MӘHӘMMӘD BӘY CAVANŞİR
"AŞİQ" TӘXӘLLÜS
Mәhәmmәd bәy
vәlәdi-Behbud bәy-Zәngilani "Aşiq"
tәxәllüs Aşıq Pәrinin
aşiqlәrindәn birisidir. Ziyadә qeyrәtli,
vәfadar vә sahibi-kәmal bir vucud imiş. Dindar vә
hәqq tәrәfdarı olduğu üçün
müasirlәri arasında hörmәt vә izzәti
çox imiş. Bununla belә düşmәnlәri
dә az deyilmiş. Belә ki, Rus dövlәti Qarabağ
xanlığının bir çox nöqtәlәrini
tәhti-tәsәrrüfünә
götürdükdәn sonra Zәngәzur mahalını
dәxi zәbt etdi. Bu әsnada bәzi şurişlәr
o mahalda vuqua gәldi. Mәhәmmәd bәyin
düşmәnlәri bu hadisәdәn nәfbәrdar
olub, onu dövlәt nәzәrindә müttәhim qıldılar
vә ricali-dövlәt dәxi onun haqqında
söylәnilәn iftira vә böhtanları tәhqiq
et[mә]miş, onu vәtәnindәn çıxarıb
Ordubad şәhәrinә göndәrilmәsinә
әmr verdi vә o mәkanda miladın 1861-ci
sәnәsindә vәfat etmişdir.
Hәr qisim әşarı var isә
dә, mürәttәb divanı yoxdur.
Әşarından nümunә üçün
bәzilәri burada zikr olunur. Mirzә Hәsәn Mirzәyә
bәhri-tәvil sәbkdә yazdığı bir
qәzәl:
Yenә asudә ikәn uğradım bir
şux zibayә,
Üzü gül, arizi mül, zülfü
sünbül, çәşmi şәhlayә.
Üzü
sahir, özü zahir, gözü can almağa mahir,
Görәn bir baxışın vermәz onun dünyavü üqbayә.
Dәhanın var-yox sirrini bilmәk xeyli
müşküldür,
Әcәb mahirdir ol әyyar hәr
elmi-müәmmayә.
Baxanlar qamәtindәn rәmzlәr anlar
qiyamәtdәn,
Görәnlәr şәkli-әbrusin
dәxi baxmaz yeni ayә.
Yer üzrә durmadı, getdi, sәmavatı
mәqam etdi,
Lәbi ecaz rәmzin göstәrәn
dәmdә Mәsihayә.
Götürsә gün cәmalından bulud
kimi qara zülfün,
Sәrasimә Zuleyxa tәk çıxar Yusif
tәmaşayә.
Dodağından soruşdum ağzının
mәn var-yox sirrin,
Bu nazik nöqtәni sorma, düşar
qan,--dedi--ortayә.
Alır feyzi-nәzәr bәhrini Aşiq
tutsa damanın,
Tapar sәrriştәsin, yetsә әli
zülfi-çәlipayә.
Bu qәzәlin cavabını Mirzә
Hәsәn yazmışdı ki, onun
tәrcümeyi-halı tәhtindә dәrc olunubdur.
Aşıq Pәriyә aşinalıq tәrhindә
yazdığı bir müxәmmәs:
Ey Pәri, dәhrdә yox sәn kimi bir
cananә,
Tәn edәr mehri-rüxün göydә
mәhi-tabanә,
Gәrçi bihәd görürәm
lütfunü hәr insanә,
Piri-biqaidәdir, uyma Mәlik Aslanә,
Olgilәn yar yenә mәn tәki bir
oğlanә.
Hәm sәnin qәdrini Fәrhad ilә
Şirin bilmәz,
Mirzәcan bilsә dә yüzdәn o da
birin bilmәz,
Mirzә Mәmmәd dәxi o
fәthәvü zirin bilmәz,
Kim ki, mәşuq ola, o, zülfi-әsirin
bilmәz,
Rәng ilә salmagilәn sәn buları
böhtanә.
Mәn sәnә hәr nә desәm
mehrü mәhәbbәt sözüdür,
Sәn mәnә yazdığın
әfsanәvü möhnәt sözüdür,
Gәr desәm hәmdәm olaq, bil ki,
mavәddәt sözüdür,
Bir zaman әrzim eşit, gör necә
ülfәt sözüdür,
Tövsәni-әqlini fikr ilә gәtir
cövlanә.
