MӘHVӘŞİ ŞİRVANİ
Mәhvәşi Şirvani on
üçüncü әsrin әvayilindә Şirvan
vilayәtindә Ağamәsih Şirvanidәn sonra
vücuda gәlibdir. Bir çox kәlamından -- ki, bizim
әlimizә düşübdür, -- onun әhli-hal
vә sahibi-kәmal bir şairi-şirinmәqal olduğu
görünür. Hәr qisim әşarı vardır.
Onlardan bir parası nümunә üçün burada
tәstir olunur. Peyğәmbәri-valatәbarımız
Mәhәmmәdәl-Mustafa hәzrәtlәrinә
olan mәhәbbәt vә sәdaqәtini bu
qәzәli-bibәdәlindә bәyan etmişdir:
Ey nigahi
cansitan, çeşmi-siyahi dilfәrib,
Qoymamışdır
mәndә-qәmzәn sәbrü aramü şәkib.
Bәndeyi-biçarәyәm, avarә düşmüş kimsәyәm,
Qıl tәrәhhüm mәn fәqirә, olmuşam miskin qәrib,
Gözlәrin cәlladi-yaği, qaşların
qövsi-qüzeh,
Kipriyin
xunrizi-dövrandır, xәtin nәqşi-әcib.
Şәhriyari-xubrusan, xosrovi-alinicad,
Mәtlәi-әnvari-hәqsәn, şafei-ruzi-hәsib.
Dәrgәhin darul-amandır, xakpayin tutiya,
Söhbәtin әnfasә candır, rәfәtin әcza tәbib.
Xatәmi-xeyli-rüsülsәn, әvvәli-hirzi hәyat,
Baisi-icadi-alәm, mәhrәmi-sirri-mücib.
Mәhvәşi bir kәmtәrindir dәhr ara aramı yox,
Müntәzirdir rәhmәtә, şәfqәt elә bir şey nәsib.
Qәzәli-Mәhvәşi:
Vermişәm dünya mәtain qarәtә cananә mәn,
Olmuşam
mәsruru xürrәm, eylәrәm şükranә mәn.
Neylәrәm qәmxanәni, qәm çәkmәyә dünya üçün?
Eylәrәm şükrü sәna ol xaliqi-sübhanә mәn.
Dami-qәmdir bu cahan, meyl eylәmәn ol danәyә,
Görmüşәm tüğyani-Adәm ismini dәr danә mәn.
Yar kuyi mәskәnimdir, istәrәm ol kuyi mәn,
Yarsız
meyl etmәnәm ol rövzeyi-rizvanә mәn.
Yari-baqidir
mәnә, hәmrahü hәmxabım müdam,
Hәmnişin, hәmsöhbәtәm ol qadirü yәzdanә mәn.
Mәniyi-zatım nümayan, mәndәdir әnvari-hәq,
Dәrgәhi-piri-muğanәm, guşeyi-meyxanә mәn.
Mәndәdir cami-sürahi, xәlvәti-kaşanә hәm,
Cami-Cәmdir, Mәhvәşi, peymanә o, mәstanә mәn,
Mәhvәşinin bu növ mütәәddid şerlәrindәn mәlum olur ki, ol mәrhum da Nişat kimi şüәrayi-farsdan sufimәslәk Şeyx Әttara, Şәms Tәbriziyә vә Mövlana Cәlalәddin Rumiyә peyrәvilik edib bir növ özü dә hәqiqәtpәrәst olmuşdur.
Mәhvәşi şeyin zahirinә etina etmәyib, hәr yerdә onun hәqiqәtinә vә batini alәminә diqqәt yetirib mәnayi-әzәlisini bilmәk istәyir. Şair cümleyi-kainatda vә kaffeyi-mövcudatda
böyük hikmәtlәr vә sirrlәr hәr dәmdә zahir olduğunu görüb dә bir kәlamında deyir:
Yari-baqi
oldurur әflakdә seyr eylәyәn,
Baxgilәn ibrәt gözilә, görgilәn әsrari-hәq.
