MOLLA QASIM ZAKİR

 

 

 

 

Şәki şairlәrindәn Mirzә Fәtәli Axundovun vә qarabağlı Qasım bәy Zakirin müasiri olan Molla Qasım fәqir vә biçiz bir molla imiş ki, öz vaxtında Nuxa şairlәrinin ustadı hesab olunurmuş. Molla Qasımın atası dәxi molla imiş ki, ismi Molla Muraddır.

Molla Qasım Nuxa şәhәrindә Yuxarıbaş mәhәllәdә sükunәt edәrmiş. Tarixi-tәvәllüdü mәlum deyil. Tәlim vә tәrbiyәsi Nuxada atası Molla Muradın tәhti-nәzarәtindә olubdur.

Tәbi-sәlim sahibi olduğu üçün hәr qisim әşarü asar vücuda gәtirmişdi. Şüğlü sәnәti mәktәbdarlıq, mollalıq olubdur vә lakin ol vaxtı mollalıqdan artıq bir mәnfәәt hasil olmadığı üçün kәsbi-mәaş yolunda başqa işlәrlә dәxi -- kümdarlıq kimi --mәşğul olarmış. Mәşhur qövlә görә, şairin dilindә dügün, rәkakәt var imiş. Çox vaxtı danışıq zamanında vә acığı tutanda dili tutularmış. Amma şer söylәyәndә rәkakәtdәn bir әsәr görünmәzmiş. Şeri çox rәvan oxurmuş. Nuxalı Molla Qasım Zakir qarabağlı Qasım bәy Zakir ilә hәmәsr imişlәrsә dә, bir-birini tanımazlarmış. Tәәccüb burasıdır ki, hәr iki şairii isimlәri Qasım, tәxәllüslәri Zakir olubdur. Hәr ikisinin tәblәri mövzun vә zәrif olduğu üçün әksәr ittifaqlarda birisinin kәlamını qeyrisinә nisbәt edәrlәrmiş vә halan ki, әrbabi-fәsahәt hәr birinә nәzәr yetirdikdә tәfavütünü görüb tәşxis vә tәmyiz edәr.

Molla Qasım tәxminәn altmış beş vә ya yetmiş sәnә bundan müqәddәm qırx beş sinnindә vәfat etmişdir. Belә rәvayәt olunur ki, Şirvan mahalında Molla Zakiri şairә bir qız şer meydanında mәğlub edibdir vә şair bundan ziyadә mütәәssir olaraq zәhәrlәnib orada dәfn olunubdur. Bu rәvayәtin doğruluğuna şübhә var. Әgәr filhәqiqә Şirvan vilayәtindә belә bir şairә vә Molla Zakir kimi müqtәdir әhli-kәlama faiq gәlәn qız olmuş olsaydı, hәrgiz binişan qalmazdı, namü şöhrәti dillәrdә söylәnәrdi vә şerlәrindәn bir әsәr qalardı.

 

Molla Qasım Zakirin әsәrlәri çox isә dә, dağınıq vә pәrişan haldadır. Onlardan bir parası cәnab müfti Hüseyn әfәndi Qaibovun Mәcmuәsindә tapıldı vә bir neçәsi pәrişan övraqda göründü. Nümunә olaraq bәzilәri burada dәrc olunur.

 

Qәzәli-Molla Zakir:

 

Әsiri-baği-hüsnün mәn tәk olsa bülbüli-şeyda,

Oxur kuyindә zövq ilә fәsübhanәl-lәzi әsra.

 

İki mәstanәvü mәxmur çeşmin fikr edәn tәrsa

Unutmaz, dildә zikr eylәr ki, amәnna vә sәddәqna.

 

Әsasi-eşqi qurdun, keç fәnadәn, tut rәhi-üqba,

İçarәt eylәmә kәrkәs kimi dünyavü mafiha.

 

O tari-kakilin feyzin alıbdır gәrdәni-mina,

Onunçün qarә keymiş ruzigarın ol şәbi-yelda.

 

Әgәr ol mahrudәn zәrrә, Zakir, görmәsәm beyza,

Axar seylabi-әşkim, çeşmeyi-qәmdәn olur dәrya,

Bu qәzәldәn maәda Zakiri-Nuxәvinin iki natamam qәzәllәri xoşmәzmun kәlamlar cümlәsindәn olduğu üçün aşağıda zikr olunur. Bu natamam qәzәllәr müfti әfәndinin Mәcmuәsindәn götürülübdür.

