu qәdәr korluq, sıxıntı vә zәrәr çәkmәzdilәr, bu qәdәr töhmәt vә әziyyәtә, maddi vә mәnәvi ehtiyaclara düçar olmazdılar.

 

Qәzetin nәfü faydasını inkar edәn vә elmü sәnәtin xeyrini bilmәyәn bir cahil Seyidә rast gәlib bu suallara ondan cavab tәlәb edir.

 

Sual:

 

Dün sual etdi bir nәfәr cahil--      

Ki, qәzetdәn nәdir bizә hasil?

Bu Hәsәn bәy nә istәyir bizdәn,

Doldurub alәmi quru sözdәn?

Dad edir ki, gәrәkdir elm oxumaq,

Çәkmә tikmәk vә ya ki, bez toxumaq.

Danışır gah әkin, ziraәtdәn,

Gah maşın, gah özgә sәnәtdәn.

Şәrh edir gah süd qayırmağı--    

Gah qatıqdan belә çәkib yağı.

Pendiri öyrәdir ki, böylә tutun,

Saxlayıb artıcıq bahaya satun.

Gah Amerkadan eylәyir kim yad,

Bu sifәt bir maşın olub icad.

Nәyә lazımdı bizlәrә maşın,

Nә üçün xalqın aldadır başın?

Babamız görmәdi maşın işini,

İngilis tәk bu tovlayır kişini.

Biz mәgәr bilmirik yağı tutmaq,

Pendiri saxlayıb pula satmaq?

Çöldә hәr övrәti-Qarabaği

Nehrәdә çalxayır gözәl yaği.

Biz mәgәr bilmirik taxıl biçmәk?

Nәyә lazımdı maşın öyrәnmәk?

Şöxmә vacibdir ola beş cüt kәl,

Biçinә çin gәrәkdi, xırmana vәl.

Nә gәrәkdir yazıb ki, ol sadә

Fәhlәlәr cәng edir Amerkadә.

Bilmәmiş rәmzini bu dünyanın,

Söylәyir halını Amerkanın.

Hiç doğru deyil bunun nәfәsi,

Nә qәzetdir? Tamam pul tәlәsi.

 

Cavab:

 

Dedim:--Ey cahili-kәrihxitab,

Gәrçi nadanә yoxdu hiç cavab,

Leyk vacibdü şәrh edim hali,

Sәni filcümlә eylәyim hali.

Bu qәzet kim, olub cahanda bina,

Nә üçün ixtira olub aya?

Hansı millәt edib bunu icad?

Hansı dövlәt ona edib imdad?

Nәdir ol millәtin görәk qәrәzi?

"Hәst, әlbәttә, dәr dilәş mәrәzi"[13].

Hamı millәtdә var qәzetlәr çox,

Demә kim, bunda hiç faidә yox.

Qәzetin çoxdu xәlqә mәnfәәti,

Nә bilir kim ki, yoxdu mәrifәti.

Demәrәm vәhyi-asimanidir ol,

Leyk әrbabi-halә canidir ol.

Ümmül-әxbar, müxbirül-asar,

Kaşifür-rәmz, vaqifül-әsrar,

Özünә eylәyib hәmiyyәti fәrz--    

Ki, edә alәm içrә teyyül-әrz.

Gah olur әsbi-telqramә sәvar,

Şәrqdәn Qәrbә söylәyir әxbar.

Gah Peterburqdan olur guya,

Gah olur Hindi-Şәrqdәn peyda.

Gah Dünaydan verir qәribә xәbәr,

Gah Parisdәn gәlir o pakhünәr.

Kәşf edir gah Londonun halın,

Söylәyir hәr kralın әhvalın.

Nә qәzet, mayeyi-sәadәtdir,

Nә qәzet, eyni-elmi-hikmәtdir.

Xassә kim, ol "Әkinçi"yi-dana

Әhli-Qafqazı eylәyib әhya.

Gәr әkin söhbәtilә guyadır,

Bәli, öz isminә müsәmmadır.

Ol gәrәk söylәyә ziraәtdәn,

Şöxmdәn, keştdәn, fәlahәtdәn.

Bu da bir feyzü nemәti-digәr--        

Ki, verir gah zaman bir özgә xәbәr--      

Ki, filan yerdә әhli-Ürupa

Bu sifәt bir maşın ediblәr bina.

Sәnә kim güc edәr ki, get onu al,

Ey sәfihü dәbәngi-çalsaqqal.

Paraxod minmә bәs sәn, ey heyvan--       

Ki, minibdir atan-baban yelkan.

Bәs mahut geymә, xoş deyil falı,

Çünki atan geyәrdi dağ şalı.

Lәnpә yandırma kim, sәn, ey yaği,

Yandırırdı atan nöyüt çiraği.

Oxuma sәn qәzet, şikәstә oxu,

Get, döşündәn yalan hekayә toxu.

Kәrәmü Әslinin danış nәqlin,

Sәn bәyәnmә Hәsәn bәyin әqlin.

Eylәyin әhli-fisqә imdadi,

Gәh bizi hәcv eylәsin Hadi[14];

Qoy bizi ta ki, hәzrәti-kapitan[15]

Hәcvlәr eylәsin, olun xәndan.

Ey Hәsәn bәy, bu qövmi-nadandan

İncimә, yoxdu baki hәdyandan.

Bunlar ol qövmdür ki, Loğmani

Öldürüb oldular әzaxani.

Sonradan qәdrini bilәr bu avam,

Seyyida, xәtm qıl, uzundu kәlam.

 

[13] Tәrcümәsi: Әlbәttә, ürәyindә bir dәrdi var.

[14] Hadiyi-Müzәllin Qarabaği mәrhum Seyidi vә Hәsәn bәyi baş çapmaq mәsәlәsi üstündә hәcv etmişdir. O hәcvdәn bәzi fәrdlәr "Әkinçi"dә çap olunmuşdur. Hadinin tәrcümeyi-halına müraciәt etmәlidir.

[15] Qudyal sakini kapitan Sultanov yenә "Hadi" tәxәllüs haman mәtlәb üstә hәr iki әdibi nalayiq hәcvlәri ilә tәzmim etmişdir. Seyidin ona verdiyi cavab atidә dәrc olunacaqdır.

 

Qәzetin lüzumiyyәti vә ondan hasil olan nәfü faydanı belә açıq dildә Seyid Şirvani bәyan etdisә dә, heyfa ki, onun camaatımıza artıq tәsiri olmadı vә xalq öz avamlığında qalıb, "Әkinçi"ni oxumağa meylü rәğbәt göstәrmәdi. Belә ki, "Әkinçi"nin hәyatının axır dәmlәrindә şair yenә müsәlmanlara üz tutub onları himmәtü qeyrәtә dәvәt edib, qәzetin lazım olmağını dübarә şәrh qılır:

 

Әssәlam, ey әhaliyi-zişan!

Ey olanlar bәla oxuna nişan!

Nә bәla? Cәhlu dәrdi-nadanlıq,

Ey tutan çәmini pәrişanlıq!

Neçә müddәtdi kim, Hәsәn bәyi-zar,

Hüsni-tәdbir ilә o fәxri-kübar,

Öz qәdimi lisanımızda haman,

Qәzetә çapını edib ünvan.

İzn hasil qılıbdı dövlәtdәn,

Biz gәrәk dәm vuraq sәadәtdәn.

Özünә gәrçi yoxdu faidәsi,

Leyk var xәlqә feyzi-zaidәsi.

Feyzi-әvvәl budur ki, müxtәsәri,

Yetirir ol cәnab hәr xәbәri.

Oluruq hali-alәmә vaqif,

Bu bizә bәs deyilmi, ey arif?

Feyzi-sani budur ki, hikmәtdәn,

Şәrh edir kәsbdәn, ziraәtdәn.

Әkibәn elm töxmünü o cәnab,

Mәzrәi-alәmi edir sirab.

Ol bizә bir sәhabi-rәhmәtdir,

Baisi-abruyi-millәtdir.

Gәrçi hәr dildә var qәzetlәr çox,

Bizә ondan vә leyk faidә yox.

Bilmirik rus ya firәng dili,

Hәr dilin rәmzini öz әhli bili.

Bizdә yox rus, hәm firәngi savad,

Olmuşuq türkü farsiyә mötad.

Onu da hiç bilmirik kamil,

Әksәri-xәlq avamdır, cahil.

Bәs, "Әkinçi" bizә münasibdir,

Qiymәti yaxşı, mali-kasibdir.

Bәs, "Әkinçi" cәlalımızdı bizim,

Baisi-ibtilalımızdı bizim.

Sәy edin, ey güruhi-niksifat!

Etmәsin ta bizim "Әkinçi" vәfat.

Sonra göydәn әgәr enә İsa,

Edә bilmәz o mürdәni әhya.

Ey "Әkinçi" xәrid edәn kәslәr,

Vermәsә cәngdәn "Әkinçi" xәbәr,

Qәzetә tәrkin etmәyin zinhar,

Nә gәrәkdir bizә o nәqlü güzar.

Qәdәğәndir o növ söhbәtlәr,

Eşidin pәndlәr, nәsihәtlәr.

Biz gәrәk sәy edәk mәişәt üçün,

Sәnәtü kәsb üçün, ziraәt üçün.

 

"Әkinçi"nin belә zәif halında Rus vә Osmanlı müharibәsi başlanır. Bu әsnada mәrhum Hәsәn bәyә bәrk qadağan ol[un]ur ki, dava barәsindә qәzetdә bir söz belә yazmasın. Qәzetin müştәrilәri isә Hәsәn bәydәn müharibәyә dair xәbәrlәr tәlәb edib, almadıqda bir tәrәfdәn mәyus vә digәr tәrәfdәn mühәrrirdәn narazı vә dilgir olmaqlarını ona izhar edirdilәr.

 

Mәrhum Haçı Seyid Әzim mühәrririn belә müşkül halda әlacsız qalmağına işarә edib, qәzet oxuyanlara nәsihәt üzü ilә deyir ki, әgәr "Әkinçi" cәngdәn sizә xәbәr vermәsә, onun üzrünü qәbul edib müttәhim qılmayın vә zinhar qәzet tәrkini etmәyin.

 

Amma çifayda Seyidin nәsihәti dә nәticәbәxş olmadı. Haman 1877-ci ilin sentyabr ayında yatdı vә bir sayaq yatdı ki, daha bir dә durmağa qüdrәtü tәvanası qalmadı.

 

Mәrhum Hacı Seyid Әzimin "Әkinçi"dә tәb olunan mәktubati-mәnzumәlәrinin bәrgüzidәlәrindәn birisi dә tәlimü tәrbiyәnin insana hüsni-tәsiri babında yazdığıdır ki, burada zikr olunur:

 

Ey bizә xeyrxah olan Möhsün,

Әhli-ehsanü xoşnişan Möhsün!

Millәtin qeyrәtin çәkәn qardaş,

Töxmi-xoşbәxtlik әkәn qardaş,

Sözlәrin dün gәtirdi şurә mәni,

Şad qılsın görüm ilahi sәni!

Yazmış idin ki, ey güruhi-bәşәr,

Әhli-islamü qövmi-paksiyәr,

Ayılın bircә xabi-qәflәtdәn,

Geri qaldıq tamam millәtdәn!

Afәrin, ey yeganeyi-dövran!

Pәndinә yoxdu şәkkü reybü güman.

Mәsәlin xub, sözlәrin mәrğub,

Zövq edәr guş edәndә әhli-qülub,

Filhәqiqәt dirәxti-nakamil,

Tәrbiyәt feyzinә olur şamil.

Növi-insan deyil ağacdan kәm,

Qabili-tәrbiyәtdi hәr adәm.

Daşı tәsiri-afitabi-fәlәk

Döndәrib lәli-nab edәr bişәk.

Nafi-ahudә müşk edir qani,

Dürri-nab öylәr abi-neysani.

Elm üçün, ari, әhli-hikmәtlәr

Çәkib alәmdә çox riyazәtlәr.

Elmsiz kimsәnә hünәrsizdir,

Elmi-bitәrbiyәt sәmәrsizdir.

Tәrbiyәt mayeyi-sәadәtdir,

Tәrbiyәt şәxsә malü dövlәtdir.

Elmlә hәr o kәs ki, danadır,

Qabili-feyzi-rәbbi-әladır.

Nitq ilә mürdәlәr qılan әhya

Qaçdı nadandәn hәzrәti-İsa.

Elmdir baisi-tәrәqqiyi-tam,

Alimә tay deyil güruhi-avam.

Bunu da bil ki, ey qәrini-şәrәf,

Elm ancaq deyil bu "Nәhv" ilә "Sәrf",

(Bu deyil ancaq elm, ey dana,

Edәsәn bövl vәqti-istibra.)

Hәlә qalsın bu rәmzlәr bari,

Elmsiz adәmin nә miqdari?

Möhsüna, ey fәda olum sәnә mәn!

Etdiyin fikri-bikrә sәd әhsәn!

Bilmәyәn yoxdu kim, bu mәnani:

Tәrbiyәt kamil eylәr insani.

Tutalım gәldik әmrә mәrdanә,

Baxmadıq tәnü lәni-nadanә.

Tutalım eylәdik bu әmrә tifaq,

Tәrbiyәt biz görәk ki, kimdәn alaq?

Hansı mәktәbdә fövci-әtfali

Hansı bir elmdәn edәk hali?

Mәktәbi-tibb ya ki, hikmәtdәn?

Ya ki, hәrbiyyә ya ki, hirfәtdәn?

Necә kim, ol "Vәkili-namәlum"

Eylәmişdi bu nüktәni mәrqum.

Әvvәla bizdә yox o mәktәblәr--  

Ki, verә kәsbi-elmi xәlqә sәmәr.