Sirri-hәq mövcuddur hәr dәmdә izhar eylәyir,
Gah dildә, gah güldә görsәnir әsrari-hәq....
Suya bax,
daşdan çıxıb cari olur, aramı yox,
Gah gәrmü gah sәrdü mötәdil әsrari-hәq.
Aç
gözün, qılgil nәzarә, hәr yana baxsan, odur,
Vahid
oldur, baqi oldur, münbәsit әsrari-hәqq.
Mәhvәşi hәr dәmdә görür gunә-gunә sirri-hәq
Xud
özü bir sirrdir, söylәr özü әsrari-hәq.
Şairi-hәqiqәtbin vә xoşayin hәr qisim mәsiyyәtdәn öz vücudunu pak vә münәzzәh görüb vә cami-bәqadan çәşidә edib, aqil vә kamil bir vücud
olmasını vә sirri «әnәlhәqq» söylәmәsini başqa bir kәlamında izhar elәyir vә ibtidayi-kәlamı fatehi-Xeybәr vә saqiyi-kövsәr, yәni Әli Heydәri-kәrrarın mәdhilә başlayıb, özünü bu
sayaq nişan verir:
İçmişәm cami-әzәldәn, olmuşam mәstanә mәn,
Saqiyi-kövsәr Әlidir, olmuşam cananә mәn.
Oldurur
şahım, pәnahım,
mәzhәbü dinim mәnim,
Elmi-zahirdәn, nә hasil, olmuşam biganә mәn.
Oldurur
elmül-lәdünni,
oldurur әsrari-hәq,
Kәmtәrii bir bәndәyәm, şükr eylәrәm sübhanә mәn.
Kәbәni bütxanәdәn ayrı bilir zahirpәrәst,
Mәscidin tәrkini qıldım, bәklәdim meyxanә mәn.
Mәstü mәxmur olmuşam, zahid, dәri-meyxanәdә,
Söylәrәm sirri-«әnәlhәqq», olmuşam divanә mәn,
Cәnnәtü firdovsi-әla vәsfini çox söylәmә,
Yar baqidir
mәnә, bil, baxmışam
Fürqanә mәn,
Oturub bir
guşәdә, taәt edirsәn xaliqә,
Niyyәtin cәnnәt imiş, gör, söylәrәm mәrdanә mәn.
Bil hәqiqәt hәqqdәn, vaiz, usan bu cәhldәn,
Cәnnәt içrә izzi yoxdur, girmişәm rizvanә mәn.
Kor
olubsan, görmәyirsәn röyәti-cananını,
Mәhvәşi, gәl qıl nәzarә, onda dur, dürdanә mәn.
Mәhvәşinin yuxarıda yazılan kәlamlarından -- ki, mәnәn vә bәlağәt heysiyyәti ilә biqüsurdurlar, onun Füzuli әleyhirrәhmәyә vә Nәbatiyә tәbәiyyәt göstәrmәyi zahir olur. Ehtimal var ki, Nәbati ilә Mәhvәşi bir әsrin adamları olmuş olsunlar. Hәr halda onların kәlamları bir-birinә çox bәnzәyir: hәm lәfzәn, hәm mәnәn.
Zahirpәrәst vaizlәrin haqqında demişdir:
Vaizin
zahiri xoş, sirri-xudadәn qafil,
Ümmiyi-әhmәq imiş, batin işindәn cahil.
Nә olur zöhdü riyadәn, nә bilir bixәbәran,
Demәyin, mәrdümi-dana, bulara siz aqil.
Әqli
yox kövdәn
imiş, misli-bәhaim
bifәhm,
Demәz insan bulara, mәrdi-mübarәk, qabil.
Uymagil nәfsә, fәqih, zöhdü riyadәn bir usan,
Habili-xoşsiyәri qәtlә yetirdi Qabil.
Dәhri-dun mәzrәi-üqbadı, bil anı tәhqiq,
Yaxşılıq
töxmin әgәr mәrdümi-dana kamil.