 

Birinci qәzәl:

 

Könül әhli-cahan içrә olub bir şux dustağı,

O şuxun şux rәftarı çәkibdir sinәmә dağı.

 

Edibdir gözlәrim yaşı binayi-ömrümü viran,

Mәnim viran olan könlüm olubdur bayqu yığnağı.

 

Lәbi-lәli-şәkәrbarı lәtafәtdә, tәkәllümdә,

Sanasan bağ ara titrәr sәbadәn lalә yaprağı.

 

Nә hacәt badәvü sağәr, dağıtdın Huşumu sәrdәn,

Mәni mәstü xәrab etmiş o şuxun әyri baxmağı,

 

İkinci qәzәl:

 

Mey nәşәsi gәtirdi mәni xüm ayağına,

Mәn oldu rәhnüma yenә kövsәr qırağına.

 

Bir büt xәyalü mehrimizi aldı aqibәt,

Sәnan kimi buraxdı bizi tәrsa dağına.

 

Lәli-lәbin güzarına düşmüş hәcәr yolu,

Ya hindlәr düzülmüş o Zәmzәm qırağına?

 

Şol türrәlәr ki, tәrfi-bәnaguşu bәklәyib,

Өmrüm quşudu yoxsa qonub gül budağına?

 

Eşqin әlacı olmaz, әgәr gәlsә yüz tәbib,

Ta hәsrәt içә dәymәyә lәb yar dodağına,

 

Әyzәn kәlami-Molla Qasım:

 

Göz qaldı yolunda, namdarım,

Sәbr etmәyә olmadı qәrarım;

 

Qurbanın olum, tәğafül etmә,

Sәnsiz mәnim olmaz ixtiyarım.

 

Ey gәnci-mәlahәtin ziyasi,

Sәrmayeyi-dürri-şahvarım,

 

Gün kimi cәmalının yanında

Bir zәrrәcә yoxdur etibarım.

 

Cәllad baxışlı, ahu gözlü,

Ey kakili-zülfi-şәkkbarım,

 

Yoxdur mәnә sәnsiz, ey yeganә,

Hicran günü yari-qәmküsarım.

 

Mәn Zakiri-bәndeyi-qulamәm,

Sәn xosrovi-eşq, tacidarım!

 

Müxәmmәsi-Zakir:

 

Ağa, bu gülşәni-alәmdә bәndә xar qalsınmı?

Deyim dәrgahına bir әrzi-halım var, qalsınmı?

Yazıb hali-dili şәrh eylәyim tәkrar qalsınmı?

Өzün insaf elә, könlümdә atәş bar qalsınmı?

Sәnin tәk mәrd ağası olan naçar qalsınmı?

 

Sәnin qurbanın ollam kim, neçün müşkülgüşasәn sәn!

Hәqiqәt dәrdmәndә görmәyәn möhnәt rәva sәnsәn!

Şikәstәbәstәlәr xatirlәrinә mumiyasәn sәn!

Tәmamәn әhli-dәrdin dәrdinә fikri-dәvasәn sәn!

Rәvadır bәstәri-zillәtdә dil bimar qalsınmı?

 

Dedin mәddahi-nakәs olma, әşarә qәlәm çәkmә!

Cәfa vermә dili-әfkarına, çövrü sitәm çәkmә!

Bu dövrani-fәnadәn zәrrәcә ahü әlәm çәkmә!

Buyurmuşdun sәni bәrdaşt qıllam, hiç qәm çәkmә!

Çәkir hәsrәt könül, bәs didә giryan, zar qalsınmı?

 

Sәnә canım fәda olsun ki, sәn әrbabi-şövkәtsәn,

Hüzuri-vacibül-әrzim, neçün miri-vilayәtsәn,

Kәrәm kanı, әdalәt mәdәni, bәhri-sәxavәtsәn,

Çiraği-mәrifәt, hәm pәrtövi-xurşidi-himmәtsәn,

Könül ayinәsi, ey sahiba, bәs tar qalsınmı?

