MİRZӘ FӘTӘLİ AXUNDOV
Mәrhum Mirzә Fәtәlinin
tәrcümeyi-halına vә mütәәddid
әsәrlәrinә şüru etmәkdәn
müqәddәm onun mәsqәtürrәsi olan Nuxa
şәhәrinin vә Şәki
xanlığının keçmiş әhvalatına
vә әhalisinii dolanacağına dair filcümlә
mәlumat vermәyi burada lazım gördük.
Nuxa şәhәri Qafqaz
dağlarının cәnubi-şәrqindә dağ
әtәyindә tәmir olunmuş gözәl bir
şәhәrdir ki, sabiqdә Şәki xanlarının
paytaxtı hesab olunurmuş. On sәkkizinci әsri-miladın
әvasitinә kimi indiki Nuxa bir qoryә halında imiş.
Şәki xanlığı bina tutduqdan sonra Nuxa
qәryәsi şәhәrә mübәddәl
olub, sürәt ilә mәmura vә abadanlığa
üz qoyur.
Şәki xanlığı baş tutubdur
Nadir şahın Zaqafqaziyaya lәşkәrkeşliyi
zamanında -- miladın 1734--1740-cı
sәnәlәrindә. Şәki xanlarının zәmani-hökumәti
yüz sәnәyә kimi çәkibdir.
Tarixi-mәsihiyyәnin 1819-cu sәpәsindә
Fәtәli xanın әyyami-hökumәtindә
Şәki xanlığı bilkülliyyә Rus
dövlәtinin tәhti-idarәsinә keçmişdir.
Xanların әvәzinә onda rus çinovniklәri
başlayır hökmranlıq etmәyә.
1846-cı sәnәdә Nuxa
şәhәri vә Şәki mahalı әvvәlcә
Şamaxı quberniyasının, sonradan Bakı vә
axırda Gәncә quberniyasının
uyezdlәrindәn birisi hesab olunur. Bu halda Şәki
mahalı Gәncә quberniyasının uyezdidir.
Arxeoqrafiçeski komissiyanın tәrtib
qıldığı aktlardan belә mәlum olunur ki,
Kovalenskinin Gürcüstana nazir tәyin olunduğu vaxtda
Şәki hakimi Mәhәmmәdhәsәn xan
imiş. Әgәrçi Kovalenski onu müfәttin,
hiylәgәr vә qәzəbnak xanlardan birisi hesab edir,
vәli «Asari-Dağıstan»da tәhrir olunduğuna
binaәn, xanın işbilәn vә aqibәti
gözlәyәn müdәbbir bir vücud olduğu
görünür. Ağamәhәmmәd xan onun
әmlakını qәsb edib, gözlәrini dә
çıxartdırmış idi. Ağamәhәmmәd
şahın qәtlindәn sonra yenә öz
әmlakına sahiblәnmiş idi.
Gürcüstan ilә kor xanın
әlaqәsi ancaq ticarәt işlәrindә imiş.
Zahirdә özünü Gürcüstana dost
göstәrәrmiş isә dә, batindә onun
dostluğuna vә dәyanәtinә etibar etmәz
imiş vә Gürcüstan padşahlarını sevmәz
imiş. Mәhәmmәdhәsәn xanın
hәrәmlәrinin içindә Tiflis
knyazlarının birisinin qızı var imiş. O
qızın atası bәzi vaxtlar qızını
görmәk niyyәti ilә Nuxaya gәlib, orada vaqe olan
siyasi işlәrә dair bәzi mәlumat cәm edib
apararmış.
Sabiqdә Şәki әhli öz
xanlarına tabe vә çox zirәk tayfa imiş. Belә
cәld vә qoçaq camaatın vasitә vә
kömәyi ilә Şәki xanı çox
işlәr görә bilәrmiş. Çifayda,
Mәhәmmәdhәsәn xan gözsüz olduğuna
görә, ancaq öz başını hәr
tәrәfdәn hücum edәn
düşmәnlәrdәn qorurmuş. Xani-mәrhum
vәfat edibdir miladın 1804-cü ilindә.
Şәhәrin içindә
şayani-diqqәt tikililәrdәn Nuxa xanlarının
sarayıdır ki, 1765-ci sәnәdә İran
padşahlarının qәsri sәbkindә tәmir olunubdur
vә bundan әlavә şәhәrin yuxarı
sәmtindә çәkilmiş hasardır ki, bunun
içindә әlan rus qoşunu sakin olmaq
üçün kazarmalar tikilibdir. Hasar bir şәkildә
tәmir olunubdur ki, ona diqqәt olunsa, «Mәhәmmәd»
kәlmәsi oxunar.
Şәhәrin abü havası
mötәdil vә sәlamәtdir. Çahar fәsli
çox düz vә hәr fәsil öz iqtizasına
müvafiq gәlib keçir. Şәhәrin
içindә hәr tәrәf sular vә çeşmәlәr
axır; hәr evin özünә mәxsus
mәhәllәsi vә bağçası olduğundan
şәhәr yaşıl yarpaqlar ilә әhatә
olunubdur.
Әtrafda olan dağ әtәyindәn
Nuxaya tamaşa etdikdә gözün qabağında
gözәl bir mәnzәrә açılır, ruh
tәzәlәnir. Uca vә böyük ağacların
arasından minarәlәr dәxi göy
tәrәfinә sәrkeşlik edib, guya zәbani-hal
ilә onlara deyir: Nә qәdәr siz uca olsanız da,
bizim rütbәmiz vә hörmәtimiz sizinkindәn
әladır; bizim başımızdan «allahü
әkbәr» sәdası, sizin üstünüzdәn
qarğa vә dolaşalar qaqtıltısı eşidilir.
Şәki mahalında qәdimdәn barama
qurdu saxlamaq adәti olmağa görә, burada
Zaqafqaziyanın sair yerlәrindәn artıq barama becәrilir
vә Nuxa tacirlәrinin ümdә alış-verişi
barama vә ipәk ilәdir. Bu halda Nuxada
işlәyәn ipәk zavodlarının әdәdi
ildәn-ilә artmaqdadır. Zavodların artmağı bir
tәrәfdәn şәhәrin
fәqir-füqәrasına mәaş verirsә dә,
digәr tәrәfdәn havanı pozğun vә xarab
edir vә fәhlәlәrin bәdәnlәrinә
böyük zәrәr toxuyur. Biçarәlar dar vә
rütubәtli zavodlarda sәhәrdәn axşamadәk
işlәmәkdәn vә mütәәffin hava
ilә nәfәs almaqdan vaxtsız-vәdәsiz solub,
qisim-qisim mәrәzlәrә mübtәla olurlar.
Nuxa әhli sabiqdә nә qәdәr
elmü mәrifәt vә kәsbi-kәmal vә
sәrvәt cәhәtincә geridә
imişlәrsә dә, bu axır vaxtlarda
qәflәtdәn ayılıb kәmali-ciddiyyәt
vә sürәt ilә irәli
getmәkdәdirlәr. Ülum vә maarif
tәhsilinә canü dildәn qurşanıblar.
Nuxa şәhәrindә hicrәtin 1227-ci
sәnәsindә -- ki, miladın 1812-ci ilin mütabiqdir,
-- bizim böyük vә möhtәrәm әdibimiz
vә әvvәlinci dramayazanımız vә
müqtәdir mütәfәkkirimiz Mirzә
Fәtәli Axundov tәvәllüd edibdir.
Mirzә Fәtәlinin özü fars
dilindә yazdığı tәrcümeyi-halı 1887-ci
sәnәdә «Kәşkül» qәzetinin; 43, 44,
45-ci nömrәlәrindә dәrc olunubdur. İşbu
tәfsilatı әn möhkәm vә doğru bir
mәnbә hesab edib, burada onu eyni ilә türkә
tәrcümә edirik.
Tәrcümeyi-Halını Mirzә
Fәtәli bu sayaq başlayır: «Mәnim atam Mirzә
Mәhәmmәdtağı Hacı Әhmәdin
oğludur. Onun babaları fars tayfasındandır. Atam
cavanlığında Tәbriz hәvalisindә Xamnә
qәsәbәsinin kәndxudası olubdur. Bu
mәnsәbdәn mәzul olandan sonra 1811-ci
sәnәdә ticarәt әzmi ilә Şәki
vilayәtinә gәlib, Nuxa şәhәrindә sakin
olubdur vә burada mәşhur Axund Hacı
Әlәskәrin qardaşı qızını nigah
edibdir. Bu mәnkuhәdәn mәn
tarixi-mәsihiyyәnin 1812-ci sәnәsindә vücuda
gәlmişәm.
Bu tarixdәn iki il keçmiş Şәki
vilayәtinin hakimi Cәfәrqulu xan vәfat edir. Bu
sәbәbә görә, İran qәriblәri --
ki, Cәfәrqulu xanın himayәti altında
zindәganlıq edirlәrmiş, -- onun vәfatından
sonra öz vәtәnlәrinә qayıtmaq
qәsdinә düşürlәr. Mәnim atam da onun
silkindә arvadı vә oğlu ilә Xamnә qәsәbәsinә
müraciәt edir. Dörd sәnә burada qalandan sonra
mәnim anam atamın o biri arvadı ilә -- ki, Xamnә
әhlindәn idi, -- yola getmir vә әrindәn
xahiş edir ki, onu mәnimlә bir yerdә әmisi Axund
Hacı Әlәsgәrin yanına göndәrsin.
O әsnada Axund Hacı Әlәsgәr
dә Әrdәbildә Şәkinin sabiqi hakimi
Sәlim xanın müsahibәtindә zindәkanlıq
edirmiş. Atam anamın xahişini qәbul edib, onu
mәnimlә әmisinin yanına göndәrdi. Bu
tarixdәn mәn atamdan ayrılıb bir dә onu
görmәdim; anamın әmisinin yanında oldum -- Horand
qәryәsindә ki, Qaradağ kәndlәrindәn
birisidir.
Bir ildәn sonra Axund Hacı
Әlәsgәr tәlim vә tәrbiyәmә
şüru edib, әvvәl Quranı mәnә oxutdurdu. Quranı
tamam edәndәn sonra yavaş-yavaş fars vә
әrәb kitablarından başladı mәnә
dәrs vermәyi.
Axund Hacı Әlәsgәr mümtaz bir
fazil idi vә cәmi ülumi-islamiyyәdәn, -- xah farsi
olsun, xah әrәbi, --kamil ittilaı var idi. Mәrhum
mәni oğulluğa qәbul elәdi vә xalq
arasında «Hacı Әlәsgәr oğlu» adı
ilә mәşhur oldum.
İki ildәn sonra Horand
qәryәsindәn Әnkut qışlağına
köçüb Vәlibәyli obasının
içindә sakin olduq. Bu vaxtlarda Mustafa xan Şirvani
El-Әnkut qışlağında Şәkәrli adlanan
bir mahalda sakin olurdu. Bu gözәl xasiyyәtli vә
nәcib xandan mәnim ikinci atam[1] --yәni Axund Hacı
Әlәsgәr xeyli himayәtlәr vә
vәsfdәn ziyadә yaxşılıqlar gördü.
[1]-Mәrhum mirzә hәr yerdә Axund
Hacı Әlәsgәri «ikinci ata» lәqәbi ilә
zikr edir.
Bu әsnada --
ki, tarixi-mәsihiyyәnin 1825-ci ili idi, -- Axund Hacı
Әlәskәrin böyük qardaşı
Mәhәmmәdhüseyn Şәki vilayәtindәn
Әnkut mahalına gәlib, qardaşını, mәni
vә anamı vәtәni-mәlufa apardı.
Axund Hacı Әlәsgәr әvvәl
ili Gәncә şәhәrindә
mәskәnәt elәdi. Bir ildәn sonra İran
dövlәti ilә rusların davası başlandı. O
müsibәtlәr -- ki, bu müharibәdәn Axund
Hacı Әlәsgәrә vә onun әyalına
üz verdi vә o bәlalar ki, ona düçar oldular vә
cәmi әmvalü әcnasdәn әllәri boş
qaldı, -- Gәncә qalasında tarac oldu vә
özlәri müflis halına düşdülәr, --
onların cümlәsini yazmağa yer yoxdur; kitab vә
dәftәrә sığınmaz.
Әlqissә, İran qoşunu şikәst
tapandan sonra Axund Hacı Әlәskәr öz
әyalı ilә Nuxa şәhәrinә gәlib
burada aram oldu vә burada mәnim tәlim vә
tәrbiyәmә kәmali-ehtimam ilә әmәk
sәrf elәdi; fars vә әrәb dillәrini
özü mәnә öyrәtdi. Hәtta mәni
Dağıstan lәzgilәrinin tәlәbәlәri
kimi fars vә әrәb dillәrindә mükalimә
etmәyә mötad qıldı.
1832-ci ilin әvvәllәrindә Axund
Hacı Әlәsgәrin Hәcc sәfәri lazım
oldu. Өzü ilә mәni Gәncәyә
gәtirib Axund Molla Hüseyn adlı alim bir şәxsin
yanında qoydu vә ona
tapşırdı ki, mәnә mәntiq vә fiqh
kitablarından dәrs versin; özü azimi-Mәkkә
oldu.
Bu vaxta kimi mәn fars vә әrәb
dillәrini oxumaqdan başqa bir şey bilmәzdim vә
dünyadan bixәbәr idim vә ikinci atamın muradı
bu idi ki, mәn ülumi-әdәbiyyәni tәhsil edib
ruhanilәr silkinә daxil olam vә mollalıq ilә
başımı dolandıram. Amma başqa bir qәziyyә
üz verdi vә bu, niyyәtimin fәsxinә bais oldu.
Әlqissә, ikinci atam Axund Hacı
Әlәsgәr Hәccdәn qayıdandan sonra mәn
dә Nuxaya gәldim vә burada bir neçә vaxt
әrәb dilindә yazılmış kitabların, o
cümlәdәn Şeyx Bәhai
әleyhirrәhmәnim «Xülasәtül-hesab» adında
yazılmış kitabının mütaliәsinә
mәşğul oldum. Bu әsnada Nuxa
şәhәrindә rus mәktәbi
açıldı. İkinci atamın icazәsi ilә rus
dilini öyrәnmәk üçün bu
mәktәbә girib, bir il burada tәlim alıb
çıxdım. Çünki yaşım artıq idi
vә bir ildәn ziyadә burada oxumağa qadir deyil idim.
Bir ildәn sonra 1834-cü tarixdә ikinci atam
özü ilә bahәm mәni götürüb
Tiflisә apardı vә burada sәrdar Baron Rozenә
әrizә verib tәvәqqe elәdi ki, mәni öz
dәftәrxanasında Şәrq dillәrinin
mütәrcimi mәnsәbinә qәbul elәsin
vә rus yazıçılarından bir nәfәri
mәnim üçün kömәkçi tәyin etsin,
ta ki, rus dilindә biliyim artsın, qüvvәt tapsın.
Bilmirәm hansı bir dil ilә bu
sәrdarın, yәni Baron Rozenin
yaxşılıqlarını zikr edib
şükrgüzarını yerinә yetirim. Mәlәk
xisallı bu әmir ikinci atamın iltimasını
fövrәn qәbul edib, iltifat vә
mәrhәmәtlәrini mәnim haqqımda zahir
qıldı ki, tәmamisini vәsf etmәkdә
acizәm.
Ol vaxtdan bu günә kimi mәn Qafqaziya
sәrdarlarının nәzdindә
әlsineyk-Şәrqiyyә mütәrcimi olub, hәr
birindәn әnvai-iltifat vә mәrhәmәtlәr
görmüşәm. Xüsusәn, mütәvәffa
general feldmarşal knyaz Vorontsovdan razı vә şakirәm
ki, Baron Rozendәn sonra mәnim ikinci
vәliyyün-nemәm olubdur vә bu әmiri-kardan vә
rövşәnzәmirin iltifatının
vasitәsilә mәndә müsәnniflik
qabiliyyәti büruz edibdir.