Olma qafil,
hәzәr eylә bu riya işlәrdәn,
Nәfsi-şuma uyuban etmә xәyalın batil.
Bir
eşit Mәhvәşinin pәndini, ey vaizi-şәhr,
Eşq dәryasına gir, eylә vücudun sahil.
Mәhvәşinin bu qisim xoşmәzmun kәlamı çoxdur vә cümlәsindә şairin hәqiqәtbin vә alitәbliyi görünür. Bir qәzәlindә şairin tәbi övci-mәqama pәrvaz elәyib, şahbazi-fikri seyrangahi-lahutda
dövrü gәrdiş
elәyir. Bu halәt üzrә şair bәşәriyyәt halından çıxıb öz
vücudunu gah gәnci-әsrari-xuda
vә mәdәni-әnvai-cәvahir vә mәxzәni-lәlü gövhәr bilir vә gah göy üzündә gәrdiş edәn şәmsi-alәmara vә sәfheyi-asimanda bәrq vuran seyheyi-sәda vә sair mәxluqatın kaffәsinә mәzhәri mәnbә hesab elәyir.
Mәhvәşinin bu kәlamında Şәms Tәbrizinin tәsiri aşikarәn görünür. Haman qәzәl budur:
Bir fәqirәm şahasa, dәrvişәm şeydasifat,
Bir gәdayәm birida, dәrgahi-alimәnzәlәt.
Müstәhәq biçizü miskin bәndeyi-azadәyәm,
Mәxzәni-dürdanәyәm, әsrari-gәnci-mәrifәt.
Gәnci-әsrari-xudayәm guşeyi-meyxanәdә,
Şәmsi-gәrdunәm yәqin, seyr eylәrәm dәryavü dәşt.
Eylәrәm bir dәmdә seyr әflaki-gәrduni tәmam,
Mötәkif bir guşәdә xummarvәş bipavü dәst.
Xümnişinәm, çün Fәlatun hikmәti-Rәhman mәnәm,
Pәhlivanәm çün Tәhәmtәn, olmuşam çalakü cәst.
Bәrq uran göy sәfhәsindә seyheyi-әfğan mәnәm,
Mәdәni-әnvai-cövhәr mәndәdir, ey xudpәrәst!
Sәrfәrazәm eşq ara, rindi-qәlәndәrmәşrәbәm,
Şәhriyari-arifanәm tuqdari-tacü tәxt.
Şahbazi-fikrәtәm, seyrangәhim lahutdur,
İçmişәm mey cami-hәqdәn, olmuşam azadә mәst.
Saqiyi-rizvan
qulami Mәhvәşi küstaxdır,
Dәhr ara sәrmәst olubdur zahirәn ol rәyi sәxt.
Qeysәri-kәbrnicadәm, xosrovi-xaqani-Çin,
Adili-Nuşirәvanәm, cami-Cәm, Cәmşidbәxt.
Mәhvәşinin bu mәzmunda daha da bir çox qәzәllәri vardır ki, cümlәsini burada dәrc qılmağa ehtiyac yoxdur.
Şair bәsirәt gözü ilә әtrafına nәzәr yetirib, tamami-mәxluqatın axırını
puçü zayü fani görüb, özü dәxi fәna arzusuna düşür, rahәtü sәadәti mәhz fәnada vә alәmi-әdәmdә tәhqiq edir vә könlünü fәna mülkünә tәrәf sövq edib deyir :
Fәna olmaq dilәr könlüm әlayiqdәn qutarmaqdan,
Fәnadә işrәtü qәm yox, misali-mәstü heyrandır.
Necә ki, bu babda Füzuli
Bağdadi hәm
demişdir:
Әlqissә, vücud dami-qәmdir,
Azadәlәrin yeri әdәmdir.