 

Keçәr hәr kimsәnin rәyincә, bir növi mәdarı var,

Bu gülzari-fәnadә könlümün çox ahü zarı var,

Rәvadırmı sәnin tәk dadrәs kim, tacdarı var,

Tәmamәn әhli-şәhrin hәr birinin kәsbü karı var,

Gәzib sәrgәştә Zakir hәr tәrәf, bikar qalsınmı?

Bu müxәmmәs mәrhum Molla Zakirin öz dәstxәttilә göy vә qalın kağız üstündә nәstәliq şivәsilә yazılmış bir әsәrdir. Bu nadir nüsxәni cәnab Rәşid bәy Әfәndizadә Nuxada tapıb, lütf üzü ilә bizә ianә etmişdir. Әgәrçi mәzkur vәrәqparәdә yazılmış xәtt açıq oxunur vә lakin Molla Zakir hürufi-müqәtәә cümlәsindәn olan > Y Y hәrflәrini bir sayaq üzrә -- yәni cümlәsini Y hәrfi k imi yazdığından vә nuni-sәğirin (Y) qabağına nöqtәli nun (y) izafә etmәklә әvvәl dәfә yazı bir az çәtinlik ilә oxunur.

Bu müxәmmәsdәn Molla Qasım Zakir fәqir, möhtac vә kәmbәzaәt bir şәxs olduğu anlaşılır. Şair öz müasiri Şәki ağalarından miri-vilayәt vә sahibi-dövlәt vә hökumәt olan bir vücuda kәmali-әczü inkisar ilә rücu edib, ondan bir mәnsәb vә qulluq istәyir. Şairin kәlamından mәlum olur ki, mәzkur ağa әhli-mürüvvәt vә sahibi-mәrifәt bir şәxs imiş ki, mәlcәi-füqәra vә mәrcui-züәfa hesab olunurmuş. Necә ki, şair onu bu ibarәlәr ilә vәsf qılır: kәrәm kanı, әdalәt mәdәni, sәxavәt bәhri, mәrifәt çirağı vә himmәt şәmsinin pәrtövü.

 

Müxәmmәsin axırında şair öz dәstxәttilә bu sözlәri dә qeyd edibdir: Çün vacib idi, hüzura әrzü tәqrirü bәyan eylәdik, sahib ixtiyarsız.

Bu ağa, yәqin ki, Fәtәli xanın oğlu mәrhum Kәrim ağa Fateh imiş ki, sahibi-mәrifәt vә sәxavәt bir zat olduğu dillәrdә söylәnәrmiş. Onun tәrcümeyi-halı babında gәlәcәkdә mәlumat verilәcәkdir.

 

Müxәmmәsi-müstәzadi-Molla Zakir:

 

Sәd bar şükr dideyi-xummarını gördüm,

Ey ruhi-mücәssәm!

Badami-siyәh, nәrgisi-mәstanını gördüm,

Qәm çәkmәrәm ölsәm.

Ey sәrvi-qәbapuş ki, rәftarını gördüm,

Oldusa qәdim xәm.

Өmrüm başa yetdi güli-ruxsarını gördüm,

Vәslin mәnә mübhәm.

Sabit olan ancaq sәnin iqrarını gördüm,

Ey şahi-müәzzәm.

 

Nadir olu bir sәn kimi sәrdari-fәrәhnak,

Ey bәxqi-hümayun!

Haşa ki, sәnin tәk ola bir sahibi-idrak,

Hikmәtdә Fәlatun.

Çün kakilin etdi neçә Harutu xәtәrnak,

Olmaz belә mәftun.

Zülfi-siyәhindir sәbәbi-qatili-Zöhhak,

Kar eylәmәz әfsun.

Kisu demәk olmaz, iki şahmarını gördüm,

Gәnc üstünә mәhrәm.

 

Vazeh görünür feli-lәbindәn sәnin, ey ruh.

Ecazi-Mәsiha.

Gәr qılsa tәәmmül sәni girdaba düşәr Nuh,

Ey gövhәri-yekta!

Haşa ki, cәmalın tәk ola lamei-mәftuh,

Mehrü mәhi-dünya.

Müşki-Xütәn ahulәrini eylәdi mәcruh

Nәzzareyi-ziba.

Qәmzәn hәşәmi navәki-mücganını gördüm,

Dil oldu müsәmmәm.