Nә o gunә kitablar әlan--       

Ki, ola öz lisanımızda bәyan.

Bizә hasil nә şey olur yoxdan--       

Ki, itibdir kitabımız çoxdan.

Hanı bizdә "Xülasә"nin sәmәri,

Hanı "Cәbrül-mәqabil"in xәbәri?

Sәhl dillәrdә elmi-heyәt yox,

Cәmü tәfriqü zәrbü qismәt yox.

Nә tәqiyyә, budur sözün safi,

Küfrdür bizdә elmi-coğrafi.

Elm evi oldu ol zaman bәrbad--       

Getdi[16] rehlәt xәlifeyi-Bağdad.

Hәr vilayәtdә var beş-on mәktәb,

Edirik kәsb onda elmü әdәb.

Mәktәbin fәrşi altı köhnә hәsir,

Neçә әtfali-müztәr onda әsir.

Dәrsimizdir kitabi-"Gürbәvü muş",

"Nәqli-hәmdunә", "Qisseyi-xәrguş".

Oxuruq çox tәrәqqi etsәk әgәr

Cümlә "Tarixi-Nadir"i әzbәr.

Bixәbәr elmi-paki-hikmәtdәn,

Bisәmәr caddeyi[17]-şәriәtdәn.

Deyәcәksәn ki, ey qәrini-әdәb,

Bәs, gәlin tazәdәn açaq mәktәb.

Biz bu әmrә görәk ki, ey xoşnam,

Hansı qüdrәtlә eylәyәk iqdam?

Pulumuz varmı ol sәrәncamә,

Ta yetişsin fәqirlәr kamә?

Әhli-islam eylәyibdi vәfat,

Dәxi müşkül tapar bu qövm hәyat.

Mәgәr ol Әsgәri-Gorani[18] gәlә,

Neçә mәktәb dәxi gәlә әmәlә.

Vәzirov[19] bәlkә eylәyә imdad,

Qıla bu qövmi elm üçün irşad.

Aça onlar da mәn kimi mәktәb,

Çәkәlәr ruzü şәb әzabü tәәb.

Barilaha, behörmәti-Quran,

Bizә çatdırsın onları sübhan.

Seyyida, hәr güruh içindә ola,

Daima әhli-halә eylә dua.

 

[16] Ki, etdi--red.

[17] Caddә--böyük yola deyilir; şahrah.

[18] Әsgәr ağa Gorani Adıgözәlov ki, sabiqdә Gәncә şәhәrindә şәhәr rәisi idi, iki sәnә bundan müqәddәm vәfat edibdir.

[19] Vәzirov Nәcәf bәy hali-hәyatdadır. "Әkinçi" verilәn vaxtı Rusiyada darülfünunda tәhsildә olub. Hәr ikisi "Әkinçi"yә әxbarnәvis olub, ülumü sәnayeyә dair müfid mәqalәlәr yazardılar.

 

Mәrhum Seyid bu kәlami-xoşmәalında yenә elmü әdәbin fәzilәtü şәrafәtini bәyan edib, әhli-islamı hәr ikisinin tәhsilinә dәvәt qılır vә sabiqdә bizim mәktәblәrimiz necә pәrişan halda olduğunu vә tәlimi-әtfal üçün istemal olunan bimәzmun nağıl kitablarını vә bilkülliyyә tәlimü tәrbiyә işlәrimizin bisәrü pa olduğunu nәzmә çәkib Әsgәr Gorani ilә Nәcәf bәy Vәzirovun Rusiyadan müraciәtini arzu elәyir, ta ki, onlar gәlib mәktәb işlәrini düzәldib, intişari-maarifә rövnәq verәlәr.

 

Hacı Seyid Әzimin tәrbiyә mәsәlәsinә hansı nöqteyi-nәzәr ilә baxması onun aşağıda zikr olunan bir neçә әşarından mәlum olunur. Bәzilәrin etiqadınca hәr bir vücud qabili-tәrbiyә vә tәlim ola bilmәz. Elә bir cövhәrsiz, gövdәn vә fürumayә şәxslәr var ki, nә qәdәr onlara tәlimü tәrbiyә olunsa, yenә dә avamlıqda vә sırf heyvaniyyәtdә qalıb, ruhaniyyәt vә mәnәviyyat cәhәtincә tәrәqqi edә bilmәzlәr. Şairin kәlamından:

 

Gәr qәra daşı qızıl qan ilә әlvan edәsәn,

Rәngi tәğyir tapar, lәli-Bәdәxşan olmaz--

 

-- mәalınca çoxları bu әqidәdәdirlәr ki, naәhlü naqabil şәxsә heç bir tәrbiyә әsәr edә bilmәz. Girdәkan günbәdә yapışmayan kimi, tәrbiyәt dә naәhlü dәnitәb şәxsә tәsir edә bilmәz.

 

Amma mәrhum Seyid bunun әksincә başqa bir etiqadda olub, insanın qabili-tәrbiyә olduğunu tәkid elәyir. "Nәbatat vә heyvanata tәrbiyә vә әdәb tәsir etdikdә insana etmәzmi?" -- deyib yazır:

 

Filhәqiqәt, dirәxti-nakamil

Tәrbiyәt feyzinә olur şamil.

Növi-insan deyil ağacdan kәm,

Qabili-tәrbiyәtdi hәr adәm.

Daşı tәsiri-afitabi-fәlәk

Döndәrib lәli-nab edәr bişәk.

Nafi-ahudә müşk edәr qani,

Dürri-nab eylәr abi-neysani.

 

Belә olan surәtdә insan elmü tәrbiyәt sayәsindә әxlaqü adabca tәrәqqi tapıb feyzi-rәbbanidәn ona әta olunan ülüvvi-dәrәcәyә vasil ola bilmәzmi? Әlbәttә, olar! Bәs, mayeyi-sәadәt insan üçün hüsni-tәrbiyәtdir. Tәrbiyәtsiz elmin dә faydası yoxdur. Necә ki, şair özü deyir:

 

Elmsiz kimsәnә hünәrsizdir,

Elmi-bitәrbiyәt sәmәrsizdir.

Tәrbiyәt mayeyi-sәadәtdir,

Tәrbiyәt şәxsә malü dövlәtdir.

 

Hacı Seyid Әzim insanın hәr bir qövlü feli hikmәtü mәrifәt yolu ilә olmağını nәzәrә alıb, yövmi-aşurada cühәlanın baş çapmasını "Әkinçi" qәzetindә bir növ zәmm etmişdir.

 

Şairin bu rәftarı Qudyal sakini kapitan Sultanov "Hadi" tәxәllüsә nasәza görünüb Seyidi hәcv qılmağa vadar etmişdir vә Seyidi-mәrhuma bunu irad tutmuşdur ki, guya Seyid cәddi-büzürgvarı Mәhәmmәdәl-Mustafanın övladına tutulan tәziyәdarlıqdan dilgir olub, aşura günü cәnab seyyidüş-şühәdanın vә sair Kәrbәla şәhidlәrinin yolunda başlarını çapanları tәhsin әvәzinә tәzmimü tәqbih etmişdir.

 

Haman hәcvin müqabilindә şairi-Şirvan bu әşari-abdarü xoşgüvarı yazıb Hәsәn bәyә göndәrmişdi ki, "Әkinçi"-dә onu çap elәsin. Amma sәbәb nә olmuşsa da çap olmamışdır:

 

Ey bizi mәdh qılan Hadiyi-dövran әxәvi!

Bu nә zәhmәtdir, әya mәnbәi-ürfan әxәvi!

Seyyidi eylәmisәn mәdhi-firavan, әxәvi,

Şad sәndәn olacaqdır şәhi-Mәrdan, әxәvi!

 

Çәkdi ol gün ki, Sәnan Kәrbübәlayә lәşkәr,

Qaldı ol әrsәdә tәnha o şәhi-tәşnәcigәr,

Sәn әgәr olsa idin orda, әya paksiyәr,

Canını eylәr idin ol şәhә qurban, әxәvi!

 

Çatmayıb çün әlin ol feyzә, әya xoştinәt,

İndi övladına bәsdir ki, edirsәn hörmәt,

Cәddimiz şad olacaq olsa sizin tәk ümmәt,

Mәrhәba, namxuda, sahibi-iman әxәvi!

 

Mәni әfv eylә ki, öz cürmümә iqrar etdim,

Anladım sәhvimi, iqrarımı inkar etdim,

Sәnә baş çapma dedim, tövbә, stiğfar etdim,

Keç bu tәqsirdәn, ey mәnbәi-ehsan әxәvi!

 

Olasan eşqdә divanә, mәhәbbәtdәndir,

Çapasan başını mәrdanә, mәhәbbәtdәndir,

Tökәsәn qanını meydanә, mәhәbbәtdәndir,

Olmuşam eylәdiyim zәmmә pәşiman, әxәvi!

 

Leyk gәl indi biz әyri oturaq, düz danışaq,

Elә bil ki, küslüydük, tazәdәn gәl barışaq,

Şәrdә var isә, baş çapmağa biz dә qarışaq,

Bir görәk varmı buna höccәtü bürhan, әxәvi?

 

Belә fitvanı görәk verdi bizә hansı imam?

Ya ki, onlar özü dә etdi bu әmrә iqdam?

Bәdәnin zәhmәti gәr şәrdә olmazsa hәram,

Biz dә başlar çapıban cari edәk qan, әxәvi!

 

Gәrәk әvvәl çapa başlarını fövci-ülәma,

Çünki onlardı bu işlәrdә rәisül-füqәra.

Sonradan baş çapalar xanü әmirül-ümәra,

Nә ki, hәr bisәrü pa, lutiyi-meydan, әxәvi!

 

Heç eşitdinmi çapıb başın imami-Cәfәr?

Ya ki, Musiyü Riza, Әsgәriyi-xәstәcigәr,

Bizdәn onlar mәgәr öz cәddini az istәrlәr?

Niyә bәs vermәdilәr bu işә fәrman, әxәvi?

 

Bu yәqinimdir әgәr olsa özü zindә imam,

Hökm edә: çapma başın, nәhydi bu feli-hәram.

Yenә hәr il çapacaq başını bu qövmi-әvam,

Demә kim, tәrki-tәbiәt ola asan, әxәvi!

 

Qudyal әhli bu işә rağib olur bizdәn çox,

Baş çapıb, qıfl taxıb, cismә keçirdәrlәr ox,

Nә mәzәmmәt elәyim, onlara bir töhmәt yox,

Göz açıb böylә görüb, adәt edib can әxәvi!

 

Doğrudur, baş çapırıq biz dәxi cәmiyyәt ilә,

Bunu lazımdı halal eylәmәyә hüccәt ilә,

Nә olur bir göz açıb baxsaq işә ibrәt ilә,

Bәlkә yoldan çıxarıbdır bizi şeytan, әxәvi!

 

Ey Hәsәn bәy ki, gәlib tәbimә mәrdanә bu söz,

Bilirәm ki, dәyәcәk Hadiyi-kaptana bu söz,

Çap qıl, ta dağıla sәfheyi-dövranә bu söz,

Qoy mәni hәcv elәsin hәzrәti-kaptan, әxәvi!

 

Ey bu nadanlar әlindәn yetişәn canә Hәsәn,

Sәbr qıl tәneyi-hәr cahilü nadanә, Hәsәn,

Sәn dә Seyyid kimi ver pәndi-hәkimanә, Hәsәn,

Bәlkә bir söz qana bu zümreyi-nadan, әxәvi!

 

Seyidi-mәrhumun bu hәkimanә vә әdibanә cavabı layiqi-tәhsin vә şayani-diqqәtdir. Filhәqiqә, bir әmәl ki, şәri-şәrifdә haram buyurula, onun fitvası hamiyi-din vә sahibi-şәriәt iddiasında olan ülәmavü füzәla tәrәfindәn fikrә sığışmayan vә әqli-sәlimdәn bәid bir әmrdir.

 

Әgәr dini-mübini-nәbәvidә hifzi-bәdәn әmri sadir olmasaydı, onda baş çapmaq felini vә bәdәnә nizә, ox, qıfıl, at nalı, qılınc, gorda vә hәtta palanduz sünbәsi kimi ağır şeylәr taxıb, ona hәddәn ziyadә cәfalar vә tәsәvvürә gәlmәyәn әziyyәtlәr yetirmәyi bir növ eşqi-ali-әbaya vә mәhәbbәti-şühәdayi-Kәrbәlaya isnad qılıb sakit olmaq olardı. Amma bir fel ki, şәrәn nәhyü qadağan buyurula vә onun icrasına nә övliya tәrәfindәn vә nә ülәma firqәsindәn iqdam olunmaya, o felә mürtәkib olmaq peyğәmbәrin buyuruğuna әmәl etmәmәk vә onun әmrini inkar etmәk kimidir.

 

Әgәr imam yolunda bәdәnә cәrahәt yetirib qan tökmәk vә divanә halına düşmәk cayiz olsaydı vә onun dünyavü axirәtә bir xeyir vә mәnfәәti olsaydı, bişәkkü laşübhә hamıdan әvvәl bu işә ülәmavü hükәma, ürәfavü nücәba firqәlәri mayil olardı. Amma hal-hazırda biz bunları tamaşaçı vә yalandan ahәstә-ahәstә sinәlәrinә әllәrini döyәn vә yaşsız gözlәrinin nәmini hiylәvü riya dәsmalı ilә silәn görürük. Başlarını çapan, arxalarına zәncir vuran vә bәdәnlәrinә hәr qisim әziyyәt yetirәn yenә әlsiz-ayaqsızlar, biçarә vә sadәdil әvamün-nas olur.