Belә olan surәtdә mәrgdәn xövf etmәk vә fәna alәminә köç etmәkdәn mәyus vә mükәddәr olmaq böyük bir sәhv deyilmi? Hәqiqәti-haldan bir növ bixәbәr vә qafil olmaq deyilmi? İnsan
üçün ölüm haqqdır vә ayeyi-vafi hidayә mәzmununca «kullu şeyin halikun illә vәchәhu» -- baqi vә әbәdi qalan ancaq bir qadiri-zülcәlaldır. Bu cәhәtә dünyanın qәmin yemәkdәn vә övzai-zәmanәdәn dilgir vә şaki olmaqdan bir fayda yoxdur. Vәli insan necә ki, diridir, hәyatın qәdrini gәrәkdir bilsin vә hәqq-taala ona mәrhәmәt qıldığı qüdrәt vә bacarığı xeyir işlәrә vә haqq yoluna sәrf elәsin. Tәk fәna arzulamaqdan bir mәnfәәt yoxdur vә hәqq-taalanın әmri bizә sәyü tәlaşdır. Zaviyәnişinlik vә bikarçılıqdan bir
şey çıxmaz. Bizim bu әsri-şumda hәtta mәdәni tayfalar arasında dәxi diriliyi bimәzmun bilib dünyadan vә onun keşmәkeşindәn bizar olub canlarına qәsd edәnlәr az deyildir.
Axır
vaxtlarda elә
ittifaq düşür ki, paytaxt şәhәrlәrdә intihar edәnlәrin hәddü hesabı әndazәdәn çıxır vә ricali-dövlәti, polisә mәmurlarını, hükәma vә fәlsәfә firqәlәrini fikrü әndişәyә salır. Bu hәdsiz intihara sәbәblәr çoxdur. Vәli ümdәsi dünyadan bizar olub,
beş günlük hәyatı püç vә bimәzmun bilmәk әqidәsidir.
İslam
alәmindә dәxi bu fikrü әqidәdә olanlar az deyildir. Tәkcә Füzulinin:
Әlqissә, vücud dami-qәmdir,
Azadәlәrin yeri әdәmdir --
--
şeri ona kifayәt edir ki, çoxlarını qәflәtdәn ayıldıb beş günlük
dünya mәişәtinin puç vә boş olmağı barәsindә böyük әndişәyә salsın. Başqa bir әcәm şairi bu xüsusda demişdir:
Ma
hiç, cәhan
hiç, ğәmo
şadi hiç,
Xoş
nist bәraye-hiç
naxoş budәn.
Mәrhum Mәhvәşi dәxi bu әqidәdә olduğunu bir qәzәlindә izhar qılıb deyir:
Şadiman
ol, çәkmә qәm dünya üçün, ey nikmәrd,
Sәndә vardır әsli-mәna, gövhәri-paki-xirәd.
Gün
dolanır, ay olur, dövran keçir, olur xәzan,
Fәsli-gül keçdi -- deyib
olma, könül, aşüftәgәrd.
Fanidir mәcmui-әşya, sәrbәsәr hәr nә ki, var,
Yerü
göy, şәmsü
qәmәr, әncüm, kәvakib, bad gәrd.
Oldurur
baqi qalan, hәr
bir şeyin mәnasıdır,
Qeyr
yoxdur, hәr nә görsәn oldurur yektayi-fәrd.
Şәkli-gunagun görünür dәhr ara bihәddü hәsr,
Tәlxü şirin, xubü
ziştü bәdsiyәr, ruxsari-zәrd.
Gör fәnadә baqini, bilmәn bu istiğna nәdir,
Ey sәmәnbar nazlı yarım, söylәmә bir hәrfi-rәdd.
Yari-baqi
çilvәsidnr
hәr nә körsәn, Mәhvәşn,
Müztәribhal olmakil, ey mәrdi-arif, metәmәd!