 

Eşq atәşinә yanmağa mәrdanәlik istәr

Hәmtayi-sәmәndәr.

Şәmi-ruxi-cansuz ola, pәrvanәlik istәr,

Ey nuri-müsәvvәr.

Mәşuqә mәgәr aşiqә biganәlik istәr,

Ey şahi-sitәmgәr?

Gördüm sәni, könlüm rәhi-bütxanәlik istәr,

İnsaf elә, kafәr!

Sәnan sifәt ol hәlqeyi-zünnarını gördüm,

İman evi bәrhәm.

 

Qurtar mәni-biçarәni bu hicrü bәladәn,

Bәsdir bu mәtalib.

Әl çәk, dolanım başına, bu cövrü cәfadәn,

Axır nә münasib?

Billah, sәnә ustad deyirlәr bu әdadәn,

Hәr nakәsә raqib,

Gündә neçә yüz laf uran mehrü vәfadәn

İqrarına kazib.

Zakir, dediyin әhli-vәfa yarını gördüm

Әğyar ilә hәmdәm.

 

Müxәmmәsi-Molla Zakir:

 

Ey gül, bu lәtafәtdә sәnә yoxdu qәrinә,

Mücdә veri Yusif bәsi hüsnün xәbәrinә,

Eşqin neçә üşşaqi salır bәhri-dәrinә,

Çatmaz lәbinin Xızrü Mәsiha әsarinә,

Qәvvas ola gәr mәxzәni-dәrya göhәrinә.

 

Ey şahi-mәlahәt, bu rәviş var ola sәndә,

Bülbül oxuyur vәsfini gülzari-çәmәndә,

Qәmzәn oxu yüz qan elәdi mülki-Xütәndә,

Xalın hәbәş ahulәrini saldı kәmәndә,

Zülfi-siyәhin verdi nәsәq Çin şәhәrinә.

 

Nә hәddi var Әflatun edә lafi-kәmalın,

İskәndәri zülmatә salır şәhdi-zülalın,

İman evinin payәsidir nöqteyi-xalın,

Faiq gәlü bir zәrrә sәnin nuri-cәmalın,

Çәrxi-fәlәyin pәrtövi-mehrü qәmәrinә.

 

Eşqin әlәmi saldı mәnim canıma әxgәr,

Ey bürci-sәadәtdә gәzәn nuri-müsәvvәr,

Ey qamәti tәnnaz olan rövnәqi-mәhşәr,

Xaki-qәdәmin feyzi әgәr olsa müyәssәr,

Kafәrdi o kәs üz çevirә xüldi-bәrinә.

 

Qorxum budu zәngari-xәtin üz verә nagah,

Axşama dönә ruzi-ümidim mәnim, ey mah,

Tәn bәndә duasını qәbul eylәsә hәrgah,

Әhdim budu, ey şux, cәfa yetmәsin әsla

Әğyar әli ol damәni-vәslin kәmәrinә.

 

Hicran ilә mәsdud isә bu qәlbi-müzәyyәn,

Ol pavәki-mücganın edib sinәmi rövzәn

Qurbanın olum mәn sәnin, ey arifi-pürfәn,

Ceyran quzusu etdi mәnim könlümü mәskәn,

Sәyyadi-qәza düşdü onun rәhgüzәrinә.

 

Zakir sәnә bildirmәdimi elmi-nәsihәt?

Var eşq tәriqindә neçә bari-riyazәt,

Asan görünür xәlqә mәgәr xәncәri-ülfәt,

Mәstanә olub eylәmisәn lafi-mәhәbbәt,

Tab eylә, könül, atәşi-eşqin şәrәrinә.

 

Qafiyeyi-Molla Zakir:

 

Bir namә yazmışdın, gözәllәr şahi,

Gәldi, mәni-mübtәlayә yetişdi.

Guşeyi-gülahım fәxri-namәdәn

Gedib çәrxi-müәllayә yetişdi.

 

Şәhbazi-alәmsәn, istәrәm sәni,

Allahı sevәrsәn, unutma mәni;

Guya ki, Yusifin gül pirahәni

Ol Yәqubi-binәvayә yetişdi.

 

Kim әl çәkәr sәn tәk nazikbәdәndәn,

Şәhbazi-bibәdәl, gülpirәhәndәn;

Ol zaman ki, xәbәr bilmәdim sәndәn,

Ahü nalәm Mәsihayә yetişdi.