Altı komediya -- yәni tәmsil
türk-Azәrbaycan dilindә tәlif edib
hüzuri-alilәrinә tәqdim etmişәm.
Cümlәsi mәqbul vә tәhsin olunub;
әvәzindә bir çox әnamlara nail olmuşam.
Tәmsilatımı Tiflis teatrında -- ki, onun da banisi knyaz
Vorontsov olubdur, -- sәhneyi-tamaşaya qoydular.
Hüzzari-mәclisdәn çox tәriflәr vә
afәrinlәr eşitdim. Ondan sonra «Yusif şahın
hekayәti»ni[2] yenә türk dilindә yazdım. Bu yeddi
tәsniflәrim rus dilinә tәrcümә olunub
çapa verildi vә onların haqqında Berlin vә
Peterburq curnallarında xeyli tәrifnamәlәr
yazılıbdır.
[2]- «Yusif şahın hekayәti»ni -- ki,
«Aldanmış kәvakib» adı
ilә mәşhurdur, -- ikinci dәfә olaraq
türk dilindәn rusa biz tәrcümә edib «Vestnik
Kafkaza» adlı curnalın 5-ci nömrәsindә 1901-ci
sәnәdә çap etdirmişik. Bu hekayәnin
әvvәlki tәrcümәsindәn bizim
xәbәrimiz yoxdur vә mütәrcimi kim olubsa, o da
bizә mәlum deyil.
1857-ci tarixi-mәsihiyyәdә islam
әlifbasının tәğyiri babında bir kitabça
fars dilindә yazmışam. Mәzkur әlifbanın
tәğyiri vacib vә mühüm әmrlәrdәn
olmağını xeyli mәtin dәlillәr
vasitәsilә sübuta yetirmişәm.
1863-cü tarixdә Qafqaz canişini
imperatorzadeyiәfxәm veliki knyaz Mixail Nikolayeviçin
icazәsi ilә bu xәyalını elan etmәk
üçün İstambula azim oldum. Cәmi sәfәr
xәrcimi veliki knyaz öz xәzinәsindәn
mәrhәmәt elәdi vә vәziri Kruzenştern
İstambulda olan rus sәfirinә bir kağız yazdı
ki, mәnim mәtlәbimin әncama yetmәyi
üçün Osmanlı dövlәtinin övliyavü
әrkanından tәvәqqe elәsin, ta ki,
lazimeyi-tәqviyәt vә müavinәti müzayiqә
etmәsinlәr.
Әlifbanın tәğyiri babında
tәrtib qıldığım kitabçanı rus
elçisinin draqomanı müәrrifliyi ilә
sәdri-әzәm Fuad paşanın hüzuruna pişnәhad
etdim vә yazdığım tәmsilatı vә «Yusif
şahın hekayәti»ni dә nişan verdim.
Kitabçamı sәdri-әzәm
hәzrәtlәrinin әmri ilә Osmaniyyәnin
Cәmiyyәti-elmiyyәsindә mülahizә edib
hәr bir xüsusda mәqbul vә müstәhsәn
gördülәr vә lakin icrasına icazә
vermәdilәr. Bu sәbәbә ki, kitabçada
qәrari-sabiqi üzrә hüruflar bir-birinә
culaşır vә kәlmәlәrin tәrtibindә
çәtinlik müşahidә olunur.
Bu irada cavabım bu oldu ki, belә olan
surәtdә lazımdır islam әlifbasını
bilkülliyyә tәrk edib, avropalıların
üsuli-xәttini götürmәk vә yazını
soldan-sağa yazıb oxumaq vә nöqtәlәri
bilmәrrә saqit etmәk vә hürufların
şәklini latın hüruflarından intixab edib,
tәzә bir әlifba tәrtib elәmәk vә
hürufi-müsәvvәtәni hürufi-samitәnin
yanınca yazmaq. Xülasә, sillabi әlifbanı alfabiti
әlifbaya mübәddәl etmәk.
Hәqirin bu rәyini dә İstambul
ülәma vә vüzәrası öz fәhmü
qanacaqlarına müvafiq görmәdilәr vә qәbul
etmәdilәr vә orada olan İran vәziri-muxtarı
Mirzә Hüseyn xanın mәnim barәmdә olan
qәdimi әdavәti büruz edib İstambul
vәzirlәrinin әdәmi-müvafiqәtinә
sәbәb oldu. Xülasә, mәramü arzuma
çatmayıb İstambuldan geri qayıtdım.
Әgәrçi Osmaniyyә
dövlәtindә müsәlman әlifbasının
tәğyiri babında etdiyim fikir vә xәyal
nәticә vermәdi vә qәbula keçmәdi,
amma bu zәhmәtin әvәzindә bәndәyә
«Mәcidiyyә» nişanı fәrmani-tәhsin ilә
әnam olundu. Mirzә Hüseyn xandan İstambulda xeyli
mәrarәt vә küdurәtlәr çәkdim
ki, onların hamısını zikr etsәm,
başağrısı olar. Müşarileyh sabiqdә Tiflis
şәhәrindә öz dövlәtinin konsulu idi
vә mәlum oldu ki, batindә mәnimlә böyük
әdavәti var imiş. Vәli onun
әdavәtindәn mәn qafil imişәm vә onu
özümә dost hesab edib evindә mәnzil etdim.
Axırda әdavәtini büruz edib, mәni cәmi
Osmaniyyә vәzirlәrinin nәzәrindә islam
dininin vә müsәlman dövlәtlәrinin
bәdxahı nişan verdi.
Necә ki, mәlum oldu, onun әdavәtinin
sәbәbi bu imiş ki, guya mәn öz
tәmsilatımda iranlıların
әxlaqi-zәmimәlәrini hәcv qılmışam
vә halanki dramaya dair әsәrlәrin şәrti
vә xüsusәn, komediyanın tәqazası
xәlayiqin eyiblәrini vә
әxlaqi-zәmimәlәrini eyni ilә göstәrmәkdir.
Çün müşarileyh drama fәnnini,
onun şәrtlәrini anlamır vә
ülumi-dünyәviyyәdәn bilkülliyyә
bibәhrәdir vә hiylәvü tәzvirdәn
vә büxlü hәsәddәn vә hirsü
tamahdan başqa bir şeyә qabiliyyәti yoxdur, ona
binaәn belә qiyas elәyir ki, mәnim bu
hәrәkәtim iranlılara nisbәt büğzü
әdavәtimdәn naşidir. Onun belә әdavәti
zahir olandan sonra evindәn çıxıb, özgә bir
yerdә mәnzil etdim.
Tiflisә qayıdandan sonra
әlifbamızın qüsuru vә tәğyiri
barәsindә tәzәdәn yenә bir kitabça
yazıb Tehrana göndәrdim. Bu kitabçada hürufi-müqәttәәni
hürufi-müttәsilәyә tәrcih etdimsә
dә, yenә ülәmanın qorxusundan
rәsmi-xәtti sabiqi qәrar üzrә sağdan-sola yazmağı
nişan verdim, Tehranda da hәmçinin mәnim bu fikrü
tәsәvvürümә mültәfit olmadılar
vә bu mәsәlә әlan tәrәqqipәrvәrlәr
ilә mühafizәkarlar arasında İstambulda
mayeyi-mübahisә olub bir mәqamda qәrar
tutmayıbdır.
Digәr öz dövlәtimin әrkanü
böyüklәri icazәsi ilә Osmanlı
dövlәtinin sәdri-әzәmi olan Әli paşaya
әlifba mәsәlәsinә dair bir kitabça
yazıb Tiflisdәn göndәrdim. Bu kitabçaya әlavә
olaraq Osmanlı danişmәndlәrindәn Süavi
әfәndinin әlifbamız barәsindә
yazdığı tәnqidi (kritikanı) dәxi qoşdum.
Vәli bu kitabça da bisәmәr qaldı.
Әlifbanın tәbdili xüsusunda bu
qәdәr sәyü tәlaşım nәticәsiz
qaldığını vә bu әhvalın
güzarişini fars dilindә yazılmış bir
mәnzumәdә bәyan etmişәm[3]. Bu
macәradan sonra Rzaqulu xan «Hidayәt»
tәxәllüsün «Rövzәtüs-sәfa»ya
mülhәqat tәrzindә yazdığı tarixә
müxtәsәr bir tәnqid (kritika) yazıb Tehrana
göndәrmişәm vә bundan bir sәnә
keçmiş «Süruş» tәxәllüslü Tehran şairinin
ki, «Mәliküşşüәra» lәqәbi ilә
şöhrәtlәnmiş idi, yazdığı bir
qәsidәyә tәnqid yazıb öz
aşinalarıma Tehrana göndәrmişәm.
[3]- Bu mәnzumә aşağıda
yazılacaqdır.
Әlan -- ki, tarixi-miladiyyәnin 1878-ci
ilidir,--ömrüm altmışdan keçibdir. Rus
dövlәtinin mәrhәmәtindәn irәliki
xidmәtimdә qalıb, onun lütfü himayәtindә
bәhrәmәndәm».
Mәrhum Mirzә Fәtәlinin öz
yazdığı seyr-sülukundan maәda bir para mәlumat
onun oğlu mәrhum Rәşid bәy cәm edib
bizә göndәrmişdi ki, mәqamı
gәldikcә onlardan bәhs olunacaqdır.
Necә ki, öz yazdığı
tәrcümeyi-halından görünür, mirzә
uşaqlıqdan yetim qalır. Bu yetimlikdә böyük
әlamәt var. Tarixdәn xәbәrdarlığı
olanlara mәlumdur neçә-neçә böyük
şәxslәr -- ki, ibarәt olsun hükәmavü
ülәmadan, mәşhur reformatorlardan, din vә
şәriәt sahiblәrindәn, -- uşaqlıqdan
yetim qalıblar. Vәli heç bir yetimi allah-taala sahibsiz
vә hamisiz qoymayıbdır. Mirzә Fәtәli dә
körpә vaxtından yetim qalıbsa da, artıq
üsrәt vә zәhmәt çәkmәyibdir.
Axund Hacı Mirzә Әlәsgәr
atalıq vә analıq vәzifәsini
öhdәsinә götürüb, nәvәsi
mәnzәlәsindә olan balaca Fәtәliyә
lütfü nәvazişlәrini әsirgәmәyibdir
vә öz istәkli övladı kimi onun tәlim vә
tәrbiyәsinә mәşğul olubdur. Balaca
Fәtәli dәxi onu atası kimi istәrmiş vә
ömrünün axırına kimi zikri-xeyir ilә yad
edәrmiş. Mirzeyi-mәrhum Gәncәdә Axund Molla
Hüseyn Gәncәvidәn tәlim almağı
filcümlә yad edirsә dә vә mollalığa
hazırlaşdığı әsnada onun fikirlәrinin
dәyişirilmәsini vә başqa bir qәziyyәnin
üz vermәsini ötәri işarә edirsә
dә, amma hәqiqәti-halı bәyan etmir.
Mәrhum Rәşid bәyin bizә verdiyi
mәlumatdan belә zahir olunur ki, möhtәrәm
atası Gәncәdә olan zamanı mәşhur
Mirzә Şәfi ilә görüşüb tanış
olur. Sәhih rәvayәtә görә, Mirzә
Şәfi İrandan gәlib Gәncәdә
müvәqqәti olarmış, özü dә alim
vә fәlsәfәmәslәk bir vücud imiş
ki, hәr bir şeydәn xәbәrdarlığı var
imiş. Әfqanlı Şeyx Cәmalәddinin vә
Mirzә Mülküm xanın vә İranın bir
neçә tәzә fikirli adamları ilә
ülfәt vә әlaqәsi var imiş. Bununla belә
gözәl vә mövzun tәbi var imiş. Mirzә
Şәfinin bir çox әşari-nәfisәsi vә
asari-fәlsәfiyyәsi Avropada vә xüsusәn
Almaniyada iştihar bulmuşdu. Almaniyada Mirzә
Şәfinin mәcmuәsi Bodenştedt[4] adlı alim bir
şәxsin ehtimamı ilә nemsә dilinә tәrcümә
olunubdur.
[4]-Bilmәk gәrәkdir ki, Bodenştedt
nemsә әdib vә şairlәrinin mәşhurlarından birisi hesab
olunur. Bu axır vaxtlara kimi sağ imiş. Bodenştedt
1840-cı sәneyi-miladidә Moskva şәhәrinә
gәlib, orada knyaz Qalitsinlәrdәn birisinin
mürәbbisi olur. 1844-cü sәnәdә Qafqaz
canişini general Neydqardtın tәklifi ilә Tiflisә
gәlib, indiki şәhәr müәllimlәri
hazırlaşdıran mәktәbә (Aleksandrovski
instituta) müdir olur. Bodenştedt bu mәnsәbindә bir
ildәn ziyadә qalmayıb istefa verir vә sonra
Qafqazın çox yerlәrini vә Krım vilayәtini
seyrü sәyahәt edib bir çox mәlumat vә
tәcrübәlәr kәsb qılır. Gәncә
şәhәrindә olan vaxtı Mirzә
Şәfidәn fars dilini öyrәnir. Sonra Bodenştedt
vәtәninә müraciәt edib, Berlin
şәhәrindә «Qәzәliyyati-Mirzә
Şәfi» ünvanında öz әşarını
çapa verir. «Qәzәliyyati-Mirzә
Şәfi»dә olan müәssәnat vә
lәtafәt bir dәrәcәdә nemsәlәrә
xoş gәlir ki, 123 dәfә peydәrpey çap
olunur.
Bәzi rәvayәtә görә,
«Qәzәliyyati-Mirzә Şәfi» mәrhum Mirzә
Şәfinin öz kәlamıdır ki, onu Bodenştedt
farsdan nemsәyә artıq mәharәtlә rәvan
dildә tәrcümә edibdir. Bәzilәri dәxi
bu qövlә şәrikdirlәr ki, Mirzә
Şәfi xud Bodenştedt özüdür ki, «Mirzә
Şәfi» lәqәbini özü üçün
intixab etmişdir. Amma bu qövl sәhih deyil. Sәhihi budur
ki, Mirzә Şәfi әslәn İran әhlidir.
Gәncәdә sakin olduğu әsnada Bodenştedtin
oraya sәfәri düşür onunla tanış olub bir
müddәt mәclisindә iqamәt edib dilini ondan tәhsil etmişdir.
Bodenştedt vә әsәrlәrindә Mirzә
Şәfini «ustad» lәqәbi ilә yad edir.
Bәli, Mirzә Şәfi cavan
Fәtәlinin ağlını, fitri zәkavәt vә
fәrasәtini müşahidә edib vә
gözlәrindәn yağan anlaq vә mәrifәt
nurunu dәrk edib, gәlәcәkdә ondan böyük
xidmәtlәr vüqua gәlmәsini Mirzәyә
bәşarәt verir vә onunla bir neçә
müddәt görüşüb danışandan sonra
filosof Mirzә Şәfi cavan Fәtәlinin fikir vә
xәyalatını başqa bir sәmtә çevirir.
Bundan sonra cavan Fәtәli ruhani olmaq fikrindәn
bilmәrrә daşınıb, Avropa
mәdәniyyәti ilә aşina olmaq niyyәtinә
düşür vә dövlәti xidmәtlәrdәn
birisinә daxil olmağa meyl edir. Bu әsnada mәrhum Axund
Hacı Mirzә Әlәsgәr Hәccdәn
müraciәt edir vә -- necә ki, zikr olundu, -- öz
nәvәsinin әvvәlcә rus dili
öyrәnmәyinә vә sonra qulluğa
girmәyinә sәbәb olur. Bu qulluqda (Qafqaz
canişinlәrinin mütәrcimliyi mәnsәbindә)
Mirzә Fәtәli ömrünün axırına kimi
qalıb, sәdaqәt vә ixlasla öz vәzifәsini
әda elәyir vә hüsni-xidmәtlәri
әvәzindә neçә-neçә nişanlar
vә polkovnik çini alır.