Hәqq-taalanın tövhidi,
qüdrәtü
әzәmәtü bәqası xüsu-sunda vә insanın zәf, әçzü fәnası barәsindә Mәhvәşikin yuxarıda tәrqim olunan kәlamı xeyli pürmәna vә Füzulinin kәlamına bәnzәr bir qәzәldir. Bu misilli qәzәllәri çoxdur. Әşarın qәzәliyyat qismindәn sәva Mәhvәşinin hәr növ kәlamı vardır. Cümlәsindәn mü-sәlsәl vә mövzun olanı tәrçibәnd vә tәrkibbәnd kәlamlarıdır.
Bunlardan
qeyri bir çox xoşmәzmun vә sәlis müsәd-dәsat, müxәmmәsat vә mürәbbeatı vardır ki, cümlәsi-nin buraya küncayişi
yoxdur. Nümunә üçün onlardan birisi
zeyldә dәrç olunur.
Kәlami-Mәhvәşi
әleyhirrәhmә:
Piranәsәrәm, şurü nәvadәn
xәbәrim var,
Aşüftәtәrәm, suni-xudadәn
xәbәrim var.
Seyr eylәmişәm, teyri-hümadәn
xәbәrim var,
Bidar oturub badi-sәbadәn xәbәrim
var.
Çox eylәmişәm seyr,
fәnadәn xәbәrim var,
Kәl hәmdәm olaq,
әhli-bәqadәn xәbәrim var.
Çüi mötәkifәm, zehdü
riyadәn xәbәrim var,
Xoffaş niyәm[1], mehrü ziyadәn
xәbәrim var.
[1]- Niyәm -- yәni nistәm, deyilәm.
Xәffaş niyəm -- geçəquşu, Yarasa
deyilәm.
Hamu elәmәn, yәni nәvadәn
xәbәrim var,
Zahnd deyilәm, sövmü sәladәn
xәbәrim var,
Saqi deyilәm, bәzmi-sәbadәn
xәbәrim var,
Hüdhüd deyilәm,
şәhri-Sәbadәn xәbәrim var.
Tuti deyilәm, murği-Minadәn
xәbәrim var,
Zalim deyilәm, әhli-çәfadәn
xәbәrim var.
Vaiz deyilәm, xövfü ricadәn
xәbәrim var,
Alim deyilәm, elmi-xәfadәn
xәbәrim var.
Cahil deyilәm, «la»vü «әla»dәn
xәbәrim var,
Qafil deyilәm, qalü bәladәn
xәbәrim var..
Nadan deyilәm, eyni-rizadәn xәbәrim
var,
Bidin deyilәm, әhli-vәfadәn
xәbәrim var.
Çoxlar dolanıb dәhrdә
dürdanә tapaydım,
Çoxlar dolanıb kәnc ilә viranә
tapaydım,
Çoxlar dolanıb aşiqi-divanә
tapaydım,
Çoxlar dolanıb mәscidümeyxanә
tapaydım,
Çoxlar dolanıb arifi-mәstanә
tapaydım,
Çoxlar dolanıb saqiyi-peymanә
tapaydım,
Çoxlar dolanıb
hәmrәhi-mәrdanә tapaydım,
Çoxlar dolanıb qabil çananә
tapaydım,
Çoxlar dolanıb meyveyi-bidanә
tapaydım,
Çoxlar dolanıb şairi-fәrzanә
tapaydım,
Çoxlar dolanıb
mәcmәi-әfsanә tapaydım,
Çoxlar dolanıb zivәri-kaşanә
tapaydım,
Çoxlar dolanıb
mәsnәdi-şahanә tapaydım,
Tәnha oturub cümlәni biganә
tapaydım.
Dövran dolanır, yoxdur onun sәbrü
qәrari,
Gündür dolanır, sübhü mәsa
yoxdu qәrari,
Suya nә olubdur ki, edәr növheyi-zari,
Azadә olan sәrvi-sәhin vermәdi bari.
Nә zinәt ilә güllәr
açıb nәxli-әnari,
Güllәr -- kimi әhmәr, kimi abi, kimi
sari.
Bu hikmәtә bax,
şәhdi-müsәffa verir ari,
Olmuş güli-hәmra nә
üçün munisi-xari?
Gәnc üzrә qılıbdır nә
üçün mәskәn mari.