Sәn tәki şux münasibdi ki, mәstanә
gәlә,
Әldә sazü mәzәvü
sağәrü peymanә gәlә,
Aşiqi-mәst görüb din ilә
imanә gәlә--
Kim, gәrәk doqquz ola başı bu
meydanә gәlә,
Özünә türrәlәnib
girmә bizim meydanә!
Sәnә şayәstә odur kim, tapasan
әhli-vәfa,
Canü dildәn edәsәn eşq
tәriqini rifa,
Olasan yar ona, etmәyәsәn cövrü
cәfa,
Dövri-fanidә sürüb bir
neçә gün zövqü sәfa,
Әhli-haldan özünü tutmayasan
biganә.
Yenә Aşıq Pәriyә
yazmışdır:
Tәxәllüs nә lazım, ey
Aşıq Pәri,
Bir kәs ki, mehrdәn xәbәrdar ola?
Könüldәn könülә yollar
görünür,
Әlavә, nә hacәt, aşikar ola?
Xoş yaradıb sәni ustadi-әzәl,
Hüsnü vәcahәtdә yekta,
bibәdәl,
Dızaq mahalında sәnin tәk
gözәl--
Hәqdәn istәmişәm
bәrqәrar ola.
Әhli-halı görmәk istәr
әhli-hal,
Müzayiqә etmә, gәr olsa macal.
Sәnin tәk dәrdmәnd olmayan mahal,
Görüm ki, dağılıb tarümar ola.
Belә işin nә lәzzәti, nә
dadı,
Xublar bilә görәk
aşnanı-yadı,
Çәkәsәn ağuşa bala
Fәrhadı,
Şirin didarına intizar ola.
Ağlını cәm eylә, olma
sәrsәri,
Sәndә yoxdur eşqbazlıq
әsәri,
Fәhmü fәrasәtdә yüz
sәn tәk Pәri
Gәrәkdir Mәmmәdә
xidmәtkar ola.
Aşıq Pәrinin Mәhәmmәd
bәyә cavabı:
Şayәstәdir, ey mürşidi-kamilim,
Dostlar arasında etibar ola.
Şair odur ustadından dәrs ala,
Ziddü cinsi rәdifi-pәrgar ola.
Cәvabi-xәttindәn olmuşam xoşhal,
Әrz edәrәm qulluğuna vәsfi-hal,
Şan ilә şövkәtin olsun
bizәval,
Gәrәk xidmәtindә xidmәtkar
ola.
Mailәm hüsnünün xoşca
rәnginә,
Yetә bilmәn tәcnisinin
dәnginә,
Sәni sallam müәşşәrin
cәnginә,
Arif bu yerlәrdәn xәbәrdar ola.
Pәri idim eşq içindә aşikar,
Aralıqda yaxşı olur sәbәbkar,
Bu cәng meydanında eylәrәm
şikar,
Әgәr Mәhәmmәd tәk
sәd hәzar ola.
Mәhәmmәd bәyin Aşıq
Pәriyә cavabı:
Ustadi-әzәldәn dәrsim
almışam,
Mailәm hәr yerdә qövğayә,
Pәri!
Ziddü cinsi-rәdif sözün
danışma,
Mәn desәm, düşәrsәn
ah-vayә, Pәri!
Әlindәki badә olsun, saz olsun,
Hәrәkәtin işvә olsun, naz
olsun,
Yekә yerdәn danışmağın az
olsun,
Düşәrsәn bir dәrin
dәryayә, Pәri!
Müәşşәrin hәr
bәndindә naçarsan,
Mәn açmaram, yenә özün
açarsan,
Bu işindәn yәqinimdir qaçarsan,
Axırda Mәlikә, Mirzayә, Pәri!
Qafiyә gәrәkdir ola dilpәsәnd,
Nә ki, belә mәğşuş ola
dәrdmәnd.
Bilmirәm ki, sәnә elәyim
rişxәnd,
Yoxsa onu yazan mollayә, Pәri!
Lәblәrin müsәffası Aşiqi,
Dәhanının müәmması
Aşiqi,
Siyәh zülfün tәmәnnası
Aşiqi
Salıbdır bir uzun sövdayә, Pәri!
Vәsfi-dilbәr babında Molla Pәnah
Vaqif sәbkindә yazdığı mürәbbeatdır:
Sәni tarı, mәndәn olma
mükәddәr,
İncimә, bu dilin viranı sәnsәn!