Qulluq işlәrindәn fariq olduqda asudә
vaxtlarını mirzә rus kitablarının
mütaliәsinә sәrf qılıb, bir çox
mәlumat kәsb edir. Onun artıq sevdiyi fәlsәfәyә
dair, siyasi vә iqtisadi elmlәrinә mәxsus kitablar
imiş.
Mirzә Fәtәli vәfat edibdir Tiflis
şәhәrindә tarixi-mәsihiyyәnin 1878-ci
ilindә may ayının 28-dә ki, tarixi-hicrәtin
1294-cü sәnәsinә vә
cәmadiyül-әvvәlin 27-ci gününә
tәsadüf edir[5]. Dәfn olunubdur Tiflis
qәbristanlığında.
[5]-«Kәşkül» qәzetinin verdiyi
xәbәrә görә, mәrhum Mirzә
Fәtәlinnn vәfatı ittifaq düşübdür
haman ildә fevral ayının 28-ci yövmündә.
Axundovun tәrcümeyi-halına dair
yazdığımız bu qәdәr mәlumata iktifa edib,
onun әsәrlәrindәn vә millәtә
göstәrdiyi hüsni-xidmәtlәrindәn
filcümlә danışmağı burada lazım
görürük.
Mirzә Fәtәli Axundov, demәk olur ki,
müsәlmanların әvvәlinci reformatoru olubdur.
Müsәlman mәişәtinin köhnә vә
çürümüş әsaslarını pozan vә
islam tәrәqqisinә mane olan üsulü qәvaidin
tәğyirü tәbdili yolunda әn әvvәl
sәrfi-himmәt edәn bu zati-ali olubdur.
İyirmi sәnәdәn ziyadә
mirzә müsәlman kitablarının mütaliәsi
ilә mәşğul olub, yenә onları rәvan
oxumaqda özünü aciz görür. Amma rus
әlifbasının vasitәsilә bir az vaxtda çox
şeylәr öyrәnir vә rus hәrflәri
ilә yazılmış kitabların kaffәsini asanlıq
ilә oxuyur. Bu hal mirzәni mütәhәyyir edir
vә onun diqqәtini cәlb edir. Bu qәdәr
mәktәblәr küncündә ömürlәr
sәrf edib axırda yenә bisavad vә elmdәn
bibәhrә qalmağımızı mirzә
әlifbamızın qüsurundan görür. Bu qüsuru
rәfü dәf etmәk üçün, oxumaq vә
yazmaq mәsәlәsini asanlandırmaq üçün
özü tәzә bir әlifba tәrtib edir.
Bu әlifbada mirzә nöqtәlәri
götürüb, yazıda nişanı vә asarı
olmayan hürufi-müsәvvәtә üçün
vә hәrәkәlәr әvәzinә
müәyyәn nişanlar icad edir. Bununla oxumaq vә
yazmaq mәsәlәsini bir növ
yüngüllәşdirir. Vәli avam xalqın qorxusundan
vә mütәәssib vә fanatik ruhanilәri
ürkütmәmәkdәn ötrü Mirzә
Fәtәli müsәlman hәrflәrini
bilmәrrә dәyişmәyib, onların ibtidasına
vә ya axırına bәzi nişanlar qoşur vә bu
vәch ilә yazılmış kәlmәlәrin
düzgün olunmağını qaydaya salır[6].
[6]-Әlifbamızın qüsuru babında
öz fikrü rәyimizi 1898-ci ildә «Kavkaz» qәzetinin
230, 238, 264-cü nömrәlәrindә
müfәssәlәn yazmışıq.
Filhәqiqә, әrәbdәn
götürdüyümüz sillabi xәttdә o
qәdәr qüsur vә nöqsanat vardır ki,
tәhrirә sığası vә tәqrirә
gәlәsi deyil. Ümum müsәlman tayfalarının
tәrәqqi vә tәali yolunda Avropa әhalisindәn
bu qәdәr dalda qalmaqlarının böyük
sәbәblәrindәn birisi dә hәmin
mayeyi-sәadәtimiz vә
mәbdәyi-tәrәqqimiz olan oxumaq vә yazmaq
alatü әsbabının qüsur ilә dolu
olmağıdır. Bir әlifbanın ki, irabü
hәrәkәsi vә qәdri-kifafınca
hürufi-müsәvvәtәsi vә
müәyyәn bir şәkildә hürufatı
olmasın vә qәdim misirlilәrin heroqlifinә
bәnzәyib, bir kәlmәnin neçә
tәrzdә oxunmağına yol versin, onun bu tәrәqqi
әsrindә bәqası [sәlah] deyil vә nә
qәdәr tәbdil vә tәshihinә tez
çarәlәr bulunsa, bir o qәdәr dә
irәli düşәrik vә sürәtlә
qabağa gedәrik; dünya vә axirәt
işlәrimiz qaydaya düşüb öz yolu ilә rastü
rahat gedәr.
Ülumü fünundan -- ki, bu qәdәr
bәhs edib, mәclislәrdә vә
mәhfillәrdә danışırıq, qәzetә
vә curnallarda yazırıq, -- heç biri bizim
üçün müyәssәr olmur. Hürufumuz
tәbdil olduqda qilü qalsız asan vәch ilә
cümlәsindәn bәhrәmәnd vә
mәnfәәtbәrdar olarıq.
Xәtti-alfabiti[7] -- ki, Avropa millәtlәri
arasında icravü istemal olunur, -- dillәrdә
eşidilәn cәmi sövtlәri әksiyi otuz,
artığı otuz beş әdәd hәrflәrin
vasitәsilә әda edilir.
[7]-Firәng dilindә xәtti-alfabiti o
xәttә deyilir ki, kәlmәlәr
hürufi-mәqtәә vasitәsilә tәrtib
olunur. Amma xәtti-sillabidә kәlmәlәr hürufi-müttәsilә
vasitәsilә düzülür. Xәtti-alfabitidә
hәr bir hәrf özünә mәxsus
şәkildә hәmişәlik qalır;
xәtti-sillabidә bir hәrf öz mәqamına
görә, neçә cürә şәklә
düşür. Bizim hәrflәr kimi kәlmәnin
başında bir şәkildә yazıldıqda
ortasında başqa vә axırında özgә
şәkildә yazılır.
Az-çox tәrbiyәli vә ağlı
salamat adam әcnәbi millәtin xәtti-alfabitisi ilә
tәrtib olunmuş әlifbasını üç-dörd
saatın әrzindә öyrәnib oxumağa başlar.
Bisavad uşaq iki ayın müddәtindә oxuyub-yazmağa
qadir olur. Bir adam xәtti-alfabiti ilә yazılmış bir
sәhifәni oxuya bilsә, haman xәtt ilә tәb
olunmuş kitabların hamısını düz vә asan
oxuya bilәr. Amma bizim çox dәrin oxumuş
mollalarımız aşina olmadığı kitabı oxumaqda
aciz qalırlar. İki sәtir güc ilә oxuyub duruxurlar;
eşitmәdiklәri bir sözü düz oxuya
bilmirlәr. Bunda tәqsir, әlbәttә,
mollalarımızda deyil, tәqsir bu sillabi xәtt ilә
tәrtib olunmuş әlifbamızdadır. Burada
hәqiqәt gün kimi aydın vә
rövşәndir.
Әqli-sәlim sahibi hәrgiz bu doğrunu
inkar edә bilmәz. Amma avamlığın zoru,
adәtü ayininin gücü bizim canımıza bir
dәrәcәdә sirişt edibdir ki, hәqiqәti
görüb, tәsdiq vә qәbul etmәkdә aciz
olmuşuq; çәtini dәrk edib, asanı
götürmәyә cürәtimiz yoxdur.
Hәr halda piyada atlıya vә atlı
dәmir yol (vapor) ilә gedәnә vә havada
uçana yoldaş olmayan kimi, biz müsәlman qövmü
millәtlәri dәxi qәdimi heroqlif şәklindә
düzülmüş әlifbamız ilә
mәdәniyyәt alәmindә bu qәdәr
sibqәt edәn vә hünәrlәr
göstәrәn Avropa millәtlәrinә yoldaş
deyilik vә ola da bilmәrik.
Mәrhum Mirzә bu barәdә yazır:
«Әgәr әlefbaye-mellәte-eslam әlfabeti budi,
nә sillabi vә neveştәn hәm әz
tәrәfe-dәste-çәp betәrәfe-dәste-rast
budi, çenan ke, rәsme-xәtte-әlfabetist,
mellәte-eslam dәr alәme-sivilize, yәni
tәrәqqiyo mәdәniyyәt bәr mellәte-Orupa
bişobhe sebqәt costәndi, beellәte-in ke, dәr
ebteda toxmesivilize dәr xake-eslamiyan ağaze-ruyidәn
kәrd. Әmma
bevaseteye-sәubәte-xәttb-sillabiye-eslamiyan olumo
mәaref fi ma beyki-omumu-ouzafe-in mellәt tәmim
nәpәziroft vә toxme-sibilize dәr xake-eslamiyan puside,
zay gәrdide vә dәr xake-Orupa
bevaseteye-sәhulәte-xәtte-әlfabetiye-әhlәş
ruyәnde şod.
Hezar әfsus ke, ouliyaye-mellәte-esdam
vocube-tәğyire-әlefbaye-xodeşanra dәrk
nemikonәnd vә in mәtlәbe-rouşәntәr
әz aftabra nemifәhmәnd vә saere-omuratra әz qәbile-tәnzimate-cәdide
vә tәmire-toroqe-cәdidiyye vә sәfayene-boxariyye
vә keşidәne-cәdavele-tilğerafiyye vә
tәcdide-әslәheye-hәrbiyye vә әmsale-zalik
ke, nesbәt betәğyire-әdefba foruatәnd bәr in
әhle-hәrkar vә bәr in qtaybәste-hәr
divare-morәcceh miengarәnd, zәhi bodbәxtist ke,
adәm dәr in mellәt әz alәme-әdәm
beәrseye-vocud qәdәm qozarәd vә hәqqra
befәhmәd vә nәtәvanәd ke,
behәmmellәtane-nadane-xod
befәhmәnәd vә beәnduho hәsrәt
әz donya berәvәd.
Emza: Mirza Fәthәli Axundzade».
Mirzeyi-mәrhum böyük tәmәnnalarla
tәrtib qıldığı әlifbanın Rum vә İranda qәbul
olunmadığını, avam ve kutahnәzәr İranda vәzirlәrinin
İstambulda müqim İran sәfiri Mirzә Hüseyn
xanın büğzü әdavәtini vә
filcümlә öz hali-dilini fars dilindә yazılmış
mövzun bir mәnzumәdә bәyan
etmişdir ki, eynәn vә tәbәrrükәn
aşağıda dәrc olunur. Bu mәnzumә
Firdovsiyi-Tusi әleyhirrәhmәnin inşad
qıldığı "Şahnamә"si tәrzindә
yazılmışdır. Bu kәlamdan Mirzә
Fәtәlinin fünuni-şerdә mahir vә
xoştәb bir şair olduğu zahir olunur.
Mәnzumәnin ünvanı bu sayaq yazılıbdır:
Mәnzumeist ke, Kolinel Mirza Fәthәli
Axundzade --motәrceme-caneşine-Qafqaz dәr vәsfe-hale-xod
qofteәst dәr sәneye-1284:
Beәnduho hәsrәt mәra ruzeqar
Sәr amәd dәr in deyre-napaydar.
Bebesyare-tәdbirha çәngzәn
Hәmibudәm әz
ferte-hobbe-vәtәn.
Nәbәxşid sәyәm vәli
haseli
Nәdidәm dәr in әsr sahebdeli.
Bozorqane-torkano İranzәmin
Hәme xofte budәnd ço
xәlqe-Çin[1]
Cәzaniyәm rәft zәbun gәşt
zur,
Cәvani nәdidәm ba zouqo şur.
Sәfәr kәrdәm әz
rahe-dәrya be Rum,
Әlefbae-noura dәr an mәrzo bum[2],
Nәmudәm beәrkane-doulәt tәmam,
Xәyalәm bәsi poxte budo nә xam.
Yekayek beqoftәnd sәd afәrin,
Cәhan şod beçeşmәm ço
xolde-bәrin.
Mәra paykәhe-biştәr saxtәnd,
Beәname-şahan benәvaxtәnd --
Ke, naqah yek mәrdәke-zәrdçehr[3]
Be came-moradәm bәr amixt zәhr.
Be pişe-vәziran ura rah bud,
Mәra doşmәne-dino doulәt nәmud.
Bedin tohmәte-an mәrde-napakzad
Mәra pişe-hәr kәs
hәmikәrd yad.
Bevәhşәt dәr әfkәnd
torkanra,
Bozorqane-şurayo әrkanra,
Әz u hiç şod
rәnce-dәhsaleәm,
Şenid aseman әz zәmin naleәm.
«Resәd pak yәzdan befәryadi-mәn
Be mәhşәr setanәd әz u
dade-mәn»[4]
Şenidәm ke, babaş dәr kudәki
Be Qәzvin bud әz saderuyan yeki.
Benaçar bәr gәştәm әz
xake-Rum --
Ke, mandәn dәr anca mәra bud şum.
Ferestadәm an gәh be Tehran xәbәr
Әz in rәftәno
amәdәne-bisәmәr.
Neveştәm yeki nameyi-delpәzir
Bename-vәzire-olum әz әbir.
Әlefbae-noura neşan dadәmәş,
Dәre-nou beferdous beqoşadәmәş.
Nәdanәm mәgәr
hemmәtәş pәst bud,
Nәdanәm mәgәr ruzo şәb
mәst bud --
Ke, nәdad bәr mәn cәvab in
vәzir,
Nәşod bәr moradәm mәra
dәstgir.
Vәzire-digәr dәr lәbe-softe bud,
Dәr in mәsәle rәye-xod qofte bud --
Ke, ma xәlqe-İran ze xordo bozorg,
Ze gәbro ze tәrsa, ze fәrso ze tork,
Hәme zirәko mәrifәtpişeim,
Ze fәrte-zәkavәt porәndişeim.
Ze doşvariye-xәt nәdarim bak,
Bekuran sәzәd rәhnoma әz
mәğak.[5]
Nәgirim nou xәt әz hiç kәs.
--
Ke mara xәtto zehne-ma hәst bәs.
Pәs an gәh әz in rәy balide bud,
Kәfe-dәst bәr riş malide bud.
Hәme sәfneşinan dәr an
әncomәn
Bedu qoft: «Әhsәnәt, ey rәyzәn.
Behәrfe-dorostәt hezar afәrin,
Behekmәt nәgәrdәd tora kәs
qәrin.
Delәt rouşәnәsto kәlamәt
sәvab,
Nәdarәd Әrәstu
berәddәş cәvab».
Dәriğa
şәhәnşahe-bafәrro huş
Ze kerdare-kuran neşinәd xәmuş.
Dәriğa ke, fәrmandehe-dadgәr
Nәdid in әlefbara sәrbesәr.
Doriğa ke, dәr әhde-firuze-u
Vәziri nәdidәm ba aberu.
Hәme portәmә, bihonәro bixerod,
Bexubi kәsi nameşan key bәrәd.
