MOLLA QӘDİR ŞİRVANİ "NACİ"

 

 

 

  

Şamaxı şüәrasının mütәәxxirinindәn olub keçmiş әsr әvasitindә, yәni tarixi-hicriyyәnin 1240--5–ci[1] illәrindә hali-hәyatda var imiş vә Bahar Şirvani ilә neçә dәfәlәr bir bәzmdә olubdur.

 

[1] 1824-1829

 

Bahar onun, elmü kәmal sahibi olmağa görә, xatirini әziz tutarmış. Nacinin әşarü asarından bir çoxu müfti әfәndinin "Mәcmuә"sinә daxil olubdur ki, onlardan әksәri qәzәliyyat qismindәn ibarәt olan şerlәrdir. Bu qәzәllәrdәn Naci әfәndinin mütlәq bir mәslәkdә davam etmәsi anlaşılmır. Onlardan bәzisindә şair ancaq meyi-gülfamdan vә eşqi-yardan bәhs edib özgә babda söz söylәmir vә bu qisim kәlamlarının bir neçәsindә mәtlәbi o qәdәr açıq vә xövfsüz söylәyir ki, onun hәqiqi meypәrәst vә rindi olmasına şәkk qalmır. Mәsәlәn, bir qәzәlindә deyir:

 

Әksi-ruxi-saqi görünür badәdә, oldur

Bais hәvәsim badeyi-gülfamә düşübdür.

 

Eyb eylәmә, ey Nacini meyxarә görәn kәs,

Yengicә kişi şiveyi-islamә düşübdür.

  

Bәzi qәzәllәrindә Naci möminü müttәqi vә hәqiqi müsәlman olmağını bәyan edib nicat vә sәlamәti mәhz ibadәt vә riyazәtdә görüb, haqq-taalanın rәhmәt dәryasına vә intәhasız lütfü şәfәqqәtinә ümid bağlayır. Necә ki, deyibdir:

 

Naciya, rәhmәti-hәqdәn elәmә qәti-rica,

Yox onun rәhmәti dәryasına qәrü sahil.

  

Bәzilәrindә büxlü xәsasәtin zәmmini, sәxavәtü әdalәtin, füqәra halına yanmağın mәdhini tәhrir qılır. Necә ki, bu babda bir qәzәlindә deyibdir:

 

Bir fәqirin halına rәhm eylәmәkdәn yaxşıraq

Әzmi-suyi-baği-cәnnәt eylәsәn yoxdur dәlil.

  

Bir para qәzәllәrindә zahiri ibadәti vә riyai zöhdü tәqvanı nәhy edib tamahkar vә hiylәsaz vaizlәri müttәhim edir. Bir qisim qәzәllәrindә nәfsi-әmmarәni28 vә cifeyi-dünyanı vә hirsü tәmәi, yalançı şöhrәt vә izzәti cümlә fәsadların mayası hesab edib insanın bunlardan xilas olmasını, fәqrü zillәtә tab gәtirmәsini vә hәr işdә sabirü şakir olmasını tövsiyә edir. Vә bir para әşarü kәlamında dünyavü mafihanın fәnavü bibinavü bivәfa olmasını rişteyi-nәzmә çәkib özü hәm talibi-fәna olmasını izhar elәyir vә sufimәslәk olmağını bildirir:

 

Gәr mütii-nәfssәn lafi-mәhәbbәt urmagil,

Xatirindәn etmәsin bu fikrlәr әsla xütur.

 

Masәvanı tәrk edib paku mücәrrәd olmamış,

Eylәmәz mirati-qәlbin feyzi-hәqdәn kәsbi-nur.

 

Naciya, qәflәtdә bey etdim mәtai-ömrümü,

Eşq sövdasında sudim olmadı qәlbi-hüzur.

 

Xülaseyi-kәlam Molla Qәdir Nacinin hәr qisim kәlamları vardır ki, tәmamisini buraya yazmaq ilә qurtarmaz.

  

Nacinin kәlamının çoxusu Füzuli Bağdadinin kәlamının sәbkindә vә nәzirә sayağında tәhrir olunubdur. Nümunә üçün Nacinin qәzәllәrindәn bir neçәsi burada yazılır.