Өvzai-cahan böylә olubdur niyә bari?!
Vaiz sözünә tutma qulaq, olma giranbar,
Bu cismi-lәtifin elәmә cifeyi-murdar.
Olma nigәran zәxmeyi-qәmxanәdә
bimar,
Hәsrәtlә baxıb qeyrilәrә
eylәmә әfkar.
Dövranü zaman kimsә ilә olmadı
qәmxar,
Budur qәrәzin kim, olasan ona vәfadar?
Әsla elәmә zaye özün
dәhrdә, idbar,
Uyma onun әtvarına, ey mәrdi-nikukar!
Biqiymәt olub etmә özün zayevü
biar,
Bu bәzmdә mәrdanә dolan feli
sәzavar.
Bu pәndim eşit, işlәmә
bәd, olma xәtakar,
Bir dürri-giranmayәsәn, ey
mәxzәni-әsrar!
Bu zöhdü riyadәn usan, ey zahidi-xudbin,
Olma nigәran nәfsin üçün
dәhrdә qәmgin.
Sәhrayә çıxıb seyr elәgil
biqәmü bikin,
İbrәtlә baxıb fikr elә, gör
güllәri rәngin.
Nә şövkәt ilә dağlәr
olmuş belә sәngin,
Nә tәrz ilә bünyad olub
dәhrdә maçin.
Nә rәng ilә güllәr yetirib
bağdә gülbün,
Nә vәch ilә aram deyil
xuşeyi-pәrvin.
Göy sәfhәsi üzrә gör edib
nәcmlәr ayin,
Nә әtr saçıb bağdә
nәrgislә rәyahin.
Gülzarә çıxıb
hәşmәt ilә Xosrovi-şahin,
Şahbaz baxıb gördü onun
şövkәtü cahin.
Vaiz nә bilir keyfiyyәti-cәhlü
hәqiqәt,
Zahid nә bilir
mәrifәti-şәrti-tәriqәt,
Ümmi nә bilir
mәrtәbeyi-keyfi-nübüvvәt,
Nadan nә bilir nәşeyi-sәrşari-mәhәbbәt,
Naqis nә bilir nikü bәdü
qübhü qәbahәt,
Aşiq nә bilir
şiveyi-göftari-fәsahәt,
Qafil nә bilir zövqi-әlәm,
üsrәtü işrәt,
Zalim nә bilir mәrhәmәtü
helmü mürüvvәt,
Alim nә bilir
nükteyi-tövhidi-şәriәt,
Miskin nә bilir
tәntәneyi-hökmi-fәxarәt,
Kuran nә bilir ruzü şәbü
әhsәni-surәt,
Şeyda nә bilir zivәrü
arayişü zinәt,
Sәrmәst nә bilir
qaideyi-söhbәtü fikrәt,
Bidar gәrәk arifü
huşyari-әdalәt,
Pirani-rәhi-mәrifәtü
munisi-vәhdәt,
Bunlardı hәqiqәtdә olan
qabili-qüdrәt.
Ey vaiz, usan, eylәmә tәkrar bu qali,
Yüz hiylә ilә cәm elәmә
malü mәnali.
Sәhrayә düşüb eylәmә
hәr yerdә suali,
Cәm eylәmәgil boynuna bu qәdr
vәbali.
Olma nigәran ruzi, hәvәs
eylәmә zari,
Bu şirkü riyadәn uzaq ol, etmә
xәyali.
Mәrdanә dolan dәhrdә, bir
eylәgil ari,
Olma nigәran cifә üçün,
şükr elә bari.
Azadәrәviş dövr elәgil,
etmә xumari,
Şeydasifәt ol guşeyi-meyxanәdә
bari.
Gәl adәm ol, ey
әhmәqi-sәrgәştә, übali,
Axır günüdür, xar olub
çәkmә mәlali.
Ey Mәhvәşiyi-suxtәdil, xatiri
dәrviş
Bünyadi-cahan böylә olub, eylәmә
tәşviş.