 

Bu qisim vәhşiyana tәziyәdarlıq bimürüvvәt vaizlәrin, tamahkar mәrsiyәxanların mәrhәmәtindәn cühәlavü avam arasında o qәdәr möhkәmlәşib, onların bәdәninә vә ruhuna bir dәrәcәdә sirişt olubdur ki, әgәr sahibi-şәriәt vә әza, necә ki, şair işarә edibdir, tәzәdәn dirilib xalqa onu qadağan buyura, yenә dә onun tәrkinә әmәl olunmaz. Çünki: "Tәrke-adәt mucebe-mәrәzәst"[20].

 

[20] Tərcüməsi:

Adәti tәrk elәmәk xәstәliyә sәbәb olur. Misra Sәdi Şirazinin "Gülüstan" әsәrindәndir.

 

Hacı Seyid Әzimin sair asari-nәfisәlәrindәn şayani-diqqәt olanları onun tәlimi-әtfal üçün nәzm ilә yazdığı gözәl vә xoşmәzmun tәmsilat vә hekayәtlәrdir ki, onlardan bәzisini fars vә rus dillәrindәn tәrcümә edibdir vә bir neçәlәrinin mәalını öz mәişәtimizdәn götürüb zәrif dona geydirmişdir. Bunlardan әlavә çap olunmuş "Mәcmuә"sinә bir neçә hәdislәr dәxi daxil olubdur ki, şair onları nәzmәn şәrhü bәyan qılıbdır. Amma çox әfsus ki, şairin bu qisim әsәrlәri, necә ki, sabiqdә zikr olundu, bәzi naqabil mәzhәkәlәr vә tәlimi-әtfala yaramayan tәmsillәr ilә bir cildә giribdir vә kitabı bilmәrrә mәlahәtü qiymәtdәn salıbdır. Belә ki, onu uşaq әlinә vermәk hәr halda cayiz deyil.

 

Tәlimә dair yazılmış tәmsilatdan nümunә üçün bir neçәlәri burada zikr olunur:

 

 

ASLAN İLӘ ÖKÜZLӘRİN VӘQӘSİ

 

Bir çәragah içindә iki öküz

Otlayırlardı şad gecә-günüz.

Nagәh onlara bir qәvi aslan

Eylәdi hәmlә sәxt, seyhәkönan.

Çün öküzlәr görüb bu әhvali,

Fikri-düşmәndәn oldular hali.

Verdilәr dal-dala o heyvanlar,

Qıldı buynuzlarıyla cövlanlar.

İttifaq eylәyib dәliranә,

Durdu onlar müqabil aslanә.

Gördü aslan ki, yox işindә zәfәr,

Oldu tülkü misal hiylәtgәr.

Hiylә fikriylә ol qәvisövlәt

Öküzün eylәdi birin dәvәt,

Dedi:--Ey gavi-xoşәlәf, hәrgah

Edәsәn ol rәfiqdәn ikrah,

Sәnә minbәd etmәrәm azar,

Olusan hәr çәmәndә bәrxürdar.

Sәnә verrәm hamı әlәfzarı,

Görmәsәn bir dәrәndә azarı.

Olusan daima pәnahımda,

Dәrgәhi-әrşi-iştibahımda.

O qәdәr vәsf edib özün satdı,

Axır ol binәvanı aldatdı.

Onları bir-birindәn etdi cüda,

Oldu aslanә müddәa peyda.

Onların parә qıldı әzasın,

Ey gözüm nuru, anla mәnasın.

Әgәr olsaydı ittifaqlәri,

Gavlәr görmәz idi bu xәtәri.

İttihad ilә ittifaq eylә,

Üzünü hәr mәkanda ağ eylә.

 

 

MUSA PEYĞӘMBӘR VӘ ÇOBAN

 

(Mollayi-Rumidәn tәrcümә)

 

Bir gün olmuşdu hәzrәti-Musa

Canibi-Turi-pakә rәhpeyma.

Nagәhan gördü bir nәfәr çuban

Söylәyir:--Ya qәfurü ya rәhman!

Hardasan, ey xudayi-әrzü sәma!

Sәnә qurban qoyun-quzum yekca!

Bircә gәl bu hәqirü zarә qonaq,

Sәnә süd-doğrama verim, qursaq.

Eylәyim zülfü kakilin şanә,

Yamayım çarığın zәrifanә.

Sirkәdәn, bitdәn eylәyim sәni pak,

Başını qırxmağa olum dәllak.

Dedi Musa çobanә, ey әbtәr,

Bu nә sözlәrdir, olmusan kafәr?

Mәgәr insan idi xudayi-cahan--        

Ki, gәlib ta ola sәnә mehman?

Әkldәn, şürbdәn mübәrradır,

Zatı mәxfi, sifatı peydadır.

Sözlәrindәn sәnin cahan titrәr,

Nöh fәlәk, әrzü asiman titrәr.

Ol xәmuş, ey şәqavәtin kanı,

Cismә mәnsub qılma sübhanı.

Ol çubanı Kәlim eylәdi lal,

Verdi üz ol fәqirә dәrdü mәlal.

Gәldi çün Turә hәzrәti-Musa,

Açdı razü niyazә dәsti-dua.

Gәldi nagәh xitab Musayә--

Key Kәlimi-xuda fәlәkpayә,

Bәndәmi eylәdin cüda mәndәn,

Çox uzaqdır bu macәra sәndәn,

Arif ol, hәr lisanә ol dana,

Halә bax, qalә baxma, ey dana!

Seyyida, gәrçi әbdsәn şakir,

Hәr lisan ilә hәqqә ol zakir.

Hәr lisan hәq yanında zibadır,

Hәqq özü hәr lisana danadır.

 

 

ӘRӘBİN HӘZRӘT ӘLİDӘN SUALI

 

Bir әrәb Mürtәzadan etdi sual--    

Key sipehri-ülumü bәhri-kәmal,

Әylәşә bir fәqir xәlvәtdә,

Gecә-gündüz ola ibadәtdә,

Xәlqdәn qәt eylәyә ülfәt,

Bir kәsә zahir etmәyә hacәt,

Nә ola sәnәti, nә dükkanı,

Bәs nә yerdәn gәlir onun nanı?

Ona verdi cavab miri-әcәll,

Dedi:--Ordan gәlir ki, gәldi әcәl.

 

 

BİR ABİD İLӘ CAVAN MӘSTİN VӘQӘSİ

 

Bir gecә bir cavani-mәstü xumar

Bir nәfәr parsayә oldu düçar.

Oxuyurdu әlindә hәm bir saz,

Nәğmeyi-Şur edirdi, gah Şәhnaz.

Görcәyin parsanı ol sәrmәst

Başını sazı ilә qıldı şikәst.

Dinmәyib parsa keçib getdi,

Gәlibәn sübh ona әta etdi.

Dedi ki, mәst idin gecә, ey oğul,

Bir qәdәr mәn sәnә gәtirdim pul--      

Ki, sınan sazını dürüst eylә,

Xoş deyil ki, ola şikәst belә.

Sağalıbdır mәnim başımda yara,

Sәn dә qıl sazını dürüstnәva.

Çün cavan onda gördü xülqi-hәsәn,

Eylәdi tövbә öz әdasindәn.

 

 

VӘSİYYӘTİ-İSKӘNDӘR ZÜLQӘRNEYN

 

Canı tәslim edәndә İskәndәr

Eylәdi bir vәsiyyәt ol sәrvәr--         

Ki, anama deyin bu göftari,

Xәlqә ehsanım eylәsin cari.

Leyk hәr kәs çәkibdi dәrdü bәla

Yemәsin ol tәamdan әsla.

Çünki saz oldu nemәti-әlvan,

Qıldı anın vәsiyyәtini bәyan--   

Ki, gәrәk әkl etsin ol adәm

Çәkmәyibdir cahanda möhnәtü qәm.

Mütәnәbbih olub kәlamından,

Hamı çәkdi әlin tәamından.

Çünki çәkmişdi hamı möhnәtü qәm,

Çıxmadı hiç bir nәfәr xürrәm.

Madәri-әşkbari-İskәndәr,

Gәrçi olmuşdu zari-İskәndәr,

Bildi ki, mәrgә yoxdu bir çarә,

Hamının qәlbinә dәyib yarә.

Dilbәra, çox da çәkmә möhnәtü qәm,

Könlünü eylә qәm günü xürrәm.

Gәrdişi-çәrxi-kәcmәdar keçәr,

Bu qәmü dәrdi-ruzigar keçәr.

 

Seyid Şirvaninin bu qisim xoşmәzmun vә nәticәbәxş qissәvü hekayәtlәri çoxdur. Onları gözәl bir qayda üzrә tәrtib edib çapa vermәk mәrhumun varislәrinin әn müqәddәs vә baş vәzifәlәrindәn birisidir.

 

Hacı Seyid Әzimin sair qisim kәlamlarına rücu etdikdә ki, onlar ibarәt olsun qәzәliyyat, qәsaidat, mürәbbeat, müxәmmәsat, müsәddәsat, tәrcibәnd, tәrkibbәnd vә qeyrilәrindәn, demәk olur ki, şair әdәbiyyatın bu növlәrindә dәxi dә artıq mәharәt vә qabiliyyәt büruz etmişdir. Mәrhumun elә gözәl vә sәlis qәsidәlәri, elә xoşmәzmun müxәmmәslәri vә qitәlәri, elә ruhpәrvәr qәzәllәri var ki, Füzuli Bağdadinin kәlamına әvәz ola bilәrlәr. Onların cümlәsini buraya yazmaqla qurtarmaz. Amma yenә dә oxucularımıza mәrhumun әşari-lәtifәlәrinin hәr bir növündәn bir para nümunәlәr tәqdim etmәyi lazım gördük.

 

Qarabağlı Abdulla bәy "Asi" tәxәllüsün mәdhindә yazdığı qәsidә:

 

Hәzar şükr, könül, mövsümi-bahar olacaq,

Hәzar nalәsi hәr guşәdә hәzar olacaq.

Hәnuz Hutdәdir Yunisi-cahanәfruz,

Hәmәldә zahir olan gündә özgә hal olacaq.

Sәba xәbәr verәcәk möcüzati-İsadәn,

Nәsim baisi-әhyayi-ruzigar olacaq.

Şükufә xәlәti-әşcarı nöqrәduz edәcәk,

Behişt әlamәti gülşәndә aşikar olacaq.

Dәhani-yar tәkin qönçәlәr olub xәndan,

Sәhab dideyi-aşiq tәk әşkbar olacaq.

Şükufәdәn dönәcәk bağ ruyi-cananә,

Bәnәfşә bağdә manәndi-zülfi-yar olacaq.

Kәnari-sәbzә olub pür әbirü әnbәrdәn,

Dәhani-lalә dolu dürri-şahvar olacaq.

Bәnәfşә türrәsinә cilvәlәr qılıb hәr dәm,

Dәmi-nәsimi-sәhәr türfә müşkbar olacaq.

Sәdayi-kәbki-xuramanü naleyi-dürrac,

Sәfayi-rövnәqi-sәhravü kuhsar olacaq.

Hәsari-günbәdi-firuzә şurlәr düşәcәk,

Nәvayi-dilkәş ilә әndәlib zar olacaq.

Qürur ilә çıxacaq seyri-bağә gülruxlar,

Gülün lәtafәti bülbül gözündә xar olacaq.

Әyaği-lalәni şәbnәmlә görcәyin mәmlüvv,

Әlindә rindlәrin cami xoşgüvar olacaq.

Nә yanә әzm edәsәn camü şahidü sağәr,

Nә sәmtә meyl edәsәn saqiyü üsar[21] olacaq.

O qәdr şişeyi-mey cәm olur gülüstanә--      

Ki, Şişәdәn ürәfa dövrinә hәsar olacaq.

Kimә bu mövsüm olur vәsli-yar ilә cәnnәt,

Kimә fәraq ilә gülşәn bәsani-nar olacaq.

Düşәn hәvayi-ruxu zülfi-yarә gün görmәz,

Nә yerdә olsa, qara günlәrә düçar olacaq.

Xoşa ol aşiqi-xoşbәxtә kim, bu mövsümdә

Onunla seyri-gülüstanda yar yar olacaq.

Yәqindir ki, mәnә ol büti-şәkkәrlәbsiz

Şәrabi-nab o mövsümdә zәhrimar olacaq.

Rәqibә eylәdiyi meyldәn müşәxxәsdir--       

Ki, әnqәrib mәni-xәstәdәn kәnar olacaq.

Nә kim ki, badә edәr rәfi-möhnәtü dәrdim,

Nә qәmli xatirimә Zövi qәmküsar olacaq.

Nә Rağib eylәyәcәk halı sormağa rәğbәt,

Nә Qafil әmri-әcibimdә huşyar olacaq.

Zühuridәn nә edәr halıma zühur kәrәm,

Nә Didәnin gözü bu qәmdә әşkbar olacaq.

Nә bir sәfa verәcәk xatiri-hәzinә Sәfa[22],

Minayi-eşqdә dil zarü biqәrar olacaq.

Vәli bu fikr ilә şadәm ki, dәrdi-hicranә,

Hәdisi-Asiyi-dilxәstә sazkar olacaq.

Nә Asi, ol ki, dәri-izzәtindә Seyyidi-zar

Qulamı olmaq ilә sahibixtiyar olacaq.

Nә Asi, ol ki, xәyali-dәri-mәhәbbәtdәn

Könül sәraçәsinә şahi-tacdar olacaq.

Sәfa ilә gәlәcәk nәzmü nәsri Şirvanә,

Görüb o nәzmlәri Zövi şәrmsar olacaq.

 

[21] Üsar--meyvә vә üzüm suyu.