 

Münacat:

 

Ya hәyy ki, yox dәhrdә hәmta sәnә әsla,

Ya hәr dü cahan maliki allah-taala!

Ya әvvәlü axır, ya zahirü batin,

Ya hafizü ya rafei-nöh çәrxi-müәlla!

Ey şamı qılan taleyi-Mәcnun kimi tirә,

Ey rövşәn edәn sübhi misali-ruxi-Leyla!

Mәcmueyi-alәm hәmә möhtaci-nәvalın,

Ey lütf ilә ruzidәhi-әdavü әxilla,

Sal könlümә bir lәmeyi eşqin şәrәrindәn,

Heyvan suyu tәkdir mәnә ol od, dәxi әla.

Hәll et sәnә şükr etmәk üçün әqdi-lisanım,

Qıl ayineyi-tәbimi hәm safü mücәlla!

Tövfiqini hәm Naciyi-naçizә rәfiq et,

Ta kim, qıla bu nüsxәni inşa, edә imla.

 

Qәzәli-Naci Şirvani:

 

Verdikdә mey xәlayiqә ol saqiyi-әzәl,

Yüz şükr ona ki, qoymadı nәşәmdә bir xәlәl.

 

Bir gunә meydir ol ki, içәn huşyar olur,

Qәflәt yuxusu tutmaz onu ta dәmi-әcәl.

 

Zatü sifati-saqini isbat qılmağa

Düşmüş miyani-alәmә yüz bәhs ilә cәdәl.

 

Әni xitab olanda "әlәstü birәbbiküm"[1],

Vәhdәt meyin "bәla" deyibәn çәkdim ol mәhәl.

 

[1] Әlәstü birәbbiküm--mәgәr mәn sizin allahınız deyilәm? Hәdisdir.

 

Ey dil, çәkinmә, bimeyü mәşuq qoyma kim,

Bica rahi-fәnayә gedә ömri-bibәdәl.

 

Hәr kim ki, bәzmi-eşqdә mey nuş qılmadı,

Sudi nәdir әgәrçi yüz il eylәsә әmәl?

 

Meydәn buyurma tövbә mәni-rindә, Naciya,

Tәğyir olurmu hökmi-xudavәndi-lәmyәzәl?!

 

Naci Şirvaninin bu kәlamından aşkar görünür ki, onun tәrif qıldığı mey üzüm suyundan әmәlә gәlәn vә insanın әqlü huşunu başdan çıxarıb, onu bihörmәt vә mәsti-layәqәl edәn mey deyil. O mey vәhdәt vә mәhәbbәti-ilahi meyidir ki, onu çәşid edәn dәxi dә artıq huşyar olub mәnәviyyat alәmindә uca mәqamlara nail olur. Necә ki, deyir:

 

Bir gunә meydir ol ki, içәn huşyar olur,

Qәflәt yuxusu tutmaz onu ta dәmi-әcәl.

  

Müasiri olan әdalәtli vә mürüvvәtli vә әhli-sәxa bir şәxsin haqqında demişdir:

 

Ey cәmii-xislәtin mәmduhü әxlaqın cәmil,

Xәlq ara insafü әdlindәn düşübdür qalü qil.

 

Görmәsin qәm xatirin, olsun vücudun ta әbәd

Xürrәmü sәrsәbz keçdikcә zamanü ayü il.

 

Bir fәqirin halına rәhm eylәmәkdәn yaxşıraq

Әzmi-suyi-baği-cәnnәt eylәsәn yoxdur dәlil.

 

Әhli-dövlәt ol kişidir kim, sәxavәtpişәdir,

Olsa gәr sultan gәdadәn hәm mühәqqәrdir bәxil.

 

Malü әmlakın görüb ücb eylәdi Qaruni-dun,

Çәkdi yer kamına әjdәr tәk anı zarü zәlil.

 

Etdi Fironu qüruri-sәltәnәt dindәn bәdәr,

Qәrq qıldı lәşkәri birlә özün dәryayi-Nil.

 

Sanma istiğna görәn saәtdә bir fәqr әhlini,

Vermә qәm üzrә ona qәm, eylәmә hәmlin sәqil.