Qәndü şәkәrü
zәhri-hәlahil, әsәlü niş,
Fәrzanәvü divanә qamu munisü
hәmxiş.
Gürgü, sәgü gusalәvü
büzqaleyi-buz, miş,
Әsbü şütürü şir,
pәlәngü kәlü camiş.
Gürbә nәdürür, ruzi olub onlar
üçün muş,
Ağıl buna çatmaz, elәmә bunlara
sәn guş.
Bunlar hәmә әsrari-xudadır, nә
asan iş,
Dövranı-fәlәkdәnmi olubdur yaz
ilә qiş?
Ancaq özüdür eylәyәn
izhari-binaguş,
Sәrmәstlәri kimdir edәn
dәhrdә mәdhuş?
Mәxmurlәrә kimdi verәn
qüdrәt ilә huş,
Mәxluqlәrә kimdi verәn
füshәti-daniş?
Fәrzanә nikurәy gәrәk,
aqibәtәndiş.
Mәhvәşinin bu
tәrkibbәndindә bәzi mәtlәblәr
tәkrar olunursa da (mәsәlәn, riyakar
zahidlәrә vә dünyagir vaizlәrә olunan
töhmәt vә sәrzәnişlәr kimi), bәzi
mәtlәblәr dәxi vardır ki,
şayani-diqqәtdir.
Şair bir neçә mәqamlarda
mәrhum müәllim Nacini öz
әşari-hikmәtamizi ilә yada salır vә onun kimi
bir çox nazik mәnalar vә mühüm işarәlәr
üstә danışır. Hәqq-taalanın bilinmәz
sirrlәrini vә ağlasığışmaz
hikmәtlәrini yad edib matü mütәhәyyir
qalır vә bir növ çaşmış halda deyir:
Bunlar hәmә әsrari-xudadır, nә
asan iş....
Bundan başqa bu tәrkibbәnddә
Mәhvәşinin gözәl bәndlәri vә
tәnbehlәri dәxi vardır ki, onlara diqqәt
yetirmәmәk olmaz. Mәsәlәn, bu dәhri-dunda
beş günlük ömür üçün adam
gәrәkdir nәfsinә uymasın vә
feli-nasәza ilә özünü biarü biqiymәt
elәmәsin:
Әsla elәmә zaye özün
dәhrdә, idbar,
Uyma onun әtvarına, ey mәrdi-nikukar!
Biqiymәt olub etmә özün zayevü
biar,
Bu bәzmdә mәrdanә dolan, feli
sәzavar.
Bu pәndim eşit, işlәmә
bәd, olma xәtakar,
Bir dürri-giranmayәsәn, ey
mәxzәni-әsrar![2]
[2]- Mәhvәşinii bu şerlәri
türk şairlәrindәn Әbdülhәqq Hamidin
«İbn Musa» nam әsәrinә bәnzәyir. Necә
ki, İbn Musanın dilindәn demişdir:
Mәhvәşinin mütәәddid
әsәrlәri bir yerdә cәm olumsa,
mötәbәr bir divani-әşar hasilә
gәlәr. Asari-nәfisәlәrindәn bir çoxu
alicәnab müfti әfәndinin «Mәcmuә»sindә
tәhrir olunmuşdur.
Bәhs etmә mәnә
dәğdәğeyi-yәsü әmәldәn,
Ol tәcrübәdәn
nәzdi-kәlamımda qina var,
Azadәsәrәm qaileyi-şövqü
kәsәldәn,
Madam ki, әncami-hәvadisdә fәna var.
Hәr verdiyi çıxmaqda ikәn
aqibәt әldәn,
Dünya bu qәdәr
rәğbәtә olsunmu sәzavar?!
Musayә nә qәm
zәrbeyi-cәlladi-әcәldәn,
Өmründә fәna var isә
namında bәqa var.
Mәqsud budur eylәdiyim sәyü
әmәldәn,
Musa
denilir qübbәdә bir xoşca sәda var.