[22] Rağib, Qafil, Zühuri, Didә, Sәfa, Zövi--mәrhum Seyidin müasiri olan Şirvan şüәrasının tәxәllüslәridir.

 

Mәlum ola ki, mәrhum Hacı Seyid Әzim fәqirü biçiz bir şәxs olduğuna görә vә çox vaxtlar әlindә müәyyәn bir şüğlü sәnәti olmadığına binaәn, әksәri-övqat ehtiyacü möhnәtdә güzәran edәrdi.

 

Bu yoxsulluq vә tәngdәstlik, dünyada çox bәlalara sәbәb olan ehtiyac şairi vadar edәrdi bәzi dövlәtmәnd vә әhli-sәrvәt mәdhindә qәsidәlәr inşa edib, kimisindәn buğda, kimisindәn düyü, bәzilәrindәn pul, xәlәt, saat vә qeyri-zәruri olan әşya tәlәb etmәyә. Şairin haqqında olan bu hәqarәt vә qәdirşünassızlıq camaatımıza töhmәt gәtirәn vә onu lәkәlәndirәn bir haldır ki, gәlәcәk nәslin nifrәt ilә bizi yad etmәyinә sәbәb olacaqdır.

 

Hәqiqi şairin vә hәqiqi әdibin yazmaqdan vә şer demәkdәn başqa bir şüğlü sәnәti gәrәk olmasın. Әgәr şair peşәkar vә әhli-sәnәt olsa, o sәnәt vә peşә şairin yazmağına, şerlәr vasitәsilә yoxdan xәlq etmәyinә, onun tәbinin açılıb barvәr olmağına mane olardı. Şairin sәrmayәsi haqqtaala ona bәxşü әta qıldığı tәbi-sәlimdir ki, ondan nәşәt edib zühura gәlәn cәvahirlәrin hәr birisinin әrbabı nәzәrindә qәdrü qiymәti ziyadәdir. Vә lakin bizim içimizdә ol dürri-giranmayәlәrin bahasına pul verәn yoxdur.

 

Şairin hәr bir kәlmәsi әrbabi-halü mәrifәt nәzәrindә bir qızıla әvәz olmasına şairin öz kәlamı şәhadәt verir:

 

Pişe-әrbabe-hәsәd nist mәr ura qәdri,

Nәzde-әrbabe-bәsirәt hәme dorre-Әdәnәst[23].

 

[23] Tərcüməsi:

Paxılların yanında onun qәdri olmasa da,

Bәsirәt әhlinin yanında onların hamısı Әdәn dürrüdür.

 

Burada "hәsәd" kәlmәsinin yerinә "cәhalәt" sözü qoyulsaydı, daha da artıcıq halü şәnimizә münasib olardı.

 

Mәtlәbә rücu edәk. Mәrhum Seyid, necә ki, kәlamının çoxundan anlaşılır, әmri-mәaşda böyük sıxıntı vә üsrәt çәkirmiş vә bәzi övqat şairin güzәranı intәha dәrәcәdә tәng keçirmiş. Belә ki, bir kәlamının ibtidasında zәrin mәdhindә bir neçә sözlәr deyib, hәr bir mәtlәbin rәva olmasını, hәr qisim müşkülatın hәll tapması zәrә bağlı olmağını bәyan edib, hәtta kәlamın bir misraında şair bir növ asi düşür. Haman kәlam budur:

 

Cahan mülkündә zәr müşkülgüşadır,

Nә mәtlәb istәsәn ondan rәvadır.

 

Әgәr bir kәsdә olsa mali-dünya,

Tamamәn xәlq onunla aşinadır.

 

Gәdani zәr qılar alәmdә sultan,

Әgәr sultan ola bizәr, gәdadır.

 

Bu söz şәrәn әgәr küfr olmasaydı,

Deyәrdim filhәqiqә zәr xudadır.

 

Desәm gәr qaziyül-hacat, hәqdir,

Desәm gәr kaşifül-qәmdir, rәvadır.

 

Mәhafillәr içindә әğniyanın

Kәlamı san kәlami-övliyadır.

 

Әgәr bir kәs mәnim tәk olsa müflis,

Kәlami kizbdir, qövli xәtadır.

 

Şair kәlamın axırını hәzrәt Әlinin mәdhilә tamam edib deyir:

 

Könül, qәm çәkmә, müflislәr pәnahi

Vәliyyül-hәqq, Әliyyül-Mürtәzadır.

 

Yetiş fәryadına, ya şahi-Xeybәr--        

Ki, Seyyid bir qulami-rusiyadır[24].

 

[24] Rusiyahdır, yәni: üzüqaradır.

 

Başqa bir kәlamında Seyidi-qәmzәdә özünün fәqrü ehtiyacını vә evinin övzai-pәrişanını şairanә bir sәbkidә nәzmә çәkmişdir ki, hәr daşbağırlıya onun artıq dәrәcәdә tәsir etmәyindә şübhә yoxdur. Kәrәm әhlindәn birisinә yazır:

 

Әla, ey sәrvәri-nikuxәsail--         

Ki, sәndәndir fәxarәt ruzigarә.

Әla, ey sәrvәra kim, seyti-fәzlin

Yetib alәmdә gün tәk iştiharә.

Keçәn gün tifli-çakәrzadә ilә--         

Ki, hәq vermiş onu mәn dilfikarә,

Durub qәm kәsrәtindәn kuçә içrә,

Edirdik әcz ilә hәr yan nәzarә.

Nümayan oldu nagәh bir cәnazә,

Aparırlardı dәfn üçün mәzarә.

Düşüb bir tifl dalınca o nәşin,

Edib qәmdәn yaxasın parә-parә.

Açıb başın, töküb gülrәng yaşın,

Gәlib fәryadә manәndi-hәzarә[25].

Deyirdi nalә ilә key baba can,

Aparırlar sәni bir bәd diyarә:

Nә bir hәmdәm, nә bir munis, nә bir yar,

Yetişmәz hәm әlin bir qәmküsarә.

Lihafın xiştü bәstәr qarә torpaq,

Olur tömә vücudin murü marә,

Nә abü nә qәza, nә şәmü şәrbәt,

Misali-bәxti-әhli-şer qarә.

Bu halı tifli-çakәrzadә görcәk

Gәlib fәryadә düşdü ahü zarә--        

Ki, vaveyla, mәgәr ağa, bu nәşi

Qoyacaqlar bizim evdә mәzarә?

Dedim:--Ey nuri-çeşmim, bu nә sözdür,

Bu gunә sözlәri eylә kәnarә.

Dedi:--Bu vәsflәr kim, söylәr ol tifl,

Bizim ev halәtin gәtdi şümarә--      

Ki, nә abü qida, nә şәmü şәrbәt,

Çәkibdi fәqr odu onda şәrarә.

Hәqiqәthal, ey fәxri-zәmanә,

Bu halәtdir nihanu aşikarә.

Әgәr bundan ziyadә kәşf qılsam,

Düşәr od xirmәni-sәbrü qәrarә.

Ümidi-Seyyid oldur bu mәlalә--        

Ki, etsin himmәtin lütf ilә çarә.

Behәqqi-Seyyidi-ruzi-qiyamәt--          

Ki, şafedir hamı xürdü kibarә.

Nә xahiş eylәsәn, olsun müyәssәr,

Yetişsin şövkәtin ruzi-şümarә[26].

 

[25] Hәzarә--bülbül misilli xoşәlhan bir quşun adıdır.

[26] Ruzi-şümar--hesab günü, qiyamәt günü.

 

Necә ki, yuxarıda zikr olundu, mәrhum Hacı Seyid Әzimin bu ilhahü tәmәnnasını vә bu iltimasü tәvәqqeini hәr kәs oxusa, onun könlü hüznü әlәm ilә lәbalәb olacaqdır.

 

Filhәqiqә, rәvamıdır ki, Seyid kimi xoştәb vә şirinkәlam şairimiz, ürәfavü üdәbanın sәramәdi, külli-Azәrbaycanın bülbüli-xoşnәvası bu qәdәr yoxsulluğa, bu qәdәr zillәtü fәlakәtlәrә düçar olub dilәnçilik mәrtәbәsinә vә saillik halına düşsün?

 

Mәrhumun qәdrini, әlbәttә, müasirlәri bilmәyiblәr vә illa onu buncalın fәqirlik halına qoymazdılar düşsün. Demәk olur ki, biz dәxi şairin qәdrü qiymәtini kamalınca düşünüb anlamamışıq. Әgәr anlasaydıq, budur iyirmi ildәn ziyadәdir ki, onun vәfatından keçibdir, bu vaxta kimi onu az-çox yad-bud edәrdik, onun әşari-nәfisәlәrini vә sair asari-qәlәmiyyәlәrini dәfәat ilә tәbü nәşr qılardıq. Vәli әbnayi-millәtdәn әksәri, çox ehtimal var ki, heç onun adını da eşitmәyibdir. Eşidәnlәr dә yәqin ki, onun yazdığı әsәrlәrdәn bixәbәrdirlәr.

 

Mәrhumun Mahmud ağaya buğdanın şәnindә yazdığı qәsidә dәxi xeyli zәrif vә xoşagәlәsi bir kәlamdır. Oxucuların xatirini şad vә qәlblәrini güşad etmәk üçün vә şairin xeyli zәrif vә bamәzә vücud olduğunu bildirmәkdәn ötrü o qәsidәni burada dәrc edirik.

 

Buğdaya xitab:

 

Ey edәn Adәmi avareyi-cәnnәt, buğda!

Ey verәn hәzrәti-Hәvvayә xәcalәt, buğda!

Sәni Adәm yedi cәnnәtdә, müsibәt gördü,

Çәkdi Hәvvayi-bәladidә nәdamәt, buğda!

Adәmi eylәdi şeytan sәninlә iğva,

Gәldi Hәvvayә sәninlә dәxi töhmәt, buğda!

Baisi-mәlәnәtü mәsiyәti-Adәmsәn,

Kim ki, aldansa sәninlә, ona lәnәt, buğda!

Yemәsәydi sәni cәnnәtdә әgәr kim, Adәm,

Qalacaqdı hamı firdovsdә rahәt, buğda!

Bari-firdovsdә axır olacaqdıq rahәt,

Sәndәn oldu bizә bu rәncü mәşәqqәt, buğda!

Hansı xirmәndәsәn, ey daneyi-әnduhü bәla,

Hansı mәskәndәsәn, ey mayeyi-möhnәt, buğda!

Bir tapaydım sәni, daş ilә әzәydim başını,

Eylәyәydim sәni un kimi xәsarәt, buğda!

Bişirәydim sәni tәndirdә, edәydim büryan,

Doğruyaydım sәni hәr lәhzә, ey afәt buğda!

Nә üçün mülki-Şәmaxidә tapılmazsan sәn?

Ta edәydim sәnә yüz gunә üqubәt, buğda!

Tapmışam mәnzilini mәn sәnin, ey töxmi-xәta,

Bilmişәm hardasan, ey daneyi-zәhmәt, buğda!

Qaçmısan Mahmud ağanın yenә anbarına sәn,

Etmisәn onda nihan olmağı adәt, buğda!

Yazıb ol kani-sәxadәn sәni xahiş qıllam,

Sәni ağa edәcәkdir mәnә şәfqәt, buğda!

Elә bildin ki, sәni Seyyidi-nalan tapmaz.

Qalısan guşeyi-xәlvәtdә fәraqәt, buğda?

 

Mahmud ağaya xitab:

 

Sahiba, Mahmud ağa, lütfü mürüvvәt dәmidir,

Eylәyib Seyyidi-miskinә xәyanәt buğda.

İndi beş aydı ki, mәndәn qaçıb ol ruysiyah,

Qoyub avarә mәni-zari o nikbәt buğda.

Tutmuşam indi sorağın, sizin anbardadır,

Qorxuram ki, qaça ordan dәxi xәlvәt buğda.

Babamız Adәmin ol qәlbiqara düşmәnidir,

Elәyib hәzrәti-Hәvvayә әdavәt buğda.

Qoyma anbarda qalsın, onu ixrac eylә,

Nә bilir nanü nәmәk, rәsmi-mәhәbbәt buğda.

Ver mәnә, un tәk onu ta ki, dәyirmanda әzim,

Çox veribdir mәni-biçarәyә xiffәt buğda.

Sahiba, buğdanın әhvalın әgәr şәrh elәsәm,

Olar afaqda bir tul hekayәt buğda.

Qәrәz oldur ki, bu il hәm dәxi bildirki kimi,

Edәsәn Seyyidi-biyarә inayәt buğda.

Bir tağarın әdәdi qәdri hәq etsin ömrün,

O qәdәr Seyyidә olsun dәxi qismәt buğda.

 

Bundan әlavә Hacı Seyid Әzim güzәranı tәng keçmәyә binaәn, yenә bir xeyli qәsidәlәrindә әrbabi-kәrәm vә sahibi-ehsandan bәzi tәmәnnalar edibdir. Әzancümlә Hәsәn bәyә öz әhlü әyalının aclıqdan әfsürdәhal olmağını izhar edib, ondan yenә buğda tәlәb elәyibdir vә ona ac uşaqlarının halını bu sayaq yazmışdır:

 

Evimiz bir, iki, üç hәftә çörәksiz qaldı,

Gah bişirdik noxudu, gah yedik lobyani.

 

Qanını şişәyә tutdu fәlәk ol tifllәrin

Ac qalıb qaçdı uşaqlar dodağından qani.

 

Gecәlәr nәql dedim körpә uşaqlarım üçün,

Nisyә sözdәn nә yetәr, çeynәdilәr yorğani.