Neylәrәm dünyanı, әzizim,
sәnsiz,
Bilirәm dәrdimin dәrmanı
sәnsәn!
Gözәldir camalın, hüsnündür
cәmil,
Ölmәdim hicrindә, qalmışam
xәcil,
Başın üçün, ey gül,
dolanım yüz il,
Könlümün mülkünün sultanı
sәnsәn.
Vamiqin Әzrayә var idi meyli,
Onunçün axardı gözündәn
seyli,
Yusifin Züleyxa, Mәcnunun Leyli,
Mәnim dә canımın cananı
sәnsәn.
Hәr nә ki, әrz etdim, ona yetmәdin,
Şad elәyib bizi gәlib-getmәdin,
Könlüm alıb bir yol qәbul
etmәdin,
Bu qәdәr çәkdiyim amanı
sәnsәn.
Pünhanı baxışın alıbdır
canı,
Cadu qәmzәlәrin vermәz amanı,
Tarı hifz elәsin nuki-mücganı,
Aşiqin qatili-pünhanı sәnsәn!
Yenә Aşiqin vәsfi-dilbәr
barәsindә yazdığı kәlam:
Sәndәn ayrı işim mәnim, ay
dilbәr,
Gecә-gündüz ahü fәğan
olubdur.
Tәğafül rәhmindәn
zülmü sitәmin
Bizim barәmizdә ehsan olubdur.
Lәhzә-lәhzә halın sorduğun
könlüm,
Gündә min tәsәlli verdiyin könlüm,
Daim şadü xürrәm
gördüyün könlüm
İndi dәrd әlindәn viran olubdur.
Haçan almamışdın ağlımı
sәrdәn,
Oxurdum müshәfi-hüsnün
әzbәrdәn,
O gündәn ki, saldın gözdәn,
nәzәrdәn,
Mәnim halım çox-çox yaman olubdur.
Heç yada salmazsan mәn dilfikarı,
Sәni bimürüvvәt yaradıb
tarı,
Dәhanın şövqündәn
Aşiqi-zarı
Öldürәn bir daği-pünhan olubdur.
Cәfәrqulu xan "Nәva"
tәxәllüsün Mәhәmmәd bәyә
әnam etdiyi qızıl quş barәsindә tәrtib
etdiyi qafiyәlәr:
Başın üçün, sizin
bazi-әnami
On beş gündә alıb iki şikari,
Birisi yüz ovla üç qanad uçmuş,
Birisi bir yelpәk kәbki-yәsari.
Olmaz belә şәfqәt, belә
mәrhәmәt,
Canü dildәn gәrәk ha
çәkәk minnәt,
Sәrkari-alidә tapıb tәrbiyәt,
Onunçun bu qәdәr çoxdu
vüqarı.
Sәhәr gәmişәrәm,
axşam tutaram,
Vaxt olur ki, meşәlәrdә yataram,
Börkümü götürüb
önnük ataram.
Yad elәrәm tez-tez
pәrvәrdigarı.
Belә xana nüzul olmaz belә qәm,
Çarә olmaz buna, neylәsә
alәm.
Uçmadığı, almadığı
cәhәnnәm,
Çağıranda әlә
gәlәydi barı.
Gәrәkdir götürüb
dәrәbәdәrә
Gәmişәydi bunu Tatvos, Mәrkәrә,
Nә rәvadır mәnim kimi
çakәrә
Bәxş edәsәn belә
tәnbәl murdarı.
Burada yazılan qafiyәlәrdәn
başqa Mәhәmmәd bәy Aşiqin bir çox
qәzәliyyatı vә mәrhum Qasım bәy Zakir
ilә deyişmәlәri vardır ki, onları bәzi
sәbәblәrә görә, zikr etmәyi
münasib görmәdik; ancaq ömrünün axır
çağında tәrcibәnd tәriqindә yazdığı
"Tövbәnamә"ni yazmaqla iktifa etdik:
TÖVBӘNAMӘ
Ey xuda, sәnә әyandır ki,
vәfadaram mәn,
Tutduğum işlәri yad eylәyib
ağlaram mәn.
Leyk bu nәfsin әlimdәn
hәmәvәqt zaram mәn,
Әliboş, üzüqara, bәndeyi-biaram
mәn.
Hәr na tәnbeh edәsәn, ona
sәzavaram mәn,
Gәlmişәm dәrgәhinә,
labüdü naçaram mәn.