Әgәr çe dәr
ağaze-әhdәş be Şәrq
Vәziri derәxşid manәnde-bәrq,
Vәli u vәziri çö Baris[6] bud --
Ke, dәr molke-rusan vәzarәt nәmud.
Ço hәr kar mikәrd
bidәxәle-şah,
Ço Baris gәrdid omrәş tәbah.
Hәmin rәmzra fәhmәd in padşah
--
Ke, ura bәqa bad çon mehro mah.
Ke, doulәt pәrәstare-mellәt bud,
Nә mellәt, pәrәstare-doulәt
bud.
Әya çalese-mәsnәde-Keyqobad,
Bәr an şәhriyariyәt cavid bad!
Şenidәsti axәr ke, dәr molke-rus
Ço xubi be mellәt Alesandrus
Be hemmәt, beqeyrәt, benamus kәrd,
Benamavәri dәr cәhan gәşt
fәrd.
Şenidәsti axәr ke, Palmereton[7]
Çe kәrde bәraye-britaniyan?
Şenidosti axәr to Vilhelmra[8]
Krale-xerәdmәnde-zielmra,
Nәyasayәd әz rәnco kuşeş
dәmi
Beheştәst molkeş bedourәş
hәmi.
Şenidәsti axәr to Bismarkra[9]
Ke, әfraşt bәr fәrq dan fәrqra.
Çe tәdbirha sәr zәd әz
rәye-u,
Bәraye-vәtәn gәşte xod
cәngcu.
Şenidәsti axәr ke, dәr parsal
Ğribaldi[10] ba zәne-mәhcәmal
Çe san cәnghaye-dәlirane kәrd,
Vәtәnra mosәffa ze bigane kәrd.
Behәr ca ke, mәşğule-peykar bud,
Zәnәş dәr qәfayәş
vәra yar bud.
Şenidәsti axәr to Linkolnra[11]
Çe sap kәrd canra be mellәt fәda.
Şenidәsti axәr Tyerra[12] ke, hal
Ze omrәş qozәşteәst
hәştad sal,
Bәraye-vәtәn daema dәr
ğәmәst
Nә dәrbәnde-asayeşo derhәm
әst.
Çe kәrde vәziranәt, ey padşah,
Be kerdare-işan to xod şo qovah.
Vәziran nәkәrdәәst bireyb
hiç,
Gәh әz dәr dorude, gәh әz dәrde-piç.
Pәs işan nәyәrzәnd yek cou
bәr an,
Ze dәrgahәt, ey xosrove-xosrovan,
Vәziran ba elmo hekmәt bexah,
Nәcabәt rәha kon, fәzilәt
bexah.
Ke, ta molk arayeşe-tazei,
Bekirәd fәra xor әndazei.
Әlefbae-noura bekar avәrәnd,
Nehale-sәadәt bebar avәrәnd.
[1]- Bu halda Çin xalqı da
qәflәtdәn ayılıbdır, vәli İran
zәminin böyüklәri yuxudan doymurlar vә
hirs--tamahdan bizar olmurlar.
[2]- Mirzәnin Ruma sәfәri hicrәtin
1260-cı sәnәsindә olubdur ki, miladın 1863-cü
ilinә mütabiqdir.
[3]- Mirzә Hüseyn xana işarәdir.
[4]- İn do fәrd әz Ferdousiye-Tusist ke, bemonasebәtariye
şodeәst. -- Mirzә Fәthәli.
[5]- Mәğak-- çuxur vә nahәmvar
yer.
[6]-Boris Qodunov --
rus әyanından (boyarlardan) birisininadıdır ki,
üç yüz әlli il bundan müqәddәm Rusiyada
iğtişaş zamanı bir müddәt vәzirlik edib,
sonra mәsnәdi-sәltәnәti dәxi qәsb
etmişdi. Ziyadә
ağıllı vә
pürtәdbir bir zat imiş.
Vәli xәyanәti ucundan axırda bәdbәxt
vә bәdfәrcam oldu. Heyfa ki, Mirzә Fәtәli
Borisә felü әmәlindә oxşayan İran
vәzirinin adını zikr etmәyib mәtlәbi
pәrdәli söylәyir.
[7]- Palmerston -- İngilis dövlәtinin
vәziri olubdur ki, onun politikası sayәsindә ingilis
dövlәti bir çox yerlәrә malik olubdur vә
nüfuzunu Şәrq vә Qәrbdә
artırıbdır. Tәvәllüd edibdir miladın
1784-cü sәnәsindә vә vәfat edibdir 1875-ci
tarixdә.
[8]-İndiki
nemsә imperatoru Vilhelmin
babasıdır. Ziyadә
müdәbbir vә millәtpәrәst
bir padşah imiş.
[9]-Bismark -- Almaniya dövlәti
vәziri-әzәmi olubdur. Tәvәllüd edib
miladın 1815-ci ilindә; vәfat edib 1898-cn
sәnәdә. KnyazBismark öz vaxtının әn müqtәdir
vә dәqiq politikaşünaslarından hesab olunur. Onun
vәzarәti zamanından Almaniya dövlәtinin
şәnü hörmәti uca mәqama yetişdi.
[10]-Harribaldi -- italiyalı bir bahadırın
adıdır ki, vәtәnini biganәlәrin
әlindәn xilas edibdir. Tәvәllüdü miladın
1807-ci, vәfatı 1882-ci sәnәsindә vaqe olubdur.
[11]-Linkoln -- yeni dünyanın -- Amerikanın
cümhuriyyәt rәisi olubdur. Amerikada
hәbәşlәrin (qara qulların) hürriyyәti
yolunda bahadıranә cәng edib, onları
әsirlikdәn azad edibdir. Tәvәllüdü
miladın 1809-cu, vәfatı 1895-ci
sәnәlәrindә olubdur.
[12]-Tyer -- Firәngistanın mәşhur
müvәrrixi vә sonradan bir çox böyük
xidmәtlәri ifa edәm millәt hamisi vә
hürriyyәt tәrәfdarı olan böyük bir zat
imiş. Tәvәllüdü miladın 1797-ci vә
vәfatı 1877-ci illәrindә vaqe olubdur.
Xetab bәr duste-xod ke, ebarәt әz
Ruhol-qodsәst:
Bәsi şekve xordәm, soxәn şod
deraz,
Qozәştәm, nәxahәm tora did baz.
Sepordәm beәhde-to in karra,
Sәrәncame-in rәnco bimarra.
Mirzә Fәtәlinin bu mәnzum
şikvәvü nalәsi Firdovsi әleyhirrәhmәnin
Sultan Mahmud Qәznәvi haqqında yazdığı
hәcvә bәnzәyir. Hәr iki kәlamın
mәnbәi bidadlıq vә әdalәtsizlikdәn
nәşәt edәn nalәlәrdir.
Axundov ustadi-kamili mәqamında olan Firdovsiyi
şirinkәlama peyrәvilik etmәkdә artıq
dәrәcәdә mәharәt büruz etmişdir.
İranzәmin vәzirlәrinә elә bir qara
lәkә vә hәcv sikkәsi vurubdur ki,
qiyamәtәdәk baqi qalacaqdır vә yumaq vә
qazımaq ilә getmәyәcәkdir.
Mirzeyi-mәrhum müsәlman
әlifbasının tәğyiri vә tәshili
uğrunda çox zәhmәtlәr çәkib,
töhmәt vә mәzәmmәtlәr eşitdi;
ömürlәr sәrf qıldı, vәli işin
axırını bir yana çıxarda bilmәdi vә
ürәyi hәsrәtlә bu dünyadan getdi.
Әlifbanın tәğyiri babında fars
vә türk dillәrindә bir neçә tutarlı
mәqalәlәr yazıb, möhkәm dәlillәr
ilә onun qüsurunu vә islam alәminin
tәnәzzülünә bais olmasını sübut
etmişdir.
Fransa әdib vә
mütәfәkkirlәrindәn Şarl Mister Osmanlı
dövlәtinin sәdri-әzәmi Әli paşaya
müsәlman әlifbasının qüsuru babında
yazdığı mәqalәni firәng dilindәn farsa
tәrcümә edib Tehrana vәziri-әzәmә
göndәrdi. Vә bundan әlavә «Fәqәreyi-әcibә»
ünvanında әlifbamızın qüsuruna dair fars
dilindә türfә bir hekayә tәhrir
qılıbdır ki, oxuyanları İran tüccarının
sadәdilliyi vә tәrәfkirliyi heyrәtә
salır.
Mirzә Fәtәli Axundovun bu yolda
әkdiyi toxumlar indiyәcәn sәmәr
vermәyibsә dә, çürüyüb
tәlәf dә olmayıbdır; o toxumlar yavaş-yavaş
göyәrib bitmәkdәdir. Әlifbamızın
pürqüsur olmağı hәr yerdә anladılıb,
rәfinә әlac vә çarә axtarılmaqdadır.
Tәzә әlifba tәrtib etmәk fikrinә
düşәnlәrin dә әdәdi
çoxalmaqdadır. Әlan bu mәsәlә Osmanlı
mәmlәkәtindә vә İranda ülәma,
vüzәra vә üdәbanın fikrü
xәyalını işğal etmәkdәdir.
Tәzә kitab yazanlar, üsuli-imla
tәrtib qılanlar, qәzet vә curnal verәnlәr
hәr birisi bir növ imla vә üsuli-tәhrir ittixaz
etmәklә çalışır ki, qarei onun
yazdığını düz oxuyub, fikrini vә
mәtlәbini anlasın. Sabiqdә müsәlman
әlifbasının qüsur vә tәbdilinә etina
etmәyәn mәrhum İsmayıl bәy Qasprinski
axır vaxtlarda üsuli-imlanı bilmәrrә pozub vә
kәlmәlәri, --xah türki olsun, xah әrәb
vә әcәmi, -- öz istәdiyi tәrzdә
parçalayıb tәzә bir sәbkdә
müsәlman hәrflәri ilә «Tәrcüman»da
mәqalәlәr vә sair әhvalat yazır idi.
Üsuli-imlada vüqua gәlәn vә yazımızda
müşahidә olunan bu inqilabın, bu reformanın baisi
mәrhum Mirzә Fәtәli olubdur.
Әlbәttә, çox müddәt
çәkmәz ki, bu mühüm mәsәlә
hәll olunar vә müsәlmanların әlifbası
dәyişdirilib vә asanlaşıb sair
mәdәniyyәtli millәtlәrin әlifbası
kimi, ülum vә maarifin intişarına
mükәmmәl vә mübәrhәn bir alat olar;
inşaallah-taala....
Mirzә Fәtәlinin komediyalarına
gәldikdә qәti surәtdә deyә bilәrik
ki, rus drama yazanlarının babası Qoqol vә firәng
drama yazanlarının babası vә ustadı Molyer olan kimi,
türk-Azәrbaycan әdiblәrinin vә
komediyanәvislәrinin atası vә
yolgöstәrәni mәrhum Mirzә Fәtәli
Axundov olubdur. O yazdığı komediyaların mislini
tәzә yazıçılarımız hәlә
yazıb bitirә bilmәyiblәr. Vәli onun
sayәsindәn bir neçә müqtәdir
әdiblәr vücuda gәlibdir. O cümlәdәn
Nәcәf bәy Vәzirov vә Әbdürrәhim
bәy Haqverdiyev, Nәriman bәy Nәrimanov vә Mirzә
Cәlil Mәmmәdquluzadә cәnablarıdır ki,
hәr birinin bir neçә komediyaları vә dramaya
mәxsus әsәrlәri vardır ki, indiki
mәişәtimizin bәzi övzavü
әhvalını vә әhli-zәmanәnin fikrü
xәyalatını vә nә yolda
çalışmaqlarını eyni ilә yazıb öz
әsәrlәrindә göstәrirlәr. Bu
әdiblәrin vә Mirzә Fәtәliyә
peyrәvlik edәn sair dramanәvislәrin vücuda
gәtirdiyi әsәrlәr barәsindә öz
mәqamında müfәssәl mәlumat
verilәcәkdir.
Komediya yazmaq hәr bir әdibin işi deyil.
Әdәbiyyatın bu növündә
әsәrlәr vücuda gәtirmәk
üçün elm vә savaddan başqa
tәcrübә, bilik vә millәtin
mәişәtinә әtraflı bәlәdiyyat
dәxi lazımdır. Bunlardan әlavә fitri bir istedad
vә yaradıcı bir qüvvә, bir tәbi-füsunsaz,
beistilahi-türki «allah vergisi» lazımdır ki, bir yandan
görüb-eşitdiyini götürüb yetirә bilsin
vә bir tәrәfdәn öz fikrü xәyalatı
ilә yoxdan var etsin.
Bu «allah vergisi», yoxdan vücuda gәtirmәk
qüvvәsi mәrhum Mirzә Fәtәlidә
kәmalınca var imiş. Bu sözlәrin doğru
olmağına onun komediyaları möhkәm dәlil
vә adil şahiddir. Necә ki, Qoqolun Qorodniçisi,
Xlestakovu, Dobçinski, Bobçinskisi hal-hazırda
Rusiyanın bәzi yerlәrindә müşahidә
olunmaqdadırlar, habelә dә Mirzә Fәtәlinin
Hatәmxan ağası, Hacı Qarası, Molla
İbrahimxәlili, Namazı, Zalxası, Ağa Kәrim
Miyançısı vә qeyrilәri bu halda sağ vә
salamat bizim içimizdә dolanıb, hәr biri öz
felü әmәllәrini
işlәtmәkdәdirlәr.
Mirzә Fәtәlinin komediyaları
yazılan zamandan bizim vaxtadәk -altmış-yetmiş
sәnә gәlib keçibdir. Bu uzun müddәtin
әrzindә -- ki, yarım әsrdәn ziyadәdir,
--mәişәtimizdә, dürüst diqqәt olunsa,
artıq bir tәrәqqi әsәri görünmәz;
ata-babadan qalma köhnә adәtlәr vә ayinlәr
üzrә güzәran edib yaşamaqda varıq. Xeyir
vә şәr ittifaqlarda işlәnәn bihudә
mәsarif vә mәxaricә diqqәt olunsa,
sözümüz tәsdiq olunar.
Ata-babalarımızın batil
әqidәlәrinә, kәsalәt vә
bәtalәtlәrinә varis olmuşuq. Bu axır
vaxtlarda şәhәrlәrdә az-çox
tәrәqqi vә tәmәddün
әsәrlәri görünürsә dә,
әhli-dehat irәliki qәrar üzrә avamlıq
halında yaşayırlar; onların imdadına yetәn
yoxdur. Amma onları soyan vә qarәt edәn çoxdur;
bir tәrәfdәn tamahkar ruhanilәr, bir yandan
zülmkar polisә mәmurları vә
üçüncü tәrәfdәn yalançı
millәt dostları ki, ibarәt olsun yarımçıq elm
kәsb edәnlәrimizdәn vә quru isim ilә
mәdәni olan nücәbamızdan. Bu xüsusda
Qasım bәy Zakirin tәrcümeyi-halından vә
әsәrlәrindәn mәlumat verdikdә
filcümlә söylәmişik. Dübarә
tәkrari-kәlam edib, mәtlәbә tul-tәfsil
vermәyi artıq bildik.
Hәr halda mәrhum Mirzә
Fәtәlinin komediyaları mәişәtimizin
tәәccüblü bir aynasıdır ki, zahirimizi dә
vә batinimizi dә eynilә göstәrir.
Müruri-әyyam ilә bu aynanın
üzünә toz qonubdur. Bu tozu silib, aynanın
üzünә sığal verib diqqәt ilә ona baxsaq,
öz surәtimizi onda görәrik vә biri-birimizi tanıyarıq.
