MOLLA
MӘHӘMMӘD "ZÖVİ"
Şamaxının
hali-hәyatda olan şüәrasından Molla
Mәhәmmәd "Zövi" tәxәllüs
mәrhum Hacı Seyid Әzimlә müasir olubdur.
Zövinin xatiri Seyidin yanında әziz olmağı onun
öz kәlamından anlaşılır. Necә ki,
şair özünün bir namәsinә xitabәn deyir:
Zövinin
ayağından öpüb kәsbi-ziya qıl,
İzhari-sәna qıl....
Molla
Mәhәmmәd cәnabları Muğanda -- Nәbatinin
vәtәnindә -- Xanlıq kәndindә
mәktәbdarlıq edir. Әşarından nümunә
olaraq bir neçә qәzәllәri burada
yazılır:
Cәzbә
nәdәndi hüsni-dilaradә bilmәdim,
Nәşә
nәdәndi badeyi-hәmradә bilmәdim.
Xaliq deyil
ki, bir şeyә möhtac xәlqdәn,
Nә
rәmz var bu xilqәti-әşyadә bilmәdim.
Bimәrifәt
qәnidi, fәqir әhli-mәrifәt,
Fәqrü
qina nәdәndi bu dünyadә bilmәdim.
Xab
içrә hәr nә görsә, yәqindir
oyanmamış,
Nә
sir var bu alәmi-röyadә bilmәdim.
Nә
gәldiyim mәqamımı, nә getdiyim yerim,
Gәlmәk
bu getmәyә nә var ortadә bilmәdim.
Ağzında
söz deyib danışan şәxsi qanmadım,
Kimdir
baxan bu dideyi-bünyadә, bilmәdim.
Can
özgә, cism özgәdi ya müttәhiddilәr,
Can
hansı cüzvdür tәnü әzadә bilmәdim.
Göz
görmәyәn cәvahiri mәn necә dәrk edim,
Zahirdә
çün nә var bu mәrayada bilmәdim.
Öz
kәsbidirmi, Zövi, cahan içrә nikü bәd,
Ya
hәq veribdi alәmi-mәnada bilmәdim.
Әyzәn
qәzәli-3övi:
Xoş ol
ki, meykәdәdә aşiyanәmiz vardı,
Müdam
qülqüli-meydәn tәranәmiz vardı.
Edәndә
mәscidә dәvәt bizi müәzzinlәr,
Suali
rәddinә yüz min bәhanәmiz vardı.
Xәrabә
mülki zürufü füruş әbavü qәba,
Şәrabә
sәrf elәdik hәr tәvanәmiz vardı.
Әgәrçi
olmuşuq indi әsiri-qeydi-әyal,
Deyildi böylә,
bizim dә zәmanәmiz vardı.
Әgәrçi
Zövi kimi indi xanәbәrduşәm,
Xoş ol
ki, meykәdә küncündә xanәmiz vardı.
Әhibbalarından
cәnab Ağaәli bәy "Naseh"
tәxәllüsә yazdığı bir namәdә
Muğanın xarü xaşakından şikayәt edib,
vәtәni-mәlufu olan Şirvanın gülü gülzarını
hәsrәtlә arzu edir:
Olu, ya
rәb, bu ki, mәn rövzeyi-rizvanә gedәm?
Rahәti-canım
üçün xidmәti-cananә gedәm?
Qurtarıb
mәhbәsi-sәhrayi-Muğan cövründәn
Rәşki-firdovsi-bәrin
sahәti-Şirvanә gedәm?
Xarü
xaşakü qarağani-Muğandan qutarıb,
Gülü
gülzari-Şәmaxidә gülüstanә gedәm?
Qurtarıb
sübhәşümar olmaqdan mәsciddә,
Sәhni-meyxanәdә
nuş etmәyә peymanә gedәm?
Tәngә
gәldim bu riyamәslәk olan zahiddәn,
Ey xoş
ol bәzmi-sәfa, mәşribi-rindanә gedәm?
Mәscid
әhlindә ki, yox zövq, xudaya, nolu bir
Guşeyi-meykәdәdә
mәclisi-ürfanә gedәm?
Zövi
tәk bangi-müәzzindәn olub asudә,
Nәgmeyi-tarü
dәfü bәrbәti-xoşxanә gedәm.
Bunlardan
sәva Zövinin qәzәllәri çoxdur vә
lakin cümlәsini yazmağa ehtiyac olmadığından
yuxarıda zikr olanlara iktifa elәdik.