KӘRBӘLAYI SӘFİ "VALEH"
TӘXӘLLÜS
Necә ki, fövqdә zikr olundu,
Kәrbәlayı Sәfi "Valeh" Canıoğlu
Kәrbәlayı Abdullanın vә Baba bәyin
müasiri imiş. O zamanın ürәfasından sayılan
әhli-zövq vә sahibi-tәb bir vücud imiş.
Mәhәlli-tәvәllüdü Gülablı
qәryәsidir ki, ata-babasının әsl
vәtәnidir.
Gülablı kәndi Şuşa uyezdindә
dağ әtәyindә basәfa vә xoş
mәnzәrәli bir yerdә tәmir olunubdur.
Әhalisi sәlamәt, әhli-keyfü damağ olub,
günlәrini eyşü-işrәtdә
keçirmәyә mötad olmuşlar. Qarabağın
aşıqları, neyçi vә balabançıları,
xanәndә vә nәvazәndәlәri
әksәriyyәn Gülablıdan çıxıb, onun
abü hәvası ilә pәrvәriş
tapmışlar.
Bu yerin ünas әhlinә gәldikdә,
onlar dәxi xeyli gözәl, ismәtli vә cismәn
sәlamәt arvadlar olub, dayәlik peşәsi ilә
iştihar bulmuşlar. Belә ki, Şuşa qalasının
nücәbavü xanzadәvü şahzadәlәrinin
çoxu Gülablı arvadlarının
döşündәn süd әmib, onların
ağuşunda nәşvü nüma tapmışlar. Kim
bilir, bәlkә onların südlәrinin
tәsirindәn Pәnah xanın yapdığı
Şuşa qalasında--ki, sabiqdә qaraquşlar mәskәni
imiş,--bu qәdәr şüәra vә
zürәfa, bu qәdәr xoşәlhan xanәndә
vә bimisal sazәndәlәr hasilә
gәlmişdir?!
Heyfa ki, belә gözәl
bağlı-meyvәli vә xoşsәfa kәnd 1905-ci
sәnәdә vüqua gәlәn
ermәni-müsәlman davasında talanü viran olmuşdu.
Әhalisindәn bir çoxu, xüsusәn
arvad-uşaq tәlәf olub, sağ vә salamat qalanı
yuvaları dağılmış quşlar kimi әtrafü
әknafa qaçıb pәnah aparmışlar. İndi
Gülablı kәndi yavaş-yavaş tәmir olunub,
yenә sabiqi halına düşmәkdәdir.
Hәmin bu Gülablı
qәryәsindә hicrәtin XII әsrinin
axırlarında--yәni 1180-cı vә yainki 1190-cı
illәrdә Valeh tәvәllüd etmişdir. 60-70
ilәcәn ömür etmişdir. Belә ki, 1250-ci tarixdә
hali-hәyatda imiş. Oxuyub-yazmağı Şuşa
qalasında kәsb etmişdir. Ülumi-maarifә vә
xüsusәn, şer demәyә artıq
dәrәcәdә meylü hәvәsi var imiş. O
cәhәtә vaxtının çoxunu ürәfa
mәclisindә vә şüәra dairәsindә
keçirәrmiş.
Mәrhum Valeh dindar, mömin vә
müttәqi bir şәxs olduğu ilә belә
xoşsöhbәt, danışıb-gülәn vә
bamәzә bir adam imiş. Onun ilә Baba bәyin,
İbn Canının vә Aşıq Qәnbәrin
beynlәrindә zәrafәt olduğu üçün
bir-birinә hәzl tәriqi ilә sözlәr
deyәrlәrmiş. Belә ki, mәrhum Baba bәy
Valehin qocalığını hәcv edib, dişlәrinin
tökülüb övraq olmağını vә
ağzı köhnә xәrabәnin uçuq damına
bәnzәmәyini vә saçı-saqqalı ağarıb,
sümük kimi düm ağ olmağını
zәrifanә zikr edib deyir ki, sәnin başından
şurü hәvәs gedibdir. İndi sәnin meylin
axirәt dünyası ilәdir. Ona görә Xulxunsayını
çağır gәlsin, alәmi-bәqadan vәz
elәsin:
Hәr kimsә axtarar tapar tayını,
Sәn dә çağır gәlsnn Xulxunsayını.
Söhbәti-üqba elәsin, guş qıl,
Lәzzәti-dünyanı fәramuş qıl.... i.a.
Kәrbәlayı Sәfi onun cavabında Baba bәyә bir neçә duzlu şerlәr yazıb, onların bәzi bәndlәrindә Baba bәyә