Batini alәmimizә, әmali-namәşruәmizә
vә әfali-şәniәmizә diqqәt
yetirsәk, xәcalәt çәkib yәqin edәrik
ki, bu yarım әsrin müddәtindә çox da uzaq
getmәmişik, cüzi dәgşiriliyimiz vә
tәfavütümüz olubsa, o da zahiridir. Batini
tәrәfimiz mәnәn vә әxlaqәn
irәliki qәrar üzrә baqidir. Odur ki, Axundovun
komediyalarını oxuyan bәsirәt әhli bir
tәrәfdәn gülürsә, bir
tәrәfdәn dә ağlayıb göz yaşı
tökür. Gülmәk görünür, amma ağlamaq
görünmür; onun ağır damcıları
ürәyin üstünә düşüb, onu
yaralayır, dәlir....
Mirzә Fәtәli komediyalarına
müqәddimә olaraq ifadeyi-mәram üçün
komediya nә demәkdir vә nә qisim tәsnifatdan
ibarәtdir, teatr nәdir vә ondan
tәhzibiәxlaqü adaba dair böyük
mәnfәәtlәr yetişmәyini
müxtәsәrәn bәyan edir vә türk dilinin
imlası barәsindә öz
tәsәvvüratını bildirib, komediya oxuyanlara vә
oynayanlara (artistlәrә) bir para lazım olan bәyanat
vә düsturül-әmәllәr verir. Necә ki,
mәrhum yazır: «İnsanın tәbiәtindә iki
ümdә xasiyyәt qoyulubdur; biri qәm vә o biri
fәrәh. Ağlamaq әlamәti-qәm olduğu kimi,
gülmәk dә әlamәti-fәrәhdir.
İnsana bir müsibәt üz verәndә qәmnak
olur. Әgәr müsibәt ağır isә, ağlayır
vә bilәks ona bir şadlıq vә fәrәh
üz verәndә gülür vә könlü
açılır.
İnsanın gülmәyinә vә
ağlamağına fәrәhin vә
müsibәtlәrin tәqriri vә tәhriri dәxi
sәbәb ola bilәr. Tәqrir vә tәhrir
surәtindә kiryә vә xәndәyә
ümdә müәssir vәzi-hekayәtdir.
Әksәr övqat namәrğub vәz
ilә zikr olunan müsibәtdәn adam
mütәәssir olmaz vә lakin haman müsibәt
özgә pәsәndidә vәz ilә nәql
olunduqda kәmayәnbәği tәsir
bağışlar. Necә ki, naqis vә kamil
mәrsiyәxanların mәclislәrindә bu iki
keyfiyyәti biz mükәrrәr müşahidә edirik.
Әgәr nәqli-müsibәt vә ya
behcәt tәbaye vә
әxlaqi-bәşәriyyәni kәmali-filvaqe
bәyan etmәklә tәbiәti-müstәmiә
mәqbulü müәssir düşdü, haman nәqlin
vazeinә vә müsәnnifinә
hәkimi-rövşәnrәvan vә
arifi-tәbayei-insani deyirlәr vә naqili-kamilinә
süxәnguyi-qabil»....
Burada naqil, süxәnku vә
raviyi-şirinmәqal ilә bizim işimiz olmayıb da,
müsәnnifi haqqında -- yәni mәrhum Mirzә
Fәtәli barәsindә kәmali-cürәt
ilә deyә bilәrik ki, onun komediyalarını oxuduqda
bizә yәqinlik hasil olur ki, bunların müsәnnifi
әlhәqq «hәkimi-rövşәnrәvan vә
arifi-tәbayei-insani»dir. Çünki bizim komediya
yazanların heç biri Mirzә Fәtәli kimi nә
ürәkdәn güldürür vә nә dә doğrudan
ağladır. Bu bacarıq vә qabiliyyәt vә
tәbayei-insaniyyәyә bәlәdiyyәt, bu
ruhşünaslıq ancaq o mәrhumun tәmsilatında
görünür. Mәrhumun dramanәvislikdә izhar
qıldığı qabiliyyәt vә kәmalat
doğrudan da vәsfә gәlәsi deyil.
O tәmsilatdan әlә alıb oxuduqda
olduğumuz övzavü zamanı bilaixtiyar unudub,
özümüzü mirzeyi-mәrhumun yazdığı
zamanda, vәsf qıldığı övzavü
mühitdә vә әlvan dәstgah içindә
görürük. Әfradi-mәclis guya bir-bir
gözümüzün önündәn növbәnöv
libaslarında gәlib keçirlәr. Biz onların
hәrәkatü sükәnatını, necә ki, var,
müşahidә edirik; danışdıqları
söhbәti eşidirik; gülәnlәr ilә
gülüb, ağlayanlar ilә ağlayırıq.
Burada Axundovun yazdığı komediyalar
ilә oxucularımızı aşina etmәyi artıq
bilirik. Zәnni-acizanәmizcә әhli-savaddan az adam
tapılar ki, mәzkur komediyaları oxumamış olsun
vә bundan әlavә onlardan hәr birisi dәfaat
ilә sәhneyi-tamaşaya qoyulubdur. Zaqafqaziyanın elә
bir şәhәri vә qәsәbәsi yoxdur ki,
mәrhum Axundovun komediyalarından bir-ikisi
oynanılmamış olsun. Şayani-diqqәt Axundovun
komediyalarında sәhneyi-tamaşaya gәlәn ünas
tayfasıdır.
Mәlum olsun ki, Axundovun әsrindә arvad
mәsәlәsi mәhәlli-müzakirәyә
qoyulmamışdı. O vaxtlarda müsәlman
alәmindә arvadların hüququ, hürriyyәt vә
müsavatı barәsindә bir söz dә
danışılmazdı vә danışmaq da olmazdı.
Әvvәl kәsi ki, arvadları da insan
dәrәcәsinә qoyub, onların haqqü hüququ
barәsindә söz açıbdır vә oiları
sәhneyi-tamaşaya gәtiribdir, o, mәrhum Mirzә
Fәtәli olubdur.
Arvadların dolanacaqı, fikrü
xәyallarını, kişilәr ilә rәftarü
әlaqәlәrini vә onların
әhvali-ruhiyyәlәrini vә sair müxtәlif sifәtlәrini
mәrhum mirzә artıq mәharәtlә tәhrir
qılıbdır. Demәk olar ki, Mirzә Fәtәli bu
vaxtacan gizlindә, qara pәrdәlәr altında vә zülmat
içindә yaşayan ana-bacılarımızın
üzәrinә bir işıq qapısı
açıbdır; onların nicat vә sәadәti
üçün yol göstәribdir. Müsәlmanlar
üçün tәzә bir alәm kәşf edibdir
ki, onsuz diriliyimiz, tәrәqqi vә sәadәtimiz
qeyri-mümkündür.
Mirzәnin müsәlman arvadlarını
sәhneyi-tamaşaya gәtirmәsi, әlbәttә,
müasirlәrinә xoş gәlmәzdi. O
cәhәtә ona gizlindә vә aşkarda
lәnәt oxuyub, olmazın sözlәri haqqında
deyirdilәr.
Möhtәrәm Әbdürrәhim
bәy Haqverdiyev «Xәyalat» adı ilә yazdığı
әsәrindә Hatәmxan ağa ilә Mirzә
Fәtәlinin arasında vüqua gәlәn nizavü
davanı tәhrir qılıb, Hatәmxan ağanın
dilindәn deyir: «Hәlә bunlar hamısı dursun
kәnarda, sәn mәnim özümü
mәsxәrәyә qoyubsan, bu heç. Bu
övrәt-uşaq ilә nә işin var? Sәn
özün hәrçәnd müsәlmanlıqdan
kәnarsan, amma yenә nә qәdәr olsa, sәnin
qanın müsәlman qanıdır. Heç sәnә
müsәlman ismәtinә toxunmaq yaraşarmı?
Qardaş, niyә mәnim övrәtimin,
qızımın adını camaat bilsin? Eyib olsun sәnin
üçün, çox eyib olsun!»
Hatәmxan ağa nәinki öz
arvad-uşağının sәhnәyә
çıxmağına, hәtta qeyrilәri onların
adlarını bilmәyә dә razı deyil. Belә
şeylәr onun qeyrәt vә namusuna toxunur, onu xalq
içindә bәdnam edir. Bunların cümlәsinә
yenә haman bidin, lamәzhәb mirzә sәbәb
olubdur.
Bu da mәişәtimizdә yeni bir
«reforma», tәzә bir dәgişirilik, tәzә
adәt vә qanun.... Bu yolda dәxi mirzәnin
çәkdiyi cәfalar, eşitdiyi föhşlәr
vә nalayiq sözlәr vә hәr qisim
tәnәlәr hәdsiz vә hesabsızdır vә
tәqrirә gәlәsi deyil....
Diqqәt yetirmәli burasıdır ki,
mәrhum Mirzә Fәtәli komediyalarında
yazdığı arvadların cümlәsi qeyrәt, namus,
ismәt vә hünәr sahiblәridir. Bu komediyalarda bir
arvad nәzәrә gәlmәz ki, bihәya,
bacarıqsız vә yasar olsun. Bәzilәrinin öz
kişilәrindәn zirәk vә bacarıqlı
olmaqları müşahidә olunur.
Mirzә Fәtәlinin tәsnif
qıldığı altı komediyalarının ancaq
birindә -- «İbrahim Xәlil kimyagәr»dә arvad
tayfasından bәhs olunmur. Yerdә qalan beş
komediyaların hamısında kişilәr ilә arvadlar da
bәrabәr sәhneyi-tamaşaya gәlib, öz
fikirlәri, işlәri vә dolanacaqları ilә bizi
tanış edirlәr. Sözümüzü sübuta
yetirmәk üçün mәtlәbә bir az tulü
tәfsil vermәk lazım gәlir.
Mirzә Fәtәli komediyalarında
hәyat sәhnәsinә gәtirdiyi arvadlar
bunlardır:
1. «Müsyö Cordan» tәmsilindә
Hatәmxan ağanın arvadı Şәhrbanu xanım.
Hәr cәhәtdan öz kişisi Hatәmxan ağadan
qoçaq, cürәtli vә bacarıqlı olduğu
görünür.
Şahbaz bәy -- ki, Hatәmxan ağanın
qardaşı oğludur vә qızı
Şәrәfnisa xanımın nişanlısıdır,
-- istәyir hәkimi-nәbatat Müsyö Cordan ilә
Paricә gedib, orada firәng dilini öyrәnsin vә
mәrifәt kәsb etsin. Şәhrbanu xanım
Şahbaz bәyin bu fikrindәn duyuq düşüb
istәyir mane olsun. Qeyz ilә Şahbaz bәyә deyir ki,
«Sәn azıb yolundan vә izindәn çıxıbsan.
Heç vaxtı Paricә gedә bilmәzsәn. Sәn
istәyirsәn gedib orada üzüaçıq
gәzәn firәng arvadları ilә vaxtını
keçirәsәn vә gülüzlü balamı
gözüyaşlı qoyasan?! Müsyö Cordana bir toy tutaram
ki, gәldiyi yolu da azar vә Parici dә unudar».
Hatәmxan ağa Şәhrbanu xanım
ilә bacarmır vә Şahbaz bәyin Paricә
getmәyi baş tutmur. Komediyanın axırında
Xanpәri nәnә deyir: «Eh, xanım! Әgәr
kişilәrin ağlı var, niyә biz onları hәr
qәdәmdә min yol alladırıq vә öz
bildiyimizi edirik?!»
2. «Hekayәti-xırsi-quldurbasan»da Namazın
arvadı Zalxa Bayramın işini düzәltmәkdә
vә tәdbir tökmәkdә artıq
dәrәcәdә ağıl vә fәrasәt
büruz edir. Axmaq, qorxaq vә bivec Tarıverdini alladıb
yoldan çıxardır vә bacarmadığı
işә, yәni quldurluğa göndәrir. Zalxa bu
barәdә fikirlәşib öz-özünә deyir:
«Vallah, әgәr Tarıverdi mәnim
sözlәrimdәn quldurluğa getsә,
biçarәnin heç tәqsiri yoxdur. O neylәsin ki, bu
viran olmuş ölkәnin qızları quldurluq, oğurluq
bacarmayanı sevmirlәr. Divanbәyiyә deyәn yoxdur
ki, niyә biçarә gәdәlәri oğurluqdan
vә quldurluqdan ötrü incidirsәn? Bacarırsan,
ölkәmizin qızlarına qadağan elә ki, quldur
olmayan oğlanlardan zәhlәlәri getmәsin. Onda
mәn zamin ki, qurd qoyun ilә otlaya».
Zalxanın bu sözlәrindә olan
doğruluğa şübhә yoxdur. Qız tayfasının
sevdiyi oğlan gәrәkdir qoçaq vә zirәk
olsun, aciz vә qorxaq kişini ünas tayfası dost tutmaz.
Xüsusәn, keçmiş әsrlәrdә, bas-tut,
vur-öldür әyyamında qızın sevdiyi ancaq
rәşid, qoçaq, quldurluqda adı çıxan
oğlan olarmış.
Haman bu komediyada sadә bir kәndçi
qızı Pәrizadın cavan vә qoçaq Bayrama olan
tәmiz eşqi vә eşqindә göstәrdiyi
dәyanәt vә sәbat adamı heyrәtә
salır.
3. «Hekayәti-mәrdi-xәsis»dә
Hacı Qaranın arvadı Tükәzin әrindәn min
kәrә qoçaq, ağıllı vә yaxşı
olmağı görünür. Tükәz öz әri
Hacı Qaraya deyir: «Sәn xәsis, ölmәli murdarsan.
Sәndәn ömründә bir kәs bir xeyir
görmür. Uşaq aşıq yığan kimi, sәn dә
pulu yığmısan. Boğazın elә qurusun ki, su da
ötmәsin!...» Hacının acizliyini vә
qorxaqlığını zikr edib deyir: «Bu yaraqların
iyirmisini üstünә taxsan da, mәn arvadlığım
ilә yenә sondәn qorxmaram!...»
Hәmçinin bu «Mәrdi-xәsis»
tәmsilindә gözәl, ağıllı vә
dәyanәtli Sona xanım naçalnikә zamin olub,
nişanlısı Heydәr bәyi hәbsdәn vә
bazxastdan xilas edir vә onu әyri yola getmәkdәn
daşındırır.
4.
«Sәrgüzәşti-vәziri-xani-Sәrabi»dә
vәzirin hәrәmlәri Ziba xanım vә
Şölә xanım vә qaynanası Pәrixanım
sadәdil vәzirin başına kәlәk
gәtirirlәr; onun başına badya geydirib Teymur bәyi
evdәn çıxardırlar. Arvadlar biri-birini
günülәyir, bir-birinin üstünә şәr
atır, bir-birinin ayağından çәkir, amma öz
sahiblәrinә xәyanәt göstәrmirlәr.
Nә Şölә xanımın vә
nә Ziba xanımın Teymur ağa ilә gizlindә
heç bir әlaqәsi yoxdur. Şölә
xanımın qız bacısı Nisә xanım
hökumәt vә dövlәt sahibi olan xana getmәk
istәmәyib, can-dildәn sevdiyi Teymur ağanı ona
tәrcih verir. Zülm vә mürüvvәtsizlik
müzmәhill olub, haqqü әdalәt onlara qalib
gәlir.
5. «Mürafiә vәkillәrinin
hekayәti»ndә Sәkinә xanım o qәdәr
mәtanәti-qәlb, cürәt, әqlü tәdbir
göstәrir ki, adamın ağlı heyrәtdә
qalır ki, nә sayaq elm vә tәrbiyә
görmәmiş bir yetim qızda bu qәdәr kamal,
mәrifәt vә dәrrakә olsun.