Rәhm qıl, bari-xudaya ki, günәhkaram
mәn,
Asiyü
bәdәmәlü-rusiyәhü xaram mәn.
Gәrçi dünyayә gәlib
gәzdimü getdim biçiz,
Vermәdim xeyrü şәrә
zәrrәcә tәşxisü tәmiz.
Artdı hirsim mәrәzi, etmәdim
әsla pәrhiz,
Dәxi bundan sora yoxdur mәnә bir
rahi-güriz.
Nә әmәl riştәsi var
әldә, nә bir dәstaviz,
Eylәdim xәlq ilә nahәq yerә
pәrxaşü sitiz.
Rәhm qıl, bari-xudaya ki, günәhkaram
mәn,
Asiyu bәdәmülü rusiyәhü
xaram mәn.
Hәr nә iş tutdum isә,
cümlә bәdü bәdhәrәkәt,
Etmәdim şükri-hәyat,
eylәmәdim fikri-mәmat,
Bu dәni dәhrdә bihudә
keçirdim övqat,
Şimdi rehlәt dәmidir, qalmışam
avarәvü mat,
Şәrmsari-günәhәm, ah, әlim
bisövqat,
Yetmәyim mәqsәdә bu vәch
ilә heyhat, heyhat!
Rәhm qıl, bari-xudaya ki, günәhkaram
mәn,
Asiyü bәdәmәlü
rüsiyәhü xaram mәn.
Ya rәb, indi mәn öz әhvalıma
heyranam çox,
Qәzәbü qәhrin edib fikr,
hәrasanam çox,
Bilib etdiklәrim әfalә peşimanam
çox,
Bilmәyib sәhvü qәlәt
işlәrә giryanam çox.
Kәrәmü lütfünü çox
izz ilә cuyanam, çox,
Qüssәdәn şamü sәhәr
zarü pәrişanam çox,
Rәhm qıl, bari-xudaya ki, günәhkaram
mәn,
Asiyü bәdәmәlü
rusiyәhü xaram mәn.
Tövbә, ya rәb, bu qәdәr
bәd әmәlimdәn tövbә!
Mәsiyәt rahinә hәm get vә
gәlimdәn tövbә!
Hәr xilaf olmuş isә sınmış
әlimdәn, tövbә!
Dәxi bundan sora mәkrü
dәğәlimdәn tövbә!
Eylәrәm sidq ilә mәn piş
әz--ölümdәn tövbә!
Hәr xәta çıxmış isә
bir dә dilimdәn, tövbә!
Rәhm qıl, bari-xudaya ki, günәhkaram
mәn,
Asiyü bәdәmәlü
rusiyәhü xaram mәn.
Bilmәz idim ki, bu alәmdә olur zar olmaq,
Nә ölüm var, nә qocalıq, nә
dә bimar olmaq.
Adәtim hәr xәmi-gisuyә nigunsar
olmaq,
Mayili-lәli-lәbü aşiqi-ruxsar olmaq,
Valehi-xalü xәtü heyrәti-didar olmaq,
Yar әğyar olub, әğyarım ilә
yar olmaq,
Rәhm qıl, bari-xudaya ki, günәhkaram
mәn,
Asiyü
bәdәmәlü-rusiyәhü xaram mәn.
Bәli, mәsdud olub şimdi mәnә
rahi-xilas,
Çünki lazım düşüb
üsyanә şәriәtdә qisas.
Qüdrәtü hikmәti-hәqdәn
görünür böylә xәvas--
Kim, görә ruzi-cәza hәr kişi
felinә xilas,
Sәn özün dadә yet ol gündә
ki, nә amü nә xas,
Nә kәrәm әhli yetәr
dadә, nә әhli-ixlas.
Rәhm qıl, bari-xudaya ki, günәhkaram
mәn;
Asiyü bәdәmәlü
rusiyәhü xaram mәn.
Nәfsi-әmmareyi-sәrkeş gәtirib
әqlimә zur,
Cism ilә canı tutub
mәrtәbeyi-kibrü qürur.
Әmәlim lәğv, işim
mәzlәmә, şüğlüm şәrü
şur,
Gәlmişәm dәrgәhә
bainhәmeyi-eybü qüsur,
Dәxi, ya rәbb, dәrindәn mәni
sәn eylәmә dur.
Qoymadı hirs, tamah gәrdi dәxi
didәdә nur,
Rәhm qıl, bari-xudaya ki, günәhkaram
mәn,
Asiyü bәdәmәlü
rusiyәhü xaram mәn.
