MӘHӘMMӘD MӘŞHӘDİ HÜSEYN OĞLU "SӘFA"

 

 

 

 

Mәrhum Sәfa tәvәllüd edibdir Şamaxı şәhәrindә hicrәtin 1268-ci sәnәsindә şәvval ayının ibtidasında[1]. Tәlim alıbdır Şamaxıda müsәlman mәktәbindә. Sәnәti bәzzazlıq olubdur. Tәbi-şeriyyәsi dәxi var imiş. Mütәfәrriq kәlamları olubsa da, özündәn sonra tәlәf olubdur. Artıq bir әsәri qalmamışdır.

 

[1] iyul 1832.

 

Mәlum ola ki, bu haman Sәfadır ki, Şamaxı şüәrası onun adına bir mәnzil bina edib "Beytüs-Sәfa" adı ilә onu tәsmim qılmışdı. Şüәra vә ürәfa oraya cәm olub, şerü qәzәl demәklә vә ruhani söhbәtlә sәrfi-övqat edәrlәrmiş.

 

Sәfa özü qayәtdә gözәl, nazәnin vә qәyur bir oğlanmış. Ona "Qara" lәqәbi qoyulmuşdu, necә ki, әfsәhi-şüәra Hacı Seyid Әzim әksәri-kәlamında ona nisbәtәn imavü işarәlәr yazıbdır. O cümlәdәn:

 

Qadan alım, ay qaragöz, sәnә bu әda neçündür?

Nә üzüqaralıq etdim, mәnә bu cәfa neçündür?

 

Yanağındı lalә nisbәt, dodağın әqiq manәnd,

Bәdәnin sәfidi-safi, bәs adın Qara neçündür?

 

Mәnә ad Qara gәrәkdir ki, mәnim günümdü qara,

Bu adı, vәfalı dilbәr, de görüm sana neçündür?

 

Vә dәxi Seyidi-mәrhum bir qәzәlindә Sәfanın haqqında deyibdir:

 

Sәnsәn bu әsrin, ey büti-ziba, Mәhәmmәdi,

Seyyid hәm astanına kәmtәr Bilaldır[2].

 

[2] Bilal--Mәhәmmәd peyğәmbәrin qulamı.

 

Vә lakin bu biçarә Sәfanın xasiyyәti tünd vә tәbi çәndan mülayim deyilmiş. Şamaxı әhlindәn bir nәfәr Hüseyn nam ilә sözlәşib, aralarında münaziә vüqua gәlmişdi. Bu Hüseyn nam gecә vaxtı onların darvazasına gәlib Mәhәmmәdi evdәn eşiyә çağırıb qәtlә yetirmişdir. Bu faciә hicrәtin 1293-cü sәnәsi mәhәrrәmül-hәramın 3-cü günündә[3] olmuşdu vә Hacı Seyid Әzim әziz dostunun qәtlindәn ziyadә mütәәssir olub demişdi:

 

[3] 30 yanvar 1876.

 

Sәfa berәft degәr came-eşrәtәm beşkәst,

Mәgәr bәraye-mәn, ey pir, bәd doa kәrdi[4]?!

 

[4] Tәrcümәsi:

Sәfa getdi vә işrәt camımı sındırdı

Ey pir, mәgәr mәnim üçün bәd dua elәmişdin?

 

Qәzәli-Sәfa:

 

Bu ahugözlülәr alәmdә hәr sәyyadә ram olmaz,

Vә gәr xud olsa da, kami-dili-aşiq tamam olmaz.

 

Bu nә kam istәmәkdir yardәn hәr lәhzә, ey aşiq,

Mәhәbbәt әhlinә nakamlından qeyri kam olmaz.

 

Sәfayi-kuyini hasil qılıb sәy ilә qurban ol,

Minayi-eşqdә üşşaq üçün böylә mәqam olmaz.

 

Bu gün ki, ol mәhi-namehriban vәslilә xürrәmsәn,

Dolan başına, qurban ol ki, bu fürsәt müdam olmaz.

 

Sәn ey piri-müğan, mey sağәrin gәrçi halal etdin,

Mәgәr kim, yarsız eşq әhlinә sağәr haram olmaz?!

 

Siyasәt eylәsә mәhrulәr, incinmin, müşәxxәsdir,

Siyasәt olmayınca eşq mülkündә nizam olmaz.

 

Edәr mәşuqi rüsva, tәnәdәn ar etmәsә aşiq,

Әbәsdir, ey Sәfa kim, әhli-eşqә nәngü nam olmaz.