Bir tәrәfdәn qardaşının
mütәdәn dul qalmış arvadını Tәbrizin
şeytan fikirli mürafiә vәkillәri әldә
dәstaviz edib, ondan irs tәlәb edirlәr, bir
tәrәfdәn Ağahәsәn tacirbaşının
hiylәvü dәsisәlәri onu rahat qoymur,
üçüncü tәrәfdәn onun
şöhrәtpәrәst bibisi Zibeydә xanım
istәyir onu könülsüz tacirbaşıya versin.
Hәr tәrәfdәn bәdxah,
mühil vә tamahkar adamlar.... Sәkinә xanım bu
qәdәr hiylәsazların vә tamahkarların
hücumundan özünü itirmәyib, vәsfә
gәlmәyәn hünәrlәr zahir edir vә
düşmәnlәrinә qalib gәlir, bibisinә
açıq deyir ki, «Mәn Ağahәsәnә getmәyәcәyәm.
Zira ki, o nadürüst oğlu altmış min tümәn
adın eşidib, onun üçün mәni
istәmәyә talib olubdur. Yoxsa o, mәni sevdiyindәn
ki, almaq istәmir! Әgәr o, mәni alan idi, niyә
qardaşım sağlığı heç bir ağız
açmadı?»
Sәkinә xanım Ağahәsәnin
özünә dә deyir ki, «Mәn sәnә
getmәyәcәyәm!»
Ağahәsәn deyir: «Xanım,
mәndәn nә tәqsir sadir olubdur ki, mәni
özündәn uzaq edirsәn?» Sәkinә xanım
cavabında deyir ki, «Heç tәqsir sadir olmayıbdır.
İndi mәn özüm öz vәkilimәm. Mәn
sәnә getmәk istәmirәm; mәn sәni
sevmirәm. Könülә ki, güc yoxdur?»
Ağahәsәn deyir: «Xanım, bu söz
sәnә çox zәrәr gәtirәr, belә
buyurma!»
Sәkinә xanım cavabında deyir:
«Hәr nә bacarırsan, elә, әlindәn
gәlәni әsirgәmә, әsirgәsәn,
namәrdsәn!»
Ağahәsәn axırda daralıb
dürüştlük ilә deyir: «Yaxşı!
Sәnә mәn oyun tutum ki, dastanlarda deyilsin.
Өlәnәdәk dadı damağından
getmәsin!»
Sәkinә xanım deyir: «Get!
Sәndәn qorxan sәndәn әskikdir,
әlindәn gәlәni beş qaba çәk!»
Axırda Sәkinә xanım
müddәilәrinә qalib gәlib cümlәsini
mәyus vә mәhkum etdirir.
Bu minval üzrә oxucular özlәri
görürlәr ki, Mirzә Fәtәlinin
tәmsilatında zikr olunan arvadlar aciz vә bacarıqsız
adamlar deyillәr, bәlkә onların әksәri
kişilәrdәn qoçaq vә
hünәrlidirlәr.
Әlbәttә, bu qisim aqilә vә
cәmilә arvadların sәhneyi-tamaşaya
gәtirilmәsi sәbәbsiz deyil. Mirzә
Fәtәli altmış sәnә bundan müqәddәm
öz müasirlәrinә göstәrir ki, sizin
içinizdә belә gözәl canlar, belә mamuslu
vә qeyrәtli ana-bacılarınız, etibarlı
arvadlarınız vardır. Vәli siz onları vücud hesab
etmәyib, hәr qәdәmdә hüquq vә
ixtiyarlarını tapdalayırsınız; haqsız incidib,
xarü zәlil edirsiniz vә belә cahilanә
hәrәkәtinizdә mәişәtinizi pozğun
edib, özünüzü vә nәslinizi
fәlakәtә salırsınız....
Mirzә Fәtәli Axundovun komediyaları
bunlardır:
1. «Hekayәti-Molla
İbrahimxәlil kimyagәr». Keyfiyyәti dörd
mәclisdә bәyan olub itmama yetir. Tәsnif olunubdur
hicrәtin 1267-ci tarixindә.
2. «Hekayәti-müsyö Cordan
hәkimi-nәbatat vә dәrviş Mәstәli
şah mәşhur cadugәr». Tәmsili-güzarişiәcib.
Keyfiyyәti dörd mәclisdә bәyan olur.
Yazılıbdır 1267-ci sәnәdә.
3. «Hekayәti-xırsi-quldurbasan». Keyfiyyәti
üç mәclisdә bәyan olub itmama yetir.
Yazılıbdır 1268-çi sәnәdә.
4.
Sәrgüzәşti-vәziri-xani-Sәrab». Tәmsili-güzarişi-әcib.
Keyfiyyәti dörd mәclisdә bәyan olub itmama yetir.
Yazılıbdır hicrәtin 1267-ci sәnәsindә.
5. «Sәrgüzәşti-mәrdi-xәsis
-- Hacı Qara». Tәmsili-güzarişi-әcib.
Keyfiyyәti beş mәclisdә bәyan olur.
Yazılıbdır 1269-cu tarixdә.
6. «Mürafiә vәkillәrinin
hekayәti şәhri-Tәbrizdә». Qәribә bir
tәmsildir. Keyfiyyәti bәyan
olur üç mәclisdә. Yazılıbdır
1272-ci tarixdә.
Әdәbiyyatın bu növü Mirzә
Fәtәli kimi qabil әdibin qәlәmindәn
әvvәlinci dәfә olaraq Azәrbaycan
türklәrinin arasında vücuda gәldikdә
cümlәni heyrәtә salır. Mirzә
Fәtәlinin zamanına kimi bu qisim әsәrlәr,
yәni komediyalar müsәlmanlar arasında
görülmәmişdi.
Bu әsәrlәri mütaliә
etdikdә guya hәr kәs özünü,
qohum-qardaşını vә dost-aşnasını vә
filcümlә әtrafında dolanan adamları görür,
onlar ilә danışır, söhbәt edir....
Әvvәlinci imtahan, o da belә kamil
vә gözәl surәtdә, eybdәn xali, qüsurdam
uzaq, nәzafәt vә mühәssәnat ilә dolu;
Azәrbaycan türklәrinin dolanacağının,
adatü adabının hәqiqәt göstәrici bir
aynası.
Әlhәqq bu komediyalar xәzinә
malıdır. Әrbabı nәzәrindә bunlar
üçün qiymәt bulunmaz. Odur ki, bu komediyalar
sәhneyi-tamaşaya qoyulduqda vә çapdan
çıxdıqda hamının fikrü diqqәtini öz
tәrәfinә cәlb edir.
Әcnәbi qövmü tayfalarının
gözü önündә tәzә bir dünya
açılır. Bizim mәişәtimizin vә
dolanacağımızın üzündәn Mirzә
Fәtәli pәrdәni çәkib, bizim
varlığımızı vә hәyatımızı
dünyaya kәşf edir. Ol sәbәbdәndir ki,
Mirzә Fәtәlinin komediyaları hәlә türk
dilindә çapa verilmәmiş rus dilinә
tәrcümә olunaraq 1853-cü tarixdә -- ki,
hicrәtin 1269-cu sәnәsinә mütabiqdir, --
tәbdәn çıxır[8]. Bu komediyaların
şöhrәt vә sәdası sürәtlә
hәr yerә dağılır, onların barәsindә
rus vә Avropa dillәrindә çıxan curnal vә
qәzetlәrdә gözәl mәqalәlәr
yazılır, hәr yerdә onların tәrifi olunur.
Çox çәkmir ki, Axundovun komediyaları İran
mәmlәkәtindә dә şöhrәt kәsb
edir. Şahzadә Cәlalәddin Mirzәnin sәrkatibi
(sekretarı) Mirzә Cәfәr onları türkdәn
fars dilinә tәrcümә edib Tehranda çapa verir.
Heyfa ki, bu tәrcümә indi nadir tapılan
әsәrlәrdәn olubdur.
[8]- Mirzә Fәtәlinin komediyaları «Aldanmış
kәvakib» ilә bir yerdә türk dilindә ancaq
altı il rus çapından sonra -- 1859-cu sәnәdә
tәb olunur.
Avropa üdәba vә lisaniyyunu bu
komediyalardan bәzini öz dillәrinә
tәrcümә ediblәr. 1882-ci sәnәdә
İngiltәrәdә «Sәrgüzәşti-vәziri-xani-Sәrab» tәmsili ingilis dilinә
tәrcümәsi ilә bir yerdә çapdan
çıxır. Bu tәrcümәyә әlavә
olaraq mәxsus lüğat vә bir para qeydlәr
qoşulur.
1886-cı tarixdә mәşhur әdib
Varbie de Meunard! Paricdә «Yournal Asiatigue» adlı
cәridәdә «Hekayәti-İbrahimxәlil
kimyagәr»i çap elәyir.
1889-cu ildә Stokholm lisaniyyun
cәmiyyәtinin curnalında
«Hekayәti-xırsi-quldurbasan» tәb olunur vә haman
sәnәdә Alfons Silyer (Alfons Cillere) ismindә bir
şәxs fars dilindә «Vәziri-xani-Sәrab» ilә
«Mürafiә vәkillәri»ni çap etdirir. Vә
yenә haman sәnәdә Vyana şәhәrindә
professor Vurmund «Hәkimi-nәbatat müsyö Cordan»ın
fars dilindәki tәcrümәsini lüğatı
vә bәzi qeyd vә bәyanatı ilә
mәәn çap etdirir. Vә hәmçinin 1882-ci
sәnәdә Tiflis şәhәrindә Nikolay Qulak
ismikdә bir şәxs ki, әlsineyi-Şәrqiyyәyә,
xüsusәn fars dilinә dara idi, Mirzә
Fәtәlinin komediyalarını nemsә dilinә
tәrcümә edir[9].
[9]-Mәlum ola ki, Qulak sabiqdә Tiflisdә
әvvәlinci gimnaziyada nemsә dilinin müәllimi idi.
Sonradan artıq sinnә dolmağa görә, qulluqdan
çıxıb, әdәbiyyatla mәşğul
olardı. Hәkim Xәyyamın «Rübaiyyat»ını
vә Füzulinin «Leyli vә Mәcnun»unu nәzm ilә
rus dilinә tәrcümә edirdi. O
tәrcümәlәrdәn bәzilәri
«Kәşkül» qәzetindә hissә-hissә
dәrc olunardı.
Mәrhum Mirzә Fәtәli Axundov
yuxarıda zikr olunan komediyalardan başqa tarixi-islamiyyәnin
1273-cü sәnәsindә-- ki, miladın 1857-ci ilinә
mütabiqdir,--«Aldanmış kәvakib» vә yaxud
«Hekayәti-Yusif şah» adında qәribә bir
hekayәt yazıbdır. Bu qәziyyәnin vüquu
sәfәviyyә padşahlarından Şah Abbasın
zәmani-sәltәnәtinә tәsadüf
elәyir. Bu tәәccüblü әhvalatın
İran-zәmindә hәqiqәtdә vaqe olub, ya
olmamağına söz verә bilmәrik. Amma
yәqinәn deyә bilәrik ki, bu qisim әhvalat vә
qәzayat orada baş verә bilәr. «Aldanmış
kәvakib»dә Mirzә Fәtәlinin ümdә
mәtlәbi İran vәzirlәrinin sәyahәt
vә avamlığını vә öz ali
mәnsәblәrinә әsla layiq olmamaqlarını
göstәrmәk imiş.
İnsafәn bu mәtlәbi
müsәnnifi-mәrhum böyük mәharәt ilә
bәyan edibdir. «Aldanmış kәvakib»i oxuduqda
yәqinlik hasil olur ki, İran kimi böyük bir
dövlәtin viran olmağına,
«dövlәti-әliyyәnin» belә zәif vә
nәhif hala düşmәyinә
«ümәnayi-dövlәt» vә «ülәmayi-giram»
vә «vüzәrayi-zülehtiram» olublar. Bu rәy vә
qövlün haqq vә doğru olmağını Şah
Abbasın müqәrrәb vәzirlәri vә
әrkani-dövlәt onun hüzurunda
lisani-bәlağәtsәnci ilә sübuta
yetirirlәr. Onlardan hәr biri öz qәbahәt vә
sәfahәtlәrini kәmali-iftixar ilә bәyan
edir.
Qәdim şövkәtli vә
әzәmәtli İranı xarab edәn vә
pozğun hala salan vüzәra cahilanә işlәrini
vә tәdbirlәrini hüsni-xidmәt vә
böyük hünәr mәqamında qoyub,
dövlәti-әliyyәyә sәdaqәtlә
xidmәt etmәklәrini sübuta yetirmәk
istәyirlәr. «Aldanmış kәvakib»i oxuyandan sonra
Mirzә Hüseyn xanın mәrhum Mirzә Fәtәli
Axundova nisbәt büruz etdiyi büğzü әdavәt
hansı mәnbәdәn cuş etmәyi vazeh olur.
Axundovun komediya yazan müsәnniflәrә
vә hәqiqi әdibә mәxsusi olan
qabiliyyәtlәrindәn birisi dә budur ki, mәrhum
öz tәmsilat vә hekayәtlәrindә
әhvalatı vә keyfiyyәti söylәnәn
adamların hәr birini öz dili ilә
danışdırır.
Әkinçidәn tutmuş vәzirә
vә padşaha kimi hәr hansı sinfin dilindәn söz
açırsa, elә bir sayaqda söylәyir ki, guya
müsәnnif haman o sinfin vә dairәnin
özündәndir vә yainki onların sözlәrini
eşitdikcә bir-bir sinәsinә yığıbdır.
Bu qabiliyyәtdәn әlavә Mirzә
Fәtәlinin dilindә artıq dәrәcәdә
nәmәkrizlik, zarafat vә şirinlik var. Hәr
kәs onun kәlamını oxuyur isә, könlü
açılır vә dodağı altında
öz-özünә gülür. Mirzәnin
tәbiәtindәn zövqü xoştablıq mayası
vә yaranmasında zarafat vә lәtafәt
xәmirәsi olduğu üçün hәmişә
onun meyli zarafatçı, lәtifәku vә
güşadәqәlb adamlar ilә imiş.
Mәzәçilik vә zәrifanә
danışıb-gülmәk onun tәbiәtinin
tәqazası olduğu üçün bәzi
işlәri vә danışıqları dәxi
başdan-ayağa gülünc vә zarafat imiş. Onun
bamәzә işlәrini vә dilindәn
söylәnәn lәtifәlәri vә
türfә sözlәri cәm etsәk, gözәl bir
kitabça әmәlә gәlәr.
Şah Abbasın vәzirlәri
padşahın hüzurunda ulduzların
sәdәmeyi-üzmasını dәf etmәk
üçün artıq vüqar vә tәmkin ilә
danışdıqları sözlәrә diqqәt
yetirilsә, haman sözlәrin tamamisi boş vә
bimәzmun vә mayeyi-istehza olmağına şübhә
qalmaz. Belә ki, sәrdar Zaman xan özünün
sahibi-әqlü tәdbir olmağını hüzzari-mәclisi-xassәyә
bәyan etmәk üçün әsla
mәtlәbә dәxli olmayan Osmanlı qoşununun
İran üstünә hücumundan söz açıb
deyir: «Әgәrçi bizim qoşunumuz hesab vә
әdәdcә tayifeyi-osmaniyyәdәn kәm deyildi,
nәhayәt, mәnim heyfim gәldi ki, firqeyi-naciyәnin
qoşununu güruhi-zallәnin müqabilindә
tәlәfә verdirәm. Ona binaәn әmr etdim ki,
Osmaniyyә sәrhәddindәn ta
nәhayәti-mülki Azәrbaycan tamam dehatın
ziraәtini xarab etsinlәr vә yolları pozsunlar.