Müxtәsәr, hәr nә
әmәl eylәdim oldum nadim,
Hirs qıldı mәni hәr nakәsi-duna
xadim.
Nәfs ucundan nә bәla çәkdi
dili-pürbadim,
Şimdi nә bir әmәlim әldә,
nә var bir zadim,
Tapmadım bir kәrәm әhli ki, edә
imdadim,
Sәn özün dadimә yet, barı
eşit fәryadim.
Rәhm qıl, bari-xudaya ki, günәhkaram
mәn,
Asiyü bәdәmәlü
rusiyәhü xaram mәn.
Nә dilim var ki, sәni cürәt edib yad
qılım,
Nә üzüm var sәnә sarı
tutuban dad qılım.
Nә sözüm var özümü ol
söz ilә şad qılım,
Dili-bәrbadı nә ümmid ilә abad
qılım?
Nә edim canımı bu vәrtәdәn
azad qılım,
Çarә oldur ki, yenә bu sözü
övrad qılım,
Rәhm qıl, bari-xudaya ki, günәhkaram
mәn,
Asiyü bәdәmәlü
rusiyәhü xaram mәn.
Bir neçә il özümü
eşqә müqәyyәd qıldım,
Gahi Aşiq adımı, gah
Mәhәmmәd qıldım,
Mәşqi-әbruyi-xәtü xal ilә
mürtәd qıldım,
Şiveyi-mehrü mәhәbbәtdә
böyük sәd qıldım.
Rövşәni-eşqdә Mәcnunә
dәxi rәd qıldım,
Hәr nә iş tutdum isә,
cümlәsini bәd qıldım.
Rәhm qıl, bari-xudaya ki, günәhkaram
mәn,
Asiyü bәdәmәlü
rusiyәhü xaram mәn.
Mәrhum Mәhәmmәd bәyin bu
"Tövbәnamә"si onun bәrgüzidә
әsәrlәrindәn birisidir. Şair
ömrünün tükәnәcәyindә--rehlәt
dәmindә dәrgahi-ilahiyә üz çevirib,
kәmali-әczü inkisar ilә tövbә vә
istiğfar elәyir vә etdiyi günah
әmәllәri bir-bir tedad qılıb zarü
pәrişan halda rәhmi çox olan hәqqdәn
mәğfirәt dilәyir.
Bәli! Әyyami-cavanlıqda az adam
tapılır ki, hәyatın qәdrini bilib, onu bihudә
sәrf elәmәsin vә şairin zәbunü
pәrişan halını pirlik mövsümündә
öz vücudunda hiss elәmәsin, hirs, tamah,
hübbi-cahü mәrtәbә, hübbi-malü
miknәt, lәhvü lәәb, büğzü
әdavәt, mәniyyәt, sәrkeşlik, büxlü
hәsәd vә zülmü sitәmә adәt
vә sair övsafi-zәmimә vә
әxlaqi-rәzilә ki, cümlәsi avamlıq vә
cәhalәt nәticәlәridir, cismü ruhumuzu bir
növ zәbtü tәsәrrüf edibdir ki,
hәqqü hәqqaniyyәtdәn, insafü
mürüvvәtdәn vә әsl
bәşәriyyәt vә insaniyyәt nә
olduğundan bilkülliyyә qafil vә bixәbәrik.
Ancaq axır nәfәsimizdә
qәflәtdәn gözümüzü açıb,
ölümü önümüzdә görüb
xövfü әndişәyә düşürük
vә şairin dili ilә bu günә tövbә
vә istiğfar elәyirik. Әgәrçi
axırkı peşmanlıq fayda vermәz, vәli
tövbә vә inabәdәn başqa bir
çarәmiz yoxdur:
Tövbә, ya rәb, bu qәdәr
bәd әmәlimdәn tövbә!
Mәsiyәt rahinә hәm get vә
gәlimdәn tövbә!
Hәr xilaf olmuş isә sınmış
әlimdәn, tövbә!
Dәxi bundan sora mәkrü
dәğәlimdәn tövbә!
Eylәrәm sidq ilә mәn piş
әz ölümdәn tövbә!
Hәr xәta çıxmış isә
bir dә dilimdәn, tövbә!
Rәhm qıl, bari-xudaya ki, günәhkaram
mәn,
Asiyü bәdәmәlü
rusiyәhü xaram mәn.