MİRZӘ HÜSEYN «ZÜLALİ»
TӘXӘLLÜS
Mirzә Hüseyn Zülali әslәn
şirvanlıdır. Tәrcümeyi-halına dair mәlumat
cәm edә bilmәdik. Eşitdiyimizә görә,
Zülalinin nәslindәn Şәmsәddin ismindә
vә Zülalov familiyasında bir şәxs sabiqdә
Gәncә şәhәrindә poçt-teleqraf kantorasında
xidmәt edirmiş. Mumiileyhә kağız göndәrib
Mirzә Hüseynin haqqında mәlumat istәdik, vәli
cavabi-namә gәlmәdi. Zülalinin
әsәrlәrindәn ancaq bir qәzәl tapdıq
ki, zeyldә dәrc olunur:
Qәzәli-Mirzә Hüseyn Zülali:
Gülü gülzarı dünyanın
cәfayi-xarına dәymәz,
Meyi-gülgun xumarı verdiyi azarına
dәymәz.
Ola Qarun tәk gәncin, müsaid olsa iqbalın,
Çәkәn hәsrәt gedәn dәm dövlәtin idbarına dәymәz.
Güzidә mәkulatın lәzzәtin bilmәk fәna üzrә
Bәqa zәqquminin bir qәtrә
zәhrimarına dәymәz.
Әgәr kamil ola ol meypәrәstin
әqli başında,
Gәlib meyxanәnin hәr gün başi
divarına dәymәz.
Qoyub xәllaqını mәxluqdәn
hәr kim dilәr rizqin,
Onun «amәntü billah» etdiyi iqrarına
dәymәz.
Zülali bәzmi-ürfanda әgәr
lafü gәzaf etsә,
İnanman doğrudur göftarı, bu girdarına dәymәz.