Vәqti ki, Bәkir paşa (Osmanlı
әskәrlәrinin sәrkәrdәsi)
sәrhәddimizә daxil oldu, әgәrçi
müqabilindә bizim qoşundan bir nәfәr görmәdi,
amma yollar bir mәrtәbәdә xarab olunmuşdu ki,
әsla özü ilә topxana gәtirmәyә qadir
olmayıb, ancaq atlı vә piyadası ilә
әnvai-zәhmәtdәn sonra Tәbrizә varid oldu
vә hәr tәrәfә dәstәlәr göndәrib,
zәxirә tәhsilinә iqdam etdi. Әlinә
bircә hәbbә vә bir öküz vә qoyun
düşmәdi. Naçar üç gündәn sonra
üftanü xizan, ac vә әfsürdә
Tәbrizdәn kusi-rehlәt döyüb qaçdı. Bu
tәdbir ilә mülki-İran tayifeyi-biganәnin
hücumundan mәhfuz qaldı.
Yolları pozmaq vә körpülәri
yıxmaq bir mәrtәbәdә tәdbiri-müfid
göründü ki, dövlәti-әliyyә Bәkir
paşanın qaçmağından sonra dәxi belә
sәlah gördü ki, onları hәmişә bu
qәrarda baqi qoysun, dübarә bu tayifeyi-biganәnin
ehtiyatı ilә. Bu tәriq ilә
dövlәti-әliyyәnin qoşunundan bir
nәfәrin dәxi burnu qanamayıb,
әsagiri-mәnsurәnin cümlәsi hәmsayә
düşmәnlәrin vәhşәti
üçün salim qaldı. Belә işlәr
xüsusunda astaneyi-әliyyәnin qoca iti tәdbir
göstәrmәkdә aciz deyil. Amma kәvakib ilә
müxalifәt etmәkdә ağlım hәr bir
әlacdan qasir görünür».
Sәrdar Zaman xanın bu gunә öz
hüsni-xidmәtlәrini tәrif etmәyi,
ağıllı vә tәdbirli
binagüzarlıqlarını vәsf qılmağı
doğrudan da adama gülünc gәlir;
«әsakiri-mәnsurә» «güruhi-zallә»nin hücumuna
davam gәtirә bilmәyib qaçır. Vәtәnin
uğrunda, onun mühafizәsi üçün bir damcı
da qan tökülmür. Bu heç.... Mәqami-heyrәt
burasıdır: öz әllәri ilә vәtәnin
viran olmağı, әkinçilәrin ziraәti, bağbanların
bağü bostanları dağılıb altı-üstә
çevrilmәyi, malü mәvaşinin
pәrakәndә olması; yolların
xarablığı, körpülәrin uçurulub
dağılmağı kәmali-iftixarla şahın
hüzurunda söylәnir vә bu sözlәrdәn
padşahın «astaneyi-әliyyәnin qoca iti»nә әsla
qәzәbi tutmur. Bu çox qәribә haldır!...
Sәrdari-rövşәn zәmirin tәdbir vә
sәlahdidi ilә yolların dağınıq vә
körpülәrin uçuq halda qalmağı bir
dәrәcәdә sәlah göründü ki,
onları bu qәrarda baqi saxlamağa hökm olundu, zira ki,
tayifeyi-biganәnin hücumundan ehtiyatda olmaq lazımdır.
Hәqiqәtdә hәm gülmәli
vә hәm ağlamalı haldır!...
Ümuri-mәmlәkәt belә şәxslәrin
ixtiyarında olduğu әsnada abadiyi-vәtәn vә
tәrәqqiyi-mәmlәkәt, әlbәttә,
qeyri-mümkündür:
Xanemani ke, to başi mәhrәm,
Vay bәr siyrәte-an әhle-hәrәm.
Hәmin bu qәrar üzrә
«mәclisi-xassın» sair üzvlәri dәxi -- ki,
ibarәt olsun vәzir Mirzә Möhsündәn,
müstövfi Mirzә Yәhyadan vә mollabaşı
Axund Sәmәddәn --öz әhmәqanә
tәdbirlәri ilә vә xilafi-әqlü qanun
әmәllәri ilә qoca vә şöhrәtli
İranı belә fәna hala salmaqlarını,
әhaliyә hәddindәn ziyadә zülm
etmәklәrini, dini-paki-Mәhәmmәdini pozub,
başqa bir hala salmaqlarını iftixar ilә şәrh
qılıb hәmaqәt vә sәfahәtlәrini
bәyan edirlәr. Әgәr doğrudan da işin
künhünә diqqәt yetirilsә, İranın viran
olmasına vә bundan sonra onun bir dә hәyat vә
ricәtinә ümid qalmamasına ümdә
sәbәb tamahkar, şöhrәtpәrәst,
dünyadan bixәbәr, avam vә cahil vüzәra ilә
ülәma olublar.
Mәrhum Mirzә Fәtәli Axundov öz
zamanının fәridi vә ürәfavü
üdәba dairәsinin ruhu mәqamında imiş,
Cümlә әhli-qәlәm vә sahibi-elmü idrak
ilә tanış imiş; cümlә şüәra
vә üdәbaya ol mәrhumun hüsni-tәsiri
keçibdir. Necә ki, sabiqdә zikr olundu, onunla Qarabağın
müqtәdir şairi Qasım bәy «Zakir»
tәxәllüsün mabeynindә dostluq vә
yaxınlıq var imiş vә bu dostluğa ümdә
sәbәb hәr iki әdib vә şairin
qәlәmi, türfә kәlamı vә
tәblәrindә olan zәrafәt vә
nәzakәt olubdur.
Zakir Qarabağ mahalında vüqua
gәlәn әhvalat vә güzarişatdan vә orada
sakin olan nücәba, ürәfavü ülәma sinfinin
әfalü әmalından vә xususәn divan
әmәlәsinin bәd vә bihesab
işlәrindәn, elat vә dehat әhlinin
dolanacağından vә
tәrzi-mәişәtindәn mәlumat tonlayıb,
vaxtbevaxt sadә vә gözәl şerlәr vasitәsilә
yazıb dostuna göndәrәrmiş.
Zakirin tәrcümeyi-halını yazdıqda
mәzkur namәlәrdәn nümunәlәr
göstәrmişik; oraya rücu etmәli.
Zakir xalqının dilini vә
dolanacağını çox yaxşı bildiyi uçün
Mirzә Fәtәliyә yazdığı
namәlәrdә özünün hәqiqi milli bir
şair olduğunu göstәrmişdir. Mirzә
Fәtәli isә hәr şeydәn artıq dost
tutduğu öz millәtinin sadә dili vә sadә
dolanacağı olduğu üçün Zakirin bu milli ruhuna
vә milli әdasına artıq dәrәcәdә
әhәmiyyәt verәrmiş vә necә ki,
yuxarıda zikr olundu, bәzilәrin rәvayәtinә görә,
«Hacı Qara» tәmsilatının әslü
binasını vә Mәrdi-xәsisin
keyfiyyәti-halını Mirzә Fәtәliyә
mәrhum Qasım bәy nәql edibdir vә
hәmçinin hәkimi-nәbatat Müsyö Cordanın
sәrgüzәştinә dair bir para tәfsilatı
mәrhum Axundov Zakirin dilindәn yazıbdır. Vәli
Mirzә Fәtәli bu hekayәtlәri qәribә
bir dona geydirib, mislü bәrabәri olmayan komediyalar
vücuda gәtiribdir.
Sabiqdә zikr olunduğu üzrә
mәrhum Mirzә Fәtәli dostluqda artıq
sәdaqәt vә etibar göstәrib, Qasım bәyin
xilası yolunda çox çalışıb vә
axırda onun tәmizә çıxıb
vәtәninә qayıtmağına sәbәb olur.
Bu barәdә Zakir dostunu tәrif edib yazır:
Aşina, müsahib, yaru hәmsayә
Lazımdır yetişә qövrә,
harayә;
Kitabәtin dәyәr
mülki-dünyayә,
Nә hacәt istәmәk simü zәr
sәndәn.
Tәk yaradıb sәni vahidü yekta,
Әxlaqına, әtvarına
mәrhәba!
Neylәmisәn Molla Sәfi, Bәybaba --
Mәmnundu, әzizim, bu qәdәr
sәndәn?
O vilanın yoxdur bu yer tәk pisi,
Tәqәllübü, hәrzәkarı,
xәbisi;
Yaxşı gördüm tamam әhli-Tiflisi,
Razıyam, nәhayәt, biştәr
sәndәn.
Mirzә Fәtәlinin Qasım
bәyә yazdığı namәlәrdәn ancaq bir
mәnzumә әlә düşdü ki, burada dәrc
olunur. Bu mәktubu Mirzә Fәtәli dostu Zakirә
yazıbdır 1271-ci tarixdә mәhәrrәm
ayının ibtidasında Mehdiqulu xanın qızı
Xurşidbanu bәyim Natavan haqqında. Mәktubdan belә
mәlum olur ki, o vaxtları Qasım bәy xan qızına
yaxın imiş. Mirzeyi-mәrhumun yazdığı
qafiyәlәr zarafat tәriqi ilәdir:
Qasım bәy, eşitdim yaxın olubsan --
Xan qızına, axır nәdir bu rәftar?
Edibsәn xubları yüz il imtahan,
Eylәrsәn onlara yenә etibar?
Yeyib otağında şamü naharın,
Kәsdiribsәn yasdığının
kәnarın,
Eşidirsәn şirin-şirii
göftarın,
Kişi, sәnin, vallah, әcәb işin
var?
Dediyin qafiyә ona xoş gәlib,
Qaçan bәxtin indi sәnә tuş
gәlib,
Sevdalı başına tәzә huş
gәlib,
Tәәccüb eylәrәm
büsyarü büsyar.
Sәni pәrivәşlәr salıb bu
halә,
Döndәriblәr әlif qәddini
dalә,
Çәkәrdin onlardan hәmişә
nalә,
Nәdir yenә dildә әzbәr olub
yar?
Xan qızı mәhvәşdir, el bilir,
alәm
Mәhvәşlәr atәşdir, bizik
әqli kәm,
Yüz il xidmәt edә oda bir adәm,
Yenә düşәn dәmdә ona, bil,
yanar.
Xudadan istәrәm versin muradın,
Yamanlığa hәrgiz
çәkmәzәm adın,
Yolunda zәhmәtin, rәnci-ziyadın
Mәn çәkdim, o etdi mәni
şәrmsar.
Өzgә cәfalarım dursun
kәnarә,
Nә lazım hәr birin salmaq
şümarә?
Xeyr işinә onun mәn o diyarә
Şadü xürrәm getdim, qayıtdım
bәs xar.
O qafiyәn mәnә çox etdi
әsәr,
Qalmadı könlümdә ondan bir
kәdәr;
Novcәvandır, tәkdir,
izәdi-davәr
Eylәsin ömründә onu kamkar.
Rәvadırmı çәkә
bixürdü bixab
Bәstәri-möhnәtdә bu
qәdәr әzab?
Duayi-xeyrinә eylәyin şitab
Siz dә mәnim kimi hәr leylü
nәhar.
Belә pәriruyin, heç sәni tarı,
Rәvadırmı qәmdәn sola
üzarı?
Hәm xәlәfdәn xali ola
kәnarı?
Olsun ona mövlam yavәrü qәmxar.
Mәnim var gәrçi bir az günahım,
Sәn get hüzuruna, ol üzrxahım,
Söylә ki, ey şahım, ey
qiblәgahım,
İncimә, gәr etdim şikayәt izhar!
Mirzә Fәtәlinin bu qafiyәlәri
sadә vә rәvanlıqda Zakirin kәlamına
bәnzәyir. Çox ehtimal var ki, Zakirә dәxi bu
şivәdә açıq lisan ilә şer
yazmağı Mirzә Fәtәli öyrәtmiş
olsun. İbtidayi-kәlamda Mirzә Fәtәli
Xurşidbanu bәyimdәn bir azacıq gilayә edib, onun
mirzәyә nisbәt izhar qıldığı
kәmetinalığına işarә edir. Bundan mәlum
olur ki, onların mabeynindә cüzi bir soyuqluq bәhәmә
gәlibmiş. Vәli kәlamın axırında
pakzәmir mirzә öz xәtasını müqirr olub,
dostu Zakirdәn tәvәqqe elәyir ki, xan
qızının hüzuruna gedib üzrxahlıq etsin vә
şikayәt izhar qılmağından rәncidә-xatir
olmasın.
Mirzә Fәtәlinin bu kağızı
Xurşidbanu bәyimin bәstәri-qәmdә
mәrizә olduğu zamanü hala tәsadüf edir
vә yәqinlik hasil olur ki, mirzeyi-mәrhum bu
şerlәri Qasım bәyin kәlamını oxuyandan
sonra yazıbdır. Qasım bәyin kәlamından
belә anlaşılır ki, Xurşidbanu bәyimin knyaz
Xasaya getdikdәn sonra bir müddәt övladı
olmayıb vә övlad ümidi ilә ol mәrhumә
özünә müalicә etdirib ondan naxoş olubdur. Bu
әhvalın haqq vә doğruluğu Zakirin vә
Mirzә Fәtәlinin qafiyәlәrindәn
aşikarәn görünür.
Zakir yazır:
Sipәhri-bәrinin hilalı sәnsәn,
Şәrafәtdә mәlәk
misalı sәnsәn,
Gülşәni-Xәlilin nihalı
sәnsәn,
Barvәr istәrәm xudadәn sәni.
Mәsihi çıxardan
әrşi-alayә,
Salan üftadәlәr başına
sayә,
Yetmişdә İshaqı verәn
Sarayә
Qurtarsın bu rәncü inadәn sәni.
Xan qızının müalicә
etmәyinә işarә:
Çubi-çini nәdir, qiblәsәn,
nәsәn,
Tәәccüb eylәrәm bu
әhvalә mәn;
Dәstgirin olsun Hüseynü Hәsәn,
Fәrağәt olasan cәfadәn
sәni.
Axundov yazır:
O qafiyәn mәnә çox etdi
әsәr,
Qalmadı könlümdә ondan bir
kәdәr,
Nocәvandır, tәkdir, izәdi-davәr
Eylәsin ömründә onu kamgar.
Belә pәriruyin, heç sәni tarı,
Rәvadırmı qәmdәn sola
üzarı?
Hәm xәlәfdәn xali ola
kәnarı?
Olsun ona mövlam yavәrü qәmxar.
Eşitdiyimizә görә, Mirzә
Fәtәlinin burada zikr olunan әsәrlәrindәn
әlavә yenә dә bir çox farsi vә türki
әşarı vardır vә lakin,
mәәttәәssüf, onları әlә
gәtirә bilmәdik vә hәmçinin Rzaqulu xan
«Hidayәt» tәxәllüsün tarixinә
yazdığı tәnqidini vә Tehran şairi «Süruş»
tәxәllüsün qәsidәsinә tәhrir
etdiyi iradları axtardıq, tapa bilmәdik. Bu
әsәrlәri Axundovun möhtәrәm
fәrzәndi Rәşid bәy bizә vәd
etmişdi, heyfa ki, ona da әcәl fürsәt
vermәdi.
Mirzә Fәtәli Axundovun
әsәrlәri әlli-altmış sәnә olar
ki, çapdan çıxıb aramızda intişar
tapıbdır. Vәli onların bizә çәndan
tәsiri keçmәyibdir vә mirzeyi-mәrhumun
qәdri bilinmәyibdir.