 

Lakin Hacı Seyid Әzim nә qәdәr zillәtü üsrәt çәkibsә dә, nanәcib adamların, xәbis vә dәnitәb şәxslәrin minnәtini götürmәyibdir vә hәr naәhlә öz әfsürdәdil vә pәrişanhal olduğunu bәyan etmәyibdir.

 

Şair nanәciblәr nәzәrindә hәmişә özünü ağayana saxlayıb, onlara qanad sallamayıbdır, necә ki, haman Hәsәn bәyә yazdığı qәsidәnin axırında deyir:

 

Gәrçi zahirdә fәqirәmsә, qәnidir tәbim,

Bu gәdalıqda pәsәnd eylәmәrәm sultani!

 

Mәn ki, әnqa kimi bir qafi-qәnaәtdi yerim,

Neylirәm cifә, bu mülkü hәşәmi-dünyani?

 

Kişi namәrd әtәyin tutmayıb, ölmәk xoşdur,

Çünki namәrddә yox bәzlü әta imkani.

 

Şair әhli-kәrәm vә sahibi-sәxanın yer üzündә nadir tapılmasını öz dostlarından birisinә izhar qılıb hali-dilini ona bu gunә yazır:

 

Çox etdim dәhrdә hәr karә xidmәt,

Gәhi xanә, gәhi tüccarә xidmәt.

Birindәn olmadı rәfi-mәlalım,

Keçindi möhnәtü üsrәtdә halım.

Hәr ol bir kimsә kim, әhli-sәxadır,

O kәs simürğdür, ya kimyadır.

Tapılmaz mülki-imkanda vücudi,

Bәradәr can, quru adın nә sudi?

Yetibdir qırxa indi sinnü salım,

Budur ancaq cahan içrә xәyalım--        

Ki, ömrümdәn әgәr var isә baqi,

Hәmişә yarım olsun camü saqi... i.a.

 

Mәrhum Hacı Seyid Әzimin mәktubati-mәnzumәsi biri-birindәn gözәl vә biri-birindәn mәrğub vә mövzundur. Onlardan ziyadә әhәmiyyәtli olanların birisi dә qubalı "Nalan" tәxәllüs şairә yazdığı hәcvnüma namәsidir ki, burada onun bәzi yerlәrini yazmağı şairin şәrhi-halına münasib gördük.

 

Mәlum ola ki, "Әkinçi" qәzetinin 1976-cı ilinin 7-ci nömrәsindә qәzetin әn basavad, xoştәhrir vә mәlumatlı mühәrrirlәrindәn Әhsәnül- Qәvaid cәnabları şüәra qisminin haqqında bir para şairә xoş gәlmәyәn vә onun tәbinә dәyәn iradü etirazlar bәyan etmişdir.

 

Әhsәnül- Qәvaidin bu etirazları vә şüәra silkini bir növ tәzmim etmәsi Hacı Seyid Әzimә vә onun müasiri olan Şamaxı şüәrasından bir neçәsinә vә Qarabağ şairlәrinin bәzilәrinә bәrk toxunmuşdur. Bu şairlәrdәn çoxları Әhsәnül-Qәvaid cәnablarını hәcv etmәyә talib olmuşdular. Onlardan mәrhum Hacı Seyid Әzim inşa qıldığı hәcvi "Әkinçi"nin müdiri mәrhum Hәsәn bәy qәzetindә dәrc etmәyi rәva görmәmişdi. Bundan Hacı Seyid Әzim ziyadә mükәddәr olub  Әhsәnül-Qәvaidin şüәra  silkinә tutduğu iradların müqabilindә dörd nәfәr şair ilә müttәfiq ona "Rәddiyyә" yazmışdı ki, haman "Rәddiyyә" "Әkinçi"nin 8-ci nömrәsindә çap olunmuşdur. Mәzkur "Rәddiyyә"ni burada yazmağı münasib gördük, ta ki, oxucular әsil mәtlәbdәn hali olsunlar:

 

 

"CӘVABİ-ӘHSӘNÜL-QӘVAİD

 

Ey Әhsәnül-Qәvaid ilә mülәqqәb olub, şüәranın әşari-abdarında olan mühәssәnatü lәtafәti dәrk etmәyib, tәnәvü tövbixi-zәban açan kimsәnә! Mәlum olur ki, dәrki-mәzamini-әşardә zövqi-sәlimü tәbi-müstәqiminiz yox isә ki, mәdhü qәdhi-şüәra pәsәndi-xatiriniz olmayıbdır. Görünür ki, şüәranın şәrab mәdhi vә şahid vәsfi damağınıza dәyibdir.

 

Әziz, mәzursunuz ki, o mәzaq hәlә sizlәrdә büruzә gәlmәyibdir: "Mәn lәm yәzuq vә lәm yәrif"[27]. Cәnab Şeyx Bәhai ki, müctәhidini-әzәm cümlәsindәndir, mәşahid vәsfindә vә eşqbazlıq mәdhindә buyururlar:

 

[27] Tərcüməsi:

Hәr kәs dadına baxmasa bilmәz. Әrәb atalar sözu.

 

 

MӘSNӘVİ

 

Kullu mәn lәm yәşiq әl-vәchәl-hәsәn,

Qәrribәl-cullә ileyhi vәr-rәsәn.

Hәr kera dәr sәr nәbaşәd eşqe-yar,

Bәhre-u palano әfsari biyar.

Hәr ke nәbvәd mobtәlaye-xubruy,

Name-u әz louhe-ensani beşuy[28].

 

[28] Tərcüməsi:

Gözәl surәtә aşiq olmayanın

Başına ip keçir, dalına çul qoy.

Başında yar eşqi olmayan

Üçün palan vә noxta gәtir.

Gözәl üzlüyә aşiq olmayanın

Adını insanlıq lövhәsindәn sil.

 

Vә Әbuәli Sina ki, "Rәisül-ülәma" lәqәbi ilә mәşhurdur, şәrab vәsfindә buyurublar:

 

 

NӘZM

 

Ğәzaye-ruh bovәd badeye-rәhiqol-hәq--  

Ke, rәngo buş konәd rәngo buye-qolra dәq.

Betәm tәlx ço pәnde-pedәro leyk mofid,

Benәzde-batel mobtal, benәzde-dana hәq[29].

 

[29]Tәrçümәsi:

Ruhun qidası köhnә şәrabdır

Ki, onun rәngi vә әtri gülün rәngini vә әtrini dığladır.

Tәmdә ata nəsihәti kimi acı vә lakin faydalı,

Nadanların yanında  batil, alimlәrin yanında isә hәqiqәt olur.

 

Vә yenә Şeyx Sәdi ki, әrәfül-ürәfadır, şahid vәsfindә buyurublar:

 

An nә zolfәsto bәnaguş ke, ruzәsto şәbәst,

Van nә balaye-sәnubәr ke, derәxte-rotәbәst[30].

 

[30] Tәrcümәsi:

O, nә zulf vә nә qulağın әtrafıdır, o, gecә vә gündüzdur.

O, sənubәr boylu deyil, hәmişә yaşıl xurma ağacıdır.

 

Vә cәnab Mövlana Xacә Hafiz ki, "Lisanül-qeyb" namilә hәr bir lisanda mәzkurdur, buyurublar:

 

Şeyxәm betәnz qoft: hәramәst, mey, mәxor,

Qoftәm ke, çәşm, guş behәr xәr nemikonәm[31].

 

[31] Tәrcümәsi:

Şeyx istehza ilә mәnә dedi: Şәrab içmә, haramdır.

Dedim ki, gözüm üstә, hәr eşşәyә qulaq asmaram.

 

Vә cәnab Әmirәl-möminin hәzrәt Әli әleyhissәlam bir nәfәrin haqqında buyurublar:

 

Lәqәd rәbbәytu cәrdәn taulә dәhri,

Fәlәmmә sarә kәlbәn әddә ricli[32].

 

[32] Tәrcumәsi:

Ömür boyu küçük bәslәdim,

Böyüyüb it olanda ayağımı tutdu.

 

Bәs, sizin fәrmayişatınıza görә, bu büzürgvarlar ki, biri şәrabı vә biri şahidi vәsf ediblәr, nәuzübillah, bunlar cümlә bimәrifәt vә bikәmal kimsәlәrdir ki, nә üçün biri şәrab vә biri şahid vәsfin ediblәr vә xәlayiqi gümrah edib zәlalәtә salırlar.

 

Әzizim, bәs, gәrәkdir siz bu diqqәti vә bu nüktәgirliyi xudavәndi-alәmә edәydiniz ki, o, şәrab vәsfin vә şahid vәsfin Quranda belә bәyan edibdir. Şәrab vәsfindә buyurublar: "Әnharün min xәmrin lәzzәtin lişşaribinә"[33] vә "әmarid vә vildan" xüsusunda buyurublar: "Vildanün müxәllәdün"[34]. Ürfәn müşahidә olunur ki, siz xәlayiqә xudavәndi-alәmin hәr әmrü nәhyin icra etmişsiniz, ancaq şüәraya nәsihәt etmәk fәqәrәsi qalıbdırmış ki, onu da iblağ etdiniz.

 

[33] Tərcüməsi:

Orada (cәnnәtdә) şәrabdan nәhrlәr (çaylar) vardır ki, ondan içәnlәr lәzzәt alır-lar. Quranda "Mәhәmmәd" surәsinin 16-cı ayәsindәndir. Tәfsirlәrdә yazıldığına görә, cәnnәt şәrabları adamı sәrxoş elәmir.

[34] Tərcüməsi:

Onları (behişt әhlini) hәmişә orada (behiştdә) qalan cavan oğlanlar tәvaf edәr. Quranda "Vaqiә" surәsindәn ayәdir.

 

Çox sağ olasınız! Allah-taala bu tәbliğ әvәzindә siz cәnaba şәrabi-tәhurü huri-qüsur kәramәt elәsin. Amin, ya müin!

 

Xatimeyi-kәlamda "әşşüәraü yәttәbiü hümül-ğavün"[35] ayәsinә iktifa etmişdir. Amma "illәllәzinә amәnü"[36] istisnasın bilmәrrә xatirinizdәn mәhvü fәramuş etmişdiniz.

 

[35]Tәrcümәsi:

Şairlәr elә şәxslәrdir ki, turyan edәnlәr, azğınlar onlara tabe olurlar. Quranda "Şüәra" surәsindәn ayәdir. Mәhәmmәdin dövründә islamiyyәti qәbul etmәyәn bir sıra şairlәr vardı ki, peyğәmbәrә hәcv yazırdılar. Bu ayә onlar haqqındadır.

[36]Tәrcümәsi:

Mәgәr o kәslәr ki, iman gәtiriblәr vә [xeyir әmәllәr edirlәr].... Quranda "Şüәra" surәsindәn ayәdir. İslamiyyәti qәbul edәn şairlәr haqqındadır. Onlardan biri dә Hәssan ibn Sabit olmuşdur.

 

Bu әmr ona bәnzәr ki, "lailahә" ki, kәlmeyi-nәfydir, zikr edәsәn vә kәlmeyi-"illәllah" ki, isbatdır, zikr etmәyib xamuş olasan. Ümidvarıq ki, minbәd belә cәsarәtlәri edib şüәranın hәcv lisanların üzәrinizә açmayasınız. Zira ki:

 

Ço şaer berәncәd bequyәd heca,

Bemanәd heca ta qiyamәt beca[37].

Vәssәlamü әla mәn ittәbә әl-hüda.

                        Şüәrayi-әrbәeyi-Şirvan"

 

[37] Tәrcümәsi:

Şair inciyәndә hәçv deyәr, hәcv isә qiyamәtә kimi qalar.

 

Şirvan şairlәrinin bu kağızına "Әkinçi"nin 9-cu nömrәsindә cәnab Әhsәnül-Qәvaid Hacı Seyid Әzimә xitabәn cavab verib namәnin axırında bunu qeyd edir: "Mәni hәcvi-şüәradan qorxutmuşdunuz. Mәn ayinә kimiyәm, hәr kәs mәndә öz cәmalın görәr vә bir dә kәlam şәxsin әtri vә buyidir. Gülün әtri öz lәtafәtin vә mütәәffin şeyin buyi öz xәbasәtin zahir edir".

 

Әhsәnül-Qәvaidin cavabı uzun olmağa görә, onun ancaq bu iradı ilә iktifa edib, mәrhum Seyidin onun haqqında Nalana yazdığı namәyә müraciәt edirik:

 

Yetir, ey namә, mәndәn әrzi-sәlam,

Dәrgәhi-yarә, halım et elam.

Söylә bülbüldәn ol gülüstanә,

Yәni mәndәn cәnabi-Nalanә.

Әrz qıl, ey güli-riyazi-әdәb,

Dürri-yektayi-bәhri-izzü şәrәf,

Ey kәlam әhlinin sәrәfrazi,

Tәbdә kainat mümtazi,

Xidmәtin baisi-kәmalımdır,

Sәbәbi-dövlәtü cәlalımdır.

Gәrçi xidmәtdә çox qüsurum var,

Lütfünә var ümidi-xatiri-zar.

Gәrçi Şirvanda sәn olan günlәr

Әhd-peymanlar etdik, ey sәrvәr,

Etmәdim leyk mәn ol әhdә vәfa,

Mәnә bu işdә eyb edәr ürәfa.

Leyk var әldә üzr, mәzurәm,

Mәn qәzayi-sipehrә mәmurәm.

Var ümidim kim, ol әta kani

Bәndәdәn әfv edә bu nöqsani.

Xassә kim, çәrx kinәbünyandır,

Xatirim dәhrdәn pәrişandır.

Xassә kim, Әhsәnül-Qәvaidi-şum

Şer әtvarını bilib mәzmum.

Xassә kim, ol müzәvviri-rubah

Şüәra silkini yazıb gümrah.

