MİRZӘCAN BӘY MӘDӘDOV
Molla Pәnah Vaqif dövrünün
şairlәrindәn birisi dә Mirzәcan bәy
Mәdәdovdur ki, әslәn Qarabağ mahalında
Çanaxçı qәryәsindәndir vә
özü dә mәşhur general Valerian Qriqoryeviç
Mәdәdovun ya әqrәbasındandır vә yaxud
onun özüdür ki, ondoqquzuncu әsrin ibtidalarında Rus
ilә Osmanlı arasında vüqua gәlәn bir
çox müharibәlәrdә ziyadә
rәşadәt göstәribdir vә Qafqaziyanın bir
çox yerlәrini tәsxir elәyibdir.
Mirzәcan bәy әgәrçi
milliyyәt cәhәtincә ermәni idi, vәli
әxlaqü adatca müsәlmanlardan seçilmәzdi.
Müsәlmanlara çox yavuq olduğu üçün,
onun әfkarü hissiyyatı müsәlman әfkarü
hissiyyatı idi, nişәst-bәrxastı onlar ilә idi.
Öz qövmündәn artıq müsәlmanları dost
tutardı.
Bilmәk gәrәkdir ki, knyaz Valerian
Qriqoryeviç dәxi müsәlmanpәrәst bir vücud
olub, türk dilini yaxşı bilirdi vә çox ittifaq
vә mәqamlarda müsәlmanları şirin dil vә
hüsni-süluku ilә özünә ramü rağib
edirdi.
Mirzәcan bәy türk dilindәn
әlavә fars dilini dә kamalınca bilirdi vә
şerü әdәbiyyata meylü hәvәsi artıq
idi. Mirzә Yusif Qarabaği,--necә ki, onun
barәsindә zikr olundu,--Mirzәcan bәyin tәklif
vә iltiması ilә Molla Pәnahın vә onun
müasirlәrinin әşarından bir mәcmuә
tәrtib qılıb Teymurxanşurada çapa vermişdir.
Mirzәcan bәy әhli zövq olduğu üçün
Vaqifin kәlamını ziyadә dost tutarmış vә
özünün tәbi-şeriyyәsi var imiş.
Müasirlәrindәn Qazax şairi Kazım ağa Salik
ilә vә Maralyanlı Aşıq Pәri ilә
irsal-mәrsulları var imiş. Hәr qisim
әşarı mövcuddur. Amma Mirzәcanın sevdiyi
әşarın mürәbbeat növüdür ki,
әksәrini Vaqif yazdığı sәbkdә yazmışdır.
Bu mürәbbeatın birisindәn belә
görünür ki, şair bir
vaxtı zindana
düşüb, haman şerlәri zindanda olan zamanı
yazıbdır:
Bir belә әyyamda, böylә zamanda
Qәmgin könlüm necә munda şad
olsun?
Munca zülmü sitәm, munca siyasәt
Bәs deyilmi, yar da mәndәn yad olsun?!
Nә bir qәmxar, nә bir dosti-yeganә
Tәmami-aşina oldu biganә,
Saldın axır, fәlәk, mәni
zindanә,
Qoymadın
qüssәdәn can azad olsun.
Olmasın
o, qәmgin, mәn çәkim cәfa,
Unutmaq
aşiqi görmәsin rәva,
Gәlmәsә, deyәrlәr ona bivәfa,
İstәrәm özünә yaxşı ad olsun.
Külli-alәm düşmәn olub canıma,
Tapıb
fürsәt
düşmәn
batıb qanıma,
Deyin,
dostlar, yarım gәlsin yanıma,
Bәlkә görmәk ilә bir imdad olsun!
Fәlәyin әdli yox, dünyada divan,
Dәxi gәlmәz hәyatıma bir güman,
Bәndә düşüb nahaq yerә Mirzәcan,
Sәbәbkarın evi qoy abad olsun!
Bu
şerlәrdәn mütәvәffa Mirzәcanın alitәb olmağı vә mәrdanәliyi zahir olunur ki, onu nahaq yerә müttәhim edib zindana salan
adama--"sәbәbkar"a Mirzә nalayiq sözlәr demir vә nifrin oxumur, bәlkә onun haqqında gözәl dilәk elәyir: "Sәbәbkarın evi qoy abad olsun!" Vә habelә şair yarının onu
ziyarәt etmәyinә artıq şövqmәnddir, onun üçün
ki, ona bivәfa
demәsinlәr:
Gәlmәsә, deyәrlәr ona bivәfa,
İstәrәm özünә yaxşı ad olsun!