Әgәr müsәlmanlar bilümum
vә Zaqafqaziya türklәri bilxüsus o mәrhumun
qәdrini bilsә idik, haqqında bir yaxşılıq
vә ehsanat edәrdik; yadigaranәsi üçün onun
adına mәktәblәr, kütübxanalar, teatrlar
açardıq, stipendiyalar tәyin edәrdik vә bir
çox gözәl işlәrimiz ilә qәdirşünaslıq
vәzifәsini ifa edәrdik. Hәlә ki, meydanda
gözә gәlәn bir şey yoxdur, bәqeyr әzan
ki, 1911-ci tarixdә mәrhum Axundovun tәvәllüdündәn
yüz il keçmәk münasibәti ilә Bakıda,
Tiflisdә vә Zaqafqaziyanın sair
şәhәrlәrindә yubiley tәrtib olunub, onun
komediyalarından bәzilәri sәhneyi-tamaşaya qoyulub
vә xatirinә bir neçәlәri
tәrәfindәn mütәәssir nitqlәr
söylәnib, bununla qәdirbilmәklik vә
haqqşünaslıq vәzifәsi әda olundu.
Bu yubileydә söylәnәn
nitqlәrdә çox böyük vәdәlәr
verildisә dә, çox arzulardan dәm vuruldusa da,
vәli heç birinә әmәl olunmadı. Hәtta
Axundovun әsәrlәrinin -- ki, әlan onlar nadir
tapılır, -- tәzә çapına da şüru olunmadı.
Bu yubileydәn nәticeyi-xeyir olaraq ancaq iki xırdaca
әsәr qaldı. Onlardan birisi möhtәrәm
Әbdürrәhim bәy Haqverdiyevin yazdığı
«Xәyalat»dır ki, bir mәclisdә mәrhum Mirzә
Fәtәlinin yüz illik yubilәsi (yövmi-alisi)
münasibәtilә tәrtib olunmuşdur. İkincisi
hәqirin «Mirzә Fәtәli Axundov»
sәrlövhәsilә yazdığı
risaleyi-yadigaranәdir ki, bu da mәrhumun
tәvәllüdündәn yüz il mürur etmәk
münasibәtilә tәhrir
qılınmışdır[10].
[10]-Mirzә Fәtәlinin yövmi-alisi
münasibәtilә yazılmış mәnzumatdan
bәrgüzidәsi möhtәrәm Abbas ağa Qaibov
Nazirin kәlamıdır ki, aşağıda dәrc
olunacaqdır.
Mirzә Fәtәlinin qәdrü
qiymәtini bilmәdiyimiz üçün onun
әsәrlәrinә dә әhәmiyyәt
vermәdik; onlardan hissә almadıq. Әgәr mirzәnin
yazdıqlarına diqqәt yetirsәydik vә onlara
әmәl etsәydik, әlbәttә, bu
qәdәr tәnәzzül etmәzdik vә bu
qәdәr dalda qalmazdıq. Başlayaq bir-bir sadalamağa:
Birinci bu ki, әgәr әlifbamıza
tәğyir verib hürufatımızı
asanlaşdırsaydıq, oxumaq vә yazmaq alatü
әsbabını qaydaya salsaydıq, tәlim vә tәdrisdә
bu qәdәr çәtinliyә düçar
olmazdıq. Az vaxtda oxumaq vә yazmaq öyrәnib, çox
elmü fәnnlәrә dara olardıq.
Mәktәblәr küncündә cavan vә
gözәl ömürlәr çürüyüb
badi-fәnaya getmәzdi. Bizim içimizdә dәxi
böyük vә mәşhur ülәma vә
hükәma zühur edәrdi; müqtәdir
әdiblәr vә qabil yazıçılar,
şairlәr görsәnәrdi; dilimiz vә
yazımız qaydaya düşüb rövnәq tapardı.
İkinci, Axundov komediyalarında
göstәrdiyi eyiblәrimizә diqqәt yetirib,
onların dәfinә vә islahına
çalışsaydıq, bu qәdәr avam qalmazdıq,
içimizdә, dolanacağımızda müşahidә
olunan küfrü zәlalәt vә xilafi-әqlü
qanun әmәllәr cari olmazdı. Oğruluqdan vә
әyrilikdәn ikrah edib daşınardıq; halal kәsb
dalısınca gedib şәnü hörmәt kәsb
edәrdik; zindanxanalar vә mәhbәsxanalar
müsәlmanlar ilә dolu olmazdı.
Üçüncü, arvadlarımıza
tәlim vә tәrbiyә verib, onlar ilә
hüsni-müamilә etsәydik, hüquq vә
ixtiyarlarını müraat edib zülm etmәsәydik, bu
vaxta qәdәr avam halında qalmazdılar, caduya vә
bitiyә inanmazdılar; övladlarına gözәl
tәrbiyә verәrdilәr; әrlәrinә vә
qardaşlarına çox işlәrdә kömәkçi
olub, mәişәtimizә rövnәq vә
ziynәt verәrdilәr; yaxşı işlәrә
bizi qeyrәtlәndirib, fәna işlәrdәn vә
qәbih әmәllәrdәn
çәkindirәrdilәr, daşındırardılar;
vәtәnpәrvәrlik vә
millәtpәrәstlik vә dindarlıq kimi uca vә
müqәddәs hisslәri bizim qәlbimizdә
oyadıb bәslәrdilәr.
Dördüncü, müsәlman
mәmlәkәtlәrindә, xüsusәn
İranzәmindә ümuri-dövlәtә
mübaşir olan vüzәravü vükәla vә sair
әrkani-sәltәnәt -- ki, Mirzә
Fәtәlinin әsrindәn indiyә kimi gәlib
gediblәr, -- «Aldanmış kәvakib»dә zikr olunan
qüsurlarına diqqәt yetirib
mәmlәkәtlәrinin mәmuru vә sәlahı
üçün sәrfi-himmәt etsәydilәr, Yusif
şah öz müvәqqәti
әyyami-sәltәnәtindә işlәtdiyi
binagüzarlıqları vә tәdbirlәri icra
etsәy-
dilәr, müsәlman
mәmlәkәtlәri hәrgiz belә fәna
vә pozğun hala düşmәzdi vә әcnәbi
millәtlәrin çәngali-tәsәrrüfünә
keçmәzdi. Onlar da sair dövlәtlәr kimi
qüvvәt vә miknәt kәsb edib әmnü
asayiş üzrә yaşardı.
Bu tedad etdiyimiz eyib vә
nöqsanlarımızdan maәda Mirzә Fәtәli
yenә dә bir çox tәsәvvürlәrimizi,
köhnә adat vә ayinlәrimizi istehza tәriqi
ilә öz komediyalarında göstәribdir. Amma onlar bizim
diqqәtimizi cәlb etmәyibdir vә haman köhnә
adәtlәr vә batil әqidәlәr üzrә
yaşamaqda varıq. Mirzә Fәtәlini, necә ki,
lazımdır, biz tanımamışıq vә
әsәrlәrini diqqәt ilә oxuyub
öyrәnmәmişik. O mәrhum öz әsrinin
hәkimi-rövşәnzәmiri vә filosofu olubdur. Onun
kimi dәrin fikirli, dәqiq vә ruhşünas bir
әdib Azәrbaycan türklәrinin arasında bu
vaxtadәk vücuda gәlmәyibdir.
Axundov öz zamanının Tolstoyu vә
Musabәyovu olubdur. Vәli onun qәdri bilinmәyibdir.
Azadә fikirli, saf әqidәli vә
әqli-sәlimә itaәt edici bir vücud olduğu
üçün çoxları onu bidin vә
lamәzhәb adlandırıb tәkfir edәrlәrmiş.
Әqidәsi ucundan onun әn yaxın dostları vә
әqrәbası axırda ondan üz çöndәrib
iba etmişlәr vә vәfatında
tәşyiyi-cәnazәsinә vә namazına bir
kәs gәlmәyib, dörd nәfәr hammal artıq
әhanәtlә ol mәrhumun tabutunu mәzarıstana
aparıb, namazsız, duasız vә tәlqinsiz dәfn
etmişlәr.
İndi dә Mirzә Fәtәli Axundovun
adı zikr olunanda üzlәrini turşaldan saluslar az deyildir.
O cümlәdәn, «Riyazül-aşiqin» sahibi M.
Müctәhidzadә kitabının
dibaçәsindә vәsf qıldığı
İskәndәr bәy Rüstәmbәyovdur ki,
bәndeyi-hәqirin Mirzә Fәtәli Axundovun
tәvәllüdündәn yüz il mürur etmәk
münasibәtilә tәrtib etdiyi risaleyi-yadigaranәni
görüb dә mütәğәyyirhal olmuşdur
vә bizim haqqımızda nasәza sözlәr
söylәmişdir ki, «Mirzә Fәtәli Axundov kimi
lamәzhәb şәxsi yad edib, onun şәnindә
kitab yazan özü dә gәrәkdir mürtәd olsun».
Bilmәk gәrәkdir ki,
İskәndәr bәy Rüstәmbәyov özü
dә әdiblik iddiasında olub, şer vә
qәzәl demәklә fәxarәt elәyir. «Riyazül-aşiqin»
sahibi kitabını onun sәlahdidi ilә tәrtib
qılmışdır vә ol cәnabı bu günә
vәsf edir: «Hicrәtin min üç yüz iyirmi beşindә
bir gün cәnab sәrkar İskәndәr bәy
Rüstәmbәyov -- ki,
cümleyi-әyani-vilayәtdәn
darayi-zәkavәtü mәrifәt [idi] vә iqlimi-danişu
kiyasәtdә vaqeәn İskәndәri-zaman vә
zülmati-Qarabar içrә abaәn cәdd çün
abi-hәyat mәnbәi-cövdü ehsani idilәr, --
hüzuruna müşәrrәf olub, ayineyi-qәlbimdә
müsәvvәr olan müddәamı nişan verdim
vә şәraiti-bәndәliyi yerinә yetirdim.
Mumaileyh isә zәbani-gövhәrnisarı ilә
buyurdular ki, gәrәk bir töxmi-yadigar
mәzrәeyi-ruzigardә әkmәk ki,
әbnayi-vәtәn ondan nәfbәrdar olsunlar vә
mütaliәsindәn [fayda) tәhsil edәnlәr
müәllifinә rәhmәt oxusunlar. Vә bir
mәcmuә yazılmaq gәrәkdir ki, hәr
sәhifәsi qeyrәti-arizi-hur vә hәr sәtri
rәşki-zülfi-qılmani-behişti-biqüsur ola vә
röyәt edәnlәr mail vә qәmlәri zail
olub, bu sözlәrә mütәrәnnim olsunlar:
Vәh-vәh bu nә riyazdır, ey
әndәlibi-can,
Yoxsa behişt qitәsidir olmayır xәzan»
i. a.
Bәli, «iqlimi-daniş vә
kiyasәtdә vaqeәn İskәndәri-zaman vә
zülmati-Qarabağ içrә çün abi-hәyat
mәnbәi-cövdü ehsan» olan Rüstәmbәyov
cәnabları Mirzә Fәtәli Axundov kimi
müqtәdir әdiblәrimizә vә böyük
mütәfәkkir vә reformatorlarımıza lәn
oxuduqda işlәrimiz artıq sürәtlә surәt
tapar, daha tәrәqqi etmәyimizә şübhә
yeri qalmaz....
Beş yüz sәnә bundan
müqәddәm Konstantski sobor ictimaı qәrardadı
ilә Avropada Yan Qusu әqaidi-diviyyәsi vә
azadeyi-әfkarı ucundan oda atıb yandırdılar.
İndi bizim ondoqquzuncu әsrin axırlarında vә
iyirminci әsrin ibtidasında, bu tәrәqqi
dövründә yaşayan millәt vә
camaatımız cәhalәt vә
tәәssübdә Qusun әsrindә yaşayan
fanatiklәrdәn dalda qalmayıblar. Әgәr Mirzә
Fәtәlinin vә Hacı Seyid Әzimin
müasirlәri әlindә ixtiyar vә hökumәt
olsaydı, bilaşübhә, hәr ikisini oda atıb
yandırardılar.
Yan Qus oda atılmazdan qabaq
düşmәnlәrinә xitabәn dedi: «Yüz
ildәn sonra bir laçın uçub gәlәr, onu
tutub yandırmaq sizә müyәssәr olmaz».
Filhәqiqә, Qusun oda atılmasından yüz il
keçmiş mәşhur reformator Martin Lüter gәldi
vә Rim papasları pozğun hala saldığı
hәzrәt İsanın dinini qәllü
qәşdәn tәmizlәyib safa çıxartdı.
İndi görәk Mirzә Fәtәli
Axundovdan vә Hacı Seyid Әzim Şirvanidәn sonra --
ki, onlar müdam avam vә hiylәgәr ruhanilәrin
tәzvir vә fәsadları ilә cәngdә olub,
-- rütbәsiz bu dünyadan getdilәr, müsәlmanların
da Lüteri zühur edib
onları haqqa irşad
qılacaqdırmı?
Mirzә Fәtәli Axundovun yüz illik
yubilәsi münasibәtilә Abbas ağa Qaibzadә
«Nazir» tәxәllüs yazdığı kәlamı
burada dәrc etmәklә onun barәsindә bu
qәdәr yazdığımıza hәlәlik iktifa
edirik.
Kәlami-Nazir:
Ey әdibi-şәhiru bihәmta,
Mayeyi-fәxri-millәti-islam!
Ey xirәdmәndi-arifu dana,
Әhli-fәzlü kәmal, mәrdi-tamam!
Vәtәn övladı cәm olubdu bu
gün --
Ki, sәni layiqincә yad etsin.
Göstәrib izzü ehtirami-bütün,
Sәnә ixlasın izdiyad etsin.
Bu nә xoş gün, nә yaxşı
saәtdir,
Sәni fәxr ilә yad edir millәt;
Vәtәn üçün zәhi
sәadәtdir --
Ki, oxur ruhi-pakına rәhmәt.
Millәtә şahrahi-elm açdın,
Mәrhәba, ey mühәndisi-qadir!
Vәtәnә töxmi-mәrifәt
saçdın
Sәn, ey ustadi-kamilü mahir!
Eybü nöqsani-millәti bildin,
Etdin anı beeynihi tәsvir;
Әmәli-fasidin әyan qıldın,
Ta ki, islahına edә tәdbir.
Yәni yazdın sәn altı tәmsilat,
Bir hekayәt dә mülhәq etdin ona;
Eşidәn onu qaldı valehü mat,
Әl çalıb afәrinlәr etdi
sәnә.
Millәtin müşkülata
uğramağı
Xәtti-müşküldәn olduğun
duydun;
Bilibәn özgә çarә
olmamağı
Xәtti tәğyir üçün
sәn әl qoydun.
Bir әlifbayi-tazә tәrh etdin,
Şivәsi xoş, oxunmağı asan;
Rәsmi-tәlimi zikrü şәrh etdin,
Qoymadın bir qüsuru bir nöqsan.
Mәtlәbi qanmamış әgәr
dә avam,
Sәnә bәrәks getdi
keçmişdә;
Bilmәmiş mәqsәdü
mәramı tamam
Oldu mane sәnә bu xeyr işdә.
Bilmәdi ol ki, fikri batil imiş,
Sәrbәsәr xam imiş
xәyalatı;
Mәhz sәndәn nicat hasil imiş,
Sәn imişsәn açan
mühimmatı.
Vәtәnin borcunu sәn etdin әda,
Qәlbü vicdanın eylәdin rahәt;
Borclu qaldı vәtәn vә leyk
sәnә,
Onu vadar edir bu gün qeyrәt --
Ki, sәnin borcunu әda etsin,
Ta ki, qәlbi tapa onun tәskin
Cümlә evladını nida etsin --
Ki, bu işdә ola şәrikü müin.
Nә sayaq borcu ol әda edәcәk?
Deyә bilmәm onu әlәttәyin;
Şәninә layiq iş bina
edәcәk?
Deyә bilmәm bunu sәrihü yәqin