MӘHCUR ŞİRVANİ
Mәchur Şirvaninin aşağıda
dәrc olunan tәrcibәnd kәlamı-- ki,
hәbibü yarın fәraqında yazılıbdır, --
onun rәvantәb bir şair olmağına dәlalәt
elәyir:
Ey hәbibim, hәsrәtindәn
çıxdı can, gәl, vәqtdir.
Ey büti-novrәstә, şuxi-mehriban,
gәl, vәqtdir.
Ey üzü gül, kakili
әnbәrfәşan, gәl, vәqtdir.
Ey müәttәr
qönçeyi-baği-cinan, gәl, vәqtdir.
Ey xoşәlhan
tutiyi-şәkkәrzәban, gәl, vәqtdir.
Ey nihali-qamәti sәrvi-rәvan, gәl,
vәqtdir.
Ey bizimlә hәmdәmü yari-cinan,
gәl, vәqtdir.
Ey cәmali mahtab, әbrukәman, gәl,
vәqtdir.
Ey kәrәmli xosrovi-alimәkan, gәl,
vәqtdir.
Ey gözü cәllad, әli
peyvәstә qan, gәl, vәqtdir.
Ey gözәllik mülkünün
tәxtinә xan, gәl, vәqtdir.
Neçә müddәtdir sәnin tәk
şәhriyarı gözlәrәm,
Salmazam sәnsiz gülüstana güzarı,
gözlәrәm,
Firqәtindәn yandırıb sәbrü
qәrarı, gözlәrәm,
Türfә ruxsarında
xәtti-müşkbarı gözlәrәm,
Gözlәrim yollardadır, mәn ol
diyarı gözlәrәm,
Düşmüşәm qәm
küncünә, sәn qәmküsarı
gözlәrәm,
Çox çәkib hicrindә cövr,
intizarı gözlәrәm,
İstәmәn hurü mәlәk,
sәn gülüzarı gözlәrәm,
Tapmazam dünyada bir dövr mәdarı
gözlәrәm,
Şimdi sәndәn әl çәkib
rahi-mәzarı gözlәrәm,
Ey hәbibim,
hәsrәtindәn-çıxdı can, gәl,
vәqtdir.
Ay ilә gün dövr edәr
eydi-vüsalın görmәyә,
Mahi-nov sәrgәştәdir mişkin hilalın
görmәyә,
Şahi-hindu müntәzirdir xәttü
xalın görmәyә,
Tutilәr dilxәstәdir şirin
mәqalın görmәyә,
Xızr sәrgәrdan gәzәr
şәhdi-zülalın görmәyә,
Yer üzün tutmuş günәş ta
payimalın görmәyә,
Sәrv baş әymiş qiyami-etidalın
görmәyә,
Lalәnin bağrında dağlar
rәngi-alın görmәyә,
Hurilәr hәsrәt
çәkәr-fәzlü kәmalın
görmәyә,
Arizu eylәr mәlayiklәr cәmalın
görmәyә,
Ey büti-novrәstә, şuxi-mehriban,
gәl, vәqtdir.
Söylә, ey dilbәr, nәdәndir bizi
bizar etmәyin,
Yarını әğyar edib,
әğyarını yar etmәyin?
Ey güli-nazik, nә işdir
ülfәti-xar etmәyin,
Hәr yetәn namәhrәmә
dәrdi-dil izhar etmәyin,
Dostların düşmәn sanıb qeyri
havadar etmәyin
Tәrk et, allahı sevәrsәn, belә
rәftar etmәyin!
Xoşmudur eşq әhlini hicr ilә bimar
etmәyin,
Qәm bucağında işin әfğan,
günün zar etmәyin?
Dәrdini dәrd әhlinii yetmәzmi tumar
etmәyin?
Mövsümi-güldür ki, lazım
seyri-gülzar etmәyin,
Ey üzü gül, kakili
әnbәrfәşan, gәl, vәqtdir.
Paybusun çün bahar әyyamı bağ
istәr sәni,
Hәsrәtindәn lalәnin
bağrında dağ, istәr sәni,
Cәm olub mәhbublәr açmış
qucaq, istәr sәni,
Hәr çiçәk tutmuş
әlindә bir çirağ, istәr sәni,
Baş әyib olmuş
bәnәfşә bidәmağ, istәr sәni,
Nәrgisü reyhanlar olmuş göz-qulaq,
istәr sәni,
Gülbün möhnәtdә әymiş
qol-budaq, istәr sәni,
Rindlәr meyxanәdәn çәkmiş
ayaq, istәr sәni,
Seyr üçün qurmuş
şәqayiqlәr otaq, istәr sәni,
Bülbüli-zarә әsәr
qılmış fәraq, istәr sәni,
Ey müәttәr
qönçeyi-baği-cinan, gәl, vәqtdir.
Buyi-zülfündәn cahana can verir hәr dәm sәba,
Alәmi avazeyi-hüsnün tutubdur cabәca.
Dәrdmәndin dәrdinә
şәhdi-lәbindәn ver dәva,
Ey fәda olsun sәnә yüz hur,
sәndәn masәva,
Ah, neylim, eylәmiş dövran mәni
sәndәn cüda.
Sәbrә müstәhkәm olaq,
çün böylәdir әmri-xuda,
Sәn dәxi bir lütf qıl, çox
eylәmә cövrü cәfa.
Aşiqi zar eylәmәk munca nәdir, ey
bivәfa?