Zәmmi-әşarә gör o heyvani

Gәtiribdir dәlil Qurani.

Bavücudi ki sahibi-Quran,

Mustәfa, ol rәsuli-alәmiyan

Vәsf edib şairani-islami,

Xassә Hәssani[38]-xoşsәrәncami,

Bir deyәn yoxdur, ey füsürdәzәmir,

Edәn ayati әksinә tәfsir,

Olmayan rasixi-kәlami-mübin,

Xәsmin olsun sәnin imami-mübin!

Şairi zәmm edib әgәrçi xuda,

Leyk vardır әqәbdә istisna.

Rәmzi-"illәllәzinә" kafidir,

"Әmilüs-salihat" şafidir.

Batil onlardı, ey sәfeh kani--    

Ki, edib hәcv şahi-Bәthani.

Batil ol şәxslәrdi kim, hamı

Hәcv edәrlәrdi әhli-islamı.

Leyk onlar ki, gәldi islamә,

Çatdılar izzәt ilә ikramә,

Etdilәr vәsf şahi-әbrarı,

Qıldılar mәdh ali-әtharı.

Onların vәsfini rәsuli-xuda

Eylәyibdir hәdis ilә ifşa.

Şüәranın lisanını ol şah

Söylәyibdir "kilidi-gәncüllah".

Şüәra vәsfinә yetәr bu rümuz:

"İnnә lillahi tәhtә әrşi künuz"[39].

Payeyi-şeri bundan eylә hesab,

Dedi:--"Әşşerü hikmәtün"[40] o cәnab,

Dәxi bu müddәayәdir bürhan,

Şәni-Әhmәddә midhәti-Hәssan.

Dәxi oldu Fәrәzdәqi[41]-dana

Mәdhi-Zeynülibadә nüktәsәra.

Sibti-Musadә qisseyi-Dibәl

Sәnә kafi deyilmi, ey әhvәl[42]?

Bavücudi ki, Dibәli-bәdnam,

Şöhrәti var, içәrdi badә müdam.

Ona xәz xirqәsin imami-Riza

Sileyi-şeri-bikrә etdi әta.

Seyyid İsmail[43] idi meyxarә,

Mәdh yazmışdı ali-әtharә.

Cәfәri-Sadiq, ol sәxa kani,

Silәdәn etdi kamran ani.

Dedi şәnindә ol imami-hüda

Mәrhәmәtdәn ki, "nimә nasirüna"[44].

Ey edәn şeri zәmm naqabil,

Çox tәәccübdü alimi-cahil.

Gәrçi biz şairi-xoşәtvarıq,

Madehi-әhli-beyti-әtharıq,

Abi-kövsәrdü badәdәn mәnzur,

Sadәdәndir murad hurü qüsur.

Bizә meyxanә baği-rizvandır,

Saqimiz onda Şahi-mәrdandır.

Zatımız eybdәn mübәrradır,

Şerimiz taci-fәrqi-Şәradır[45].

Bizdәdir tәbi-şeri-paki-hünәr,

Sinәmiz bәhrü şerimiz gövhәr.

Olma sәrmәsti-qәflәt, [ol] huşyar,

Nә rәvadır mәzəmmәti-әşar!

Bavücudi ki, sәrvәri-dövran[46]

Şerdәn bağlayıbdı bir divan.

Şüәra olsa idi şeyi-kәsif,

Anı etmәzdi övliya tәsnif.

Ol nә şeydir cahanda, ey әhvәl--       

Ki, ola şeri-pakdan әfzәl?

Gövhәri-paki-pürbәhadır söz,

Töhfeyi-dәrgәhi-xudadır söz.

Zinәti-bәzmi-Mustәfadır söz,

Madehi-şahi-"hәlәta"dır söz.

Necә kim, ol Nizamiyi-ustad

Şer vәsfindә eylәyibdir dad:

"Soxәn әz aseman forud amәd,

Soxәn әz alәme-kәbud amәd,

Gәr bodi gouhәri vәrayi-soxәn,

An forud amәdi becayi-soxәn"[47].

Guş qıl әrzi-hali-Mövlana,

Bircә bil şerdәn nәdir mәna.

Şüәra gәrçi vәsfi-badә edәr,

Ya ki, tövsifi-şuxü sadә edәr,

Qәrәz oldur ki, vәcdi-hal olsun,

Xatirә nәşeyi-kәmal olsun.

Haşәlillah ki, firqeyi-şüәra

Deyә meydir hәlal, vaveyla!

Hansı şairdir ol pәlidxisal--         

Ki, bilibdir şәrabi-nabi hәlal?

Hansı şairdi bilsin, ey qafil,

"İnnәmәl-xәmrü"[48] ayәsin batil.

Bilmirәm Әhsәnül-Qәvaidi-nas--         

Ki, qurubdur qәvaid üçün әsas,

Niyә bәrәksinә qılıbdı xәyal,

Götürüb boynuna bu qәdr vәbal?

Bәnd olub zahiri-kәlamә neçün?

Düşmәyibdir kişi nizamә neçün?

Üzrü vardır ki, әhli-zahir imiş,

Cәhl rәsmindә xeyli mahir imiş.

Şer tәvilin eylәyib inkar,

Eylәyir çox mәzәmmәti-әşar.

Niyә tәvilә olmayır qail?

Lәfz tәvilsiz olur batil.

Hәr sözün zahirilә batini var,

Әhli-mәna olurla bәrxurdar.

Әksәr ayat olmasa tәvil.

Qalı mübhәmdə mәniyi-tәnzil.

Әyyühәl Әhsәnül-Qәvaidi-zar,

Bu xәyalından eylә istiğfar!

Milәli-sairә olub vәssaf,

Eylәyirsәn bu qәdr kim, övsaf,

Әhli-Avropanın fәrasәtini,

Bәyәnirsәn tamami-adәtini.

Әhli-islamә sәrzәnişdir işin,

Dönmüsәn şahmarә, nişdir işin.

Ari, ari, cәnabi-peyğәmbәr

Bu hәdisi veribdi xәlqә xәbәr--         

Ki, "gәlir bir zamani-tulü tәvil,

Әhli-islam olurla xarü zәlil,

Tutar ol vәqt küfr dünyanı,

Xar edәr çәrx әhli-imanı.

Nә ki, cühhal, bәlkә alimlәr

Dinimi, şәrimi bәyәnmәzlәr".

Sәddәqә, sәddәqә rәsulüllah,

Bu haman әsrdir, bil, ey gümrah!

Sәn tәki şәxslәr arayә düşüb,

Xatirin özgә müddәayә düşüb.

İndi vardır mәhәbbәtin küfrә,

Sәn dә onlar kimi döşә süfrә.

Ey edәn ayinә özünü xitab,

Nәm çәkib ayinәndәki simab.

Filhәqiqәt ki, baxdım, ayinәsәn,

Etdiyin fikri-bikrә sәd әhsәn!

Leyk mirati-kәcnümasәnmiş,

Münkiri-surәti-sәfasәnmiş!

Ey özün ayinә sanan rüsva,

Bunu da bil ki, sәngdir şüәra,

Ehtiyat eylә, ey günü qarә,

Ayinә sәngdәn olur parә.

Bilmirәm sәndә bu nә halәtdir,

Şüәrayә bu nә әdavәtdir?

Belә mәlum olur әlәzzahir--

......................................................

Seyyida, bәsdi, tul oldu kәlam,

Xәtm qıl, vәssәlam, vәlikram.

 

[38] Hәssan ibn Sabit Әbülvәlid әrәb şairlәrinin mәşhurundan vә әyani-sәhabәdәn olub mәdhi-rәsul ilә kәsbi-şöhrәt etmişdir. Hәssan 120 sәnә ömür edib, hicrәtin 164-cü tarixindә vәfat etmişdir.

[39] Tərcüməsi:

Allahın әrş altında xәzinәlәri (şer xәzinәlәri) vardır. Hәdisdir.

[40] Tərcüməsi:

Şer hikmәtdir. Hәdisdir.

[41] Fәrәzdәq--әrәb şüәrasının mәşhurlarından olub, hәzrәt Әli әleyhissәlama vә s. әshabi-kirama yetişmişdir vә hicrәtin 110-cu tarixindә Kufәdә vәfat etmişdir.

[42] Әhvәl--çaş mәnasındadır.

[43] Dibәl vә Seyid İsmail--ali-әthar zamanında yaşayan şairlәrdir.

[44] Tərcüməsi:

Nә yaxşı kömәkçimizdir. Hәdisdir.

[45] Tərcüməsi:

"Böyük it" bürcünün ikinci ulduzu Sirius.

[46] sәrvәri-rәhman.

[47] Tərcüməsi:

Söz asimandan enmişdir.

Söz göy alәmindәn enmişdir

Sözün yerinә əgәr gövhәr olsaydı,

Sözün yerinә o, [yerә] enәrdi.

[48] Tərcüməsi:

Hәqiqәtәn şәrab içmәk [vә qumar oynamaq ... murdar şeytan әmәllәridir].... Quranda "Maidә" surәsindәn ayә.

 

Әgәrçi Hacı Seyid Әzimin bu hәcvnüma kәlamında nalayiq föhşlәr, çirkin vә ürәkbulandırıcı söyüşlәr yoxdur, vәli Әhsәnül-Qәvaid kimi maarifpәrvәr vә rövşәnzәmir bir әdibi bu qәdәr müttәhim etmәk vә onun şәninә şayәstә olmayan "müzәvvir", "rubah" vә "heyvan" kimi әlqab ilә onu mülәqqәb etmәk hәrgiz Seyidә yaramazdı. Bavücudi ki, Әhsәnül-Qәvaid cәnabları şüәra haqqında vә şer barәsindә ürәyә dәyәn vә qәlbә toxunan artıq bir söz demәyibdir vә bundan әlavә Әhsәnül-Qәvaidә bunu eyib tutmaq olmaz ki, guya ol cәnab milәli-xaricәnin vәsfini edib vә filcümlә Avropa әhlinin elmü fәrasәtini bәyәnib, әhli-islama töhmәt vә sәrzәniş edir, hәr halda dürüst vә sәhih deyildir. Әhsәnül-Qәvaid hәqiqi müsәlmandır vә müsәlmanların hәqiqi xeyirxahıdır. O, müsәlmanların avamlığı vә elmsizliyi ucundan cümlә mәdәni tayfalardan geridә qalmağını görüb dadü fәryad edir. Onun ürәyi yanıb da, Avropa әhlinә tәrifü tövsif edib deyir ki: "Ey müsәlmanlar, sizin dininiz vә Quranınız tәrәqqi vә tәali etmәyinizә mane olmadığı halda vә peyğәmbәriniz sizi beşikdәn lәhәdә kimi elm tәlәb etmәyә mәmur qıldıqda bu nә tәnbәllik, bu nә qәflәt vә bәtalәtdir ki, sizi alıbdır vә cümlәdәn dalda qalıbsınız; ağa olduğunuz halda ikәn indi qul vә nökәr olubsunuz. Utanın, ar edin, mәdәniyyәtli tayfalardan vә mәrifәtli millәtlәrdәn ibrәt alın, tәrәqqi vә tәmәddün yolunda çalışın, ibrәt edin, hünәr göstәrin!..."

 

Mәgәr Әhsәnül-Qәvaidin bu sözlәri haqq deyilmi? Mәgәr Avropa әhlini mәdh etmәkdәn onun qәrәzi bu deyilmi ki, müsәlmanlar da onlara baxıb, elmü mәrifәt kәsbinә qurşansınlar? Mәgәr Hacı Seyid Әzim özü müsәlmanları qәflәtdәn oyatmağa vә onları elmü kәmal, hünәrü mәrifәt kәsb etmәyә az dәvәt edibdir? Mәgәr mәrhum öz hәmmәslәki vә qәlәm yoldaşı olan Әhsәnül-Qәvaidә bu etirazları yazdıqda öz nidalarını, öz nalәvü fәryadlarını unutmuşdur?

 

Dad, fәryad, ey güruhi-izam,

Oldu zaye bu millәti-islam.

Qeyrilәr etdilәr tәrәqqiyi-tam,

Qaldı zillәtdә firqeyi-islam i.a.

 

Biz mәrhum şairin Әhsәnül-Qәvaidә etdiyi iradü etirazları özgә bir şeyә hәml etmәyib, mәhz onun ziyadә tündmәzac, naziktәb, müdrik olmasına isnad qılırıq.

 

Mәlumdur ki, hәqiqi şairin tәbi ziyadә nazik vә sözgötürmәyәn olur. Cüzi bir şeydәn şairin zәmiri-safı bulanır vә ayineyi-qәlbi tutqun vә mükәddәr olur. Әn rәqiq bir işarәdәn şairin tәbi dәyişilir, bir haldan başqa bir hala düşür. Bir halda ki, Hacı Seyid Әzimdә şairlikdәn masәva seyidlik qanı dәxi varmış vә seyid nәsli bir növ qeyzli vә tündmәzac olduğu beynәn-nas mәşhurdur, odur ki, Әhsәnül-Qәvaid cәnablarının şüәra silkinә bir cüzi toxunması Seyid kimi sәriüt-tәb şairin bәhri-tәbini tәmәvvücә gәtirmişdir vә o da piş-pәsi çәndan mülahizә etmәyib, qabağına gәlәni dalğaları altında boğub tәlәf edibdir.

 

Şair sinfi cümlә belә olur. Necә ki, mәrhum Qasım bәy Zakir öz әhli-vilayәtindәn rәncidә olub demişdir:

 

Budu xahişlәri kim, baxmayıb ağü bozuna,

Elәyim hәcv tamam bayü gәda, sultani.