 

Mәn dönmәnәm, ölsәm әhdü beyәtdәn,

Düşmәsin mәzacın istiqamәtdәn;

Gәldi namә sәn tәk mahtәlәtdәn,

Başımıza şölәsayә yetişdi.

 

Sәn Molla Zakirin qiblәgahısan,

Malahәt şәhrinin padişahısan,

Aşiqi-sadiqin nәzәrgahısan,

Sәadәtin Sürәyyayә yetişdi.

Molla Zakirin xoruzunu çaqqal aparır vә molla xoruzun sәsini eşidib, dalısınca gedib, onu çaqqalın ağzından saldırır vә xoruz nimcan olduğu әsnada şair ona xitabәn istehza tәriqincә bir neçә sözlәr deyir. Bizim әlimizә düşәn nüsxәdә şerin vәznü qafiyәsindә qәlәt çox olduğu üçün düzgün oxunmağı müşkül oldu. Bu şerlәr ilә molla kәlamı xәtm edir:

 

Әgәr eşidibsәn, olarsan tәskin,

İza caә әcәlühüm ayәsin,

Zakir kimi qәlbini tut mütmәin,

Gedirsәn cәnnәtül--mәvayә, xoruz!

 

Müsәmmәni-Molla Zakir:

 

Ey gül, sәn әgәr şәhi-cahansan,

Hökm eylә ki, nazanini-cansan!

Sәrdari-әmiri-aşiqansan,

Bәhrami-xәdәngi-zәrnişansan.

Sәn navәki-xәncәrü sinansan,

Cәlladi-sitәmgәri-zamansan.

Өldür mәni, vermә bir aman sәn,

Bais ki, rәqibә mehribansan.

 

Ey Gövәri-Qülzümi-kәmalat

Ey nuri-xudavü mehri-zәrrat,

Bir kimsәyә üz verәn mühimmat

Sәnsәn ona müqtәzayi-hacat,

Bu fikri-mәhal sәndә, heyhat,

Dün nәrgisi-mәstin oldu isbat.

Dedi sәni saqiyi-xәrabat,

Әz badeyi-nazi-sәrgiransan.

 

Ey pәrtövi-asimani-qüdrәt,

Ey mәdәni-gövhәri-mәlahәt,

Ey lәli-lәbi Mәsihadәt,

Sәndәn kimә eylәyim şikayәt?

Hicran ilә keçdi ömrü müddәt,

Ey rәsmi-vәfadә bimürüvvәt,

Ey gülşәni-әhdi-bidәyanәt,

Gәr sәrv ola qamәtin, rәvansan.

 

Ey kişvәri-hüsn padişahi,

Ey әhli-ziya ümidgahi,

Ey bәndeyi-asi üzrxahi,

Ol külli-xәlayiqin ilahi,

Xәlq eylәdi sәbzәvü giyahi,

Gülzari-cәmalının gәvahi,

Ey әhli-bәsirәtin pәnahi,

Sәn süni-bәdii-lamәkansan.

 

Zakir, bu nә afәtü bәladır?

Bu hadisәdәn nә müddәadır?

Çün dil bu mәşiyyәtә rizadır,

Dünyada bu özgә macәradır.

Üşşaq olanın işi cәfadır,

Mәşuqә hәmişә bivәfadır.

Könlüm quşu tikmә bibinadır,

Bu nәxli-bәlada aşiyansan.

 

Vәsfü tәrifi-dilbәr babında tәnzim olunmuş әşari-müsәddәsәni--ki, aşağıda zikr olunur,--bәzilәri qarabağlı Qasım bәy Zakirә vә bәzi digәri nuxalı Molla Qasım Zakirә nisbәt etmişlәr. Bizim anladığımıza görә, bu kәlam gәrәk Qasım bәyin olsun. Buna şiveyin-lisan dәxi şәhadәt verir vә bundan әlavә çox ehtimal var ki, bu şerlәri Qasım bәy gülablı Kәrbәlayı Sәfi Valehin kәlamına nәzirә olaraq yazmışdır vә Kәrbәlayı Sәfi dә mәzkur kәlamı, bәzi rәvayәtә görә, Molla Pәnah Vaqifin fәrmudәsi ilә tәzә sәbkdә inşa etmişdi[1]. Haman kәlam budur:

 

[1] Kәrbәlayi Sәfinin şeri belә başlanır:

Lәbinә nazlı yarın badeyi-gülfam dedim,

Tündü tәlx oldu, mәnә mәstü cünun olma -- dedi.