Bülbülün fәryadı qıldı
dәhr gülzarın fәna,
Hәr sәhәr mürği-baharıstan
oxurlar mәrhәba,
Ey xoşәlhan
tutiyi-şәkkәrzәban, gәl, vәqtdir.
Çün mәni sәrmәst edib
divanә qıldı zövqi-cam,
Ey pәri, sövdayi-eşqin tutdu
könlümdә mәqam.
Bu nә firqәtdir, gözüm hicrindә
qan ağlar müdam,
Yox canım, sәnsiz qәrarım
hәrgiz, ey tubaxüram!
Nolu xaki-dәrgәhin olsa
mәni-gümgәştә nam,
Yanıram hicraninә
pәrvanәvәş ta sübhü şam.
İstәrәm nari-fәraqından alam bir
intiqam,
Aşiqә yarından amma intiqam almaq haram!
Padşahın tәxtinә mәndәn
sәlam olsun, sәlam!
Әzmi-gülzar etdilәr
şümşadü әrәrlәr tәmam,
Ey nihali-qamәti sәrvi-rәvan, gәl,
vәqtdir.
Gözlәrin yad eylәrәm, ey şux,
can qәsdindәdir,
Nuki-mücganın qәmi ruhi-rәvan
qәsdindәdir.
Türrәlәnmiş hәr dü
zülfün din-iman qәsdindәdir,
Qaşların әndişәsi min xaniman
qәsdindәdir,
Hәr sәri-muyin xәyalı bir mәkan
qәsdindәdir,
Hәr dü zülfün fikri yüz min
mehriban qәsdindәdir,
Novxәtin şirazәsi xәlqi-cahan
qәsdindәdir,
Hәr kәmәndi-kakilin hәft asiman
qәsdindәdir,
Mehri-hüsnün baş çәkib
külli-İran qәsdindәdir,
Cismimi yandırdı hicrin, şimdi can
qәsdindәdir,
Ey bizimlә hәmdәmü yari-cinan,
gәl, vәqtdir.
Cәm olub mәhbublәr bir yerdә
mәhfil bağlamış,
Dәstә-dәstә hurilәr reyhan
ilә gül bağlamış,
Hәr sәnәm ruxsarına
susәnlә sünbül bağlamış,
Gәrdәni-aşiqlәrә guya
sәlasil bağlamış,
Eşq zәnciridir ol, ustadi-kamil
bağlamış.
Gör nә möhkәm seyd
qılmış, gör nә qabil bağlamış,
Zivәri-ruxsar edib hüsn üzrә hail
bağlamış.
Bir neçә divanәsin ol qeydә mail
bağlamış,
Hәr tәrәf güllәr
açılmış, lalә kakil bağlamış,
Hәr şükufә göz açıb,
hәr sәbzә bir dil bağlamış,
Ey cәmali mahtab, әbrukәman, gәl,
vәqtdir.
Can verib didarına alәmdә bir ad
istәrәm,
Sanma eşqin tәrk edib qeyri pәrizad
istәrәm.
Bәndeyi-dәrgahınam mәn,
sәndәn irşad istәrәm,
Gecә-gündüz eylәyib
әfğanü fәryad istәrәm.
Hüsnünә qarşı duran
әğyarı bәrbad istәrәm,
Dәrd çәkmiş xatirim hicrindә
azad istәrәm.
Cövşәni[1]-sinәm
xәdәngi-cövrә fulad istәrәm,
Künci-möhnәtdә dilim zikrinlә
mötad istәrәm.
Üz tutub pabusuna hәr lәhzә
münqad istәrәm,
Qәm hücum etmiş bu gün,
sәndәn bir imdad istәrәm,
Ey kәrәmli xosrovi-alimәkan, gәl,
vәqtdir.
[1]-Cövşәn -- dәmir geyim, zireh.
Mehrü eşqin, ey sәnәm,
mәstü xumar etmiş mәni,
Taci-zövq ilә cahanda namdar etmiş
mәni.
Çövr ilә dövri-fәlәk
bәdruzigar etmiş mәni,
Suzdil etmiş vücudum, tar-mar etmiş
mәni,
Sәbrü aramım alıb biixtiyar etmiş
mәni.
Xublәr kuyindә xaki-rәhgüzar
etmiş mәni.
Qәm bucağında sәdayi-tәn kar
etmiş mәni,
Ey gülәndamım, fәrağın
biqәrar etmiş mәni,
Mübtәlayi-möhnәtin sәd
gunә xar etmiş mәni,
Tәn şәmşirin çәkib
әğyar zar etmiş mәni,
Ey gözü cәllad, әli
peyvәstәtan, gәl, vәqtdir.
Yığdılar bazari-eşqi
әhli-sövda, getdilәr,
Dәrdü qәm tәrkin qılıb
pakü müәrra getdilәr,
Gördülәr dәhrin vәfasın
cümlә ziba getdilәr....
Vamiqi-qәrqi-bәla, fәrhadi-şeyda
getdilәr,
Vәrqәvü Gülşa[2] ilә
Mәcnun rüsva getdilәr,
Dözmәyib bu firqәtә Şirinü
Leyla getdilәr.
Bir dәxi dövran edib Yusif, Züleyxa
getdilәr,
Qoydular Mәhcuru tәk, mәzlumü
tәnha, getdilәr,
Ey gözәllik mülkünün
tәxtinә xan, gәl, vәqtdir.
[2]-Vәrqa vә Gülşa -- yәqin ki, aşiqlәr adıdır.