 

İnkisari-nәfsdәn әşxasi-safitinәtin

Mәnzili gülzari-cәnnәtdir, şәrabi sәlsәbil.

 

Qissә kutәh, bu zamanın sahibi-dövlәtlәri

Payimali-kibr edәr gördükdә bir mәrdi-zәlil.

 

Türfә könlüm arizuyi-Kәbәni eylәr müdam--    

Kim, onu mәmur qılmış hәzrәt İbrahimxәlil.

 

Cәhd edәrlәr yıxmağa mәhzun könüllәr xanәsin,

Xanei kim, xass öziçün tәrh qılmışdır cәlil.

 

Ey yıxan dillәr evin, gör nә üqubәt gördülәr

Bir evi yıxmaq tәmәnnasında ol әshabi-fil.

 

Naciyi-biçarәni çox xar tutmun fәxr edib,

Cümlә xәlqin rizqinә xәllaqi-alәmdir kәfil.

  

Nacinin bu qәzәlindә çox mәzmunlar vә nazik işarәlәr vardır ki, onlara diqqәt yetirmәmәk olmaz. Şair insanın qәlbinә toxunma[ğı] vә könlünü xarab etmәyi böyük bir günah bilib, ona işarә edir vә әhli-zülmә cavabәn deyir ki, ey dillәr evini dağıdan cәfakarlar, görün bir evi yıxmaq tәmәnnasına düşәn әshabi-filin başlarına nә bәlalar gәldi, sakının qadiri-zülcәlalın әzabından ki, könüllәr onun evlәridir vә heç kәsin onlara xәlәl vә pozğunluq gәtirmәyә ixtiyarı yoxdur. Necә ki, Naci dәxi bu babda deyibdir:

 

Dil әrşi-ilahidir, onu eylәmә tәxrib,

Dәsti-bәşәr ol xanәni tәrmimә nә mümkün.

  

Vә bizim türklәrin arasında atadan qalma söz vardır ki, deyirlәr: "Kәbә yıxmaq bir evdir, könül yıxmaq yüz qandır".

  

Bәs, adam nә qәdәr mülayim vә qeyrilәrin haqqında mehriban vә canfәşan olsa, nә qәdәr alçaq tәbiәtli, tәvazölü, hörmәtli vә qәdirşünas olsa, bir o qәdәr xalq içindә möhtәrәm vә mötәbәr vә allah-taala nәzәrindә әziz vә müqәddәs sayılar. Ol kәsin hәqiqәtdә "mәnzili gülzari-cәnnәtdir, şәrabı sәlsәbil".

 

Vaizi-tamahkar vә riyaşüar haqqında deyibdir:

 

Hәmişә iş sәnә vәzi-xudadır, ey vaiz,

Qәsәm o vәzinә kim, bu, riyadır, ey vaiz!

 

O nasә kim, buyurursan xәtadәn istiğfar,

O sәndә olmasa, әmrin xәtadır, ey vaiz!

 

Mәgәr xәyalına düşmәz "әtәәmrunәn-nas"--    

Ki, felin özgә, sözün ittiqadır, ey vaiz!

 

Cәmaәti ki, qılırsan hәrisi-rәsmi-sәxa,

Bilәn bilir sәnә nә iddiadır, ey vaiz!

 

Sorub ibareyi-xoş xәlqdәn alırsan dil,

İbarәdirmi bu ya dilrübadır, ey vaiz!

 

Görәr cәhәnnәmi hәr kәs ki, gәlsә mәclisinә,

Dәmin xәlayiqә duzәxnümadır, ey vaiz!

 

Kәlami-izәdi dersәn ki, mal edim hasil,

Deyil bu moizә, beyü şiradır, ey vaiz!

 

Zәkatә kim, füqәra malıdır, dikirsәn göz,

Bu hansı mәzhәbü dindә rәvadır, ey vaiz?!

 

Tәmәdәn ötrü tökәrsәn sirişk vәz edibәn,

Tәmә deyil, bu sәninçün bәladır, ey vaiz!

 

Hәmin sәni demәzәm, bu biladә qaziyi-şәhr--  

Sәnin kimi, dәxi çox mübtәladır, ey vaiz!

 

Buyurma Naciyә tövbә şәrabdәn, kәrәm et--   

Kim, ol [riya] mәrәziçün dәvadır, ey vaiz!