 

Mәrhum Seyidin xoşxülq, xoşmәzaq, hәqiqәtşünas vә hәqiqәtbin vә ürәfamәslәk bir әdibi-kamil vә şairi-binәzir olmasına әşarü kәlamının çoxusu şәhadәt verir. Әgәr onun kәlamlarını tamamәn burada zikr etsәk, çox uzun çәkәr vә kitabımızda onların hamısına, necә ki, sabiqdә demişdik, yer tapılmaz. Onlardan öz hәmşәhrisi olan boyaqçı Әbdülәli nama yazdığı bir qәsideyi-qәrranı burada zikr edirik vә lakin onun da bәzi yerlәrini yazmaq münasib görülmәdi. Qәsidә bu sayaq başlanır:

 

Gәldi novruz, müzәyyәn elәdi dövrani,

Gәtirir bağә yenә sәrvü gülü reyhani

 

Açılır bağdә gül arizi-dildar kimi,

Ucalır bülbülün әflakә yenә әfğani

 

Nәrgisin camına lalә töküyür badә müdam,

Әlinә lalә alır ol qәdәhi-mәrcani.

 

Xani-vәslini açıb bülbülü mehman eylәr,

Xoşdu mәşuqәsinin aşiq ola mehmani.

 

Zahida, somәәdәn dışra çıxıb gәl bağә,

Bir tәmaşa elә sәn kargәhi-sübhani.

 

Süni-mәşşateyi-qüdrәt gülü eylәr zinәt,

Bax güli-әhmәrә, ol hikmәtinin heyrani.

 

Doldurub lalә meyi-jalә ilә sağәrini,

Yәni mey şürbünә tәklif qılır pünhani.

 

Afitab etdi hәmәldәn[49] bu gün izhari-ziya--        

Ki, ziyasından olub cümlә cahan nurani.

 

[49] Hәmәl--on iki bürcdәn birinin adıdır ki, gün ol bürcә mart ayının 9-da daxil olur.

 

Dönәcәk bülbüli-xoşlәhcә nigәhbanә yenә,

Bәzmi-pәrvәrdә sәfalәr verәcәk әlhani.

 

Gәlәcәk seyri-çәmәn eylәmәyә gülruxlar,

Görәn onları behişt içrә görәr hurani.

 

Ey xoş ol aşiqi-şeydayә ki, bu mövsümdә

Hәmdәmi-cani-hәzini ola öz canani.

 

Kim ki, cananı onun yoxdu belә mövsümdә,

Elә bilsin ki, onun cismdә yoxdur cani.

 

Ey xoş ol rindi-qәdәhnuşә ki, vardır yarı,

Çәkmәyir mәn kimi hәrgiz әlәmi-hicrani.

 

Bu sifәt mәn dә bu alәmdә zәlil olmaz idim,

Mәndә olsaydı әgәr malü mәnal imkani.

 

Nә evim var, nә otağım, nә pulum, simü zәrim,

Nә rübabım, nә kәbabım, nә meyi-rümmani[50].

 

[50] Rümman--nar. Meyi-rümman--yәni nar çiçәyinin rәngi kimi qırmızı olan mey.

 

Bundan sonra şair öz yoxsulluğundan danışıb deyir ki, nә tәmәnna mәnzuru ilә vә hansı ümid ilә yar gәlib mәnә yar olsun ki, acından onun dodaqlarının qanı qaçacaqdır vә kisәmә әl vursa, onu simü zәrdәn xali görәcәkdir vә belә olan surәtdә şerü qәzәlimә dәxi bir hәbbәcә qәdir-qiymәt vermәyәcәkdir. Çünki tәk şerü qәzәldәn nә hasil olur? Әgәr onun mişkin xәttinin vәsfindә bir qәzәl desәm, nifrәt edib, vәhşi qәzal kimi mәndәn qaçacaqdır. Әgәr desәm ki, Seyidi-alinәsәbәm, xümsi ver, dәxi dә artıcıq acığı tutub deyәcәkdir: hәdyan söylәmә, xüms gәrәkdir müctәhidi-әsrә çatsın, ta ki, o da hәqiqi seyidlәrә vә müstәhәqqi olan adamlara onu tәqsim elәsin. Sәn kimi rindi-xәrabatiyә xüms ancaq moltani verә bilәr.

 

Sonra dedim: Ey sәrvboylum, sәn mәnim gülümsәn, mәn dә sәnә bülbülәm. Dedi: Mәn gül olsam da, hәrgiz sәn bülbül deyilsәn, sәn bayquşsan. Get, bir viranә mәkan tap vә onda bayquş kimi ula. Bundan sonra dilbәri-siminbәr dәxi dә tündlәşib Seyidi-biçarәyә çox acı sözlәr deyib, onu bihörmәt edir vә deyir ki, sәn nahaq adını Seyid qoyubsan. Sәn tәrki-sövmü sәlat edib uymusan bütlәrә vә şürbi-şәrab ilә övqatını qәflәtdә keçirirsәn.

 

Mühәssәli-kәlamda deyir:

 

Sәnә Seyyid desәm, alәmdә dilim lal olsun!

Etmisәn tәrk bu gün mәzhәb ilә әrkani.

 

Seyid bu xitab-itabdan sonra dilbәri-nazikbәdәndәn cavaba izn alıb, atını fәsahәt meydanına sürür. Şayani-diqqәt olan Seyidin cavabıdır:

 

Dedim:--Ey şahi-bütan, sürmә bu gunә tövsәn,

Sakit ol, hәr nә dedin, ver mәnә bir meydani.

 

Ta sәnә şәrh qılım surәti-әhvalımı mәn,

Guş qıl huş ilә әrzi-mәni-sәrgәrdani.

 

Hәq tәcәllasını hәr yerdә görәr әhli-nәzәr,

Eyş edәr zövq ilә, bir haldır ol sübhani.

 

Büt özü hal ilә tәsbih qılır sübhanә,

Get, oxu "sәbbәhә lillah"dә[51] bu mәnani.

 

[51] Sәbbәhә lillahi--allahı bütün yerdә vә göylәrdә olan hәr bir şey (tәrif edәr). Quran ayәsindәndir.

 

Kimisi Kәbәdә hәqqi, kimi deyr içrә görәr,

Hәrә bir növ gәzir, axtarır ol canani.

 

Gördü çün pәrtövünü düxtәri-tәrsadә әyan,

Nә mәzәmmәt elәyim eşqdә mәn Sәnani.

 

Dağә Fәrhad çalıb tişәni şirin-şirin,

Gördü Şirindә hәq nurini, verdi cani.

 

Gördü Mәcnun әsәri-xaliqini Leyladә,

Düşdü vadilәrә, mәnzil elәdi sәhrani.

 

Gördüm әksi-ruxini ayineyi-camdә mәn,

Vacib etdim özümә şürbi-meyi-sәhbani.

 

Bu sifәtdә, gözәlim, şәhrdә bir mәn deyilәm,

Çoxdu mәn tәk bu yolun aşiqi-sәrgәrdani.

 

Bu şerlәrdә şairin hәqiqәt[pәrәst], ürәfamәslәk vә mәnәvi bir vücud olduğu zahir olunur:

 

Kimisi Kәbәdә hәqqi, kimi deyr içrә görür,

Hәrә bir növ gәzir, axtarır ol canani.

 

Nә gözәl kәlam, nә dәrin әqidә, nә ali fikir, nә pakizә mәram vә nә müqәddәs niyyәt!... Seyidin bu şeri Xacә Hafiz Şirazinin:

 

Miyane-Kәbevo botxane hiç fәrqi nist,

Behәr tәrәf ke, negәh mikoni bәrabәre-ust--[52].

 

[52] Tərcüməsi:

Kәbә ilә bütxanә arasında heç bir fәrq yoxdur.

Hәr tәrәfә ki, baxırsan, o, bәrabәrdir.

 

--şerinә bәrabәr deyilmi vә türk oğlanlarına Seyidin sözlәri daha da artıcıq xoş gәlmәzmi?!

 

Alişan Ağa bәy Sultanzadәnin hüzuruna zarafatyana yazdığı qitәdir:

 

Sahiba, ey ki, sәnin xidmәtinә şamü sәhәr

Mәhü xurşidi-fәlәk әymәk üçün baş gәlir.

Bәs ki, yox Çinü Xütәn tәbinә hәngami-sәxa,

Surәti-cudini nәqş etmәyә nәqqaş gәlir.

Açmısan dәhrdә Hatәm kimi bir xani-әta,

Ol әta süfrәsinә hәr quru, hәr yaş gәlir.

Çünki hәr taifәyә feyz verirsәn gün tәk,

Dәri-ehsanına hәr sünni, qızılbaş gәlir.

Süfreyi-ruzәdә var firnivü dolmavü tәrәk,

Әsәlü rövğәnü nan gülçәvü bozbaş gәlir.

Gündüzün süfrәsi bunlar idi kim, zikr oldu,

Gecәlәr dә otağa bir neçә qab aş gәlir.

Heyf ola ol düyüdәn, heyf ola ol әtdәn kim.

Rövğәnindәn o aşın nikhәti-kәffaş gәlir.

Gәr o yağın düşә bir qәtrәsi qәbristanә,

Ölünü soymağa nә düzd, nә nәbbaş gәlir.

O qәdәr tünd olubdur ki, dönüb zәqqumә,

Buyi-ğisliyn o yağdan, nә nihan, faş gәlir.

Pişxidmәt ki, gәlir--yu әlini, aş gәlir,

Mәn belә fikr edirәm ki, başıma daş gәlir.

Mәni ki, ağlada bilmәz neçә yüz mәrsiyәxan,

İyi gәlcәk o yağın gözlәrimә yaş gәlir.

Nә qәdәr nazirә әrz eylәyirәm әhvali,

O da söz anlamayır, sözlәri çaş-baş gәlir.

Tövbә olsun ki, dәxi bir dә yeyim öylә aşı,

Mәni öldürmәyә gәr bir neçә fәrraş gәlir.

Çarә qıl Seyyidә kim, çakәri-dәrgahındır,

Gәrçi sәndәn lәqәbim lәfz ilә "qardaş" gәlir.

 

Seyid hәqiqi şair olduğu üçün hәr bir şeyin tamami sifәtlәrini yazmaqda bir qüsur qoymamışdır. Burada Ağa bәyә sataşmaq üçün onun bir az köhnәlib acımış yağına o qәdәr rәngü rövğәn vurub, elә bir şairanә onu nәzmә çәkmişdir, daha onun zәmmindә başqa bir söz qalmamışdır ki, onu demәmiş olsun. Bir yağda nә qәdәr nikhәt vә acılıq gәrәk olsun ki, mәrsiyәxan ağlada bilmәdiyi gözlәrdәn yaş tökdürsün? Bir yağda nә dәrәcәdә üfunәt vә mәrarәt gәrәk olsun ki, onun bir damcısı qәbiristana düşsә, ölü kәfәni soyan oğru dәxi qәbiristana ayaq basa bilmәsin?

 

Bәli.... Güşadәdәhәn vә rәvantәb şair ağıla gәlmәyәn şeyi yarada bilir vә çirkini dә gözәl vә müstәhsәn tәrzdә sözlәr vasitәsilә göstәrir.

 

Ağa bәy Sultanzadәyә yazdığı bu zәrifanә qitә ilә Seyidi-mәrhumun әhibbaya vә sair kәrәmü ehsan sahiblәrinә inşad qıldığı mәktubatı qurtarıb, onun başqa qisim әsәrlәrinә keçib, onlardan dәxi müxtәsәr nümunәlәr göstәrmәyi lazım bildik.

 

 

ŞERİ-MÜSTӘZAD

 

Aşağıda zikr olunan şeri-müstәzadı Hacı Seyid Әzim qürbәtdә olduğu halda "Beytüs-Sәfa" mәclisinin üzvlәrinә ki, şairin dost vә әhibbaları imiş, әczü inkisar ilә yazıbdır. Şair öz mәktubuna xitab edib deyir: Ey namә, ol mәclisә kim, ruhül-әmin rüsxәtsiz daxil ola bilmәz, sәn izn almağa bәhanә axtar, torpağa düş vә әhli-mәclisin әl-ayağın öp, ta ki, sәnә daxil olmağa izn versinlәr.

 

Daxil olduqda mәnim qürbәtdә çәkdiyim zillәti vә hali-dilimi şam kimi şölә çәkib bir-bir onlara söylә.

 

Yaxşısı budur ki, şairi-mәhcurun öz lisanilә әhvalı bәyan edәk:

 

Şirvanә sәni eylәrәm, ey namә, rәvanә,

            Dön abi-rәvanә.

Çәk şölә, tutub bәzmi-әhibbadә zәbanә,

            Gәldikdә zәbanә.

Ol mәclisә kim, ruhül-әmin almasa rüsxәt,

            Yox girmәyә cürәt,

Torpağә düşüb әczlә üz qoy o mәkanә,

            Tap izni-bәhanә.

Zövinin ayağından öpüb kәsbi-ziya qıl,

            İzhari-sәna qıl,

Әhvalımı çәk Bixudә rәmz ilә bәyanә,

            Şәrh eylә fәsanә.

Ol vәqt ki, halım elәdin Qafilә izhar,

            Bir gizli sözüm var,

Әhbabdә mәhrәm odu bu sirri-nihanә,

            Kәşf etmişәm anә.

Ol zülfi-pәrişanıma әrz eylә sәlamım,

            Çәk әcz ilә namım,

Sәrbәstә deyim, yәni filan ibni-filanә,

            Ol cani-cәhanә.

Ol qaşı kәman, kipriyi ox yarımı görsәn,

            Dildarımı görsәn,

Tәqriblә söz aç, mәni ol qaşı kәmanә

            Ver böylә nişanә--   

Kim, sәn büti-Leylayә giriftar olan aşiq,

            Bimar olan aşiq,

Mәcnunә dönüb, alәm ara oldu fәsanә,

            Mәğlubi-zәmanә.

