İBRAHİM ӘFӘNDİ NİCATİ

 

 

 

 

Nuxa şәhәrindә nәşvü nüma tapıb tәlim vә tәrbiyә almış şuәradan birisi dә mәrhum İbrahim әfәndi ibn Mustafa әfәndi olubdur ki, Mirzә Fәtәli Axundovun vә Kәrim ağa Fatehin müasiri imiş. Sәhih mәlumata görә, İbrahim әfәndi hәnuz tifl ikәn valideyni ilә mәәn Qazax mahalından mühacirәtәn Nuxa şәhәrinә gәlib orada sükunәt edәrmiş. Onun abavü әcdadı ruhani olublar.

Belә rәvayәt olunur ki, İbrahim әfәndi iyirmi beş sinninә çatınca zәrgәrlik edәrmiş vә o vaxta kimi bisavad imiş. Bir dәfә ona kağız yazdırmaq lazım olubdur vә bu işdәn [ötrü] әhli-savad bir şәxsin himmәtinә rücu edibdir. Mәzkur şәxs namәni yazdıqdan sonra ona bir növ töhmәt izhar edibdir ki, sәnә eyib deyilmi özün ülәma nәsli ola-ola qeyrisinә hali-dilini kәşf qılıb mәktub yazdırırsan? İbrahim әfәndi bu etirazdan xeyli mütәәssir vә pәrişanhal olub, iyirmi beş yaşında ikәn başlayıbdır oxuyub yazmağı vә bu yolda gecә vә gündüz xürdü xabı özünә haram edib, elmü mәrifәt tәhsilinә mәşğul olubdur vә axırda alim vә fazil bir şәxs olub müdәrrislik edәrmiş. Tәbi-şeriyyәsi olaraq bir xeyli әsәrlәr vücuda gәtirmişdir. Vәli onlardan çoxusu dağılıb tәrk olubdur. Әşarü kәlamının әksәri münacat, nәti-rәsul vә qәsaid qismi әsәrlәrdir. Onlardan bir-iki[si] nümunә olaraq burada yazılır.

 

Rәsuli-bәrhәqqimiz Mәhәmmәdәl-Mustafa hәzrәtlәrinin şәni-alilәrindә deyibdir:

 

Sәn ol şahi-risalәtsәn ki, oldun әvvәlül-әşya,

Әdayi-xidmәtindә daim olmuş asiman bәrpa.

 

Qüdumi-zati-pakiçün deşәnmiş әrzi-gunagun,

Qurulmuş üstünә bu nöh rәvaqi-xeymeyi-xәzra.

 

Olur lövlakdәn mәfhum ki, bais olduğundan sәn,

Neçә min kainatı hәqt әdәmdәn eylәdi peyda.

 

Tәcәllayi-naharasa olan ruyindә gisuni

Görәn ixlas ilә әzbәr edәr vәlleyl iza yәğşa,

 

Ziyayi-sineyi-safın bәyanidә әlәm nәşrәh

Mükәmmәl gözlәrinin mәdhini sazağ edәr inşa.

 

Nә әsәd leyldir ol leyl ki, etdin asiman seyrin,

Bu seyrindәn edәr әbna sübhanәl-lәzi әsra

 

Büraqi-bәrq rәftar ilә yetdin qabi-qövseynә,

Bil, ondan keçmәyin izhar edәr mәzmuni-ovәdna.

 

Bulub feyzin, olub aşiq, qalıb heyranü sәrgәrdan,

Dolanır başına daim onun çün günbәdi-mina.

 

Hümayun bәxti-fәrruxfal sәn tәk puri-dilcuyi

Nә hәrgiz görmәmiş Adәm, nә әsla doğmamış Hәvva.

 

Görülmüş möcüzatın çox edәndә xәsmini ilzam,

Biri Qurani-baqidir ki, oldur ayәti-kübra.

 

Nә hәddi var edә mәdhin, Nicati, naqisu asi --

Ki, nәti-zatına nazil olub Yasin [ilә] Taha.