Mürәbbeatından mәşhuru bunlardır:
BӘNӘFŞӘYӘ XİTAB
Boynu buruq
varıb yarın kuyinә,
Dәrdi-dilim söylә yarә, bәnәfşә!
Üzümә bax, rәngi-ruyim hәr nә var
Әrz
etgilәn o xunxarә, bәnәfşә!
Aparsalar sәni yar otağına,
Qafil olma,
bax soluna, sağına,
Üz
sürtüb zülfünә, de qulağına,
Salmasın
aşiqin narә,
bәnәfşә!
Sirr ilә üzündә baxgilәn hәr su,
Mәskәn sal telindә, söylә mubәmu,
Görsün
ki, cananım olmayıb bәdxu,
Bir xәlәl qat o әğyarә, bәnәfşә!
Neylәsin mәn kimi fәqir әndәlib,
Sәn bәnәfşә olsan o gülә hәbib?
Әgәr sәn dә mәnә olasan rәqib,
Görüm
günün keçsin qarә, bәnәfşә!
Bundan
artıq yoxdur sәnә bir
cavab,
Layiq deyil
etmәk aşiqә әzab.
İstәrsәn edәsәn dünyada sәvab,
Eylә Mirzәcana çarә, bәnәfşә!
Әyzәn kәlami-Mirzәcan:
Çәkdiyim cәfadәn, cövrü bәladәn
Xәbәr verәn o dildarә tapılmaz.
Pәrişan halımı,
ahü zarımı
Bir
söylәyәn o qәmxarә tapılmaz.
Nә canda taqәt var, nә tәndә rahәt,
Qoymayır
bu fәlәk olum fәraqәt.
Dәrd öldürür mәni saәtbәsaәt,
Bu dәrdlәrә mәgәr çarә tapılmaz?!
Yar orda ah
çәkәr, mәn burda fәryad,
Kim var ki,
eylәyә bizlәrә imdad,
Ya rәb, bu mәmlәkәt olaydı bәrbad,
Gәlәn ondan bu diyarә tapılmaz.
Yarın
dәrdi
çoxdur Mirzә
canında,
Bir kimsә yox onun bәndüvanında,
Hәr kәsin sevgisi, yarı yanında,
Mәnim kimi heç avarә tapılmaz.
Әyzәn kәlami-Mirzәcan:
Girdabi-möhnәtdә qәrq olan canım,
Ya rәb, ola bir kәnarә yetәrmi?
Bu seyli-bәladәn, tufan qәmindәn
Xilas olub,
o dildarә yetәrmi?
Qәm lәşkәri mәnә olub hәvalә,
İstәyir qürbәtdә canımı alә,
Çәkdiyim әfğanlar, etdiyim nalә
Bu diyardan
o diyarә yetәrmi?
Çünki
belә hicran
düşmüş arayә,
Kim var ki,
yetişsin bunda harayә
Ümid
yox qasidә,
badi-sәbayә,
Bir ah
çәksәm, onda yarә yetәrmi?
Necә dözsün canım bu sitәmlәrә,
Munca
möhnәtlәrә, munca qәmlәrә?
Yarımın
kuyindә siz hәmdәmlәrә
Bir dә görüm bu biçarә yetәrmi?
Fәlәk mәni böylә salmış avarә,
Könül
müştaq, göz müntәzir didarә,
Mirzәcani, mәgәr o gülüzarә
Sәnin kimi bәxtiqarә yetәrmi?
Әyzәn kәlami-Mirzәcan:
Dağıdır
huşumu, alır canımı,
Hәr baxanda o mәstanә gözlәrin.
Çәkibdir üstümә xәncәri-xunriz,
Batacaqdır
mәgәr qanә gözlәrin?
Bilirәm, bilibdir qәmii izzәtin,
Qoy
çәkmәsin heç
şadlığın minnәtin,
Çünki
bilmiş ağlamağın lәzzәtin,
Qoy
ağlasın yanә-yanә
gözlәrin!
Bulunmaz mәnimçün bir
yaxşı hәmdәm,
Әrzimi
yetirә yarә dәmadәm,
Bircә baxa mәnә, gözdәn yaş tökәm,
Bәlkә ola dәrdim qanә gözlәrin.