Şәmә dolanıb yad edir ol arizi-alı,

            Pәrvanә misalı,

İstәr sәni hәr lәhzә, gәzәr xanәbәxanә,

            Ey dürri-yeganә.

Ey dustlәr, ol şux ilә içdikdә şәrabı,

            Cami-meyi-nabı,

Bir yadә salırsız mәni-divanәni, ya nә?

            Qaldım yana-yanә.

Siz rahәt ilә lәzzәt edin Beyti-Sәfadә,

            Seyyid bu bәladә,

Döndü cigәrim firqәtinizdәn dәxi qanә,

            Yox tәndә tәvanә.

 

Qәzәliyyati-Seyid:

 

Vaiz meyin mәzәmmәtin eylәr savab üçün,

Dildә bәhanәdir sözü zikri-şәrab üçün.

 

Saqi, gözün fәdası olum, cami-mey gәtir,

Yandırma odlara mәni bir cürә ab üçün.

 

Derlәr ki, badәdәn açılır babi-mәrifәt,

Biz dәxi bir әyaq içәlim fәthi-bab üçün.

 

Sәrf oldu bәsdi sübheyi-övradә ömrümüz,

İndi gәrәkdi sәrf ola çәngü rübab üçün.

 

Zahid şәrabı kövsәr üçün tәrk edәrsә, mәn

Fövt etmәrәm bu nәqdi o nisyә hesab üçün.

 

Olsun cahanda guşeyi-meyxanәlәr bizim,

Qalsın behişt zahidi-alicәnab üçün.

 

Seyyid, yәqin ki, rәhmәti-hәqdәndi bixәbәr

Ol kim, şәrabı tәrk edә bimi-әzab üçün.

 

       *       *       *       *       *

 

Gülşәnlәr içrә gәr açıla sәd hәzar gül,

Sәnsiz, gülüm, gәlir gözümә nişi-xar gül.

 

Sәnsiz, tәsәvvür etmә, gedim seyri-bağә mәn,

Sәhni-çәmәndә gәr açıla sәd hәzar gül.

 

Döndәrdi bülbülün ürәyin qanә, aqibәt

Öz tutduğu işindәn olur şәrmsar gül.

 

Gәr kәsmәyәydi bülbüli-zarın qәrarını,

Olmazdı aqibәt özü hәm biqәrar gül.

 

Aşiq çәkәrdi gülşәnә müjkan ilә hәsar,

Gәr göstәrәydi bülbülә bir etibar gül.

 

Gör zülm payәsin ki, şәhi-müstәqil ikәn,

Tәxtindәn oldu beş gün içindә kәnar gül.

 

Bir gülüzar toprağıdır kim, nümüvv edәr

Hәr xakdәn ki, çöhrә qılır aşikar gül.

 

Zülfü ruxin xәyalı ilә zövqlәr edәr,

Hәmdәm oleydi Seyyidә leylü nәhar gül.

 

       *       *       *       *       *

 

Nişimәnin ki, sәnin buriyadır, ey vaiz!

Qәsәm o xaliqә kim, bu, riyadır, ey vaiz!

 

Xәlayiqi әmәli-xeyrә dәvәtin xoşdur,

Özündә yox bir әmәl, bu, xәtadır, ey vaiz!

 

Edib cәhәnnәmi övsaf, hәrdәm ağlarsan,

Bu nә fәsanә, bu nә macәradır, ey vaiz!

 

Yetim malına göz tikmәyin nәdir daim,

Halal kәsb mәgәr narәvadır, ey vaiz?

 

Yoxundu Kәbeyi-ruxsari-yardәn xәbәrin,

Bu vәchdәndi sözün bisәfadır, ey vaiz!

 

Ümidvarsәn öz tutduğun әmәllәrә sәn,

Bizim ümidimiz әfvi-xudadır, ey vaiz!

 

Mey içmәyin qıla Seyyid әgәr nihan sәndәn.

Sәnin tәki o da әhli-riyadır, ey vaiz!

 

       *       *       *       *       *

 

Derlәr ki, içmә badәni ümmül-fәsaddır,

Ari, fәsaddır ona kim, bәdnihaddır.

 

Hәr kәsdә hәr tәbiәt ola mey büruz edәr,

Әrbabi-halә hal, fәsadә fәsaddır.

 

Piri-müğan edibdi bizә badәni hәlal,

Qurban bu ictihadә, әcәb ictihaddır.

 

Bir şişә mey qoyun lәhәdim içrә dәfn edin--         

Kim, bu cahandan mәnә zadül-mәaddır.

 

Hәqdәn şәrabxarı o kim, naümid edәr,

Seyyid o da sәnin kimi bәdetiqaddır.

 

Şair özünün şәnindә demişdir:

 

Gәrçi hamıdan sәfheyi-dünyadә kәmәm mәn,

Hәr vәqt ki, camım ola dәstimdә, Cәmәm mәn.

 

Zahid, ramazanda mәnә bu tövbәni verdin,

Get, başın üçün, tövbәdә sabitqәdәmәm mәn.

 

Dünyanı tutub tәntәneyi-fәzlü kәmalım,

Alәmlәri tәsxir qılan möhtәşәmәm mәn.

 

Yarani-sәfa maideyi-tәbimә möhtac,

İxvaneyi-Yusifdә vәliyyün-niәmәm mәn.

 

Әmvati-mәani olur ehya nәfәsimdәn--       

Kim, alәm ara Seyyidi-ecazdәmәm mәn.

 

Füzuli Bağdadiyә nәzirә:

 

Könül, ta var әlindә cami-mey sübhәşümar olma,

Riyayi-xәlqdir, billah, namaz әhlinә yar olma.

 

Eşit sövti-müğәnni, sakin ol meyxanә küncündә,

Müәzzin nalәsindәn mәscid üçün biqәrar olma.

 

Qurub tәhtül-hәnәkdәn dam zahid, sübhәdәn damә,

Hәzәr, ey mürği-dil, ol danәvü damә şikar olma.

 

İmamә ixtiyarın vermә, hәrgiz uyma tәkbirә,

Özün kim, faili-muxtarsәn, biixtiyar olma.

 

Döşәnmә buriya tәk mәscid içrә sәcdeyi-sәhvә,

Özü bu sәhvdir, pamali-xәlqi-ruzigar olma.

 

Cәhәnnәm fikrini salma xәyalә, düşmә tәşvişә,

Yanıb nari-qәmә duzәx odundan әşkbar olma.

 

Könül, meyxanә cәnnәt, badә kövsәr, saqidir qılman,

Gedib vaiz deyәn nisyә sözә ümmidvar olma.

 

Rümuzi-şerimin dәrk etmәmiş mәnasını, Seyyid,

Gedib meyxanәlәrdә laübali meyküsar olma.

 

Zәnni-acizanәmizcә әrbabi-hal vә sahibi-mәrifәtü kamal nәzәrindә Seyidin bu qәzәllәri Füzulinin kәlamına gәrәk bәrabәr tutulsun. Әgәrçi bu qәzәllәrdә әksәriyyәtәn şәrabü rübabdan bәhs olunur vә zahidi-riyakara şair hәrdәm dolaşıb, onun zahiri taatü ibadatına qәdrü qiymәt vermir vә künci-meyxanәni alicәnab vaizin behiştinә, badeyi-nabı kövsәrinә vә saqiyi-sadәni qılmanına tәrcih tutur vә lakin kim nә bilir meyxanәdәn, şәrabü saqidәn murad kimdir vә nәdir? Әgәr türklәrin dә Seyid Mәhәmmәd Vәhәbisi olsaydı, әsil mәnanı şәrhü bәyan edәrdi vә zahirbin oxucuların ürәyindәn şәkkü şübhә düyününü açardı.

 

Şair özü axiri-kәlamda oxucuları sui-zәnndә olmaqdan vә batil xәyala düşmәkdәn daşındırıb deyir:

 

Rümuzi-şerimin dәrk etmәmiş mәnasını, Seyyid,

Gedib meyxanәlәrdә laübali meyküsar olma.

 

Şәrt rümuzi-şeri vә ruhi-mәnanı dәrk etmәkdir. Seyid bu qisim kәlamlarında Azәrbaycan türklәrinin Xacә Hafizi mәnzәlәsindә ola bilәr.

 

Farslar öz şairlәrinin kәlamı ilә fәxr etdiyi kimi, biz dә Seyidimizin әşari-abdarı ilә iftixar edә bilәrik.

 

Tәrcibәnd (İbrahim Hәqqiyә nәzirә):

 

Xoş ol zaman ki, yar mәnә hәmzәban idi,

Bәzmim cәmali-yar ilә rәşgi-cinan idi,

Dövlәt qulamdı mәnә, bәxtim cәvan idi,

Sultan idim ki, hәr yanә hökmüm rәvan idi,

Cani-hәzinә hәmdәm o arami-can idi,

Dәmlәr o dәmlәr idi, zaman ol zaman idi.

 

Xurşidgun şәrabla dolmuş idi camımız,

Ol mah ilә keçirdi bizim sübhü şamımız,

Dövri-fәlәkdә hasil olurdu mәramımız,

Xaki-dәrindәn özgә yox idi mәqamımız,

Bülbüllәrә o sahәti-qüds aşiyan idi,

Dәmlәr o dәmlәr idi, zaman ol zaman idi.

 

Hicrin әgәrçi görmüş idim mübtәlalәrin,

Dildәn-dilә eşitmiş idim macәralәrin,

Bunca tәsәvvür etmәz idim mәn cәfalәrin,

Can çәkmәmişdi möhnәti-hicran bәlalәrin,

Xәlvәtsәrayi-vәsldә dil kamran idi,

Dәmlәr o dәmlәr idi, zaman ol zaman idi.

 

Könlüm o mahdәn açılırdı kәrәm görüb,

Bәzmi-vüsaldә yerimi möhtәrәm görüb,

Mehrin ziyadә, cövrü cәfasını kәm görüb,

Ol gül mәnә açıldığını dәmbәdәm görüb,

Rәşk ilә qönçә tәk dili-bәdxah qan idi,

Dәmlәr o dәmlәr idi, zaman ol zaman idi.

 

Ol gül mәnimlә hәmdәm idi hәr bahardә,

Gәh damәni-çәmәndә, gәhi lalәzardә,

Bülbül tәki işim yox idi ahü zardә,

Seyyid dә mәskәn etmiş idi kuyi-yardә,

Ezaz ilә bir Adәmi-cәnnәtmәkan idi,

Dәmlәr o dәmlәr idi, zaman ol zaman idi.

 

Başqa bir tәrcibәnd; girizgah növündәn:

 

Ey qәmin bu dili-mәhzunә sәfa,

Kәbeyi-kuyinә eşq әhli-fәda,

Hәr qәdәr eylәyәsәn cövrü cәfa,

Mәn sәnә eylәmәrәm qeyri-vәfa,

Hәr nә hökm eylәdin, ey mahliqa,

Cümlәsi oldu muradınca rәva,

Görәlim şimdi nәdir fәrmanın?

Canı qurban sәnә bu nalanın!

 

Sәrvәrim, padşahım, sultanım,

Gülruxum, sәrvqәdim, reyhanım,

Ey fәrәhbәxşi-dili-suzanım,

Bilmәdim noldu mәnim nöqsanım,

Döndü, ey mah, belә dövranım,

Yan--dedin, hicr ilә yandı canım,

Gözәlim, şimdi nәdir fәrmanın?

Canı qurban sәnә bu nalanın!

 

Söylәdin: eşq ilә zar ol, oldum,

Hicr ilә sinәfikar ol, oldum,

Nәzәri-xәlqdә xar ol, oldum,

Qәmü әnduhә düçar ol, oldum,

Zarü bisәbru qәrar ol, oldum,

Dedin әğyar ilә yar ol, oldum.

Gözәlim, şimdi nәdir fәrmanın?

Canı qurban sәnә bu nalanın!

 

Ta gözüm hicr ilә giryan oldu,

Xatirin gül kimi xәndan oldu,

Döndü, vәslin mәnә hicran oldu,

İstәdin dil ola viran, oldu,

Gәnci-eşqin ola pünhan, oldu,

Dedin:--Olsun cigәrin qan, oldu,

Gözәlim, şimdi nәdir fәrmanın?

Canı qurban sәnә bu nalanın!

 

Gündә bir şöbәdә ağaz etdin.

Çox olan lütfü bizә az etdin,

Üz verib qeyri sәrәfraz etdin,

Bizi qoydun, anı mümtaz etdin,

Hökmü fәrmanını ibraz etdin,

Mәni hәr nakәsә dәmsaz etdin,

Gözәlim, şimdi nәdir fәrmanın?

Canı qurban sәnә bu nalanın!

 

Ey sәri-zülfünә qurban Seyyid,

Oldu divaneyi-dövran Seyyid,

Olub әhvalı pәrişan Seyyid--   

Ki, qalıb bisәrü saman Seyyid,

Ağlayır hicrin ilә qan Seyyid,

Oldu topraq ilә yeksan Seyyid,

Gözәlim, şimdi nәdir fәrmanın?

Canı qurban sәnә bu nalanın!

 

Bu әşari-abdarü xoşgüvar ilә şairi-fәsahәtşüar vә şirin-göftarımız olan Seyid Şirvaninin tәrcümeyi-halını nümuneyi-kәlamı ilә xәtm qıldıq. İnşaallah әcәldәn macal olsa, Seyidi-mәrhumun barәsindә mәxsusi bir kitabça tәrtib etmәk niyyәtindә varıq.