 

Gözlәyәn kimsә, gözüm haqqı, demәz ay sәnә,

Nәçidir ay vәcahәtdә ola tay sәnә?

Sәn kimi görum onun çöhreyi-tabanımı var?

Xali-hindusumu var, zülfi-pәrişanımı var?

Bir sarı rәnglicәdir әvvәli әyri nun tәk,

Elә ki, keçdi iki-üç gün olu bir parә çörәk.

 

Bәzi mәclisdә qәdin sәrvü sәnubәr oxunur,

Tanrı bilsin ki, bu saf qamәtinә şәr oxunur.

Qamәtin kimi onun seyri-xuramanımı var?

Әzmi-cövlanımı var, afәti-dövranımı var?

Bağ-bostanda әgәr bağban onu tәk-tәk,

Bundan ötrü ki, kümә mәsrәf olur tirü dirәk.

 

Müddәilәr gözünә nәrgisi-fәttan desәlәr,

Kim inanır bu sözә, göz görә böhtan desәlәr.

Nәrgisin çeşmi-xumarın kimi mәstanımı var?

Tiği-bürranımı var, navәki-mücganımı var?

Yaz olur, hәqdi bitәr, bir şeyә olmaz o gәrәk,

Әqli zad gәsmәz uşaqlar yığar anı görcәk.

 

Ağzını duş biri qönçәyә nisbәt sölәmiş,

Heyf mәn olmamışam, bu sözü xәlvәt sölәmiş.

Qönçәnin ağzı nәdir, lәfzi-dürәfşanımı var?

Lәli-meygunumu var, gövhәri-qәltanımı var?

Hәmdәmi xar, özü bibәhrәvü hәm ömrü gödәk,

Dağılır hәr vәrәqi bir tәrәfә bad әscәk.

 

Nә rәvadır, lәbi-lәlin meyi-gülfam olsun,

Onu bәdnam qılanlar özü bәdnam olsun!

Lәli-nabın tәk onun duzluca xәndanımı var?

Abi-heyvanımı var, dәrdlәrә dәrmanımı var?

Әslü zatı bu ki, bir bәstlik әnguri-tәnәk,

Quyşaq üzüm suyuyü monzili bir saxsı sәnәk.

 

Zülfünә sünbüli-tәr kim ki, desә, ölmәlidir,

Urula payinә zәncir gәrәkdir, dәlidir.

Sünbülün sәfheyi-ruxsardә dövranımı var?

Әnbәrәfşanımı var, nikhәti-rizvanımı var?

Bir әlәfdir ki, yeyәr daim onu at, eşşәk,

Әvvәli kah tәbah, axırı biqürb, tәzәk.

 

Ağzıma gendi desәm limu әgәr püstanә,

Ol iki qübbeyi-nur, tazәvü tәr püstanә.

Eyşü nuşindә onun lәzzәti-ruhanımı var?

Sәhni-meydanımı var, zövqi-firavanımı var?

Өzü bәәkl, ağızda tәmi manәndeyi-zәk,

Bir malın qiymәti olmaz kişi satsa yüz әtәk.

 

Ziynәti-kuyini gәrdunә bәrabәr deyәnin

Cırasan ağzı, qulağın döşünә hәr döyәnin --

Ki, göyün, hәrzә kişi, lölöi-mәrcanımı var?

Dürri-mәknunumu var, lәli-Bәdәxşanımı var?

Sanıb әncüm görünür hәqti tühi tasi-fәlәk,

Çәrx miratına yerdәndi düşüb әksi-çiçәk.

 

Qoyma әğyarı sәri-kuydә mәva tutsun,

Aşiqi-sadiqini bülbüli-şeyda tutsun.

Zakirin kimi onun sövti-qәzәlxanımı var?

Tәbi-mövzunumu var, şeri-nümayanımı var?

Eşidәn incir onun tәrzi-nәvasın bişәk,

Şivәsi cәngü cәdәl, nalәәfğanı kәlәk.