Eylәrsәn axırda sәn mәni Sәnan,
Dönәrәm dinimdәn verәsәn fәrman,
Bilmirsәn edәcәk canını qurban,
Baxsa әgәr Mirzәcanә gözlәrin.
Burada
yazılanlardan başqa Mirzәcanın yenә çox yaxşı mürәbbeatı vardır ki,
hamısını buraya salmağa ehtiyac yoxdur. Bir neçә müxәmmәslәri dә vardır ki, onlardan biri belә başlanır.
Ey bivәfa yar, sәni necә salım yadә mәn,
Qoymadın
bir şad olam bu fәna dünyadә mәn,
Eyb
deyildir sәnә gәlmişәm fәryadә mәn,
Sәndәn qeyri kimsә yox, kimә gedim dadә mәn?
Dadrәsim yox mәnim, qalmışam aradә mәn i.a.
Bir
müxәmmәsindә Mirzәcan könlünә xitab edib deyir:
İncinmә, könül kim, sәnә imdad ola bilmәz.
Yardan
pozulan dil dәxi
abad ola bilmәz.
Ol
zülfә
giriftar olan azad ola bilmәz.
Rәhm olmasa ondan, bu könül
şad ola bilmәz.
Gizlin qәmimi açmağa sәrdar tapa bilmәm i.a.
Aşıq
Pәri ilә bir-birinin müqabilindә münazirә tәriqi ilә yazdıqları müsәddәs vә mürәbbe:
Aşıq
Pәri
Şairi-sәnsәn zәmanә, mәrdi-meydandan danış,
Әzbәr eylә dildә dәftәr, cövhәri-candan danış,
Yeddi
yerdir, yeddi göydür, yeddi әzbәrdәn sual,
Yeddi mәna, yeddi qüslü yeddi
gövhәr hәm kәmal,
Yeddi
bürcdә yeddi
ulduz, hәşt
cәnnәt bimisal,
Yeddi rәkәt, yeddi imam, yeddi әrkandan danış!
Mirzәcan
Sevmә sәn әfsanәni, gәl, ey Pәri, yardan danış,
Neylәrәm üqba işin, sәn kimi dildardan danış,
Yeddi yerdәn, yeddi göydәn neylәrәm etmәk sual,
Tapmışam
bir mürşidi, kәsb etmişәm ondan kәmal,
Çәkmәnәm rizvan qәmin bu dünyada versәn macal,
Aşiqә cövr eylәyәn yari-sitәmkardan danış!
Aşıq
Pәri
Yetgilәn Qüdsi-Xәlilә miqdis ilә mahrasa
Әqlini
tәğyir etdi,
aldı sәrdәn kәlisa,
Әzbәr eylә hәr saәtdә zikri-Mәryәm hәm İsa,
Gah
İncil, gah Cәm-cәm, gah әrkandan danış!
Mirzәcan
Tapmışam Qüdsi-Xәlili, mahrasanı
neylәrәm?
Әldә tәsbih ilә zünnarü
әsanı neylәrәm?
Bu Pәri şeyda qılıb, hәzrәt
Musanı neylәrәm?
Sevmәrәm Tövrat, Zәburu, sәn
çalan tardan danış!
Aşıq Pәri
Tapdığın tәrsa yoludur,
eylәmә zövqü hәvәs,
Badeyi-gülguna tәhsin etmәsin nitqü
nәfәs,
Qaidә-qanun budur qalü bәladәn
xaçpәrәs
Çağırar İsa, kәlisa
göftügu candan danış!
Mirzәcan
Mәndә can yox, eylәmә
sәyi-әbәs, bica hәvәs,
Mürği-can pәrvaz edib, cismim qalıb
xali qәfәs,
Gәl mәnә zülm eylәmә,
nalәm salır dünyaya sәs,
Alәmi qәrqә verәn bu
çeşmi-xunbardan danış!
Aşıq Pәri
Ey Pәri, oldu dili-şeyda
rәdifi-әlbәәl,
Sәn tәriqәtdәn ötüb,
ürfan yoluna qoy mәhәl,
Yәmdә mahi, göydә günbәd
var Mәrrixü Zühәl,
Abi-heyvan,
şaxi-tuba, baği-rizvandan danış!
Mirzәcan
Tapalı
eşqin yolun bir böylә işi neylәriz?
Әqlimiz
heyran olubdur, dinü kişi neylәriz?
Gәl edәk zövqü sәfa, molla-keşişi neylәriz?
Mirzәcanı öldürәn bu ah ilә zardan danış!