 

Mәrhum Hacı Seyid Әzimin belә tamahkar vә xudbin vaizin zәmmindә yazdığı qәzәl bu sayaq başlanır....

  

Mәnәn Nacinin bu kәlamına çox bәnzәyir. Amma Seyidin şiveyi-lisanında vә üslubi-kәlamında başqa bir lәtafәt vardır.

 

Dilbәri-sitәmgәr haqqında deyibdir:

 

Ey rahәti-ruhi-natәvanım,

Bimar gözün fәdası canım!

 

Rәhm et mәni-zarü binәvayә,

Hicran oxun atma, tökmә qanım!

 

Qurbani-kәmani-qaşın olsun

Bu cismi-zәifü natәvanım!

 

Zülfündә könül mәqam tutmuş,

Yox ricәtinә dәxi gümanım.

 

Suzi-dilimә tәrәhhümün yox,

Yetmәzmi sәnә mәgәr fәğanım?

 

Alәm mәnә olsa qәm, deyil qәm,

Lütfün әgәr olsa mehribanım.

 

Hicrin bilә getdi Naciyi-pir,

Sağlıq bilә qal, sәn, ey cәvanım!

 

Әyzәn qәzәli-Naci:

 

Sәbadәn gül üzarın üzrә zülfi-müşkbar oynar,

Gülün yanında guya sünbüli-pürtabdar oynar.

 

Edәn tәhrik ruyindә niqabi-әbrgundurmu

Vә yaxud afitab üzrә gәzәr әbri-bahar, oynar?

 

Sәnin tәk bibәdәl şuxi gәtirmiş әsrә hәft aba,

Nişatü zövqdәn daim fәlәkdә biqәrar oynar.

 

Görüb öz mehrini zail, fәlәk salmış sәnә mehrin,

Dolanur başına yüz şövq ilә leylü nәhar oynar.

 

Niqabın kәşf edib üzdәn әgәr әrzi-cәmal etsәn,

Olub mәczubi-bihuş hәr nә kim alәmdә var, oynar.

 

Yerindәn canü dil oynar kim, içmiş badeyi-vәslin,

Olub sәrmәstü layәqәl, rәqibi-xaksar oynar.

 

Nәsimi-zülfünü bulsa mәşami-Naciyi-xәstә,

Olub pakubü dәstәfşan fәrәhdәn mәstvar oynar.

 

Peyğәmbәrimizin şәnindә deyibdir:

 

Ey pak vücudun sәbәbi-xilqәti-әflak,

Bu qövldә bәsdir mәnә şahid iki "lövlak".

 

Vermiş sәnә izәd o qәdәr rütbeyi-әla,

Yüz il uça, yetmәz o yerә tayiri-idrak.

 

Xak üzrә ki, qoydun qәdәmin, oldu müşәrrәf,

Ötdü fәlәki-әzәmi bu mәrtәbeyi-xak.

 

Alәm hәmә meydani-riyasәtdә әsirin,

Olmuş sәnә şahani-cahan bәsteyi-fitrak.

 

Yox zәrrәcә bir eyb vücudunda sәrasәr,

Xәllaqi-cahan cövhәrini öylә qılıb pak.

 

Gülzari-mәlahәtdә qәdin sәrv, lәbin gül,

Yanında gülü sәrv misali-xәsü xaşak.

 

Gülşәndә ki, hәr gül açılır, sanma sәbadәn,

Eşqi-ruxi-alında edibdir yaxasın çak.

 

Gәr ruzi-әcәl yetsә mәnә müjdeyi-vәslin,

Ol müjdәyә yüz can verәrәm şadü fәrәhnak.

 

Qıl әfv, dәrindә nә ki, tәrki-әdәb etmiş,

Naci kimi yox dәhrdә divaneyi-bibak.

  

Mәrhum Molla Qәdir Nacinin burada zikr olunan kәlamlarından onun tәbi-sәlim sahibi olmağı anlaşılır. Qәzәliyyatdan әlavә müfti әfәndinin "Mәcmuә"sindә bir neçә qәsidәlәr dәxi vardır vә lakin onların burada tәhrir olunması münasib görülmәdi.